MÜNDƏRİcat giriş



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix10.03.2017
ölçüsü5,14 Kb.
#10917
1   2   3   4   5   6   7   8

Nəticə 
 
Beləliklə,  beynəlxalq  maliyyə  qurumları  yarandığı  anda  əsas  məqsədləri 
dünya  ölkələrini  2-ci  dünya  müharibəsindən  sonra  dirçəltmək  idisə,  hal-hazırda 
ən başlıca məqsədləri yoxsulluğun qlobal səviyyədə ləğv edilməsidir. Qurumların 
fəaliyyəti də məhz bu məqsədə çatmaq üzərində cəmlənib. DB ölkələrə kreditlər, 
qrandlar,  yardımlar  vermək  yolu  ilə  onların  inkişafına  dəstək  olur.  Bank  öz 
xərclərini  heç  bir  kənar  maliyyələşdirmə  mənbəyi  olmadan  ödəyir.  Onun  5 
qurumu  inkişafın  ayrı-ayrı  aspektləri  üzrə  ixtisaslaşsa  da,  hamısının  ümumi 
məqsədi  kimi  yoxsulluğun  ləğv  edilməsi  çıxış  edir.  DB  öz  kapitalını  beynəlxalq 
maliyyə  bazarlarında  “AAA”  reytinqli  istiqrazlarını  reallaşdırmaqla  artırır.  DB 
üzv  ölkələrin  hökumətləri  ilə  birlikdə  layihələr,  proqramlar  hazırlayır,  eyni 
zamanda  ölkələrin  həyata  keçirdikləri  proqram-layihələri  maliyyələşdirir.  DB 
eyni zamanda onun tərəfindən  maliyyələşdirilən layihələrin həyata keçirilməsinə 
nəzarət  edir.  Beləliklə,  DB  müasir  BİM  sistemində  mühüm  iqtisadi  təşkilat 
olmaqla  dünya  iqtisadiyyatının  tam,  stabil  inkişaf  etməsinə  səbəb  olur.  Ancaq 
Bretton-Vuds  maliyyə  sistemləri  hal-hazırda  effektiv  fəaliyyət  göstərə  bilmir. 
Artıq 70 ildən çoxdur ki, BVF və DB dünyanın başlıca maliyyə institutları olaraq 
qalırlar.  Bu  müddət  ərzində  onlar  kasıb    ölkələrdə  neoliberallaşma,  heteredoks 
ticarət  və  özəlləşdirmə  siyasəti  həyata  keçirirlər.  Bunun  səbəblərindən  biri  kimi 
bank əməliyyatlarında ənənəvi olaraq valyuta kimi dollardan istifadə olunmasıdır. 
Marşall planı nəticəsində dollar həm də  Avropa dövlətlərinə də  daxil olmuşdur. 
Bu onun mövqeyini möhkəmləndirdi. Bildiyimiz kimi, dolların arxasında çox az 
əmtəə  və  qızıl  ehtiyatı  durur.  Asiyanın  və    Latın  Amerikasının  inkişaf  edən 
bazarlarının  daim  valyutaya  ehtiyacı  var.  Bütün  bunlar  ABŞ-ın  hədsiz  gəlir 
qazanmasına  səbəb  olur.  Buna  görə  də  ABŞ  hələ  də  dünya  maliyyə  sistemində 
lider  rolunu  saxlayır.  Beynəlxalq  valyuta  sistemi  stabilliyini  qorumaq  üçün 
beynəlxalq  maliyyə  qurumları  reformasiya  olunmalı  və  dəyişmiş  tələbatlara 
uyğunlaşdırılmalıdır. 

101 
 
 
Liberallaşdırma  və  özəlləşdirmə  siyasəti  dövlətlərin  öz  öhdələrinə 
buraxılmalıdır,  heç  bir  dövlət  buna  məcbur  edilməməlidir.  Çünki  “kənardan 
inkişafı idxal etmək alınmır”. BVF və DB-nın ölkələrə nə etmək lazım olduğunu 
əmr  etməli  olduğu    günlər  arxada  qalıb.  BVF  və  DB  borc  vermə  şərtlərini  və 
maliyyə    öhdəliklərini  azaltmağa  söz  versələr  də,  onlar  sadəcə  yenidən 
quruplaşdırılır  və  ya  digər  adlarla  adlandırılırlar.  BVF  etiraf  edir  ki,  kapital 
bazarının  liberallaşdırılması bəzən daha çox qeyri-sabitliyə  gətirib çıxarır. BVF-
nin  Afrika  ilə  bağlı  proqramlarının  uğursuzluğa  düçar  olmasının  səbəbi  onların 
dövlətlərə  demək  olar  ki  məcburi  surətdə  yeridilməsi,  yəni  bərabərhüquqlu 
tərəfdaşlar  kimi  danışıqlar  aparılmamasıdır. Bu  layihələr  kasıbları  daha da  kasıb 
edir. BVF və DB-nın fəaliyyətində aclıq problemini həll edilməməsidir. Dövlətlər 
borclarının çoxluğundan və strukturi uyğunlaşmadan əziyyət çəkirlər. 
 
BVF-nin  tədqidçiləri  qeyd  edirlər  ki,  Bretton-Vuds  sistemi  yarandığı 
dövrdə  olan  kapital  qıtlığı  şəraiti  ilə  hazırki  şərait  üst-üstə  düşmür.  BVF 
beynəlxalq maliyyə sisteminin stabilliyini təmin etmək üçün kifayət qədər resursa 
malik  deyil.  Aydındır  ki,  artıq  onu  “axırıncı  müdafiə  verə  biləcək  kreditor” 
adlandırmaq olmaz. BVF bəzən elə şərtlərlə kredit verir ki, bu ölkədəki vəziyyəti 
daha da ağırlaşdırır. 
 
Son  illərdə    inkişaf  etməkdə  olan  ölkələr  öz  vəziyyətlərini  yaxşılaşdırmaq 
üçün  əməkdaşlıq  etməyə  çalışırlar.  Məsələn,  Braziliya  və  Argentina  “BVF  ilə 
danışıqlar  aparılmasının  adi  prinsipləri”  barədə  razılıq  imzalayıblar.  Başqa 
nümunə  kimi  120  BVF  üzvünün  imzaladığı  kommunikeni  göstərmək  olar.  Bu 
ölkələr  BVF-nin  baş  direktorunun  seçilmə  prosesinin  daha  açıq  və  şəffaf 
keçirilməsini tələb edirlər. Adətən baş direktoru ABŞ  və Avropa nümayəndələri 
bağlı  qapılar  arxasında  seçirlər.  Hal-hazırda  Bretton-Vuds  institutlarının  idarə 
edilməsi  debatlarda  ən  çox  müzakirə  edilən  mövzulardır.  Ənənəvi  şüar  olan  bir 
ölkə - bir dollar sistemi qəbul edilmir. 
Dünya  Bankının  kreditlərinin  uzun  müddətli  və  simvolik  faizlə  verilməsi 
müharibə  şəraitindən  və  keçid  dövrü  problemlərindən  dolayı  maliyyə 

102 
 
mənbələrinin  tapılması  imkanlarının  az  olması  səbəbi  ilə  Azərbaycan  üçün  çıxış 
yollarından biri olmuşdur. Uzun illər baxımsızlıqdan yararsız hala düşmüş və ya 
dünya standartlarına cavab verə bilməyən infrastruktur, neft ölkəsi olaraq dünya 
arenasına  çıxmağa  hazırlaşan,  eyni  zamanda  bir  çox  infrastruktur  layihələrinin 
mərkəzindəki geostrategiyalı mövqedə yer alan Azərbaycan üçün yolverilməzdir. 
Ona  görə  də  dövlətimizin  beynəlxalq  maliyyə  qurumları  ilə  əməkdaşlığı 
respublikanın sosio-iqtisadi inkişafına müsbət təkan verəcəkdir.  
Beləliklə,  beynəlxalq  maliyyə  qurumlarının  müasir  beynəlxalq  münasibətlər 
sistemində  rolunun  effektivliyini  artırmaq  üçün  düşünürəm  ki,  aşağıdakı 
məsələlərə xüsusi diqqət artırılmalıdır:  

 
Beynəlxalq  maliyyə  qurumlarının  müasir  tələbatlara  cavab  verməsi 
üçün  onlarda  struktur  islahatları  aparılmalıdır.  Həmçinin  bəzi 
dövlətlər əməkdaşlığa daha ciddi əmək sərf etməlidirlər.
      

 
İcra ilə bağlı məsələlərə daha çox diqqət ayırmaq.  
Bank  mövcud  layihələrin  icrasına  diqqəti  artırmalı  və  yalnız  o  halda  yeni 
kreditləri  nəzərdən  keçirməlidir  ki,  mövcud  icra  vəziyyəti  buna  zəmanət  versin.
 
İcra vəziyyətinin əhəmiyyətli dərəcədə ləngidiyi layihələri Bank və Hökumət ləğv 
etməyi  nəzərdən  keçirməlidir  ki,  daha  tez  uğurun  əldə  oluna  biləcəyi  layihələrə 
daha yaxşı diqqət yetirsin. 

 
Yeni layihələri seçərkən daha diqqətli olmaq.  
Eyni  zamanda,  Bank  inkişafa  yüksək  ehtiyacı  və  Bankın  müqayisəli  üstünlüyə 
malik olduğu, ancaq hökumətin məhdud səviyyədə sahib çıxdığı digər sahələrdə 
daha məhdud dəstəkləyici rol oynamaqdan yayınmamalıdır. 

 
Yeni layihələr üçün daha güclü hazırlıq süzgəcini tətbiq etmək.  

 
Biliklərin bölüşdürülməsi və siyasi kursla bağlı dialoq üçün daha konkret 
mexanizmlərə doğru Bankın tədbirlərini yenidən tarazlaşdırmaq. 
Transmilli  korporasiyalar  anlayışının  özü  nisbətən  cavan  olsa  da,  onun 
dünyaya  və  beynəlxalq  münasibətlər  sisteminə  verdiyi  töhfələr  daha  təkmil  və 
kifayət  qədər  həcmli  görünür, bunu  rəqəmlər  də  sübut  edir:  bütün  dünya  sənaye 

103 
 
istehsalının  80%-i,  ümumdünya  ticarətinin  70%-i  onların  payına  düşür.  Bu 
faktların statistik reallığı  ona yalnız iştirakçı aktor kimi baxmağa imkan vermir, 
o, özü dəyişmə, hərəkət və daşınma hərəkatlarının başında gedən siyasi cərəyanın 
nəhənglərindəndir.  O,  demək  olar  ki,  beynəlxalq  münasibətlər  sisteminin  hər 
yerindədir  və  son  artım  göstəriciləri  onu  deməyə  əsas  verir  ki,  bu  ardıcıllıq, 
konsitensiya  yaxın gələcəkdə pozulmayacaq, çünki nə qədər mübahisəyə səbəb 
olsa da, özü bu ardıcıllığın baş və axır həlqələrini təşkil edir.  
Subyekt-obyekt  planından  yanaşsaq,  müasir  dövrün  qarşısında  duran  əsas 
məsələlər  
-  geriliyin  ləğvi, azad  vətəndaş  cəmiyyət  qanunları,  müstəqilliyin  təminatı 
və TMK-ların bu yöndə göstərdiyi cəhdlərdir. Son proseslər göstərir ki, TMK-lar 
beynəlxalq  münasibətlərin  vacib  instrumenti  kimi,  onun  digər  aktorları  arasında 
konfliktin,  asılılığın  dərinləşməsində  maraqlıdır,  eləcə  də  dünyanın  siyasət 
prosesləri bəşəriyyətin təsiri altında transformasiyalaşır, məhz TMK-lar texnoloji 
inkişafın ciddi faktoru kimi dünya təsərrüfat münasibətlərində mərkəzlə periferiya, 
zəif inkişafla gerilik arasında uçurum yaradır. 
TMK-ların müasir beynəlxalq münasibətlər sistemindəki möhkəm yerindən 
xəbər  verir,  aşağıda  beynəlxalq  sistemin  bəzi  xarakterik    xüsusiyyətlərini  qeyd 
etmişəm: 

 
Dünya  dövlətləri  nə  qədər  əvvəlki  tək  vacib  aktor  sayılsa  da, 
son  proseslərin  gedişatı  göstərir  ki,    onlar  öz  yerini  TMK-lara 
“satmaqdadır”. 

 
TMK-lar  həm  hökumətlərarası,  həm  də  qeyri-hökumət 
təşkilatları kimi kəmiyyətcə artmaqdadır. 

 
Son  3  min  illik  tarixi  dövrə  aid  gözləntilər  qloballaşma  və 
transmilliləşmə  şəraitində  beynəlxalq  siyasi  münasibətlərin  TMK-lar 
tərəfindən transsərhəd hörgüylə əhatələnməsi ilə bağlıdır. 

104 
 

 
Beynəlxalq münasibətlər sistemi qloballaşma ilə paralel olaraq 
desentralizasiya, regionalizm, regional tənzimləyici blokların yaranması və 
çox polyarlılığın mövcudluğu vəziyyətində daha ziddiyyətli görünür. 

 
Beynəlxalq  sistemdə  münaqişə  mərkəzlərinin  TMK-ların 
köməyilə tez-tez dəyişilməsidir, bu işdə TMK-ların bütün fondları ilə mobil 
olması vacib rol oynayır. 

 
Və  nəhayət  müxtəlifliyin  eyni  zamanlılığı  və    məkanlılığıdır, 
bir tərəfdən mərkəzlə periferik nöqtələr arasında ziddiyyət dərinləşir, digər 
tərəfdən  TMK-lar  və  onu  dəstəkləyən  xüsusi  maraq  qrupları,  hökümətlər 
daha da stabil vəziyyətə gətirilir. 
Mənim  qənaətim  bundan  ibərətdir  ki,  onların  yaranması  və  artımı 
inteqrasiya,  qarşılıqlı  asılılıq  proseslərinin  qanuni  inikasıdır,  nə  qədər  ki 
qloballaşma  onların  kəmiyyət  ölçülərinin  artımında  maraqlı  olacaq,  bu  vəziyyət 
uzun 
müddət 
dəyişməyəcək, 
ehtimal 
ki, 
çoxtərəfli 
diplomatiyanın 
institutlaşmasının  sonrakı  prosesi  güclənəcəkdir.  TMK-ların  artımı  dövlətlərdən 
vacib aktor kimi öz statuslarının qaytarılması məqsədilə beynəlxalq münasibətlər 
sisteminin  idarə  olunması  və  tənzimlənməsinin  adekvat  cavab  mexanizmlərinin 
işlənməsini tələb edir. Çünki xüsusilə İnkişaf etməkdə olan ölkələr iqtisadi inkişaf 
naminə daha çox sərmayə əldə etmək üçün transmilli korporasiyalara baş  əymək 
məcburiyyətində qalırlar. Bu da onların daxili və xarici siyasətlərini yaxın edəcək 
ki,  bu  da  ziddiyyətləri  daha  da  artıracaq:  bir  tərəfdən  öz  süverenliyini  onlarla 
bölüşməyə daha hazır olacaq, digər tərəfdən isə milli maraqlarının yuyulmasının 
qarşısını almaq üçün bunun əksinə hərəkət edəcək. 
 
 
 
 

105 
 
İstifadə edilmiş ədəbiyyat siyahısı 
Azərbaycan dilində 
1.Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I-X kitablar. Bakı, 1996-2001. 
2.Heydər Əliyev Azərbaycanı dünyaya tanıdır. Bakı, 1994. 
3.Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001. 
4. Азярбайжан бейнялхалг алямдя. Ы-В жилдляр. Бакы, 1996-1999
 
5
. Азярбайжан бейнялхалг чохтяряфли гаршылыглы ялагялярдя. Б., 1997. 
6. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. 
Bakı 2005 
7. Rəcəbli H.M. BMT-nın ixtisaslaşmış qurumları 
8. Məmmədov M., İbadov E. Beynəlxalq iqtisadi təşkilatlar, Bakı 2008 
9. Osman Nuri Araz , Elçin Süleymanov  “ Azərbaycan iqtisadiyyatı”. Bakı 2010 
10.  Vəliyev  D.,  Rəhimov  M.  Vəliyev  T.,  Kərimov  A  “Beynəlxalq  Maliyyə. 
International Finance” Bakı (2000).  
11. “Yeni dünyada Yeniləşən Azərbaycan Iqtisadiyyati” Dr. Şahin Əhmədoğlu 
2006.  
12. Dünya Bankı və Azərbaycan. (hesabatlar) 2000-2009.  
13.  Elçin  Süleymanov,  ”Müstəqillik  Sonrası  Azərbaycan  və  Dünya  Bankı 
Münasibətləri”,  Azərbaycan  Müstəqillikdən  Sonra  Beynəlxalq  Konfransın 
Materialları, Bakı 3-4 Mart 2003, ss .102-103 
14. “Transmilli korporasiyalar”// “beynəlxalq iqtisadi münasibətlər” 
Məqalələr/ Prof.İslam Şamil oğlu Qarayevin redaksiyası altında  
15.Qloballaşma/ Taleh Şahsuvarlı 
16.Qloballaşma nədir/ Allahyar Eyuboğlu 
17.Yeni dünya sistemində Azərbaycan iqtisadiyyatı/ Rəşadət Axundov 
18.Postmodern çağa doğru/ Samir Rəcəbli 
19.A.Ş.Şəkərəliyev Dünya iqtisadiyyatı və BİM. Bakı-1999 
20.Beynəlxalq  ticarətin  mahiyyəti  və  əsas  xüsusiyyətləri//  Beynəlxalq  iqtisadi 
münasibətlər// Elşən Bağırzadə//Bakı 2011 

106 
 
21.Dünya  iqtisadiyyatı//TMK-lar  istehsal  sahəsində  əməkdaşlığın  əsas  forması 
kimi//Bədəlov. Ağayev.Tağızadə 
22.  Beynəlxalq  Münasibətlər  Nəzəriyyəsi  //  Abbasbəyli,  Ağalar  və  Etibar 
Nəcəfov. Beynəlxalq Münasibətlər Nəzəriyyəsi. Bakı: Mütərcim, 2007 
23.
 
Dünya  iqtisadiyyati:  müasir  dövrün  problemləri  //  Aqil  Əliyev,  Arif 
Şəkərəliyev, İdris Dadaşov //BAKI 2003 
                        
 
                                     Rus dilində 
 
1. Л.П. Бородулина, И.А.Кудрйашева, В.А.Йурга  “Международные 
экономические организации” 
2.
 
Герчикова  И. Н. « Международные економические организации: 
регулирование мирохозяйственных связей и предпрнимателской 
деятельности». Изд-во «Консалтбакир». Москва, 2002 
3.
 
«Основы международных валютно-финансовых и кредитных отношений» 
Учебник под редакции В. В.  Кругулова. Изд-во ИНФРА-М. Москва, 2000. 
4.
 
Х.  А.  Шреплер  «  Международные  економические  организации»  Изд-во 
«Международные отношения». Москва, 1999.
  
5. Шегорчов Т. Мировая финансовая система, Москва, 2005 
6. Моисеев С. «Международные  валютно-кредитные отношения». Москва, 
2003 
7.  «Международные  валютно-кредитные и финансовые  отношения» Под-
ред. Красавиной, Москва, 1994
  
8.  Международные  валютно-кредитные  и  финансовые  отношения: 
Красавиной Л.Н. - М.: Финансы и статистика
2001
  
9. Роберт В. Колб, Рикардо Дж. Родригес “Financial İnstitutitons and Markets“ 
10.Транснациональные  корпорации  в  мировом  хозяйстве//  Мировая 
экономика:      Учебник / Под ред. проф. А.С.Булатова. - М.: Юристъ, 1999. 

107 
 
11.Транснациональные  корпорации  и  прямые  иностранные  инвестиции  как 
основа  глобализации  //  Долгов С.И.  Глобализация  экономики: новое  слово 
или новое явление? - М., 1998. 
12.Государство  и  транснациональные  компании  //  Проблемы  теории  и 
практики управления/ Шиман М.: М, 1999. 
13.Роль  Транснациональных  корпораций  в  мировом  хозяйстве  и  их 
воздействие на международную конкуренцию //Щетинин В.: М, 1997 
14.Транснациональные  корпорации  //Семенов  К.А.  Международные 
экономические отношения: Курс лекций. - М.: Гардарика, 1998. 
15.Современные  международные  отношения.  Учебник  /  Под.  ред.  А.В. 
Торкунова.  —  М.:  «Российская  политическая  энциклопедия»  (РОССПЭН), 
1999. 
16.Казаков И.А. Транснациональные корпорации и элементы регулирования 
в  мировом  экономическом  пространстве  //Вестник  Московского 
университета. 
17.Лукашук  И.И.  Глобализация,  государство,  право,  XXI  век.  –  Москва: 
Спарк, 2000 
18.Макконнел К.Р., Брю С.Л. Экономикс: принципы, проблемы и политика. 
Т.II. 
19.П.А  Цыганков,  «Мировая  политика  и  ее  содержание»,  журнал 
«Международные процессы», 2004, 
20.М.А. Мунтян, Основы теории международных отношений, Москва 2007 
21.Цыганков  П.А.,  Акторы  и  факторы  в  международных  отношениях  и 
мировой политике. 1. Проблемы теории и генеалогии знания, глава I 
22.
 
“Налоговая  политика  в  социально-экономическом  развитии  стран  с 
переходной  экономикой”.  (2011).  Под  ред.  Р.С.Гринберга,  З.Н.Кузнецовой, 
Санкт-Петербург: Алетея, 2 
23.  Райнерт  Э.С.  (2011).  “Как  богатые  страны  стали  богатыми,  и  почему 
бедные страны остаются бедными”, Москва: Изд.дом ВШЭ 

108 
 
24.  Фокин  С.  (2002).  “Влияние  транснациональных  компаний  на 
конкурентоспособ- ность стран”. Москва: МГУ им. Ломоносова 
25.  Трапезников  В.А.  Валютные  регулирования  в  международном 
инвестиционном праве. М. Наука. 2004 
26. Шумилов И.М. Международное финансовое право. Москва  2003 
27.  Эбке  В.Ф.  Международное  валютное  право.  Пер.  с  нем.  М.  Междуна-
родные отношения, 1997 
 
 
                                                  İngilis dilində 
 
1. “International Financial Institutions” Age F. Bakker  
2. Anthony Saunders, Marcid Millon Cornett “Financial Markets and İnstitutions” 
3. Pedro Belli, Jack R. Anderson, Howard N. Barnum Economic Analysis of 
Investment Operations.
 
4. “Financial Globalization and Exchange Rates” Philip R. Lane Gian Maria, 
Milesi-Ferretti 
5. “The atlas of global development” World Bank for 2011 
6. “International finance and Caribbean development” P. Desmond Brunton, S. 
Valerie Kelsick. 
7.
 
“World Economy Today” (2011). 
8.  Dünya  Bankı  və  Beynəlxalq  Maliyyə  Korporasiyası  tərəfindən  hazırlanan 
“Doing Business 2011” hesabatı.  
9.News Release, World Bank approves first loan to Azerbaijan , 
Washington, 2009.
 
10.Nonstate  Actors:  Impact  on  International  Relations  and  Implications  for  the 
United States,Conference Report, August 2007 
11.Albrow M. Globalization, Knowledge and Society. – London: Sage,1990. 

109 
 
12.Robertson R. Globalization: social theory and global culture. – London: Sage, 
1992.  
13.Giddens A. The consequences of modernity. – Cambridge: Polity Press, 1990.  
14.Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998. 
15. Dunning C.H. The Globalization of Business. –London: Routledge, 1993. 
16.Hurrell  A.  International  political  theory  and  the  global  environment. 
International  Relations  Theory  Today  edited  by  Ken  Booth  and  Steve  Smith.  – 
Cambridge: Polity Press, 1995. 
17.
 
The World Bank Global Economic Prospects and the Developing Countries. 
2002 
18.
 
Bradley, F.; International Marketing Straregy, Prentice Hall, New York 1990 
19.Dunning, J. H.; Multinational Enterprises and the Global Economy, Addison-
Wesley, Wokingham 1993.
  
20. Moran, T. H.; Multinational Corporations and and the Politics of Dependence, 
Princeton University Press, Princeton 1974. 
21.
 
Phatak, Arvind V.; Managing Multinational Corporations, Praeger Publishers, 
New York 1974. 
22.
 
Cantwell  J.  (1997).  “The  globalization  of  technology:  what  remains  of  the 
product  cycle  model?”  “Technology,  globalization  and  economic  performance”, 
Cambridge University Press 
23. “Innovation & technology transfer”. Special edition. (2000). Published by the 
EC 
24.
 
IMF. World Economic Outlook. May 2008. Wash., 2008. P. 219; Ibid. 
25.United Nations Development Programme – Annual Report 2007 
26.
 
Rugman,  Alan  M.  (2003);  “Regional  Strategy  and  the  Demise  of 
globalization”, Journal of İnternational Management, 9(2003) 
27.
 
“After  20  Years:  The  future  of  the  Third  World”  S.Huntington,Journal  of 
Democracy,7,2.1996 

110 
 
28.
 
“Global  Political  Economy  -  Understanding  the  International  Economic 
Order. “ Gilpin, Robert (2001). Princeton University Press. pp. 15–23. 
 
                                                    Türk dilində 
 
1.Uluslararası Çalışma Örgütü (ILO), “Çokuluslu Şirketler ve Sosyal Politika İle 
İlgili İlkeler Üçlü Bildirgesi”, 1993. 
2.
 
Akat, Ömer; Uluslararası Pazarlama Karması ve Yönetim, Ekin Yayınları (2. 
Baskı), Bursa 1998. 
3.
 
Alpar,  Cem;  Çok  Uluslu  şirketler  ve  Ekonomik  Kalkınma,  Ankara  İTİA 
Yayını, No. 106, Ankara 1977. 
4.
 
Deniz, Nevin; Global Eğitim, Türkmen Kitabevi, İstanbul 1999. 
5. Drucker, Peter F.; Gelecek için Yönetim, (Çev. Fikret Üçcan), Türkiye İş 
Bankası Kültür Yayınları,  Ankara 1992. 
6. Özalp, İnan, Çok Uluslu İşletmeler: Uluslararası Yaklaşım, Eskişehir: Anadolu 
Üniversitesi, 1998 
7.
 
Stiglitz, Joseph.E; Küreselleşme Büyük Hayal Kırıklığı, Plan B Yayıncılık, 
Çev: Arzu Taşçıoğlu & Deniz Vural, 3. Baskı, İstanbul, Kasım 2004  
8.Allard, Jean-Guy; “Mc Donald’s Kaderiyle Yüz Yüze” 
                                                         
                                             Dövri  mətbuat 
1. “Azərbaycan” qəz., Bakı 1992-1999 
2.
 
“Globalization and Inflation in OECD Countries ”. Pehnel, Gernot; ECIPE 
Working Paper No 04/2007.
  
3. Guimaraes, Roberto. Osorio Buitron. Carolina; Porter, Nathan; Filiz, Unsal and 
Walsh  “Consolidating  the  Recovery  and Building  Sustainable  Growth”. Chapter 
2, Washington DC: International Monetary Fund, October 2010, pp. 41-55. 
4.
 
Hennart,  Jean  Francois  –  Larimo,  Jorma;  “The  Impact  of  Culture  on  the 
Strategy  of  Multinational  Enterprises:  Does  National  Origin  Affect  Ownership 

111 
 
Decisions?”,  Journal  of  International  Business  Studies,  Vol.  29,  Issue  3,  3rd 
Quarter 1998. 
5.
 
Jacoby, Neil H.; “The Multinational Corporation”, The Center Magazine, Vol. 
3 No. 3, May 1970. 
6.
 
Ернылева И.Ю. Международное банковское право: механизм правового 
регулирования  банковской деятельностью /  Гос. и право, 1996, №12 
7.
 
Mann F.A. The legal Aspect of Money. 5ed.. Clarendon Press. Oxford 1992 
8.Yusifov C.R. (2013). “Azərbaycanın vergi təhlükəsizliyinin milli iqtisadiyyatın 
rəqabətqabiliyyətliliyində rolu”, “Azərbaycanın vergi jurnalı”, №1 
9.
 
Yusifov  C.R.  (2011).  “İqtisadiyyatın  rəqabətqabiliyyətliliyinin  yüksəldilməsi 
Azərbaycan  Respublikası  iqtisadi  təhlükəsizliyinin  təmin  edilməsi  amili  kimi”, 
“Azərbaycanın vergi xəbərləri”, №12 
 
 
                                         İnternet resursları 
1.
 
www.worldbank.org  20 dekabr 2014  
2.
 
www
.
un.org
  
15 yanvar 2015
 
3.
 
www.imf.org  15 yanvar 2015 
4.
 
http://vergiler.az/
 17 aprel 2015 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin