MÜNDƏRİcat giriş


Qloballaşma dövründə TMK-ların rolu



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix10.03.2017
ölçüsü5,14 Kb.
#10917
1   2   3   4   5   6   7   8

 
2.3 Qloballaşma dövründə TMK-ların rolu 
Sənayenin sürətlə inkişafı yeni nəqliyyat və rabitə vasitələrinin kəşfi, dünya 
iqtisadi  bazarının  formalaşması,  kütləvi  miqrasiyalar,  beynəlxalq  əlaqələrin  və 
mübadilənin  intensivləşməsi  ölkələrin  və  millətlərin  bir-birlərindən  təcrid 
olunmuş şəkildə mövcudluğuna son qoydu. Dünya təsərrüfat əlaqələri çox sürətlə 
artır,  beynəlxalq  münasibətləri  tənzimləyən  dünya  sistemləri  yaradılır,  qarşılıqlı 
mədəni  təsirlər  artır,  böyük  məsafələr  asanlıqla  qət  edilir,  zamanın  gedişi 
sürətlənir,  dünya  bütöv,  vahid  bir  tam  halını  almağa  başlayır.  Texnoloji  inkişaf 
nəticəsində  müasir  dövrdə  dünya  “qlobal  kənd”,  cəmiyyət  “elm  cəmiyyəti”    və 
insanın əldə edə bildiyi vaxt isə “tarixin sonu” olaraq adlandırılmışdır və nəticədə 
qloballaşma insanın idarəsi xaricində inkişaf edən tarixi bir dövrdür.
68
 
Qloballaşmaya münasibət heç də birmənalı deyildir. Bəziləri qloballaşmanı 
mənfi bir proses kimi, Qərbin iqtisadi və mədəni maraqlarının qalan bütün dünya 
üzərində  dominantlığı  kimi  qiymətləndirirlər.  Bu  dominantlıq  varlı  və  kasıb 
ölkələr,  regionlar  arasında  bərabərsizliyin  davam  etdirilməsi  anlamına  gəlir. 
Burada  problem  yalnız  kəskin  bərabərsizliyin  davam  etməsi  deyil,  həm  də 
dünyanın  ''Koka-Kolonizasiyası''dır.  Belə  ki,  Üçüncü  Dünyanın  əhalisi  qlobal 
iqtisadiyyata  standartlaşmış  məhsulların  passiv  istehlakçıları  kimi  qoşulurlar. 
                                                           
68
 
Camilleri, Jozeps A. Ed.(2002), Democratizing Global Governance, Gordonsville,USA: 
Palgrave Macmillian 

67 
 
Başqa sözlə iqtisadi qloballaşma mədəni imperializmin əsaslarına söykənir. 
Bəziləri isə qloballaşmanı müsbət bir proses kimi qiymətləndirirlər. Onların 
bir  çoxu  qloballaşmanı  özü  ilə  bütün  dünya  əhalisinə  beynəlxalq  əmək 
bölgüsünün  və  bazar  iqtisadiyyatının  bəhrələrindən  yararlanmaq  imkanı  gətirən 
kapitalizmin  dünyanın  hər  bir  küncünə  və  köşəsinə  nüfuz  etməsi  kimi 
qiymətləndirirlər.  Qloballaşma  sərhədlər  üzərindən  iqtisadi,  siyasi,  sosial  və 
mədəni əlaqələrin intensivləşməsidir. 
İmmanuel Vollerşteynə görə isə qloballaşma qlobal əmək bölgüsü  ilə bir-
birinə bağlanmış kapitalist dünya iqtisadiyyatının qələbəsidir. Bu kapitalist dünya 
sistemi kapital toplamaq məntiqindən irəli gəlir.
69
 
Qloballaşma  kapitalist  istehsal  üsulunun  bütün  dünyanı  öz  sistemi 
çərçivəsində  düzənləmə  prosesi  kimi  də  qiymətləndirilir.  Kapitalist  istehsalının 
əsas  məqsədi  kapital  toplamaqdır.  Lakin  müəyyən  olunmuş  sərhədlər  daxilində 
daimi  mənfəəti  təmin  etmək  qeyri-mümkündür.  Buna  görə  də  kapitalist 
münasibətlərinin  iştirakçıları  fəaliyyətlərinin  ərazi  sferasını  genişləndirərək  yeni 
qazanc  mənbələri  axtarmaq  məcburiyyətindədirlər.  Məqsədi  bütün  dünyanı 
''kapitalizm  bayrağı''  altında  birləşdirmək  olan  bu  proses  qloballaşma  adını 
almışdır. 
M.Albrou  qloballaşmanı  dünya  xalqlarının  vahid  dünya  cəmiyyətində 
birləşdirən  bütün  proseslər,  bəşəriyyətin  ilk  dəfə  kollektiv  aktor  olacağı  bir 
cəmiyyət kimi xarakterizə edir. Qlobalizm o dəyərlərlə təyin olunur ki, onlar real 
dünyanı  –  5  milyardlıq  əhalini  əndişə  obyekti  kimi,  bütün  yaşayanları  dünya 
vətəndaşları, istehlakçılar və istehsalçılar kimi nəzərdə tutsun. Bir tək maraqla – 
qlobal  problemlərin  kollektiv  həll  edilməsi  marağı  ilə.
70
 Robertson  isə 
qloballaşmanı  həm  dünyanın  sıxılması  həm  də  dünyanın  vahid  tam  şəklində 
dərkinin  güclənməsi  ilə  əlaqələndirir.  ''Məsafənin  tiraniyasına''  teleqraf,  telefon, 
radio  və  televiziya  ilə  başlayan,  kompüter,  peyk  ötürücüləri,  faks  və  İnternetlə 
                                                           
69
“Dynamics of Global Crisis“ Immanuel Wallerstein with Samir Amin, Giovanni Arrighi and Andre Gunder 
Frank,1982, London 
70
 
Albrow M. Globalization, Knowledge and Society. – London: Sage,1990
 

68 
 
davam edən kommunikasiya inqilabı nəticəsində son qoyulur. Hava nəqliyyatı ilə 
birlikdə  bunlar  dünyanın  sıxılmasına  səbəb  olub.  Belə  ki,  informasiya  bir  anda 
ötürülə  bilər  və  insanlar  dünyanın  bir  ucundan  digər  ucuna  24  saatdan  çox 
olmayan  bir  müddətdə  çata  bilərlər.  Bu  effekt  coğrafiyaçı  Devid  Harvey 
tərəfindən ''zaman və məkan sıxlığı'' adlandırılmışdır.
71
 
R.Robertsonun  yanaşmasına  qarşılıqlı  asılı  vahid  dünyanın  yaranmasında 
çox  böyük  rolu  olan  iqtisadi  institutlar  və  kommunikasiya  texnologiyaları  da 
aiddir.  Bu  yanaşma  bəşəriyyətin  kollektiv  aktor  olması  və  ümumi  problemlərə 
kollektiv  həll  yolları  axtarması  ilə  məhdullaşmır.  Robertson  da  Olbrou  kimi 
diqqəti  siyasi  və  mədəni  ideyalar  (insan  hüquqları,  qlobal  ətraf  mühit  üçün  mə-
suliyyət,  kosmopolitalizm)  yönəltməyə  çalışır.  Qloballaşma  yalnız  siyasi 
iqtisadiyyatın  və  ya  beynəlxalq  münasibətlərin  subyektini  təşkil  edən  böyük 
transmilli  strukturları  deyil,  həm  də  bizim  dünyadakı  fəaliyyətimizi,  qavrayışı-
mızı, təcrübəmizi əhatə edir. Robertson qloballaşmanın millət daxilində baş verən 
kiçik  miqyaslı  hadisələrdən  fərqli  və  onlara  antoqonist  böyük  miqyaslı,  dünya 
mərkəzli bir proses olduğunu qəbul etmir. Onun fikrincə ''qlobal'' və ''lokal'' bir-
biri ilə konfliktdə deyillər. Onlar bir-birilərini itələyəcək nöqtəyə qədər qarşılıqlı 
təsir göstərirlər.
72
 
Bu  arqument  ''qlokalizasiya''  və  ya  ''lokal  qloballaşma''  anlayışlarını 
meydana çıxarır. Bunlar ilk olaraq 80-ci illərdə yapon biznes dairələrində qlobal 
şirkətlərin istehsalçıların fərqli tələblərini  qarşılamaq üçün xüsusi yerli şəraitlərə 
uyğun  məhsulların  hazırlanması  prosesinə  deyilirdi.  Robertson  daha  irəliyə 
gedərək  qlokalizasiyanı  və  ya  qloballa  lokalın  qarşılıqlı  nüfuzunu  qlobal 
cəmiyyətin  təyinedici  bir  cəhəti  kimi  səciyyələndirmişdir.  R.Robertsonun 
fikrincə,  qloballaşma  və  qlobal  ''sahə''  arasında  fərq  qoyulmalıdır.  Qlobal  sahə 
müxtəlif  növ  qarşılqlı  təsirlərin  və  dəyişikliklərin  baş  verdiyi  yeganə  sosial 
dünyadır. Qloballaşma isə vahid qlobal sahənin yaranmasını şərtləndirən amildir, 
lakin  o,  qlobal  sahənin  yeganə  komponenti  deyildir.  Digər  komponentlərə  isə 
                                                           
71
 “Spaces of Global Capitalism: Towards a Theory of Uneven Geographical Development” David Harvey  2006 
72
 Robertson R. Globalization: social theory and global culture. – London: Sage, 1992 

69 
 
millətlər,  başqa  cəmiyyətlər,  həmçinin  fərdlər  daxildir.  R.Robertsona  görə, 
qloballaşma  yalnız  strukturlar,  institutlar  və  şəbəkələrlə  bağlı  deyil,  həmçinin 
bizim sosial həyat və oradakı yerimiz haqqında düşüncə tərzlərimizlə bağlıdır. O, 
qeyd edir ki, dünyanın vahid cəmiyyət olması haqqında ideya ta əvvəllərə gedib 
çıxır. Bu, məsələn, Allahın Yerdəki Krallığı kimi düşüncələrdə əks olunmuşdur.
73
 
İqtisadi qloballaşmanın əsasını təbii resurslar və bazarlar üzərində nəzarət 
uğrunda  kəskin  rəqabət,  mübarizə  təşkil  edir.  Onun  əsas  aktorları  transmilli 
şirkətlərdir. Bu şirkətlər XX əsrin əvvəllərindən, böyük sənaye kampaniyalarının 
iqtisadi  və  maliyyə  maraqlarının  milli  sərhədləri  aşmağa  başladığı  dövrdən 
formalaşmağa  başlamışdır.  XX  əsrin  ikinci  yarısından  regional  transmilli 
şirkətlərin  qlobal  şirkətlərə  çevrilməsi  prosesi  başlandı.  Buna  xeyli  dərəcədə 
planetin  müxtəlif  hissələrini  vahid  informasiya  və  iqtisadi  məkanda  birləşdirən 
elektron rabitə vasitələri sahəsindəki inqilab təkan verdi. 
İqtisadi  qloballaşma  mərkəzləri  çox  böyük  miqyasda  fəaliyyət  göstərirlər. 
Öz  iqtisadi  gücünə  görə  bir  sıra  transmilli  şirkətlər  ayrı-ayrı  dövlətlərlə  rəqabət 
aparmaq  imkanına  malikdirlər.  Kapital  investisiyası  və  yeni  texnologiyalar 
üzərində  nəzarət  imkanları  onlara  hətta  çox  güclü  dövlətlər  üzərində  xüsusi 
fəaliyyət rıçaqları verir. Orta hesabla transmilli şirkətlərin xaricdən əldə etdikləri 
gəlirin  yarısı  onların  yerləşdiyi  ölkəyə  gətirilir.  Transmilli  şirkətlərin  çoxunun 
məhz  ABŞ  ərazisində  cəmlənməsi  müasir  dünyada  ABŞ-ın  mütləq  ticarət 
üstünlüyünün əsas səbəblərindən biridir. 
Firmalar xaricə çıxmazdan qabaq beynəlxalq mühiti yaxşı analiz etməli və 
qloballaşma  dövründə  “addımlarını  sağlam  atmalıdır”.  Əks  vəziyyət  şirkətlərə 
faydadan çox zərər gətirə bilər.
74
Robert Holtona görə beynəlxalq iqtisadiyyat ilə 
transmilli  iqtisadiyyat  anlayışları  arasında  fərq  qoyulmalıdır.  Beynəlxalq 
iqtisadiyyat  müəyyən  millətlərə  aid  institutlar  və  iqtisadi  aktorlar  tərəfindən 
həyata  keçirilən  milli  iqtisadiyyatlar  arasında  baş  verən  mübadilədir.  Sadə  dillə 
                                                           
73
 
Robertson R. Globalization: social theory and global culture. – London: Sage, 1992.
  
 
74
  Kotler, Philip - Armstrong, Gary; Principles of Marketing, Prentice Hall Inc. (2nd ed.), New York 1996, s. 263. 

70 
 
desək, bir ölkədə istehsal olunan məhsulların, xidmətlərin və xammalın başqa bir 
ölkədə  satılmasıdır.  Milli  iqtisadiyyatlar  arasında  dünya  ticarətinin  ekspansiyası 
bu prosesin əsas göstəricisidir. Bu növ iqtisadi qloballaşma heç də yeni deyil.
75
 
Bir  çox  TMK-lar  məsələn,  Ford,  İBM,  General  Motors  öz  multimilli 
fəaliyyətlərinə  1900-1930-cu  illərdə  başlayıblar.  Multimilli  müəssisələrin  sayı 
əsasən 1950-ci ildən sonra çox sürətlə artmağa başladı. Multimilli müəssisələrin 
fəaliyyəti xammal və emalla məhdudlaşmır, sürətlə inkişaf edən xidmət sektorunu 
da  əhatə  edir.  Bunlara  banklar,  sığorta  kampaniyaları,  mühasibat,  reklam  və 
məsləhət  sahələri,  hotel  sənayesi  daxildir.  Biznesin  qloballaşması  əsərində 
Danninq  multimilli  müəssisələrin  fəaliyyətinin  4  əsas  səbəbini  müəyyən  edir: 
bazar  axtarışı,  resurs  axtarışı,  səmərəlilik  axtarışı  və  strateji  əmlak  axtarışı. 
Multimilli  müəssisələrin  fəaliyyətinin  texnoloji  dəyişiklikyə  nisbəti  çox  mühüm 
məsələlərdən  biridir.  Bir  tərəfdən  telekommunikasiya  və  informasiya 
texnologiyasındakı  dəyişikliklər  multimilli  müəssisələrin  fəaliyyət  xərclərini 
azaldır,  digər  tərəfdən  dünya  miqyaslı  əsas  korporasiyaların  arasındakı  qlobal 
rəqabət  bazarında  rəqabətqabiliyətli  iştirakçı  qala  bilmək  uğrunda  mübarizəni 
intensivləşdirir.
76 
Qloballaşma dövründə TMK-lar rəqabət güclərini artırmaq məqsədilə rəsmi 
və  ya  qeyri-rəsmi  şəkildə  birləşməyə  məcbur  olurlar.  Birlşəmələr  və  “şirkət 
evlilikləri” ilə bağlı aşağıdakı meyllər vardır:
77
 
o
 
Şirkət birləşmələri və “evliliklər” adətən böyük firmalar arasında baş 
verir. 
o
 
Dünyada  ən  böyük  100  iqtisadi  sahəsinin  yarısından  çoxunu 
birləşmələr və “şirket evlilikleri”  müəyyən edir. 
o
 
Birləşmələr  və  “şirkət  evliliklər”indən  təşkil  olunan  ən  böyük  500 
şirkətin gəlirləri ABŞ-ın daxili hasilatının 60%-ni təşkil edir. 
o
 
TMK-lar  ilə  yaranan  “şirkət  evlilikləri”  dünya  ticarətinin  təxminən 
                                                           
75
 
Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998.
 
76
 
Dunning C.H. The Globalization of Business. –London: Routledge, 1993.
 
77
 Akman, Vedat; Gelecek Yüzyılın Gündemi: Yeni Oyunun Yeni Kuralları, Globalleşlen Sermayenin 21. Yüzyıl 
Planı, Rota Yayınları İstanbul 1999, s. 119-123. 

71 
 
70%-ni təşkil edir. 
o
 
 Birləşmələr  və  “şirkət  evliliklər”inin  yarısından  çoxu  ana  ölkələri 
Fransa,  Almaniya,  İrlandiya,Yaponiya  və  ABŞ  olan  şirkətlər 
arasında baş vermişdir. 
o
 
Birləşmələr  və  “şirkət  evliliklər”inin  90%-i  sənayeləşmiş  şimal 
ölkələrində olmuşdur. 
o
 
Bu şirkətlər dünyanın qaz, kömür, su-elektrik sahələrində vacib paya 
sahibdirlər. 
Holtonun  fikrincə,  TMK-ların  fəaliyyəti  nəticəsində  inkişaf  edən  iqtisadi 
qloballaşma  nə  məhvedici  bir  qüvvədir,  nə  də  ki,  o,  dünyanın 
McDonaldlaşdırılmasından  xəbər  verir.  Multimilli  müəssisələrin  gücünü  nə 
şişirtmək,  nə  də  ki,  qiymətləndirməmək  düzgün  olmazdı.  Qlobal  iqtisadiyyatda 
onların mərkəzi rolu danılmazdır. Onun fikrincə, onlara yalnız sərvət toplayan bir 
qüvvə kimi baxmaq düzgün deyil. Çünki bu multimilli müəssisələrin tədqiqat və 
inkişaf  da  daxil  olmaqla  bir  sıra  fəaliyyətlərdə  rolunu  danmaq  anlamına  gəlib 
çıxardı.  Beləliklə,  multimilli  müəssisələr  iqtisadi  güc  olmaqla  bərabər,  həm  də 
çox mühüm siyasi və mədəni qüvvədirlər.
78
 
Sosial ədalət prizmasından yanaşdıqda əsas problem kimi Şimal və Cənub 
yarımkürələri arasında artan bərabərsizlik götürülür. Bu, 1980-ci ildə Beynəlxalq 
İnkişaf  Məsələləri  üzrə  Müstəqil  Komissiya  tərəfindən  hazırlanmış  Brandt 
Hesabatı,  Şimal-Cənub:  Yaşama  Proqramının  dərcindən  sonra  daha  da  ciddi 
xarakter  aldı.  Burada  ''Şimal''  ABŞ,  Avropa,  Yaponiya  və  ekvatordan  cənubda 
yerləşən  Avstraliya  və  Yeni  Zellandiya  daxil  olmaqla  inkişaf  etmiş  dünyanı 
simvolizə edir. ''Cənub'' isə Çin də daxil olmaqla yoxsulluq, aclıq və zəif inkişafı 
simvolizə edir. Şimalın payına dünya əhalisinin dörddə biri, Cənubun payına isə 
əhalinin dörddə üçü düşdüyü halda gəlirlərin beşdə dördü şimalın, yalnızca beşdə 
biri  isə  Cənubun  payına  düşür.
79
 Samuel  Hantinqtonun  fikrincə  isə  dünya,  onu 
iqtisadi  planda  Şimal  və  Cənuba,  mədəni  planda  isə  Şərq  və  Qərb  ayıra  bilmək 
                                                           
78
 Holton R.C. Globalization and the nation-state. – Hong Kong, 1998 
79
 http://newint.org/features/1981/10/01/keynote/ 

72 
 
üçün çox mürəkkəbdir.
80
 
Burada alim C.Kaporozanın fikrini qeyd etmək yerinə düşərdi: 
’’Qərbin  demokratik  dövlətləri  bütün  dünyada  demokratiyanın  görünən  və 
gursəsli  tərəfdarlarıdır.  Eyni  zamanda  vaxtaşırı  beynəlxalq  hüquqa  zidd 
fəaliyyətlər  göstərirlər.  Bir  sıra  hallarda  onlar  üçüncü  dünyada  qanuni 
hakimiyyətləri  devirib,  onları  marionet  rejimlərlə  əvəz  ediblər…  ABŞ  və  İsrail 
kimi  daxilən  tamamilə  demokratik  dövlətlər  daha  az  demokratik  olan  Vyetnam, 
Qrenada, Panama, Suriya və Livan kimi dövlətlərə hücum etmişlər’’.
81
 
Milli  və  transmilli  maraqlar  arasında  əlaqələrə  danışıqlar  və  ümumi 
maraqlar axtarışı daxildir. Lakin maraqlar fərqli olarsa, onlar arasında konflikt də 
ola bilər. Burada əsas faktor qarşılıqlı asılılıqdır. Beləliklə, bir sıra xarici maraqlar 
dövlət  dəstəyindən  asılıdır,  həmçinin  dövlət  institutları  da  müxtəlif  kənar 
vasitələrdən asılıdırlar. 
Qloballaşma və TMK-lar kombinasiyasındakı  ölkələrin bu kombinasiyanın 
vahid ölçüləri kimi, xüsusən də Azərbaycanın qazandığı payı üstün tutub, TMK-
ların  müasir beynəlxalq  münasibətlərin vacib  aktoru kimi  oynadığı  rolunu təhlil 
etməyə  çalışmışam,  əlbəttə  ki  bu  təhlil  zamanı  mütəxəssislərin  verdiyi  inkişaf 
proqnozlarını da nəzərə almışam. Qloballaşma və Transmilliləşmə bir növ TMK-
lar  üçün  “springboard”  rolunu  oynayır,  məhz  bunun  üzərində  möhkəm 
dayanaraq  dövlətlərlə  fəaliyyət  və  əməkdaşlıq  istiqamətlərini  seçir,  bu 
əməkdaşlığın  dövlətlərə  verdiyi  təkcə  mənfi  tərəfləri  ilə  deyil,  eləcə  də  müsbət 
tərəfləri  ilə  özünün  mütləqilik  statusunu  və  daima  mövcudluq  perspektivlərini 
əlində saxlayır. 
Bizim  yaşadığımız  dövr  çox  mürəkkəb  bir  dövrdür.  Bu  dövr  üçün 
dəyişikliklərin  daimiliyi  ən  xarakterik  hala  çevrilmişdir.  Əvvəllər  ağlımıza  belə 
gətirə  bilmədiyimiz  hallar  indiki  dövrümüzün  acı  reallığına  çevrilmişdir.  Daxili 
və xarici siyasət arasındakı sərhəd getdikcə zəifləyir. Son on il ərzində dünyanın 
yeni  istehsal  gücləri  görünməmiş  bir  dəyişikliklərə  məruz  qalması  hazırda 
                                                           
80
 “After 20 Years: The future of the Third World” S.Huntington,Journal of Democracy,7,2.1996 
81
“ Theories of Political Economy” James A. Caporaso  1992  

73 
 
yaradılmış olan qlobal dünya cəmiyyəti dünyanı əvvəlki əsrlərdə baş vermiş elmi 
nailiyyətlər, kəşflər, yeniliklər, ixtiralar və ixtiraların dəyişdirildiyindən də, daha 
radikal və tez olaraq dəyişdirməkdədir. Bu dəyişikliklərin malik olduğu sürət və 
miqyas  bəşəriyyəti  ətraf  aləmdə  düzgün  istiqamətlənməyə  və  yaşanan 
dəyişikliklərin kordinatlarını müəyyən etməyə sövq edir. Biz bu fikri daha dəqiq 
ifadə etsək, belə alınacaqdır: dəyişməkdə olan bu dünyanın izaha ehtiyacı vardır. 
Bu izahlardan birincisini P.Kennedi (tarixçi-alim) vermişdir.  “Böyük dövlətlərin 
qalxımı  və  tənəzzülü”  adlanan  əsərində  P.Kennedi  göstərirdi  ki,  bütün dövlətlər 
əvvəlcə qalxım dövrlərini yaşayırlar, sonra isə sabitlik dövrü gəlir. Sonra isə bu 
dövlətlər  qaçılmaz  gərginlik  yaşayırlar  və  nəhayət  süquta  uğrayırlar.  Həmçinin 
P.Kennedi  bu  əsərdə  göstərir  ki,  “soyuq  müharibənin”  triumfatorları  da  bu  cür 
aqibətlə  üzləşəcəklər.  Bu  aqibət  qaçılmazdır.  Çünki  bunu  tarixin  məntiqi  tələb 
edir.
82
 
Qlobal  qarşıdurma  qurtardıqdan  sonra,  dünyada  baş  verən  bu 
dəyişikliklərin ikinci dəfə izahını Harvard universitetinin professoru S.Hantinqton 
vermişdir. O, dünyaya bir neçə sivilizasiyanın qarşıdurması prizmasından baxmış 
və  mədəni  qüvvələrin  öz  xüsusi  dünyalarını  (nəhəng  sivil  cəmiyyətləri) 
yaratdığını qeyd etmişdir. Dövlət loyallığının etikası mədəni eyniliyin daha geniş 
pafosu  ilə  əvəz  olunur,  sivilizasiya  əsas  tarixi  amil  kimi  milləti  əvəz  edir. 
Hantinqtona  görə,  yeni  qlobal  iqtisadi  siyasi  sistemin  yaradılması  qeyri-
mümkündür.
83
 
Yeni  dünyanın  izahını  verməyin  üçüncü  cəhdini  amerikan  sosioloqu 
F.Fukuyama  məhz  bu  cür  etməyə  çalışmışdır:  “İqtisadi  qüvvələr  sinfi  milli 
məhdudiyyətlərlə  əvəz  etməklə  mərkəzləşmiş,  hegemon  cəmiyyət  yaradaraq 
əvvəlcə  millətçiliyi  əmələ  gətirmişlər”.  Həmin  bu  iqtisadi  qüvvələr  indi  vahid 
inteqrasiya  olunmuş  dünya  bazarı  yaratmaq  vasitəsi  ilə  milli  əngəlləri  sıradan 
çıxarırlar. Millətçiliyin süqutu isə yalnız vaxt məsələsidir.
84
 
                                                           
82
 “Böyük dövlətlərin qalxımı və tənəzzülü” P.Kennedi 
83
 "Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" Samuel Hantinqton 1996 
84
 “Tarixin sonu və sonuncu insan” Frensis Fukuyama 

74 
 
Başqa bir izah isə, texnologiya yeniliklərinin tətbiq olunma sürəti ilə bağlı 
olan  izahdır  ki,  burada  da  söhbət  qloballaşmadan  gedir.  Müasir  dövrümüzdə 
qloballaşmanın güclü təsirlərinin müşayiət olunduğu bir zamanda ölkələr arasında 
istehsal  amillərinin  sərbəst  hərəkətinin  tədqiqi,  burada  TMK-ların  iştirakı  və 
onların bu prosesə təsiri xüsusi bir əhəmiyyətə malikdir. Bu baxımdan da, TMK-
ların tədqiqi çox vacibdir.  
Beynəlxalq Valyuta Fondunun müəyyənləşdirilməsinə əsasən, qloballaşma 
“həm  əmtəə  və  xidmətlərin,  həm  də  kapitalın  artan  dərəcədə  intensiv 
inteqrasiyasıdır”. 
Qloballaşma  dövlətlərin  qarşılıqlı  iqtisadi  asılılığına  gətirib  çıxarır, 
nəticədə  milli  iqtisadi  dövlət  müstəqilliyinin  tədricən  dağılması  və  milli  iqtisadi 
təşkilatların-qlobal  korporasiyaların  –  transmilli  idarəetmə  strukturlarının 
meydana çıxması baş verir. 
Dünya  iqtisadiyyatının  inkişafında,  istehsalların  beynəlmiləlləşməsində, 
kapitalın  səmərəli  dövr  etməsində,  beynəlxalq  miqyasda  elmi  və  texniki 
nailiyyətlərin istehsala kompleks tətbiq edilməsində, iş yerlərinin yaradılmasında, 
iqtisadi inteqrasiya proseslərinin güclənməsində və sairə bu cür texniki, texnoloji, 
təşkilati iqtisadi və sosial məsələlərin həll edilməsində  TMK-nın rolu böyükdür. 
TMK-nın bir mühüm cəhəti də vardır. Onlar nəyin bahasına olursa-olsun mənfəət 
(təmiz  mənfəət)  əldə  etməyə  yox,  nəyin  bahasına  olursa-olsun  istehsalın  və 
xidmətlərin həcminin artırılmasına çalışırlar və bu yolla da, həqiqətən, mütəmadi 
olaraq çoxlu mənfəət əldə edirlər.
85
 
Transmilli  korporasiyaların  fəaliyyəti  onların  əmələ  gəldiyi  dövlətlərin 
maraqları ilə sıx əlaqədardır. Bir qayda olaraq, transmilli korporasiyaların əmələ 
gəldiyi ölkələrin məqsədləri parlaq şəkildə ifadə olunmuş milli-eqoistik çalarlara 
malikdir,  məhz:  öz  vətəndaşlarının  yüksək  həyat  səviyyəsinin  təmin  edilməsi  və 
öz dövlətlərinin gücünün və nüfuzunun artırılması bunlara misal ola bilər. Bu cür 
vəziyyət  bu  ölkələr  tərəfindən  istisna  olaraq  öz  maraqları  daxilində 
                                                           
85
 Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev, Arif Şəkərəliyev, İdris Dadaşov //Bakı 2003 

75 
 
istiqamətləndirilən  birtərəfli  qloballaşmanın  inkişafına  kömək  edir.  Lakin 
qloballaşmanın  öz  inkişafının  daha  da  yüksək  səviyyəsinə  hər  yeni  keçidi  ilə 
dövlətlərin  qarşılıqlı  asılılığı  son  nəticədə  bir  sıra  ölkələrin  onların  imperiya 
ambisiyalarına cavab verən yeni iqtisadi qayda yaratmaq ümidləri heçə enməlidir. 
TMK-nın dövlət aparatı üçün kadrların seçilməsində də fəal iştirak edirlər 
və  çox  zaman  da  bu  yola  öz  dövlətlərində  beynəlxalq  fəaliyyətlərinə  mane 
olmayan münasib qanunların qəbul edilməsinə nail olurlar. Bununla da onlar öz 
dövlətlərinin  daxilində  korrupsiyanın,  rüşvətvermənin,  yersiz  yoxlamaların, 
qorxutmaların qabaqcadan qarşısını almış olurlar. Nəticəsi də göz qabağındadır. 
TMK-lar  olan  ölkələrin  hamısında  həm  dövlət  və  həm  də  sahibkarlar  kifayət 
qədər varlıdırlar, əhali də yaxşı yaşayır.
86
  
Beləliklə,  qlobal  iqtisadiyyat  dövlətlərarası  iqtisadi  konfliktlərin  həlli 
sahəsinə  çevrilir,  bundan  belə  nəticəyə  gəlmək  olar  ki,  dövlətlərin  və  onların 
ərazisində  yerləşən  transmilli  korporasiyaların  əsaslı  maraqları  obyektiv  olaraq 
üst-üstə  düşür,  belə  ki,  transmilli  korporasiyalar  onların  yerləşdikləri  dövlətlərə 
başqa  ölkələrin  resurslarına  daxil  olmağa  imkan  verir.  Bundan  başqa,  öz 
istehsallarını  xaricdə  yerləşdirən  transmilli  korporasiyalar  öz  dövlətlərinin 
proteksionist sədlərinin yarandığı hallarda onlarıdəf etməkdən azad edirlər. 
Transmilli  korporasiyalar  öz  mülkiyyətlərinin  anklavlarını  filiallar  və  qız 
müəssisələri  şəklində  başqa  ölkələrin  ərazilərində  yaratmaqla  öz  dövlətlərinin 
mövqeyini  möhkəmləndirirlər.  Xaricdə  mülkiyyətin  belə  sistemi  dövlətin 
beynəlxalq  real  nüfuzunu  təmin  edir.  Lakin  transmilli  korporasiyaların  iqtisadi 
qüdrətinin  artımı  korporasiyaların  dünya  arenaında  qlobal  siyasi  təsirinin 
artmadığını  və  müvafiq  olaraq  dövlətlərin  hökumətlərinin  zəifləməsinin  səbəb 
olması labüddür. Transmilli korporasiyaların təsir dairəsinin artması ilə güclənən 
transmilliləşmə  prosesi  ilk  növbədə  kapitalın  iki  və  daha  artıq  ölkə  arasında 
hərəkəti  olduğundan,  burada  ən  əsas  məna  kəsb  edən  termin  investisiyadır. 
İnvestisiya-iqtisadiyyatın  müxtəlif  sahələrinin  müəssisələrinə  və  təşkilatlarına 
                                                           
86
 Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev, Arif Şəkərəliyev, İdris Dadaşov //Bakı 2003 

76 
 
kapital  qoyuluşudur.  İnvestisiyalar  müddətinə  görə  üç  cür  olur:  uzunmüddətli, 
qısamüddətli və ortamüddətli. Qoyuluş istiqamətinə görə isə, fiziki, insan kapitalı 
və texnoloji kapital kimi növlərə ayrılır. İnvestisiyalar həm yerli investorlar, həm 
də  xarici  investorlar  tərəfindən  həyata  keçirilir.  Bunlar  da  rezidentlər  və  qeyri-
rezidentlərdir. Kapitalın beynəlxalq hərəkəti zamanı rəsmi və şəxsi invsetisiyalar 
baş  verir.  Rəsmi  dedikdə,  dövlət  xətti  ilə  həyata  keçirilən  investisiyalar  başa 
düşülür.  Şəxsi  investisiyal  isə  mikro  iqtisadiyyat  səviyyəsində  həyata  keçirilən 
investisiyadır. 
Charles Kegley və Eugene Vittkopf Transmilli korporasiyaların müsbət və 
mənfi tərəflərini belə qruplaşdırmışlar:
87
 
Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin