MÜNDƏRİcat giriş


Kasıblığın və aclığın aradan qaldırılması



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix10.03.2017
ölçüsü5,14 Kb.
#10917
1   2   3   4   5   6   7   8

 
1.Kasıblığın və aclığın aradan qaldırılması 
Beynəlxalq maliyyə qurumları tərəfindən kəskin kasıblıq həddi orta hesabla 1,25 
dollar  və ya daha aşağı gəlirin olması müəyyən edilib. 1990-cı ildə 1,8 milyard 
əhalinin  gündəlik  gəliri  1,25  dollar  idi.  O  vaxtdan  bəri  inkişaf  etmiş  ölkələrdə 
kasıblığın həddi 42%-dən 25%-ə enmişdir (2005-ci il statistikasına görə Çinin və 
Hindistanın yüksək inkişafı sayəsində) . 2015-ci il üçün kasıblığın həddinin 15% 
olacağı və kasıb əhalinin sayının 900 milyon aşağı düşəcəyi gözlənilir. 
 
2. Beynəlxalq səviyyədə ibtidai təhsilə nail olmaq 
                                                           
24
 The Atlas of Global Development.Account of World Bank for 2011 
25
 The Atlas of Global Development.Account of World Bank for 2011 

35 
 
20  il  əvvəl  dünya  ölkələri  hər  bir  uşağın  ibtidai  təhsil  alması  üçün  öhdəlik 
götürdü.  Çünki  bütün  uşaqların  yaxşı  keyfiyyətli  təhsil  alması  dövlətlərin 
inkişafına və kasıblığın yüngülləşdirilməsinə səbəb ola bilər. 2008-ci ildə inkişaf 
etmiş  ölkələrdə  ibtidai  təhsil  alanlar  87%,  orta  gəlirli  ölkələrdə  92%  və  aşağı 
gəlirli  ölkələrdə  67%  olmuşdur.  Bu  o  deməkdir  ki,  70  milyon  uşaq  ibtidai 
məktəblərdə  siyahıya  alınmamış,  təxminən  onların  yarısı  qeyri-formal  təhsil 
almışdır. 
 
3. Gender bərabərliyinə nail olmaq və qadınların hüquqlarını müdafiə 
etmək 
Bu  vacib  məsələdir.  Qadınları  təhsilə  həvəsləndirilmək  lazımdır.  Çünki  təhsilli 
qadınlar  uşaqlarının  daha  yaxşı  qayğısına  qalır  və  övladlarını  çox  həvəslə 
məktəbə  göndərirlər.  Təhsil  səviyyəsinin  yüksəldilməsi  aclığın,  kasıblığın  və 
xəstəliklərin  səviyyəsinin  aşağı  sala  biləcək  ən  mühüm  vasitədir.  1990-cı  ildən 
bəri qızlar üçün təhsil imkanları genişlənməyə başlamışdır. Orta gəlirli ölkələrdə 
yüksək  gəlirli  ölkələrin  təhsil  modellərinə  oxşar  modellər  tətbiq  olunmuşdur. 
Ancaq  aşağı  gəlirli  ölkələrdə  ibtidai  və  orta  təhsil  səviyyələrində  gender  ayrı-
seçkiliyi qalmaqdadır. 
 
4. Uşaq ölümü faizini aşağı salmaq 
1990-cı  ildən  bəri  yaşı  beşdən  aşağı  olan  uşaqların  ölüm  faizi  daha  da 
pisləşməkdədir.  2006-cı  ildə  yaşı  beş  və  ondan  aşağı  olan  uşaqlar  arasında 
ölənlərin  sayı  10  milyon  olmuşdur.  İnkişaf  etmiş  ölkələrdə  1990-2008-ci  illər 
arasında  ölənlərin  sayı  25%  aşağı  düşmüşdür.  Əgər  əvvəllər  hər  1000  nəfər 
uşaqdan 101-i ölürdüsə, indi bu rəqəm 70-ə enmişdir. Qidanın yaxşılaşdırılması, 
qadınların  savadlanması,  xəstəliklərin  qarşısının  alınması,  tibbin  inkişafı,  suyun 
təmizliyi  və  sanitariya  qaydalarına  əməl  olunması  ,  dünya  miqyasında  uşaq 
ölümünün  qarşısını alan peyvəndlərin  yayılmasını genişləndirmək  üçün  maliyyə 
qurumları pul vəsaitinin ayrılması öhdəliyini götürmüşdülər. 
 
5.Ana sağlamlığına nail olmaq 

36 
 
Hər il minlərlə qadın uşaq doğumu səbəbindən və ya hamiləlik müddətində ölür. 
Bu ölümlərin 99%-i inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə baş verir. 
Daha çox 15 və 49 yaş arasında olan qadınlarda daha çox ölüm halları müşahidə 
olunur.  Avropa  və  Mərkəzi  Asiya  ölkələrində  ana  ölümünün  qarşısının 
alınmasında yüksək inkişaf var. 
 
6. Malyariya, QİÇS və digər xəstəliklərlə mübarizə  
2008-ci  il  məlumatlarına  əsasən  33,4  milyon  insan  QİÇS  daşıyıcısıdır.  Hər  8  il 
ərzində dünyada iki milyon QİÇS daşıyıcısı ölür. Malyariyanın 90%-i Sub-Saxara 
Afrikasında yayılır. 90% malyariya ölümü bu regionda, daha çox yaşı 5-dən aşağı 
olan uşaqlar arasında baş verir. 
 
7. Ətraf mühitin mühafizəsi 
İnkişaf etmiş ölkələrdə sanitariyanın səviyyəsi 1990-cı ildə 43%-dən, 2008-ci ildə 
54%-ə qalxmışdır. 
 
8. İnkişaf məqsədilə qlobal əməkdaşlığı artırmaq 
Bu  məqsədlə  beynəlxalq  maliyyə  qurumları  ətrafında  sıx  birləşmək  lazımdır. 
İnkişaf  etmiş  ölkələr  dünyada  bu  problemlərin  aradan  qaldırılması  məqsədilə 
maliyyə qurumlarının büdcəsinə külli miqdarda pul vəsaiti yatırmalıdır. 
Müasir  dövrdə  beynəlxalq  maliyyə  təşkilatları  dövlətlərin  sosial-iqtisadi 
fəaliyyət sahələrinin formalaşmasında mühüm rol oynayırlar. Hal-hazırda Dünya 
Bankı  inkişaf  etməkdə  olan  ölkələrdə  demək  olar  ki,  bütün  sahələrdə  1800-ə 
yaxın  layihəni  maliyyələşdirir.  Maliyyələşdirilən  layihələr  müxtəlif  sahələrə 
aiddir: mikrokredit sisteminin inkişafından başlayaraq, AİDS problemi haqqında 
məlumatların  əhaliyə  çatdırılmasınadək.  Bura  həmçinin,  qız  uşaqlarının  təhsilə 
cəlb olunması,səhiyyə sahəsində xidmətin keyfiyyətinin artırılması və s. aiddir.  
 
Son zamanlar Dünya Bankının fəaliyyət prioritetləri əhəmiyyətli dərəcədə 
dəyişmişdir. Belə ki, 1980-ci ildə Bankın investisiyalarının 21%-i elektrik enerjisi 
sektoruna  qoyulmuşdur.  Bu  gün  bu  rəqəm  7%  təşkil  edir.  Eyni  zamanda  , 
səhiyyənin,  təhsilin  və  pensiya  təminatının  inkişafına  yönəldilmiş  maliyyə 
resursları 22% qədər artmışdır. 

37 
 
 
Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə təhsilin maliyyələşdirilməsini 
həyata  keçirən  ən  iri  beynəlxalq  mənbələlərdən  biridir.  DB  təhsil  sahəsini 
maliyyələşdirməyə  hələ  1963-cü  ildən  etibarən  başlamışdı,  o  dövrdə  təhsilə  31 
milyard  dollar  ayrılmışdır.  Hal-hazırda  Bank  təhsil  sahəsində  83  dövlətdə  158 
layihə  maliyyələşdirir.  Məsələn,  Hindistanda  qız  uşaqlarının  savadsız  böyüməsi 
böyük  problemdir  və  bu  problemi  aradan  qaldırmaq  üçün  Dünya  Bankı  orta 
məktəblərdə  qızların  təhsil  alması  üçün  layihələr  keçirir.  İndiyədək  Hindistanın 
29  ştatından  18-də  60  milyon  şagird  bu  proqrama  cəlb  olunmuşdur.  Analoji 
layihələr  Braziliyada,  Trinidadda  və  Tobaqoda  həyata  keçirilir.  Dünya  Bankı 
AİDS-lə mübarizədə də öz səylərini əsirgəmir. Dünyada hər gün AİDS virusunun 
daşıyıcısı olan 14000 insan peyda olur ki, onların da yarısını gənclər təşkil edir. 
Problemlə mübarizə üçün BMT-nın UNAİDS proqramına DB 1,7 milyard dollar 
maliyyə vəsaiti ayırmışdır. Təkcə Afrika ölkələrinə DB bir milyard dollar vəsait 
verib.  
Dünya Bankı səhiyyə proqramlarını da maliyyələşdirir. Yoxsul əhali üçün  
elementar  tibbi xidmətin  və qidanın  təmin edilməsi, yoxsulluğun  səviyyəsinin 
azaldılmasına və iqtisadi artıma   yardım  olur. Baxmayaraq ki, dövlətlər səhiyyə 
sahəsində  son  bir  neçə  onillik  ərzində  mühüm    uğurlar  əldə  etmişlər,  bir  sıra 
məsələlər  hələ  də  öz  həllini  tapmamışdır.  İEOÖ-də    hər  il  11  milyon  uşaqdan 
70  %  infeksion    xəstəliklərdən    və  aclıqdan  ölür.
26
 Dünya  Bankı,  hər  il  bu 
problemin həlli üçün 1 milyard dollar vəsait ayırır. Ayrılan vəsaitlər hesabına, 46 
ölkədə  malyariya  ilə  mübarizə  aparır,  30  ölkədə  isə  vərəm  xəstəliyinə  qarşı 
tədbirlər görülür. Çində ailələrin 90 % yodlaşdırılmış duzla təmin edilmişdir, bu 
da  yeni  doğulan  uşaqların  sağlam  olmasına,  vaxtından  əvvəl  doğuşların 
azaldılmasına  səbəb  olmuşdur.  Seneqalda,  Dünya  Bankı  uşaqların  aclığı  ilə 
mübarizə aparır və kompleks müalicə -profilaktik tədbirlər həyata keçirir 
Beynəlxalq  miqyasda  korrupsiyaya  qarşı  mübarizə  aparır.  Bu  gün  yeni 
layihələrin dörddən biri dövlət xərcləri və maliyyə islahatlarına həsr olunur. Son 
                                                           
26
 “ Beynəlxalq iqtisadi təşkilatlar” Müzəffər Məmmədov, Elçin İbadov, Bakı 2008 dərslik. 

38 
 
illər  ərzində  Bank  ciddi  qaydalar  müəyyən  etmiş  və  anonim  “qaynar  xətt” 
yaratmışdır ki, bura korrupsiya faktları ilə bağlı məlumat vermək olar.  
Dünya  Bankı  silahlı  münaqişə  yaşamış  ölkələrə  yardım  edir.  Hal-hazırda 
Bank  silahlı  münaqişədən    əziyyət  çəkmiş  40-a  yaxın ölkədə işləyir.  Bankın bu 
ölkələrdə  gördüyü  işlər  sahəsində  iqtisadi  fəaliyyətin  bərpa  olunması,  həmin 
regionlara  investisiya  qoyuluşu,  hərbi  əməliyyatlar  nəticəsində  dağıdılmış 
infrastrukturun  bərpa olunması, əhalinin zərərçəkmiş  təbəqələrinə  yardım və s 
vurğulamaq olar.. Bank tərəfindən  maliyyələşdirilən daha geniçmiqyaslı və daha 
keyfiyyətli layihələr arasında, Əfqanistanda infrastrukturun bərpa edilməsi, Şərqi 
Timorda və Haitidə dövlət qulluqçularının  təlim keçməsi və s. layihələr də var. 
27
 
2009-cu ilin sentyabrında Beynəlxalq Valyuta Fondunun İcraiyyə Komitəsi 
yoxsul  ölkələrə  yardım  məqsədilə  qızıl  ehtiyatlarının  bir  hissəsinin  satılması 
barədə  qərar  qəbul  etdi.  Fondun  məlumatında  deyilirdi  ki,  403,3  ton  qızıl 
satılacaq:  “Bu  qərar  Beynəlxalq  Valyuta  Fondunun  pul  ehtiyatının  həcminin 
artmasına  səbəb  olacaq  və  az  gəlirli  ölkələrə  yardım  etmək  imkanı  yaradacaq”. 
Qeyd  edək  ki,  satılması  nəzərdə  tutulan  qızıllar  Beynəlxalq  Valyuta  Fondunun 
qızıl ehtiyatının səkkizdən bir hissəsini təşkil edirdi.   
2010-cu  ildə  Sankt-Peterburqda  “Tiger  Summit”keçirilmişdir.  Burada  
“Asiyanın  Pələngləri”nin  inkişaf  proqramı  qəbul  olunmuşdur.  Bu  proqrama 
əsasən  həmin  dövlətlərə  Dünya  Bankı  tərəfindən  350  milyon  dollar  pul 
ayrılmışdır.  
Dünya  Bankı    həmçinin,  öz  müştərilərinə  aşağıdakı  tədbirləri    görməyi  
məsləhət  görür: 
-
 
İnsan  resurslarının    inkişafına  investisiya  qoymaq,  xüsusilə,  səhiyyə  və 
təhsil sistemlərinin təkmilləşdirilməsi yolu ilə; 
-
 
Sosial  inkişaf  üzərində    cəhdlərin    artırılması,  əhalinin  geniş  təbəqələrinin 
inkişaf probleminin  həll edilməsinə cəlb edilməsi, idarəetmə metodlarının 
                                                           
27
 
World Bank, Post-Conflict Reconstruction: The Role of the World Bank, 1998, pp. 5 and 9 

39 
 
mükəmməlləşdirilməsi və yoxsulluğun səviyyəsinin aşağı  düşməsinin əsas 
faktoru kimi  institusional potensialın artırılması; 
-
 
Hökumətlərin 
keyfiyyətli 
xidmət 
göstərməsinə 
dəstək, 
onların  
fəaliyyətinin səmərəliliyinin və şəffaflığının  təmin edilməsi; 
-
 
ətraf mühitin qorunması; 
-
 
fərdi sahibkarlığın  inkişafının dəstəklənməsi və stimullaşdırılması; 
       -    investisiya  və  uzunmüddətli  planlaşdırma    üçün  şərait    yaradan  
makroiqtisadi  stabilliyin inkişafına  yönəldilmiş islahatların dəstəklənməsi.  
DB  onun  qarşısında  duran  başlıca  vəzifə  olan  yoxsulluğun  aradan 
qaldırılması  məsələsində  konfliktlərin  aradan  qaldırıması  və konfliktdən sonrakı 
bərpanı  mərkəzi  element  kimi  götürür.  1997-ci  ildə  DB  tərəfindən  konfliktdən 
əziyyət  çəkən  ölkələrə  iqtisadi  artım  və  problemlərin  həllinə  yeni  yanaşma 
məsələlərində dəstək olmaq üçün konflikdən sonrakı bərpa Fondu  (KSBF) təsis 
edilmişdir.  Qeyd  edək  ki,  Bankın  kreditlərinin  16%-i  konfliktlərin  nəticələrinin 
aradan qaldırılmasına yönəldilir. 2004-cü maliyyə ilində DB özünün KSBF fondu 
vasitəsilə  konfliktdən  əziyyət  çəkən  ölkələrə  10.6  mln  ABŞ  dolları  həcmində 
yardım ayırmışdır. 1998-ci ildən bəri Fond ümumi dəyəri 66.7 mln ABŞ dolları 
həcmində  olan  137  qrant  ayırmışdır.  Yardımın  əsas  hissəsi  Afrika  regionuna 
yönəldilir.  Liberiya,  Sudan,  Somali  və  Haiti  kimi  konfliktdən  əziyyət  çəkən 
ölkələr  üçün  ümumi  dəyəri  25  mln  ABŞ  dolları  həcmində  olan  trast  fond 
yaradılmışdır. 
28
 
Dünya  Bankı  inkişafa  kömək  məqsədi  ilə  hər  il  20  milyard  ABŞ  dolları 
dəyərində  öhdəlik  qəbul  edən  ən  iri  təşkilatdır.  Dünya  Bankı  nəinki  “donor” 
təşkilat kimi, həm də dünya itisadiyyatını “koordinasiya” edən təşkilat kimi çıxış 
edir.Yəni,  şəxsi,  hökumət  və  qeyri-hökumət  təşkilatları  ilə  ehtiyatların  istifadə 
olunmasında,    cari  inkişaf    proqramlarının    müdafiə  olunmasında    böyük    rol 
oynayır. 
                                                           
28
 “The Role of International Financial Institutions in International Humanitarian Law”
 Laurie R. 
Blank,
 
Washington 2002 

40 
 
2011-ci  ilin  noyabrında  Beynəlxalq  Valyuta  Fondu  yeni  fəaliyyət 
strategiyasına keçdi. Yeni siyasət qısamüddətli maliyyə problemləri ilə rastlaşan 
dövlətlərə daha operativ kredit almaq imkanları  verilməsini nəzərdə tuturdu. Bu 
cür kreditlər sabit maliyyə siyasəti yürütmək yönündə parlaq tarixçəyə malik olan 
ölkələrə verilir.  
2011-ci  ilin  dekabr  ayında 
 
Beynəlxalq  Valyuta  Fondunun  rəhbəri  Kristin 
Laqard  ərəb  inqilablarının  idarə edilməsi ilə  bağlı dünya  ictimaiyyətini  xəbərdar 
etmişdir.  Kristin  Laqard  Yaxın  Şərq  və  Şimali  Afrikadakı  hadisələr  neft  ixrac 
edən  ərəb  ölkələrindəki  iqtisadi  durğunluğu  daha  da  dərinləşdirəcəyini 
söyləmişdi.  Bunun  qarşısını  almaq  üçün  Kristin  Laqard  Ərəb  ölkələrinin 
xalqlarının  tələblərinin  nəzərə  alınması,  maaşların  artırılması  və  dayanıqlı 
maliyyə  siyasəti  yeritməyin  zərurətini  vurğulamışdı.  Kristin  Laqard  Liviya, 
Tunis,  Misir  kimi  ölkələrə  maliyyə  yardımları  edildiyini  də  bildirmişdi.  Bu 
ölkələrin  rəhbərliyinə  isə  özəl  sektoru  inkişaf  etdirməklə  bağlı  məsləhətlər 
vermişdi.  Ancaq  deyəsən  bütün  bunlar  yalnız  ictimaiyyətin  gözündən  pərdə 
asmaq idi, ya da Ərəb liderləri doğurdan da məsləhətə əməl etmədi.
 
Beynəlxalq 
Valyuta  Fondu  2012-ci  ildə  qlobal  iqtisadi  artım  proqnozunu  təkrar  gözdən 
keçirmişdir.  Yeni  hesablamalara  əsasən,  artımın  Fondun  yanvar  bəyanatında 
göstərildiyindən  0,2%  çox  olacağı  və  3,5%  təşkil  edəcəyi  göstərilmişdir. 
Bütövlükdə  Fondun  ekspertləri  vurğulayırlar  ki,  dünya  iqtisadiyyatı  hələ  dərin 
maliyyə böhranıyla bağlı çətinlikləri dəf edə bilməmişdir. 
2012-ci  il  fevralın  2-də  Dünya  Bankının  İcraedici  Direktorlar  Şurasının 
üzvləri  tərəfindən  “Vyetnamda  iqlim  dəyişikliklərinin  idarə  olunması  siyasəti” 
barədə  proqram  layihəsi  qəbul  olunmuşdur.  Vyetnam  dünyanın  ən  çox  iqlim 
dəyişikliyindən  əziyyət  çəkən  ölkələrindən  biridir.  O,  daha  çox  küləklərdən, 
daşqınlardan  və  dəniz  səviyyəsinin  qalxması  nəticəsində  yaranan  fəlakətlərdən 
əziyyət  çəkir.  Proqram  çərçivəsində  Vyetnama  70  milyon  ABŞ  dolları 
məbləğində  maliyyə  vəsaiti  ayrılmışdır.  Ölkə  bu  vəsaiti  kredit    verildikdən  5  il 
sonra 25 il müddətində borcunu qaytarmalıdır. 

41 
 
 
2012-ci il martın 30-da Sidneydə keçirilmiş konfransda qeyd edilmişdir  ki, 
2000-ci ildən bəri Beynəlxalq İnkişaf  Assosiasiyası kasıb ölkələrdə yaşayan 310 
milyon  uşağın  xəstəliklərdən  müdafiəsi  siyasətini  həyata  keçirmişdir  (bu  da 
Avstraliyadakı  uşaqların  sayından  60  dəfə  çoxdur)  47  milyon  əhaliyə  kömək 
etmişdir:  sağlamlığının  yüksəldilməsi  və    ərzaqla  təmin  etmişdir  (bu 
Avstraliyanın əhalisindən 2 dəfə çoxdur). Avstraliya  Dünya  Bankının ən kasıb 
ölkələr üçün ayrılmış fonduna və Beynəlxalq İnkişaf  Assosiasiyasına ianə verən 
əsas  ölkələrdən  biridir.  Dünya  Bankı  Avstraliyada  telekommunikasiyanın 
inkişafı,  Yeni  Qvineyada  1300  km-dən  çox  yolun  restavrasiyası  və  yenidən 
təmiri, Solomon adasının ucqar kəndlərində yaşayan 50 000-dən çox əhalisi olan 
47  kəndin  infrastrukturunun  yaxşılaşdırılması  üçün  maliyyə  yardımı  ayırmışdır. 
29
Təhsilin, səhiyyənin, həyat səviyyəsinin yaxşılaşdırılması üçün Dünya Bankının 
Avstraliya ilə birgə əməkdaşlığı davam etdirəcəkləri vurğulanmışdır. 
Dünya  Bankı  2012-ci  ildə  münaqişələrin,  sabitsizliyin  iqtisadi-sosial 
inkişafa  təsirini  öyrənib.  Araşdırma  Somalidəki  dəniz  quldurluğundan  tutmuş, 
Əfqanıstandakı müharibəyə, Latın Amerikasındakı narkotik madələr alverinəcən 
həm müxtəlif mənfi, eləcə də Şimali İrlandiyada, İndoneziyada rəvan siyasi keçid 
kimi müsbət hadisələri əhatə edir. Hesabata görə, “ölkədə sabitsizlik və münaqişə 
doyunca  yeməyənlərin  sayını  orta  hesabla  iki  dəfə  artırır.  Kasıblıq  50  faiz  artır. 
Məktəbə getməyən uşaqların sayı 3 dəfə artır.” Hesabata görə, dünyada onsuz da 
1  milyard  500  milyon  yoxsul  var.  42  milyon  adam  evindən  didərgin  düşüb. 
Hesabatı  təqdim  edən  Dünya  Bankının  prezidenti  Robert  Zoellick  deyib  ki, 
insanın  təhlükəsizliyi  ilə  inkişaf  arasında  birbaşa  əlaqə  var.  Dünya  Bankının 
prezidenti vətəndaşın təhlükəsizliyinə, ədalətə və yeni iş yerlərinin yaradılmasına 
investisiyalara  çağırıb.  O,  ölkələri  bu  3  dəyəri  –  təhlükəsizliyi,  ədaləti  və  iş 
yerlərini qoruyan və inkişaf etdirən dövlət qurumlarını təkmilləşdirməyə çağırıb. 
 
                                                           
29
 http://go.worldbank.org/XC5NCJDH40About The Development Committee 
 

42 
 
II FƏSİL    Transmilli münasibətlər və transmilli korporasiyalar 
2.1  Transmilli korporasiya anlayışı, strukturu və onların yaranma səbəbləri 
Transmilli şirkət anlayışı, sürətlə irəliləyən texnoloji inkişafla eyni vaxtda 
yaranan  anlayışdır.  Transmilli  şirkət  anlayışının  izahına  bir  çox  yanaşmalar 
mövcuddur.  Ən  sadə  izaha  görə,    fərqli  ölkələrlə  əlaqəli    quruluş  və  mərkəz 
büroları  əhatə  edən  və  fərqli  məqsədləri  olan  şirkətlərin  coğrafi  cəhətdən 
parçalandığı qruplardan meydana gələn şirkətdir.
30
 
Geniş  mənada  izaha  görə,  transmilli  korporasiya  müxtəlif  ölkələrdə  qız 
şirkətlər  və  filialları  ilə  fəaliyyət  göstərən,  ümumi  satışlarının  və  iş  prosesinin 
20%-i “ana ölkə” xaricində olan şirkətlərdir.
31
  Birbaşa xarici investisiyaların tez 
bir  şəkildə  artımı,  əməyin  texnoloji      bölgüsünün    firma,  sahələrdən  və  milli 
sərhədlərdən  kənara  çıxması  müxtəlif  ölkələrdə  və  hətta  müxtəlif  qitələrdə 
filialları ilə birlikdə nəhəng beynəlxalq elmi  istehsal komplekslərinin yaranması 
ilə 
müşayət  olunur.  Transmilli  korporasiyalar  elmi-texniki  inkişafın 
sürətlənməsini istehsalın effektivliyi, menecment formalarının təkmilləşdirilməsi, 
müəssisələrlə idarəçilik kimi istiqamətlərində təmin etməklə dünya iqtisadiyyatını 
dünya istehsal təsərrüfatına çevirir. 
Rugman  və  Hodgetts  transmilli  korporasiyanın  izahını  bu  cür  vermişdir: 
“TMK  mərkəzi  bir  ölkədə  olub  fəaliyyətləri  digər  ölkələrdə  də  davam  edən 
şirkətdir”
32

TMK-lar haqqında iki önəmli məsələ vardır:
33
 
1.
 
Bu  şirkətlərin  həqiqətən  istehsala  istiqamətlənmiş  fəaliyyət 
göstərmələri; 
2.
 
Səlahiyyətlərinin birdən çox ölkədə rellaşdırılması. 
                                                           
30
 
Sumantra Ghoshal & Christopher A. Bartlett, “The Multinational Corporation as an 
Interorganizational Network”, The Academy of Management Review, Cild. 15, №. 4, October 
1990, s. 603 
31
 Fikret Güntekin, “Çok Uluslu İşletme ve Uluslar arası İşletme”, s.3 
http://fikretgultekin.com/yukseklisans/%C3%87okuluslu%20%C4%B0%C5%9Fletmeler.pdf 
(17 Haziran 2009) 
32
 Rugman və Hodgetts (1995) səh.51 
33
 Erkal Fidan, “Çok Uluslu Şirketler ve Az Gelişmiş Ülkelere Etkileri”,Celal Bayar Üniversitesi İİBF Yönetim ve 
Ekonomi Dergisi, Cilt:1,Sayı:1,1995,səh.102 

43 
 
İqtisadi  və  maliyyə  gücü  nəzərə  alınaraq  transmilli  şirkətlərə  aşağıdakı 
təriflər verilmişdir: 
o
 
Bruck və Leese görə xarici ölkələrdəki istehsalı və işçi heyəti ümumi 
istehsalının və işçi heyətinin əsas hissəsini təşkil edən şirkətlərdir.
34
 
o
 
McDonald  və  Parkerə  görə  xaricdəki  sərvətləri  ümumi  sərvətlərinin 
ən az 20%-ni təşkil edən şirkətlərdir.
35
 
o
 
Vernona  görə,  fərqli  millətlərdən  təşkil  olunmuş  şirkətlərin  ortaq 
rəhbərlik strategiyası üçün ortaq mülkiyyət və məsuliyyət məqsədilə 
birləşməsindən yaranan şirkətlərdir.
36
   
Beləliklə,  Transmilli  korporasiyalar  istehsal  və  ticari-satış  fəaliyyəti 
dövlətin  milli  sərhədlərini  aşan  elə  bir  korporasiyalardır  ki,  fəal  şəkildə  BƏB-in 
obyektiv tendensiyalarından yararlanır və dünyanın beynəlmiləlləşməsi prosesini 
gücləndirir,  bu  da  əməyin  dünyəvi  bölgüsündə  yeni  sxemlərin  yaradılmasına 
gətirib çıxarır. TMK-lar bu korporasiyaların bazalaşdığı əsasən ölkə kənarlarında 
yerləşərək,  müxtəlif  ölkələrdə  ümumi  filial  və  bölmələr  şəbəkələrinə  malik  olan 
və  bu  və  ya  digər  əmtəənin  istehsalı  və  reallaşdırılmasında  aparıcı  yer  tutan 
istehsal  və  xidmətlər  kompleksinə  malikdir    və  ya  bu  korporasiyalar  tərəfindən 
nəzarət edilir. Xarici ədəbiyyatlarda TMK-ların aşağıdakı əlamətləri ayrılır: 
1.
 
firma buraxılmış məhsulu birdən çox ölkədə reallaşdırır. 
2.
 
onun müəssisə və filialları iki və daha çox ölkədə yerləşir. 
3.
 
onun sahibləri müxtəlif ölkələrin rezidentləri sayılır. 
Sadalanan  bütün  bu  əlamətlər  TMK-ları  istifadə,  istehsal  və  mülkiyyət 
sferalarına  aid  edir.  Real  olaraq  funksionallaşan  firmaların  sadalanan 
əlamətlərdən istənilənə cavab verməsi kifayətdir ki , onlar TMK-lar kateqoriyası 
qəbul  etsinlər.  Bir  çox  nəhəng  kompaniyalar  eyni  zamanda  hər  üç  əlamətə 
malikdirlər. TMK əlamətləri daşıyan firmalar çoxdan yaranıb. Ancaq TMK-ların 
                                                           
34
 Tümer, Mehmet; “Çok Uluslu işletmelerde Kültürün Yöneticiler Üzerine Olan Etkileri”, Human Resources, 
Ekim-Kasım-Aralık 1998, s. 34.
 
35
 McDonald, John G. – Parker, Hugh; “Creating a Strategy for International Growth”, International Enterprise, 
McKinsey Co. Inc., New york 1962, s. 17. 
36
 Phatak, Arvind V.; Managing Multinational Corporations, Praeger Publishers, New York 1974, s. 21. 

44 
 
formalaşması barədə fərqli fikirlər mövcuddur. İqtisadçılara görə, 15-16-cı əsrlər 
TMK-ların yaranması dövrüdür. Bu dövrlərdə, xüsusən İngiltərədəki TMK-lar bu 
ölkə  ilə  müstəmləkələri  arasında  əmtəə  ticarətində  vacib  rol  oynamışlar.  İkinci 
dünya  müharibəsindən  sonra  ticarətin  sərbəstləşməsi  nəticəsində  TMK-lar 
bugünkü vəziyyətlərini almışlar
37
.  
Başqa  bir  mənbədə  TMK-ların  19-cu  əsrin  ortalarında    sənaye  sahəsində 
meydana  gəldikləri  və  ikinci  dünya  müharibəsindən  sonra  təşkilati  formaya 
keçdikləri  bildirilir.
38
 Kapitalın  təmərküzləşməsi  şəraitində  planetar  miqyasda 
istehsalın məkan cəhətdən desentralizasiyası inkişaf etməyə başladı.  
Nəhəng  sənaye  firmalarının  transmilli  fəaliyyətinin  ilk  mərhələlərində 
əvvəlcə, xarici dövlətlərin xammal sahəsinə investisiya yatırdılar, eləcə də həmin 
ölkələrdə  özlərinin  distributiv  və  satış  bölmələrini  qurdular.  Bu  bölmələrin 
yaradılması təkcə ona görə deyildi ki , ölkədən kənarda istehsal müəssisələrinin 
yaradılmasından öz sərhəddən kənar bölmələrinin qurulması daha az investisiya 
tələb  edirdi,  eləcə  də  ev  müəssisələrinə  effektiv  güc  imkanlarının  cəlb  olunması 
səviyyəsini  qorumaq  xüsusiyyətlərinə  yeni  istehsal  gücllərinin  neqativ  təsir 
imkanları  mövcud  idi.  Belə  təsir  xüsusən  eyni  və  zəif  differensiyallaşmış 
məhsulların istehsalında özünü ən pis tərəfdən göstərirdi. Sərmayə yatırtmaq üçün 
bütövlükdə 4 səbəbin olduğu qəbul edilmişdir: təbii sərvətlərə sahib olmaq, yeni 
bazarlar  əldə  etmək,  rasionallaşdırma  vasitəsi  ilə  hal-hazırdakı  xarici  istehsalı 
yenidən dirçəltmək və strateji önəm daşıyan mənbələri istifadə edə bilmək. İlk 3 
səbəb  aktiv  dəyərləndirməyə  aiddir,  sonuncu  səbəb  isə  aktiv  inkişafla  əlaqəlidir 
və şirkətin məqsədi mövcud olan aktivlərə yenilərini əlavə etmək olmalıdır.
39
 
İlk  TMK    hollandiyalı  “Unique  Margarin”    ilə  ingilis  “Lever  Brothers” 
olmuşdur. Bu iki şirkətin birləşməsindən Unilever meydana gəlmişdir. 
                                                           
37
 
Chris Adams; Richard Coombes, Global Transfer Pricing: Principles and Practise
LexisNexis: UK, 2003, s. 1
 
38
 Paul Hirst ve Grahame Thompson, “Küreselleşme Gerekli bir mit mi?”, (Çev). Nasuh Uslu, Küreselleşme 
Okumaları, (Edit.) Kudret Bülbül, Ankara: Kadim Yayınları, Haziran 2006. s.46 
39
 
Dunning,(Çev).Keskin, s.426
 

45 
 
TMK-ların  strategiya  təkamülünün  ikinci  mərhələsi  sonuncuların  əcnəbi 
ölkələrdə  istehsal  bölmələrinin  rolunun  güclənməsi  və  xarici  istehsal  və  ticarət- 
satış  əməliyyatlarının  inteqrasiyası  ilə  bağlıdır.  Bununla  da  xarici  istehsal 
bölmələri  əsasən  o  məhsulların  istehsalında  ixtisaslaşırdılar  ki,  əvvəlki 
mərhələlərdə  sonuncunun  istehsal  tsikli  ana  firmalar  tərəfindən  həyata 
keçirilmişdi.  Tələbin  differensiasiyası  və  dünyanın  müxtəlif  regionlarında 
inteqrasiya  prosseslərinin  güclənməsi  fonunda  TMK-ların  istehsal  filialları  daha 
çox ana firmanın istehsal etdiyi əmtəədən seçilən məhsulun istehsalına yönəlmiş 
şəkildə qurulur , ticarət-satış bölmələri isə regional bazarlarda artıq formalaşmış 
xidmətlərlə məşğuldur. Birbaşa xarici investisiyaların müharibədən sonrakı artımı 
müşahidə olunur , onların artımı bilavasitə TMK-ların fəaliyyəti ilə bağlıdır. Ən 
böyük kreditor ABŞ idi , investisiyaların demək olar hamısı inkişaf etməkdə olan 
ölkələrə  yönəldilirdi.  Ancaq  70-ci  illərin  əvvəllərindən  başlayaraq  artım 
dayanmağa  doğru  sürət  aldı,  onların  istiqaməti  dəyişdi  –  onlar  əsasən  Qərbi 
Avropa ölkələrinə yönəlmiş oldu. 1980-ci illərdən başlayaraq İngiltərə, Almaniya, 
Kanadadan birbaşa investisiyalar ABŞ-a istiqamət aldı.  
Transmilli korporasiyaların  yaranma  səbəbləri demək  olar ki, müxtəlifdir, 
ancaq  onların  hamısı  bu  və  ya  digər  formada  bazarın  qeyri-mütəşəkilliyi, 
beynəlxalq  ticarətin  inkişafı  yolunda  məhdudiyyətlərin  olması,  istehsalçıların 
güclü  monopol  hakimiyyətinə  malik  olması,  transport  xərcləri,  vergi 
qanunvericiliyində  fərqliliklə  bağlıdır.  TMK-ların  bir  sıra  danılmaz  üstünlükləri 
var.  Xarici  ölkələrdəki  filiallar  TMK-ların  xarici  bazarlara  çıxışı,  istehsal 
xərclərinin  azaldılması,  gəlirlərin  artırılmasının  təminatçısı  kimi  vacib  rol 
oynayırlar.  Bütün  bunlar  TMK-lara  maliyyə  sabitliyi  bəxş  edir  və  böhran 
dövrlərində tab gətirməyə imkan verir.  
Aşağıda göstərilmiş imtiyazlar ( üstünlüklər ) hamı üçün aydın olduğundan 
onlara
  
TMK-ların fəal inkişafına kömək edən səbəblər kim yanaşmaq olar : 

 
effektivliyin  artırılması  və  rəqabətqabiliyyətliliyin  gücləndirilməsi, 
göstərilən  əlamətlərin  adaptasiya  edilməsi,  öz  strukturlarına  təminat,  istehsal, 

46 
 
elmi-tədqiqat,  distribütor  və  ticarət-satış  müəssisələrini  inteqrasiya  edən  nəhəng 
firmaların ümumi hədəfləri sayılır ; 

 
öz  mülkiyyətinin  texnologiya  qarşılığında  satışının  təşkili  üçün  bazar 
mexanizmlərinin  qeyri-mükəmməlliyi  ,  istehsal  təcrübəsi  ,  ilk  öncə  idarəçilik  və 
marketinq  təcrübəsi  və  digər  bu  kimi  “  intangible  property  ”  (hiss  edilməz 
aktivlər)  aktivlərin  çatışmazlığı  firmanı  öz  aktivləri  üzərində  nəzarəti  saxlamağa 
məcbur  edir. TMK-lar  çərçivəsində belə  aktivlər  mobil halda mövcuddur  , digər 
ölkələrə  daşına  bilər  və  bu  aktivlərin  istifadəsinin  yan  təsirləri  nəhəng 
korporasiyaların sərhədlərini aşmır; 

 
Xarici  ölkələrin  resurslarına  çıxış  əldə  etmək  yolu  ilə 
effektivliyin  artırılması  və  rəqabətqabiliyyətliliyin  gücləndirilməsinin  əlavə 
imkanları  (  daha  ucuz  və  daha  ixtisaslı  işçi  qüvvəsinin,  xammal  resurslarının, 
elmi-tədqiqat  potensialı,ölkənin  istehsal  imkanları  və  maliyyə  resurslarından 
istifadə ); 

 
 Firmanın  xarici  ölkədəki  filiallarının  istehsalı  olan  məhsul 
istehlakçılarına  yaxınlıq  və  bazarın  perspektivi  ,  qəbul  edən  ölkənin  firmasının 
rəqabət potensialı haqqında informasiya əldə etmək imkanı , TMK-ların filialları 
ona firma və onun filiallarının elmi-texniki və idarəçilik potensialından istifadəsi 
nəticəsində qəbul edən ölkənin firmaları qarşısında vacib imtiyazlar qazandırır; 

 
Öz  maraqları  naminə  dövlət,  xüsusən  də,  vergi  siyasətindən,  valyuta 
kursundakı fərqlər və s. imkanlarından istifadə qabiliyyəti; 

 
Dəbdən  düşərək  köhnəlməsi  halı  baş  verərsə,  texnologiya  və  məhsulların 
xarici  filiallara  atılması  və  bölmələrin  güc  və  resurslarının  yeni 
texnologiya,  məhsulların  hazırlanması  üçün  ana  firmada  cəmləşdirilməsi 
yolu  ilə  həmin  texnologiya  və  məhsulların  həyat  tsiklinin  uzadılması 
imkanları; 
Beləliklə,  60-cı  illərdə  ABŞ-dan  Avropaya  olan  böyük  investisiya  axını 
Avropa iqtisadi  cəmiyyətinin qoyduğu  tariflərlə,  belə  desək,  yubadıldı. TMK-lar 
hazır  məhsulların  eksportu  yerinə  həmin  Avropa  ölkələrində  tariflərdən  yan 

47 
 
keçərək  daxildə  istehsalı  təşkil  etdilər.  Xarici  iqtisadi  ekspansiyanın  konyunktur 
tərəddüdlərini  yumşaldılması  işində  vasitə  kimi  effektivlik  həmişə  yüksək 
qarşılanır və iqtisadi riskin azaldılması üçün təmiz milli xarakterli üsulları təmin 
edən  faktorlardan  daha  yaxşı  hesab  edilir.  Öz  istehsal  ölçüləri  ilə  korporasiya  o 
vaxt  müstəqil  manevr  edə  bilər  ki,  o  istehsalın  kiçik  ölçüsündə  belə  gəlir 
götürmək  qabiliyyətinə  malik  olsun.  İstehsal  filiallarının  müxtəlif  ölkələrdəki 
ümumdünya şəbəkəsi TMK-lara maksimal xeyirlə məhsulu realizə etmək şəraiti 
verilən  yerdə  istehsalı  gücləndirmək,  ziyan  olan  yerdə  isə  məhdudlaşdırmaq 
imkanı verir. Beynəlxalq konsernlərə daxil olan firmalar ağır vəziyyətlərdə ziyan 
gətirən  məhsulu  dayandırmaq  imkanına  sahibdirlər.  Milli  firmalarla  müqayisədə 
TMK-ların fəaliyyətinin daha qətiyyətli olması onunla izah olunur ki , onlar daimi 
xərclərini  ört-basdır  etmək  üçün  nəinki  ziyanlı  istehsalın  saxlanması  yolundan 
istifadə  edir,  eləcə  də  digər  ölkələrdən  alınan  gəlirlərin  hesabına  bunu  realizə 
edirlər.   
Həlli  tələb  olunan  məsələlərdən  ən  əsası  kapitalın  hansı  ölkələrdən  daxil 
olması deyil, hara onun meyl etməsi, harada əməliyyat şəklində təşkili, gəlirlərin 
haradan cəlb edilməsidir.  
Beynəlxalq  korporasiyalar  aşağıdakı  əsas  xüsusiyyətlərlə  xarakterizə 
olunur : 
Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin