MÜNDƏRİcat giriş


  Digər beynəlxalq maliyyə təşkilatları



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix10.03.2017
ölçüsü5,14 Kb.
#10917
1   2   3   4   5   6   7   8

  1.2  Digər beynəlxalq maliyyə təşkilatları     
1930-cu  ildə      Avropa  dövlətləri  sırf  kommersiya  əməliyyatlarının  həyata 
keçirilməsi  məqsədilə,  mərkəzi  banklar  arasında  valyuta  əməkdaşlığını  təşkil 
etmək  üçün  Beynəlxalq  Hesablaşmalar  Bankını  yaratdılar.  Bank  Haaqa 
müqaviləsinə  əsaslanır.  Bu  müqavilə  altı  dövlət  –  Belçika,  Böyük  Britaniya, 
Almaniya, İtaliya, Fransa və Yaponiya imzalamışdı. Həmçinin bu ölkələr bankın 
yerləşdiyi  İsveçrə  ilə  də  xüsusi  konvensiya  bağladılar.  Hal-hazırda  Beynəlxalq 
Hesablaşmalar  Bankının  33  üzvü  var.  Bura  Qərbi  Avropanın  bütün  dövlətləri, 
Şərqi  Avropanın  6  dövləti  ABŞ,  Yaponiya,  Avstraliya,  CAR  və  s.  ölkələr 
daxildir.  Bankın  əsasını  qoyan,  onun  ilk  kapital  bazasını  təmin  edən  ölkələr 
arasında 6 Avropa dövlətinin mərkəzi bankları ilə yanaşı ABŞ-ın da kommersiya 
bankları  da  var  idi.  Buna  baxmayaraq,  BYİB  və  BVF-dan  fərqli  olaraq,   
Beynəlxalq  Hesablaşmalar  Bankında  ənənəvi  liderlik  rolu  Qərbi  Avropa 
ölkələrinə məxsusdur.   
Milli  banklar  BHB-nın  həm  yaradıcıları,  həm  rəhbərləri,  həm  də 
alıcılarıdırlar.  BHB-nı  “mərkəzi  bankların  beynəlxalq  bankı”  da  adlandırırlar. 
BHB-nı beynəlxalq maliyyə əməkdaşlığı sahəsində ən qədim  beynəlxalq təşkilat 
da  adlandırımaq  olar.  Səhmdar  cəmiyyət  kimi  təşkil  olunub.  Bankın  fəaliyyəti 
beynəlxalq  hüquqla  tənzim  olunur,  o  öz  fəaliyyətini  səmərəli  təşkil  etmək  üçün 
lazım  olan  bütün  immunitet  və imtiyazlardan  istifadə  edir.  Bank  əməliyyatlarda 
ancaq  qızıla  dönərliliyi  olan  valyutadan  istifadə  etməyə  çalışırlar.  BHB  əgər 
həmin  ölkənin  mərkəzi  bankının  etirazı  yoxdursa,  istənilən  ölkənin  kommersiya 
bankları,  kooperativ  birlikləri  və  ayrı-ayrı  şəxslərlə  əməliyyatlar  apara  bilər. 
Məqsədi  mərkəzi  bankların  əməkdaşlığına  nail  olmaq,  beynəlxalq  maliyyə 
əməliyyatlarının  həyata  keçirilməsi  üçün  daha  da  münbit  şərait  yaratmaq  və 

25 
 
maraqlı  tərəflərin  razılığı  ilə  beynəlxalq  maliyyə  hesablaşmalarında  etibarlı 
nümayəndə  (vəkil)  kimi  çıxış  etməkdir.  Bank  öz  siyasətini  üzv  dövlətlərin 
siyasətləri ilə uzlaşdırır. BHB Şərqi Avropanın mərkəzi banklarına, keçmiş Sovet 
İttifaqı dövlətlərinə və keçid iqtisadiyyatlı bir sıra Asiya ölkələrinə texniki yardım 
təqdim edir. BHB-da iqtisadi tədqiqatlar da aparılır. 
Quruluşu aşağıdakı kimidir: 
1.Ümumi Konfrans. 
2.Direktorlar Şurası. 
3.Bankın prezidenti. 
4.Administrasiya. 
Ali  orqanı  ildə  bir  dəfə  iyun  ayında  toplanan  aksionerlərin  ümumi 
konfransıdır.  Direktorlar  Şurasının  konkret  təkliflərini  müzakirə  etmək  üçün 
fövqəladə  sessiyalara  toplana  bilər.  Səsvermədə  ancaq  mərkəzi  bankların 
nümayəndələri  iştirak  edə  bilər.  Səslər  səhmlərə  uyğun  olaraq  paylanır.  Lakin 
səsvermə  zamanı  onda  olan  səhmlərin  miqdarı  deyil,  banka  üzv  olarkən  sahib 
olduğu miqdara əsaslanır. Banka idarəçilyi Direktorlar Şurası həyata keçirir, cari 
işlərlə məşğul olur. Razılaşma və müqavilələrin bağlanmasında  Bankın adından 
çıxış etmək hüququ yalnız ona məxsusdur. İldə 10 dəfədən az olmamaq şərti ilə 
iclaslar  keçirir.  Direktorlar  Şurasının  üzvləri  mərkəzi  bankların  rəhbərlərini 
çıxmaqla,  hökumətdə  və  ya  qanunverici  orqanda  çalışanlardan  və  dövlət 
qulluqçularından  təyin  oluna  bilməzlər.      Direktorlar  Şurasının      sədri,  onun 
müavini,  Administrasiyanın  heyəti  və  BHB-nın  prezidenti  Şuranın  üzvləri 
tərəfindən  öz  aralarından  3  illiyə  seçilir.  BHB-nın  prezidenti  Direktorlar  Şurası 
tərəfindən  qəbul  edilən  qərarların  həyata  keçirilməsinə  nəzarət  edir.  Onun 
Direktorlar Şurasının iclaslarında iştirak və çıxış etmək, öz təkliflərini bildirmək 
hüququ var. BHB 3 hissədən ibarətdir: 
1.Bank (Əməliyyat ) idarəsi ; 
2.İqtisadi –valyuta idarəsi; 
3.Katiblik. 

26 
 
HB  BVF  və  Dünya  Bankı  Qrupu  ilə  sıx  əməkdaşlıq  edir.  BVF-nun 
Müvəqqəti  komitəsində  administrativ  posta  malikdir.  BHB-nın  hazırladığı 
məsləhətlər  bəzən  digər  təşkilatların  hazırladıqları  təkliflərdən  daha  etibarlı 
sayılır.  Aksioner  kapitalın  84%-nə  mərkəzi  banklar,  qalan  16%-nə  isə  özəl 
səhmdarlar sahibdir. Ümumi iclaslar zamanı özəl aksionerlər səsvermə hüququna 
malik deyillər.  
1992-ci  ildə  Maastrix  müqaviləsinin  imzalanmasıyla  Avropa  yeni  dövrə 
qədəm  qoydu.Vahid  Avropa  valyutası,  bazarı,  iqtisadi  birlik  gerçəkləşməyə 
başladı.  “Avropa  Cəmiyyəti”nin  əsas  məqsədi  üzv  ölkələrin  iqtisadi  inkişafını 
tənzimləmək;  əmtəənin,  kapitalın,  xidmətlərin  və  əmək  resurslarının  hərəkətinin 
qarşısını alan bütün daxili problemlərin ləğvi; ümumi bazarın, valyuta və iqtisadi 
ittifaqın  yaradılması;  xarici  ticarətdə  vahid  tariflərin  müəyyən  edilməsi; 
qanunların  uyğunlaşdırılması;  vahid  anti-inhisar  siyasəti  aparmaq;  energetika, 
turizm,  nəqliyyat,  kənd  təsərrüfatı,  balıqçılıq,  ətraf  mühitin  qorunması  və  s. 
sahələrdə  vahid  siyasətin  aparılması;  vahid  valyutanın  yaradılması;  sosial 
müdafiə,  məşğulluq  sağlamlıqla  bağlı  ümumi  siyasətin  formalaşdırılması; 
istehsalçılar  və  istehlakçıların  hüquqi  müdafiəsinin  təmin  edilməsi.  Cəmiyyət 
çərçivəsində  dövlət  və  hökumət  başçıları  ildə  3  dəfə  görüşürlər.  Nazirlər 
Şurasının ildə 60-dan çox sesiyası keçirilir.  
Aİ  haqda  müqavilə  Avropa  Valyuta  İttifaqının  yaradılmasını  nəzərdə 
tuturdu. Bu ittifaqın yaranması 3 mərhələ keçib.
18 
1. Birinci mərhələ 1990-cı ilin 1 iyulundan 1993-cü ilin 31 dekabrına qədər 
çəkib.  Bu  mərhələdə  kapital  bazarlarının  liberallaşmasına,  mərkəzi  banklar 
arasında  əməkdaşlığın  və  koordinasiyasının  artırılmasına,  valyuta  kursu  və 
qiymətlərdə  stabilliyə,  üzv  dövlətlərin  iqtisadi  siyasətinin  uyğunlaşdırılmasına 
nail olundu. 
2.  İkinci  mərhələ  1993-cü  ilin  1  yanvarından  1999-cu  ilin  əvvəlinədək 
çəkdi.Vahid  Avropa  valyutasının  qəbulu  üçün  dövlət  borcu,  büdcə  defisiti, 
                                                           
18
 Герчикова И. Н. « Международные економические организации: регулирование 
мирохозяйственных связей и предпрнимателской деятельности». Стр.: 240-242. 

27 
 
infilyasiya  və  s.  ilə  bağlı  müəyyən  şərtlər  irəli  sürüldü.  Bu  şərtlərə  Aİ-nin  15 
üzvündən  yalnız  11-i  cavab  verirdi  və  onlar  da  Avropa  Valyuta  İttifaqının  üzvü 
olmağa  və  avrodan  istifadə  etmək  hüququ  qazandılar.  Böyük  Britaniya, 
Danimarka,  İsveç,  Yunananıstan  Avropa  Valyuta  İttifaqına  daxil  olmadılar. 
Yunanıstan  bir  neçə  mühüm  şərtlərə  cavab  vermirdi.  İsveç  isə  öz 
qanunvericiliyini  dəyişməmişdi  və  milli  valyutanın  stabilliyini  təmin  etməmişdi. 
İngiltərə və Danimarka isə özləri bu ittifaqa daxil olmaq istəmədilər. 
3. Üçüncü mərhələ 1999-cu ilin yanvarından etibarən başlayıb. Avro rəsmi 
Avropa valyutası statusunu aldı, EKÜ isə öz fəaliyyətini dayandırdı. 
1958-ci  il  Roma  Müqaviləsinə  əsasən  Avropa  İnvestisiya  bankı  yaradıldı. 
Nizamnaməsi  Aİ  yaradılması  haqda  müqavilənin  tərkib  hissəsi  olsa  da,  AİB 
maliyyə  cəhətdən  avtonom,  hüquqi  cəhətdən  isə  müstəqil  təşkilatdır.  AİB  gəlir 
məqsədilə yaradılmayıb. 
Avropa  Yenidənqurma  və  İnkişaf  Bankı  1990-cı  ildə  dövlətlərarası 
razılaşma  əsasında  yaradılıb.  Avropa  dövlətləri,  Avropada  yerləşməyən,  lakin 
BVF-nun  üzvü  olan  dövlətlər,  Avropa  cəmiyyəti  və  Avropa  İnvestisiya  Bankı 
AYİB-nin  üzvü  ola  bilərlər.  1991-ci  ildə  fəaliyyətə  başlayıb.  Əsasını  40  ölkə 
qoyub, hazırda 57 üzvü var. Müqavilədə bankın BVF və DB ilə sıx əməkdaşlığı 
nəzərdə tutulur 
AYİB-nın əsas məqsədləri aşağıdakılardır: 
1.İqtisadi islahatlar aparan dövlətlərə yardım 
2. Özəl sektorun inkişafına dəstək vermək 
3.Maliyyə qurumları və hüquqi sistemin gücləndirilməsi 
4.Özəl sektorun inkişafı üçün lazım olan infrastrukturun yaradılması. 
Asiya  İnkişaf  Bankı  1966-cı  ildə  BMT-nin  Asiya  və  Uzaq  Şərq  ölkələri 
üçün  İqtisadi  Komissiyasında  aparılan  danışıqlar  nəticəsində  yaradılıb.  Bankın 
qərargahı  Manilada  (  Filippində  )  yerləşir.  AİB  regional  maliyyə  təşkilatıdır  və 
Asiya-Sakit  okean  regionunda  uzunmüddətli  layihələri  maliyyələşdirir.  Hal-
hazırda bankın 67 üzvü var. Onlardan 48 ölkə regionun özündən, 19 ölkə isə digər 

28 
 
qitələrdəndir.  Bankdakı  pay  uyğun  olaraq,  inkişaf  etmiş  ölkələrə  60%,  inkişaf 
etməkdə  olan  ölkələrə  isə  40%-dir.  Ən  çox  səsə  sahib  olanlar  ABŞ  və 
Yaponiyadır. Region ölkələrinin ödədiyi haqq onların ÜDM-nun həcminə, ixracın 
həcminə, əhalinin sayına və s.-yə əsaslanır. 
AİB-nın başlıca hədəfləri: 
1.Yoxsulluğa qarşı mübarizə aparılması 
2.İqtisadi inkişafa yardım edilməsi 
3.Qadınların vəziyyətinin yaxşılaşdırılması 
4.Əmək  qüvvəsinin  inkişafı,  o  cümlədən  əhalinin  planlaşdırılması  üçün 
məsləhətlərin hazırlanması 
5.Təbii ehtiyatlaran istifadə zamanı ətraf mühitin qorunması.
19
 
Adi  resurslardan    verilən  kreditlər  10  ildən  30  ilədək  verilir.  Xüsusi 
fonddan  verilən  kreditlər  isə  40  illiyə  verilir.  Bankın  tərkibinə  Asiya  inkişaf 
fondu, Xüsusi texniki kömək fondu, Xüsusi  yapon fondu daxildir. Asiya İnkişaf 
Bankı  BMT-nin  qurumları,  xüsusilə  də  DB  və  BVF  ilə,  Aİ  ilə  sıx  əməkdaşlıq 
edir. Bankın fəaliyyəti faktiki olaraq inkişaf etmiş ölkələr tərəfindən idarə olunur. 
AİB-nın  siyasətinin  müəyyən  edilməsində  mühüm  rol  Yaponiya  və  ABŞ-ındır. 
Bankdan ən çox borc alan ölkə Çindir. 
Afrika İnkişaf Bankı Afrikanın ilk beynəlxalq maliyyə təşkilatıdır. 1962-ci 
ildə  BMT-nin  Afrika  üzrə  iqtisadi  komissiyasının  sessiyasında  32  Afrika 
dövlətinin  nümayəndələri  bu  barədə  razılığa  gəldilər.  1963-cü  ildə  imzalanan 
Afrika İnkişaf Bankının yaradılması haqda razılığın imzalanması ilə formalaşdı. 
Saziş  1964-cü  ilin  10  sentyabrında  qüvvəyə  minib,  1965-ci  ilin  1  iyulundan  isə 
Bank  fəaliyyətə  başlayıb.  1982-ci  ildə  Bankın  əsasnaməsini  təşkil  edən  sazişdə 
bir sıra dəyişikliklər edildi. Bankın Afrikan xarakterini saxlamaq üçün müəyyən 
prinsiplərin  qəbul  edilməsi  şərti  ilə  Banka  qeyri-Afrika  dövlətlərinin  daxil 
olmasına  da  icazə  verilirdi.
20
 77  üzvü  var.  Bankın  üzvləri  eyni  zamanda  Afrika 
İnkişaf Fondunun da üzvləri olmalıdırlar. 
                                                           
19
 “International Financial Institutions” Age F. Bakker 
20
 
Х. А. Шреплер « Международные економические организации». Стр.: 438
 

29 
 
Bankın ali orqanı Müdirlər Şurasıdır. Bura dövlətlərin maliyyə və iqtisadi 
nazirləri üzv ola bilərlər. Hər bir üzv dövlət bir müdir və onun muavini ilə təmsil 
olunur.  Onların  kim  olmağını  və  səlahiyyət  müddətini  hər  bir  ölkə  özü 
müəyyənləşdirir. Müdirlər Şurasında qərarlar adətən müzakirə və konsensus yolu 
ilə  qəbul  olunur.  Heç  bir  dövlətin  veto  hüququ  yoxdur.  Şura  ildə  cəmi  bir  dəfə 
toplanır.  Yeni  üzvlərin  qəbulu  ,  kapitalın  artırılması,  prezidentin  və  Direktorlar 
Şurasının  üzvlərini  seçmək  hüququ  yalnız  Müdirlər  Şurasına  məxsusdur. 
Direktorlar  Şurası  18  üzvdən  ibarətdir.  Direktorlar  Müdirlər  Şurası  tərəfindən 
seçilir.  12  üzv  regional  üzvlərdən,  qalan  6-sı  isə  qeyri-regional  üzvlərdən 
aksiyaların proporsional miqdarına  əsasən seçilir. Direktorlar 3 ilə seçilir, təkrar 
seçilmə  mümkündür.  Direktor  özünə  muavini  özünə  muavini  digər  ölkənin 
vətəndaşı  seçir.  İclasları  işin  tələbatından  asılı  olaraq  keçirirlər.  Direktorlar 
Şurasının  tərkibində  4  komitə  fəaliyyət  göstərir:  administrativ  məsələlərlə  bağlı 
komitə,  yoxlama  komitəsi,  bank  əməliyyatları  üzrə  komitə  maliyyə-büdcə 
komitəsi.  Rəhbərliyə  Direktorlar  Şurasının  məsləhəti  ilə  Müdirlər  Şurası 
tərəfindən seçilən prezident rəhbərlik edir. Onun səlahiyyət müddəti 5 ildir, təkrar 
seçilmək  hüququna  malikdir.  O,  mütləq  regional  üzv  nümayəndəsi  olmalıdır. 
Direktorlar  Şurasının  rəhbərliyi  altında  Bankın  cari  fəaliyyəti  ilə  məşğul  olur. 
Rəhbərliyin tərkibinə həmçinin şöbələri idarə edən 5 vitse-prezident daxildir: baş 
əməliyyatlar  şöbəsi  ;  Şimal  regionunda  (  Şimali  və  Qərbi  Afrika  )  əməliyyatlar 
Şöbəsi;  maliyyə  şöbəsi  ;  ümumi  xidmət  və  administrativ  şöbə  ;  xarici  əlaqələr 
şöbəsi. 
Bankın  məqsədi  sənaye  inkişafının  sürətləndirilməsi  və  dünya  bazarında 
mövcud  konyukturadan  asılılığının  azaldılmasıdır.  AİB-nın  əsas  səhmdarları 
Misir, Əlcəzair, Nigeriya və Mərakeşdir. 
 
 
 

30 
 
1.3  Beynəlxalq  maliyyə  təşkilatlarının  dövlətlərin  iqtisadi  siyasətinin 
formalaşması və həyata keçirilməsində rolu 
20-ci  əsri  qloballaşma  əsri  adlandırırlar.  Müasir  texnologiyalar  sərhədləri 
tamamilə aradan qaldırır.  Beynəlxalq maliyyə təşkilatlarının fəaliyyətində bunun 
sübutunu  görmək  olar.  Lakin  hətta  yer  kürəsinin  inkişaf  etmiş  bölgələrində 
minlərlə insan bundan narazıdır. Beynəlxalq iqtisadi təşkilatlar tərəfindən həyata 
keçirilən  qloballaşma  milyonlarla  insanı  arxada  qoyur.  Bugün  BVF  kimi 
təşkilatlar öz səhvlərini etiraf etsələr də, Fondun siyasətilə iqtisadiyyatı dağılmış 
Şərqi  Asiya  ölkələri üçün  çox gecdir.  Bu  bölgələrdə  işsiz qalan  əmək  qüvvəsi , 
müflis  olmuş  kiçik  biznes  sahibləri  dövlətlərinin borcunu  qaytarmaq  yükünü  öz 
çiyinlərində daşıyırlar. 
 
Beynəlxalq  maliyyə  təşkilatlarını  tənqidçiləri  deyirlər  ki,  bu  təşkilatların 
siyasəti  effektiv  deyil.  Çünki  onlar  qeyri-demokratik  quruluşa  malikdirlər. 
Məsələn,  BVF-nun  demək  olar  ki,  bütün  proqramları  inkişaf  etməkdə  olan 
ölkələrlə bağlıdır. Lakin bu institut inkişaf etmiş ölkələr tərəfindən idarə olunur. 
BVF-da yalnız bir ölkə - ABŞ effektiv veto hüququna malikdir. Hətta TŞ-da belə 
5  müxtəlif  ölkə  bu  hüququ  paylaşırlar.  Bu  təşkilatların  fəaliyyətlərində  şəffaflıq 
təmin  olunmalıdır,  ictimaiyyət  geniş  və  aydın  məlumat  bazasına  çıxış  əldə 
etməlidir. DB-na qarşıçıxan qruplar deyirlər ki, DB varlı və kasıb ölkələr arasında 
artıq  mövcud  olan  bərabərsizliyi    daha  da  dərinləşdirib.  Səsvermə  sistemi  elə 
formalaşdırılıb ki, bankın siyasətini varlı ölkələr müəyyənləşdirir, lakin kasıblar 
həyata  keçirir.  Baxmayaraq  ki,  Bank  davamlı  inkişafa  aparan  texniki  yardım  və 
informasiya  yardımı  verir,  müşahidələr  göstərir  ki,inkişaf  etməkdə  olan  ölkələr 
çox  vaxt  borcları  ödəmək  üçün  təhsil,  sağlamlıq  və  sosial  proqramları  təxirə 
salırlar.  Narazı  qruplar  DB-nın  istiqrazlarını  baykot  eləməklə  öz  etirazlarını 
bildirirlər. DB bu istiqrazları qlobal maliyyə marketlərində satmaqla öz fəaliyyəti 
üçün  vəsait  əldə  edir.  Bu  qruplar  ,  həmçinin  ölkələri  DB-nın  qarşıya  qoyduğu 
şərtləri həyata keçirməməyə ( məs. özəlləşdirmə ), ətraf  mühitə ziyan vuran şaxta 

31 
 
tikintisi kimi layihələrə son qoymağa çağırırlar. Daim kredit alan bir çox ölkə var 
ki, hələ də iqtisadi göstəricilərə görə ən geridə qalmış dövlətlərdəndirlər.
  
Argentina,  Boliviya,  Braziliya  və  İndoneziya  kimi  ölkələr  BVF-dan  üz 
döndəriblər.  Bunun  yeganə  səbəbi  onun  uğursuz  siyasətidir.  Xüsusilə  Cənubi 
Amerika  dövlətləri  Fonda  görə  daha  çox  ziyan  çəkiblər.  1960-1980-ci  illər 
arasında  LA-da  adambaşına  düşən  ÜDM  82%  artmışdı.  Lakin  1980-ci  ildən  bu 
yana isə cəmi 14% artım olub. BVF-nun Argentina siyasətinin uğursuzluğa düçar 
olması onun nüfuzuna ciddi xələl gətirdi. 
 
Haiti Qərb yarımkürəsində ən çox borcu olan, ən kasıb dövlətdir. Lakin o, 
uzun 
müddət 
DB-nın 
“kasıb  ölkələrin  borcunun  yüngüllüşdirilməsi” 
proqramından kənarda qalmışdı. Əvvəllər beynəlxalq maliyyə təşkilatları Haitidə 
öz məqsədlərinə danışıqlar yolu ilə nail olmaq istəyirdilər. Lakin ölkə ABŞ-la “dil 
tapa” bilmirdi. 1997-ci ildən etibarən beynəlxalq təşkilatlar burada fəaliyyətlərini 
dondurdular.  2001-ci  ildə  prezident  Aristid  yenidən  hakimiyyətə  qayıdanda 
Haitiyə  embarqo  qoydular.  ABŞ,  BVF-nun  Haiti  ilə  bağlı  gətirdiyi  qeyri-
demakratik seçkilər və s. kimi bəhanələr tamamilə əsassız idi. Haitidəki seçkiləri 
əksinə,  demokratiyaya  irəli  bir  addım  hesab  etmək  olardı.  Çünki  burada  uzun 
müddət ABŞ-a arxalanan hərbi diktatura mövcud idi, ondan əvvəl isə ölkə ABŞ-
ın işğalı altında olmuşdu. 2004-cü ildə Aristidi qanlı hərbi üsyanla hakimiyyətdən 
devirdilər.  Onu  ABŞ  təyyarəsində,  məcburi  surətdə  ölkədən  çıxartdılar.  Aristid 
özü  bunu  “insan  oğurluğu”  adlandırdı.  Beynəlxalq  maliyyə  təşkilatlarının  Haiti 
üçün planları və 2004-cü il üsyanı Vaşinqtonun uzun illər boyu etdiyi təzyiqlərin 
kuliminasiya  nöqtəsi  idi.  2006-cı  ildə  yeni  prezident  –  Rene  Preval  seçildi.  DB 
tez-tələsik  Haiti  ilə  məşğul  olmağa  başladı.  Aristid  aradan  götürüldükdən  sonra 
ABŞ  sadəcə  pulun  ölkəyə  axmasına  icazə  verdi.  Baxmayaraq  ki,  o  vaxta  qədər 
Haitidə əhalinin 65%-i minimum yaşayış həddindən də aşağı səviyyədə yaşayırdı, 
uşaq ölümü 7,4 % idi. 
 
Cənubi  Amerika  dövlətləri  DB,  BVF  kimi  çoxtərəfli  kredit  təşkilatlarına 
alternativ olan yeni bir bank yaradılmasını nəzərdə tutan müqavilə imzalayıblar. 

32 
 
Bu bank “Banco del Sur” – Cənub Bankı adlandırılır. İdeya ilk dəfə 2006-cı ilin 
dekabrında  Venesuela  Prezidenti  Huqo  Çavez  tərəfindən  irəli  sürülmüşdü.  O, 
beynəlxalq  maliyyə  təşkilatlarını  “  ABŞ-ın  alətləri”  adlandırırdı.  Argentina, 
Braziliya, Boliviya, Ekvador, Paraqvay, Uruqvay bu təşəbbüsə qoşulurlar. Çili və 
Peru  isə  bitərəfdirlər.  Venesuelanın  maliyyə  vəsaiti,  Argentina  və  Braziliyanın 
siyasi  iradəsi  vasitəsilə  bu  bank  gerçəkliyə  çevrilə  bilər.  Venesuela  BVF-dan 
çıxmaqla  hədələyir.  Lakin  digər  dövlətlər  BVF-nu  tərk  etmək  niyyətlərini 
bildirməyiblər. Braziliyanın prezidenti Lula da Silvanın Konqo respublikasındakı 
çıxışı  diqqəti  cəlb  edir:  “İnkişaf  etməkdə  olan  ölkələr  varlı  xalqların  institutları 
olan  BVF,  DB  kimi  qurumların  tərkibində  əziyyət  çəkməkdənsə,  öz  maliyyə 
mexanizmlərini  yaratmalıdırlar.........artıq  oyanmaq  vaxtıdır.”
21
 O,  sadəcə  olaraq, 
hamının bildiyi şeyi açıq səsləndirdi. Yaradılacaq yeni bank Vaşinqtonda yerləşən 
başqa beynəlxalq institutlardan fərqli olaraq, borc alan ölkələrin qarşısına iqtisadi 
siyasətin  dəyişilməsi  kimi  şərtlər  qoymayacaq.  Xüsusilə,  beynəlxalq  maliyyə 
təşkilatlarına üzv olmaq üçün müəyyən şərtlər irəli sürülürdü. 
 
Ölkə Tərəfdaşlıq Strategiyası ( CPS, yaxud keçmiş CAS) DB-nın adətən 3 
ilə  müəyyən  bir  ölkədə  apardığı  əməliyyatların  işçi  planıdır.  Burada  hökumətin 
iqtisadi  və  sosial  fəaliyyəti,  ölkənin  qısa  inkişaf  strategiyası  əks  olunur.  Həmin 
müddətdə  dövlətdə  həyata  keçiriləcək  bütün  əməliyyatlar  –  borc  vermə,  analitik 
iş, texniki yardım – hamısı bu paketə daxildir. CPS müzakirə olunan sənəd deyil. 
Dövlətin öz inkişaf strategiyası ilə bankın dəstəklədiyi strategiya arasında fərqlər 
sənəddə  işıqlandırılır.  CPS  ictimaiyyətə  ancaq  Vaşinqtondakı  Direktorlar 
Şurasının və dövlətin öz razılığı ilə açıla bilər. DB-nın dəstəyi ilə Birinci Struktur 
İslahatlar  krediti  (  SAC1  )  1997-ci  ildə  təşkil  edilmiş  və  özündə  ticarətin 
qaytarmaq  üçün  onların  sosial  xidmətləri  ,  güzəştləri  ləğv  olunur.  Ekvadorun 
borcu  onun  illik  büdcəsinin  50%-nə  bərabərdir.  Ekvador  kimi  üçüncü  dünya 
dövlətləri çoxdur. Onlar borclarının əvəzini başqa yolla ödəyirlər. Məs.: Ekvador 
öz  tropik  meşələrini    və  aborigen  əhalinin  həyat  tərzini  məhv  etməklə,  neft 
                                                           
21
 Alternet.org. 2007  31 oct. “ A bank of their own: LA casting off Washington’s shackling”. 
By Mark Wesbrot 

33 
 
ölkələri  nefti  ucuz  qiymətə  satmaqla  borclarını  qaytarırlar.  DB-nın  verdiyi 
kreditlərin  90%-i  yenidən  ABŞ-a  qayıdır.  Çünki  nəzərdə  tutulan  layihələri 
Bechtels, Halliburtons kimi iri Amerikan korporasiyaları həyata keçirirlər. 
 
Tez-tez  beynəlxalq  məliyyə  və  ticarət  təşkilatlarının  fəaliyyəti  dünyanı 
əhatə  edən  imperiya  ilə  müqayisə  edilir.  Bu  imperiyanı  böyük  bankların  , 
korporasiyaların  və  hökumətlərin  rəhbərləri  idarə  edir.
22
 Buna  ən  yaxşı  nümunə 
Mac  Namaradır.  O,  “Ford”  kompaniyasının  prezidenti  idi.  Sonra  Kennedi  və 
Conson administrasiyasında müdafiə nazirinin katibi oldu. Ən axırda isə DB-nın 
prezidenti təyin olundu. DB-nın keçmiş prezidenti Pol Vulfovitsi neokonservativ 
Robert  Zollik  əvəz  etdi.  O,  DTT-da  ABŞ-ın  ticarət  təmsilçisi  idi  və  hansı  yolla 
olur olsun, qərarların ABŞ-ın xeyrinə qəbul edilməsinə nail olmağı ilə tanınırdı. 
 
Hal-hazırda  dünya  dəhşətli  aclıq  təhlükəsi  ilə  üz-üzədir.  Bunu  beynəlxalq 
maliyyə  qurumları  özləri  də  etiraf  edirlər.  Halbuki  onların  bu  uzunmüddətli 
fəaliyyət  dövründə  3-cü  dünya  ölkələrində  vəziyyət  yaxşılaşmalı  idi.  DB  etiraf 
edir ki, kənd təsərrüfatı ilə bağlı zəif fəaliyyət qurub. DB kənd təsərrüfatında özəl 
sektorun  payını  artırmağa  çalışır.  Lakin  dövlət  sektoru  bu  sahədən  uzaqlaşdıqda 
özəl  sektor  müxtəlif  səbəblərdən  bu  boşluğu  doldura  bilmir.
23
 Ticarətin 
liberallaşdırılması  barədə  müqavilələr  və  DB  qarşısında  borc  öhdəlikləri  ərzaq 
suverenliyini  mümkünsüz  edir.  İnkişaf  etmiş  ölkələrdə  istehsal  olunan  ucuz 
mallar isə kiçik biznesi məhv edir. 
 
 
Bilindiyi  kimi,  Beynəlxalq  maliyyə  təşkilatlarının  quruluşu  az  sayda  varlı 
dövlətin  ciddi  inhisarçılığına  əsaslanır.  BVF-nun  70  illik  tarixində  Yaponiya  və 
Avropa  dövlətləri  demək  olar  ki,  bir  dəfə  də  ABŞ-ın  qərarına  zidd  qərar 
verməyiblər.  Aİ  BVF-nun  baş  direktorunu,  ABŞ  isə  DB-nın  prezidentini  təyin 
edir. Dünya iqtisadiyyatında Çin kimi nəhəng ölkə var. Çinin iqtisadi gücü ABŞ-
dan  çoxdur.  Bu  institutlarda  islahatların  keçirilməsi  də  elə  ABŞ  və  Aİ-nın  öz 
mənafelərinə  uyğundur.  Çinin  sürətlə  iqtisadi  inkişafını  nəzərə  alaraq,  DB-da 
                                                           
22
 “ Financial Globalization and Exchange Rates” Philip R. Lane Gian Maria, Milesi Ferrenti 
23
 World Bank, 1998, Assessing Aid: What Works, What Doesn't and Why (New York: Oxford 
University Press). 

34 
 
onun  səs  faizini  bir  qədər  artırdılar.  Hal-hazırda  onun  səsi  4%-dən  bir  qədər 
aşağıdır.  Böyük  Britaniya,  Fransa  kimi  böyük  dövlətlər  İcraçı  Direktorlar 
Şurasında  daimi  direktorlarla  təmsil  olunurlar.  Çin  iqtisadiyyatı  onlardan  daha 
güclü olmasına baxmayaraq, onun nümayəndəsi seçilir. 
 
Aİ BVF-da ABŞ-a qarşı rəqib kimi çıxış edə bilər. 27 üzvü olan Aİ BVF-
da bir birlik kimi səs versə, demək olar ki, səslərin 1/3 hissəsini əhatə edəcək. Bu 
isə  ABŞ-ın  səsindən  təxminən  2  dəfə  çoxdur.  Hələlik  yalnız  ABŞ  BVF-nun 
siyasətinin  formalaşdırılmasında  liderdir.  Aİ  ölkələri  bəzən  öz  aralarında  olan 
qarşıdurmalara görə razılığa gələ bilmirlər. 
 
2005-ci  ildə  DB-nın  prezidenti  Paul  Vulfovits  təyin  olundu.  O,  müdafiə 
nazirinin keçmiş köməkçisi və Corc Buşun İraqa hücum planının arxitektoru idi. 
P.  Vulfovitsin  İraq  siyasətinin  banilərindən  biri  və  qatı  müdafiəçisi  olması  DB-
nın üzvləri arasında narahatlıq doğururdu. P. Vulfovits bu fikirlərə cavab olaraq 
“Afrika DB üçün prioritet məsələdir” şüarıyla çıxış etdi. 
 
2000-ci  ildə  BMT-nin  189  üzvü  tərəfindən  “Minillik  Deklorasiya”  təsdiq 
edilmişdir.
24
 Kritik  inkişafın  nəticələrinə  nail  olmaq  üçün  varlı  və  inkişaf  etmiş 
ölkələr  birgə  fəaliyyət  göstərmək  öhdəliyi  götürmüşdülər.  Bu  öhdəliklər 
“Minilliyinin  inkişafı”nın  8  məqsədini  təcəssüm  etdirir.  Bu  məqsədlər 
aşağıdakılardır:
25
 
Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin