AlAtorAn
Samİr İmanov
HƏDƏFDƏKİ
İNSAN
r o m a n
Samir İmanov
HƏDƏFDƏKİ İNSAN
roman
320 səh.
Redaktor:
Aynur Zərrintac
Kompüter dizaynı:
Yaşar Şahlaroğlu
ISBN: 978-9953-8066-5-5
Çap tarixi: 02.08.2013
Format: 84x108 1/32
Qiyməti:
5
manat
© Alatoran 2013
5
ƏSƏRİN QISA MƏZMUNU
Ə
sər, fiziki qüsurulu insanların bu həyatda qar-
şılaşdıqları çətinliklərdən, əzab-əziyyətlərdən,
onların həyat tərzindən, dünyagörüşlərindən,
nələrə qadir olmalarından, istək və arzularından, sağlam
insanların əlillərə qarşı olan münasibətlərindən və on-
lara yanaşma tərzindən bəhs edir. Əngəlli insaların so-
sial yaşamlarının qabarıq şəkildə göstərildiyi əsərin baş
qəhramanı olan Samir, qəza nəticəsində bütün ailə üzv-
lərini itirməsinə və əlil olmasına baxmayaraq özündə güc
taparaq həyat üzərində qələbə çalır. Belə ki o, əlillərdə
olan özünəinamsızlığı aradan qaldıraraq onlarda həyat eş-
qini artırmaq və cəmiyyətə daha yaxşı inteqrasiya etmləri
üçün sağlam insanlardan asılılıqlarını aradan qaldırmaq
məqsədi ilə böyük bir mərkəzin yaradılmasına nail olur.
Lakin mərkəzə rəhbərlik edən Samir özü də istəmədən
mərkəzə üzv olan bütün əlil insanların həyatını təhlükə
altına qoyur. Əlil insanları oğurlayaraq onların daxili or-
qanlarını satan beynəlxalq cinayətkar qrupun başçısı Sa-
mirin etibarını və inamını qazanaraq mərkəzdə onun
köməkçisi işləyir və bununla da hər kəs üçün problemlər
yaratmağa başlayır. Cinayətkar qrupun bütün planlarının
üstünü isə argentinada yaşayan Lusia adlı gənc qız açır.
Əlil qardaşını xilas etmək üçün Samirin yanına gələn Lu-
sia özü də bilmədən Samiri böyük bir təhlükənin içinə atır.
6
Qrupun əməllərindən xəbər tutan Samir, əlil olmasına və
cinayətkarlara əsir düşməsinə baxmayaraq onları məhv
etməyi qarşısına məqsəd qoyur və əlil insanları zirvəyə qal-
dırmaq istəyən Samirlə, dünyanı əlillərdən təmmizləməyi
qarşısına məqsəd qoyan cinayətkar qrup arasında amansız
mübarizə başlayır. Sonda polislərin köməkliyi ilə Samirin
qalib gəldiyi əsərdə hadisələr Azərbaycan, Türkiyə, Ru-
siya, Argentina və İspaniyada cərəyan edir. Gözlənilməz
hadisələrlə və maraqlı gedişlərlə zəngin olan bu əsərdə əsas
MƏQSƏD əngəlli insanlarda özünəinam yaratmaq, hansı
fiziki vəziyyətdə olur-olsun, hər zaman uğur qazanmağın
mümkün olduğunu onlara bildirmək və ümidsiz şəkildə
evdə oturaraq özlərini başqalarından asılı vəziyyətə sal-
maq əvəzinə, hər hansısa bir işlə məşğul olamağın vacibli-
yini onlara başa salmaqdır.
7
GİRİŞ
Üzünə dəyən yağış damcılarından yavaş-yavaş özünə
gəlməyə başladı. Bədəninin ağrısını hiss edib sevindi: Ya-
şayıram!
Bir vaxtlar yaşamaq ondan ötrü yalnız əziyyətli gün-
lərinin dərdini çəkmək üçün bir vasitə idisə, indi tamam
baş qa cür idi. Ona görə də başına gələn bu qədər əzab-
əziy yətə və qarşıda onu gözləyən bəlalara baxmayaraq,
sağ qaldığı üçün Yaradana şükr etdi.
Hər yeri ağrıyırdı. Əlini ehmallıca sifətinə toxundur-
du, burnu qırılmasa da, üzü qan içində idi və şişmişdi. Ona
dəyən zərbələri xatırladıqca bədəni daha çox ağrıyırdı. Son
xatırladığı isə başına dəyən zərbə idi.
Başını çevirib qoluna baxdı. Yarası sarınsa da, ağrıyır-
dı. Qalxıb oturmaq istədi, amma bacarmadı. Zədələnmiş
qabırğasından qopan dəhşətli ağrının təsirindən ufulda-
yaraq, əlini qeyri-ixtiyari sağ böyrünə qoydu və uzandığı
yer dən ətrafa göz gəzdirməyə başladı. Qaranlıqda yaxşı
görə bilməsə də, dəhşətli və vahiməli bir yerdə olduğunu
anladı. Hər tərəfi ağaclarla əhatələnmişdi. Bir az kənarda
bir neçə kəsilmiş ağac vardı. Uzaqdan gələn ayı və canavar
səsləri gecənin qaranlığına bir az da vahimə qatırdı.
- “Aydındır!” – öz-özünə düşündü. Təbiətlə mübarizə
aparmalı idi. Bunun nə qədər davam edəcəyini, başına
nələrin gələcəyini bilməsə də, məcbur idi. Qarşısına qoy-
duğu məqsədə çatmaq üçün yarımçıq qalan işini tamam-
lamalı idi. Yağış getdikcə şiddətini artırırdı. Ac, yaralı və
8
taqətsiz olmasına baxmayaraq, sol böyrü tərəfdən çevrilib
üzü üstə uzandı. Yağışdan daldalanmaq üçün bir yer tap-
maq ümidiylə kolların arasıyla ağaclara tərəf sürünməyə
başladı. Bir az süründükdən sonra taqətdən düşüb daya-
naraq, başını qolunun üstünə qoyub hərəkətsiz qaldı. Qa-
bırğasının ağrısı getdikcə güclənir, dözülməz hala çatırdı.
Bir müddət belə qaldıqdan sonra səs eşidib başını qaldırdı
və qarşısında qaranlıqda işıldayan gözləri görəndə canı-
na gizilti düşdü. Soyuq küləyin və yağışın təsirindən on-
suz da sümüklərinə qədər üşüyürdü və belə üşüyə-üşüyə
bunu necə hiss etdiyinə özü də təəccübləndi. Cəsarətini
toplayıb ondan dörd-beş metr aralıdakı parıldayan işıqla-
rı saymağa başladı. Altı işıq yanırdı, deməli, üç canavarla
qarşı – qarşıya idi.
- “Bu da axırı!” – deyə pıçıladımışdı ki, canavarlar onu
parçalamaq üçün hücuma keçdilər. Aralarındakı məsafə get
– gedə qısalırdı. Beş metr, dörd metr, üç metr, iki, bir və ...
Hadisədən səkkiz ay əvvəl
Sumqayıt. Azərbaycan
Həyətdə qışqıran alverçinin səsinə yuxudan oyananda
qəribə yuxu görürdü. Tənbəl-tənbəl qolunu qaldırıb saa-
ta baxdı, 10-a qalmışdı. Saatın zəngini 9-a qurmağı unut-
duğunu anladı. Onu oyatdığına görə alverçiyə ürəyində
təşəkkür edib yerindən qalxdı. Çox həyacanlı idi. Bu gün
bir ildən çox arzusunda olduğu layihənin, əlillər üçün ya-
radılan «Ümid» adlı mərkəzin və “www.umid.az” internet
saytının açılışı idi və o da həmin açılışda nitq söyləyəcəkdi.
Taleyi onu həyata gəldiyi ilk gündən sınağa çəkməyə
başlamışdı. Anadan olarkən keçirdiyi iflic onu ömrü boyu
9
məhdudiyyətlərlə yaşamağa məcbur edən fiziki prob lem-
lərlə baş-başa qoydu. Yeriyə bilsə də, yeriyərkən hər hansısa
bir yerdən tutmağa məcbur olurdu, tutacaq yer olmadıqda
isə qoltuq ağacları ilə gəzirdi. İki il əvvəl baş vermiş avtobus
qəzası nəticəsində bütün ailə üzvlərinin həlak olması onun
bu həyatda yaşamasını ikiqat çətinləşdirdi. Keçirdiyi iflicin
nəticəsi olaraq, fiziki cəhətdən zəif olmasına, yeriməsində
problem yaranmasına, sol əlinin iş qabiliyyətini 50 faiz itir-
məsinə və sonradan belinin bir az bükülməsinə baxmaya-
raq, heç vaxt təslim olmur, ruhdan düşməyərək daim öz
üzərində işləyir, sanki həyatla mübarizə aparırdı. Hər gün
paralimpiya mərkəzində idmanla məşğul olur, komputer
proqramlarını və ispan dilini öyrənirdi. Hər nə qədər öz
üzərində çalışsa da, həyatda nəyəsə nail olmaq üçün bir
partlayış etmənin, bir inqilab etmənin vacibliyini hiss edirdi.
Hərəkətə keçməyi qət etdi. Bunun üçün bütün bacarıq-
larını səfərbər edəcəkdi. Qəzetlərə kiçik məqalələr göndərir,
futbol oyunlarına pul qoyur, foreks bazarında qurdalanır-
dı. Hətta özünə kiçik ədviyyat mağazası da açdı. Lakin
bunların heç birinin həmin partlayış olmadığını görüb hər
şeyi yarımçıq qoydu.
Hər gün saatlarla öz-özünə düşünürdü: “Nə isə bir
şey olmalıdır, indiyə qədər heç kimin etmədiyi bir şey. Elə
bir şey ki, milyonlarla insan həmin işdən faydalansın. O iş
məni qaldırıb kral taxtında oturtsun”.
Nəhayət, bir gün həmin partlayışın elə onun özü ol-
duğunu anladı. Çaydanı qazın üstünə qoyub otağa qayıtdı
və masadakı kağızları əlinə alıb söyləyəcəyi nitqi bir daha
nəzərdən keçirməyə başladı. Gözü kağızlarda olsa da, fikri
onu bir il əvvələ aparırdı.
Divar boyu müxtəlif rəsmlər asılmış dəhlizdən keçib
mebel rəngli qapıya yaxınlaşdılar. Avtobus qəzasından son-
10
ra icra hakimiyyəti Samiri öz himayəsinə götürdüyündən,
indi o buraya tez-tez gəlib-gedirdi və buna görə də, hamı
onu tanıyırdı. Elə indi də qapıya yaxınlaşanda, Rəna adlı
katibə Samirlə qonşusunu görən kimi qalxıb onlarla görüş-
dü. Samir qapını göstərərək soruşdu:
-Müəllim içəridədir?
-Hə. Keç içəri, onsuz da dörd dəqiqədir gecikmisən.
Samir gülümsünərək, Rənaya təşəkkür edib otağa tərəf
getdi. Qonşusu qapını astadan döyərək açdı. Samiri görən
icra hakimi ucadan xoşgəldin etdi:
-Ooo, gör kim gəlib?! Gəl, gəl keç içəri.
Qonşusu oturmaqda Samirə kömək edib otaqdan çıx-
dı. Samir oturan kimi icra başçısı onu sual atəşinə tutdu:
-Necəsən? Çoxdandır görünmürsən? Haralardasan?
Əli necədir?
-Çox sağ olun Vaqif müəllim. Yaxşıyam. Hər xırda şeyə
görə sizi narahat etmək istəmirəm. Əli də yaxşıdır, yavaş-
yavaş böyüyür özü üçün. Arada gətirirlər, görürəm.
-Hansısa bir problemin, çətinliyin yoxdur ki? Çəkinmə,
buyur de!
-Təşəkkür edirəm, Vaqif müəllim. Sizin sayənizdə
mənimlə hərtərəfli maraqlanırlar. Hər həftə sosial evdə
xidmət bürosundan gəlib işləri görürlər. Evi yığışdırırlar,
paltarları yuyurlar, bazarlıq edirlər. Sağ olsunlar. Mən bu-
raya ayrı məsələ üçün gəlmişəm.
-Buyur, eşidirəm.
-Xahiş edirəm, mənim dövlət sosial müdafiə fondunun
rəhbərliyi ilə görüşümü təşkil edəsiniz.
İcra başçısı təəccübünü gizlədə bilmədi.
-Sosial müdafiə naziri ilə? Nəyə görə?
Samir neçə aydır ki, beynində gəzdirdiyi fikrini icra
hakiminə danışdıqdan sonra Vaqif müəllim əli ilə alnını
ovxalayaraq, bir az düşündü. Sonra başını qaldırıb dedi:
11
-Afərin! Ağlabatan fikirdir. Çalışaram sizi görüşdü-
rüm.
-Təşəkkür edirəm, Vaqif müəllim. Mən getsəm yaxşı-
dır, vaxtınızı çox almayım.
-Necə istəyirsən. Nə vaxt çətinliyə düşsən, çəkinmə,
buyur gəl.
-Çox sağ olun.
Binadan çıxanda Samirin sevinci yerə-göyə sığmırdı.
Tez evə gedib beynindəki fikirlərini layihə halına salmağa
başladı. Axı görüşə əliboş getmək olmazdı.
Vaxtın necə keçdiyini hiss etmədi. Çaydanın uğultu-
suna fikirdən ayıldı. Nəsə yemək istəsə də, iştahı gəlmirdi.
Bir stəkan çay içib sürücüyə zəng vurdu. Lakin evdə
gözləməyə səbri çatmayıb həyətə düşdü. Hər gün bu vaxt-
ları analar uşaqlarını həyətə düşürərdilər. Bu gün nədənsə
həyətdə heç kim yox idi.
Eyvanın qarşısında qoyulmuş oturacaqda əyləşib onu
Bakıya aparacaq maşını gözləməyə başladı. On beş dəqiqə
sonra qara, BMV markalı maşın həyətdə göründü. Sürücü
düşüb maşına oturmaqda ona kömək etdi, özü isə evə ge-
dib Samirin çantasını gətirdi və yola düşdülər.
Samir arxa oturacaqda oturub yolboyu bir-birini əvəz
edən mənzərələrə baxa-baxa nazirlikdə olan əhvalatları
xatırlamağa başladı.
Artıq bir həftədən çox idi ki, icra hakimiyyətindən
ca vab gözləyirdi. Elə hey öz-özünə deyirdi: “Hə, Vaqif
müəllim, sən bunu bacaracaqsan, artıq vaxtdır, sevindir
məni, ver bu şad xəbəri mənə”. Bekarçılıqdan divanda
uzanıb futbola baxırdı ki, telefona zəng gəldi:
-Alo, eşidirəm.
-Salam. Samirlə danışıram?
-Bəli.
12
-Danışan Vaqif müəllimin katibəsi Rənadır. Necəsən?
Samir sevinclə yumruğunu sıxdı: Axır ki!
-Sağ olun, Rəna xanım. Siz necəsiniz?
-Eee, bu olmadı ki. Mən sənnən səmimi danışıram, sən
yapışmısan rəsmiyyətdən.
-Qulaq as, Rəna. Bir gün gələcəm ora söhbət edərik.
Sən də mənimlə doyunca zarafatlaşarsan. Amma indi
həyəcandan az qalır ürəyim partlasın. Xahiş edirəm, tez de
görüm işim alınır, ya yox.
-Yaxşı, qulaq as, gör, nə deyirəm. Sabah saat 3-də nazir
səni qəbul edəcək, ona görə də saat 12-də Vaqif müəllim
maşın göndərəcək ki, səni ora aparsın. Çalış o vaxta qədər
yuxudan durasan.
-O qədər də tənbəl deyiləm, mütləq hazır olacağam.
– İki saniyə gözlədikdən sonra dedi: – Çox sağ ol Rəna.
Ürəkdən minnətdaram.
-Təşəkkürü mənə yox, Vaqif müəllimə etmək lazımdır.
Amma mənə təşəkkür məsələsində israr edirsənsə, eybi
yox, bir qutu şokolada görə xətrinə dəyməyəcəyəm ki.
Qəbul edirəm.
-O da mənim bax bu gözlərim üstə. Sabah həm Vaqif
müəllimə, həm də sənə necə lazımdır təşşəkkür edəcəyəm.
İndi isə salamat qal. Gedim görüşə hazırlaşım.
-Mən də gedim çayı qızdırım sabaha hazır olsun. Hələlik.
-Sabahadək!
-Uğurlar!
Səhərisi gün nazirin qəbulunda idi. 64 yaşlı, kök, başı-
nın ortası dazlaşmış və gözünə eynək taxmış nazir Səməd
Mahmudov Samiri bir qədər süzüb dedi:
- Vaqif müəllim sənin planını mənə danışdı, sözün açığı
bəyəndim. Ona görə də komissiya təşkil etmişəm. Layihəni
onlara təqdim et, onlar üzərində işləyib mənə verəcəklər. –
13
Sonra telefonun düyməsini basaraq katibəsinə dedi: -Ora-
dan Məmmədovu yanıma çağır.
Bir neçə dəqiqə sonra içəri 22-25 yaşlarında, səliqəli ge-
yinmiş, qamətindən idmanla məşğul olduğu aydın seçilən,
saçı səliqə ilə arxaya daranmış bir oğlan girdi. Mahmudov
Samiri göstərərək dedi:
-Bunu 120-ci otağa apar, özün isə komissiya üzvlərinə
zəng vur, gəlsinlər.
Məmmədov: -Baş üstə! - deyib Samirin qoluna girib
onu qaldırdı. Dəhlizlə bir qədər getmişdilər ki, dedi:
-Çatmışıq. Sən gir içəri, mən indi zəng vurub gəlirəm.
Otaqdakı səkkiz stul ilə iri bir stol və onunla qarşı –
qarşıya qoyulmuş kiçik stol və kreslodan məlum olurdu ki,
bura dinləmə-hesabat otağıdır.
-Lap məhkəmə zalına oxşuyur. – deyə öz-özünə pıçıl-
dayıb otağın digər tərəfində qoyulmuş divanda oturdu. Bir
azdan həmin oğlan əlində iki kola içəri girərək Samirin ya-
nına gəldi. Divanda oturaraq kolalardan birini ona uzatdı:
-Al, iç. Bir azdan boğazın quruyacaq.
Samir minnətdarlığını bildirib koladan bir qurtum içdi
və gülümsünərək soruşdu:
-Yəni, belə çətin olacaq?
-Əslində onların qarşısında dayanıb danışmaq elə də
çətin deyil. Çətin olan onları təəcübləndirmək və ən əsası
inandırmaqdır. Bax, dostum, bir azdan bura səkkiz nəfərlik
ekspert qrupu gələcək. İqtisadçı, həkim, hüquqşünas, so-
sioloq, psixoloq və daha kimlər, kimlər. Onların hər biri
öz işində saç ağardıb. Sözün qısası, nəyisə onların fikrinə
yeritmək çox çətindir.
-Dayan görüm, qorxutma məni. Mən öz layihəmə
güvənirəm və uğur qazanacağına da inanıram.
-O nə layihədir ki, səni bu qədər əmin edib?
14
-Əlillərin sosial vəziyyəti ilə bağlı bir layihədir. Burada
ol, mən ekspert qrupuna danışanda eşidərsən. Yaxşısı bu-
dur, de görüm, sən burada necə işə düzəlmisən? Hansısa
hörmətli adamın zəngiynən, yoxsa pulla?
-Sənin dediklərin keçmişdə qaldı. İndi bu mümkün olan
iş deyil. Burada nə zəng keçir, nə də pul. Məni buradakı işə
on dörd il bundan qabaq baş verən bir hadisə düzəldib.
-Danışmaq istəsən, sənin üçün əla dinləyici olaram.
-On yaşım olanda kasıb məhəllələrin birində yaşa-
yırdım. Valideynlərim bütün günü işləsələr də, maddi
vəziyyətimiz düzəlmirdi ki, düzəlmirdi. Bir gün uşaqlarla
futbol oynamaqdan qayıdanda yolun kənarında şirniyyat
satan səyyar satıcıyla qarşılaşdıq. Uşaqların hamısı konfet
alanda satıcı məndən soruşdu ki, -Sən niyə konfet almır-
san? Xoşlamırsan?
Dedim: - Pulum yoxdur.
Uşaqlardan biri yaxınlaşıb qulağıma dedi:
-Bax, görürsən o svetoforu? Get, dayan orada. Maşınlar
qırmızı işıqda duran kimi yaxınlaşıb sürücülərdən pul istə.
Qorxma verirlər, mən özüm bir neçə dəfə belə etmişəm.
Şirniyyatı çox sevdiyimdən uşaqlar uzaqlaşan kimi ge-
dib svetoforun yanında dayandım. Qırmızı işıq yanan kimi
qarşımda 4-5 maşın saxladı. Ən yaxındakı maşına yaxınla-
şıb utana-utana sürücüdən pul istədim. Əvəzində - rədd ol
- sözünü eşidib geri qayıtmaq istəyirdim ki, arxa oturacaq-
da oturan nurani bir kişi pəncərədən məni çağırıb soruşdu:
-Adın nədir, oğlum?
Dedim: -Murad.
Soruşdu: -Bilmək olar, pul nəyinə lazımdır?
Dedim: - Konfet almaq istəyirəm.
Dedi: -Nə üçün pulu valideynlərindən almırsan?
Dedim: -İmkanları yoxdur.
15
Kişi pəncərədən mənə bir manat verib dedi:
-Bax, oğlum! Tutaq ki, sən bu gün bu pula konfet
alıb yedin. Bəs sonra? O biri günləri nə edəcəksən? Sənə
məsləhətim budur ki, dilənmək əvəzinə dərslərini yaxşı
oxuyasan. Tək dərslərlə kifayətlənmə. Xarici dil öyrən, id-
manla məşğul ol, hansısa bir sənətə sahib ol. Əgər bunları
etməsən, gələcəkdə həm valideynlərin, həm də övladların
əziyyət çəkəcək. Bax, valideynlərin vaxtında heç bir şey
etmədikləri üçün dilənməyə məcbursan. Sən oxu ki, həm
özün heç kimə möhtac olmayasan, həm də valideynlərin
səninlə fəxr etsin.
Maşın gözdən itənədək arxasınca baxdım. Sonra evə
gələrək elə əlimə aldığım ilk kitabdan oxumağa başladım.
Nə başını ağrıdım. O nəsihətin nəticəsi universitet dip-
lomu, iki xarici dil, mükəmməl kompüter biliyi və bir də
güləş fəndləri oldu. Həmin bir manatı da çərçivəyə saldı-
rıb evdən asmışam. Hər dəfə o pulu görəndə öz üzərimdə
daha çox işləyirəm
-Əgər layihəmi həyata keçirə bilsəm, səni öz yanım-
da işə götürəcəyəm. Özünü daimi inkişaf etdirən, özü ilə
rəqabət aparan işgüzar gənclərə ehtiyacım olacaq.
-Uğura doğru belə qətiyyət və cəsarətlə can atan biriylə
işləmək mənim üçün şərəf olardı!
Yarım saat sonra əllərində portfel, qovluq və müxtəlif
sənədlər olan 8 nəfər içəri girdi və keçib stullarda otura-
raq, Samiri kresloya dəvət etdilər. Sıra ilə özlərini təqdim
etdikdən sonra birinci stulda oturan ağsaçlı kişi mülayim
bir səslə dedi:
-Buyur oğlum, keç mətləbə. Səni eşidirik.
Samir onun müraciət formasından və səsindəki müla-
yimlikdən bir az cəsarətlənərək, sənədləri qarşısına töküb
sözə başladı. Layihənin təqdimatı və sorğu-sual üç sa ata-
16
dək çəkdi. Otaqdan çıxanda əməlli-başlı yorulmuşdu. İki
ay sonra o, ikinci dəfə nazirin qəbulunda olduqda, Mah-
mudovla söhbətləri qısa çəkdi:
-Əla düşünmüsən! – Mahmudov sözə başladı: -Bəs nə
üçün bu işə rəhbərliyi özün etmək istəyirsən? Sənin ki, bu
sahədə təcrübən yoxdur?! Bizdə bu sahə ilə məşğul olan
təcrübəli insanlar çoxdur. Düşünürəm ki, rəhbərliyi onlar-
dan biri etsə, bu layihə daha uğurlu olar.
-Bir çox insanlar var ki, əla şer demək bacarığına sahib-
dirlər və bununla tanınınlar. Ancaq səmimiyyətimə inanın,
onların heç biri şeri onu yazan şair qədər gözəl deyə bil-
məz. Komissiya üzvlərinə verdiyim layihə mərkəzin yal-
nız yaranma mərhələsidir. Mərkəzin gələcək inkişaf planı
və ümumiyyətlə, görüləcək bütün işlərin planları mənə
məxsusdur və buna görə də mən olmasam, bu layihə heç
bir uğur qazana bilməz. Mənə sadəcə təkan lazımdır. Siz bu
şansı mənə verin. Əgər bacarmasam, özüm kənara çə ki lərək,
məmnuniyyətlə, bu layihənin hər bir uğuruna sevinəcəyəm.
-Belə bir ideyanın sahibinə əlbəttə ki, şans vermək la-
zımdır. De görüm, bu iş üçün sənə konkret nə lazımdır?
-Bakının mərkəzi küçələrinin birində baş ofis üçün
çoxlu otaqları olan iki-üç mərbətəli bir binanın tikilməsini,
yüksək təcrübəyə malik işçi heyəti, maddi dəstək və yeni
nəsil texnologiya.
-Tezliklə, bunlara sahib olacaqsan. Görüm dilinə görə
dirçəyin də var?
* * *
Qəfil siqnal səsinə fikirdən ayılıb sürücüdən soruşdu:
-Çatmışıq?
- Xeyr, müəllim. Az qalıb.
17
On dəqiqə sonra maşın mərkəzin həyətində dayandı.
Binaya girən Samir Muradla birgə kabinetə gedə-gedə so-
ruşdu:
-Bir problem yoxdur ki?
-Hər şey əla gedir. (Samirin xahişi ilə onun yanında
işləməyə razılaşmış və onun sağ əli olmuş Murad cavab
verdi). İçəridə əməlli-başlı jurnalist ordusu var. Müxtəlif
ölkələrdən olan on telekanal bu açılışdan reportaj hazır-
lamaq üçün bura öz jurnalistlərini göndərib. Hələ əlavə
olaraq, xaricdən gələn bu qədər qonaq. Bir sözlə, bu gün
hamının diqqəti bizdə olacaq.
Samir kabinetə girib kresloda əyləşdi:
-Gəl bir olmasın da. Gör nə qədər əziyyət çəkmişik. Mu-
rad, mənə əlil kreslosu təşkil et. İndidən həyacanlanıram,
gör tədbir başlayanda necə olacaq. Yıxılıb edərəm, yaxşı
olmaz.
-Baş üstə. Gedə bilərəm?
-Buyur.
İclasın başlamasına hələ iki saat vardı. Masanın üstün-
dəki siyahını götürüb tədbirdə iştirak edəcək qonaqların
adlarını oxumağa başladı. Siyahıda bir-birini əvəz edən
adları oxuduqca, yadına mərkəzin işçiləri ilə olan ilk gö-
rüşü düşdü. «Ümid» mərkəzi üçün ayrılmış bina şəhərin
mərkəzində tikilmiş və üçmərtəbəli, pəncərələri yarımdairə
olaraq çölə çıxmış, müasir görünüşlü, palıd rəngli, içərisi
aid olduğu şöbəyə uyğun avadanlıqlarla tam təchiz olun-
muş otaqlardan və 700 nəfərlik konfrans zalından ibarət
idi. Samirin iş otağı ikinci mərtəbədəki 100-cü otaq idi.
Otaqda arxasında kreslo, üzərində isə notebook, telefon,
stolüstü Azərbaycan Respublikasının bayrağı, qələmdan,
mərkəzin möhürü və qovluqlar olan stol vardı. Stolun qar-
şısına Samirin qəbuluna gələnlərin otura bilməsi üçün 7-8
18
adamlıq, yarımdairə divan qoyulmuşdu. Kreslonun arxa-
sında iri tablo asılmış, üzbəüz sağ tərəfdə isə televizor qo-
yulmuşdu. Sol divar isə bütünlüklə, kitablarla və qovluq-
larla dolu rəflərdən ibarət idi. Yanğınsöndürmə aparatları,
təhlükəsizlik kameraları və siqnalizasiya sistemi başda ol-
maqla, bütün bina yüksək səviyyədə təhlükəsizlik sistemi
ilə təchiz edilmişdi.
Samir konfrans zalına daxil olduqda, bütün işçilər onu
gözləyirdi. Zal rəsmi çıxışlar üçün hazırlanmış ağac rəngli,
üzərində mikrofon olan tribunalı səhnədən və 700 nəfərin
əyləşə biləcəyi qırmızı üzlü, yumşaq stullardan ibarət idi.
Zalın tavanı ortadakı iri çilçıraqdan əlavə, çoxlu sayda kiçik
işıqlandırıcılar və yanğınsöndürmə cihazları ilə dolu idi.
Tavanın kənarlarında isə kondisionerlər və təhlükəsizlik
kameraları quraşdırılmışdı.
Samir tribunaya çıxıb sözə başladı:
-Salam dostlar. Mənim adım Samirdir. Bu mərkəzin
rəhbəriyəm. İnşallah, vaxt keçdikcə, bir-birimizi daha yaxın-
dan tanıyarıq. Amma mən burada sizin yaxınınız, əziziniz
olmaq istəyirəm. İstəyirəm mənimlə işçi – rəhbər yox, bir
dost kimi münasibət qurasınız. Ümidvaram ki, «Ümid»
mərkəzində bütün işçilərin bir-birinə münasibətləri hörmət
üzərində qurulacaq və gələcəkdə yaxından tanış olduqca,
hər kəsə nümunə ola biləcək bir kollektiv yaradacağıq. Daha
dəqiq, bir ailə kimi olağıq. İş barəsində isə sizdən tək xahi-
şim öz işinizə məsuliyyətlə yanaşmağınızla bağlıdır. Çünki
buraya gələcək insanların sizə çox ehtiyacı olacaq. Əgər özü-
nüzü onların yerinə qoyaraq, onları daha yaxşı başa düşüb
və öz işinizə səhlənkar yanaşmayaraq vicdanla işləsəniz bu
«Ümid» mərkəzinin daha da irəli getməsindən əlavə, Alla-
hın da sizin üzərinizdə rəhməti olar. Hər birinizə uğurlar
arzulayıram. Necə deyərlər, “Allah, Məhəmməd, ya Əli!”
19
Konfrans zalından çıxan kimi Muradı yanına çağırıb
soruşdu:
- Şərait işçilərin xoşuna gəlib? Hər hansı problemləri
olsa, təchizatda düzəliş apar. Qoy hər şey ürəkləri istəyən
kimi olsun ki, rahat işləyə bilsinlər.
-Elə ciddi bir problem yoxdur. Saytın işçiləri xaric.
-Nə istəyirlər ki?
-Bildiyiniz kimi, bura dəvət edilənə qədər onların
hər biri müxtəlif saytların idarəçiləri olublar. İndi hay –
küy salırlar ki, guya onları kollektivlərindən ayırmışıq.
Deyirlər, nazirlikdən qərar olmasaydı, heç kim bizi bu-
rada saxlaya bilməzdi. Hər biri öz əvvəlki iş yerinə qayıt-
maq istiyir. Maaş söhbəti bir tərəfdən, başqa narazılıqlar
digər tərəfdən. İstədim nazirliyə xəbər verim, sonra sizin
qərarınızı gözlədim.
-Yaxşı etmisən. Onları yanıma göndər, digərlərinə isə
görəcəkləri işləri izah et.
-Baş üstə. Gedə bilərəm?
-Buyur.
Samir kabinetində oturub görüləcək işləri nəzərdən
keçirəndə qapı astadan döyüldü və saytın 8 nəfərdən
ibarət işçiləri otağa girdilər. Samir onlara oturmaq təklif
etdi. Onlar oturandan sonra sözə başladı:
-Mənə dedilər ki, bəzi sayt idarəçiləri əvvəlki iş yer-
lə rini tərk edib burada işləməkdən narazıdırlar. Bəzi-
ləriniz maaşın azlığından, bəziləriniz işin çoxluğundan
gileylənmisiniz. Mən sizi burada məcbur saxlamayaca-
ğam, cəmi bir-iki dəqiqə vaxtınızı alaraq, görəcəyiniz
işin mahiyyətini başa salacağam. Sonda getmək istəyib-
istəmədiyinizi soruşacağam. Əgər kimsə getmək istəsə,
təminat verirəm, öz əvvəlki iş yerinə qaytarılacaq və bu-
rada itirdiyi vaxta görə kompensasiya alacaq. (Bir neçə
20
saniyə onları süzdükdən sonra sözünə davam etdi). Əgər
burada qalıb işləsəniz işiniz ağır olacaq, bəzən gecələri
belə işləməli olacaqsınız. Bəs qazancınız nə olacaq? Əlbəttə
ki, əvvəlki iş yerlərinizə qayıtsanız işiniz rahat, qazancınız
isə çox olacaq. Ancaq burada qalsanız, aylıq əmək haq-
qından əlavə, maddi qazancdan qat – qat xeyirli olan və
duadan gələn savab sahibi olacaqsınız. Bəli, məhz savab.
Bu mərkəzdə görüləcək işlərdə hər kəsin payı olacaq və
«Ümid» mərkəzinə edilən dualar buradakı hər bir kəsə ün-
vanlanmış olacaq. Biz hansısa biznes şirkətində işləmirik.
Biz bizə ehtiyacı olan insanlara kömək etmək üçün bura-
dayıq. Onların alqış – duasını isə Allah tez eşidir. Hz. Əli
(ə) çox gözəl buyurub: “Sizin qiymətiniz yalnız behiştdir,
özünüzü ondan ucuzuna satmayın”. İndi sizdən soruşu-
ram: Hansını seçirsiniz? Minlərlə manatı, yoxsa minlərlə
insanın deyəcəyi “Allah səndən razı olsun” cümləsini?
Samir sözünü bitirib, kürəyini kresloya dayadı. Hamı
başını aşağı salıb dayanmışdı. Dərin düşüncələr içində öz
nəfsləri ilə mübarizə aparırdılar. Bir neçə dəqiqəlik üzücü
sükutdan aralarında ən yaşlı olanı burada qalıb işləmək
istədiyini bildirdi və digərləri bunu gözləyirmiş kimi
yerbəyerdən burada işləmək istədiklərini bildirdilər.
Qapının səsinə fikirdən ayıldı. Murad əlində əlil kres-
losu içəri girib dedi:
-Tədbirin başlaması üçün hər şey hazırdır. Zaldakı ön
sıradan bir stul götürülüb. Çıxışınızı qurtaran kimi sizi elə
əlil arabasında oraya aparacaqlar.
-Çox sağ ol, əzizim. Təsəvvür edirəm, sən olmasaydın
mənə necə çətin olardı.
-Dəyməz, müəllim. Burada işləmək mənə zövq verir.
Tədbirə gələn bütün qonaqları nazir Mahmudov qəbul
edirdi. Bu günkü təqdimetmə mərasimi ilə bağlı bütün
21
təşkilati məsələləri öz üzərinə götürmüşdü. Tədbirin baş-
lamasına 10 dəqiqə qalmış köməkçisi Samiri əlil arabasına
otuzduraraq tədbir zalına apardı. Tribunanın girişində bir
neçə dəqiqə gözlədikdən sonra mərasimin aparıcısı tribu-
naya çıxaraq, tədbiri giriş sözüylə başladı:
-Salam, hörmətli dostlar, əziz qonaqlar! Bu günkü tədbir
haqqında və bu gün sizlərə təqdim olunacaq layihə barədə
danışmaq üçün mən bura bu layihənin müəllifi, “umid.
az” internet resursunun təsisçisi və «Ümid» mərkəzinin
rəhbəri Samir İmanovu tribunaya dəvət edirəm.
Köməkçisi onu tribunaya tərəf apardıqca, içindəki
həyəcan yerini qürur hissinə verirdi. Bəli, o istəyinə çat-
mışdı. Daha heç kim əlil olduğuna görə onun çəkdiyi
əziyyətləri çəkməyəcəkdi. Tribunaya çatdıqda özünü top-
layıb nitqinə başladı:
-Salam, hörmətli qonaqlar, xanımlar və cənablar. İlk
öncə dəyərli vaxtınızı bizə həsr edərək, bu mərasimdə
iştirak etdiyiniz üçün hər birinizə dərin təşəkkürümü
bildirirəm. Fiziki problemi olan insanlar hər zaman çox
şeydən məhrum və cəmiyyətdən təcrid olunmuş vəziyyətdə
yaşayıblar. Bəlkə də çoxlarınız bununla razı deyilsiniz.
Ancaq nitqimin davamında fiziki qüsuru olan insanların
həyatda qarşılaşdıqları çətinliklərdən daha geniş danışdıq-
ca, hər biriniz məni daha yaxşı başa düşəcəksiniz. Heç vaxt
onlara özlərini göstərmək üçün şərait yaradılmayıb. Yalnız
dəmir kimi möhkəm iradəsi olan əlillər bu vəziyyətdən
çıxa biliblər ki, onların da sayı nəzərə çarpacaq dərəcədə
azdır. Bəs digərləri? Onları ya parkda istirahət edən, ya
da yol kənarında dilənən görərsiniz. Əlillərin çox böyük
bir hissəsi isə ümumiyyətlə, evdən bayıra çıxmaq istəmir.
Ölkə iqtisadiyyatına, siyasətinə, idmanına, təhsilinə,
incəsənətinə təsirləri bir faizdən də azdır və demək olar
22
ki, dünyanın bir çox ölkəsində vəziyyət belədir. Nədir
bunun səbəbi? Bu bir az sonra danışacağım problemlərin
nəticələridir. İlk problem əlillərə yanaşma tərzindədir.
Ətrafımızdakılar bizə hər şeyə möhtac və heç bir şey bacar-
mayan insanlar kimi baxırlar. Bir çox dövlət orqanlarının
binasında panduslar yoxdur. Demək olar ki, heç bir dövlət
idarəsində nitq qüsurlu insanlarla dialoq yaratmağı baca-
ran bir kimsəyə rast gəlməzsiniz. Televiziyada sırf onlara
həsr edilmiş bir dənə də veriliş yoxdur. Çox cüzi bir qis-
mini çıxmaq şərtilə, əlilləri heç bir yerdə işə götürmürlər,
onların hər hansısa bir sənətə yiyələnmələri üçün bir dənə
də olsun xüsusi peşə məktəbi yoxdur. Və saymadığım
neçə-neçə problemlər. Amma bütün bunlar artıq keçmişdə
qaldı. Bu gün açılışını etdiyimiz və rəsmi olaraq fəaliyyətə
başlayan «Ümid» mərkəzinin sayəsində hansı fiziki prob-
lemin olmasından asılı olmayaraq, hər bir əlil insan özünü
cəmiyyətin bir parçası sayacaq. Bu mərkəzin əsas vəzifəsi
əlillərin sağlam insanlardan asılılıqlarını aradan qaldırmaq
və onlara həyatla mübarizə üçün yol göstərmək olacaqdır.
Bu mərkəzə üzv olan heç bir əlil insana ev, maşın, pul və
ya hər hansı xüsusi imtiyazlar verilməyəcəkdir. Onlara
bu saydıqlarımı necə əldə etmək mümkün olduğunu izah
edəcəyik. Məsələn, əngəlli bir insan bütün günü evdə otu-
raraq, təqaüdünü gözləyir və ya valideynlərinin qazancını
yeyir. Halbuki, həmin əlil insan boş vaxtlarını hər hansı bir
sənəti öyrənməyə sərf edə bilər.
Bu mərkəzin əsas vəzifələrindən biri əlillərin özlərinə olan
yanaşmalarını və ətrafdakı insanların onlara göstərdikləri
münasibəti və düşüncələri dəyişməkdir. Məqsədimiz
mərkəzin digər ölkələrlə quracağı əməkdaşlıq nəticəsində
hər həftə müxtəlif ölkələrdən əngəlli insanları dəvət edib,
buradakı əlillərlə birgə seminarlar və forumlar keçirtməkdir.
23
Bundan əlavə, «Ümid» mərkəzinin rəsmi internet saytı olan
“www.umid.az” saytı yaradıldı. Bu saytın da əsas vəzifələri
əlil insanların dünyagörüşlərinin artmasına xidmət etmək,
onlara öz bacarıqlarını göstərmək imkanı yaratmaq və əlillər
arasında rahat ünsiyyət yaradılmasını təmin etməkdir. Bu
sayt vasitəsi ilə əlillər artıq öz fikirlərini ictimaiyyətə çatdı-
ra, əl işlərini və digər bacarıqlarını nümayiş etdirə biləcəklər.
Digər insanlarla münasibət yaradaraq, fikir mübadiləsi apara
biləcəklər. Artıq onlar da özlərini cəmiyyətin bir parçası he-
sab edəcəklər. Bu saytda çox şey olacaq: Online dərslər, can-
lı radio, virtual qəzet, canlı psixoloq yardımı, online söhbət
etməyə şərait yaradan çat xidməti, forum və sairə. Bu sayt
yaradılarkən istənilən əngəlli insanın saytdan rahat istifadə
etməsi üçün hər bir şey nəzərə alınıb. Məsələn, saytın video
bölməsində bütün videolar həm səsli, həm də eşitmə qüsuru
olan insanlar üçün rahat oxuna bilən altyazılarla hazırlanmış-
dır. «Ümid» mərkəzinin şüarı isə belədir: “Fiziki vəziyyətin
necə olursa-olsun. Özünlə fəxr et!”
Sonda bu möhtəşəm mərkəzin və saytın yaradılmasında
mənə inanan və köməklik göstərən hər bir şəxsə, xüsusilə,
Sumqayıt şəhərinin icra hakimi Vaqif müəllimə və nazir
Mahmudov cənablarına təşəkkürümü bildirirəm. Bizimlə
əməkdaşlıq edən yerli və xarici təşkilatlara, həmçinin, ay-
rı-ayrı şəxslərin hər birinə minnətdaram. Ümid edirəm ki,
reallaşdıracağımız bu layihə əlillərin həyata inteqrasiyası-
na və onların sosial rifahlarının yaxşılaşdırılmasına əsaslı
kömək göstərəcək. Diqqətinizə görə təşəkkür edirəm.
Zaldan qopan alqışları lahiyəsinin ilk uğuru kimi qəbul
edib köməkçisinin yardımı ilə aşağı düşərək, birinci sıra-
da onun üçün ayrılmış yerdə dayandı. Tədbirin aparıcısı
növbəti natiqi kürsüyə dəvət etdiyi vaxt o müəllifi olduğu və
yaranmasında biləvasitə iştirak etdiyi mərkəzin gələcəyini
24
fikrində canlandırırdı: “Əlillər bütün komplekslərdən
azad olaraq, insanlar arasında daha rahat və daha sərbəst
hərəkət edirlər. Artıq heç bir əngəlli uşaq öz həmyaşıdları
tərəfindən lağa qoyulmur, əlillərin də sağlam insanlar kimi
öz dövlətlərinin iqtisadiyyatına və siyasətinə öz təsirləri
var. Artıq teleaparıcının gözdən qüsurlu olması və yaxud
ayaqdan əlil olan bir nəfərin at yarışlarında iştirak edərək,
qalib gəlməsi heç kim üçün qeyri-adi bir hadisə sayılmır”.
Alqış səslərinə fikirdən ayılanda növbəti natiq çıxışını
başa vururdu. Dörd saata yaxın davam edən rəsmi hissə
bitdikdən sonra, tədbir incəsənət ustalarının çıxışları ilə
davam etdi və mərasim ümumilikdə altı saata yaxın davam
etdi. Çıxış edənlər təqdim olunan bu layihədən həvəslə da-
nışıb, uğuruna görə Samiri təbrik edirdilər.
Dostları ilə paylaş: |