Samir İmanov HƏDƏFDƏKİ İnsan



Yüklə 2.48 Kb.
PDF просмотр
səhifə5/20
tarix26.02.2017
ölçüsü2.48 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Hadisədən dörd ay əvvəl
Bakı. Azərbaycan
Artıq dörd ay idi ki, işə başlanılmışdı və hər şey qay-
dasında idi. İşlər yolunda gedirdi. Samir hər gün növbəyə 
yazılan əlilləri və yaxud onların valideynlərini qarşılayıb, 
problemləri ilə yaxından maraqlanaraq mümkün olduğu 
qədər  köməklik  göstərir,  müxtəlif  tədbirlərdə  və  semi-
narlarda iştirak edir, mərkəzin xarici ölkələrdə olan filial-
ları ilə sıx əlaqə yaradır, hər həftə yeni bir layihə həyata 
keçirdərək  əngəlli  insanların  gələcəkdə  daha  rahat  yaşa-
ması  üçün  əlindən  gələni  edirdi.  Bir  sözlə,  rəhbəri  oldu-
ğu mərkəzin nüfuzuna hər gün bir az daha şöhrət qatırdı. 
Bu gün də adəti üzrə dəhlizlə kabinetinə tərəf gedərkən, 
ağbirçək bir qadının tibb şöbəsinin qapısı yanında qoyul-
muş skamyada oturaraq için-için ağladığını gördü. Yaxın-
laşıb onun yanında oturaraq soruşdu:
-Salam ana. Nə olub? Niyə ağlayırsan?
Qadın başını qaldırıb Samiri görən kimi iki əliylə onun 
əlini tutub dedi:
-Salam bala. Sən ki, əlillərə bu qədər can yandırırsan, 
Allah da sənin köməyində dursun. O ki, qaldı ağlamağı-
ma, ay bala, oğlumdan ötrü narahatam.
-Narahat olma ana. Sən oğlunun problemini mənə da-
nış, mən nə lazımdırsa, edərəm.
-Oğlumun çox gözəl şairlik qabiliyyəti vardı. Çörək pu-
lunu el şənliklərində meyxana deyərək qazanırdı. Dörd ay 
bundan əvvəl oğlum damın qarlı vaxtında küləyin qırdığı 
antenanı düzəltmək üçün dama çıxır. Dam gecədən buz bağ-
ladığı üçün ayağı sürüşüb yerə yıxılır. O hadisədən sonra 
dili tutulub. Bir neçə ay xəstəxanada müalicə olunsa da xey-
ri olmadı. Gətirdim Bakıya ki, bəlkə buranın həkimləri bir 

69
şey bildilər. Ancaq burada da heç nə alınmadı. Həkimlərin 
dediyinə görə damdan yıxılanda oğlumun beynində zədə 
yaranıb və bir daha danışa bilməyəcək. Mənə qalsa, danışa 
bilməsə də əsas odur ki, salamatdır. Gözümün qabağında-
dır. Bundan da betəri ola bilərdi. Amma özü bunu qəbul 
edə bilmir. Bütün günü evin bir küncündə oturub fikir edir. 
Son vaxtlar əməlli-başlı çörək də yemir. Gözümün qabağın-
da günü-gündən əriyir. Bu qədər fikir onu məhv edəcək. 
Neçə psixoloqun yanına aparsaq da, heç bir xeyri olmadı. 
Ümidim tək buradır, xahiş edirəm kömək edin.
-Sən ürəyini sıxma ana, mən onu yola gətirərəm. Bəs 
onun adı nədir?
-Ziyad.
-Sən məni burada gözlə, indi gəlirəm.
Samir psixoloqun otağına girəndə, o, Ziyadın psixolo-
ji vəziyyətini yaxından öyrənmək üçün şəkillərlə test ke-
çirirdi. Samir həkimdən bir az bayırda gözləməsini xahiş 
edərək, keçib onun yerində oturdu. Bir neçə saniyə Ziyadı 
süzəndən sonra söhbətə başladı:
-Hə, Ziyad, belə-belə işlər. Uşaq vaxtı futbol həvəskarıy-
dım,  oynamağı  da  çox  istəyirdim.  Yaşadığım  binanın  ar-
xasında stadiona bənzər bir yer vardı. Hər dəfə eyvandan 
futbol oynayan uşaqlara baxanda, onlara qoşulmaq istəyi 
ilə  alışıb-yanırdım.  Ancaq  futbol  oynaya  bilmədiyimə 
görə heç vaxt ruhdan düşmədim. Əksinə, topun dalınca o 
tərəf-bu tərəfə qaçan uşaqlardan üstün olmaq üçün daim 
öz  üzərimdə  çalışdım  və  bəhrəsini  də  görürəm.  İndi  də 
gələk  sənin  məsələnə.  Danışmaq  doğrudan,  sənin  üçün 
belə  vacibdir?  Bütün  həyatından  vacibdir?  Qapıda  daya-
nan o ağsaçlı ananın göz yaşlarından da? Əgər danışığını 
qaytarmaq  müqabilində  əllərini  istəsələr,  verərsən?  Bəs 
ağlını? Gözlərini necə? Verməzsən. Heç birini verməzsən. 

70
Mən  başa  düşürəm  ki,  danışa  bilmək  hər  bir  insan  üçün 
vacib meyardır. Ancaq danışa bilməmək, ölmək demək de-
yil. Əgər istəsən əllərinin, ağlının və gözlərinin köməkliyi 
ilə  istədiyin  səviyyədə  yaşaya  bilərsən.  Anan  dedi  ki, 
qabiliyyətli şairsən. Belə şair qalmağın üçün isə dil vacib de-
yil. Helen adlı bir qadın, kor olmasına baxmayaraq, məhşur 
bir yazıçı olmuşdur. Sən fikirləşirsən ki, hər yerim qayda-
sında olsun ki, həyatla mübarizə aparım. Belə mübarizə ol-
mur. “Cin mikrorayonda” filmindəki epizod kimi. 
İnsan soruşur ki, - Ey cin, niyə ağlayırsan? 
Cin cavab verir ki, -Acizliyimdən. 
İnsan  soruşur  ki,  -Sən  ki,  istədiyin  hər  bir  şeyi  bir 
saniyənin içində əldə edirsən, niyə acizsən? 
Cin deyir: -Məsələ də elə bundadır. Heç nəyin uğrunda 
mübarizə apara bilmirəm, heç nə üçün çalışa bilmirəm. Bax 
Ziyad. Bu həyatda, nəyinsə uğrunda mübarizə aparmaq in-
sana həqiqətən də zövq verir. Xüsusilə də, həmin şeyi əldə 
etmək  çətin  olduqda.  David  Livinqston  demişkən,  “yolu 
olan  yerə  hər  kəs  gedər.  Əsl  hünər,  yolu  olmayan  yerə 
getməyi bacarmaqdır”. Gəl belə danışaq. Get evə, 100 dənə 
şer yaz. Mən sənin kitabını çap etdirərəm, sən isə sadəcə 
olaraq,  keçmişi  unudub  ananın  üzünü  güldürürsən.  Ça-
lış ananın qayğısına qalasan. Qoyma bir də heç vaxt qəm 
çəksin.  Dünən  Bəxtiyar  Vahabzadənin  kitabını  oxuyur-
dum. Ana  haqqında  olan  şerindən  bir-iki  bənd  yadımda 
qalıb, eşit sənə də deyim:
Məni boya-başa yetirdin, ana!
Bizsə borclu bildik hər zaman səni.
Sən məni dünyaya gətirdin, ana,
Mənsə yola saldım dünyadan səni. 

71
Sən mənə beşikdə laylay çalmısan
Bu gün laylay çalım sənə məndəmi?
Sənin şirin-şirin laylalarını
Mən sənə qaytarım cənazəndəmi?
Bir də çalış ki, heç vaxt, heç nəyə görə, heç kimə həsəd 
aparma. Çünki başqaları da sənə həsəd aparır. Dediklərimlə 
razısansa,  səni  100  şerinlə  birlikdə  gözləyirəm.  İndi  nə 
deyirsən? Razılaşaq?
Ziyad  başını  aşağı-yuxarı  tərpətməklə  razılığını 
bildirəndən sonra hər ikisi onun anasının yanına gəldilər.
-Ana, al oğlunu, artıq hər şey qaydasındadır. (Gülüm-
sünərək): Bircə çalış ki, yenə dama çıxmasın. Yoxsa bu dəfə 
işimiz çox çətin olacaq.
Ziyadın üzündəki təbəsümü görən qadının sevincdən 
gözləri güldü:
-Çox sağ ol, ay oğul. Dörd aydan sonra ilk dəfədir ki, 
balamın üzü gülür. Allah səndən razı olsun.
Samir  onları  yola  salıb  saatına  baxdı.  10:30  -  səhər 
gəzintisi cana xeyirdir - deyə öz-özünə pıçıldayıb şöbələri 
gəzməyə  başladı.  Kompüter  şöbəsinə  girəndə,  bir  ayağı 
protez olan proqramist dünən başına gələn hadisəni danı-
şırdı: “Dünən toya gedəndə, səkinin kənarında kastellərə 
söykənib avtobus gözləyirdim ki, birdən haradansa bir qız 
peyda olub mənə 50 qəpik pul uzatdı. Dedim: -Ay xanım, 
səhv  başa  düşmüsünüz,  mən  dilənçi  deyiləm.  Bu  pulu 
həqiqətən də ehtiyacı olan birinə versəniz. Mənə nə desə 
yaxşıdı? – Demək bu pula ehtiyacın yoxdu? Siz dilənçilər 
də lap qudurmusunuz ee, uje 50 qəpiyi priznavat eləmirsiz. 
50 manat versəydim o dəqiqə qapacaqdın. -Məni bir az da 
təhqir edəndən sonra, pulu üstümə tullayıb getdi. Toyda, 
zala girib oturanda gördüm ki, həmin qız da mən olan ma-
sada əyləşib, xəcalətindən də yerə girir”.

72
Diskləri qurdalayan eynəkli oğlan soruşdu:
-Etibar, düzünü de görüm, 50 manat versəydi götürə-
cək din?
-Dilənçi olsaydım, 50 qəpiyi də götürəcəkdim.
Samir içəri girib ucadan dedi:
-Sabahınız xeyir dostlar. Necəsiniz? İşlər necə gedir? 
Bir çətinliyiniz yoxdur ki?
-Hər vaxtınız xeyir müəllim. (Əziz dilləndi). Şükür Al-
laha ki, heç bir çətinliyimiz yoxdur. İşlər qaydasında gedir. 
Uşaqlar da can-başla işləyirlər.
-Qoy işləsinlər. İşləsinlər ki, hər özündən razı, əlillərə 
baxıb  özünə  şükr  etməsin.  Əngəlli  insanlara  yazıq,  hər 
şeyə  möhtac,  dilənçi  gözü  ilə  baxmasınlar.  Mən  sizlərin 
köməyinə  arxalanaraq,  əlilləri  elə  bir  səviyyəyə  qaldıra-
cağam ki, bir daha heç kəs, onlara yuxarıdan aşağı baxa 
bilməyəcək.
-Mərkəzin bütü işçiləri sizin arxanızda dağ kimi daya-
nıb, müəllim. Bundan əmin ola bilərsiniz.
-Mən sizə inanıram. Biz birlikdə hələ çox uğurlar əldə 
edəcəyik. Digər şöbələrə də baş çəkməliyəm. Sizə uğurlar.
Samir  onlarla  sağollaşıb,  həmin  şöbəylə  yanaşı  olan 
idman şöbəsindəki şahmat və şaşki bölməsinə girdi. İçəri 
girən kimi ölü sükutu görüb, öz-özünə düşündü: “Şahmat 
doğrudan da sakitliyi sevir”. 
İçəridə  olanların  demək  olar  ki,  hər  birinin  fikri  və 
diqqəti qarşısındakı şahmat və ya şaşki lövhəsində idi. Ya-
xınlıqdakı stolda şahmat oynayan iki nəfər diqqətini çəkdi. 
Biri rahatca şirə içdiyi halda, digəri bütün diqqətini şahmat 
taxtasına yönəltmişdi. Yaxınlaşıb astadan soruşdu:
-Salam. İşlər necə gedir?
Şirə içən qarşısındakını göstərib dedi: -Ondan soruşun.
Digəri  fikrini  dağıtmamaq  üçün  başını  qaldırmadan 
dedi:  -Bərbad.  Dünən  buna  15:0  uduzmuşam.  “Axırıncı 

73
aşırım”  filmində  deyildiyi  kimi:  -Heç  oğlum  Yədullanın 
müsibəti belə olmamışdı.
Şirə içən özünə arxayın halda rəqibinin sözlərinə ay-
dınlıq gətirdi:
-Bu gün özünə söz verib ki, məni mütləq udacaq. Onu 
qınamıram, axır vaxtlar fantastik filmlərə çox baxır.
Samir  gülümsünərək  otaqdakılara  mane  olmamaq 
üçün sakitcə oranı tərk edib bilyard və stolüstü tennis zalı-
na girdi. Zalda məşq edən insanlarla hal-əhval tutduqdan 
sonra soruşdu:
-Kim mənimlə tennis oynamaq istəyir?
Hər tərəfdən “mən” sözünü eşidib, özü bir nəfəri seç-
di. Bir qolu kəsik, sarışın, Nazim adlı oğlan idi. O ilk öncə
Samirin tennis oynaya bilmədiyini düşünərək güzəştlə oy-
namağa başladı. Sonradan Samirin oynaya bildiyini görüb 
tam qüvvəylə oynasa da, artıq gec idi. Oyunu qələbəynən 
başa vuran Samir təklif verdi:
-Gəlin, öz aramızda mini turnir keçirdək.
Hamı razışaşandan sonra püşk ataraq kimin-kiminlə 
oynayacağını  dəqiqləşdirib  oyuna  başladılar.  Maraqlı  və 
şən  keçən  oyunlardan  sonra  hamının  təəccübünə  səbəb 
olsa da, Samir birinci yer tutdu. Axırda Nazim dözməyərək 
soruşdu:
-Belə oynamağı harada öyrənmisiniz?
Samir dəsmalla tərini silə-silə gülümsünüb dedi: Mən 
Sumqayıtdakı paraolimpiya idman kompleksində stolüstü 
tennis və güllə atıcılığı məşqlərinə getmişəm. Üstəlik, evdə 
fərdi olaraq boksla da məşğul olmuşam.
-Boksla?
-Bəli, boksla. Boks torbasını elə yerdən asdırmışdım ki, 
divara söykənərək rahatca yumruqlaya biləm. Fəndləri və 
zərbələrin vurulma qaydasını isə internetdən götürürdüm.

74
Samir  bir  az  da  söhbət  etdikdən  sonra,  oradan  çıxıb 
kabinetinə getdi. Otağa girən kimi katibəsinə Muradı onun 
yanına çağırmağı tapşırıb, bu günkü iş qrafikini nəzərdən 
keçirməyə  başladı.  Murad  içəri  girəndə,  Samir  ona  pul 
verərək yekə ayı oyuncağı, üzərində “6 yaşın mübarək!” 
sözləri yazılmış tort və içində 6 dənə rəngli balıq olan ak-
varium almağı tapşırdı. Muradı yola salandan sonra isə bu 
günə növbəyə yazılan adamları qəbul etməyə başladı. 
Rayonda  əlillər  üçün  açılacaq  peşə  məktəbi  ilə  bağlı 
gələn Quba rayonunun icra nümayəndəsini, kompüter bi-
liyi  olan  əlillərin  bu  mərkəzdə  işə  qəbulu  ilə  bağlı  elana 
görə  müraciət  etmiş  iki  nəfəri,  mərkəzin  İranda  açılacaq 
filialı ilə əlaqədar gələn İran səfirini, müxtəlif problemlərə 
görə  bağlı  pənah  gətirən  əngəlli  insanları  və  ya  onların 
valideynlərini qəbul edib yola salanda artıq axşam saat 6 
idi. “Günorta bir saat nahar fasiləsini çıxmaq şərtiylə əla 
işlədim!” deyə öz-özünə düşünüb Murada zəng vurdu:
-Dediklərimi almısan?
-Bəli müəllim.
-Onları apar maşına. Sürücüyə də denən hazır olsun, 
15 dəqiqəyə çıxıram.
-Baş üstə.
Fevral  ayı  olduğundan,  axşam  saat  7-yə  işləməsinə 
baxmayaraq, hava artıq qaralmışdı. Qarlı və buzlu yollar-
la, aram-aram Saray qəsəbəsinə gedən maşının arxa otura-
cağında oturub radioda səslənən musiqiyə qulaq asa–asa, 
açıq pəncərədən yağan güclü qara baxırdı. Həzin musiqilər 
radioda bir-birini əvəz etdikcə, xəyalları onu uzağa, iki il 
əvvəlki o dəhşətli günə apardı. Sürücü yenə səsini ucaltdı:
-Tez olun dəə. Gecikirəm axı.
Dünən ailəsi və qohumları ilə birgə avtobus tutaraq, 
Tovu zun  qəribli  kəndində  yaşayan  əmisi  oğlunun  toy 

75
məclisinə getmişdilər və qəflətən yağan güclü qarın ucba-
tından geri qayıda bilməyib, toy qurtarandan sonra gecəni 
kənddə qalmağa məcbur olmuşdular. Sürücü nə olursa-ol-
sun, ilk nəvəsinin birinci doğum gününə çatmaq istəyirdi. 
Ona görə də tezdən saat 9-dan hay -həşir salmağa başla-
mışdı. Ev sahibi yolların buzlu olması səbəbi ilə günortaya 
qədər gözləməyi məsləhət görsə də xeyri olmadı. 
-Mən neçə illərin sürücüsüyəm, o qədər belə yollarda 
maşın sürmüşəm ki... Əgər getməsəniz Sumqayıta boş ma-
şınla qayıdacağam.
Hamını yola gətirən sürücü sərnişinlərlə birgə saat 10-
da yola düşdülər. Buludların arasından süzülən zəif günəş 
şüaları səhərədək yağan qarın üzərinə düşərək bərq vurub 
əsrarəngiz bir mənzərə yaratsa da, avtobusun içində heç 
kim bunun fərqinə varmırdı. 
Samirin  bibisi  ilə  anası  sürücünün  arxa  tərəfindəki 
oturacaqlarda  oturub,  bibinin  təzə  gətirdiyi  gəlini  haq-
qında  danışırdılar.  Onlardan  arxada  oturmuş  qardaşı  ilə 
əmisi oğlu bu il İtaliya futbolunda hansı klubun çempion 
olacağını  müzakirə  edirdilər.  Paralel  oturacaqdakı  Samir 
Əliyə çipsi yedizdirə-yedizdirə onun: -O nədir? Orada nə 
var? O niyə elədir? - kimi suallarına cavab verirdi. Onların 
arxasında oturacaqda əyləşmiş bibisi qızı bu il Samirin qar-
daşı arvadının toyunda baş verənlərdən danışırdı. Atası ilə 
əmisi isə öz aralarında möhkəm söhbətə girişmişdilər: 
-Gərək toyu payızda edəydilər, ya da ki, yaza saxla-
yaydılar.
Əmisi qayğılı-qayğılı dilləndi: 
-Yazıq  haradan  biləydi  ki,  belə  olacaq?  Bir  həftədən 
çoxdur ki, qar yağmır.
Avtobusun digər sərnişinləri hərəsi öz işində idi. Dır-
nağına boya çəkən kim, telefonla oynayan kim, körpəsini 

76
yatızdıran kim. Kimisi də səssizcə oturub, evə tez çatmağı 
arzulayırdı. Samir növbət çipsini Əliyə uzadanda Əli dedi:
-Dayı, çişim var.
Samir avtobusu saxlatdırmaq istədikdə, bibisi qoymadı:
-Onsuz  da  avtobus  yavaş  gedir.  Qoy  dursun  qapı-
nın  ağzında,  neyniyir  eləsin.  Körpə  uşaqdır,  kim  ona  nə 
deyəcək? Neçə yaşı var?
-On bir gündən sonra dörd yaşı tamam olacaq. 
Arxadan qardaşı arvadı dilləndi:
-Samir, tuta biləcəksən? 
Qardaşı soruşdu: 
-Yoxsa mən gəlim?
-Narahat olma, özüm tutaram.
-Sən onu tut, qoyma yıxılsın. O özü çiş eliyəcək.
Samir Əlini aşağı pilləyə düşürtdü. Özü də onun ya-
nına enərək, bərk-bərk gödəkçəsinin boynundan yapışıb, 
sürücüdən  qapını  açmasını  istədi.  Sürücü  maqnitafonun 
yanındakı iki kiçik dəstəkdən birini yuxarı qaldıraraq dedi:
-Bir azdan döngəyə yaxınlaşacağıq. Ehtiyatlı olun!
-Oldu.
Bir az sonra Əlinin – Dayı, qurtardım – sözünü eşidib, 
sürücüyə -Qapını bağla- demək istəyirdi ki, qəflətən güclü 
siqnal səsi eşitdi. Qeyri-ixtiyari başını qaldırıb yola baxdı. 
Yük maşınının sürücüsü siqaretini yandırmaq istəyərkən 
əlindən saldığı alışqanını götürmək üçün aşağı əyilmişdi. 
Buna görə də döngədən çıxaraq ona tərəf gələn avtobusu 
görmədi. Avtobusun sürücüsü isə əyləci basıb siqnal versə 
də, artıq gec idi. Toqquşma zərbəsinin təsirindən həm Sa-
mir, həm də Əli maşından yıxılaraq qarın üstünə düşdülər. 
Yol buzlu olduğundan hər iki maşın sürüşərək onsuz da dar 
olan yoldan çıxıb, 30 metr yüksəklikdən dərəyə yuvarlan-
dı. Maşından yıxılarkən Samirin başı zərblə dəydiyindən 

77
huşunu  itirdi  və  gözünü  bir  gündən  sonra  xəstəxanada 
açaraq, Əlidən savayı bütün ailə üzvlərinin həlak olmasını 
eşidib şok keçirdi. O hadisədən sonra Sumqayıt şəhər İcra 
Hakimiyyəti Samiri öz himayəsinə götürdü. Əli isə nənə-
babasının yanında qaldı. 
Sürücü  qarşısına  çıxan  pişiyi  vurmamaq  üçün  qəfil 
əyləci  basanda,  Samir  fikirdən  ayıldı.  Bütün  bədəni  tər 
içində idi, çətinliklə nəfəs alırdı. Maşını saxlatdırıb qapını 
açdı. Çevrilərək ayaqlarını çölə çıxardıb qarın üstünə qoy-
sa da, oturacaqdan qalxmadı. Əyilib yerdən qar götürərək 
əllərinə,  üzünə  sürtdü.  Bir  az  özünə  gələndən  sonra, 
yenidən maşına oturub qapını bağladı və sürücüyə dedi:
-Getdik.
Maşın  Əlinin  yaşadığı  evin  qarşısına  çatdıqda  Samir 
sürücüyə dedi:
-Hədiyyələri içəri apar, özün isə get evə. Gecəni bura-
da qalacağam.
Zəngi basdıqdan bir az sonra Əlinin babası qapını açdı:
-Axşamın xeyir, Zahid dayı. Gəlmək olar?
-Hər vaxtın xeyir bala. Buyur keç.
Samir içəri keçib soruşdu:
-Bəs Əli haradadır?
-Yatıb. Bayaqdan səni gözləyirdi, təzə yuxuya gedib.
Sürücü  əlindəkiləri  stolun  üstünə  qoyub  gedəndən 
sonra, Samir Əlinin nənəsi Aybənizlə görüşüb, Əlinin yat-
dığı otağa keçdi. Uşağı oyatmamaq üçün ayaqlarını yerə 
xəfifcə basırdı. 
Əli yuxudan ayılanda Samiri görən kimi onun boynu-
na sarıldı. Samir onu dizinin üstündə otuzdurub üzündən 
öpərək dedi:
-Ad günün mübarək, şirinim.
-Sağ ol əmi.

78
-Bu gün neçə yaşın tamam olur?
-Altı.
-Heç bilirsən sənə nə almışam?
Əli başını yellədərək dedi: Yox.
-Gəl gedək, göstərim.
Otağa girən Əli balıqları görən kimi sevincindən qış-
qırdı:
-Əla. Əmim mənə balıq alıb. Üzünü Samirə çevirib so-
ruşdu: Əmi, haradan bildin ki, mən balıq istəyirəm?
-Yuxuda görmüşdüm.
Əli heç nə başa düşməsə də dərinə getmədi. Akvari-
umun  qarşısında  diz  üstə  oturaraq,  balıqlarla  oynama-
ğa başladı. Samir yataq otağında, Əlinin yanında olanda, 
Aybəniz  süfrə  açmışdı  və  indi  əlində  çörək,  otağa  girib 
dedi: 
-Oğul buyur süfrəyə. Əli də axşam heç nə yemədi ki, 
əmimi gözləyirəm. 
-Gərək bağışlayasınız. İş o qədər çoxdur ki, imkan ta-
pıb, vaxtında gələ bilmədim.
Şam yeməyindən sonra Əli yenidən balıqların yanına 
getdi. Samirgil isə tortla çay içə-içə söhbətə başladılar. Sa-
mir Əlini göstərib soruşdu:
-Sizi incitmir ki? Əgər sizi çox yorursa, özümlə aparım. 
Dayə tutaram baxar.
-Yox, a bala nə danışırsan? (Zahid kişi dedi) Tək qızımın 
yeganə yadigarıdır. Bu iki qocanı həyatda saxlayan odur.
Aybəniz nənə nəmli gözlərini yaylığının ucu ilə silərək:
-Ondan  başqa  kimimiz  var  ki?  Zahidlə  mən  uşaq 
evində böyümüşük. Bir qızımız vardı, onu da qara torpaq 
aldı əlimizdən. Bu həyatda tək təsəllimiz bu uşaqdır.
-Ümumilikdə, heç bir probleminiz yoxdur ki? Nəyəsə 
ehtiyacınız olsa, çəkinməyin.

79
Zahid kişi çaydan bir qurtum içərək:
-Çox sağ ol ay oğul, onsuz da əziyyətimizi çox çəkirsən.
-Borcumdur dayı, borcumdur.
-Bircə, Əli səndən ötrü yaman darıxır. – Aybəniz nənə 
əlavə etdi. -Bu yaşda uşağa ata qayğısı, ana nəvazişi lazım-
dır.  Bir  də  fikirləşirəm  ki,  sən Azərbaycanda  olmayanda 
başımıza bir iş gəlsə, uşağa kim baxar.
-Rənanı  tanıyırsınız?  İcra  hakimiyyətində  işləyən 
Rənanı deyirəm.
-Katibə  qız?  Əlbəttə  tanıyıram.  Əvvəllər  bir-iki  dəfə 
bura gəlib–gedib.
-Hə, bax o. Onunla danışacağam, mən burada olma-
yanda qoyun, uşağa o baxsın. Telefon nömrəsini yazıram 
bura, nə vaxt lazım olsa zəng vurun.
Bir az da söhbət edəndən sonra, Samir Əlinin əsnədiyini 
görüb, onu yatırtmağa apardı. Samir gələndə Əli yuxudan 
yarımçıq  durmuşdu  deyə,  çarpayıya  uzanan  kimi  yatdı. 
Samir ona tamaşa edə edə necə yuxuya ketdiyini heç özü 
də bilmədi. 
Səhər mərkəzə gələn kimi, Anarı və bir yerə səfər edən 
zaman onu müşayət edən Eldarı, Zauru və Ayxanı yanı-
na çağırdı. Bu üçlük səfərlər zamanı Samirin həm dostları, 
həm  köməkçiləri,  həm  də  cangüdənləri  olurdular.  Eldar 
içəri girən kimi soruşdu:
-Səhər-səhər noolub? Gecə kimi yuxuda görmüsən?
-Altıaylıq  doğulduğuvu  eşitmişdim,  amma  inanmır-
dım. Oturun görüm.
Hamı oturduqdan sonra Samir sözə başladı:
Bu gündən etibarən, yeni bir layihənin icrasına başla-
yırıq. Bölgələrdəki əlillərin vəziyyəti ilə yerində və yaxın-
dan tanış olmaq üçün hər həftə bir rayona gedəcəyik.

80
-Bu gün hara gedirik? – Ayxan maraqla soruşdu.
-Bu  gün  Gəncəyə  gedəcəyik.  Həm  də  iki  gün  sonra 
Mə hərrəmlik ayı gəlir deyə, “İmamzadə”ni ziyarət etmək 
istəyirəm.
-Bu yaxşı oldu. – Zaur dedi. – Kərbəla düzündə can-
ların dan keçən islam şəhidlərinin xatirəsini yad etmək pis 
olmaz.
-Hansı zəmanədə, hansı niyyətlə olur-olsun. Öz məq-
sədinə çatmaq üçün adamları günlərlə susuz qoyub, onla-
ra işgəncə verən bütün insanlara Allah lənət etsin. Gedin 
hazırlaşın, saat 12–də yola düşürük.
-Bəs bizim tərəflərə nə vaxt gedəcəyik? – Ayxan zara-
fatla soruşdu.)
-İnşallah, sən ata olanda. Həm vəziyyətlə tanış olarıq, 
həm də uşağı qeyd edərik.
Eldar əlini əlinə sürtdü: 
-Ay  can,  ay  can.  Balıq  ləvəngisi,  Lənkəran  plovu  və 
daha nələr-nələr.
-Üstündən də ki, - Zaur əlavə etdi – içinə ətrinə və da-
dına  doyum  olmayan  Lənkəran  limonu  atılmış  samovar 
çayı.
-Belə olmaz axı, bəs məni niyə aparmırsınız? – Anar 
incikliklə soruşdu.
-Sən  mənə  burada  lazımsan. Amma  arxayın  ol,  Lən-
kərana mütləq gedəcəksən. Haydı. Gedin hazırlaşın. Saat 
12-də yola düşürük.
Hamı otaqdan çıxandan sonra Samir kağız və qələm 
götürərək, Gəncədə əlil qadınlar üçün açmaq istədiyi xal-
çaçılıq sexinin və tikiş fabrikinin layihələrini hazırlamağa 
başladı.

81
Bakı. Azərbaycan
Hava soyuq olsa da külək dayanmışdı. Qar da yağmır-
dı. Buludların arasından süzülən zəif günəş şüaları ağ xalı 
kimi torpağın üzərinə sərilmiş qara düşdükcə bərq vurur, 
əsrarəngiz gözəllik yaradırdı. 
Asif havanın sakit və mülayim olduğunu görüb təmiz 
havada  gəzişmək  üçün  həyətə  çıxdı.  Evlərinin  qarşısın-
da bir az o tərəf-bu tərəfə getdikdən sonra həyətlərindən 
kənara  çıxmaq  istədi.  Bir  qədər  irəliləmişdi  ki,  qarşıdakı 
içinə qar yığılmış çalanı görmədiyindən arabasının təkəri 
çalaya  düşərək  aşdı.  Asif  yıxılarkən,  böyrü  zərblə  daşa 
dəydiyindən qabırğası zədələndi. Birtəhər özünü ələ ala-
raq  telefonu  götürüb  anasına  zəng  vurdu.  Beş  dəqiqə 
keçməmişdi  ki,  anası  həyəcanlı  halda  özünü  çatdırdı. 
Təcili  yardımın  köməkliyi  ilə  xəstəxanaya  çatdırılan Asif 
həkimin nəzarətinə götürüldü. 
Ona  səhhətində  ciddi  bir  şeyin  olmadığı  deyilsə  də, 
ağrının  əzab  verəcəyini  və  on  gün  xəstəxanada  müalicə 
olunmağın vacibliyi bildirildi. Müalicənin dördüncü günü 
Asif  özünə  yer  tapa  bilmirdi.  Çünki  sabah  anasının  do-
ğum günü idi və Asif anasını bu şad günündə xəstəxanada 
qəmgin yox, evdə şad-xürrəm görmək istəyirdi. Tibb bacı-
sı otağa girib dedi: 
-Asif,  həkim  səni  müayinəyə  çağırır.  On  beş  dəqiqə 
sonra onun kabinetində olun.
Asif getmək istədikdə anası: 
-Dayan, kömək edim. 
-Yox  lazım  deyil.  Dünəndən  bəri  özümü  yaxşı  hiss 
edirəm. – deyib dəhlizə çıxdı və əli ilə qabırğasından tu-
tub bir az dayandıqdan sonra yoluna davam etdi. Həkimin 
otağına çatanda içəri girib salam verdi:

82
-Salam həkim. Necəsiniz?
-Deyəsən vəziyyət yaxşıdır. Tək gəlmisən.
-Bunu sizdən eşitmək xoşdur. 
-Çənənə güc vermə, köynəyini çıxart görüm.
-Həkim məni sonra müayinə edərsiniz. Hələlik isə xa-
hiş edirəm bir işdə kömək edəsiniz.
Həkim keçib onunla üzbəüz oturaraq maraqla soruş-
du:
-O nə işdir elə?
-Xahiş edirəm, məni bir günlük evə yazasınız. Amma 
heç kimin bunun bir günlük olduğundan xəbəri olmasın. 
Hamı elə bilsin ki, artıq sağalmışam və buradan birdəfəlik 
çıxıram.
-Nəyə görə?
-Səbəb budur ki, sabah anamın doğum günüdür. İstə-
yirəm bu gündə o özünü xoşbəxt hiss etsin.
-Mən  səni  başa  düşürəm,  cəfakeşliyini  də  yüksək 
qiymətləndirirəm. Amma bu mümkün deyil. Mən səni evə 
buraxa bilmərəm.
-Axı nəyə görə?
-Ona görə ki, cənab Asif, bu sənin üçün təhlükəlidir. 
Müalicə  tam  başa  çatmadığından  zədənin  ciddiyəti  arta 
bilər. İkincisi isə onsuz da sən ağrılara dözə bilməyəcəksən 
və hamı hər şeyi başa düşəcək.
-Həkim  siz  dediniz,  mən  eşitdim.  İndi  isə  siz  mənə 
qulaq  asın.  Mənim  20  yaşım  var  və  bu  yaşa  qədər  fiziki 
vəziyyətimlə əlaqədar olaraq, bir dəfə də olsun onun üzü-
nü  güldürə  bilməmişəm.  Digər  qadınlar  öz  oğullarının 
uğurları haqqında bəh-bəhlə danışanda onun danışmağa 
sözü olmayıb. Dəfələrlə müxtəlif xəstəxanalarda yatdığım-
dan bütün qohum-əqrəba hansısa toy məclisində əyləndiyi 
vaxt o mənə qulluq etmək üçün yanımda qalmağa məcbur 

83
olub.  Bəli,  həmişə  məhz  belə  olub.  Əgər  onu  sevindirə 
bilmirəmsə, qoy heç olmasa kədərləndirməyim. Xahiş edi-
rəm həkim. Cəmi bircə gün.
Həkim əlini qoynuna qoyub bir az düşündükdən son-
ra gülümsünərək dedi:
-Birisigün  ad  günü  tortundan  mənə  də  gətirməsən, 
səni düz iki ay burada saxlayacağam.
-O da mənim gözlərim üstə.
-Müayinədən sonra yadıma sal sənə ağrıkəsici dərman 
verəcəyəm. Mütləq lazımın olacaq.
Asif sevincindən uçmaq istəyirdi: 
-Çox sağ ol həkim. Çox sağ ol. Çox sağ ol.
Müayinədən sonra müayinə otağına qayıdanda anası 
soruşdu:
-Necə keçdi? Həkim nə dedi?
-Əla. Həkim nikbin danışdı. Qabırğamı yenə rentgenə 
saldılar. Həkim son sözü rentgen nəticəsindən sonra deyə-
cək. 
Yarım saatdan sonra həkim əlində rentgen fotosürətləri 
ilə otağa girdi və hər şeyin arxada qaldığını bildirib Asi-
fi  evə  yazdı.  Xəstəxananın  qarşısında  taksiyə  oturub  evə 
gedəndə yolüstü anasına hədiyyə də aldı. 
Ad günündə hamı şənlənsə də, bu gün Asif üçün sanki 
vaxt dayanmışdı. Keyidici dərmanın təsiri keçdiyindən ağrı 
onu get-gedə əldən salırdı. Ona görə də tortun kəsilməsinə 
qala  bilməyib  yorğun  olduğunu  bəhanə  edərək  otağına 
getdi. Səhər açılan kimi hər şeyi valideynlərinə danışdı və 
yenidən  xəstəxanaya  qayıtdılar.  İndi Asif  özünü  xoşbəxt 
sayırdı, çünki artıq onun anasının da başqa qadınların ya-
nında oğlu haqqında fərəhlə danışmağa sözü vardı.

84
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə