Samir İmanov HƏDƏFDƏKİ İnsan



Yüklə 2.48 Kb.
PDF просмотр
səhifə7/20
tarix26.02.2017
ölçüsü2.48 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   20

Bakı. Azərbaycan
Asif  çarpayıda  uzanaraq  kitab  oxuyurdu.  Qapı 
döyüləndə  kitabın  maraqlı  yerində  olduğundan  üzünü 
bürüşdürüb soruşdu:
-Kimdir?
-Olar?
Asif Osmanın səsini eşidən kimi sevinclə dilləndi:
-Əlbəttə. Gəl içəri.

103
Asifdən üç yaş böyük olan Osman onun uşaqlıq dostu 
idi. On bir il əvvəl, hələ şəhərdə yaşayarkən tanış olmuş-
dular. Onda Asifin 10, Osmanın isə 13 yaşı vardı. Asif çox 
susamışdı, ancaq market pilləkənli olduğundan özünə su 
ala bilmirdi. Bu vaxt Osman yaxınlaşıb öz köməyini təklif 
etmişdi. Osmanın xoşxasiyyət, mehriban və ürəyiyümşaq 
olması  sonradan  bu  iki  uşaq  arasında  möhkəm  dostluq 
yaratmışdı. Digər uşaqlar futbol oynamağa gedəndə belə, 
Osman  Asifi  həyətdə  tənha  qoymamaq  üçün  onun  ya-
nında qalırdı. Zaman keçdikcə, Asif Osmanın onun üçün 
etdiklərini daha yaxşı dərk edərək ona daha da çox bağ-
lanırdı. Asifgil Binəqədiyə köçdükdən sonra belə Osman 
onunla münasibəti kəsmir, imkan olduqca gəlib Asifə baş 
çəkirdi.  Görüşmədikləri  günlərdə  isə  mütəmadi  telefon-
la danışırdılar. Osmanın hər gəlişi Asif üçün toy-bayram 
olurdu. Ona görə də indi Osmanın səsini eşidən kimi kita-
bı bir kənara tullayaraq qalxıb oturdu. Osman yaxınlaşıb 
onun boynunu qucaqladı:
-Salam qardaşım. Necəsən? Nə var, nə yox?
-Çox sağ ol qardaşım, mən yaxşıyam. Sən necəsən?
Osman çarpayıda onunla yanaşı oturdu:
-Nə iş görürdün?
-Kitab oxuyurdum. Fərman Kərimzadənin “Xudafə rin 
körpüsü” romanını.
-Oxumuşam. Maraqlı əsərdir. Necənci cilddəsən?
-Bu gün birincini qurtaracağam.
-Sənə ən çox maraqlı gələn personaj hansıdır?
-Murad. Ölümünə təəssüfləndim.
-Təəssüflənmə. İkinci cilddə diriləcək.
-Doğrudan?  Bu  əla  xəbərdir.  Bir  az  özündən  danış. 
Çoxdandır gəlib getmirsən. Dünən də zəng vurmuşdum. 
Dedin  sonra  danışarıq.  Nişanlınla  münasibətin  necədir? 

104
Atan həyətdə meyvə-tərəvəz dükanı açmaq istəyirdi, aça 
bildi?
-Son on gündür başım yaman qarışıqdır. Toya hazır-
laşıram.
-Ooo. Səndə xəbər varıymış ki. İnşallah toyu nə vaxta 
planlaşdırırsan?
-Toy  bir  həftədən  sonradır.  –  Dəvətnaməni  cibindən 
çıxardaraq Asifə uzatdı. – Dəvətnaməni gətirmişəm.
-Allah mübarək eləsin qardaşım. Xoşbəxt ol.
-Bu dəvətnamə sizin ailəniz üçündür. Sənin özünü isə 
şəxsən dəvət edirəm. Mütləq gəl ha.
 -Mütləq gələcəyəm. Heç elə şey olar ki, mən o toyda 
iştirak etməyim?!
-Toya gəlməklə bağlı nəsə bir çətinliyin olsa xəbər elə. 
Nə kömək lazımdırsa, mən hazır.
-Sən heç narahat olma. Evdəkilərlə birgə gələcəyəm.
Dostlar  Adilənin  düzəltdiyi  çay  süfrəsi  arxasında  bir 
xeyli söhbət etdikdən sonra Osman işinin çox olduğunu bil-
dirib getdi. Axşam Akif işdən gələndə divanda oturub dedi:
-İkiniz də gəlin bura, sizə bir söz deyəcəyəm.
Adilə onun yanında oturaraq soruşdu:
-Nəsə olub?
-Darıxma. Qoy Asif də gəlsin, sonra. 
Asif gəlib onlarla üzbəüz dayanandan sonra sözə baş-
ladı:
-Bu  gün  işlədiyim  mərkəzin  rəhbərliyi  məni  yanına 
çağırmışdı. «Ümid» mərkəzindən bir qrup həkimi təcrübə 
keçmək üçün İtaliyaya göndərirlər.
-Siz orada nə edəcəksiniz ki? – Asif soruşdu.
-Biz İtaliyada işlədilən müasir tibbi avadanlıqlarla ta-
nış olacağıq. Sonra çətin əməliyyatların yeni və daha asan 
üsulla keçirilməsini öyrənəcəyik. Nə uzadım, öyrənməli o 
qədər şey var ki.

105
-Sən italiyan dilini bilmirsən, heç ingilis dilini də bilmir-
sən. Onlarla necə ünsiyyət quracaqsan? – Adilə soruşdu. 
-Bizimlə birgə iki tərcüməçi də gedəcək.
-Nə vaxt yola düşürsünüz?
-Üç  gündən  sonra.  Orada  bir  həftə  qalacağıq.  Otel, 
qida, maşın. Hər şey mərkəzin hesabınadır.
-Deməli, sən toya gedə bilməyəcəksən? Eybi yox, biz 
ikimiz gedərik.
-Nə toy? Kim toy eliyir ki?
-Osman. Bu gün dəvətnamə gətirib.
-Hansı Osman? Asifin dostu? Toy nə vaxtdır ki?
-Bir həftədən sonra.
-Heyf  ki,  burada  olmayacağam.  Eybi  yox.  Siz  ikiniz 
gedərsiniz, mən sonra atasına gözaydınlığı verərəm.
Üç gündən sonra Asif anası ilə birgə atasını düz ma-
şına qədər ötürdü. Akif çamadanı maşına qoyaraq onlara 
tərəf çevrildi:
-Yaxşı, salamat qalın. Sizi bir-birinizə və Allha tapşırı-
ram. Özünüzdən muğayat olun. – Üzünü Asifə tutaraq: -Bu 
gündən evin kişisi sənsən. Evdən də, anan dan da muğayət 
ol. Çalış yoxluğumu hiss etdirməyəsən.
Akif onlarla görüşüb maşına oturdu. Maşın yerindən 
tərpənən  kimi Adilə  əlindəki  qabda  tutduğu  suyu  onun 
dalınca atdı. 
Televizorun qarşısında oturub gözlərini ekrana diksə-
lər də, hər ikisinin fikri tamam başqa yerdə idi. Adilənin 
fikri xarab olan qabyuyan maşının yanında qalmışdı. Öz–
özünə gileylənirdi: “Bu da xarab olmağa vaxt tapdı. Akif 
gəlib onu düzəltdirənə qədər mətbəxdə bir anbar çirkli qab 
yığılacaq. Məcburam əllə yuyum”. 
Asif isə sabahkı toy barədə fikirləşirdi: “Görəsən, han-
sı köynəyimi geyinsəm yaxşı olar? Ağı, yoxsa göyü? Bəlkə 

106
anama deyim təzəsini alsın? Çoxdandır evdən bayıra çıxa 
bilmirəm,  elə  mənim  özüm  üçün  də  dəyişiklik  olar.  Bu 
həyatda tək dostum odur. Gərək Osman üçün onun toyu-
na kiçik bir xatirə hədiyyəsi alam. Məsələn, üstündə hər 
ikimizin adı yazılmış üzük”. Asif üzük məsələsini anasına 
demək istəyirdi ki, telefonun zəngi sözünü yarımçıq kəsdi:
-Ana mən istə.... Telefona cavab ver, sonra deyərəm.
Adilə  dəstəyi  götürüb  “alo”  dedikdən  bir  az  sonra 
dəstəyi yerə qoydu. Asif onun bənizinin ağardığını görüb 
həyacanla soruşdu:
-Nə olub ana? Zəng vuran kim idi? Nə baş verib?
-Zəng vuran dayın idi. Deyir kiçik oğlu Sənanı maşın 
vurub. Vəziyyəti pisdir. Təcili xəstəxanaya aparıblar.
-Allah özü kömək olsun.
-Qulaq as oğlum, mən xəstəxanaya gedirəm. Sən evdən 
muğayat ol. Yoldan bibin qızı Səbinəyə zəng vuracağam, 
mən gələnə qədər sənə qulluq etsin.
-Necə istəyirsən ana.
Adilə tez-tələsik əynini dəyişib çantasını götürərək qa-
pıdan çıxmaq istəyəndə Asif onun arxasınca səsləndi.
-Ana ora çatan kimi mənə zəng vur, görüm vəziyyəti 
necədir.
Adilə “oldu” deyib təlaşla qapıdan çıxdı. Şam yeməyin-
dən sonra Asif otağına gedərək anası ilə əlaqə saxladı:
-Alo, Ana. Sənan necədir? Əməliyyat necə keçdi?
-Həkimlər deyir yaxşı keçdi. Hələ ayılmayıb, reanima-
siyadadır.
-Orada qalacaqsan?
-Hə oğlum, burada qalacağam. Sən məni gözləmə, yat. 
Bibin qızı neyniyir?
-Televizora baxır.

107
-Yaxşı oğlum, sabahadək.
-Sabahadək ana.
Bir az internetdə yazışandan sonra yatdı. Səhər yuxu-
dan ayılan kimi anası ilə əlaqə saxlayanda Sənanın hələ də 
komadan ayılmadığını eşidib bikef oldu. Saatlar keçdikcə 
toyun  vaxtı  yaxınlaşırdı.  Asif  özünü  çarəsiz  hiss  edirdi. 
Vaxt ötdükcə, özü öz gözündə daha da acizləşir, daha da 
cılızlaşırdı.  Arabada  oturub  pəncərədən  baxa-baxa  düş-
düyü vəziyyət barədə fikirləşərək özü özünü məzəmmət 
edirdi: “Bəs indi mən neyniyim? Bir tərəfdə qardaş dedi-
yim Osman, bir tərəfdə də ölümlə mübarizə aparan dayım 
oğlu. Bu vəziyyətdə anama necə deyim ki, gəl məni toya 
apar? Eh Asif, sən demə başqalarının köməyi olmadan sən 
heç  kim  imişsən.  Həyatdakı  tək  dostunun  toyuna  gedə 
bilməyəcək qədər heç kim. Deməli, bu həyatda heç bir şeyə 
təsirim yox imiş. Deməli, bu illər ərzində həyatımdakı bu 
boşluğu valideynlərim doldururmuş. Afərin onlara. Afərin 
ki, bu illər ərzində necə əlacsız, başqalarına möhtac, çarəsiz, 
işəyaramaz olduğumu hətta özümə də hiss etdirməyiblər”. 
Başını qaldırıb divardakı saata baxdı. Altının yarısı idi. 
“Artıq toy başlayıb. Gedə bilmədim, heç olmasa təbrik me-
sajı  yazım”  deyə  öz-özünə  fikirləşərək  telefonu  götürdü. 
Mesajın  hər  bir  sətrini  yazdıqca,  gözlərindən  yaş  damla-
ları  yanağından  süzülərək  köynəyinin  yaxasını  daha  çox 
isladırdı.  Mesajı  birtəhər  tamamlayıb,  göndərməmişdən 
öncə  özü  oxudu.  “Salam  Osman.  Təəssüf  ki,  bu  günkü 
məclisdə iştirak edə bilməyəcəm. Ürək bunu nə qədər çox 
istəsə də, problemlər bir o qədər mane oldu. Ümid edirəm, 
inciməzsən. Allahdan sənə kainat qədər sonsuz və günəş 
kimi parlaq bir xoşbəxtlik arzulayıram. Sən buna layiqsən. 
Xoşbəxt ol, qardaşım”. Yazdıqlarını oxuyub qurtardıqdan 
sonra heç bir qrammatik səhvin olmadığını görüb, mesajı 

108
göndərdi və telefonu çarpayının üstünə atıb əlləri ilə üzü-
nü tutaraq hönkür-hönkür ağlamağa başladı.
Çako vilayəti. Argentina
Pedronun paltarlarını səliqə ilə qatlayıb çamadana yı-
ğan Lusiya əri üçün mətbəxdə üçün yol azuqəsi hazırlayan 
anasından soruşdu:
-Ana, bilmirsən atamın boz köynəyi haradadır?
-Bilmirəm  Lusi.  Soyuducunun  yanındakı  qutunun 
içinə bax. Paltarların arasında olar. 
Lusiya soyuducuya tərəfə gedəndə Xose əlində zəmbil 
içəri girib dedi:
-Alın. Nə tapşırmışdınız hamısını almışam.
Lusiya boz köynəyi tapdıqdan sonra onu da çamadana 
yerləşdirəndə Pedro dedi:
-Bu  qədər  paltar  nəyimə  gərəkdir?  Onsuz  da  orada 
mənə paltar verəcəklər.
Lusiya çamadanın ağzını bağlayıb dedi: 
-Dağlıq və meşə əraziləri həmişə soyuq olur.
Bayaqdan Lusiyaya tamaşa edən Xose dilləndi: 
-Heç inanmağım gəlmir ki, sabah atam bizimlə olma-
yacaq. Türkiyənin hansısa meşəsində ağac kəsəcək.
Mariya bişirdiyi kökələri balaca kardon qutuya yığa-
yığa Pedrodan soruşdu:
-Dəqiqləşdirməmisiniz? Saat neçədə çıxacaqsınız?
-Təyyarə saat 2-də yola düşəcək. Gərək elə vaxt yola 
çıxaq ki, təyyarəyə çataq.
-Onda səhər saat 5-6-da yola düşərsiz. – Lusiya dilləndi.
-Hə,  biz  də  elə  fikirləşmişik. Amma  son  qərarı  Qus-
tavo  verəcək.  Getmək  problem  deyil,  əsas  narahatlığım 

109
sizdəndir. Hər ayın axırı pul göndərəcəyəm. Qustavonun 
dediyinə  görə,  gedəcəyimiz  yerdə  mobil  telefon  işləmir. 
Hər ayın axırı sizə məktub yazacağam, pul da məktubun 
içində olacaq. – Sonra cibindən bir az pul çıxardaraq Ma-
riyaya uzatdı. – Al bu pulu. Bir az beh veriblər. Mən pul 
göndərənə qədər bu sizə bəs edəcək. 
Saat on bir olanda Mariya Pedronun tezdən oyanacağı-
nı bildirib yatmağı təklif etsə də, nə uşaqlar Pedrodan, nə 
də Pedro uşaqlardan ayrıla bilmirdi. Nəhayət, saat 12-də 
hamı yerinə girib yatdı. Gecə siqnal səsinə oyanan Pedro 
yuxulu-yuxulu saatına baxdı. Üç idi. 
-Bu gecə vaxtı kim ola bilər? – deyə öz-özünə fikirləşdiyi 
vaxt,  Qustavonun  onu  çağırdığını  eşitdi.  Geyinib  qapıya 
çıxanda darvazaya çatmadan qışqırdı:
-Sənin yuxu ilə problemlərin var?
-Yox. Anma maşının buzlu yollarla problemi ola bilər. 
Ona görə qərara almışıq ki, bir az tez çıxaq. Hazırlaş, yarım 
saata çıxırıq. – Qustavo eyni ahənglə cavab verdi.
-Bir  az?  –  deyə  yuxulu-yuxulu  öz-özünə  mızıldanan 
Pedro  qapını  açaraq  Qustavoya:  -  Gəl  içəri  –  deyib  evə 
qayıt dı.  Bütün  ailə  siqnal  səsinə  oyandığından  Pedroyla 
Qustavonun danışığını eşitmişdilər. Ona görə də hər üçü 
tez-tələsik geyinməyə başladılar. Pedro içəri girəndə hava 
soyuq  olduğundan  yatarkən  yalnız  üst  geyimini  çıxart-
mış  Lusiya  artıq  geyinərək  ayaq  üstə  dayanmışdı.  Pedro 
hamının oyandığını görüb işığı yandırdı. Mariya bir əliylə 
yun jaketinin düymələrini bağlayır, digər əliylə isə gözünə 
düşən işığın qabağını almağa çalışırdı. Xose də işığın yan-
masından acışan gözlərini qırpa-qırpa corablarını geyinir-
di.  Pedro  saatını  stolun  üstündən  götürüb  qoluna  bağla-
yanda Qustavonun səsini eşitdi:
-Məni soyuqda çox gözlətmə, bir az cəld ol.

110
-Orada dayanma, keç içəri. Hamı yerindən durub.
Qustavo içəri girib hamıya salam verərək keçib stulda 
əyləşdi.  Pedro  paltarlarını,  gödəkcəsini  geyinərək  üzünü 
Qustavoya tutub dedi:
-Çamadanlar qapının ağzındadır. Sən onları apar ma-
şına, mən indi gəlirəm.
Qustavo qapınının yanında qoyulmuş hər iki çamada-
nı götürüb qapıdan çıxan kimi Lusiya hönkürərək özünü 
Pedronun  üstünə  atdı.  Pedro  onu  bərk-bərk  qucaqlayıb 
üzündən öpərək təsəlli verməyə çalışdı: 
-Buna  məcburam  Lusi.  Əgər  getməsəm  ömrümüz 
boyu bu cür köhnə daxmalarda əzab çəkməyə məcbur ola-
cağıq.  Sizdən  iki  illik  ona  görə  ayrılıram  ki,  həyatımızın 
sonrakı hissəsini rahat evimizdə xoşbəxt yaşaya bilək.
Sonra Mariya və Xoseylə də görüşüb qapıya tərəf getdi 
və bir–iki addım atıb dayandı. Üzünü Xoseyə çevirib dedi:
-Anandan  və  bacından  muğayat  ol.  İndi  evdə  kişi 
sənsən.
Xose  gülümsünərək  protez  qolunu  yerinə  bərkitmək 
üçün anasından kömək istədi. Ailə üzvləri Pedronu sexin 
darvazasına qədər ötürdülər. Pedro maşına oturaraq başı-
nı pəncərədən çıxarıb əlini yellərək dedi:
-Salamat qalın. Beş aydan sonra görüşərik.
Maşın  gözdən  itənə  qədər  anasına  sığınıb  nəmli 
gözləriylə onun dalınca baxan Lusiya yalnız evə girəndə 
əməli-başlı üşüdüyünü hiss etdi.
Lusiya anasının tikib qurtardığı paltarı aparıb sahibinə 
verib geri qayıdanda Xose divanda oturaraq qarşısına qoy-
duğu stulun üstündəki vərəqə nə isə yazırdı. Lusiya ayaq-
qablarını soyuna-soyuna soruşdu:
-Xose sənə bir sual verə bilərəm?
-...

111
-Eyy, sənnənəm ee.
Xose başını qalırmadan dedi: 
-Ver.
-Bir qocadan soruşurlar: -Sənin neçə yaşın var? Qoca 
cavab verir ki, -Mənim yüzdən çox yaşım var, ancaq cəmi 
25 dəfə ad günü keçirtmişəm. İndi de görüm bu necə olur?
Xose yazmağa davam edə-edə dedi:
-Nə bilim, yəqin ad günü keçirtməyə pul tapmırmış.
Lusiya keçib çarpayıda əyləşərək dedi:
-Rəsm müsabiqəsində 28-ci yer tutandan başqa nə ca-
vab gözləmək olar ki?!
Xose başını qaldırıb dedi:
-Mənim üçün əsas qələbə deyildi, iştirak idi. Bir də ki, 
mən 220 iştirakçı arasında 28-ci olmuşam. – Söhbəti dəyiş-
mək üçün araya söz atdı. – Sən haradan gəlirsən? Saat artıq 
9-du. Atam 15 gün deyil gedib, artıq özündən çıxmısan.
Lusiya gəlib onun böyründə oturub başını sığallaya-
raq dedi:
-Yaxşı, zarafat elədim, hirslənmə. Nə yazırsan orada?
-Atama məktub.
-Mən  də  dünən  birini  yazmışam.  Gözləyirəm  atam 
məktub yazsın, ünvanını öyrənib göndərim.
Mariya  əlindəki  ütünü  divanın  baş  tərəfində  qoyul-
muş kiçik stulun üstünə qoyaraq dedi:
-Mən də yazmaq istəyirəm. Məktublarınızı verin mənə, 
birləşdirib bir məktub edəcəyəm. Siz də mənə kömək edin. 
Lusiya sənin xəttin yaxşıdır, məktubu sən yazarsan.
Lusiya anasına göz vuraraq:
-İncimə ana, istəmirəm mənim mənalı məktubum bu-
nun lazımsız qaralaması ilə qarışsın.
Xose incimiş halda:
-Məktubuna bir bax.

112
Lusiya onu qucaqlayıb saçından öpərək:
-Nə  olub  Xose?  Bu  gün  partlamağa  hazır  olan  barıt 
kimisən. Nə deyirəm xətrinə dəyir.
Maraiya dəftərin içindən bir vərəq qopardaraq:
-Əl çək ondan Lusi. Yəqin atasından ötrü çox darıxır.
Ailə stolun ətrafına yığışıb məktubu yazmağa başladı. 
Mariya ilk öncə Xosenin yarımçıq qalan və Lusiyanın artıq 
hazır olan məktublarını ucadan oxuduqdan sonra, Lusiya 
məktubu  yazmağa  başladı.  Saat  11-in  yarısı  nəhayət  ki, 
məktubu tamamlayıb zərfə qoydular. Mariya zərfi aparıb 
şkafda paltarların arasında gizlətdi. 
Gecə saat iki olmasına baxmayaraq, Mariyanın gözünə 
yuxu getmirdi. İçində günortadan bəri bərk narahatlıq var 
idi. Nahar vaxtı uşaqların təkidi ilə bir az yemək yesə də, 
axşam ümumiyyətlə, iştahı olmadı. İndi də yerində gah o 
böyrü üstə, gah bu böyrü üstə çevrilərək yatmağa çalışsa 
da gözünə yuxu getmirdi. Yuxusunun gəlmədiyini görüb 
arxası üstə uzanaraq gözünü tavana dikib almaq istədikləri 
ev  barədə  fikirləşməyə  başladı.  Alacaqları  evi  təzəcə 
xəyalında canlandırmışdı ki, həyətdə taqqıltı eşidib bütün 
diqqətini topladı. Qeyri-ixtiyari qalxıb yerinin içində otur-
du  və  dinləməyə  başladı.  Səsin  kəsildiyini  görüb:-yəqin 
küləkdir  –  deyə  öz-özünə  fikirləşərək  təzədən  uzanmaq 
istəyirdi ki, qapıya yaxınlaşan addım səslərini eşidib cəld 
ayağa qalxdı. Mariyanın ayağa qalxmasıyla qapının vuru-
lan  təpik  nəticəsində  açılması  bir  oldu.  Qapı  açılan  kimi 
içəri girən qara geyimli, başlarına maska taxmış adamlar-
dan ikisi Mariyanın, qalanları isə hələ nə baş verdiyini an-
lamyan Xose və Lusiyanın üstünə getdilər. 
Maskalılar  yuxudan  hövlank  ayılmış  və  hələ  də  baş 
verdiyini anlamadığından onu tutan adamların əlində qor-
xudan titrəyən Xoseyə yuxugətirən iynə vurmaq istəyəndə, 
Lusiya: - qardaşımı buraxın – deyə qışqıraraq, yatdığı di-

113
vandan  qalxıb  Xoseyə  tərəf  qaçdı.  Lakin  qardaşını  tutan 
adamlardan birinin onun sifətinə vurduğu güclü yumruq 
zərbəsindən huşunu itirərək, onun döşəyinin üstünə yıxıl-
dı. Bayaqdan - siz kimsiniz? Bizdən nə istəyirsiniz? – deyə 
qışqıran  Mariya  qızının  vurularaq  yıxıldığını  görəndə 
yandakı ütünü götürüb adamlardan birinin başına çırpdı. 
İkinci  zərbəni  də  endirmək  istəyirdi  ki,  qapının  ağzında 
dayanıb bu mənzərəni seyr edən hündürboy, cüssəli ada-
mın açdığı atəşdən sonra başında güclü ağrı hiss edib üzü 
üstə Lusiyanın içinə tikiş ləvazimatlarını yığdığı qutunun 
üstünə  yıxıldı. Anasının  öldürüldüyünü  görən  Xose  ona 
tərəf getmək istəsə də bacarmadı. Bir addım atıb vurulan 
iynənin təsirindən yerə yıxıldı. Ütü zərbəsindən başı qana-
yan adam tapançanı çıxardıb Lusiyanı vurmaq istəyəndə 
qapının yanında dayanan adam qoymadı.
-Onunla işiniz olmasın. O bizə lazımdır.
Adamlar  Xoseylə  Lusiyanı  maşına  qoyub  oradan 
uzaqlaşdılar. Mariyanın başından tökülən qan isə Lusiya-
nın anasına ad günü hədiyyəsi etmək üçün toxuduğu yun 
koftasını al-qırmızı rəngə boyayırdı.
Qvadalupe. Meksika
Meksikanın  Qvadalupe  qəsəbəsinin  kənarında  tikil-
miş  ikimərtəbəli,  köhnə  internatın  həyətində  dayanan  iri 
yük maşınından düşən “Boss” ləqəbli adam üzünü başına 
fənərli dəbilqə geyinmiş adamlardan birinə çevirib soruşdu:
-Dəqiq yoxlamısan? Adam çox deyil ki? Sonra başımız 
ağrımasın.
-Arxayın  ol.  Qoca  gözətçidən  və  iki  qadın  baxıcıdan 
başqa heç kim yoxdur. 

114
Bu  vaxt  gələnlərin  kimliyi  ilə  maraqlanlanmaq  üçün 
60–65  yaşlı  gözətçi  köşkdən  çıxdı.  Əynində  köhnə  əsgər 
gödəkçəsi və yamaqlı şalvar vardı. Elə sual vermək istəyirdi 
ki, səsboğucusu olan tapançadan açılan atəşlə yerə yıxıldı. 
-Qaldı  ikisi.  –  deyə,  Boss  pıçıldayıb  binayaya  tərəf 
gedəndə,  bayaqdan  arxada  dayanıb  diqqətlə  onun 
hərəkətlərini izləyən on nəfər də onun arxasınca getdilər. 
İnternatın  bufetində  masada  oturan  kök  qadına  çay 
süzən arıq uzun qadın soruşdu:
-Niyə gec gəldin? Çayı bayaqdan qızdırmışam.
-İmkan verirlər ki. Saat artıq gecə 1-dir, hələ də yatmaq 
istəmirdilər. Bura mənlik deyil, başqa iş tapan kimi bura-
dan çıxacağam. Çox əziyyətli işdir.
Həmsöhbəti çayı stolun üstünə qoyaraq dedi:
-Bura  belədir.  Tək  bu  qəsəbədə  deyil,  bütün  ətraf 
yerlərdə  kimin  əlil,  əqli  zəif,  problemli  uşağı  var,  gətirib 
atıb bura. – Özünə də çay süzmək üçün sobaya tərəf çevri-
lib əlavə etdi: 
-İndi onlar evlərində rahatca yatıblar, əziyyət çəkən bi-
zik. Özü də belə az məvaciblə.
Kök  qadın  çaydan  bir  qurtum  alıb,  həmsöhbətindən 
burada neçə il işlədiyini soruşmaq istəyirdi ki, bufetin qa-
pısında  dayanan  üzü  dəbilqəli  adamı  görüb  özünü  itidi. 
Qışqırmaq istəyəndə alnından aldığı iki güllədən yerindəcə 
keçindi. Arıq qadın tappıltı səsinə geri dönmək istəyəndə 
başının arxasında güclü ağrı hiss etdi və gözləri qaralaraq 
yerə yıxıldı. Mətbəxdən çıxan adamın: – hər şey təmizdir 
– deməsindən sonra Bossun göstərişiylə on nəfərlik dəstə 
bir-bir  otaqları  gəzərək  çarpayılardakı  əlil  və  ruhi  xəstə 
olan uşaqlara tez təsir göstərən yuxu iynəsi vurub maşına 
aparır, əvəzində isə maşından orqanları çıxarılmış insanla-
rın cəsədlərini gətirərək onların yerinə uzadırdılar. İşlərini 

115
qurtardıqdan  sonra  binanın  bütün  otaqlarına  benzin  və 
gec sönən qətran töküb yandıraraq oradan uzaqlaşdılar.
Rusiya
Bu  hadisənin  baş  veriyi  dəqiqələrdə  dünyanın  digər 
bölgəsində, Rusiyadakı kiçik rayonların birində torpaq yola 
ağır-ağır irəliləyən yük maşınının içindəkilər də uşaq evinə 
tərəf  məhz,  bu  məqsədlə  gedirdilər.  Maşın  birmərtəbəli 
internat  binasını  qarşısında  dayanan  kimi  əynində  sarı 
rəngli fəhlə paltarları olan əlisilahlı on beş nəfərlik dəstə 
yük yerindən düşərək sıraya düzüldü. Kabinədən düşən 
ucaboy,  sarışın  adam  gəlib  sırada  birinci  yerdə  durmuş 
adamla üzbəüz durub rus dilində soruşdu:
-Liçkin, telefon xətti kəsilib?
-Bəli cənab. Həm telefon xətti kəsilib, həm də elə indi 
bu ərazidə mobil telefon siqnalları blok edildi. Müşahidə 
kameraları da dondurulub.
-Afərin. Əməliyyata başlaya bilərsiniz.
Dəstə  içəri  girərək  binanın  içində  xəstə  uşaqlardan 
başqa  hamını  gülləbaran  etdi.  Uşaqların  isə  burunlarına 
diklafon  tutub  yatızdıraraq  maşındakı  içalatları  çıxardıl-
mış  meyidlərlə  yerlərini  dəyişdirdilər.  İşlərini  qurtaran 
kimi bütün otaqlara çoxlu dinamit yerləşdirib, fitili yandır-
dılar və oradan uzaqlaşdılar.
Moskva. Rusiya
“Cирота ивы” kafesinin zirzəmisindəki otaqda adəti 
üzrə Conu gözləyən dördlük vaxtı öldürmək üçün kart oy-

116
nayırdılar. Con içəri girən kimi üzünü Sergeyə tutub so-
ruşdu:
-Sizdə bütün ili belə soyuq olur?
Sergey cavab verməmiş Markez dilləndi:
-Nədir, Con? Meksika üçün darıxmısan deyəsən?
Stulda yerini rahatlayan Con dedi:
-Meksika üçün yox, amma havası üçün hə. Bu Rusiya-
nın soyuğundan zəhləm gedir.
Vodkadan bir qurtum içən Xavyer söhbətə qarışdı:
-Amma bu rusların vodkasına söz ola bilməz. Məndən 
olsaydı, gələn ildən Argentinaya keçəcək ev sahibliyini də 
Sergeyə verərdim.
-Nədir Xavyer, yoxsa, bizi qonaq qəbul etmək istəmir-
sən? – Lobo irişərək soruşdu. 
-Argentinaya bu qədər gəlib-gedəndə bilmirdin ki, ev 
sahibini bezdirəcəksən? – Xavyer cavab verdi. 
Sergey söhbətin mübahisəyə çevriləcəyini görüb araya 
söz atdı:
-Con, heç vaxt belə vaxtsız gəlməmişdin.
-Nəyə görə? – Con təəccüblə soruşdu.
Sergey bayaqdan əlində saxladığı kartları stola qoyub 
dedi: 
-Bəxtimə üç tuz çıxmışdı.
Con masadakıların gülüş səsinin kəsilməyini gözləyə-
rək, özünə sala kəsdi. Sonra hamının sakitləşdiyini görüb 
soruşdu:
-Hə cənablar, deyin görüm, bu həftə nə etmisiniz? 
Lobo əlindəki qovluğu Cona uzadıb dedi:
-Al bax. Nə etmişiksə, hamısı buradadır.
Con  qovluğun  içindəki  vərəqləri  nəzərdən  keçirdə-
keçirdə dedi: 
-Bu nədir? Burada ən çox Xavyerin gördüyü işlərdir. 
Bəs digərləriniz nə etmisiz? 

117
Lobo izahata başladı:
-Məsələ burasındadır ki, Con, Markezlə Sergey işi Pole-
rin tapşırdığı kimi görüblər. Yəni, orqanları çıxardılmış uşaq-
ların meyidlərini internatda canlıları ilə dəyişiblər. Xavyerə 
gəldikdə isə, sənin mənə verdiyin «Ümid» mərkəzinə aid 
siyahıdan  uyğun  olanlarını  seçib  ona  göndərdim.  Yəni, 
onun getdiyi ünvanlar çox olduğu üçün belə nəzərə çarpır.
Con özündən razı halda gülüsmsündü: 
-Əla.
Xavyer təəccüblə soruşdu: 
-  Con,  əgər  uşaqları  bir  yerdən  götürmək  mümkün-
dür sə, bəs niyə qapı-qapı gəzib uşaq yığırıq?
Con əlindəki qovluğu qatlayıb kənara qoyaraq dedi:
-Məsələ burasındadır ki, əziz Xavyer, uşaq evlərindən 
ancaq  bir  dəfə  məhsul  götürmək  olur.  «Ümid»  mərkəzi 
isə  meyvəsi  hələ  uzun  illər  tükənməyəcək  ucsuz-bucaq-
sız bir alma bağıdır. Ona görə də siyahı hər dəfə birinizə 
veriləcək.  Sergey,  gələn  dəfə  növbə  sənindir.  -  Cibindən 
qatlanmış  dörd  dənə  vərəq  çıxardaraq,  –  yadımdan  çıx-
mamış, alın bu növbəti iki ay ərzində yerinə yetirəcəyiniz 
sifarişlərdir. Sizə uğur olsun.
Con  bunu  deyib  içi  pulla  dolu  çamadanı  götürərək 
otaqdan çıxdı.
1   2   3   4   5   6   7   8   9   10   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə