Samir İmanov HƏDƏFDƏKİ İnsan



Yüklə 2.48 Kb.

səhifə6/20
tarix26.02.2017
ölçüsü2.48 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Çako vilayəti. Argentina
Pedro içəri girəndə Xose divanda oturub şəkil çəkirdi. 
Ona mane olmaq istəməsə də, fikrini dəyişərək gəlib ya-
nında oturdu:
-Nə çəkirsən orada?
-Çin səddi.
-Baxmaq olar?
Xose hələ tamamlamadığı rəsmi atasına uzadıb dedi:
-Al bax. Onsuz da çəkdiklərimi sizdən başqa heç kimə 
göstərə bilməyəcəyəm.
Pedro şəkilə baxa-baxa dedi:
-Sənə bir şad xəbərim var.
-Çoxdandır şad xəbər eşitmirəm. De gəlsin.
-Azərbaycanda  əngəlli  insanlar  üçün  xüsusi  mərkəz 
açılıb. Bu gün iş yerində eşitdim ki, iki ay bundan qabaq 
həmin  mərkəzin  Argentinada  da  filialı  yaradılıb.  Mən 
həmin yerlə əlaqə saxlayıb sənin haqqında danışdım. Mənə 
dedilər ki, üç aydan sonra Azərbaycanda əlil rəssamların 
əl  işlərindən  ibarət  sərgi  açılacaq,  oğlunuz  orada  iştirak 
edə bilər.
Xose sevinclə soruşdu: 
-Doğru deyirsən?
-Əlbəttə. Hazırlaş bazar ertəsi çəkdiyin bir neçə rəsmlə 
birgə Buenos Ayresə gedəcəyik. Qoy görsünlər mənim oğ-
lum necə fərasətlidir.
-Çox sağ ol atacan. Sən dünyanın ən qayğıkeş atasısan.
-Amma əvəzində mənim də səndən iki istəyim var.
-Nə desən mən hazır.
-Birincisi, dərslərini kənara qoymamalısan. İkincisi isə 
bacarsan Veneranın da şəklini çək, qoy Lusiyə hədiyyə ol-
sun.

85
-Mən artıq başlamışam. – üzünü mətbəxə çevirib so-
ruşdu: -Ana, bu gün neçənci gündür?
-Şənbədir.
-Bəs ayın neçəsidir?
-Əl çək Xose. Mən sənin üçün təqvim deyiləm. Pedro, 
Lusi niyə səninlə gəlmədi? Bütün günü o katibə qızın ya-
nında  olur.  Bilmirəm  danışmağa  bu  qədər  sözü  haradan 
tapırlar.
-Hə, yaman dostlaşıblar. Viktoriya Lusiyə kompüterdə 
işləməyi öyrədir. Bayaq yanlarından keçəndə eşidirəm ki, 
hansısa proqramın sadabından danışırdılar.
Xose gülümsünüb düzəliş etdi: 
-Sadab yoxe, ata, setap.
-Hər nə isə, qoy öyrənsin. Bunun Lusiyə ancaq xeyri 
dəyə bilər.
Bazar ertəsi Pedro yuxudan duranda Xosenin artıq ha-
zır olduğunu gördü:
-Sən bütün gecəni yatmamısan?
-Niyə ki, yatmışam. Sadəcə bəziləri kimi tənbəl deyi-
ləm.
Mariya corablarını geyinə-geyinə dedi:
-Pedro görəsən həmin mərkəzdə insanlara ədəb dərsi 
keçirlər?
Səs-küyə oyanan Lusiya atasının tərəfini tutdu:
-Qoçağa bir bax. Sən də dünən atam kimi bütün günü 
işləsəydin, bu gün günortaya qədər yatardın.
Xose stulda oturaraq, yalannan dodaqlarını büzdü:
-Nə olube, hamınız düşmüsünüz üstümə. Hələ buna 
bir bax, ərə də getmir ki, canımız qurtara. Haker olub mə-
nim üçün.
Pedro yerindən durub köynəyini geyinə-geyinə dedi:
-Bəsdir Xose. Deməmişəm Lusiynən işin olmasın?

86
Atasının  onun  tərəfini  tutduğunu  görüb  qürurlanan 
Lusiya:
-Çox sağ ol ata. Bunun cavabını verməsən, çiynimizdə 
oturar.
Mariya kiçk elektrik sobasını yandırıb dedi:
-Sən də az danış Lusi. Ondansa dur yerləri yığ. Mən də 
səhər yeməyi hazırlayım.
Pedro şlyapasını başına qoyub dedi:
-Biz tələsirik. Yoldan bir şey alıb yeyərik.
Pedro  bunu  deyib  ayaqqabılarını  geyinərək  qapıdan 
çıxdı. Xose də içində rəsmlər olan çantanı götürüb onun da-
lınca çıxanda Lusiya yenidən uzanıb yorğanı başına çəkdi. 
Mərkəzdə  Xoseylə  hərtərəfli  maraqlandılar.  Onu  üç 
aydan sonra keçiriləcək rəsm sərgisinin iştirakçıları siya-
hısına saldılar. Yaşadığı rayonda fəaliyyət göstərən rəsm 
dərnəyində  pulsuz  təhsil  alması  üçün  ona  xüsusi  kupon 
verdilər. Mərkəzin tibb şöbəsində kəsilmiş qolunun yerinə 
süni  qol  düzəltmək  üçün  ölçü  götürdülər  və  yaxın  vaxt-
larda  gəlib  yaşadığı  şəraitlə  yaxından  tanış  olacaqlarına 
söz  verdilər.  Geri  qayıdanda  Xose  böyük  sevinclə  ona 
deyilənləri  anasına  və  Lusiyaya  danışdı.  O  gün  axşam 
son iki ayda ilk dəfə olaraq, hər birinin üzü gülürdü. Şam 
yeməyindən  sonra  televiziya  qarşısına  yığılıb  sevimli  se-
riallarına  baxmağa  başladılar.  Serial  qurtarar–qurtarmaz 
sexin  darvazasının  zəngi  çalındı.  Pedro  qapını  döyənin 
kim  olduğunu  öyrənmək  üçün  çölə  çıxdıqdan  bir  neçə 
dəqiqə  sonra  Qustavo  ilə  birgə  geri  qayıtdı.  Xose  onları 
görən kimi durub Qustavoya yer verərək, özü çarpayının 
üstündə, anasının yanında oturdu. Qustavo içəridəkilərlə 
görüşdükdən sonra Lusiya soruşdu:
-Qustavo əmi nə içirsən?
-Kofe olsa əla olar.

87
Lusiya: -Baş üstə - deyib, sobaya tərəf gedəndə Qusta-
vo soruşdu:
-Hə Pedro, de görüm Xoseynən bağlı nə dedilər?
-Yaxşı ki, getdik. Bizi yaxşı qarşıladılar. Xoseni bu ya-
xınlarda keçiriləcək rəsm sərgisində iştirak etməyə dəvət 
etdilər.  Həm  də  söz  verdilər  ki,  ona  tezliklə  protez  qol 
düzəldəcəklər.  Nə  bilim,  dediklərini  etsələr  Xose  üçün 
yaxşı olar.
-Əlbəttə ki, yaxşı olacaq. Sən ürəyini sıxma. (Lusiya-
nın gətirdiyi kofeni ondan alıb qarşısına qoyaraq sözünə 
davam etdi). Bunlar yaxşı xəbərlərdir, amma bir xəbər də 
mən gətirmişəm. Bilmirəm, razı olacaqsan, ya yox.
Pedro kofedən bir qurtum içib soruşdu:
-O nə xəbərdir elə?
-Mənə bir iş təklif ediblər. İstəyirəm sən də mənimlə 
gedəsən.
-O nə işdir elə? - Pedro səbirsizliklə soruşdu.
-Tələsmə, indi hamısını danışacağam. Qonşu qəsəbədə 
böyük  bir  şirkət  açılıb,  taxta  emalı  ilə  məşğul  olurlar. 
Müxtəlif  ölkələrdən  ağac  gətizdirib  burada  emal  edirlər. 
Məni iki gün bundan qabaq işə götürüblər. Türk dilini bil-
diyim üçün dedilər ki, özünə işçi heyəti yığ, get Türkiyəyə. 
Bir–iki  aya  gedirəm.  Yaxşı  da  maaş  verəcəklər.  Məndə 
fikirləşdim ki, mənimlə gedərsən Tükiyəyə, ailə üzvlərin 
də qalıb burada gözətçilik edərlər. 
-Bəs maaşı nə qədərdir? -Mariya soruşdu.
-Gündə üç dəfə yemək, isti paltar, qalmağa yer və hər 
ay 5.000 ABŞ dolları maaş. Məncə, Pedro orada işləməyə ra-
zılıq versə, bir–iki ilə özünüzə ev ala bilərsiniz. Ancaq bir 
məsələ var ki, evə yalnız ildə iki dəfə gələ bilərsən. Hər beş 
aydan bir, bir aylıq icazə verirlər. Dağların əhatəsində oldu-
ğundan telefon işləmir. Yalnız məktublaşmaq mümkündür.

88
-Bəs  türk  dilini  harada  öyrənmisən?  –  Xose  maraqla 
soruşdu.
-Beş–altı  il  bundan  qabaq  Türk  səfirliyində  sürücü 
işləyəndə.
-Bəs buranın sahibinə nə deyəcəyik? – Lusiya soruşdu.
-O barədə narahat olmayın. Sexin sahibi mənim köhnə 
dostlarımdandır. Mən onunla danışaram.
Pedro alnını ovxalayıb dedi:
-Açığı nə deyəcəyimi bilmirəm.
Qustavo ayağa qalxaraq dedi:
-Mənim  işim  var,  getməliyəm.  Siz  də  oturun,  yaxşı-
yaxşı fikirləşin.
Pedro Qustavonu yola salıb, geri qayıdanda evdəkilər 
artıq müzakirəyə başlamışdılar. Gecə saat ikiyə qədər bu 
haqda söhbət etdikdən sonra Pedro getməyi qərara aldı və 
bu günkü uğurlu günə görə Tanrıya minnətdarlıq edib yat-
dılar.
Moskva. Rusiya
Otaqda  oturub  vodka  içə-içə  Conu  gözləyən  Karlos 
ayağa qalxanda Markez soruşdu:
-Gözləməyə səbrin çatmadı?
-Yox. Ayaqyoluna dəyib qayıdıram.
Sergey gülümsəyərək soruşdu:
-Deyəsən, yaş öz işini görür axı?
-Öz işini yaş yox, bayaq içdiyim üç bakal pivə görür.
Karlos  gülüşlər  altında  otağı  tərk  edəndə  Sergey  so-
ruşdu:
-Niyə bunun ləqəbi Lobodur?
Markez çənəsini qaşıyaraq dedi:

89
- Valideynlərini canavarlar yeyib, ona görə. Uşaq vaxtı 
valideynləri bunu da götürüb, meşəyə istirahətə gediblər. 
Axşamüstü  meşəyə  çatanda  hava  soyuq  olub.  Ata-anası 
bunu maşında qoyub, özləri düşüblər yerə ki, çadır qur-
sunlar. Elə bu vaxt haradansa canavarlar peyda olub.
Karlos içəri qayıdanda, Con artıq gəlmişdi və hal-əhval 
tuturdu. Keçib öz yerində əyləşəndən sonra Con sözə baş-
ladı:
-Madam  ki,  hamınız  buradasınız,  yubanmadan  bu 
möhtəşəm xəbəri sizə çatdıra bilərəm. Sabahdan işimiz iki-
qat artır. Bildiyiniz kimi, Azərbaycanda əlillər üçün xüsusi 
mərkəz açılıb və bu mərkəzin bizim əhatə dairəmizdə olan 
ölkələrdə filialları var. Mərkəzdə bu ölkələrin bütün əlilləri 
haqqında ətraflı məlumat var və bu mərkəzlərə müraciət 
edənlər günbəgün artır. Bu gündən biz daha hansısa əlili 
ələ keçirtmək üçün əziyyət çəkməyəcəyik. Onlar özləri bi-
zim yanımıza gələcəklər. Poler bütün məlumatları Karlo-
sun kompüterinə ötürəcək, Karlos isə sizlərə. Siz də hansını 
məsləhət bilsəniz, onu götürəcəksiniz. Çalışın əyalətlərdə 
yaşayan kimsəsiz və kasıb uşaqları oğurlayasınız ki, onları 
itirib-axtaran olmasın. Yəni başımız çox ağrımasın. İndi isə 
gəldik əsas məsələyə. Əlil çoxdursa, deməli, cəsəd də çox 
olacaq. Deyin görüm, siz cəsədləri necə yox edirsiniz?
Sergey stəkana yenicə süzdüyü vodkadan bir qurtum 
içib dedi:
-Mən  cəsədin  üstünə  xüsusi  dondurucu  maddə  püs-
kür dürəm, sonra onu qarla qarışdırıb Sibirə göndəri rəm. 
Lap it də iyləsə, heç nə tapa bilməz.
Xavyer əlindəki siqardan bir qullab alıb dedi:
-Qəfəsdə üç iri ayım var. Cəsədi iri ətçəkən maşından 
keçirib ayı yemiylə qataraq, onlara yedizdirirəm. Nəcislərini 
isə aparıb vəhşi ayıların çox olduğu meşəyə atırlar.

90
Markez eynəyini silə-silə cavab verdi:
-Mənim dəfn bürolarında olduğu kimi xüsusi sobam 
var.  Cəsədləri  1600  selsi  istiliyi  olan  odda  kül  etdikdən 
sonra, vertalyotla dağlara səpirlər.
Con üzünü Karlosa çevirdi:
-Hə Lobo, bəs sən?
Karlos əlindəki alışqanı oynada-oynada dedi:
-  Xüsusi  düzəldilmiş  iri  hovuzum  var.  İçinə  də  ki, 
ağzına  qədər  kislota  doldurmuşam.  Cəsədi  içinə  atıram, 
vəssalam.
Con alnını ovuşdurub dedi:
-Bunlar hamısı ağlabatandır. Amma Poler istəyir ki, siz 
cəsədləri onun istədiyi üsulla yox edəsiniz.
Dördü də maraqla soruşdular:
-Bu hansı üsuldur elə?
Con üsulu onlara izah etdikdən sonra dedi:
-Dünən  televizorda  verirdilər.  Bu  yaxınlarda  Hin-
distanda  bir  qrup  alim,  daha  dəqiqi  üç  alim  insanda  ola 
biləcək fiziki qüsurları uşaq hələ ana bətnində olarkən aş-
kar edərək, aradan qaldıra bilən cihaz və dərmanlar kəşf 
etdiklərini  deyiblər.  Televiziya  proqramlarının  birindən 
səhiyyə nazirinə səsləniblər ki, “bizim kəşfimizlə maraq-
lanın”.
-Gələcəkdə nə edəcəyik? Ümidimizi qəzalara bağlaya-
cağıq? - Lobo soruşdu.
Con üzünü Sergeyə tutub soruşdu: 
-Kəşmirdə olmusan?
-Yox, olmamışam.
-Məsləhət  görürəm,  gedib  görəsən.  Gəzib-görməli 
yerləri çoxdur.
Con  bunu  deyərək  bir  parça  sala  götürüb  yeyə-yeyə 
kafeni tərk etdi.

91
Hindistan
Dehlinin qərbində kənar yolla irəliləyən mikroavtobu-
sun  sürücüsü  yolda  qurulmuş  polis  nəzarət  məntəqəsini 
görüb təəccüblənərək, yanında oturana dedi:
-Bu polislər haradan çıxdı belə? On ilə yaxındır ki, bu 
yolla gedib gəlirəm, hələ indiyə qədər bir dənə də olsun 
polisə rast gəlməmişəm.
-Nə bilim qardaş, yəqin nə isə olub. Bizi saxlasalar so-
ruşarıq.
Avtobus  yaxınlaşdıqda,  polislərdən  biri  dayanmaq 
işarəsi verdi. Sürücü sükanı sağa burub, yolun kənarında 
saxlayaraq onlara yaxınlaşan polis işçisindən soruşdu:
-Buyurun müfəttiş. Sizə nə lazımdır? Bizi niyə saxla-
mısınız?
-Mən  müfəttiş  Samarsinkəm.  Bizdə  olan  məlumata 
görə quldur başçısı və qatı cinayətkar olan Rac bu ərazidə 
gizlənib və silah keçirtmək istəyir. Ona görə də buradan 
keçən  hər  bir  maşını  diqqətlə  yoxlamalıyıq.  Maşında  nə 
aparırsınız?
-Maşında üç nəfər adam var cənab. Onlar alimdirlər. 
Mən  hər  gün  onları  evlərindən  götürüb  universitetin  la-
boratoriyasına  aparıram.  Başqa  heç  nə  yoxdur,  cənab 
müfəttiş, buyurub baxa bilərsiniz.
Maşına girən polis oradakı alimləri görüb əllərinin içi-
ni bir-birinə yapışdıraraq başı bərabərində qaldırıb dedi:
-Salam  cənablar.  Bağışlayın  ki,  sizi  narahat  edirəm, 
amma bizə tapşırıblar ki, bu ərazidən keçən bütün maşın-
ları yoxlayaq.
-Narahat olma oğlum, sən vəzifəni yerinə yetirirsən. – 
Alimlərdən biri dilləndi. 
Maşının içində o tərəf-bu tərəfə baxa-baxa dedi:

92
-Təşəkkür edirəm. Keçən gün televizorda sizin danış-
dıqlarınıza qulaq asırdım. Çox şadam ki, bu cür işlər məhz 
mənim vətənimin adı ilə bağlı olacaq. Mən heç nə tapma-
dım, gedə bilərsiniz. (Maşından düşmək istəyəndə dayana-
raq geri çevrildi) Lap yadımdan çıxmışdı. İki gündən sonra 
Holli bayramıdır və bizim idarə bu bayramla əlaqədar ma-
raqlı kompaniya keçirdir. Biz yoxladığımız hər bir maşı-
nın sürücüsünə Holli bayramı münasibətilə hədiyyə veri-
rik. Sürücülər həmişə bizi görəndə qorxuya düşürlər. Qoy 
görsünlər ki, biz polislər də insanıq, bizim də ürəyimiz var.
Maşından  düşərək  bir  neçə  dəqiqədən  sonra  əlində 
güllər və oyuncaqlarla geri qayıtdı. Əlindəki 3 qızılgülü və 
ayı oyuncaqlarını alimlərə paylayaraq dedi:
-Buyurun, bu gülləri xanımlarınıza, bu oyuncaqları isə 
nəvələrinizə  verərsiniz.  Ancaq  sizdən  çox  xahiş  edirəm, 
əgər hansınızınsa evində birdən çox uşaq varsa, uşaqlar bu 
oyuncağın üstündə dalaşsalar məni söyməyin.
Alimlər  gülərək  hədiyyələrə  görə  ona  təşəkkür  etdi-
lər.  Polis  müfəttişi  maşından  düşdükdən  sonra  sürücü 
mühərriki işə salıb yola davam etdi. Avtobus gözdən itən 
kimi Sergey yaxınlıqdakı polis maşınından çıxaraq dedi:
-Afərin  uşaqlar.  İndi  isə  getmək  vaxtıdır.  On  beş 
dəqiqədən sonra buralarda aləm bir-birinə qarışacaq.
On beş dəqiqədən sonra alimləri aparan mikroavtobu-
sun içində dalbadal üç güclü partlayış oldu. İçindəki adam-
larla birgə parça-parça olan avtobusun hissələri ətrafa sə-
pələndi. Segeyin isə qrup daxilindəki nüfuzu daha da artdı.
Hadisədən iki ay əvvəl
Bakı. Azərbaycan
Samir mərkəzin binasına girəndə, qapıda Əzizlə qar-
şılaşdı.

93
-Salam Əzizim. Bu nə vəziyyətdir? Bərbad görünür sən. 
-Salam  müəllim.  Qrip  olmuşam.  Dünən  gecə  qız-
dırmadan  yata  bilməmişəm.  -Bəs  bu  vəziyyətdə  işə  niyə 
gəlmisən?
-Nə edim axı? Görüləsi o qədər iş var ki.
-Bu  vəziyyətdə  işləmək  sənə  ziyandır.  Sonra  sənin 
üçün daha pis nəticə verə bilər. Mən tapşıracağam səni əvəz 
etsinlər. Get evdə bir-iki gün dincəl. Mühasibə də tapşıra-
cağam ehtiyat fonddan sənə bir az pul versin. Bir neçə gün 
ye, iç, uzan, dincəl ki, tezliklə sağalasan. Burada işləyən hər 
bir insan mənim üçün çox əzizdir. Əgər sən bu vəziyyətdə 
işləməyə  davam  etsən,  fikrim  bütün  günü  sənin  yanında 
qalacaq.
-Hər şeyə görə çox sağ olun müəllim.
-Özündən muğayat ol.
Samirin kabinetinin qarşısında onun qəbuluna düş mək 
üçün növbə gözləyən insanlar, Samiri gözləyə-gözləyə iki-
bir, üç-bir qruplara bölünərək söhbət edirdilər. “əlil həyatı” 
təşkilatında  vəkil  işləyən  bir  xanımla,  bura  işləmək  üçün 
gələn bir əlil oğlan, əlillərə qarşı yaranan mənfi fikirlər haq-
da mübahisə edirdilər 
-Bizim ən böyük problemimiz özümüzə yanaşma tər-
zimizdir. Oğlan dedi
-Sən özünə necə yanaşırsan ? Vəkil soruşdu
-Mən  özümü  daimi  olaraq  nəyəsə  ehtiyacı  olan  birisi 
kimi göstərmirəm. Davamlı olaraq kimlərdənsə kömək um-
muram. Istədiyim bir şeyi əldə etmək üçün mübarizə apa-
rıram. 1-ci qrup əliləm və aylıq qazancım sadəcə pensiyam-
dır. Buna baxmayaraq çox gözəl nailiyətlər qazanmışam
-“özümü daimi olaraq nəyəsə ehtiyacı olan birisi kimi 
göstərmirəm. Davamlı olaraq kimlərdənsə kömək ummu-
ram” bu cümlələrə bir az aydınlıq gətirə bilərsənmi ?

94
-Bunu  bir-neçə  kəlmə  ilə  izah  etmək  çətindir.  Qısa-
ca  olaraq  onu  deyim  ki  mən  sakitcə  oturaraq  pensiyamı 
gözləyə-gözləyə  “ata  mənə  filan  şeyi  al”  və  yaxud  ”ay 
filankəs mənim filan şeyə ehtiyacım var” demirəm.Bunun 
əvəzində  oturub  fikirləşirəm  ki  onu  necə  əldə  edim.  Hər 
zaman  düşünmüşəm  ki  fiziki  məhudiyyətli  olmağım,  əlil 
arabasından  istifadə  etməyim  mənə  kiməsə  yük  olmaq 
haqqını  qazandırmır.  Mənim  özümə  yanaşma  tərzim  bax 
budur. Ümumiyyətlə “bir problemdən ötrü min nəfərə ağız 
açmaq” üsulundan zəhləm gedir
-Həyatda  sənin  kimilər  çoxdur.  Amma  mənim  və 
dostlarımın istəyi qanunvericilikdə nəzərdə tutulmuş hü-
quqlarımızın  işləməsini  təmin  etməkdir.  Ola  bilər  ki  sən 
özündə müəyyən istedadları inkşaf etdirmisən. Bu yalnız 
təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. Amma hamının 
vəziyyəti  eyni  deyil.  Çoxunun  istedadı  olmur,  çoxunun 
şəraiti və sairə. Lakin bütün insanların, o cümlədən əlilliyi 
olan  şəxslərin  yaşamaq,  ən  əsası  da  insan  kimi  yaşamaq 
hüququ  var.  Bu  hüququ  təmin  etməyi  isə  bu  mərkəz  öz 
üzərinə götürüb. Mən həyata passiv yanaşmanın tərəfdarı 
deyiləm. Biz göznü bizə dikən yüzlərlə əlilin hüquqları uğ-
runda mübarizə aparırıq
-Mübarizəni  hansı  şəkildə  aparırsınız  ?  Başqalarının 
yaratdığı  imkanlardan  istifadə  etməklə  ?  Bu  əlilləri  baş-
qalarından  asılı  vəziyətə  salmaq  deməkdir.  Məncə  siz 
geri qayıdıb hansısa fiziki məhdudiyyətini bəhanə edərək 
tənbəlliyi  ucbatınan  gözünü  onun-bunun  əlinə  dikən  və 
güya ümidlərini sizə bağlayan həmən əlil insanlardan so-
ruşun ki “son 3 ayda özünüz-öz gələcəyiniz və ya normal 
yaşayışınız üçün nə etmisiniz ?”. məncə alacağınız cavab-
lardan sonra səhf etdiyinizi anlayıb bura qayıtmayacaqsı-
nız

95
-Elə  əlilliyi  olan  insanlar  var  ki,  onların  nə  təhsil  al-
mağa, nə də başqa bacarıqlara yiyələnməyə imkanları və 
şəraitləri  olmayıb.  Deməyinizdən  belə  çıxır  ki  onlar  bu 
həyatda sürünməyə layiqdirlər ?
-Təbii  ki  heç  bir  əlil  sürünməyə  və  pis  yaşamağa  la-
yiq deyil. Sadəcə mənim demək istədiyim budur ki gəlin 
fikirləşək görək biz özümüz-özümüz üçün nə edə bilərik. 
Yoxsa doğrudanmı biz bu qədər acizik və yalnız başqaları-
nın köməyinə möhtacıq ?
-Burda acizlikdən söhbət getmir. Bura əlillərin acizli-
yindən  deyil,  onlar  üçün  yaradılmayan  imkanları  əldə 
etmək uğrunda mübarizə aparmaq üçün gəlmişəm
Mübahisə bəlkə də uzun çəkəcəkdi. Ancaq Samirin dəh-
lizdə görünməsiylə aamların bir yerə toplanması bir oldu.
Samir kabinetinə girib kresloda əyləşəndə, gözü ma-
sanın üstündəki faks kağızına sataşdı və götürüb oxuma-
ğa  başladı.  Onu  İspaniyada  keçirilən  “Əngəlli  insanların 
təqaüddən asılılığı” adlı tədbirə dəvət edirdilər. Faksı tam 
oxuyub qurtarmamış telefon zəng çaldı.
-Buyur Anna, eşidirəm.
-Müəllim,  Əmək  və  Əhalinin  Sosial  Müdafiə  naziri 
sizinlə danışmaq istəyir.
- Calaşdır.
- ---
-Buyurun cənab Mahmudov, eşidirəm.
-Salam Samir. İstəyirəm bu gün qonağın olum, nə de-
yir səm?
- Ürəyiniz nə zaman istəsə, buyurub gələ bilərsiniz.
Bir  saatdan  sonra  nazir  mərkəzə  gələndə  Samir  onu 
kabinetin qapısında qarşılayıb, hər zaman oturduğu kres-
lonu göstərdi.
-Buyurun müəllim, əyləşin.

96
Nazir divanda oturaraq zarafatla dedi:
-Mənim  başqasının  yerində  gözüm  yoxdur.  Dörd  ay 
bundan  əvvəl  döşünə  döydüyün  yadındadı?  İndi  de  gö-
rüm, bu dörd ayda nə iş görmüsən.
Samir keçib yerində əyləşərək soruşdu:
-Nə içəcəksiniz?
-Heç nə. Mən bura yalnız sənin yazdığın şeri öz dilin-
dən eşitmək üçün gəlmişəm.
-Bu  dörd  ayda  çox  iş  görmüşük.  Respublikanın  on 
bölgəsində  əngəlli  insanlar  üçün  xüsusi  avtobuslarla 
təhciz  olunmuş  peşə  məktəbləri  açılıb.  Dövlət  televizi-
yasında  həftəlik  on  dörd  saatlıq  efir  vaxtımız  var.  Dün-
yanın on iki ölkəsində mərkəzin filialları yaradılıb və bu 
proses davam edir. Bir həftə sonra əlil rəssamların sərgisi 
açılacaq, bir ay sonra isə əlillərin I Beynəlxalq “ Stolüstü 
oyunlar” turniri keçiriləcək. Distant təhsil verən istitutun 
yaradılması  üzərində  son  tamamlama  işləri  gedir. Ayaq-
dan və gözdən əlil olan insanların səkilərdə, pilləkənlərdə, 
ümumiyyətlə  ictimai  yerlərdə  rahat  hərəkətlərini  təmin 
etmək üçün bütün tədbirlər görülərək, lazımi yerlərdə bü-
tün zəruri avadanlıqlar quraşdırılıb. Bundan başqa əlillərin 
ictimai nəqliyyatdan rahat istifadə edə bilmələri üçün də 
dayanacaqlarda  xüsusi  avadanlıqlar  quaşdırılıb.  Yüzlərlə 
əlil  mərkəzin  tibb  şöbəsində  pulsuz  müalicə  alır.  Hazır-
da mərkəzdə 60-dan çox əngəlli insan çalışır. Hətta yalnız 
əngəlli insanların rol alacağı bir film də çəkməyi planlaş-
dırırıq. Və daha nələr-nələr. Hələ saytın xidmətlərini say-
mıram.
-Afərin. O vaxt mənə irad tutdular ki, niyə bu mərkəzin 
rəhbərliyini savadlı və təcrübəli bir adama yox, ayaqdan 
əlil birinə tapşırıram. Amma mən inanırdım ki, yalnız və 
yalnız bu layihəni quran insan onu həyata keçirə biləcək. 

97
Öz hisslərini kağıza tökən şair kimi. Çox sağ ol ki, məni 
başıaşağı etmədin.
-Məni də çox tənqid etdilər ki, guya işə mane oluram. 
Mənim  yerimə  sağlam  insan  olsaydı,  daha  çox  iş  görə 
bilərdi. Mən bütün işləri ağlımla görürəm ki, ağıl da başda 
olur. Ayaqların bura nə dəxli var, bilmirəm.
-Sən  onlara  fikir  vermə.  Tənqidçilər  hər  zaman  olub 
və olacaq. Dünyanın bir çox yerində, öz dövründə tənqidə 
məruz  qalan  yaradıcı  insanların  heykəlinə  rast  gəlmək 
olar. Amma dünyanın heç bir yerində heç bir tənqidçinin 
heykəlinə rast gəlməzsən.
-Başımız bayaqdan söhbətə qarışıb deyə soruşmaq ya-
dımdan çıxıb. Ürəyiniz necədir? Yenə sizi incidir?
-Dünən həkimə getmişdim. Mənə dedi ki, çox işləyir-
sən. Məsləhət gördü, işdən çıxım.
-Bəs sizin fikriniz nədi?
-Mən də elə düşünürəm. Yaş öz sözünü deyir. Bu il 65 
olacaq, artıq dincəlmək vaxtıdır. Gələn həftə işdən çıxmaq 
haqqında ərizəmi yazacağam.
-Birisigün  İspaniyadan  gələn  əlil  insanlarla  buradakı 
əlil insanlar arasında keçiriləcək forumdan sonra, Qurban 
bayramı ilə əlaqədar tədbir keçirəcəyik. Sizi də o tədbirdə 
gömək mənim üçün xoş olar.
-Mütləq gələcəyəm. Əngəlli insanların yanında olmaq 
təkcə vəzifə borcu deyil, həm də insanlıq borcudur.
-Müəllim, mənim sizdən bir xahişim də var.
-Buyur.
Samirin xahişini dinləyib ona əməl edəcəyini bildirən 
Mahmudov ayağa qalxdı. Samir onu yola salandan sonra 
Muradı yanına çağırdı:
-İspaniyadan  gələn  heyəti  hansı  oteldə  yerləşdirmi-
siniz?

98
-“Qüsursuz xidmət” otelində.
-Bu otelin adını birinci dəfədir eşidirəm. Nə isə. Ora-
nın telefon nömrəsini və Devidin qaldığı otağın nömrəsini 
mənə ver.
Murad  nömrəni  Samirə  verib  gedəndən  sonra  Samir 
otelə  zəng  vuraraq  onu  Devidlə  calaşdırmalarını  istədi. 
Devid dəstəyi götürən kimi əsəbi-əsəbi dedi:
-Alo, eşidirəm.
-Salam amigo.
Samirin səsini eşidən Devid səsini yumşaltdı:
-Ooooo. Necəsən amigo?
-Mən əlayam. Sənə nə olub? Deyəsən əsəbləşmisən?
-Əsəbləşməyim nə edim? Dünən Valensiya öz meyda-
nında Deportivoya uduzub. 
-Ola  bilməz. Axı  2:0  udurdu?  Mən  də  2:0-dan  sonra 
getdim yatmağa ki, artıq qələbə bizimdir.
-2:3 olub. İndi idman xəbərlərində verirdilər.
-  Eybi  yox.  Gələn  tur  səfərdə Atletiko  Madridi  udar, 
əvəz-əvəz olar. Başımız söhbətə qarışdı deyə, əsas məsələ 
yadımdan çıxdı. «Ümid» mərkəzinə, yanıma gələ bilərsən?
-Biz  ki,  “Valensiya”-lıyıq.  Əlbəttə  gələrəm.  Mənə  bir 
saat vaxt ver.
-Artıq 59 dəqiqə, 55 saniyən qaldı.
45 dəqiqədən sonra Samirin kabinetinə girən 35 yaşlı, 
ortaboylu, qalın və pırtlaşıq saçlı, əslən iqtisadiyyatçı olan 
və zarafatı çox sevən Devid tanış olduqları bu dörd ayda 
Samirlə  bərk  dostlaşmışdı.  İşdən  əlavə,  ən  çox  danışdıq-
ları mövzular isə “Valensiya” futbol klubu, öz ölkələrinin 
məzəli  lətifələri  və  birgə  yaratmaq  istədikləri  basketbol 
klubu haqqında idi. 
Devid Samirdən soruşdu: 
-Mərkəzin  həyətində  çoxlu  qoç  var.  Bunlar  nə  üçün-
dür? Mərkəzin yeməkxanası üçün?

99
-Mən də səni buna görə çağırmışam. Birisigün bizdə 
bayramdır, bu qoçlar da həmin bayram üçün alınıb.
-Dövlət bayramıdır?
-Yox, “Qurban bayramı” adlı dini bayramdır. Bu bayra-
mı təkcə azərbaycanlılar deyil, bütün dünya müsəlmanları 
qeyd  edirlər.  İmkanı  olan  şəxslər  bu  bayramda  dəvə, 
öküz  və  yaxud  qoç  kəsərək  ətini  kasıblara,  kimsəsizlərə, 
xəstələrə,  bir  sözlə,  bu  ətə  ehtiyacı  olan  insanlara  payla-
yırlar.  Bununla,  həm  onlara  sevinc  bəxş  edirik,  həm  də 
müəyyən qədər qida ehtiyaclarını ödəyirik.
Heyranlıqla Samirə qulaq asan Devid soruşdu:
-Hansını kəsmək daha xeyirlidir?
-  Fərqi  yoxdur.  İmkanın  hansına  çatsa,  onu  da  alıb 
kəsərək ətini paylaya bilərsən.
-Necə  də  gözəl  hərəkətdir.  Ac  insanları  doyurmaq 
həqiqətən də qürurverici addımdır.
-Bu  hələ  harasıdır  ki...  İslamda  “Ramazan”  ayı  adla-
nan Orucluq ayı var ki, bu ayda fiziki imkanları oruc tut-
maq üçün əlverişli olan bütün müsəlmanlar günçıxandan 
günbatanadək oruc tutmalıdırlar. Bu ayda insanlar düz bir 
ay kasıb və kimsəsiz insanları yedizdirlər.
-Bir ay boyunca? Neçə nəfəri yedirtmək tələb olunur?
-Baxır sənin maddi vəziyyətinə. İstəyirsən bir gün “İf-
tar” süfrəsi aç, istəyirsən 30 günün hamısını. İstəyirsən bir 
nəfər  üçün  “İftar”  süfrəsi  aç,  istəyirsən  1000  nəfər  üçün. 
Oruc tutmaqda və iftar süfrəsi verməkdə əsas məqsəd İs-
lam dininin şərtlərinə əməl etmək və savab qazanmaqdır.
-Bəs oruc tuta bilməyənlər nə etsin? Onlar üçün savab 
yoxdur?
- Xəstələrə, qocalara, səfərdə olanlara və hamilə qadın-
lara oruc tutmaq vacib buyrulmayıb. Oruc tuta bilməyənlər, 
bunun əvəzində kasıb insanlara nəzir verməlidirlər. Vacib 

100
deyil  ki,  bahalı  bir  şey  olsun.  İmkanın  yoxdursa,  adi  bir 
xurma belə nəzir sayıla bilər. Əsas odur ki, təmiz qəlblə 
verəsən.
-Bəs buna da imkan olmasa necə?
-Onda mənəvi oruc tutsa lap yaxşı olar. Dilini söyüş 
söyməkdən və yalan danışmaqdan, qulaqlarını qeybətdən 
və  gözlərini  zinadan,  əllərini  oğurluqdan  və  kimisə 
səbəbsiz yerə vurmaqdan qorusa, nəfsinə hakim olsa, ha-
ram  işlərdən  çəkinsə,  bax  bu  olar  mənəvi  oruc.  Mənəvi 
oruc  barədə  saydıqlarıma  hər  bir  müsəlman  ömrü  boyu 
əməl etməlidir. Ancaq hər kəs bunlara “Ramazan” ayı bo-
yunca daha çox diqqət yetirsə lap əla olar.
-İslamda haram deyiləndə nə nəzərdə tutulur?
-Bu çox geniş bir mövzudur. İnsanın həyatında danı-
şıqdan qidalanmayadək, hərəkətdən düşüncəyədək hər bir 
şeydə halal və haram meyarlar var. Qısa olaraq, onu deyə 
bilərəm ki, özgəsinə aid bir şeyi sahibinin razılığı olmadan 
mənimsəmək və ya müvəqqəti də olsa istifadə etmək ha-
ram  sayılır.  Spirtli  içki  içmək,  qumar  oynamaq,  kiminsə 
üstünə şər atmaq, oğurluq etmək, əmanətə xəyanət etmək, 
kimisə səbəbsiz yerə incitmək də haram və günahlar sıra-
sındadır. Hətta qonşunun bağındakı ağacdan bir alma qı-
rıb yemək istəyəndə də mütləq bağ sahibindən icazə və ha-
lallıq almalısan. Dediyim kimi, bu çox geniş bir mövzudur. 
İmkan düşdükcə sənə izah edərəm.
-Bəs İslamın ən kədərli günü hansıdır?
- “Aşura” günü.
-O gün nə baş verib ki?
- “Aşura” günü və ümumiyyətlə, İslam aləmində baş 
verən  bütün  mühüm  hadisələr  haqqında  imkan  olduqca 
sənə geniş məlumat verəcəyəm. Hələlik isə bu gün “Qur-
ban” bayramı və mərkəzin birisigün təşkil edəcəyi bayram 
tədbiri haqqında danışacağıq.

101
Samir “Qurban” bayramının tarixi, vacibliyi, məqsədi 
və üsulu haqqında Devidə ətrafı məlumat verdikdən son-
ra,  İspaniyadan  gələn  nümayəndə  heyətinin  bu  tədbirdə 
iştirakını  və  birisigün  keçiriləcək  forumda  səslənəcək 
məsələləri müzakirə etdilər. Devid getmək istəyəndə Sa-
mir stolun çəkməcəsindən disk götürüb dedi:
-Sənə kiçik bir hədiyyəm var. Birisigün başım qarışıq 
olacaq. Al indidən götür. (Diski Devidə uzadıb, əlavə etdi) 
Azərbaycan  musiqisində  “Muğam”  adlanan  janr  var.  Bu 
diskin içindəkilər həmin janrdandır. Qulaq asandan sonra 
fikrini mənə bildirərsən.
Devid diskin o üz-bu üzünə baxıb soruşdu: 
-Buradakı musiqilər arasında sənin ən çox bəyəndiyin 
hansıdır?
-Bu diskdəki musiqilərin hamısı çox gözəldir. Şəxsən 
mənim “Qarabağ şikəstəsi” və Qədir Rüstəmovun “Sona 
bülbüllər”i.
Devid  Samirin  dediyi  mahnıların  adlarını  cib  dəftər-
çəsində qeyd edərək getdi. Birisigün əlillər arasında təşkil 
edilmiş forumdan sonra Samir şəhərdəki şadlıq evlərinin 
birində  bayram  tədbiri  təşkil  etdi.  Tədbirdə  200  nəfərə 
qədər  əlil,  ispan  qonaqlar,  mərkəzlə  əməkdaşlıq  edən 
təşkilatların  nümayəndələri,  «Ümid»  mərkəzinin  işçiləri, 
jurnalistlər və xaricdən gələn qonaqlar iştirak edirdilər. 
Xaricdən gələn qonaqlar qoçların kəsilərək uşaq evlə-
rinə, qocalar evlərinə, ruhi xəstəxanalara və fərdi insanlara 
göndərilməsinə maraqla baxır, “Qurban bayramı” haqqın-
da olan məlumatlara heyrətlə qulaq asırdılar. Mahmudov 
bu  işdə  xüsusi  canfəşanlıq  edirdi.  Heyvanlar  kəsilərək 
müvafiq  yerlərə  göndərildikdən  sonra  məclis  iştirakçı-
ları  üçün  qurbanlıq  ətindən  bişirilmiş  yeməklərlə  süfrə 
açıldı.  Samirin,  Mahmudovun  və  digər  bir  neçə  nəfərin 

102
təbrik çıxışından sonra incəsənət ustalarının çıxışı ilə kon-
sert proqramı başladı. Plovdan, dolmadan və Azərbaycan 
mətbəxinin  digər  gözəl  yeməklərindən  ləzzətlə  yeyən  is-
panlar  nemətləri  ağız  dolusu  tərifləyirdilər.  Devidin  ən 
çox xoşuna gələn yeməklər isə plov və dovğa idi. Meyxa-
na,  muğam,  caz  ustadlarının,  rəqs  ifaçılarının  və  estrada 
müğənnilərinin bir-birini əvəz edən bənzərsiz və gözəl ifa-
ları isə məclis iştirakçılarına unudulmaz bir gün yaşadırdı. 
Devid əyilərək Samirin qulağına dedi:
-Desəm ki, bu günü heç vaxt unutmayacağam, özümü 
yalandan  irəli  çəkmiş  olaram.  Çünki  bu  günü  unutmaq 
sadəcə mümkün deyil.
Samirin digər tərəfində oturmuş Mahmudov isə iri bir 
tikə yağlı qoyun ətini əlinə götürərək üzünü hektora tutub 
səsinin eşidilməsi üçün ucadan dedi:
-Sanki həkimlər pəhrizə görə bu cür yeməkləri mənə 
qadağan ediblər.
-Narahat olmayın cənab nazir. Qurbanlıq heyvanın əti 
heç kimə zərər verməz. – Samir eyni ahənglə cavab verdi.
Tədbir  qurtarandan  sonra  evlərinə  və  otellərə  dağı-
lışan  hər  bir  insanın  üzündə  xoşbəxtlik,  ürəyində  fərəh, 
gözlərində isə alışıb-yanan həyat eşqi var idi.


1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə