Samir İmanov HƏDƏFDƏKİ İnsan



Yüklə 2.48 Kb.
PDF просмотр
səhifə2/20
tarix26.02.2017
ölçüsü2.48 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Bakı. Azərbaycan
Asif yolun digər tərəfinə keçmək istəyəndə maşınların 
gur olduğunu görüb fikrini dəyişdi. Bir az aralıda yerləşən 
piyada keçidinə tərəf irəliləməyə başladı. Səkinin üstü ilə 
o  tərəf-bu  tərəfə  gedən  adamların  bəziləri  əlil  arabasın-
da  asta-asta  piyada  keçidinə  tərəf  gedən  19–21  yaşlı,  qa-
rabuğdayı, qıvrımsaç, yumrusifət oğlana yol versələr də, 
bəziləri onun yanından saymazyana ötüb keçirdilər. Piya-
da  keçidinə  çatdıqda  keçidin  ayaqdan  əlil  insanlar  üçün 
nəzərdə tutulmuş hissəsinin – pandusun təmirə bağlandı-
ğını görb yaxınlıqdan keçən üç nəfər 18–22 yaşlı oğlanlar-
dan onu piyada keçidinə düşürtmələrini xahiş etdi. Oğlan-
lar onu piyada keçidinin kənarına gətirərək oradan aşağı 
itələdilər  və  pilləkənlərdən  yıxılan  Asifə  baxıb  gülməyə 
başladılar.  Asif  çapılan  qaşından  axan  qana  və  qolunun 

25
bərk əzilməsinə baxmayaraq, arabada oturmaq üçün qalx-
mağa çalışdı. Oğlanlar Asifin yanına gələrək onu ələ sal-
mağa başladılar:
-Çəkinmə brat, nə kömək lazım olsa bizə deyə bilərsən. 
Həmişə sənin qulluğunda hazırıq.
-Əl çəkin məndən (Asif əsəbi-əsəbi dedi).
-Qalmışdın  yuxarıda,  aşağı  düşə  bilmirdin.  Budur 
çox sağ olun? Bilsəydik, belə edəcəksən heç sənə kömək 
etməzdik.
-Gəlin onu qaytarıb qoyaq əvvəlki yerinə. (Oğlanlar-
dan biri dilləndi) Buna yaxşılıq yoxuymuş.
Oğlanlardan  ikisi  Asifin  çırpınaraq  –  “Əl  çəkin. 
Məndən nə istəyirsiniz?” – deməsinə məhəl qoymayaraq, 
qollarından tutub pilləkənlərlə yuxarı sürüməyə başladılar. 
Digəri isə arabasını qaldırırdı. Bu vaxt piyada keçidindən 
keçən yaşlı bir kişi bu mənzərəni görərək Asifin köməyinə 
tələsdi. Oğlanlara çataraq onlara mane olmağa çalışdı:
-Siz  nə  edirsiniz?  Buraxın  onu.  Ona  niyə  belə  zülm 
edirsiniz? Allahdan qorxun.
-Babacan, sən qarışma. (Arabanı aparan dedi). Qoy bu 
naşükürün cəzasını verək.
-Əl çəkin dedim. Onunla işiniz olmasın. Nə istəyirsiniz 
ondan?
Oğlanlardan biri qocanın onlara əl hərəkətləri ilə mane 
olmaq istədiyini görüb Asifi buraxaraq qocanı sinəsindən 
itələdi
-Eee, əl çək bizdən. Deyəsən, axı bizim kim olduğumu-
zu bilmirsən? Əgər çıxıb getməsən, onda bizdən incimə.
Yıxılmamaq üçün divardan tutan qoca dedi:
- Kim olursunuz olun, bu yazıq oğlandan əl çəkməsəniz 
buradan heç yerə gedən deyiləm.

26
Oğlanlardan  biri  onları  əyləncələrindən  məhrum 
etdiyinə görə, qocaya bərk əsəbləşdiyindən cibindən bıça-
ğı çıxardaraq kişinin gözünün qabağında oynatdı
-Sən bizim kim olduğumuzu öyrənməyənə qədər bu-
radan  getmək  istəmirsən,  həə?  Bir  bunun  özünə  bax,  bu 
qoca yaşında üç cavan oğlana xod eliyir.
-Siz  kimsiniz,  həə?  (Qoca  əsəbi  halda  dilləndi).  Bu 
vəziyyətdə özünüzü nə sayırsınız? Qəhraman? Əlil bir in-
sanı ələ salmaqla öz gücünüzə baxıb qürrələnirsiniz. Sizcə 
əsl  igidlik  budur?  Yox,  əsl  igidlik  köməyə  ehtiyacı  olan 
insanlara  təmənnasız  yardım  etməkdir.  Əsl  qəhrəmanlıq, 
nümunəvi  övlad  olmaqla,  öz  valideynlərinə  başıucalıq 
gətir məkdir. Xəstələnmiş bir insana baş çəkərək onun üzü-
nü güldürməkdir. Əsl qəhrəman insanlar ibadətdə davam-
lı, yardım etməkdə səxavətli, pislikdə xəsis olanlar və ha-
lal  gəlir  qazanmaq  üçün  çalışan,  böyüyə-kiçiyə  hörmət 
edənlərdir. 
-Sən lap zəhləmi tökdün. (Əlində bıçaq tutan dedi) Bu 
dəqiqə sənə elə hörmət göstərəcəyəm ki, ömrün boyu ya-
dından çıxmayacaq
-  Ömrü  var  bunun?  Uzağı  7–8  ilə  Əzrayılla  çipsi 
yeyəcək. – Asifin başının üstündə dayanan dilləndi
-Yaxşı. Gəlin belə edək. – Onları yola gətirə bilməyəcə-
yini görən qoca dilləndi – Mən sizin hər birinizə 20 manat 
verirəm, əvəzində siz də bizdən əl çəkirsiniz.
-Bu  başqa  məsələ.  (Pul  məsələsini  eşidəndə  gözləri 
işıldayan əlibıçaqlı oğlan dilləndi). Bax, indi beynin yaşına 
uyğun işləməyə başladı. Pulu ver, çıxaq gedək.
-Yox, belə olmaz. Siz əvvəlcə bu oğlanı arabasına qoya-
raq keçidin digər tərəfinə çıxardın, sonra mən pulu verim 
və biz ayrılaq.
-Yaxşı. Ancaq bax haa, bizə kələk gəlmək istəsən ikini-
zi də öldürəcəyəm.

27
-Arxayın  ol.  Bu  yaşımda  yalan  danışmayacağam  ki. 
Dediyim kimi, 60 manat qabaqsınız.
-Deyəsən,  bunda  60  manat  var.  (Oğlanlardan  biri 
dedi). Gəlin hədə-qorxu gəlib əlindən alaq
-Niyə özümüzə problem yaradırıq ki? Öz xoşu ilə verir 
dəə.
-Birdən vermədi?
-Verər, verər. (Yenidən bıçağı əlində oynatdı). Bilir ki, 
verməsə hər ikisinin gözlərini oyaram.
Oğlanlar  Asifi  əlil  kreslosuna  qoyub  keçidin  digər 
tərəfinə keçirdikdən sonra kişi əlini cibinə salıb vəsiqə çı-
xardaraq oğlanlara uzatdı.
-Bu nədir? Deyəsən, sən bizə pul verməliydin axı?
-Götürün baxın. Pul da olacaq.
Oğlanlar vəsiqəni alıb üstünü oxumağa başladılar “34-
cü  polis  bölməsinin  şöbə  rəisi  Vüqar  Ağayev”.  Başlarını 
qaldırıb qoca kişiyə baxanda, daha da təəccübləndilər. Vü-
qar əlindəki tapançanı düz onlara tuşlamışdı:
-Hə cavanlar, hansını seçirsiniz? Azadlıq, yoxsa zindan
Oğlanlar  vəsiqəni  ataraq,  bir–birilərinə  “qaçın,  bu 
bizi  tutacaq,  aradan  çıxın”  deyərək,  qaçıb  tini  burularaq 
gözdən itdilər. Vüqar vəsiqəni yerdən götürərək Asifin ya-
nına qayıtdı.
-Çox düşüncəsiz insanlar idi. Bu qədər öyüd–nəsihət 
verdim, yenə də düzlüyü dərk etmədilər
Asif üzünə tökülən qanı dəsmalla silə-silə dedi:
-Mövlana  yaxşı  deyib:  “Nə  qədər  mənalı  danışırsan 
danış, söylədiklərin qarşındakının anladığı qədərdir ”
-Bax, bunu yaxşı dedin. (Cibindən vizit kartı çıxarda-
raq Asifə  uzatdı)  – Al,  götür,  nə  vaxt  lazım  olsam,  zəng 
vur. Adın nədir sənin? Hara gedirsən belə?

28
-Adım Asifdir. Xalamgili burada – yaxınlıqda qalır, on-
lara gedirdim. Mənə kömək etdiyinizə görə çox sağ olun. 
Bu  yaxşılığınızı  ömrümün  sonunadək  unutmayacağam. 
Köməyimə yetişməsəydiniz, bilmirəm axırım necə olacaq-
dı. Bu saatda bu keçiddən çox az adam istifadə edir.
-Əslində, mənim yolum buradan deyil. Həmişə bun-
dan qabaqdakı keçiddən keçirəm. Ancaq yolu fikirli–fikirli 
getdiyimdəm onu ötüb bu keçidə girdim. Bilmirəm, bəlkə 
də məni bura sənə kömək etməyim üçün tanrı göndərib. 
Səni mənzil başına qədər ötürüm
-Çox sağ olun, müəllim. Yolum yaxındır, özüm gedə-
rəm. Ancaq sizə bir sual vermək istəyirəm
-Buyur.
-Siz  o  oğlanlara  dediniz  ki,  hər  birinizə  20  manat 
verəcəyəm.  Sonra  da  inandırdınız  ki,  yalan  danışma-
yacağam. Axı, siz onlara pul vermədiniz
- Vaxt gələr, başa düşərsən. Hələlik.
Asif ona kömək edən sıravi geyimli, yaşlı polis rəisin-
dən ayrılaraq, yoluna davam etdi və ən çətin anlarında ona 
arxa olduğuna görə tanrıya minnətdarlığını bildirdi.
Çako vilayəti. Argentina
Hündürboy, dolu bədənli, üzü günəşin təsirindən ca-
dar–cadar olmuş, əynində köhnə köynəklə şalvar, başında 
isə  şlyapa  olan  48  yaşlı  Pedro  bu  gün  evə  əlində  sürücü 
işlədiyi mebel fabrikindəki iş yoldaşından borc götürdü-
yü  pula  aldığı  hədiyyə  ilə  gəldi.  O,  Argentinanın  Çako 
vilayətindəki  Saenz  Penya  rayonunun  kasıb  gecəqondu 
məhəlləsindəki  köhnə  ikiotaqlı  evdə  yaşayırdı.  Maddi 
durumlarına,  oğlunun  əngəlli  olmasına,  yaşadıqları  yerə 

29
və  digər  problemlərə  baxmayaraq,  həmişə  mehriban  və 
xoşbəxt ailəsi ilə fəxr edirdi. 
Ailə üzvləri dörd nəfərdən ibarət idi. Arvadı Mariya 
ondan beş yaş kiçik, arıq, sarışın, hündürboy qadın idi və 
tikiş fabrikində işləyirdi. Qızı Lusiya sarışın və bəstəboy 
idi.  Məktəbi  qurtardıqdan  sonra  bir  müddət  saç  ustası 
işləsə də, iş yerinin bağlanmasından sonra anasının təkidi 
ilə  onun  yanında  dərziliyi  öyrənirdi  və  bu  gün  onun  21 
yaşı tamam olurdu. 13 yaşındakı oğlu Xose 8 yaşı olanda 
avtomobil qəzası nəticəsində sol qolunu itirdiyindən xü-
susi məktəbdə təhsil alırdı, rəssamlıqla maraqlanırdı. Ən 
böyük arzusu isə Çin səddini yaxından görmək idi. 
Bu gün işdən icazə alıb evə tez getməyinin səbəbi te-
levizorda  baxacağı  Boka  Xuniors-River  Pleyt  oyunu  idi. 
Qızıyla  o  Boka  Xuniorsa,  arvadıyla  oğlu  isə  River  Pleytə 
azarkeşlik  etdiklərindən,  bu  iki  komandanın  arasında 
keçirilən oyunlar onların evində ikiqat maraqla izlənilirdi. 
Ona  görə  də  işdən  çıxan  kimi  mağazadan  qızı  üçün  ətir 
alıb tez–tələsik evə gəldi. Onu qapıda qızı Lusia qarşıladı.
-Salam ata. Keç içəri.
-Salam qızım. Ad günün mübarək. Al, bu sənin üçün-
dür.
Lusiya sevincək hədiyyəni atasından aldı: -Çox sağ ol, 
atacan
Pedro ayaqqabısını çıxardıb içəri keçərək, River Pleytin 
emblemi olan papağı başına qoyub divanda oturd. Oyunu 
gözləyən oğlundan soruşdu:
-Hələ başlamayıb?
-Salam ata. Vaxtında gəlmisən. Hələ 15 dəqiqə var.
-Bəs anan hanı?
-Mətbəxdə  Lusi  üçün  kökə  bişirir.  Mən  istəsəm  heç 
bişirməzdi.

30
-Ad günün olanda istəyərsən. Qızımla işin olmasın.
Lusiya əlində kökə dolu qabla anasıyla birlikdə içəri 
girəndə Xose Yasəmən ətrinin iyini hiss edib soruşdu:
-Bu ətir iyi haradan gəlir?
-Məndən. Atam alıb.
-İşimiz var daa. Ərə də getmir ki, canımız qurtarsın.
Pedro  Lusiyanı  yanında  oturdaraq,  Xoseyə  dedi: 
Demədim Lusiynən işin olmasın?
-Bəsdirin görək. Oyun başladı. – Mariya dilləndi.
Lusiya atasına göz vurub Xoseyə dedi: Sənə baxmağı 
məsləhət görməzdim. Onsuz da Boka 3:0 udacaq
-Deyəsən, qorxulu yuxu görürsən axı? – Xose söz altda 
qalmadı
-Sən  bu  oyuna  baxıb  yatandan  sonra  hansı  yuxunu 
görəcəksən, bax onu təsəvvür edirəm.
Mariya acıqlandı: -Belə getsə, mən sizə əsl qorxunun 
necə olduğunu hiss etdirəcəyəm.
1:0 Bokanın qələbəsi ilə qurtaran oyundan sonra ailə 
Lusiyanın doğum gününü qeyd etmək üçün onun futbo-
la  marağı  olmadığıdan  bir  kənarda  oturub,  səbirsizliklə 
oyunun  qurtarmasını  gözləyən  Venera  adlı  rəfiqəsiylə 
birgə stol başına toplaşdılar. Bir neçə dəqiqə sonra qapını 
döymədən açıb içəri girən Pedronun dostu Qustavo ayaq-
qabılarını soyuna-soyuna ucadan dedi
-Bu nədir, mənsiz başlamısınız? Bəh-bəh, pastis in pa-
nadas, dana ətindən yemək, kökə, içkilər
-Qustavo əmi, sən haradan bildin ki, bu gün Lusinin 
ad günüdür? (Xose təəccüblə soruşdu)
-Nə ad günü? O yeməyin iyinə gəlib. (Pedro Lusiyanın 
qabına yemək qoya–qoya dilləndi).
-Nə  olar  ki,  bir  gün  sən  də  mənim  uşaqlarımın  ad 
günündə iy hiss elə dəə.

31
-Doğrudan ee, Qustavo əmi haradan bildin? (Atasının 
çəkdiyi yeməkdən bir qaşıq yeyən Lusiya maraqla soruşdu)
-İki ay bundan qabaq şəhərə iş axtarmağa gedəndə, si-
zin doldurduğunuz məlumat vərəqələrini də özümlə apar-
mışdım axı. Bax, oradan yadımda qalıb.
Mariya gülümsünərək: 
-Doğrudan da, bu heç yadımıza düşmürdü.
Yeməkdən sonra Pedro dedi:
-Mariya, çay gətir. Veneranın gətirdiyi tortun dadına 
baxaq.
Mariya mətbəxə gedəndə Venera soruşdu:
-Pedro əmi, Mariya xalayla necə tanış olmusunuz?
Pedro  özünü  o  günlərin  xəyalına  dalmış  kimi  göstə-
rərək dedi:
-Həə qızım, bu çox gözəl və hamıya örnək olacaq bir 
məhəbbət macərasıdır. Mən onu ilk dəfə 25 yaşımda, Rosa-
rio şəhərində yaşayanda görmüşdüm. Onda onun 20 yaşı 
vardı və bizim şəhərdə yaşayan xalasıgilə qonaq gəlmişdi. 
Biz ilk dəfə supermarketdə qarşılaşdıq. Sonra dalınca düz 
Buenos Ayresə qədər getdim. Əvvəlcə atası onların varlı, 
mənim isə kasıb olduğumdan bizim evlənməyimizə icazə 
vermirdi. Hətta bir gün Mariyanı görmək üçün səhərdən 
ax şama kimi yağışın altında, binalarının qabağında dayan-
dım. Axşam da atası polisə zəng vurdu. Düz üç gün polis 
nəzarətində qaldım. Həmin vaxtları Mariya gizlincə evdən 
qaçıb polis idarəsinə məni görməyə gəlirdi. Çox qəddar in-
san idi atası. Bizi ayırmaq üçün nələr etmirdi ki. Hətta Ma-
riyanı monastra göndərmək istəyirdi. Amma görəndə ki, 
bizim sevgimizin qarşısında heç dağlar da dayana bilməz, 
razı oldu.
Mariya  içində  çay  dolu  sini  ilə  içəri  girərək:  -Bəsdir 
Pedro,  qızı  niyə  aldadırsan?  Sən  ona  inanma,  Venera.  O 

32
öz məhəbbətindən ötrü nəinki Buenos Ayresə, heç Resis-
tenziya rayonuna da getməz. Mən onun xalası qızıyam və 
biz Rosario şəhərində eyni binada qalırdıq. Özü də mənim 
atam 12 yaşım olanda ölüb.
Pedro gülümsünərək, çaydan bir qurtum içib yanıqlı–
yanıqlı dedi: 
-Elə River Pleyt yaxşı oldu uduzdu!
Lusiya ətrafındakıların oxuduğu ad günü mahnısının 
sədaları altında tortun üstündəki şamı söndürüb kəsməyə 
başladı.  Venera  onu  təbrik  edib  qucaqladı.  Qustavo 
köynəyinin  cibindən  qolbağı  dəridən,  rəqəmləri  fosforlu 
olan qadın qol saatını çıxardıb Lusiyaya verərək təbrik etdi. 
Atası ilə anası da onu təbrik edəndən sonra Xose yaxınla-
şıb bacısının üzündən öpdü. Aldığı qızıl suyuna çəkilmiş 
kəpənək formalı baş sancağını ona verərək dedi:
-Doğum günün mübarək Lusi.
Çay içdikdən sonra Lusiya Veneranı yola salıb otağına 
gedərək çarpayısına bitişik kiçik yazı stolunun üstündəki 
Ernesto Sabatonun “Tunel” romanını qaldığı yerdən oxu-
mağa başladı. Qustavonu yola salandan sonra, Xosenin də 
həyətə çıxdığını görən Mariya divanda oturub televizora 
baxan Pedronun yanına gəlib Lusiyanın eşitməsindən qor-
xurmuş kimi yavaşca dedi:
-Bu gün un almaq üçün mağazaya gedəndə eşitdim. 
Deyirlər, uzağı iki–üç aya buraları söküb stadion tikəcəklər. 
Burada yaşayan 30 ailə hara gedəcək, bilinmir. Heç kimin 
gedəcək yeri yoxdur. Şəhər merinin nümayəndəsi iki gün 
əvvəl burada imiş. Soruşublar ki, – Bəs biz haraya gedək? – 
Cavab verib ki, – Bizə dəxli yoxdur. Onsuz da neçə illərdir 
burada  qeydiyyatsız  yaşayırsınız,  sizə  heç  nə  demirik. 
Deyiləndə ki, – heç olmasa, bizə yaşamaq üçün bir yer ve-
rin. Deyib ki, – onda elə hamı evini satıb, pulunu banka qo-

33
yub gecəqonduda yaşayar ki, dövlət onlara ev versin. Öz 
başınıza çarə qılın. 30 ailədən ötrü bu qədər ərazini məşğul 
edə bilmərik.
Pedro dərindən köks ötürdü: - O da haqlıdır.
Mariya əlindəki dəsmalla gözünün yaşını silə-silə dedi: 
-Axı biz Rosariodakı evimizi satanda pulu banka qoy-
madıq? O pulların çox hissəsi Xosemin həyatda qalmasına 
sərf olundu. Əgər o vaxt evi satıb buraya köçməsəydik, indi 
nəinki oğlumun bir qolu, heç özü də həyatda olmayacaqdı.
Pedro Mariyanın əlindən tutub dedi:
-Bilirəm, əzizim, bilirəm. O vaxta qədər çalışaram bir 
şey fikirləşim. Amma bir şeyi yadında saxla. Heç vaxt sizi 
çöldə qoymayacam. Hər nə olursa, olsun. İndiyə qədər bü-
tün problemlərin öhdəsindən birlikdə gəlmişik. Bunun da 
öhdəsindən gələrik.
Mariya başını onun çiyninə qoyub astadan dedi: Mü-
qəd dəs Məryəm bizə kömək olsun. Amin!
Moskva. Rusiya
Əynində  cins  şalvar  və  qara  gödəkcə  olan  bu  orta-
boylu, qısa saqqallı, əlinin üzərində lövbər döyməsi olan, 
zəhmli baxışı və amiranə səsinə baxmayaraq, zarafatı çox 
sevən 38 yaşlı Con Moskvanın Saykina küçəsində yaşayış 
yerindən uzaqda saxladığı köhnə Moskviçdən düşüb, ki-
çik “Cирота ивы” kafesinə girəndə öz–özünə mızıldandı:
-Oktyabr ayında belə soyuq olar? Rusiyanın soyuğun-
dan zəhləm gedir.
Onu qapıda qarşılayan kafe sahibi Dmitri cavab ver di:
-Oktyabr  ayı  Ərəbistan  səhrasındakı  40  dərəcə  isti 
necə, xoşuna gəlir?

34
Con gülümsünərək soruşdu: 
-Sən də ispan dilini bilirsən?
-Kim bilmir ki?
Con  içəri  girib  mətbəxə  keçərək,  ortada  qoyulmuş 
dəmir  stolun  qarşısında  dayandı.  Onun  arxasınca  gələn 
Dmitri  qaz  sobasına  yaxınlaşıb  ikinci  gözünü  yandırdı. 
Dmitri  qazı  yandırmaq  üçün  istifadə  olunan  vinti  buran 
kimi  Conun  qarşısındakı  stolun  böyrü  qalxmağa  başla-
dı. Stol birləşirilmiş qapı açıldıqda, Con nərdivanla aşağı 
düşdü  və  yarımqaranlıq  dəhlizlə  bir  az  getdikdən  sonra 
üzərində söyüd yarpağı şəkli olan digər qapıdan içəri gir-
di. Otaqda üstündə araq və sala qoyulmuş stolun ətrafında 
dörd nəfər oturmuşdu. Bunlar “Poler” quldur dəstəsinin 
müxtəlif ölkələrdən olan dəstə başçıları idi. Con keçib on-
larla bir stol arxasında əyləşdi.
İspaniyalı “Lobo” ləqəbli Karlos balacaboy, kök, başı-
nın yalnız kənarlarında seyrək tük olan, 45 yaşlarında lo-
pabığ, yekəağız bir adam idi və xırıltılı səsi vardı. Meksi-
kalı Markez arıq, ucaboy, gözləri eynəkli, üzündə uşaqlıq 
illərindən qalan çapıq olan uzun və əyri burunlu qəddar 
bir  adam  idi  və  onun  da  45  yaşı  vardı.  Əla  bıçaq  atmaq 
qabiliyyətiylə ad çıxartmış argentinalı Xavyer 60 yaşında 
saçları ağarmış, sol qolunda tutuquşu döyməsi olan, şirniy-
yatı çox sevən, enlialın və qalın ağ qaşlı bir adam idi. Hün-
dürboylu, uşaqlıqdan idmanla məşğul olan, şuxqamətli fi-
ziki görkəmə sahib, uzun, sarı saçlarını arxadan yığmış 30 
yaşlı rusiyalı Sergey qrupa ispan dilini bildiyi üçün qəbul 
edilmişdi. Lakin heç bir il keçməmiş gənc olmasına və qru-
pa  yeni  qoşulmasına  baxmayaraq,  gördüyü  işlərlə  qrup 
daxilində böyük hörmət qazanmış və bandanın Rusiyada 
dəstəsinin başçısı seçilmişdi. 

35
Con da bura yığışan digər insanlar kimi “Poler” qru-
punun üzvü idi. Bu qrupun müxtəlif ölkələrdə olan dəstə 
başçıları hər ay Moskvadakı bu “Cирота ивы” kafesində 
yığışar, bir ay ərzində yığılan pulları Cona verərək, ondan 
“Poler”  ləqəbli  başçının  tapşırıqlarını  alardılar.  Qrupun 
əsas işi isə əlil uşaqları diləndirmək və alıcı çıxdıqca onların 
daxili orqanlarını sataraq, cəsədlərini yox etmək idi. Bura-
ya yığışan dörd nəfərin heç biri indiyə qədər qrupun baş-
çısını  görməmişdilər.  Bildikləri  yalnız  onun  azərbaycanlı 
olması idi. Polerlə qrup üzvləri arasındakı tək vasitə avs-
traliyalı  Con  idi.  Qrup  üzvləri  hansı  ölkədə,  kimə,  hansı 
orqanı və neçəyə verəcəklərini Condan öyrənirdilər. Başçı-
lar diplomatdakı pulları Cona verdikdən sonra Con dedi: 
-Gələn ay indikindən 30 faiz az pul gətirərsiniz. Qalan 
hissəni isə dəstəyə yeni üzvlərin toplanmasına sərf edin və 
həmin insanlar vasitəsiylə hər dilənən uşağa bir nəzarətçi 
qoyun.  Keçən  ay  tək  meksikada  polisə  üç  şikayət  olub. 
Yaxşı ki, vaxtında tədbir görə bilmişik. Növbəti ay üçün 12 
böyrək və 3 ürək lazımdır.  
Üzünü  İspaniyadan  olan  dəstə  başçısına  çevirib:  - 
Lobo. Bu orqanlar yaxın bir həftə ərzində burada olsun.
-Baş üstə, Con!
-Bir də Poler dedi ki, oğurlanan uşaqlar başqa ölkəyə 
göndərilsin. Argentinadan İspaniyaya və əksinə, Meksika-
dan Rusiyaya və əksinə. – Ətrafında oturan insanları bir 
qədər süzüb soruşdu. – Nə isə bir probleminiz və ya hansı-
sa istəyiniz yoxdur ki?
Markez stəkanına araq süzə-süzə soruşdu: 
-Con, nə əcəb maşınını dəyişmirsən? – Gülümsəyərək. 
–  Əgər  pulun  yoxdursa,  mən  sənə  maşın  hədiyyə  edə 
bilərəm.
-Nəyimə lazımdır, onsuzda ayda bircə dəfə lazım olur.

36
Xavyer əlindəki alışqanı oynada–oynada soruşdu: 
-Bizdə 7–8 uşaq sarılığa tutulublar. Nə tədbir görməmi 
istəyirsən?
-Dərhal məhv edin. – Üzünü bayaqdan sakitcə oturub 
onlara qulaq asan Sergeyə çevirib dedi: -Bu kafenin sahibi 
yaman deyingəndir.
Con  bunu  deyib  ayağa  qalxdı.  Çantaları  da  götürüb 
gəldiyi yolla geri qayıtdı. Qrup üzvləri pilləkənlə mətbəxə 
çıxanda  Sergey  Dmitriyə  yaxınlaşaraq,  ağzını  açıb  di-
lini  çölə  çıxartmasını  istədi.  Dmitri  heç  nə  anlamadan 
qorxmuş halda onun dediyini etdi. Sergey cəld bir əliylə 
onun dilindən, digər əliylə isə üzündən tutaraq, qüvəttli 
barmaqları  ilə  onun  dilini  qopartdı.  Dmitri  ağrıdan  qış-
qıraraq, əli ilə ağzını tutub diz üstə oturdu. Sergey onun 
sinəsinə  təpiklə  vuranda  Dmitrinin  başı  şkafın  küncünə 
dəydiyindən huşunu itirdi. Sergey divardan asılmış lampa-
nı götürüb şüşəsini çıxartdı. İçindəki nefti yerdə hərəkətsiz 
uzanaraq ağzından qan tökülən Dmitrinin üstünə tökməyə 
başlayanda  Dmitrinin  qızı  Anna  əlində  atasına  gətirdiyi 
içi dərman dolu paketlə içəri girdi. Gördüyü mənzərənin 
dəhşətindən donub qalan Anna bir neçə saniyədən sonra 
özünə gəlib atasının yanına qaçmaq istəyəndə Karlos əlinə 
götürdüyü çömçəylə arxadan onun başına vurdu. Markez 
tapançanı  çıxardıb  atəş  açmaq  istədikdə,  Karlos:  -Mənə 
lazımdır.  -  deyib  qoymadı.  Sergey  yanan  alışqanı  özünə 
gəlməyə  başlayan  Dmitrinin  üzünə  atandan  sonra  Kar-
los Annanın  huşsuz  bədənini  çiyninə  götürüb  üç  nəfərlə 
birgə kafedən çıxdı. Dmitri isə mətbəxdə yanğının verdiyi 
dəhşətli ağrının təsirindən var gücüylə çığıra–çığıra, əl–qol 
ataraq özünü ora–bura vururdu.

37
Argentina
Xavyer yaşadığı Misones əyalətindəki Posadas şəhərinə 
qayıdanda  bəd  xəbərlə  qarşılaşdı.  İş  yerinə  gələndə 
köməkçilərindən biri  qaçaq  yolla  əldə edilən  və  Xavyerə 
məxsus barlarda satılan içkilərin polislər tərəfindən aşkar 
edildiyini dedi.
-Bu necə baş verib? – Xavyer əsəbindən pörtmüş halda 
soruşdu.
-Bizi  polislərə  barlardan  birində  ofisant  işləyən  Os-
kar adlı bir nəfər satıb. İşdən qovulduğuna görə qisas al-
maq  istəyib.  İndi  polislər  onun  qapısında  keşik  çəkirlər. 
İdarədəki  adamımızın  verdiyi  xəbərə  görə  sabah  onun 
ifadələri əsasında cinayət işi açacaqlar.
-Mallar harada ələ keçirilib?
-Yolda. Dörd yük maşını içki ələ keçirdiblər.
-Onu bu gecə yanıma gətirin.
-Polisləri nə edək? Onları öldürsək, problemimiz ya-
ranacaq.
-Oğlan harada qalır? Şəhər yerində, yoxsa həyət evin də?
-Arvadı və üç aylıq qızı ilə bərabər bağ evində qalırlar.
Xavyer  köməkçisinə  nə  edəcəklərini  başa  saldıqdan 
sonra  böyrək  almaq  üçün  ona  müraciət  edən  kanadalı 
biznesmenlə görüşə getdi.
Gecə  saat  3-ün  yarısı  qapının  yanında  keşik  çəkən 
polislərdən biri digərinə dedi:
-Hələ yarım saatımız var. Soyuqdan dondum.
-Mən  də  üşüyürəm.  Gəl  körpüdə  keşik  çəkən  həm-
karlara zəng vuraq, görək orada vəziyyət necədir.
Zəng  vurmaq  üçün  telefonu  cibindən  çıxartmaq 
istədikdə, atəş açıldı və atılan güllə darvazada kiçik deşik 
əmələ gətirdi. Polislər cəld daldalanaraq, silahlarını çıxar-

38
dıb atəş açmağa başladılar. Bir neçə dəqiqədən sonra polis 
maşınının  xüsusi  səs  siqnalı  eşidildi  və  yaxınlaşan  maşı-
nından iki nəfər polis düşərək yoldaşlarına kömək etməyə 
başladılar.  Onlardan  biri  cibindən  içi  dolu  dörd  tapança 
darağı çıxardaraq, güllələri qurtarmaq üzrə olan polislərə 
verib döyüşü davam etdirdi. 10 dəqiqəyə yaxın çəkən atış-
madan  sonra  naməlum  şəxslər  atəşi  dayandırıb  hadisə 
yerindən uzaqlaşdılar. Polislər daldalandıqları yerdən çı-
xıb köməyə gələnlərə təşəkkür etdilər.
-Çox sağ olun. Lap vaxtında gəldiniz.
-Burada  atışma  olduğunu  haradan  bildiniz?  –  Bir 
qədər yaşlı olanı soruşdu.
-Bizi  bura  mayor  Qabriel  göndərib.  Sizi  əvəz  etmək 
üçün. - Gəlmə polislərdən biri dilləndi.
-Tez gəlmisiniz. 
-İstəyirsən  gedək,  bir  azdan  gələrik.  –  deyə  köməyə 
gələn polislərdən biri zarafatla cavab verdi.
Polislər  maşına  minib  gedən  kimi  gələn  adamlardan 
biri “Gəlin!” əmrini verdi və bayaqdan polislərə güllə atan 
dörd  nəfər  gizləndikləri  yerdən  çıxıb  darvazanın  yanına 
gəldilər.
-Afərin  sizə  uşaqlar!  Əla  işlədiniz.  –  Ucaboy  olanı 
dilləndi. – Qoy o axmaqlar elə fikirləşsinlər ki, bu döyüşdən 
öz fərasətlərinə görə sağ çıxa biliblər. Burada çox ləngimək 
olmaz. Oskarı və ailəsini götürün getdik.
-Telefon xətlərini kəsmək, mobil telefon siqnallarını isə 
blok eləmək əla fikir idi. – Adamlardan biri hasara dırmaşa 
- dırmaşa dilləndi.
Polis məntəqəsinə gedən polislərdən biri maşını sürə - 
sürə qürrələnməyə başladı:
-Afərin bizə. Belə bir vəziyyətdən ki, sağ çıxdıq, bizə 
heç bir cinayətkar bata bilməz.

39
-Yox. Burada nəsə düz deyil. 
-Nə düz deyil? Bir neçə başdanxarab şahidi öldürmək 
istəyirdi, amma bilmirdilər ki, orada biz varıq. Sərt üzü-
müzü görən kimi qorxub qaçdılar.
-Yenə də ürəyim rahat deyil. Qabrielə zəng vururam.
Telefonu götürüb Qabrielə zəng vuraraq, bir az danış-
dıqdan sonra “lənət şeytana. Onlar polis deyillərmiş. Cəld 
geri  dön”  deyə  bağırdı.  Polislər  yerlərinə  çatanda  orada 
heç kimi görmədilər, darvaza içə açıq idi.
Səhəri gün Oskarı və ailəsini Xavyerin yanına gətirdilər. 
O, maşa ilə həyətdə qoyulmuş manqalın közünü qarışdı-
rırdı. Yaxınlıqdakı qəfəsdə olan beş it isə dünəndən ac sax-
lanıldığından qəfəsin yanında qoyulmuş iri ət parçasının 
iyindən  qəfəsin  dəmirlərini  çeynəyirdilər.  Oskar  Xavyeri 
görən  kimi  qaçaraq  gəlib  onun  qarşısında  diz  çökdü  və 
yalvarmağa başladı:
-Bağışlayın məni, şef! Yalvarıram, bağışlayın. Bilirəm, 
səhv iş tutmuşam. Ömrüm boyu sizə xidmət edib borcumu 
ödəməyə hazıram.
Xavyer közü qarışdıra-qarışdıra dedi: 
-Əgər sən içki şüşəsini əlindən salıb sındırsaydın, yaxud 
içkiləri gətirən maşınlardan birinin sürücüsü olaraq, qəza 
törədib mənə ziyan vursaydın, sənin dediyini edərdim. An-
caq özün də yaxşı bilirsən ki, xəyanəti bağışlamaq olmaz.
Oskar onun ayaqlarını qucaqlayıb ağlaya-ağlaya dedi:
-Ailəmin burada heç bir günahı yoxdur, şef. Yalvarı-
ram, buraxın onları getsinlər. Nə edəcəksinizsə, mənə edin.
Xavyer  köməkçisinə  Oskarı  ondan  uzaqlaşdırma-
ğı və uşağı ona gətirməyi əmr edib, maşayla manqaldakı 
közlərin yarısını manqalın bir kənarına yığmağa başladı. 
Sonra  Oskarın  və  arvadının  ağlamaqlarına  və  yalvarışla-
rına məhəl qoymayaraq yatmış uşağı köməkçisindən alıb 

40
büründüyü adyalı açaraq, paltarlı-paltarlı manqalın içinə 
qoydu. Heç nədən xəbəri olmayan yatmış körpə istini hiss 
edən kimi oyanaraq çığırmağa başladı. Xavyer isə: Qoy bu 
gün itlərim şənlik etsin. – deyib maşayla kənardakı közləri 
götürüb isti manqalın içində çabalayan uşağın üstünə yığ-
mağa  başladı.  İsti  közlərin  arasında  qışqıran  uşağın  səsi 
ətrafa yanmış ət qoxusu yayıldığı vaxt birdən kəsildi. Os-
kar adamların əlindən çıxmaq üçün əl–qol atanda başının 
arxasından aldığı zərbə nəticəsində yerə yıxıldı. Arvadı isə 
onu  tutub  saxlayan  adamların  əlindən  çıxmaq  üçün  var 
qüvvəsiylə  mübarizə  aparırdı.  Nəhayət,  onların  əlindən 
çıxaraq  manqala  tərəf  qaçdı.  Lakin  4–5  addımdan  sonra 
adamlar onu yenidən tutub saxladılar. Kənardan Oskarın 
arvadının hərəkətlərinə tamaşa edən Xavyer: – İtlər qızar-
mış  ət  yeyəndən  sonra  çiy  əti  bəyənmirlər.  Bunu  itlərin 
qabağına  atın.  –  deyib  stulda  əyləşdi.  Özünə  gələrək  ar-
vadının qəfəsə tərəf aparıldığını görən Oskar qəflətən qış-
qıra-qışqıra yerindən sıçrayaraq, yerdən götürdüyü taxta 
parçasıyla ona nəzarət edən adamları vurub arvadına tərəf 
qaçdı. Onlara çatıb əlindəki taxtayla Xavyerin adamlarını 
vurmaq istəyəndə, arxadan Xavyerin atdığı bıçaq başının 
arxa  tərəfinə  saplandı.  Bıçağın  ucu  isə  gözündən  çıxdı. 
Oskarın  arvadı  ərinin  qəflətən  susaraq  dayanmasından 
təəccüblənsə də, sonradan üzü üstə onun ayaqlarının al-
tına  yıxılan  Oskarın  başındakı  bıçağı  görüb  “Sizi  lənətə 
gələsiniz!” deyə qışqıraraq hönkürməyə başladı. Adamlar 
onu nərdivanla qəfəsin üstünə çıxarıb açıq yerdən içəri tul-
ladılar. 
Kürəyi üstə yerə düşən qadın qalxmaq istədikdə itlər-
dən biri acgözlüklə iri dişlərini onun buduna batırdı. Küt 
ağrıdan  xilas  olmaq  üçün  iti  özündən  uzaqlaşdırmaq 
istədikdə isə eyni ağrını çiynində və qarnında da hiss etdi. 

41
Xavyerin itləri isti insan qanının dadından daha da quduz-
laşmışdılar.  Qadın  ətini  didən  itlərdən  xilas  olmaq  üçün 
qışqıra-qışqıra,  əl-qol  ataraq  çırpınmağa  başladı.  İtlər  isə 
sanki bəhsə girmişdilər. Bir az sonra Xavyer qadının da öl-
düyünü görüb köməkçisinə tərəf çevrilərək, - Həyətdə bir 
az səliqə yarat. - deyib evə tərəf getdi. 
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə