Samir İmanov HƏDƏFDƏKİ İnsan



Yüklə 2.48 Kb.
PDF просмотр
səhifə20/20
tarix26.02.2017
ölçüsü2.48 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   20

Final
Valensiya. İspaniya
Aeroportdan  çıxıb  taksiyə  mindikləri  andan  onla-
ra  verilən  villaya  çatana  qədər  Valensiyanın  əsrarəngiz 
gözəlliklərinə tamaşa edən Xose taksidən düşən kimi dedi:
-Samir mən indi bildim ki, sən niyə bu şəhərdə yaşa-
maq istəyirmişsən.
-Hələ bu harasıdır ki. Vaxt olan kimi şəhərin görməli 
və  tarixi  yerlərini  gəzərik,  axşamları  isə  çimərliyə  gedib 
istirahət edərik. Sonra muzeylər, rəsm qalereyaları və daha 
nələr-nələr.
-Həqiqətən də gözəl şəhərdir.
-Sən hələ buranı “Las Fallas” festivalı zamanı gör.
-Sən görmüsən?
-İnternetdə.
Lusiya villanın heyranedici gözəlliyinə baxa-baxa dedi:
-İnana bilmirəm ki, bundan sonra belə möhtəşəm evdə 
yaşayacağıq.
Əşyalarını  taksidən  düşürtdükdən  sonra  birlikdə 
həyətə girib hər iki tərəfində bəzəkli güllər əkilmiş enli yol-
la villaya gedərək içini və həyətini gəzməyə başladılar. Ge-
niş otaqlar, ikinci mərtəbədəki pəncərəsi gözəl mənzərəyə 
açılan böyük eyvan, zirzəmidə quraşdırılmış qış hovuzu, 
zirzəmi ilə üçüncü mərtəbəni birləşdirən lift, həyətdəki ge-
niş hovuz, villanın arxasında əkilmiş çoxlu meyvə ağacları 
və ağaclığın ortasında düzəldilmiş stol və stullar hər kəsi 
valeh  etmişdi.  Samir  ağacların  altındakı  stulların  birində 
əyləşərək görüləcək işləri bölməyə başladı:
-Gəlin belə edək. Lusi, sən atanla birgə ev üçün lazım 
olan əşyaları alarsan. Çalış ki, mebellərdən tutmuş elekt-
rik avadanlıqlarına qədər yaşayış üçün zəruri olan hər bir 

311
şeyi alasınız. Otaqlardan üçünü boş saxlayın. Birini şəxsi 
idman  zalı  edəcəyəm,  biri  Xosenin  rəsm  çəkmək  üçün 
iş  yeri  olsun,  digəri  isə  ehtiyatda  qalsın.  Mən  də  dünən 
internetdə  araşdırma  apardım.  Bu  küçədə  satışa  qoyul-
muş  obyektlərdən  biri  açacağımız  restoran  üçün  müna-
sibdir. Sabah gedəcəyəm restoran məsələsini həll etməyə. 
İşlər başa çatana kimi oteldə qalacağıq. Xose, aramızda ən 
ağır iş sənin üzərinə düşür, gərək biz işləri yoluna qoyana 
qədər Əliyə sən baxasan.
-Əlbəttə baxaram. Ona rəsm çəkmək öyrədəcəyəm.
-Gedək oteldə dincələk. Sabah ağır gün olacaq.
Hər gün otelin kafesində birlikdə səhər yeməyi yedik-
dən  sonra  bir-birilərinə  uğur  arzulayaraq  ayrılır  və  ax-
şam  yenidən  həmin  kafedə  görüşərək,  şam  edə-edə  gün 
ərzində  gördükləri  işlərdən  danışıb  hərə  öz  otağına  yat-
mağa gedirdi.
Samir  satılan  məkanı  alıb Almeydanın  köməkliyi  ilə 
bütün  sənədləşmə  və  lisenziya  məsələlərini  2-3  günün 
içində həll etdikdən sonra təmir şirkəti ilə danışaraq res-
toranın  iç  dizaynının  qurulması  ilə  məşğul  oldu.  İşlər 
başa çatan kimi restoran üçün bütün zəruri avadanlıqları 
aldıqdan  sonra  Azərbaycana  zəng  vuraraq  restoranında 
işləyəcəyi aşpazları İspaniyaya dəvət etdi və işçi heyətinin 
axtarışına başladı. 
Bu  vaxtlar  ərzində  isə  Lusiya  ilə  Pedro  bütün  günü 
mağazaları gəzərək ev üçün lazım olan mebellərin, elekt-
rik  mallarının,  mətbəx  avadanlıqlarının  və  digər  zəruri 
əşyaların  alınması  ilə  məşğul  olurdular.  İşlərin  rahat 
şəkildə  həll  olunması  üçün  Pedro  kirayəyə  maşın  götür-
müşdü. Xose isə Əlini otelin daxilindəki uşaq parkına, id-
man zalına, hovuza apararaq onu darıxmağa qoymurdu. 
Otaqda qaldıqları vaxtlarda isə ona həvəslə şəkil çəkmək 
öyrədirdi.

312
Azərbaycanda  olarkən,  bütün  günü  Xoseylə  Lusiya-
nın yanında qalan Əli yavaş-yavaş ispan dilində danışma-
ğa başlamışdı. On gündən çox çəkən fasiləsiz çalışmalar-
dan sonra həm ev, həm də restoran istifadə üçün yararlı 
vəziyyətə gətirildi. Lusiya Samirin otağına gələndə o, tele-
vizorda futbola baxırdı.
-Burada niyə tək oturmusan? Bizimikilər hovuzun ya-
nında əylənirlər. Gəl gedək ora.
Samir ona tərəf çevrilərək:
-On  iki  günün  yorğunluğunu  canımdan  çıxartmağa 
çalışıram. Bu gün heç nəyə həvəsim yoxdu, sakitcə oturub 
televizora baxmaq istəyirəm.
-Düzünə qalsa, mən də çox yorulmuşam. – Gəlib Sa-
mirin yanında oturdu. – Ancaq gördüyümüz iş yorulma-
ğa dəyərdi. Evin içini elə vəziyyətə gətirmişəm ki, görsən 
heyran qalacaqsan.
- Restoran da açılış üçün tam hazırdır. Sabah bir yerdə 
açılış edərik.
-Birinci  hara  gedək?  Evə  baxmağa,  yoxsa  restoranın 
açılışını etməyə?
-Birinci evə baxmağa gedək. Orada sizinkilərə evlən-
mək  istədiyimizi  deyib  birisigün  evlənərik.  Restoranının 
açılışını da öz toyumuzla qeyd edərik. İlk gün yalnız özü-
müz olarıq.
-Samir,  istəyirəm  toyu  bir  neçə  günlük  təxirə  salaq. 
Mən 2-3 günlük Argentinaya getmək istəyirəm. Yadında-
dır, Azərbaycanda olarkən sənə rəfiqəm Venera haqqında 
danışmışdım?
-Hə. Yadımdadır
-Onun  məzarını  ziyarət  etmək  istəyirəm.  Məncə  onu 
əmanətini qaytarmaq vaxtı çatıb.
-Əlbəttə səni başa düşürəm. Toyu 2 – 3 gün təxirə sal-
saq heç nə olmaz.

313
Lusia Samirin əlini tutdu:
-Təşəkkür edirəm əzizim.
Villanın  içinə  girəndə  heyrətdən  Samirin  ağzı  açıq 
qaldı. Hər bir otaq xüsusi incəlik və qayğıyla döşənmişdi. 
Otaqlardakı əşyalar insana rahatlıq və hüzur verirdi. Əli 
üçün  yalnız  uşaq  mebellərindən  və  əşyalarından  ibarət 
xüsusu otaq hazırladan Lusiya Xose üçün içində hər cür 
zəruri avadanlıq quraşdırılmış rəsm atelyesi də yaratmış-
dı.  Bütün  otaqları  gəzdikdən  sonra  zala  qayıdıb  üzbəüz 
qoyulmuş divanlarda əyləşərək fikirlərini bölüşməyə baş-
ladılar. Samir sözə başladı:
-Afərin sizə. Sözün düzü, bu qədər mükəmməl olaca-
ğını gözləmirdim. Əla işləmisiniz.
-Bütün işləri Lusiya görürdü. – Pedro dedi. – Mən yal-
nız ona kömək edirdim.
-Rəsm  atelyesinə  görə  xüsusilə  çox  sağ  olun.  –  Xose 
söh bətə qoşuldu. – Bir gün şəxsi sərgimi açanda ikinizin 
də portretinizi birinci sıraya qoyacağam.
Lusiya  Xosenin  çiynindən  tutub  onu  yüngülcə  silkə-
lədi:
-Ayıl oğlum, sən yenə yuxuda sayıqlayırsan.
-Söz verirəm. Sən ərə gedib məni rahat buraxdığın gün 
yalnız sənin şəkillərindən ibarət olan internet sayt yarada-
cağam.
-Ərə getmək demişkən, – Pedro uzanacaq söz atışma-
sını yarımçıq kəsdi. – Lusi, bayaq mən sizinlə birgə otaq-
ları  gəzəndə  sənin  yataq  otağını  görmədim.  Tezliklə  ərə 
getmək fikrin var? Yoxsa zirzəmidə yatmaq istəyirsən?
-Ata məsələ burasındadır ki, – Lusiya utana-utana sözə 
başladı. – bu Xose üçün nə qədər ağır olsa belə, mən ərə 
gedəndən sonra da burada, sizin yanınızda yaşayacağam.
-Belə də bilirdim. Bu qız irsi xəstəlik kimi ömrüm boyu 
məni təqib edəcək.

314
-Bacara  bilirsənsə,  müalicə  olun,  sağal!  –  Lusiya  söz 
altda qalmadı.
-Dayanın  görüm.  –  Pedro  yenə  onların  mübahisəsini 
yarımçıq kəsdi. – Lusi, məni başa sal görün bu necə ola bi-
lər və niyə belə olmalıdır?
-Məsələ belədir, Pedro. – Samir Lusiyaya kömək etməyi 
qərara aldı. – Lusiya mənə ərə gələcək. Biz evlənməyə qə-
rar vermişik.
Pedroyla Xose xəbəri eşitdikdə heyrətdən bir müddət 
yerlərində  donub  qaldılar.  Təəccüblü  baxışlarla  bir  dəqi-
qəyə yaxın Samirlə Lusiyanı süzən Pedro nəhayət ki, vəziy-
yətin nə yerdə olduğunu dərk edib soruşdu:
-Bu qərara nə vaxt gəlmisiniz?
-Lusinin  hamilə  olduğu  bilinməmişdən  təqribən,  ay 
yarım əvvəl.
İkinci xəbər Pedronu ümumiyyətlə, mat qoydu:
-Nə? Hamilə? Lusi hamilədir?
-Bəli Pedro. Artıq iki aya yaxındır. 3 – 4 gündən sonra 
evlənərək restoranın açılışını edib, şəxsi restoranımızda ki-
çik əyləncə təşkil etməyi planlaşdırırıq.
-Bəs bunu mənə indi niyə deyirsiniz?
-«Ümid»  mərkəzində  aləm  bir-birinə  qarışmışdı.  Bu 
vəziyyədə  evlilik  barədə  düşünmək  ümumiyyətlə  müm-
kün deyildi. Sən özün də oradakı vəziyyəti öz gözlərinlə 
görmüsən. Ona görə də Lusiylə belə qərara gəldik ki, bu 
xəbəri sizə İspaniyada -Yəni burada deyək.
-Demək,  tezliklə  dayı  olacağam.  –  Xose  sevinclə 
dilləndi. – Adını nə qoyacaqsınız?
-Hələ  cinsiyyəti  məlum  deyil.  Məlum  olan  kimi  ad 
fikir lşərik.
-Dünən  güzgüyə  baxanda  başımda  bir  neçə  dənə  ağ 
tük gördüm. – Pedro əlini başına çəkdi. – Baba da olandan 

315
sonra artıq rəsmən qocalmış sayılacağam. Dediniz toyu 3 – 
4 gündən sonra etmək istəyirsiniz?
-Mənim Azərbaycanda bir-iki günlük işim var, Lusi də 
Argentinaya gedib rəfiqəsinin qəbrini ziyarət etmək istəyir.
-Mən də bu günlərdə Türkiyəyə getməyi planlaşdırır-
dım. Toya qədər gedib – qayıdaram.
-Bəs mən? – Xose incik halda soruşdu. – Məni düşünən 
yoxdur?
-Sən hara getmək istəyirsən? – Lusiya soruşdu.
-Çinə. İmkan yaradın Çinə gedim. Beş ildən çoxdur ki, 
Çin  səddini  görməyi  arzulayıram.  Samir  icazə  versəydi, 
Əlini də aparardım. Bir-birimizə çox isnişmişik.
-Yaxşı. Gəlin belə edək. – Samir təklif verdi. – Sabah 
hava yolları şirkətinə gedib hər birimiz üçün elə bir reys 
seçək ki, hamımız bura eyni gündə qayıdaq.
-Hətta eyni saatda. Bu çox maraqlı olar. – Lusiya dedi. 
-Belə bir şey mümkün ola bilər? – Pedro soruşdu.
-Bunu yalnız sabah öyrənə bilərik ata.
Səhərisi gün hava limanına gedən Samirgil arzuladıq-
ları reysləri seçib biletləri aldılar və iki gündən sonra hər 
biri ayrı ölkəyə uçdu.
Azərbaycan
Samir Azərbaycanda hava limanından çıxıb Sumqayı-
ta gələrək evinin bütün əşyalarının üstünə örtük sərdirdi. 
Bundan sonra yekə bir qutu şokolad alıb Rənagilə gedərək 
göstərdiyi  köməkliklərə  görə  ona  təşəkkürünü  bildirdi. 
Daha  sonra  çiçək  alıb  ailə  üzvlərinin  məzarlarını  ziyarət 
etdi. Oradan birbaşa mərkəzə yollandı. 
Gəlişi ilə mərkəzdəki dostlarına hədiyyə edən Samir 
oradan  çıxdıqdan  sonra  şəhərin  müxtəlif  yerlərinə  baş 

316
çəkə rək, yarımçıq qalan işlərini həll edib yenidən hava li-
manına qayıtdı. 
Təyyarə  havaya  qalxanda  əlini  cibinə  toxunduraraq 
selofana bükərək götürdüyü torpaq parçasının cibində ol-
duğuna əmin oldu.
Türkiyə
Pedro Türkiyəyə gələrək Qustavonun dustaq olduğu 
həpsxanaya getdi. Sonra vəkil tutaraq meşədə qırılan ağac-
lardan  Qustavonun  payına  düşən  cəriməni  ödəyib  onu 
azadlığa buraxdırdı. Hava limanında Qustavo üçün bilet 
alaraq, onu Argentinaya yola salan Pedro özü İspaniyaya 
gedən təyyarəyə əyləşdi.
Çin
Xose Çində olduğu iki günü bəlkə də həyatının ən gözəl 
günləri sayırdı. Burada olduğu müddətdə bütün gününü 
heyrətamiz Çin səddinə tamaşa etməklə keçirdən Xose Əli 
ilə birlikdə saysız-hesabsız şəkillər çəkdirərək xatirə olaraq, 
Çin  səddindən  kiçik  bir  daş  parçası  da  qopardı.  Təyyarə 
havaya qalxdıqdan sonra həmin daşı cibindən çıxardaraq 
məmnunluqla ona baxan Xose çoxdan ürəyində gəzdirdiyi 
arzusunun həyata keçdiyi üçün özünü xoşbəxt sayırdı. 
Argentina
Lusia Argentinaya çatanda neçə illər yaşadığı və son-
radan  dağıdılan  gecəqondu  məhləsinə  getdi.  Bir  vaxtlar 

317
uçuq-sökük evlərdən ibarət olan gecəqondu məhəlləsinin 
yerində indi möhtəşəm bir futbol stadionu inşa olunurdu. 
Vaxtilə  burada  yerləşən  kasıb  məhəllədə  keçirdiyi  acılı-
şirinli günlərini xatırlayıb kövrəlsə də, orada çox dayan-
mayıb  buradan  köçürülən  insanların  yerləşdirildiyi  sığı-
nacağa  getdi.  Artıq  orada  heç  kim  yaşamırdı.  Yəqin  ki, 
dözülməz şəraitə görə hərə bir tərəfə dağılmışdı. Onsuz 
da bərbad vəziyyətdə olan sığınacaq baxımsız qaldıqdan 
sonra daha da pis vəziyyətə düşmüşdü və şərq tərəfdəki 
divarın  bir  hissəsi  uçub  tökülmüşdü.  Buradakı  insanlar-
dan  geriyə  qalan  tək  şey  isə  sığınacağın  ortasına  qoyul-
muş  və  adamların  qızınmaq  üçün  istifadə  etdikləri  iri 
odun sobası idi. 
Lusiya  oradan  uzaqlaşıb  Veneranın  qəbrini  ziyarət 
etmək  üçün  kimsəsizlər  qəbiristanlığına  getdi.  Bir  xey-
li  axtardıqdan  sonra  rəfiqəsinin  məzarını  tapan  Lusiya 
özü  ilə  gətirdiyi  çiçəkləri  onun  üstünə  qoyub,  taxtadan 
düzəldilmiş kiçik göyərçin fiqurunu boynundan çıxararaq 
dedi:
-Mən qalib gəldim bacı. Mən bu həyata qalib gəldim. 
Artıq mənim hər şeyim var. Bir vaxtlar sənə söz verdiyim 
kimi göyərçinini sənə qaytarıram. O özü hər şeyi sənə da-
nışacaq Venera. Hər şeyi.
-Sonra  özü  ilə  gətirdiyi  taxta  parçası  ilə  qəbrin  böy-
ründə  kiçik  çala  qazaraq  göyərçin  fiqurunu  orada  bass-
dırdı.  Məzarın  böyründə  bir  neçə  dəqiqə  için-için  ağla-
dıqdan sonra ayağa qalxıb, – Mən yenə sənə baş çəkməyə 
gələcəyəm bacı. – deyə pıçıldayaraq qəbiristanlığı tərk etdi. 
Təyyarədə  oturub  illuminatordan  çölə  baxaraq 
təyyarənin uçmasını gözlədiyi an içində bir rahatlıq hiss 
edirdi. Sanki çiynindən ağır bir yük götürülmüşdü.

318
Valensiya. İspaniya
Samir Valensiyada təyyarədən düşüb taksiyə minmək 
istəyəndə  Pedronun  taksilərə  tərəf  gəldiyini  görüb  onu 
səslədi və birlikdə maşına əyləşərək, evə tərəf yol aldılar. 
Villanın binasına Xoseylə Əlinin gəzə-gəzə evə tərəf get-
diyni gördülər. Onlar taksidən düşüb Xosegilin yaxınlaş-
masını gözlədilər.
-Siz niyə taksiylə yox, piyada gəlirsiniz?
-Biz  2  –  3  saat  bundan  əvvəl  Valensiyaya  gəlmişik. 
Əlini zooparka aparmışdım. 
-Çində nə...
-Əmi ora bax. – Əli Samirin sözünü yarımçıq kəsdi. – 
Lusi bibi gəlir.
Lusiya çatan kimi soruşdu:
-Deyəsən, aranızda ən təmbəl mənəm axı?
-Bax bununla razıyam. – Xose dedi.
-Nə deyirsiniz, evə gedək? – Samir soruşdu.
-Gedək. – Lusiya dediş – Mən çox yorulmuşam.
-Bu  günə  qədər  hər  birimizin  həyatında  acılı-şirin-
li günlər olub. Bu gündən etibarən, həyatımızda yeni bir 
səhifə  açılır. Arzu  edirəm,  bu  səhifəyə  yalnız  sevincli  və 
xoşbəxt günlərimizin xatirələri həkk olunsun. Getdik.
Samir, Pedro və Lusiya qabaqda, Xoseylə Əli isə arxa-
da iri darvazadan keçərək həyətə daxil olub villaya tərəf 
irəliləməyə başladılar.
18 dekabr, 2012 – ci il

319
ABOUT SAMİR IMANOV:
Samir Imanov was born on 27 August, 1981, in the city 
of Sumgayit. He studied at “Sumgayit City Home Indivi-
dual Education” school, which he graduated in 1999. He 
suffers from a congenial paralytic disease, paraplegia. He 
speaks Azerbaijani, Turkish and Spanish. Unemployed at 
the moment. Married. 
SYNOPSIS OF THE NOVEL
The work deals with the problems, suffering and chal-
lenges facing physically impaired people, their way of life, 
their  worldview,  their  capabilities,  dreams  and  desires, 
thoughts and reflections, with the attitude of healthy pe-
ople toward the disabled and the ways to approach them. 
The main character of the novel showing a vivid picture 
of social life of physically impaired people, Samir, conqu-
ers this life, finding strength in himself despite the loss of 
all the members of his family in an accident and being an 
invalid. He manages to create a large centre aimed at co-
ping with the lack of self-confidence inherent in disabled 
people,  nurturing  their  love  of  life  and  eliminating  their 
dependence on healthy people to improve their social in-
tegration. However, running the organization, Samir unk-
nowingly jeopardizes lives of all the disabled members of 
the center. The head of a criminal group involved in kid-
napping  of  disabled  people  and  selling  their  internal  or-
gans gains Samir’s trust and starts working at the center 
as his assistant, causing trouble for everyone. A young Ar-

320
gentinean woman named Lucia discovers all the plans of 
the criminal group. Lucia visits Samir to save her disabled 
brother, inadvertently putting him in serious jeopardy as 
well. Having found out about the group’s activity, Samir, 
despite being disabled and captured by the criminals, ma-
kes it his goal to destroy them and elevate disabled people, 
starting a ruthless war inside the criminal group seeking to 
purge the world of invalids. Eventually, Samir wins the war 
for his cause with the help of police, and the events then 
unfold in Azerbaijan, Turkey, Russia, Argentina and Spain. 
The main PURPOSE of this novel full of unexpected events 
and twists is to build self-confidence in physically impai-
red people, to show them that success is always possible to 
achieve regardless of one’s physical condition and to exp-
lain that it is important to go out and do something instead 
of sitting at home in despair, depending on other people.
1   ...   12   13   14   15   16   17   18   19   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə