Mustafayev Elvin Museyib oğlu Müəssisə iqtisadiyyatın əsas subyekti kimi



Yüklə 164,8 Kb.
səhifə25/39
tarix18.07.2022
ölçüsü164,8 Kb.
#62812
1   ...   21   22   23   24   25   26   27   28   ...   39
Mustafayev-Elvin

5. İstehsal planı – özündə həm ümumi məsələləri, həm də bir sıra istiqamətləri birləşdirir. Ümumi məsələlərə - istehsalın təşkilinə ümumi yanaşmalar, tələblər və strategiyalar, zəruri xammal və materiallar, onların mənbələri və göndərilmə şərtləri, texnoloji proseslər, zəruri avadanlıqlar, əmək resurslarına olan tələblər və s. aiddirlər.
Məhsul çeşidinin yeniləşdirilməsi planı – buraxılan məhsulun yeniləşməsi strategiyasının işlənib hazırlanmasında tətbiq olunan metodları, prinsipləri, elmi yanaşmaları, investisiya layihələrinin texniki – iqtisadi əsaslandırılmasını, keyfiyyət və rəqabətqabiliyyətlilik göstəricilərini, elmi tədqiqat və təcrübə konstruktor işlərini özündə birləşdirir.
Məhsulun istehsal və satış planı – müəssisənin istehsal gücü, məhsul istehsalının həcmi, istehsal dövrü, məhsul satışının həcmi və xarakteri, müəssisənin istehsal gücündən istifadə məsələlərini əhatə edir.
İstehsalın inkişaf planı – özündə istehsalın təşkilati – texniki səviyyəsinin yüksəldilməsini, müəssisə kollektivinin sosial inkişafını, ətraf mühitin qorunması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini, istehsalın inkişafına yönəldilən investisiya layihələrinin tətbiqini və s. birləşdirir.
6. İşlərin yerinə yetirilməsi qrafiki. Biznes planda nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi qrafikə uyğun olaraq müəyyən mərhələlərlə həyata keçirilməlidir. Plan qrafik hər bir mərhələ üzrə və ümumilikdə layihə üzrə tərtib olunur, onun icrasına nəzarət həyata keçirilir.
7. Müəssisənin idarə edilməsi və biznes planın təşkili . Bu məsələ iki istiqamətdə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: - birincisi, müəssisənin idarə edilməsini ( müəssisənin idarəedilməsinin əsas iştirakçıları: - sahibkar, şəriki, investorlar, direktorlar şurasının üzvləri və s.), ikincisi, biznes planın realizasiyasının təşkilini.
Birinci halda müəssisənin idarə edilməsinin əsas iştirakçılarının (sahibkar, şəriki, investorlar, direktorlar şurasının üzvləri və s.) təsviri verilir, onların hər birinin səlahiyyəti qeyd olunur. Müəssisənin idarə dedikdə, konyukturanın dəyişməsi və bununla bağlı qəbul edilmiş qərarda dəyişikliklər edilməsi şəraitində ayrl-ayrı edilməsi əmtəələr üzrə istahsal və satış proqramının yerinə yetirilməsi üzrə fəaliyyətini həyata keşirilməsi və ona daimi şəraitin həyata keçirilməsi nəzərdə tutulur.
İkinci halda isə biznes planın realizasiyasının təşkili məsələləri, o cümlədən, strateji planların işlənib hazırlanması, razılaşdırılması və təsdiqi, yerinə yetirilməsinə nəzarət, xərclər və keyfiyyət üzrə tələblər gözlənilməklə plan qrafikin yerinə yetirilməsi, ətraf mühitdə baş verən dəyişikliklərə uyğun olaraq planlarda müvafiq dəyişikliklərin edilməsi və s. məsələlər qeyd olunur.

Yüklə 164,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin