965) Xroniki böyrək çatışmamazlığı zamanı homeostazın pozulmasına nə aid deyil?
A) Hiperkaliemiya
B) Hiperglikemiya
C) Metabolik asidoz
D) Hiperhidratasiya
E) Arterial hipertenziya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2010, səh 547-548
966) Xroniki böyrək çatışmamazlığının kliniki əlamətlərinə nə aid deyil?
A) Anemiya
B) Osteomalyasiya
C) Hiperlipidemiya
D) Hipertenziya
E) Ortostatik hipotoniya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2010, səh 548
967) Xroniki böyrək çatışmamazlığının başlanğıc mərhələsinə nə aid deyil?
A) Hipokaliemiya
B) Poliuriya, nikturiya
C) Arterial hipertenziya
D) Oliqo-anuriya
E) Mülayim anemiya
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2010, səh 551-552
968) Hansı xəstəliklər xroniki böyrək çatışmamazlığının yaranma səbəblərinə aid deyil ?
A) Vərəm
B) Podaqra
C) İşemik insult
D) Alport sindromu
E) Nefrolitiaz
Ədəbiyyat: «Нефрология» под ред. Проф. Е.М.Шилова,2010, səh 547
Dostları ilə paylaş: |