Mövlana şeyx Yusif Müsküri Şirvani
Onun ulu babaları h. VII (XIII) əsrdə Mədinədən Qarabağa, oradan da Qubanın Müskür
nahiyəsinə gəlmişdilər. Şeyx Yusif Müsküri hicri VIII (XVI) əsrin ortalarında burada
dünyaya gəlmişdi. Xəlvəti təriqətinə mənsub olan mövlana Yusif Müsküri seyyid
Yəhya Bakuvinin müridi olmuş, irşad xirqəsini ondan almışdı. O, məmləkəti Müskürə
qayıdaraq burada irşad və mənəvi tərbiyə ilə məşğul olmuşdu. Ehtimal ki, o, burada öz
şeyxinin xəlifəsi olmuşdu. Onun nəslindən olanlar sultanlar və əmirlər tərəfindən
ehtiramla qarşılanırdılar. Mövlana Yusif Müskürinin məzarı və onun yurdu sonralar
Şeyxlər (indi Xaçmazın Şıxlar kəndi) adı ilə məşhur olmuşdu. Mövlana Yusif Müsküri
‚Bəyanü’l-Əsrar‛ adlı ərəbcə qələmə alınmış, müqəddimə və 24 fəsildən ibarət olan,
əşyanın maddi və mənəvi xüsusiyyətlərinə, təsəvvüf əhlinin adət və ədəb qaydalarına
aid əsərin müəllifi idi. Mövlana Yusif Müskürinin ölüm tarixi XIV əsrin sonlarına
təsadüf edir
1236
.
Seyyidü’ş-Şərif Vəli ibn Hüseyn əl-Əcəmi Şirvani
Şafi’i məzhənə mənsub mühəddis və astronom idi. İmam Həsənin (ا) nəslindən idi. H.
928-ci ildə (1522) həcc ziyarətinə getmiş və qayıdarkən Suriyanın Dəməşq və Hələb
şəhərlərində olmuşdu. Bu şəhərlərdəki alimlərdən dərs almışdı. Hələbdə Burhan əl-
İmadinin
1237
yanında
‚Səhihi-Buxari‛ni
1238
oxumuşdu.
Hələb
və
Dəməşqdə
astronomiyaya dair dərslər vermişdi. Məşhur alim Raziəddin Muhəmməd ibnü’l-
1235
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VII, s. 864; TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 164-165; Mehmet
RIHTIM, Seyid Yəhya Bakuvi və Xəlvətilik, s. 18-22, Bakı 2005, Ahmed Hilmi HOCAZADE, Seyyid Yahya eş-Şirvani, s. 4-
5, İstanbul 1319; NƏFİSİ, Tarixi-Nəzm və Nəsr, s. 783.
1236
BAKIXANOV, Gülüstani-İrəm, s. 205; ŞƏRİFOV, Əbdülqadir Əfəndi..., s. 77-78. Prof. Kamandar Şərifov mövlana
Yusif Şirvaninin ‚Silsilətü’l-Üyun‛ adlı bir əsəri haqqında da məlumat vermişdir.
1237
Burhan İbrahim ibn Həsən əl-İmadi Hələbi (öl. 1547) mühəddis idi.
1238
İmam Muhəmməd ibn İsmayıl Buxarinin (810-869) ‚Cəmi’u’s-Səhih‛ adlı hədis külliyatı . İslam dünyasında
mötəbər 6 hədis kitabından (Kutubi-Sittə) biridir.
Hənbəli (öl. 1563) onun tələbəsi olmuş və onun yanında ‚Mətni-Çəğmini‛ni
1239
oxumuşdu. Vəli Şirvani daha sonra Şirvana qayıtmış və burada hədis dərsləri vermişdi.
O, Sədri-Şirvan ləqəbi ilə tanınmış mövlalə Şəmsəddin Bərdəinin qələmə aldığı bir əsərə
haşiyə yazaraq buradakı hədislərin isnadını müəyyənləşdirmişdi. Alim h. 956-cı ildə
(1549) vəfat etmişdi
1240
.
Şeyx Kəmaləddin Muhəmməd ibn şeyx Qiyasəddin Əhməd əş-Şamaxi Şirvani
Xəlvəti təriqətinə mənsub şeyx və hənəfi məzhəbinə mənsub fəqih idi. Şamaxı
şəhərində anadan olmuşdu. O, seyyid Yəhya Bakuvinin tələbəsi və müridlərindən biri
idi. Səfəvilərin təzyiq və təqibi səbəbiylə Şirvanı tərk edib Misirə getmiş və Qahirədə
yaşamışdı. Qahirədə məskunlaşandan sonra şeyxlik və mürşidlik iddiasında olmadan
mütəvazi həyat sürmüşdü. Qahirədə əl-Xəlil karvansarayının yaxınlığında yaşayırdı.
Tələbələrinə elm öyrətməklə yanaşı buradakı emalatxanasında müxtəlif incəsənət
əsərləri və məişət əşyaları hazırlayıb satırdı. Şeyx Kəmaləddin Muhəmməd Şirvani
mömin, ədəb və gözəl əxlaq sahibi, xoşrəftar və təvazökar insan idi. O, uzun ömür
yaşamış, h. 927-ci ilin rəbiələvvəl ayında (fevral 1521) 113 yaşında vəfat etmişdi
1241
.
Şeyx İbrahim ibn Muhəmməd əl-Ərdəbili əş-Şamaxi Şirvani
Şafi’i məzhəbinə mənsub fəqih idi. H. 864-cü ildə (1459) həcc ziyarətinə getimş və h.
865-ci ilin (1460) ilin əvvəllərində həcc ziyarətindən qayıdarkən Qahirəyə gəlmiş və
buradakı alimlərlə görüşüb söhbət etmişdi. Fəzilət və təvazö sahibi alim idi. Misirdə
qaldığı bir il müddətində tədrislə məşğul olmuş, lakin çox az tələbə onun dərslərindən
faydalana bilmişdi. Həmin il yenə həcc ziyarəti üçün Məkkəyə getmiş və daha sonra
Azərbaycana qayıtmışdı. Şəmsəddin Səxavi onun öz vətənində tədrislə məşğul
1239
Mahmud ibn Muhəmməd ibn Ömər Çəğmini Xarəzmi (öl. 1221) yaşadığı dövrün məşhur riyaziyyatçı və
astronomlarından biri olmuşdur. ‚Müləxxəs fi’l-Hey’ə‛ və ‚Qüvvəi-Kəvakib və Zə’fuha‛ onun astronomiyaya dair
məşhur əsərləridir. Onun bu iki əsəri uzun müddət mədrəsələrdə dəslik kimi oxutulmuşdu. Ehtimal ki, ‚Mətni-
Çəğmini‛ bu iki əsərdən biridir.
1240
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 176; QƏZZİ, Kəvakibü’s-Sairə, s. 294.
1241
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VIII, s. 88-89; Ziya BÜNYADOV, ‚Sufiyskiy Tarikat Qyulşaniyya‛, İzbrannıye
Soçineniya, C. III, s. 156, Bakı 1999.
olduğunu və fətva mərcii olduğunu qeyd etmişdir. Alim h. 877-ci ildə (1472) vəfat
etmişdi
1242
.
Əbdürrəhman ibn Abdullah ibn Əbü’l-Xeyr əz-Zübeydi əş-Şamaxi Şirvani
Mühəddis idi. Şam diyarında, Zübeyd şəhərində hədis tədrisi ilə məşğul olmuşdu.
Burada onun dərslərində çox sayıda tələbə iştirak etmişdi. Onun tələbələri arasından
Nəfisəddin əl-Ələvi kimi mühəddis yetişmişdi. Alim h. 797-ci ilin şaban ayında (iyun
1395) vəfat etmişdi
1243
.
Əbü’l-Fəzl Şaban ibn Hacı ibn Mülkan Şirvani
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Xorasanın Nişapur şəhərinə getmiş
buradadakı hədis və fiqh alimlərinin bir çoxu ilə görüşərək onların tələbəsi olmuşdu.
Əbu Muhəmməd Abdullah ibn Yusif ibn Bamuyə əl-İsfəhani (öl. 1018), hafiz Əbu
Abdullah Muhəmməd ibn Abdullah Hakim Nişapuri kimi mühəddislərdən dərs almış
Əbü’l-Fəzl Şaban Şirvani təhsilini başa vurduqdan sonra Azərbaycana qayıtmış və
burada tədrislə məşğul olmuşdu
1244
.
Şeyx Şəmsəddin Muhəmməd ibn Əhməd ibn Səlah Şirvani
Zahid və abid bir şəxs olmaqla yanaşı hikmət, məntiq, astronomiya və rəsəd elmlərində
dövrün tanınmış alimlərindən idi. Dəməşqdəki ‚Səidü’s-Süəda‛ və ‚Şihabiyyə‛
xanəgahlarının şeyxi olmuşdu. Yaşadığı dövrdə Xacə Nəsrəddin Tusi, Əsirəddin
Müfəzzəl Əbhəri (öl. 1265), şeyx Qütbəddin İbrahim əl-Misri, imam Fəxrəddin
Muhəmməd Razi, şeyx Şərəfəddin Muhəmməd Məs’udi, şeyx Əbü’l-Fəth Muhəmməd
ibn Xəyyam, Bəhmənyar Şirvani, rəis Əbu Əli ibn Sina kimi alimlərin fəlsəfə,
astronomiya, məntiq, riyaziyyat, həndəsə və.s elm sahələrinə dair əsərlərinin dərin
1242
SƏXAVİ, Zəvu’l-Lami’, C. I, s. 107.
1243
İBN HƏCƏR, İbnai’l-Ğumr, s. 167.
1244
SEYRƏFİNİ, Müntəxəb, s. 274.
bilicisi kimi tanınmışdı. H. 698-ci ildə (1299) Dəməşqdən Qahirəyə getmiş və bir il sonra
h. 699-cu ildə (1300) burada vəfat etmişdi
1245
.
Şeyx Əli Əkbər ibn Mustafa ibn Mahmud əş-Şamaxi Şirvani
Şafi’i məzhəbinə mənsub fəqih olmaqla yanaşı ərəb filologiyası və ədəbiyyatı üzrə
tanınmış mütəxəssis idi. Hindistanın Heydərabad şəhərində yaşamışdı. Ərəb
filologiyası və şafi’i fiqhi sahəsində bir sıra əsərlərin müəllifi idi. Bunlardan ‚Məsailü’t-
Təmriniyyə fi’s-Sərf‛, ‚Məsalətu’l-İxbar bi’z-Zeyy fi’n-Nəhv‛, ‚Məşkukü’l-Məvrudə
fi’l-Məsaili’l-Məntiqiyyə‛, ‚Əcviyyə’ş-Şafi’iyyə fi’l-Məntiq‛ və ‚Tuhfətu’n-Nizamiyyə
fi’l-Füruqi’l-İstilahiyyə fi’l-Lüğə‛ni sadalamaq olar. Sonuncu əsərini h. 1310-cu ildə
(1863) qələmə almışdır
1246
. Ölüm tarixi məlum deyil.
Əbü’l-Fəzl Şaban əş-Şabrani Şirvani
Şafi’i məzhəbinə mənsub fəqih və mühəddis idi. Əsnəvi onu ‚əhli- zöhd, fəzilətli
imam‛ kimi sözlərdə tövsif etmişdi. Əbü’l-Fəzl Şabrani İranın Təbəristan vilayətinin
Amul şəhərində fiqh təhsili almış, Əbu Leyla Bəndar ibn Muhəmməd əl-Bəsrinin
tələbəsi olmuşdu. Bu şəhərin mühəddislərindən hədis dinləmişdi. Təhsilini başa
vurduqdan sonra vətəninə qayıtmış, Şabrandakı mədrəsələrdə dərs vermişdi. Əbü’l-
Fəzl Şaban əş-Şabrani h. 494-cü ilin şaban ayında (iyun 1101) vəfat etmişdi
1247
.
Mövlana Fəthullah ibn Əbu Yəzid Abdullah ibn Əbdüləziz ibn İbrahim əş-Şabrani
Şirvani
Riyaziyyatçı və astronom həmçinin şafi’i məzhəbinə mənsub fəqih və müfəssir idi.
Təqribən h. 820-ci ildə (1417) Şabran şəhərində anadan olmuş, ilk təhsilini doğma
şəhərində aldıqdan sonra təhsilini davam etdirmək üçün səyahətə çıxmışdı. Bir müddət
Xorasanın Tus şəhərində təhsil almış, burada Nizaməddin Nişapurinin astronomiyaya
1245
SƏFƏDİ, Vafi bi’l-Vəfayat, C. II, s. 101; həmçinin bax: BÜNYADOV, ‚Novıye Materialı o Vidnıx Deyatelyax
Azerbaydjana ve Epoxu Srednevekovya‛, s. 60.
1246
HÜSEYNİ, Nüzhətü’l-Xəvatir, s. 1311.
1247
ƏSNƏVİ, Təbəqatu’ş-Şafi’iyyə, C. II, s. 20.
dair ‚Şərhü’t-Təzkirə fi İlmü’l-Hey’ə‛ əsərini oxumuşdu. Daha sonra Səmərqəndə
getmiş və burada türk riyaziyyatçı və astronom Səlahəddin Musa Qazizadə Ruminin
(öl. 1437) tələbəsi olmuşdu
1248
. Səmərqənd mədrəsələrində ərəb filologiyası, fiqh,
riyaziyyat, astronomiya və kəlam elmlərini öyrənmişdi. 1440-cı ildə Səmərqənddəki
alimlərdən icazət (diplom) alaraq elmi tədqiqat və tədrisə başlamışdı. Əllamə İzzəddin
Yusif ibn İbrahim Ərdəbilinin
1249
(öl. 1377) şafi’i fiqhinə dair ‚Ənvar li Əməlü’l-Əbrar‛
adlı əsərinə farsca şərh yazmış və Teymuri hökmdarı Uluq bəyə təqdim etmişdi. 1440-cı
illərin birinci yarısında vətənə qayıtmışdı. Bir müddət Şirvandakı mədrəsələrdə tədrislə
məşğul olmuş daha sonra Anadoluya, Osmanlı ölkəsinə getmişdi. Onun bu ölkəyə
gəlişi sultan II Muradın (1421-1451) hakimiyyətinin son illərinə təsadüf etmişdir.
Candarlı İsmayıl bəyin tövsiyyəsi ilə bir müddət Qastamonu şəhərindəki mədrəsələrdə
dərs vermişdi. Müəllifi olduğu ‚Ayətü’l-Kürsi‛ təfsirini 1453-cü ildə Bursada sədriəzəm
Candarlı Xəlil paşaya təqdim etmişdi. Musiqi və bəstəkarlığa dair ‚Məcəllətü fi’l-
Musiqi‛ adlı əsərini də həmin il Osmanlı sultanı Fateh II Mehmedə (1451-1481) təqdim
etmişdi. İstanbulun fəthindən sonra onu himayə edən Candarlı ailəsinin başçısı Xəlil
paşanın sultanın əmri ilə edam edilməsi ilə vəziyyət bir qədər dəyişmiş və Fəthullah
Şirvani 857-ci ilin (1453) ortalarında yenidən Qastamonuya gedərək buradakı
mədrəsələrdə tədrislə məşğul olmuşdu. Qastamonuda ustadı Musa Qazizadə Ruminin
müəllifi olduğu ‚Şərhü’l-Müləxxəs fi İlmü’l-Hey’ə‛ adlı əsərinə ‚Fəvaid və’l-Fəvaid‛
adlı bir haşiyə yazaraq sultan Fateh II Mehmedə təqdim etmişdi. Lakin ümid etdiyinin
əksinə olaraq sultandan iltifat görməmişdi. ‚Haşiyəyi-Təlvih‛, ‚Şərhu-Əşkali-Tə’sis‛ də
alimin qələmindən çıxmış əsərlərdir. Bundan başqa Fəthullah Şirvani ərəb dilinin
qrammatikasına dair ‚Şərhu-İrşadü’l-Hadi‛
1250
adlı bir əsər də qələmə almışdır. 1465-ci
ildə həcc ziyarəti üçün yola çıxmışdı. Yolda İraqın bəzi şəhərlərində qalmış və
1248
Bursalı Mehmed Tahir onun Seyyidü’ş-Şərif Əbü’l-Həsən Əli Cürcani (öl. 1413) və Əli Quşçunun (öl. 1474)
tələbəsi olduğunu qeyd etsə də (bax: Osmanlı Müəllifləri, C. I, s. 392) bu mümkün görünmür. Çünki Seyyidü’ş-Şərif
Cürcani onun anadan olmasından 4 il əvvəl ölmüş, Əli Quşçu isə onunla həmyaş olmuşdur. Taşköprüzadə də onun
Seyyidü’ş-Şərif Cürcaninin tələbəsi olduğunu qeyd etmişdir (bax: Şəqaiqü’n-Numaniyyə, s. 65).
1249
Haqqında bax: səh. ???
1250
BAĞDADLI İsmayıl Paşa, Hədiyyətü’l-Arifin Əsmai’l-Müəllifin və Asarü’l-Müsənnifin, (Hzr. R. Bilge-İnal M. K), C. I,
s. 815, İstanbul 1951; KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 130. Bu əsər Sə’dəddin Təftazaninin ərəb filologiyasına
dair yazdığı ‚İrşadü’l-Hadi‛yə yazılmış şərhdir. Katib Çələbi və Bağdadlı İsmayıl Paşa Sə’dəddin Təftəzaninin (öl.
1389) Mövlana Fəthullah Şirvaninin (1417-1478) müəllimi olduğunu qeyd etsə də bu iki şəxsin təvəllüd və vəfat
tarixlərindən də görüldüyü kimi bu mümkün deyil. Katib Çələbi alimin adını ‚Şah Fəthullah Şirvani‛ olaraq qeyd
etmişdir.
mədrəsələrdə dərslər vermişdi. 1466-cı ildəki həcc ziyarətindən sonra bir il Məkkədə
mücavir olaraq qalmışdı. Məkkədə qaldığı dövrdə ətrafına toplaşmış tələbələrin istəyi
ilə dərslər vermişdi. Qayıdarkən Qahirəyə gəlmiş, buradakı elmi fəaliyyətlərlə tanış
olub alimlərlə görüşmüşdü
1251
. Qahirədən İstanbula getmiş, lakin heç vaxt sultan Fateh
II Mehmedin etimadını qazana bilməmiş və irəli çəkilməmişdi. Mövlana Fəthullah
Şirvani h. 891-cı ildə (1486) Qastamonuda vəfat etmişdi
1252
. O, Əli Quşçu ilə birlikdə
Osmanlı mədrəsələrində riyaziyyat və astronomiyaya dair tədqiqat ənənəsinin təməlini
qoymuş şəxs idi. Fəthullah Şirvani riyaziyyat, astronomiya, filologiya, ədəbiyyat, təfsir,
fiqh üsulu sahələrinə aid 6 məşhur əsərin müəllifidir. Bundan başqa musiqi, həndəsə,
optika kimi sahələrə dair onlarla risalə qələmə almışdı. Əsərlərinin çoxunu ərəbcə,
bəzilərini isə farsca qələmə almışdı. Onun ‚Risaleyi-Əqaid‛ adlı əsərinin bir nüsxəsi
Türkiyə Konya şəhəri Yusifağa əlyazmalar kitabxanasında, ‚Haşiyə ələ Şərhü’l-
Məvaqif‛ adlı əsəri İstanbul Atif əfəndi kitabxanasında, astronomiyaya dair ‚Haşiyə ələ
Şərhi’l-Müləxxəs fi’l-Hey’ə‛ adlı əsəri Türkiyə Kütahya şəhəri Vahidpaşa İHK,
‚Məcəllətü fi’l-Musiqa‛ adlı əsəri İstanbul Topqapı sarayı kitabxanası Nr. 3449-da,
Nəsrəddin Tusinin ‚Təzkirə fi İlmü’l-Hey’ə‛ adlı əsərinə yazdığı şərh İsfəhanın
Muhəmmədşəfi mədrəsəsi kitabxanası və Tehran universitetinin kitabxanasında, əllamə
İzzəddin Yusif Ərdəbilinin ‚Ənvar li Əməlü’l-Əbrar‛ adlı əsərinə farsca yazdığı şərhin
alimin öz dəsti xətti ilə 22 şəvval 845 (5 mart 1442) tarixində qələmə aldığı nüsxəsi
Tehran Sipəhsalar kitabxanasında saxlanmaqdadır. Alimin ‚Məcəllətü fi’l-Musiqa‛ adlı
əsəri 1986-cı ildə Frankfurtda ‚Ərəb və İslami Elmlər Məcmuası‛nda nəşr olunmuşdur.
Seyyid Sahib Muhəmməd ibn Muhəmməd əl-Əcəmi Şirvani
O, hələ kiçik ikən atası vəfat etmişdi. H. 886-cı (1482) ildən etibarən təhsil almağa
başlayan Sahib Muhəmməd Şirvani Məkkənin hənəfi imamı Şəmsəddin Buxarinin
tələbəsi olmuşdu. Məkkədəki alimlərdən hədis dinləmiş və hədis elmlərini öyrənmişdi.
1251
SƏXAVİ, Zəvu’l-Lami’, C. III, s. 241.
1252
TAŞKÖPRÜZADƏ, Şəqaiqü’n-Numaniyyə, s. 65-66; KATİB ÇƏLƏBİ, Kəşfü’z-Zünun, C. I, s. 130, 573; C. II, s. 1003,
1083; Bayram AKDOĞAN, ‚Fethullah Şirvani’ye Göre Makamların Tesirleri ve İcra Edileceği Vakitler‛, AÜİFD, C.
XLVIII/I, Ankara 2007, s. 77-82; Bursalı Mehmed Tahir Fəthullah Şirvaninin 857-ci (1453) ildə Qastamonuda vəfat
etdiyini və burada dəfn edildiyini qeyd etmişdir. Bax: Osmanlı Müəllifləri, C. I, s. 392.
Daha sonra Mədinəyə getmiş və Məscidi-Nəbəvidə mücavir olaraq qalmışdı. Bu
müddətdə Mədinə alimlərinin dərslərində də iştirak etmişdi. Hicazdakı təhsilini başa
vurduqdan sonra h. 895-ci ildə (1490) Qahirəyə getmişdi. Səxavi (öl. 1497) h. 899-cu ildə
(1494) onun Qahirədə yaşadığını qeyd etmişdir
1253
. Ölüm tarixini qeyd etmədiyiniə görə
alimin Şəmsəddin Səxavidən sonra vəfat etdiyini təxmin etmək olar.
Qənbər ibn Abdullah əl-Əcəmi Şirvani
Şafi’i məzhəbinə mənsub fəqih idi. Şirvanda təhsil almış, daha sonra Misirə getmiş və
əl-Əzhər camesində dərs vermişdi. O, zahid və abid insan idi. Təsəvvüfə meyl etmişdi.
Sadə geyinir və dünyəvi şeylərdən mümkün qədər az istifadə edərdi. Başında külah,
əynində yun köynək və xirqə olurdu. İbnü’l-İmad və İbn Həcərin verdiyi məlumatdan
Qənbər Şirvaninin mövləvi təriqətinə mənsub olduğunu təxmin etmək olar. Çünki hər
iki müəllif onun səma’ və rəqsi xoşladığını qeyd etmişdilər. Amma mümkündür ki, o,
başqa bir təriqətə də mənsub olsun. Çünki rəqs və səma’ sufi təriqətlərinin bir çoxunda
əsas ritullardan hesab olunur. Qənbər Şirvani kəlam və astronomiya elmləri ilə də
məşğul olmuşdu. O, bu sahədə bəzi əsərlərin müllifi idi. H. 801-ci ilin şaban ayında
(aprel 1399) vəfat etmişdi
1254
.
Mahmud ibn Muhəmməd Dilşad Şirvani
XV əsrdə Osmanlı imperatorluğunda yaşamış tarixçi, coğrafiyaşünas, mütərcim və ədib
idi. Qələmə aldığı əsərlərdən onun həmçinin təbabətlə də məşğul olduğu məlum olur.
Ehtimal ki, oğlu həkim Şükrullah Şirvani də atasının təbabətdəki məharətini davam
etdirərək yaşadığı dövrün məşhur tibb alimlərindən biri olmuşdu. Mahmud ibn
Muhəmməd Dilşad Şirvani yaxın bir qohumu ilə aralarındakı ziddəyyətlərdən ötrü
vətəni tərk edərək Osmanlı ölkəsinə getmiş və orada yaşamışdı. Prof. Kamandar Şərifov
Mahmud Dilşad Şirvaninin həyat və yaradıcılığı haqqında Azərbaycanda ən geniş
1253
SƏXAVİ, Zəvu’l-Lami’, C. V, s. 1.
1254
İBNü’l-İMAD, Şəzəratü’z-Zəhəb, C. VII, s. 704; İBN HƏCƏR, İbnai’l-Ğumr, C. II, s. 202.
tədqiqatı aparmış alimdir
1255
. Bundan başqa Türkiyədə möhtərəm ustadım prof. Mikayıl
Bayramın elmi rəhbərliyi ilə ərsəyə gəlmiş bir namizədlik dissertasiyasında
1256
alimin
həyat və yaradıcılığı haqqında ətraflı və müqayisəli məlumat verilmişdir. Mahmud ibn
Dilşad Şirvani bir sıra əsərlərin müəllifi idi. Bunlardan daha çox ‚Tuhfəyi-Muradi‛ adı
ilə tanınan ‚Muradi fi Əsnafi’l-Cəvahir‛ adlı hənəfi fiqhinə dair türkcə qələmə alınmış
əsər müəllif tərəfindən Osmanlı sultanı II Murada (1421-1451) təqdim edilmişdir. Bu
əsərin bilinən üç əlyazma nüsxəsindən biri Paris milli kitabxanasında, digəri Qahirədə
Misir milli kitabxanasında, üçüncüsü isə Türkiyədə Kastamonu İHK-də saxlanılır.
Alimin tibbə dair türkcə yazdığı ‚Kəhhalnaməyi-Nuri’l-Uyun‛ adlı əsərinin yeganə
nüsxəsi İstanbul Millət kitabxanasındadır. Mahmud Şirvaninin ən məşhur əsəri
‚Tərcüməyi-Tarixi-İbn Kəsir‛dir. Mahmud Şirvani məşhur mühəddis, müfəssir və
tarixçi İmadəddin İsmayıl ibn Kəsirin (1300-1373) ‚Bidayə və’n-Nihayə‛ adlı tarixə dair
çoxcildli əsərini ixtisarla ərəbcədən türkcəyə tərcümə etmişdir. Bu əsərin Türkiyədəki
kitabxanalarda beş əlyazma nüsxəsi mövcuddur. 2001-cü ildə dissertasiyam üçün elmi
material toplayarkən bu əsərin Nr. 900/3693-ə qeydli Konya BYEK-dəkı nüsxəsi ilə tanış
olmuşdum. Əsər uzun müddət Burdur İHK-də saxlanmış, daha sonra Konyaya
gətirilmişdi. Lakin dissertasiya mövzuma aid olmadığı üçün əsərin sadəcə kataloq
nömrəsini götürməklə kifayətlənmişdim. ‚Tərcüməyi-Tarixi-İbn Kəsir‛in müəyyən
etdiyimiz digər dörd nüsxəsi isə İzmir İHK-də saxlanılır.
Bursalı Mehmed Tahir Mahmud ibn Muhəmməd Dilşad Şirvaninin həmçinin Ömər
ibnü’l-Vərdinin (öl. 1349) ‚Xəridətü’l-Əcaib və Fəridətü’l-Qəraib‛ və İsmayıl əl-
İstəxrinin (X əsr) ‚Məsalikü’l-Məmalik‛ adlı coğrafiyaya dair əsərlərini, həmçinin
aşağıda haqqında məlumat verdiyimiz mövlana Muhyəddin Muhəmməd Qarabağinin
(öl. 1535) ‚Calib’s-Sürur və Səblü’l-Qürur‛ adlı əsərini türkcəyə tərcümə etdiyini
bildirmişdir
1257
. Lakin Səma Yaniçin fikrinə görə ‚Xəridətü’l-Əcaib və Fəridətü’l-
Qəraib‛ və ‚Məsalikü’l-Məmalik‛ xacə Mahmud ər-Rumi adlı başqa bir alim tərəfinən
1255
Kamandar ŞƏRİFOV, ‚Mahmud Şirvani‛, AMEA Əİ, Filologiya Məsələləri, Bakı 1999, s. 56-67. Həmçinin bax:
Səma YANİÇ, ‚Hace Hatib Mahmud er-Rumi, Eserleri ve Osmanlı İlim Hayatındaki Yeri‛, SÜTAD, S. 17, Konya
2005, 411-423.
1256
Dissertant yoldaşlarımızdan Səma Yaniç ‚Hace Hatib Mahmud er-Rumî ve Haridetü’l-Acayib ve Feridetü’l-
Garayib‛ adlı namizədlik dissertasiyasını 2004-cü ildə Konya Səlcuq universitetində müdafiə etmişdir.
1257
Osmanlı Müəllifləri, C. III, s. 139-140, İstanbul 1342.
tərcümə olunmuş və bu iki müəllif müasir tədqiqatçılar tərəfindən eyni şəxs kimi qəbul
edilmişdirlər
1258
. Bizim fikrimizə görə də Bursalı Mehmed Tahirin verdiyi məlumatlarda
ziddiyət var. Belə ki, Mehmed Tahir alimin sultan II Muradın (1421-1451) dövründə
yaşadığını qeyd etməklə yanaşı onun Muhyəddin Qarabağinin ‚Calib’s-Sürur‛ adlı
əsərini türk dilinə tərcümə etdiyini bildirir
1259
. Halbuki Muhyəddin Qarabaği 1535-ci
ildə vəfat etmişdir. Mahmud Şirvaninin özündən təqribən bir əsr sonra yaşamış bir
şəxsin əsərini tərcümə etməsi şübhəsiz ki, mümkün deyil. Mahmud Şirvaninin ölüm
tarixi dəqiq məlum olmasa da h. 843-cü ildən (1439) sonraya təsadüf etdiyi bilinir.
Dostları ilə paylaş: |