Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat



Yüklə 131,95 Kb.
səhifə1/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   27
OTM (mühazirə mətnləri) yeni


OXU TƏLİMİNİN METODİKASI
(mühazirə mətnləri)

2023
Ədəbiyyat

  1. Abdullayev N.Ə. Ədəbi tələffüz təliminin metodikası. Bakı: Maarif, 1986

  2. Cəfərova N. İbtidai siniflərdə Azərbaycan dilinin tədrisi metodikası. I hissə, Bakı, 2016

  3. Cəfərova N. Nitq inkişafı üzrə işin metodikası. Bakı, 2018

  4. Həsənli B. , Abdullazadə N. İfadəli oxu. Bakı, 2015

  5. Kərimov Y. Ana dilinin tədrisi metodikası. Bakı, “Kövsər”, 2011.

  6. Rəhimov A. İbtidai siniflərdə oxu təlimi. Bakı, 1998

  7. TPİİ . Oxu təlimi. (Müəllimlər üçün). Bakı, 2018

  8. Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları). // Kurikulum, 2010, № 3

  9. Ümumtəhsil məktəblərinin I-IVsiniflər üçün fənn kurikulumları. Bakı:Təhsil,2008

  10. “Ümumi təhsil kurikulumunun əsasları üzrə təlim”, ARTN, Mədəd təşkilatı, Bakı, 2014

  11. Veysova Z. Fəal(interaktiv) təlim. Müəllim üçün vəsait, UNİSEF, 2009

  12. Yusifov F.İfadəli oxu. Bakı, 2014

  13. http://www.dso.org.tr/userFiles/File/etkili_okuma2.pdf

  14. https://www.academia.edu/38669328/M%C3%9CAS%C4%B0R_T%C6%8FL%C4%B0MD%C6%8F_STRATEG%C4%B0YALI_OXUDAN_%C4%B0ST%C4%B0FAD%C6%8FN%C4%B0N_%C6%8FH%C6%8FM%C4%B0YY%C6%8FT%C4%B0

  15. http://www.tipii.edu.az/az/article/374-oxu-talimi-muallimlar-ucun-vasait



  1. Oxu təlimi metodikasının məqsəd və vəzifələri

Oxu informasiya mənbəyi olmaqla yanaşı yaradıcı fəaliyyət prosesidir. Bu isə məktəbdə müəllim və şagirdin birgə fəaliyyətinin nəticəsi kimi meydana çıxır. Bu prosesdə kiçik yaşlı məktəblilərə düzgün sürətli, ifadəli və şüurlu oxumaq, savadlı yazmaq, dəqiq hesablamaq, ümumiyyətlə, müxtəlif fənlərdən zəruri biliklər qazanmaq, bu bilikləri praktikaya düzgün tətbiq etmək, səlis nitqə yiyələnmək və s. üzrə bacarıq və vərdişlər formalaşdırılır.
Oxu elə bir prosesdir ki, şagirdin idrak fəaliyyətini bütövlükdə özündə əks etdirir, məzmunun dərindən başa düşülməsi, dərk olunması işini tamamlayır. İbtidai siniflərdə bu işin səmərəli təşkili şagirdlərin emosional və intellektual inkişafına, oxu materialının şüurlu mənimsənilməsinə güclü təsir göstərir.
Oxu materialları üzrə təlimin ümumi məqsədi şagirdləri ifadəli və şüurlu oxu vərdişlərinə yiyələndirmək, təbiət və ictimai həyat haqqında onlara lazımi biliklər vermək, onlarda xalq, dövlət mülkiyyətinə qayğıkeş münasibət bəsləmək, onların təfəkkürünü bədii obrazlarla zənginləşdirmək, nitqini, fantaziyasını inkişaf etdirmək, vətənə, xalqa, ana dilinə, elm və s. məhəbbət hissləri tərbiyə etmək, humanist duyğular aşılamaqdır. Məqsədə müvafiq olaraq ibtidai siniflərdə oxu təliminin qarşısında müəyyən vəzifələr durur:

  • şagirdlərin düzgün, sürətli, ifadəli və şüurlu oxu vərdişlərinin inkişaf etdirilməsi;

  • oxu materiallarındakı məlumatların həyatı reallıq baxımından şərh edilməsi;

  • vətənimiz, onun qüdrəti, xalqımızın qəhrəman keçmişi, bu günü və gələcəyi, doğma təbiətimizin zənginliyi, rəngarəngliyi və s. əlaqədar şagirdlərin təsəvvürlərinin zənginləşdirilməsi;

  • şagirdlərin türk dünyası, Azərbaycan xalqının milli adət-ənənələri ruhunda tərbiyə edilməsi;

  • Azərbaycanda yaşayan azsaylı xalqların və etnik qrupların həmrəyliyi, dostluğu ideyalarının şagirdlərə çatdırılması və onlarda milli mənlik, millilikdən bəşəriliyə hisslərinin aşılanması;

  • şagirdlərə ana dilinin dərindən mənimsədilməsi, onun gözəlliyinin, böyük qüdrətinin dərk etdirilməsi, ondan zövq almaq qabiliyyətinin formalaşdırılması, nitq və təfəkkürlərinin inkişaf etdirilməsi;

  • şagirdlərdə Azərbaycan uşaq ədəbiyyatına maraq və məhəbbət hisslərinin tərbiyə olunması;

  • uşaqlarda əməyə, əmək adamlarına, müxtəlif sənət və peşələrə rəğbət hissinin aşılanması və s.

Oxu təliminin metodikası və onun predmeti üç vasitə əsasında həyata keçirilir: l) təlim; 2) təhsil; 3) tərbiyə.

Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin