Pedaqogika imtahan cavabları Şagirdə münasibətə görə pedaqoji texnologiyaları fərqləndirin


)Tərbiyənin şagirdlərin müsbət keyfiyyətlərinə əsaslanması



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə42/69
tarix08.06.2023
ölçüsü0,76 Mb.
#127257
1   ...   38   39   40   41   42   43   44   45   ...   69
Pedaqogika imtahan cavabları

2)Tərbiyənin şagirdlərin müsbət keyfiyyətlərinə əsaslanması. Tərbiyə işinin 
təşkilinin səmərəsi tərbiyəçi ilə tərbiyəolunan arasındakı müsbət, konstruktiv 
münasibətlərin qurulmasından asılıdır. Bu baxımdan pedaqoqun şagirdlərlə 
qarşıdurması yolverilməzdir. Peşəkar pedaqoq şagirddə istənilən müsbət 
keyfiyyəti üzə çıxarmalı və tərbiyə işini onun üzərində qurmalıdır. Həmin 
keyfiyyətlərə:
Şagirdlərin maraqlarını müəyyənləşdirmək 


Şagirdlərə çatışmazlıqlarını xatırlatmamaq, onların zəif cəhətlərinə kollektivin 
diqqətini cəlb etməmək, təqdirəlayiq fəaliyyətlərini vurğulamaq, dǝyər vermək, 
uğursuz fəaliyyət zamanı ruhlandırmaq, öz güclərinə inandırmaq 
Əlverişli tərbiyə mühiti yaratmaq. Tərbiyənin şagirdlərin müsbət keyfiyyətlərinə 
əsaslanması qanunauyğunluğu- tərbiyə prosesində müəllim şagirdlərin müsbət, 
iradi keyfiyyətlərinə istinad edərsə, onlarda tərbiyəlilik davranışlarının səviyyəsi 
yüksələr. 
3)Tərbiyənin həyatla, ictimai təcrübə ilə əlaqəsi. İstənilən tərbiyəvi fəaliyyətin 
faydası real həyat nümunələri üzərində qurulduqda, səmərəlilik bir neçə dəfə 
artır. Tərbiyə şəxsiyyətin həyat təcrübəsinə və real fəaliyyətinə əsaslanmalıdır. 
Bu məqsədlə müəllim istənilən tərbiyəvi tədbirin təşkilində onun həyati 
əhəmiyyətini vurğulamalıdır. Müəllimlər, tərbiyəvi söhbətlər apararkən dövrün 
tələblərinə istinad etməzsə, real faktlara əsaslanmazsa tədbir, fəaliyyət, söhbət 
şagirdlər üçün mənasız olar. Tərbiyənin ictimai təcrübə ilə əlaqəsi 
qanunauyğunluğu tərbiyə prosesində pedaqoqun tərbiyə işini həyatla, ictimai 
təcrübə ilə əlaqələndirməsindən asılı olaraq şagirdlərin ictimai təcrübə 
imkanlarından istifadə bacarığı yüksəlir. 
4)Tərbiyədə məktəblə ailənin birgə fəaliyyəti. Müəllim ailənin köməyi olmadan 
tərbiyə işində uğur qazana bilməz. Ailə uşağa gündəlik təsir göstərdiyi üçün onun 
şəxsi keyfiyyətlərinin formalaşdırılması baxımından tükənməz imkanlara 
malikdir. Ailə şagird şəxsiyyətinin inkişafına böyük təsir göstərir,ilk ictimai pillə 
kimi uşağın cəmiyyətdəki həyat təcrübəsini, bacarıqlarını istiqamətləndirir. 
Məktəblə ailənin fəaliyyətində vahidlik qanunauyğunluğu tərbiyə prosesində 
məktəblə ailənin birgə fəaliyyətindən asılı olaraq şagirdlərin tərbiyəlilik səviyyəsi 
yüksələr. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin