Положение мяса животных



Yüklə 0,81 Mb.
səhifə56/75
tarix02.01.2022
ölçüsü0,81 Mb.
#1052
1   ...   52   53   54   55   56   57   58   59   ...   75
Şeyx Useymin rahmətullahi aleyhi - deyir ki: “Qeyri müsəlman dövlətlərdən idxal olunan, yəni kəsilmiş heyvanlara Yəhudi və Xaçpərəstlər cavabdehlik daşıyırlarsa bu cür heyvanların ətlərini yemək halaldır və onların necə kəsildiyini, Allahın adının zikr edilib-edilmədiyini soruşmamalıyıq necə ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Xeybərdə Yəhudi qadın tərəfindən verilən qoyun budunu yemişdir. Buxari 2617, Müslim 2190. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – Yəhudinin verdiyi yeməyi də yemişdir. Halbuki orada qaxsımış yağ vardı. Yağ isə - öz halını dəyişmiş piydir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onun necə kəsildiyini və Allahın adının zikr olunub-olunmadığını heç soruşmadı. Aişə - radıyallahu anhə - rəvayət edir ki, bir qrup insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?”. Peyğəmbər: “Bunun üçün siz Bismilləh deyib, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi. Buxari 2057. Bu hədislərin hər biri dəlildir ki, heyvanın necə kəsildiyi barədə soruşmaq lazım deyil. Bu da şəriətin hikmətindən və asanlığındandır. O, ki qaldı qeyri müsəlman dövlətlərindən idxal edilən, kəsilməsində cavabdehdir məcusilər, bütbərəstlər və s. bu cür ətləri yemək haramdır. Çünki Allah bizlərə kafirlərin yeməklərini yeməyi haram etmişdir, Kitab Əhli istisna olmaqla.

Əgər biz kəsilən heyvanın Müsəlman, Kitab Əhli tərəfindən kəsildiyində ehtmal etsək bu cür əti yeməkdə heç bir problem yoxdur. Fəqihlər deyirlər: “Əgər bizə ət verilsə elə bir yerdə ki, əhalisinin çox hissəsi ətinin yeyilməsinə icazə verilən qrupdandırsa (Kitab Əhli və Müsəlmanlar) bu cür ət halaldır”. Əgər ətin mənşəi və kim tərəfindən kəsildiyi bilinməzsə daha yaxşı olar bu cür əti yeməkdən çəkinəsən.

Fətava Uləma Bilədil Haram” 378-379.
12. Sual: Hörmətli Şeyx, əgər bir kimsə şübhəli şeydən çəkinərək ət yemir, lakin valideyinləri onu yeməyi əmr edirlər. O, kimsə valideyinlərinə itaət etməlidir, yoxsa şübhəli şeydən çəkinməlidir?


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin