III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
983
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
göstərdiyi əntiq əşyalar şairi təəccübləndirmir. Əksinə, onların hər biri şairi düşündürür. On-
ların arxasında qoca Füzuli insan taleləri, göz yaşları, böyük-böyük hadisələr görür. Bəxtiyar
Füzuli düşüncəsindəki bu hadisələri poetik təcəssüm etmişdir.
“Şəbi-hicran” Bəxtiyar Vahabzadənin fəlsəfi düşüncə poemasıdır və bu əsər vaxtilə ona
şöhrət gətirib məşhur etmişdir.
MÜSTƏQİLLİK DÖVRÜ AZƏRBAYCAN NƏSRİNDƏ TARİXİ
VƏ MƏNƏVİ YADDAŞ MİLLİLİK KONTEKSTİNDƏ
(M.SÜLEYMANLININ "TEYMURLAR" ƏSƏRI ƏSASINDA)
Nigar ASLANOVA
Azərbaycan Müəllimlər İnstitutu
a.q.nigar@gmail.com
AZƏRBAYCAN
Müstəqillik illəri nəsrində müxtəlif tarixi dövrlərin hadisələri, tarixi və mənəvi yaddaşın
bədii ifadəsinin əks olunduğu əsərlərdə milli əxlaqi dəyərlərin təsvirinə də geniş yer ayrıldığı
nəzərdən qaçmır. Bu əsərlərdə kişilik, mərdlik qanunları ilə tənzimlənən davranış tərzlərinin,
şərəf və ləyaqət nümunələrinin şahidi oluruq ki, bu da milli-tarixi varlıqdan süzülüb gələn
xarakterin gücünü nümayiş etdirir.
Bu ənənəyə sadiq qalan M.Süleymanlı "Teymurlar" (2010) povestində növbəti dəfə
"erməni xisləti" mövzusunu bədii inikas obyekti olaraq seçir. Sözügedən məsələyə işıq salan
yazıçı eşitdikləri, gördükləri – ermənilərin tarixi abidələrimizi xarabalıqlara çevirmələri,
kənddə nüfuz sahibi olmaları, vaxtın onlara işləməsi kimi mənzərələrin bədii təsvirini verərək
bu tədbirli, qurnaz millətin əsl simasını aşkarlayır: "...tanıdığım-tanımadığım ermənilər gözlə-
rimin qarşısına gəlir, hamısı da gördükləri işin üstündə... amma üz-gözlərində gördükləri işin
yox, görmədikləri gizlin, dolaşıq, anlaşılmaz işlərə hazır olan bir rəng... Onları kişili-arvadlı
bir-birinə bənzədən də həmin rəngdi; guya iş görürlər, əslində alt qatlara, gizlində olan işlərə
hazırlaşırlar... istədim deyəm ki, ermənidən əsgər olmaz, demədim, onu dedim ki, yaxşı iş
quran olar, yəni inandırsan ki, o dağın altında bir dənə erməni hərfi qalıb, erməni yazısından
bir hərf, gedək o dağı çapaq, erməni hərfini çıxardaq, gör necə sevinə-sevinə gələcək... De-
məli o, ayrı cür əskərdi..." [bax: M.Süleymanlı. And olsun əsrə...].
Müəllifin əsərdə yaratdığı Teymur adında bir neçə müxtəlif peşə sahibi olan obrazlar –
bioloq Teymur, şahmatçı Teymur, İmirxanlı Teymur, bacıoğlu Teymur, eyni zamanda axsaq
erməni Gevorq, erməni qızı Susanna və b. yazıçı təhkiyəsinin aşkarlanmasına, erməni xisləti-
nin açılmasına xidmət edir.
Əsərin əsas qayəsi yazıçı-təhkiyəçinin xatirələrində, kəndə getdiyi zaman bacısı oğlu
Teymurla söhbətlərində, düşüncələrində öz əksini tapır. Qəhrəman keçmiş xatirələri işə salaraq
telefonla ölüm xəbərini aldığı Teymurun tanıdığı Teymurlardan hansı olması barədə baş
sındırır və bu əsnada oxucu həmin insanlarla bir-bir tanış olur. Məlum olur ki, bu nə İmirxanlı
Teymur, nə dostu bioloq Teymur, nə də şahmatçı Teymurdu, haqq yoluna qovuşan bacısıoğlu
– ailəsinin istəyi ilə kənd qızı, sonra isə onların razılığı olmamasına baxmayaraq istəklisi – er-
məni qızı Susanna ilə evlənib Rusiyaya köçən, "bir gecədə ikisini aldım" – deyən Teymurdu.
Yazıçı əsərdə "Erməni adındakı hərflər" romanında qoyduğu ideyanı – türkçülük ideya-
larının təbliği, erməni hiylə və qurnazlığı problemini "Teymurlar" povestində də davam etdirir,
kökündən ayrı düşən insanın mənəvi aşınmalara yol açan yad əxlaqa meyl etməsinə qarşı çıxır.
Əcdadlarına – baba, əmi-dayıya oxşamağı gerilik sayan bacıoğlu Teymur milli-əxlaqi dəyərlə-
rin üstündən xətt çəkərək Avropa mədəniyyətini nümunə kimi göstərir. Erməni qızından olan,
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
984
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
öz adını verdiyi övladının milliyyətinı təyin etməkdə çətinlik çəkən, seçimi onun öhdəsinə bu-
raxaraq millətinin gələcəyinə biganə qalan Teymurun bu düşüncələri mənəvi aşınmalara bir
işarədir.
Müəllif bacıoğlanlarının timsalında öz yolundan saparaq başqalarına oxşamağa can
atan gənclərin gələcəyindən nigarandır: "...doğrudu, insan böyüdükcə məktəb keçməlidi,
amma insan doğulanda həm də öz məktəbiylə birgə doğulur; bu ana məktəbidi, nəsil-nəcabət,
qan yaddaşı məktəbidi... qanla, südlə, sümüklə gələndi... Siz bacıoğlanları, bizim sevimli
gələcəyimiz, necə gəldi, böyüyün, hansı rəngi istəyirsiz seçin, özünüzü boyayın, o rəngə bələ-
nin, kim bəzəklidi ona oxşamağa çalışın. Olsun! Bəs bilmirsinizmi, bütün bunlar, seçdiyiniz
bu rənglər sizi azdırmaq üçündü ki, öz yolunuzu tapa bilməyəsiniz..." [bax: M.Süleymanlı.
And olsun əsrə...].
Əsərdə yazıçının haqlı narahatlığına səbəb olan məqamlardan biri – kök məsələsinə
toxunulmaqla bu problemə mənəvi-əxlaqi dəyərlər müstəvisində işıq salınır. Təhkiyəçi ağac,
bitki köklərinin torpaqdakı həyatı, onların bir-biriləri ilə necə yola getmələri, oğurluğa meyilli
olub-olmamaları barədə düşüncələr aləminə qərq olur. Yazıçının təbiətin canlı varlıqlarına
maraq etməsi təsadüfi deyil, bununla o, ermənilərin həyat vərdişinə çevrilmiş oğurluğa meyil,
onların qonşuluq münasibətindəki qarşıya qoyduğu mövqeyi problemini bir daha gündəmə
gətirir.
Kənddəki tarixi abidələrimizi dağıdıb xarabalıqlara çevirən, hər şeyin adını dəyişdirib
özününküləşdirən ermənilər, bizlərin çoxunu da erməniləşdirməyin öhdəsindən məharətlə gələ
bilir. Bunu əsərdəki başqa xalqın tarixini saxtalaşdırdığı kimi, Teymuru da mənimsəməyi
bacaran erməni Gevorqun timsalında daha aydın görmək olur.
Müəllifin əsərdə qaldırdığı məsələlərdən biri də "sapı özümüzdən olan baltalar" prob-
lemidir. Əsərdə doğulub boya-başa çatdığı yurdunu,el-obasını xarabazara çevirməkdə erməniyə
dəstək verən, yardım edənlər sırasında ön cərgədə dayananların millətimizin "qəhrəman"
oğullarının olması vurğulanır.
Əsərdə təhkiyəçinin Teymurun valideynləri kimi erməni qızıyla evlənməsinə qarşı ol-
ması fikri dərin köklərə əsaslanır, yazıçının erməniləşdirmə prosesinin və bunun nəticəsi ola-
raq gələcəkdə baş verə biləcək faciələrin qarşısını almaq istəyindən doğur.
CABBAR ƏFƏNDİZADƏ TƏNQİDİNDƏ POEZİYA MƏSƏLƏLƏRİ
Aysel QULİYEVA
Azərbaycan Müəllimlər İnstitutu
a_guliyeva@hotmail.com
AZƏRBAYCAN
İstedadlı ədəbiyyatşünas-tənqidçi və dilşünas alim Əbdülcabbar Qasım oğlu Əfəndizadə
1920-30-cu illər ədəbi-tənqidi fikir tariximizdə özünəməxsus yeri, yaradıcılıq üslubu olan bir
şəxsiyyətdir. Alim elmi yaradıcılığında türk xalqlarının mədəni, mənəvi birliyi ideyasını hər
zaman mühafizə etmişdir. Onun məqalələrində folklor, poeziya nəzəriyyəsi, ədəbiyyat tarixi,
ümumi dilçilik və s. sahələrlə bağlı maraqlı fikir və mülahizələr öz əksini tapmışdır. Tənqid-
çinin poeziya məsələləri ilə bağlı görüşləri, xüsusilə görkəmli şairlərimizin bədii irsi ilə bağlı
qənaətləri öz elmi dəyəri ilə diqqəti cəlb edir. Alimin “Ədəbiyyatdan iş kitabı”nda yer alan
“Dil, sənət və ədəbiyyatın mənşəyi və inkişafı”, “Şəkil və mündəricə məsələsi”, “Aprel və
ədəbiyyat”, “Azərbaycan 10 illik ədəbiyyatına bir nəzər”, “Lövhələr” poeması” məqalələri bu
gün də xüsusi əhəmiyyətə malikdir. Prof. N.Qəhrəmanlı haqlı olaraq, onun “Ədəbiyyatdan iş
kitabı”nda yer alan məqalələrini “Azərbaycan ədəbiyyatşünaslığında poetika və estetikanın
əlaqələrindən bəhs edən ilk elmi işlərdən” biri kimi qiymətləndirib. Şeirə, şairə yüksək qiymət
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
985
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
verən C.Əfəndizadənin fikrincə, “şair olmaq üçün şübhəsiz ki, əvvəla istedad lazımdır... İste-
dadı meydana çıxarmaq və qüvvətləndirmək üçün ciddi və sistemli çalışmaq, ciddi və davamlı
işləmək lazımdır”. O, “Dil, sənət və ədəbiyyatın mənşəyi” məqaləsində lirik şeiri şəxsi duyğu-
nun bədii ifadəsi hesab edərək, bu duyğunun həyat və zəhmətin gedişilə bağlı olaraq “arzu”,
“həzz” və ya “ələm” şəklində mövcud ola bildiyi fikrini irəli sürürdü.
Əfəndizadənin “Aprel və ədəbiyyat” məqaləsi poeziya məsələlərinin işıqlandırılması ba-
xımından xüsusilə maraqlıdır. Məqalədə dövrün, ideologiyanın tələbindən irəli gələn sosioloji
yanaşmalara rast gəlsək də, burada tənqidçi obyektivliyini, sənətə münasibətdə estetik yanaş-
manı da aydın müşahidə etmək mümkündür. Müəllif inqilabın ilk dövrünün ədəbiyyatını
“burjuaziya, cığırdaşlıq, kəntçilik” deyə “üç zümrəyə” ayırırdı. C.Əfəndizadə burjuaziya qru-
punun nümayəndəsi kimi H.Cavidi, S.Mənsuru göstərirdi. Tənqidçinin H.Cavid yaradıcılı-
ğının təhlili ilə bağlı fikirlərində sənətə estetik münasibət də özünü göstərirdi: “Cavid Azər-
baycanda şəkil və lisanca ən iləri gələn bir şairdur. Şah əsəri “İblis” olan Cavidin yaradıcılı-
ğında da əsas xətti nə millətçilik, nə inqilab, nə də ictimai mövzulardır, onun əsas xətti este-
tizmdir; onun bütün yaradıcılıq qüvvəti bütün bədii görüşü: Mənim tanrım gözəllikdir,
sevgidir. – misrasında göstərdiyi hüsn və eşq pərisidir”. Doğrudan da, H.Cavid poeziyasında
məhəbbət və gözəllik anlayışları bir-birindən ayrılmaz şəkildə bağlıdırlar. Bu barədə tənqidçi
doğru qənaətə gəlirdi. Lakin alimin qeyd etdiyi kimi, H.Cavid yaradıcılığını ancaq estetizmə
bağlamaq 1930-cu illərdə romantizmin kifayət qədər doğru və elmi şəkildə araşdırılma-
masının nəticəsi idi. C.Əfəndizadə H.Cavidin “Azər”poeması haqqında da öz fikrini bildirirdi:
“Azər” poeması, məsələn, Şeyx Sədinin nəsihətnamələrini andıran bir tərzdə Azərin dililə vəz
və nəsihət verir”. Qeyd etmək lazımdır ki, “Azər” poeması şairin müxtəlif mövzular haqqında
düşüncələrini çatdırmaqla bərabər, 1920-30-cu illərdə ictimai-siyasi mühitin bir sıra real-
lıqlarını da izləməyə imkan verir.
C.Əfəndizadənin“Aprel və ədəbiyyat” məqaləsində poeziya ilə bağlı yazılan fikirlərdə
bədii-sənətkarlıq məsələlərinə diqqət qabarıq cəhət kimi özünü göstərirdi. Tənqidçi M.Rəfili
şeirlərini bədiilik prizmasından təhlil edir, yeni obrazlar, yeni sözlər və nəhayət, Azərbaycan
ədəbiyyatına tanış olmayan yeni mövzular ilə ortaya çıxan Rəfilini ruhilə, talantının növilə də
yeni, “Azərbaycan ədəbiyyatının ən orijinal hadisələrindən biri” hesab edirdi.
Məqalə ilə tanışlıq zamanı tənqidçinin şairlərin ədəbi fəaliyyətini dəyərləndirərkən mə-
sələyə qeyri-siyasi nöqteyi-nəzərlə yanaşdığı aydın şəkildə görünür. Əlbəttə, ədəbi mübarizə
və mübahisələrlə xarakterizə olunan dövrün ədəbi tənqidində tənqidçinin məqaləsi ilə bağlı
narazı fikirlər də öz əksini tapırdı. Vaxtilə H.Zeynallı “Ədəbi tənqidimizdəki yanlışlıqlar haq-
qında” başlıqlı məqaləsində tənqidçinin bu məqaləni müasir ədəbiyyatımızı marksizm metodilə
deyil, qeyri-siyasi bir tərzdə təhlil etdiyi qənətinə gəlirdi. Şübhəsiz ki, C.Əfəndizadənin
mülahizələri sənət qanunları baxımından həqiqəti ifadə edirdi.
Əfəndizadə “Sijimqulunamə” təxəllüsü ilə şeirlər yazan şair Ə.Nəzmini “proletar ədəbiy-
yatına yaxınlaşan cığırdaş şair” adlandırsa da, onun bədii irsinin ədəbi fikir tariximizdə mü-
hüm əhəmiyyət kəsb etdiyini vurğulayırdı. Tənqidçi həmçinin kənd həyatının, xalqın məişəti-
nin, mənəvi dəyərlərinin bədii təsvirini şeirlərində, poemalarında qabarıq şəkildə izlədiyimiz
H.K.Sanılını böyük bir “kəndli yazıçısı” adlandırırdı.
C.Əfəndizadə M.Rahim və M.Müşfiq yaradıcılıqlarına bədii sənətkarlıq baxımından
dəyər verirdi. “Rahim və Müşfiq aldıqları mövzuları çox bədii şəkildə verməyə çalışırlar.
Bunlardan Rahim el ədəbiyyatının yüksək bədaətini, Müşfiq isə əski ədəbiyyatın klassik
gözəlliyini öz şeirinin bədii tərəfi üçün əsas tutmağa çalışırlar”. S.Rüstəm poeziyasında isə
daha çox inqilabın, yeni həyatın öz ifadəsini tapdığını göstərirdi. Tənqidçi son dövrlərdə şairin
yaradıcılığı ilə bağlı “mövzular təkərrür edir və kiçilir” –deyə yazaraq təkamülün aşağı oldu-
ğunu bildirirdi. Şairə qarşı olan bu haqlı irad M.Hüseyn, Ə.Nazim tənqidində də özünü gös-
tərirdi. M.Dilbazi və N.Rəfibəyli yaradıcılığına verilən yüksək qiymət də C.Əfəndizadə tənqi-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
986
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
dində özünə yer alırdı. O, N.Rəfibəylinin əsərlərində hissin çox yer tutması ilə bərabər, yeni
ədəbiyyatın ən gözəl nümunələrini verməyə çalışdığını göstərirdi.
Beləliklə, Cabbar Əfəndizadənin ədəbi-tənqidi irsi poeziyanın aktual məsələlərini əks
etdirməsi baxımından da Azərbaycan ədəbiyyatşünaslığının ən dəyərli nümunələrindəndir.
ƏDƏBIYYATDA SIYASI OXŞAR (DVOYNIK) ARXETIPININ
TƏZAHÜRFORMALARI(K. ABDULLANIN “YARIMÇIQ
ƏLYAZMA” VƏ L. FEYXTVANGERIN “YALANÇI
NERON” ƏSƏRLƏRININ ƏSASINDA)
Elnarə QARAGÖZOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
e.garagozova.bsu@gmail.com
AZƏRBAYCAN
İnsan özünü dərk etdiyi qədim zamanlardan bəri öz oxşarının mövcudluğuna inanmış-
dır. Bir çox mədəniyyətlərdə insanın və heyvanların oxşarlarının mövcudluğuna inam özünü
göstərir. Oxşar obrazının yaranması qədim mifoloji köklərə dayanır. Lakin oxşar obrazı çox
zaman insanın mənfi səciyyəli əkizi, faciəli mövzu ilə bağlıdır. Məsələn, alman folklorunda
belə bir obraz doppelganger (hərfi tərcüməsi "phantom əkiz") adlanır. Bəzi inanclara görə
doppelganger xəstəlik və ya təhlükə ehtimalı olduqda insanın dostlarına və ya qohumlarına
görünür. Şotlandiya folklorunda da oxşar doppelganger kimi təzahür edir. Norveç mifologiya-
sında bu «vardøger» adlı sirli kabus kimi meydana çıxır.
Bu motiv xüsusilə XIX-XX əsrlərdə inkişaf etmişdi. Bir çox bədii nümunələrdə oxşar
əsasən şeytani əkiz kimi meydana çıxır. Onun görünməsi bəzən qəhrəmanın tezliklə öləcəyini
xəbər verir. Oxşar çox zaman insanın "qaranlıq tərəfi», alter ego, düşmən kimi səciyyələnir.
Doppelgangerlərə Hofmanın əsərlərində, Puşkinin “Vasilyevski adasında tənha ev”,
Odoyevskinin “Silfida”, Qoqolun “Şinel”, Dostoyevskinin “Oxşar”, C. Hoqqun “Bağışlanmış
günahkarın tövbəsi”, Edqar Ponun “Vilyam Vilson”, “Qara pişik”, R.L.Stivensonun “Sahib-
kar Ballatre” əsərlərində rast gəlinir.
İnsanın qeyri-maddi oxşarı olan "Ka" haqqında Misir konsepsiyası da maraqlıdır. Lakin
Avropalı həmkarından fərqli olaraq Misirli Ka qeyri-adi, çox yönlü bir fenomen deyil, kifayət
qədər təbii qəbul edilir və heç bir mistik dəhşəti özündə ehtiva etmir.
Ədəbiyyatda rast gəlinən maraqlı oxşar növlərindən biri siyasi oxşarlardır. Bu məqsədlə
L. Feyxtvangerin “Yalançı Neron” və K. Abdullanın “Yarımçıq əlyazma” əsərlərinin qarşılıq-
lı müqayisəsi maraqlı faktların ortaya çıxmasına səbəb olmuşdur.
Oxşarın meydana çıxması. K. Abdullanın “Yarımçıq əlyazma” romanında Şah İsmayı-
lın lələsi (tərbiyəçisi) Hüseyn bəy Lələ şahın tapşırığı ilə onun Xızır adlı oxşarını tapıb gətirir.
Şahın tapşırığı ilə Lələ Xızıra şahın hər jestini, mimikasını, o cümlədən şətrənc (şahmat) oy-
namağı da öyrədir və onu gizli şəkildə saxlayır. Xızırın şahdan yeganə fərqi onun Xətai təxəl-
lüsü ilə çox gözəl şeirlər yazması idi. Şahın özü də bu şeirləri olduqca bəyənir.
L. Feyxtvangerin „Yalançı Neron“ əsərində isə Imperator Neronun oxşarı Terrensini
Senator Varron tapıb gətirir ki, imperator onunla əylənsin. Neronun ölümündən sonra Varron
paytaxtdan uzaqlaşır, uzaq Suriyada yaşamağa başlayır. Qəflətən bu vilayətə qubernator təyin
edilən Tseyon onu sıxışdırır, külli miqdarda vergi verməyə məcbur edir. Varron qərara gəlir
ki, vilayətdə qarışıqlıq salsın. Bu məqsədlə də Terrensini yalançı Neron kimi siyasi səhnəyə
çıxarır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
987
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Oxşara münasibət. Əsərdən görünür ki, Şah İsmayıl öz oxşarı ilə hörmət və qayğı ilə
rəftar edir, onunla şahmat oynayır, ailəsi haqqında sorğu-sual edir. L. Feyxtvangerin „Yalançı
Neron“ əsərində isə imperator öz oxşarına insan kimi yox, meymun kimi baxır, əylənir.
Oxşarın yeni roluna və vəziyyətinə münasibəti. Oxşarların öz talelərinə münasibətləri
heç də həmişə eyni cür olmur. K. Abdullanın “Yarımçıq əlyazma” əsərində Şah İsmayılın ox-
şarı Xızırın öz taleyinə münasibəti haqqında geniş məlumat verilmir.
Terrensi isə öz taleyindən hədsiz razı qalır. Hətta imperatorun oyuncağı olmaq belə
onun üçün xoşbəxtlik olur.
Oxşar sirr pərdəsi altında. Xızırın ailəsinə onun saraydakı fəaliyyətinin mahiyyəti barə-
də heç bir məlumat verilməsə də xüsusi qayğı və maddi yardım göstərilir. Terrensinin kiçik
emalatxanası isə sarayın sifarişlərini yerinə yetirmək şərəfinə nail olur. Hər iki əsərdə bu ox-
şarlıq dövlət sirri kimi gizli saxlanılır. Lakin L. Feyxtvangerin „Yalançı Neron“ əsərində Ter-
rensinin arvadı onun sarayda nə işlə məşğul olduğunu bilir və bunu əri üçün təhqir hesab edir.
Oxşarın taleyi. K. Abdullanın “Yarımçıq əlyazma” əsərində Şah İsmayıl Çaldıran dö-
yüşündə uduzacağını gördüyü zaman öləcəyini bilə-bilə özü döyüşə girir. Lakin döyüşə girmə-
dən öncə son tapşırıqlarını verərək öxşarı Xızırı öz yerinə qoyur.L. Feyxtvangerin „Yalançı
Neron“ əsərində Terrensi Neron kimi qətlə yetirilir.
60-CI İLLƏR NƏSRİNDƏ PSİXOLOGİZM
Tünzalə SADIQOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
tunzale.sadiqova@mail.ru
AZƏRBAYCAN
1960-cı illərdə dünyada baş verən ictimai-siyasi proseslər ədəbiyyat dünyasına da
təsirsiz ötüşmür. Stalinizmin ifşa edilməsi ilə ədəbiyyatda qismən demokratik abu-hava yaran-
mağa, yazıçılar yuxarıdan diqtə edilən sosializm realizmi qəliblərindən kənara çıxmaqla öz
yaradıcılıq sferalarında sərbəstlik göstərməyə başlayır.Əmək proseslərinin, istehsalatın birinci
planda, insanın isə ikinci planda verildiyi əsərlərdən fərqli olaraq artıq insanın daxili mənəvi
dünyasının dərinliklərinə baş vuran, insanı çoxcəhətli, mürəkkəb planda, bütün mənfi və
müsbət cəhətləri, ziddiyyətləri ilə bərabər təqdim edən nəsr əsərləri meydana çıxır. Nəsrin bu
yeni mərhələsində qəhrəman müəllifin çatdırmaq istədiyi ideyaların ruporu olmaqdan,
publisist pafosdan xilas edilir, yazıçıların yenilik təşəbbüsləri özünü ideyalılıqdan uzaqlaşma
meyllərində biruzə verir. Bu dövrdə Azərbaycan nəsrində baş verən keyfiyyət dəyişikliklərini
ədəbi tənqid haqlı olaraq insanın ön plana çəkilməsində- psixologizmdə görür.
Psixologizm nəsr əsərlərində qəhrəmanın hissi-emosional və intellektual aləminin ön
plana çəkilməsi olub, əsas prinsiplərindən biri xarakterin çoxcəhətliliyini təmin etməkdir.
Məlumdur ki, insan psixologiyası çevik və dəyişkəndir, konkret vəziyyətlərdən, ətraf mühitin
müxtəlif amillərindən asılı olaraq eyni adamda bir-birindən fərqli, bir-birinə zidd duyğular
yarana bilər və nəticədə şəxsiyyət öz sabit xarakterinə uyğun gəlməyən gözlənilməz
hərəkətlərə yol verə bilər.60-cı illərdə ədəbiyyatımızda bu cür bir qrup çoxcəhətli, mürəkkəb,
təzadlı xarakterlər yaradılmşdır: Sultan Əmirli (İ. Hüseynov “Yanar ürək”), Qılınc Qurban (İ.
Hüseynov “Saz”), Cahandar ağa (İ. Şxlı “Dəli Kür”), Mədinə (Ə.Əylisli “Adamlar və
ağaclar”), Nemət (Anar “Ağ liman”), Laçın (S. Əhmədli “Yamacda nişanə”), Kərbəlayı
İsmayıl (F. Kərimzadə “Qarlı Aşırım”), Cəlil müəllim (M. İbrahimov “Ondan yaxşı qardaş
yox idi”), Məmməd (Ç. Hüseynov “Məhəmməd, Məmməd, Məmiş”).
İsmayıl Şıxlının “Dəli Kür” əsəri 60-cı illərdə Azərbaycan xalqının tarixindən sinfi mü-
barizə baxımından danışmayan ilk romanlardan biridir. Yaratmış olduğu Cahandar ağa obrazı
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
988
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
isə özünəqədərki obrazlardan fərqli olaraq, əməkçi sinfin nümayəndəsi, kəndli yox, böyük bir
mülkədardır. İsmayıl Şıxlı bu obrazı müsbət planda vermiş, ona olan rəğbətini gizlətməmişdir.
Bu o dövrdə yazıçının böyük cəsarəti və ədəbiyyatımıza gətirdiyi yenilik idi. Cahandar ağa
obrazı həm bütöv, həm də ziddiyyətli bir obraz olub, psixologizmin ən mükəmməl
nümunələrindən biri sayıla bilər. Psixologizmin tələblərinə uyğun olaraq, əsərdə Cahandar
ağa obrazı bütün davranışlarında əvvəldən axıra qədər yalnız bir insani keyfiyyəti ifadə edən
və həmin keyfiyyətə zidd ola biləcək heç bir əlavə hərəkətə yol verməyən obrazlar kimi deyil.
Cahandar ağa ailəyə, qadına, dosta, düşmənə münasibətdə milli ənənələrdən çıxış edir, onun
xarakteri ilə dövrün adət-ənənələri arasında qırılmaz əlaqə vardır. Ancaq, bu Cahandar ağa
surətini səciyyələndirən xüsusiyyətlərdın yalnız biridir. Yazıçı obrazın bir fərd kimi şəxsi
duyğularını da ciddi şəkildə nəzərə alır və Cahandar ağanın adət-ənənələrlə bağlı sabit
xarakteri ilə konkret məqamlardan doğan hiss-həyəcanları arasındakı təzadı əks etdirməyə səy
göstərir. Belə ki, daim adət-ənənəyə, milli əxlaqi dəyərlərə əsasən həyatını sürdürən Cahandar
ağa namus və qeyrət təsəvvürlərinə xilaf çıxaraq Allahyarın arvadı Mələyi götürüb qaçırır.
Uzun müddət etdiyinin yanlış olduğunu düşünsə də, bəzən öz hərəkətinə bəraət qazandırmağa
çalışır. Başqasından tələb etdiyi qeyrət və namusun mütləq timsalı ola bilmədiyi halda
Cahandar ağa Molla Sadığın meyxana toruna düşən günahsız bacısı Şahnigarın “yanlış”ına
güzəştə getmir və onun həyatına son qoyur. Kəndlilərə qarşı xoşrəftar olduğu halda oğlu Şam-
xalın bir kənd qızı ilə evlənməsini bağışlaya bilmir, onu övladlıqdan sildiyini söyləyir, ancaq
zaman-zaman Şamxal üçün də çox darıxır. Mələyi sevsə də, onu oxşamaq əvəzinə hisslərini
gizlətməyi, kişilərin qadınlara qarşı sərt olmalı olduqlarını düşünür.Allahyarla nə qədər
düşmən olsa da bəzən onun taleyinə də acıyır. Bütün bu nümunələr fonunda biz əsər boyu
Cahandar ağanın mürəkkəb, müsbət və mənfi cəhətləri ilə tanış oluruq. Ancaq, müəllif əsərdə
nəinki Cahandar ağanı, heç bir qəhrəmanı mühakimə etmək fikrinə düşməmiş, onlara qarşı
mərhəmətli təhkiyə aparmış, surətlərin səhv addımlarına belə həyatın çoxmənalı mürəkkəbliyi
yüksəkliyindən baxmışdır
Dostları ilə paylaş: |