“HEYDƏRBABAYA SALAM”A TÜRKİYƏDƏ YAZILAN CAVABLAR
Nərmin ƏLİYEVA
AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
narminbdu@gmail.com
AZƏRBAYCAN
Azərbaycan ədəbiyyatının sevilən ədəbi şəxsiyyətlərindən və söz ustadlarından biri Mə-
həmmədhüseyn Şəhriyar 1954-cü ildə ana dilində yazdığı və Azərbaycan ədəbiyyatının qiy-
mətli incisi sayılan möhtəşəm “Heydərbabaya salam” əsəri ilə Pəhləvi rejiminin illərlə sus-
durduğu türk dilinin əzəmətini bir daha sübuta yetirdi. Əsərin türk dilində yazılması Azərbay-
canda milli oyanışın və millətin öz soy- kökünə qayıdışı hərəkatında sanki yeni bir mərhələ-
nin başlanğıcı oldu, Cənubi Azərbaycanda anadilli poeziyaya geniş yol açdı. Seyid Məhəm-
mədhüseyn Şəhriyarın “Heydərbabaya Salam” poeması təkcə Cənubi Azərbaycanda və
İranda deyil, bütün Yaxın Şərqdə və dünyanın bir çox ölkələrində yayılaraq ona misilsiz
şöhrət qazandırmışdır. Bir çox ədəbiyyatşünaslar “Heydərbabaya Salam” poemasını şairin
yaradıcılığının zirvəsi, şah əsəri kimi qiymətləndirirlər. Bu əsər, səlis bir dil, atəşin bir qəlblə
yazılmışdır. Şəhriyar İranda türk dilinin yasaqlandığı bir dövrdə bu dili yazdığı «Heydər
babaya salam» əsəri ilə əbədi olaraq ayağa qaldırdı. XX əsrin 50-ci illərindən başlayaraq
Şəhriyarın poeziyası bütün Türk dünyasının əsas tədqiqat obyektinə çevrildi. “Heydərbabaya
salam” poeması təkcə Güney və Quzeydə deyil, Yaxın və Orta Şərq ölkələrində, o cümlədən
qardaş Türkiyə Cümhuriyyətində də tədqiqatçı alimlərin diqqətini cəlb etmişdir. Onun bu
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
989
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
mənzuməsinin təsiri ilə saysız-hesabsız nəzirələr yazılmış və bu təsir o qədər güclü olmuşdur
ki, Şəhriyara yazılan bu nəzirələr, ithaflar mütəfəkkir şairin ədəbi məktəb yaratdığını sübuta
yetirir .Bu da əlbəttə ki, ustad Şəhriyarın poeziyasındakı milliliklə bağlı idi. M.Şəhriyar
“Heydərbabaya salam” əsəri ilə “Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə
göstərməyə müvəffəq olmuşdur” .
“Heydərbabaya salam” poeması ilk dəfə 1955-ci ildə Türkiyədə çapdan çıxan “Azərbay-
can” jurnalında nəşr olunmuşdur. Türkiyənin tanınmış yazarlarından olan Əhməd Atəş “Şəhri-
yar və Heydərbabaya salam” adı ilə əsərin ilk nəşrini 1964-cü ildə Ankarada çap etdirmişdir.
O, Türkiyədə ilk dəfə olaraq şairin həyat yolu, sənət dünyası haqqında və “Heydərbabaya
salam” poemasında rəvanlığı, obrazlılığı, eyni zamanda zənginliyi ilə fərqlənən Azərbaycan
dilinin bütün incəlikləri haqqında olduqca ustalıqla məlumat verir,bu əsəri dünya
ədəbiyyatının şah əsərlərindən biri adlandıraraq söyləyir : “Haydarbabaya salam şiiri, mahalli
olduğu kadar, insani oluşu ilə yalnız Türk ədəbiyyatının şah əsəri sayılacaq bir əsər deyil,
belki bütün dünya ədəbiyyatında mevki olmağa layiq bir eserdir”.
Türkiyə ədəbiyyatşünaslığında Məhərrəm Ergin , Əhməd Qafaroğlu, Eldəniz Qurtulan,
Səadət Çağatay, Osman Fikri Sərtqaya, Yusif Gədikli, Əhməd Bican Ercilasun və başqaları
sənətkarın yaradıcılığından bəhrələnərək bu ruhda yazıb- yaratmışlar.
Bu yazarlar arasında Osman Fikri Sərtqaya Türkiyədə ustad Şəhriyara və “Heydər-
babaya salam”a cavab olaraq yazılmış və ithaf olunmuş nəzirələri toplayaraq “Haydarbabaya
salam” şeirinin Türkiyədəki akisləri” adlı üç məqalə yazmışdır.
Lakin Türkiyədə M.Şəhriyarın həyat və yaradıcılığını, ələlxüsus “Heydərbabaya salam”
poemasını tədqiq edən şəhriyarşünas alim Yusif Gədikli olmuşdur. Y.Gədikli “Şəhriyar və
bütün türkcə şeirləri” adlı monoqrafiyasında Şəhriyar dühasının böyüklüyündən, yaradıcılığın-
dakı millilikdən söhbət açır, ustadın poeziyasındakı Türkçülük ideyalarını yüksək dəyərləndirir.
Bunlardan əlavə Xeyrəddin Dökdəmirinin 198 bənddən ibarət “Kocabey”, Fəxri
Yınanın “ Çiçəkliyə salam”, Zeynalabdin Makasın “Xoş xatirələr” nəzirələri “Heydərbabaya”
yazılmış töhfələrdən sayıla bilər. “ Fəxri Ünan Heydərbabanın vəzn və üslubuna sadiq qalaraq
1981-ci ildə “ Çiçəkliyə salam” əsərini yazır.
Hey Çiçəkli, ayrı kalmak güc oldu,
Bilirmisin əməklərim heç oldu,
Söylə hələ, gözəllərin nec oldu?
Hey Çiçəkli, o günlərdən nə kaldı?
Nə çoxaldı, nələr var, nə azaldı?
O gözəlim günlərimiz nec oldu?
Şəhriyar ədəbi məktəbinin davamçıları bu gün də ustad Şəhriyarın, Heydərbabanın
sehrindən, təsirindən ilham alaraq nəzirə və cavablar yazmaqdadır.
M. ŞƏHRİYARIN "HEYDƏRBABAYA SALAM" POEMASINDA TƏBİƏT
HADİSƏLƏRİ VƏ OBYEKTLƏRİNİN BƏDİİ-EMOSİONAL DƏRKİ
Ruhəngiz MƏMMƏDOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
ruhengiz@yahoo.com
AZƏRBAYCAN
XX əsr Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrində biri Məhəmmədhüseyn
Şəhriyar olmuşdur. Klassik ədəbi irsin ənənələrindən bəhrələnən şair yaratdığı əbədiyaşar
sənət nümunələri ilə təkcə Azərbaycan və İran ədəbi mühitində deyil deyil, bütövlükdə Yaxın
Şərq olkələrində tanınmışdır. Şəhriyarın anadilli şeirləri içərisində "Heydərbabaya salam"
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
990
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
poeması unikal ədəbi hadisə olaraq, həm dövrünün şairləri və tədqiqatçıları, tərəfindən yüksək
qiymətlədirilmiş, həm də xalqın dərin rəğbətini qazanaraq dillər əzbəri olmuşdur.Şəhriyar
poeziyasının sərhədləri aşaraq milyonlarla insanın qəlbində əbədi yer tapması "Heydərbayaya
salam" poemasına saysız- hesabsız nəzirələr yazılmasının başlıca səbəblərindən biri məhz
xalqın tarixi taleyi, acılı- şirinli həyatı, arzu və istəklərinin ustad şairin təcrübəli qələmi,
çoşqun təbi, yüksək yaradıcı zəkası ilə dolğun real inikası idi.
"Heydərbabaya salam" əsəri tipik Azərbaycan kəndinin və bu kənddə yaşayan Azərbay-
can xalqının həyatı, məişətinin, xalq mənəviyyatının ən nəcib, ən gözəl keyfiyyətlərinin bədii
salnaməsidir". 30 il fars dilində yazıb-yaradan şairin bu qədər uzun fasilədən sonra öz dilinə,
el-obasına, xalqının daxili aləminə, qayıdışı, mənəvi yaddaşa dönümü böyük əks səda
doğurmuşdu. Bu yalnız uzun illər Cənubi Azərbaycanda Azərbaycan dilinin yasaq edilməsi,
yaxud xalqın ana dilində yazılmış ədəbiyyata, şeirə həsrəti ilə əlaqədar deyildi. Bü dönüş hər
şeydən öncə Şəhriyarın doğma vətəninə tükənməz məhəbbəti, xalq həyatına bağlılığı,
vətəndaşlıq borcu ilə əlaqədar idi.
Xalqının qədim tarixə malik lətafətli dilinin təhriflərə məruz qalması, türkcənin bir ləh-
cə deyil qüdrətli, ahəngdar bir dil olduğunu sübuta yetirmək cəhdi də "Heydərbabaya salam"
poemasının yazılmasında həlledici rol oynadı.
Poemada güney Azərbaycan ərazisində yaranmış təbii dağlardan biri olan Heydərbaba
dağı şairin fikir mübadiləsi apardığı əsas tərəfmüqabilidir. Şair təbiətin ayrı-ayrı komponent-
ləri ilə bağlı xatirələrindən istifadə edərək sevincini və kədərini bu coğrafi obyektlə bölüşür.
Poemadakı Heydərbaba dağı geniş mənada Vətən anlayışını ifadə edir. Akademik İsa
Həbibbəylinin M.Şəhriyar haqqında yazdığı tədqiqatda vurğuladığı kimi "bu əsəri
"Heydərbabaya salam" əvəzinə "Vətənə salam" da adlandırmaq olardı. Bütövlükdə "Heydər-
babaya salam" poeması Vətən haqqında yeni və qüvvətli poetik manifestdir". Şair özü də
"Heydərbaba səni Vətən bilmişdim, Vətən deyib baş götürüb gəlmişdim" - deməklə Heydər-
baba dağının onun üçün müqəddəs ana vətənin rəmzinə çevrildiyini etiraf edib.
Şair dağları şəxsləndirir onu rəvayət, əfsanə söyləyən, düşüncə ideya məzmunlu
canlıya- insana bənzədir. Yəni ustad şair dağlara min illərlə onun sinəsində gəzmiş insanların
yaddaş qayası kimi baxır. Bu heç də təsadüfi deyil. Belə ki, türkdilli xalqların mifoloji
dünyagörüşündə dağların əcdad kultu kimi yad edildiyini qeyd edə bilərik.
Məlumdur ki, dağ bədii obrazı milli poeziyasının simvolu olaraq əksərən Azərbaycan
xalqının tarixi yaddaşı, onun genetik informasiyası ilə bağlıdır. Azərbaycan poeziyasının "ağ-
saqqal" obrazı olan "dağ" böyük bir tarixi mərhələ keçmiş, xalqın söz ustaları tərəfindən xəlqi
keyfiyyətlərin, milli- mənəvi dəyərlərin, ifadəçisi kimi məna kəsb etmişdir. İlkin təsəvvürdə
dağlara ilahi varlıq kimi üz tutmaq, daha sonra qəhrəmanlıq ocağı, yüksək insani keyfiyyətlə-
rin daşıyıcısı kimi tərənnüm edilməsi müxtəlif zamanlarda poeziyamızda bədii ifadəsini tapıb.
"Dağ" obrazının ədəbiyyatımızdakı yeri və bədii estetik funksiyasından danışarkən
ədəbiyyatşünas N.Muradəliyeva qeyd edir ki, " Azərbaycan xalqının milli məfkurəsi, davranı-
şı , adət ənənəsi, tarixi informasiyası, dağ obrazında fərdilik qazanıb.
"Estetik, fiziki, ictimai anlamı əxz edən dağlara müraciət poeziyada bir neçə formada
təzahür edir:
1. Dağ- vətən obrazının bir atributu kimi təsvir edilir.
2. Dağlara dost, həmdəm, arxa, insana xas xüsusiyyətlərin daşıyıcısı kimi müraciət olunur.
3. Dağ obrazı xalqın milli əxlaqi keyfiyyətlərinin ifadəçisi kimi rəmzi məna kəsb edir.”
Poemada Şəhriyarın Heydərbaba dağına xitablarında da hər üç təzahür formasının
müşahidə etmək mümkündür.
Uzun müddət doğma elindən uzaq düşən şair uşaqlığın xoş xatirələrini yada salmaqla
yaralarına məlhəm qoyur.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
991
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Poemada şair təbiətin ayrı-ayrı komponentlərindən şeirin daxili dünyasını zəngin-
ləşdirmək üçün istifadə etmişdir. Şair ayrı-ayrı təbiət hadisələrinin əmələgəlmə, inkişafetmə
və başaçatma proseslərini gözəl bildiyi üçün bədii obrazların daha zəngin və təsirli alınması
məqsədilə onlardan istifadə etmişdir.
KAMAL ABDULLA HEKAYƏLƏRİNDƏ MƏKAN
OBRAZLARININ SEMANTİKASI
Rübabə ƏZİZBƏYLİ
Bakı Slavyan Universiteti
ruba.aziz@yandex.com
AZƏRBAYCAN
Həm fəlsəfədə, həm də ədəbiyyatşünaslıqda zaman və məkan vəhdəti (xronotop)
məsələsi hər zaman mühüm anlayışlar sırasına daxil olmişdur. Hələ Antik dövrdə zaman,
məkan və hərəkət vəhdəti dramaturgiyada riayət edilməli başlıca qanun hesab edilirdi. Lakin
bu prosesin davamlılığı şəraitlə də bağlı idi. Antik dövrdə zaman və məkan dəyişikliyini tam
şəkildə əks etdirən mükəmməl dekorasiya imkanları mövcud deyildi. Zaman keçdikcə artıq
məkan və zaman anlayışlarının vahidliyi və ayrılmazlığı dəyişməz qanun kimi qəbul edildi.
Zaman və məkan məfhumları bir-birindən ayrı mövcud deyillər. Məhz buna görə,
ədəbiyyatşünaslıqda həmişə bu iki anlayış birlikdə tədqiq edilir və bədii əsərlərin məzmunun-
da zaman və məkan vəhdətdə araşdırılır. Şərti olaraq zamanın və məkanın konkret funksiya-
sını göstərmək üçün xronotopun bu iki elementi bir-birindən ayrı tədqiq edilə bilər. Xüsusilə
XX əsrdə meydana gələn modernizm və onun müxtəlif istiqamətlərində, eyni zamanda
postmodernizm cərəyanında məkanın və zamanın vəhdətdə təsvir edilməsi həm fəlsəfi, həm
də bədii cəhətdən böyük əhəmiyyət daşıyır. X.L.Borxes, U.Eko, V.Pelevin və digər yazarların
əsərlərində məkanın xüsusi bədii funksiyaya malik olması və baş verən proseslərin zaman
daxilində tənzimlənməsi özünü göstərir.
Yazıçı Kamal Abdulla bir çox hekayə, şeir, povest və roman müəllifidir. Xüsusilə
yazıçının hekayələrində mifoloji xronotop ünsürləri əhəmiyyətli yer tutur. Yazıçının əsərlə-
rində məkan yalnız epik deyil, semantik məzmun daşıyır. Hər bir məkan obrazı özlüyündə
müəyyən bir simvol bildirir. Məkanların mahiyyətində işarəvilik gizlənir və bu işarəviliyin
süjet boyunca tədricən açılması əsərin ideyasının üzə çıxarılmasına şərait yaradır. “Üçrəng
pişik balası”, “Adaşlar”, Qədim mayyalara cavab”, “Dəvə yağışı”, “Kölgə”, “Köhnə məhəllə”
və digər hekayələrdə məkanlar ilk baxışdan epik məkan təsiri bağışlayır. Lakin süjet inkişaf
etdikcə məkan obrazının üzərindən adilik pərdəsi qalxır və məkan məzmununun mistik tərəfi
üzə çıxır. Profanlıq sakrallıqla əvəz olunur. Yazıçının hekayələrində məkan sanki zamandan
təcrid edilmişdir. Zaman zamansızlıqla əvəz edilir və məkanın rolu ön plana çəkilir. Eyni bir
məkanda toplaşan insanların zamandan təcrid olunmuş şəkildə fəaliyyət göstərirlər. Daha çox
eyni məkan obrazlarında istifadə olunur, lakin hər əsərdə bu məkan başqa bir semantik qata
bürünür.
Kamal Abdullanın yaradıcılığında ağac, xüsusən Qarağac obrazı xüsusi yer tutur. Bura-
da ağac həm obraz, həm də məkandır. Məkan digər obrazlarla qarşılıqlı fəaliyyət göstərərək
süjetin yönünü müəyyən edir. Qarağac obrazı türk mifoloji təfəkküründə dərin kök salmış
“dünya ağacı” obrazının ümumiləşmiş ifadəsidir. Ağac yazıçının əsərlərində mistifikasiyaya
xidmət edərək, insanın, dünyanın, varlığın yaranma səbəbini aydınlaşdırmağa yardımçı olur.
“Üçrəng pişik balası” hekayəsində məkan mediasiyaya xidmət edir. Hekayənin baş qəhrəmanı
həyatdakı bütün canlılara nifrət edən bir insandır. Kimsəyə nə yaxşılıq, nə də pislik etməməyə
çalışır. Onu bir problem narahat edir-sevdiyi qızı vəzifəli şəxs olan Həmidağa müəllimin ma-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
992
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
şınından düşərkən görməsi. Lakin problem axıra qədər öz həllini tapmır. Çünki məkan, və ya
məkan obrazı-pəncərə, prosesi başqa səmtə yönəldir. Qəhrəman pəncərədən pişik balasının
Qarağacın başından düşə bilmədiyini görür və onu xilas etmək üçün ağaca çıxır. Hamının
xoşbəxtlik gətirdiyinə inandığı üçrəng pişik ona bədbəxtlik gətirir. Qəhrəman ağacdan yıxıla-
raq ölür. Bu hekayədə məkanın daxilində mediativlik, həm də mifiklik qatı gizlənir. Pəncərə
onun özünə qapandığı dünya ilə qaçdığı aləm arasında əlaqə yaradır və ölümə doğru gedən
yolda vasitəçi olur. Ömrü boyu kimsəyə yaxşılıq etməyən şəxsin qəlbində pişik balasına qarşı
mərhəmət yaranır. Pəncərə iki aləm arasında həm birləşdiricilik, həm də sərhəd funksiyası
daşıyır.
“Adaşlar” hekayəsinin baş qəhrəmanı hər gün yuxuda köhnə məhəlləsinə gəldiyini
görür. Burada ilkin məkan köhnə məhəllədir. Lakin bu məkan həm də mifoloji funksiyası ilə
seçilir. Bu funksiyanın əsasında məhz yuxu motivi durur. Əsərdə yuxu özlüyündə ayrıca bir
məkandır. Qəhrəman yuxunun içinə daxil olaraq həm də köhnə məhəlləsinə daxil olur. Heç də
təsadüfi deyildir ki, qəhrəmanın əvvəlki həyatı tamamilə yuxuda gördüyü məkanla bağlıdır.
Öz adaşı ilə qarşılalaşanda məhz bu detal onu heyrətləndirir. Finalda süjet xəttinin sonunda
boşluq buraxılaraq paradoksal məna çaları yaradılır. Bu iki insandan hansının, bir digərinin
yuxusu olması barədə sualının verilməsi isə, hekayənin fanfictiona açıq olduğunu bildirir-yəni
mətnaltı qatı istənilən şəkildə başa düşmək-yozmaq olar. Kimin digər adaşının yuxusunda
görünməsi sual şəklində ortaya atılır. Bu isə məkanın mistik qatının üzə çıxmasına səbəb olur.
“Qədim mayyalara cavab” adlı hekayədə adi bir məkan-qəhrəmanın evi problemin
məğzini açılışına xidmət edir. Burada dilənçi uşaqla qəhrəman arasında gedən söhbətdə real
məkan ev, haqqında danışılan məkan isə uşaq evidir. Paralel şəkildə təsvir olunan ev və uşaq
evi məkanları psixoloji prosesin açılışına imkan verir. Xüsusən qəhrəmanın həyatının təsviri
zamanı uşaq evi məkanının acınacaqlı vəziyyətinin göz önünə sərilməsi buna sübutdur.
Beləliklə məlum olur ki, Kamal Abdullanın hekayələrində məkan həm mifik,
həm real, həm də semiotik xarakter daşıyır. Bu proses yazıçının pyes və romanlarında da
davam etdirilir. Xronotopik mahiyyətin açılması prosesini yönləndirir və zamanın və məkanın
bədii və mifoloji funksiyasının üzə çıxmasına imkan yaradır.
BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINDA
ATATÜRK ŞƏXSİYYƏTİNƏ SEVGİ
Nərgiz KƏRİMOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
nergizkerimova622@gmail.com
AZƏRBAYCAN
Türk dünyasının görkəmli yazıçı, dramaturq, publisist və şairi Bəxtiyar Vahabzadə
özünün zəngin yaradıcılığında Türkiyə mövzusuna da xüsusi diqqət ayırmışdır. Onun şeirlə-
rinin Türkiyə ilə bağlılıq mövzusunda bir-birinin ardınca həm məzmun, həm məna, həm də
bədii, siyasi cəhətlər üstünlük təşkil edir. Türkiyə mövzusu deyəndə, biz mütləq buraya şairin
ortaq tariximizlə bağlı pyeslərini, poemalarını da daxil edirik. Çünki qədim türklərdən bəhs
edən əsərlər elə Türkiyənin də, Azərbaycanın da, yəni Türkiyə türklərinin də, Azərbaycan
türklərinin də qədim və şanlı tarixinə aiddir.
Bəxtiyar Vahabzadə yaradıcılığındakı Türkiyə mövzulu «Türkiyə havası» (1996),
«Atatürk» (1998), «Dəprəm» (1999), «Xəyalpərəst» (1999), «Azərbaycan-Türkiyə», «Yunus
İmrəyə», «Çiydim» (1999), «Azərbaycan-Türkiyə » (1966), «İstiqlal nəğməkarı», «Doğru»
(2001), «Tənha məzar» (1998), «İbadət» (1999), «Tasavvuf» (1999), «Gülüm» (1999), «Onun
gücü xalqda, kəsəri haqda» (24 avqust 2000), «Ey dünənki körpələr (2000), «Allah, məni belə
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
993
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ağlat» (24 avqust 2001), «Ey qocaman Türkiyə!», «Topqapı sarayı» (1977), «Qapalı çarşı»,
«Qeybdən səs» (1991), «Avropa birliyi» (2000) və başqaları kimi şeirlər qısa bir zaman
ərzində dillər əzbərinə çevrilib. Bu şeirlər içərisində özünəməxsus yeri Atatürkə xüsusi
hissiyat və ehtiramla həsr etdiyi şeirlər tutur.
«Atatürk» və «Avropa birliyi» bu qəbildən olan şeirlərdir. Şair «Avropa birliyi» şeirini
Atatürkün öz dilindən verilən sözlərlə başlayır. «Dünyanın bizə hörmət göstərməsini istiyorsaq,
əvvəla, bizim kəndi bənliyimizə və milliyətimizə bu hörməti hissən, fikrən, felən... göstərə-
lim. Biləyim ki, milli bənliyini bulmayan millətlər başqa millətlərin şikarıdır» ifadəsini örnək
göstərərək milli birlik və bütünlük düşüncəsini açıqlamışdır. Bəxtiyar Vahabzadə «Qeybdən
səs» şeirini Yəhya Kamalın Atatürkə müraciəti ilə başlayır: «Atatürkə - Paşam, - dedim, -
Quran bir elm kitabı deyil, bir iman kitabıdır. Müsəlman türk xalqı onu söz olaraq deyil, səs
olaraq oxuyur. Anlaya bilmədiyi yerlərini də bu səsin təsirilə hiss etməyə alışmışdır».
Türkiyəni böyük öndər Atatürksüz, Atatürkü isə canından artıq sevdiyi Türkiyəsindən ayrı
təsəvvür etmək mümkün deyil. Bəlkə də elə buna görə, «Atatürkün sinəsi yurdun alınmaz
qalası! Atatürk millətinin həm atası, həm balası!» deyən Bəxtiyar Vahabzadə Türk
Dünyasındakı ayrılıqları, parçalanmaları ürək ağrısı ilə seyr edir və Atatürkün qüdrətini dərk
etdiyindən «Bizi birləşdirəcək bir Atatürküm yarana!» deyir («Atatürk», 1998).
Nədir arzum, diləyim tanrıdan imanla bu gün?
Talanan, bağrına dağlar çəkilən xalqım üçün:
Yeni fikrin küləyindən qoca millət darana,
Bizi birləşdirəcək bir Atatürküm yarana!
Təəssüf ki, milli əhəmiyyətli problemlərin heç biri öz həllini tapa bilmədi. Xalq sahibsiz
bir yetim kimi taleyini yaşamağa məhkum edildi. Bütün millət kimi, milli şairimizin də arzusu
gözlərində qaldı. Lakin bütün bunlara baxmayaraq, şairin içində hələ də bir ümid var.
“Dünyaya xalqlar, millətlər, insanlar arasında nizam, harmoniya yaratmaq üçün gəldik-
lərinə həmişə ürəkdən inanan türklər… qlobal proseslərin arxasınca deyil, önündə getməyə
cəhd etmişlər”. Buna görədir ki, türklər əsrlər, minillər boyu dünya mədəniyyətinin ən mühüm
qabaqcıl ideyalarını mənimsəməklə özləri də dünya mədəniyyətinə böyük töhfələr vermiş,
zaman-zaman dünya miqyaslı mütəfəkkirlər, sənətkarlar, ictimai-siyasi xadimlər, dövlət
adamları yetirmişlər. Mustafa Kamal Atatürkün bir müdrik ibrətamiz kəlamı yada düşür b u
zaman: “Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının
və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır”.
Bəxtiyar Vahabzadə qələmə aldığı «Şəhidlər» poemasında da Atatürkün sözlərini yada
salır: "Yoxdur türkün dostu özündən özgə".
Atatürk düz demiş, vallah, düz demiş:
"Yoxdur türkün dostu özündən özgə".
İKİNCİ DÜNYA MÜHARİBƏSİ BƏDİİ ƏDƏBİYYATDA (ÇİNGİZ
AYTMATOVUN “ÜZ-ÜZƏ”, MÖVLUD SÜLEYMANLININ
“ŞANAPİPİK” POVESTLƏRİ ƏSASINDA)
Mehman HƏSƏNOV
AMEA-nın Ədəbiyyat İnstitutu
mehman.hesen@gmail.com
AZƏRBAYCAN
İkinci dünya müharibəsi SSRİ-yə daxil olan ölkələrdə bu və ya digər dərəcədə oxşar iz--
lər və ağrı-acılar yaşatmış oldu. Bu təsirlər bədii ədəbiyyatda da yeni mövzuların yaranmasına
səbəb oldu. Müharibədən sonra yoxsulluğun, itkinin ağrı-acısını yaşayan yeni nəslin bədii
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
994
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
düşüncəsi qələmi ilə müharibəni təsvir etməyə başladı. Paralel olaraq işlədiyimiz Qırğız və
Azərbaycan nəsrinin görkəmli nümayəndələri Çingiz Aytmatov və Mövlud Süleymanlı
nəsrində müharibə gerçəkliyinə, savaşın insan psixologiyasına təsirinə obrazlı şəkildə
münasibət ifadə olunmuşdur.
Mövlud Süleymanlının yaradıcılığında müharibə sanki bur uşağın nağılına bənzəyir.
“Şanapipik” povestindəki qəhrəmanlar nağıl obrazlarını xatırladır. Kor Cabbarın qamçısı,
Əbdülün sürdüyü maşın, Telli qarının quş daşlaması yazıçının uşaqlıq nağılına bənzəyir.
Amma bu nağıl uşaqlar üçün yazılmayıb. Yazıçı Anar Mövlud Süleymanlı ilə Əkrəm
Əylisinin yaradıcılığını müqayisə edərkən yazırdı: “Əkrəmin təhkiyəsində də nağıl üslubu var.
Amma bu nağılın nağıl olduğunu yaxşı bilən bir müəllifin dünyabaxışıdır, Mövlud isə sanki
nağılı nağıl bilmir, həyat bilir. Daha doğrusu, həyatı nağıl bilir....”
Böyük qırğız yazarı Çingiz Aytmatovun yaradıcılığında müharibə mövzusu xüsusi xətt
təşkil edir. Çingiz Aytmatov hələ uşaq ikən müharibənın ağrı-acısını yaşamış, doğmalarını
itirən, ərsiz qalan qadınların, atasız qalan uşaqların, oğulsuz qalan anaların görmüşdür.
Gördüyü bu hadisələr yazıçını gələcəkdə yazacağı əsərlər üçün bir qaynaq rolunu oynamışdır.
Müharibə insanları xəyalında belə təsvir edilməsi çətin olan ağrıları yaşamağa, qaldırıl-
ması çətin olan yükün altında qalmağa məcbur edir. Çingiz Aytmatov ömrünün ən vacib illə-
rini bu ağrı-acılarla keçirmək məcburiyyətində qalır. O, müharibəyə fərqli rakursdan yanaşır.
Yazıçı təsvir etdiyi müharibə döyüşlərin getdiyi, mərmilərin partladığı poliqonlar deyil. Çünki
o dövrdə yazıçı bunları görmək üçün çox kiçik idi. Eyni motiv Mövlud Süleymanlının
povestlərində də vardır. Daha çox arxa cəbhə, hər gün qara kağızlar alınan, aclıq-səfalət
içində yaşayan insan talelərinin obrazı canlanıdırlır. Hər iki yazıçının əsərlərində arxa
cəbhədəki insanın qarşılaşdığı faciəvi həyat hekayələrini insanlara nümayiş etdirir.
Çingiz Aytmatovun “Ana torpaq”, “Üz-üzə”, “Erkən gələn durnalar”, “Gün var əsrə bə-
rabər”, “Çingiz xanın ağ buludu”, “Köçəri quşların göz yaşları”, “Əsgər oğlu”, “Oğulla görüş-
mə”, “Cəmilə” əsərlərində, o cümlədən “Fuji-Yama”, “Köşək gözü”, “Əlvida Gülsarı” və
digər əsərlərində müharibənin arxa cəbhəsinin reallıqlarını insanların gözləri önünə sərmişdir.
Mövlud Süleymanlının “Şanapipik” Telli qarı müharibənin səbəkarı kimi göyü daş-
layır, sərçələri müharibəni gətirdiyinə görə qarğıyır. SSRİ-nin təbliğ etdiyi “vətən” uğrunda
mübarizə Telli qarıya yaddır. Yazıçı əsər boyu bir neçə dəfə Telli qarının sərçələri daşa bas-
masını təsvir edir. “Telli qarı yuxudan oyanıb eşiyə çıxdı, gördü çəpərin üstünə çoxlu sərçələr
qonub tumarlanırlar. Əyilib yerdən daş götürdü, söyə-söyə, söylənə-söylənə sərçələri daşa
basdı. Hirslənməyindən, qışqırmağından xəbəri olmadı. Qonşusu Sayalı arvad hay-həşirə
gəlib çəpərdən baş uzatdı, gördü ki, Telli qarı göyə daş atır, arvadın əli üzündə qaldı....”
“Üz-üzə” povestində İsmayıl müharibə ilə bağlı fikirlərini açıq bildirir. “..Nə olur olsun
güllənin altına getməyəcəm. Yaşayacağım bir günlük ömrüm qalsa belə, onu öz evimdə, istə-
diyim kimi keçirmək istəyirəm. Dünyanın o biri başında, cəbhədə mənim nə işim var? O uzaq
ölkələri ata-babalarım heç yuxularında belə görməyiblər! Başqaları nə edirlər etsinlər, amma
mən bunu vacib hesab etmirəm, heç istəmirəm.... Əgər getsəm belə nə dəyişəcək? Düşməni
təkbaşına məğlub edə bilmərəm və mənsiz də keçinərlər....”Çingiz Aytmatov İsmayıl obrazı
vasitəsilə özünün və ümumilikdə qırğız xalqının müharibəyə olan münasibətini təsvir
etmişdir. İsmayıl öz babalarının tanımadığı, onun milləti üçün hər hansı məna kəsb etməyən
torpaqlarda döyüşməyi lazımsız hesab edir. Rəhbərlik “xalqlar dostluğu” ideyası altında onları
bir olmağa, vahid ideya naminə çalışmağa səsləsə də məcburiyyət insanları birləşdirmir.
Məcburiyyət insanlara vəzifə olaraq müharibədə iştirak etməsinə səbəb olur. İsmayıl isə
rəhbərlik üçün ölmək istəmir. O, onun üzərinə məcburən qoyulmuş bu vəzifədən imtina edir.
Müharibəni müxtəlif yaşda qarşılamalarına, müxtəlif coğrafi məkanların təsvir etməklə-
rinə rəğmən müharibənin dəhşətli və ağlasığmayan nəticələri, psixoloji sarsıntıları Çingiz
Aytmatov və Mövlud Süleymanlının yaradıcılığında əks olunmuşdur.
|