III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1018
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ya yuxarıdakı suala "tanımıram, bilmirəm və ya hansı Lalə?" kimi cavablar da ala bilərik.
Məsələyə başqa bir tərəfdən nəzər salaq: tələbə və şagird, o cümlədən qızcığaz (uşaq) və
qadın sözləri fərqli leksik mənaları olan ümumi sözlərdir. Nitqdə bu sözlər hər biri öz yerində
və mənasında işlənir. Amma bu sözlərin hamısı eyni zamanda Nərgiz və ya Aysel
antroponimlərinin də "mənaları" ola bilər. Nərgiz = körpə, şagird, tələbə, qadın, müəllimə və
s. bərabərliyi bu mənada səhv deyil.
Hər bir ad cəmiyyətdə yaşayır. Ad sadəcə onu daşıyanın yox, həmin şəxsin daxil olduğu
qrupun da malına çevrilir.
Nəticə olaraq deyə bilərik ki, xüsusi sözlər, o cümlədən antroponimlər apelyativlərdən
fərqli məna xüsusiyyətlərinə malikdir. Buna görə də şəxs adlarının məna təhlilində fərqli
üsullardan istifadə etmək lazım gəlir.
BƏXTİYAR VAHABZADƏNİN "TƏYYARƏ KİMİ"
PYESİNDƏ MÜƏLLİF MÖVQEYİ
Nabat MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
mammadova.nabat@gmail.com
AZƏRBAYCAN
Dramaturgiya B. Vahabzadə yaradıcılığının mühüm bir hissəsini təşkil edir. Poetik ya-
radıcılığı ilə geniş oxucu kütləsi qazanan müəllif əsasən tarixi hadisələrə müasir baxışı ilə,
aktual mövzulara toxunmuş, yüksək sənətkarlığa malik dram əsərlərini yaratmışdır. Dramla-
rında əsasən tarixi şəxsiyyətlərin obrazını yaradan sənətkar ibrətamiz və hər dövr üçün aktual
olan mövzulara müraciət etmişdir. O, "Vicdan", "İkinci səs", "Yollara iz düşür", "Fəryad",
"Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" kimi pyeslərin
müəllifidir. Müasirliyə və tarixiliyə paralel şəkildə müraciət edən sənətkar bununla gözəl
ahəngdarlıq yaratmışdır.
Müəllif “Təyyarə kimi” əsərində bir sıra mətləblərə toxunmuşdur: başqasını vicdanlı,
namuslu olmağa dəvət edib özündən xəbərsizlərə birbaşa müraciət etmişdir:
Dekan - Əgər söhbət vicdandan gedirsə, gərək heç kəs onu unutmasın. Çünki vicdan,
namus hamıya aiddir.
Burada riyaziyyatçılarla ədəbiyyatçılar arasında maraqlı bir müqayisə aparılır:
Cəlil - Riyaziyyatçılarda olan zövq heç şairlərdə də ola bilməz.
Habil - O niyə?
Cəlil - Ona görə ki, şairlər onsuz da həmişə gözəllik aləmində yaşayır. Amma riyaziy-
yatçılar quru rəqəmlərlə o qədər əlləşirlər ki, gözəllik üçün darıxırlar.
Fikrimzə, bu şair - dramaturq B. Vahabzadənin şəxsən özünün qənaətidir ki, pyesində
ona xüsusi yer ayırıb.
Məlumdur ki, vaxtilə ali məktəbə qəbul olmaq çox çətin idi. Savadlı olmaqla yanaşı,
haqqını tələb etməyi də bacarmalıydın. Dramaturq bu mübarizəni pələnglə güləşə bənzədir.
Təyyarə haqqında şeir söyləyən Cəlil, sanki təhsil almağa çalışan, savadlı insanları mübariz
olmağa səsləyir. Sətraltı ifadələrlə gizli mətləblərə eyham vurur:
Cəlil - Təyyarə!
Yerdən alıb öz gücünü
Qalxar göyə təyyarələr.
Məhəl qoymaz nə yağışa,
Nə küləyə təyyarələr.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1019
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Uçuşu da əzəmətli,
Duruşu da əzəmətli.
Dramaturq təyyarə kimi cansız dəmir parçasının insanların həyatına nümunə olacaq
qədər mükəmməlliyi oxuculara çatdırır. "Təyyarə öz yolunu özü açır" deməklə müəllif insan-
ları yaşadığı müddətcə onlara bənzəməyə, heç kəsə güvənmədən, öz gücünə arxalanaraq yaşa-
mağa səsləyir:
Cəlil - Gecə gedir, gündüz gedir
təyyarələr.
Məqsədinə
Mənzilinə dümdüz gedir təyyarələr.
Eniş bilməz,
Yoxuş bilməz,
təyyarələr.
Nə burulmaz,
Nə əyilməz
təyyarələr.
Bəzən cansızların da canlılara nümunə olduğuna sübuta yetirmişdir B. Vahabzadə.
Onlardan çox şeylər öyrənəcəyk:
Zeynallı - Cəlil düz deyir. Cavnlar gərək təyyarədən nümunə götürələr. Məqsədə birba-
şa getməyi bacaralar. Mən istəyərdim ki, siz maşın kimi yola görə getməyəsiniz, təyyarə kimi
yolu özünüz açasınız.
İbrətamiz fikirləri ilə dramaturq bizləri düzgün istiqamətə yönəldir:
Zeynallı - Bir evlənməkdə, bir də sənət seçməkdə adama məsləhət görməzlər.
Hər zama elmə, təhsilə yüksək qiymət verən müəllif doğru olaraq belə bir fikir səsləndirir:
Zeynallı - Bacı, hər yerdə güzəşt eləmək olar, amma elm aləmində güzəşt eləmək, o
adamın evini yıxmaqdır.
Əvvəlki pyeslərində olduğu kimi burada da müəllif həqiqəti hər şeydən üstün tutmuş,
yüksək qiymətləndirmişdir:
Zeynallı - Ən böyük biclik, düzlükdür.
Savadına, biliyinə deyil, dost - tanışına güvənənlərə müəllif tutarlı bir mesaj göndərir:
Zeynallı - Qoy uşaq heç kəsin kölgəsinə sığınmasın. Dayısına güvənən oxumaz, zəhmə-
tə qatlaşmaz.
B. Vahabzadə cəmiyyətdəki haqsızlıqların səbəbini insanların özündə görür. Nəticədə
haqq nahaq bir - birinə qarışır:
Dekan - Camaat özü eləyir, nəticədə pislə yaxşı, haqla nahaq bir - birinə qarışır. Ədalət
tapdanır, həqiqət susur.
Və ən nəhayət cəmiyyətdə öz mövqeyini müəyyən etməyə çalışan gənclərin qəlbindəki
inam ölür. Belə şəraitdə isə inkişafdan söz gedə bilməz.
Dramaturq Zeynallı kimi vicdanlı insanları hər kəsə nümunə göstərir. Qohumlarını itirsə
də, vicdanını itirmədiyi üçün müsbət obraz kimi səciyyələnir. Bu obrazı yaratmaqla sənətkar
bizləri də müsbət istiqamətdə inkişafa yönəltməyə çalışır:
Zeynallı - Telefon zəngləri kəsildi. Heç kəs məndən razı qalmadı. Ancaq vicdanım mən-
dən çox razı idi. Vicdanımı tapdamadım. Ədalət gülümsündü. Dünyada vicdanın özündən razı
qalmasından böyük xoşbəxtlik yoxdur.
Pyesin sonunda da müəllif təyyarələrdəki məğrurluğu, mübarizliyi yada salır. Ölümündə
belə məğrurluğun, yenilməzliyin gizləndiyini aşağdakı kimi nəzmə çəkir:
Özü kimi
Ölümü də mərdanədir.
Mənzilinə uça - uça
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1020
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
qaça - qaça
Öz içindən tez üzülər
təyyarələr
Yavaş - yavaş enə bilməz
Öləndə də birdən ölər
təyyarələr.
B.Vahabzadə bütün poeziyasında olduğu kimi, tarixi pyeslərində də böyük və ciddi
həyat məsələləri üzərində düşünən sənətkar olmuşdur. Xalqın tarixi taleyi, bu taleyi özlərində,
mübarizələrində əks etdirən insanların xarakteri və qayələri, nəcib insani xüsusiyyətləri
görkəmli şairin dramaturgiyasının əsas fəlsəfi-estetik düşüncələridir. B.Vahabzadə
dramaturgiyası mövzu cəhətdən tarixi və müasir həyatla bağlı olan pyeslər silsiləsinə şamil
edilə bilər. Burada tarixilik və müasirlik vəhdət halında çıxış edir. Bu da böyük şairimizin
milli dramaturgiyanın zəngin ənənələrini yaşatmaq əzmini göstərir.
MƏDİNƏ GÜLGÜN YARADICILIĞINDA MƏRD
VƏ MÜBARİZ FƏDAİ OBRAZI
Sakibə ƏLƏSGƏROVA
Azərbaycan Dövlət Pedaqoci Universiteti
traqimli@gmail.com
AZƏRBAYCAN
Mədinə Gülgün cavanlığında da, orta yaş dövrlərində də, ömrünə axşam qəribliyi çö-
kəndə də fədai dostlarını, Təbrizli günlərini bir an belə unutmadı. Mədinə xanım «Təbrizim
mənim» deyərək gah ona «laylay» çaldı, gah da şəninə nəğmələr qoşdu. R.Rzanın «Təbrizim-
mənsizim» ifadəsi ona elə xoş gəlmişdi ki, şeirlərinin birinə epiqraf seçmişdi. Həsrəti və
yarası dərin olan bu şairə son nəfəsinə qədər bir vüsal eşqilə kövrəldi, arzularının qönçəsindən
çıxan günü gözlədi, həsrətinin üstünə gün düşməsini gözlədi. Həmişə bahar soraqlı, süfrəsi
qonaqlı azəri qızı xalqının taleyinin sabahkı döyüşə bağlı olduğunu yadından çıxartmadı. O,
dünəni və bu günü şərəfli olan, azadlıq arzusu dilindən düşməyən, yurdunun mərd oğul və
qızları ilə bərabər səngərlər görən, keçmişi fədai adlı bir şairədir. «O mənəm, mən» şeirində
qanlı cəbhələrdə saçı ağaran, iradəsi ilə düşməni təəccübləndirən, ölümün özündən belə
intiqam alan, döyüşən bir xalqın fədai nümayəndəsinin ümumiləşdirilmiş obrazını yaradıb.
Paslı zəncirləri qolundan qıran,
Elləri köməyə, dada çağıran.
Qanlı cəbhələrdə saçı ağaran
Soruşsalar kimdir,
o, mənəm, mənəm. (1966)
Səngərli günlərindən 20 il keçməsinə baxmayaraq Səttarxan adı və bayrağı ilə nəfəs alır,
hər şirin xəyalın həqiqət olacağına inanır. Onun siyasi mövzuda yazdığı şeirlərində qəribə bir
təzad var. Bir tərəfdən yaralarına məlhəm istəyən şairə digər tərəfdən paslı zəncirlərin
qırılmasını, düşmən üzərinə od, alov yağdırmağın, tələsməyin gərəkliliyini söyləyir. Ola bilsin
ki, elə bunlar ola bilər onun köz bağlayan həsrətini dindirən. 1965-ci ildir, ancaq şairə hələ də
«Qanımız axmasa» deyərək düşüncələrini qələmə alır. Anasının azadlığa həsrət ölməsini, ata-
sının məmur şallağının altında canının çıxmasını, bacısına ömürlük şah zindanı verilməsini,
qardaşının vüqarla dar ağacına getməsini bütün ağrısı ilə yaşayır. Bunlar azadlıq, istiqlal eş-
qinə baş verib. Azadlığın yenidən əllərindən alınması M.Gülgünü çörəyi əlindən alınmış kör-
pəyə döndərir. Ancaq bu hal çox sürmür. Atası, anası əlindən alınmış körpələrin diliylə bayram
paltarı, başmaq istəyir. Get-gedə gərginləşən şairə bunları qəlbiylə, beyniylə duyanlara səslənir:
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1021
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Qanımız axmasa cəbhə boyu qızıl-qırmızı,
Güldürə bilməyəcəyik başı ata sığalı görməyən
o
oğlanı, o qızı…
(1965)
Şairə arzuların, xəyalların yerinə yetirilməsi üçün tozlu, torpaqlı, azadlıq soraqlı səngə-
rin gözlədiyini söyləyir. Əhdin qanla doğrultmağın tərəfindədir. Balasını ümidlə ovunduran
və dünyasını dəyişən anaların qəbri üstünə açıq alınla getməyin tərəfindədir. O, vətən, el üçün
sözlə, gözlə ağlamaq yox, fədai vüqarı, döyüş, ümid və arzuları yerinə yetirən düzgün yol
istəyir. Fədailərin ölümünü cismən hesab edir. Onun fikrincə, fədai qəbirləri dağlara qonaqdır,
torpaq qanlı kitaba dönüb, fədailər isə onun tərcümanına. Xalqının mərd və mübariz fədaisi
mənən lap yüksəkdə durub. Şairə vətəndən uzaqda olsa da, onların səsini duyur, özlərini
görür. Əməlləri başlarının üstündə nura çevrilən fədailərin xatirəsi şairənin varlığına çöküb.
Onların haqq, ədalət, istiqlal, azadlıq söyləyən səsini eşidir.
Səni hər daş dalında
Duran oğul eşidir,
Səni haq savaşına
Aparan yol eşidir,
Eşidir vətən səni
Eşidir torpaq səni.
(1964)
Vətənin oğul və qızları fədai analarının göz yaşlarını, körpələrinin həsrətli baxışlarını,
şəhid olmuş dostlarının qanlı tüfəngini göz və beyin yaddaşına köçürməli, haqq savaşına
aparan yolları tanımalıdır. Torpaqdakı qanlar silinmədikcə vətən, torpaq övladlarına halallıq
verməz. Vətənini xilas edəcək igidlərə əvvəlcədən şeir çələngi həsr edən M.Gülgün onları
«xilaskarım» adlandırır və azad olmuş yurdunun sinəsinə baş qoyub «dincəlmək istəyirəm»
deyir. Şairəyə hərbin ağır məşəqqəti çox tanışdır. Zəhərli hərbi sınaqlar insanları şikəst edir,
onların gülüşünü əlindən alır, saysız-hesabsız fidanı torpaqdan qoparır. Kiminin qolu, kiminin
ayağı yox olur. Zülmət dolu həyat davam edir. Təqvim, saat unudulur, həyat, sevgi unudulur.
Qələbə sevinci bu nizamsızlığı qaydaya sala bilər. Şairənin gözü də, qulağı da səsdədir. Qəmi
unudub sevinci yaşamaq istəyir. Yazıçı E.Əfəndiyev yazır: «Mədinə Gülgünün şeirlərində
bədii ümumiləşdirmə gücü şəxsi hiss-həyəcanlara ümumxalq mahiyyəti verə bilir…»
Şairə inanır ki, fədailərin döyüşmək haqqı əlindən alınmasaydı, azadlıq uğrunda gözünü
qırpmadan oddan, alovdan keçərdi. Ümid və arzu onun üçün ən güclü dəstəkdir. Onun yox
olması gələcəyə inamın, yaşamaq arzusunun yox olması deməkdir. Şairə yazır: «Təki mən
yaralanım, torpaq yaralanmaya.” Bu, onun ən ülvi arzusudur. Vətən sevgisi onun şəxsi
arzularının üstündədir. İnsan ömrünün yarıda sönməsi, silahla bir-birini qırması M.Gülgünə
ağır dərddir. Bir inqilabçı və fədai olmasına baxmayaraq, Vətəninə, dünyaya sülh, əmin-
amanlıq arzulayır. Ümid dolu, arzu dolu nəğmələri sevir. «Dünyamızın sabahı» şeirində «şər
qüvvələrin kökünün kəsiləcəyi gün yaxındadır» deyən şairə hər çətinliyin nağıla çevrildiyi bir
gələcəyə inanır. O gələcəkdə insan cildli qurd, dağılan oba, ata, ana möhnəti, qadın həsrəti,
qan rəngli gecələr olmayacaq. İnsanlar bu olmuş nağılları heyrətlə bir-birinə danışacaq.
Şairənin fədai dostlarının şəninə qoşduğu nəğmələr qəmli musiqilərə mətn olacaq. Keçmiş
fədai gələcəyin qurucusuna çevriləcək. Dünyamız nurlu sabaha doğru getdikcə şər qüvvələrin
kökü kəsiləcək.
Yer üzündə insan qalacaq, -
Qurub, yaradan insan.
İnsanı sevirəm…
Səngərlərdə yox
hünər meydanında yaşayacaq,
qalacaq
Torpağın qızı, oğlu… (1977)
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1022
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
M.Gülgünün qəmli, kədərli yaddaşı da, gələcəyə ümidlə dolu arzuları, xəyalları da,
qəlbində olan güclü insan və torpaq sevgisi də qibtə olunmalıdır. Bəzən qəhqəhəsi də göyləri
güldürən, bəzən yaz yağışı yağdıran, bəzən də odlu göz yaşını gizləmək üçün könül dünyasına
çəkilən Mədinəmiz bizim üçün çox əzizdir. Gah düşmənlə səngərdə döyüşən, gah çiçəklərlə,
quşlarla söhbət edən, gah ana kimi öyüd verən, gah «dünya insanı» kimi beynəlxalq aləmə
səslənən şairə fədakar, qəhrəman azəri qızıdır. Həm Bakının, həm Təbrizin namuslu övladıdır.
NAMİQ KAMALIN “CƏZMİ” ROMANINDA BAŞ QƏHRƏMANIN
TİMSALINDA MİLLİYƏTÇİLİK VƏ VƏTƏNPƏRVƏRLİYİN TƏBLİĞİ
Könül QULİYEVA
Kafkas Universiteti, Türkiyə, Qars
quliyevakonul@yandex.ru
AZƏRBAYCAN
Türk ədəbiyyatında romantik cərəyanın nümayəndəsi kimi tanınan Namiq Kamalın os-
mançılıq, islamçılıq və türkçülük idealarına sadiq qalan əsərlərindən biri də “Cəzmi” roma-
nıdır. “Cəzmi” yazarın milliyətçilik ve türkçülük ideologiyasını yaratma ve yaşatma istəyinin
təzahürüdür. Daha çox “Vətən, yaxud Silistrə” əsəri ilə şöhrət qazanmış yazar qəhrəmanlığın
təsvir və tərənnümünün kütlə üzərindəki müsbət təsirindən ilham alaraq “İntibah”, “Cəlaləddin
Xarəzm şah” və “Cəzmi” romanında da eyni üslubdan yararlanmışdır.
“Cəzmi” romanı tarixi hadisələr əsas alınaraq XVI əsr Osmanlı-İran savaşlarından bəhs
edən, yarımçıq qalmış bir əsərdir. Romanın ilk səhifələrində XVI əsrin ümumi siyasi mən-
zərəsi verilir, İranda hakimiyyətdə olan Səfəvilər sülaləsi, Krımda hakimyyətdə olan Adil Giray
və Qazi Giray qardaşları haqqında məlumatdan sonra yazarın romana adını verdiyi Cəzminin
kimliyindən bəhs edilir. Cəzmi uşaq yaşlarından anasını itirən, ana şəfqətini atasından alan,
incə duyğularla bərabər cəngavərlik, igidlik, mərdlik kimi müsbət keyfiyyətlərə yiyələnərək
böyüdülən, ən əsası, vətənini sevən, onun uğrunda savaşmağı, şəhid olmağı xoşbəxtlik sayan
bir qəhrəman obrazıdır. Milliyətçilk düşüncəsi Cəzminin kiçik yaşlarından tərbiyəsi ile başla-
yır. Əmisinin ona dediyi “asker olmanın birinci şartı cesaretli olmak ve ölürken bile olsa gü-
lümsemektir.” “ Asker göz yaşını şehit düştüğü zaman bedenini süsleyen, ya da düşmanını öl-
dürdüğü zaman kılıncından o düşmanın üzerine dökülen kan damlalarında görür. Gerçekten
asker olan kişi kabrinin en koyu köşesinden bile cennete bir kapı bulur” kimi ifadələr hər
zaman qulaqlarında sırğa kimi qalan Cəzmi savaşa atılmaq, gücünü düşmənə göstərmək, son
damla qanına qədər vuruşmaq əzmindədir. Yazar təsadüfən yarışa qatılan və cəzurluğunu
nümayiş etdirən, bununla da, saraya yol tapan Cəzminin savaş arzusunu onun öz sözləri ilə
oxuyucuya çatdırır: “Devlete olan bu borcumu düşmanlarımızın kanıyla ödemek istiyorum.”
Yaratdığı obrazı sevən yazar bəzən Cəzmini qeyri-adi gücləri olan mifik qəhrəmanlara
bənzədir: “Cezmi elindeki cesaret kılıcı bulutdakı yıldırımlar gibi düşman topluluklarının her
birine çarptıkca şimşekler çaktırıyordu.”
Yolundan dönməmək, çətinliklə olsa belə qələbə çalacağına inanmaq Cəzminin xarakte-
rindəki əsas xüsusiyyətlərdir. Bundan başqa, onun yeri gələndə mərhəmətli olması, savaş za-
manı qaçıb canını qurtarmaq istəyən düşmən əsgərinə yardım etmək istəməsi, lazım gəldikdə
özünü başqası üçün təhlükəyə atması baş qəhrəmanı oxucuya sevdirən cəhətlərdəndir. Bu mə-
qamda N. Kamal İran əsgərinin həyatını qurtaran Cəzmi haqqında yazır: “O gün vicdanının
derinliklerinde beliren bir tuaf değişiklikle bir can kurtarmayı, bir düşman ordusunu mahv
etmekten daha büyük bir erdem saydı”
Bəzən isə Cəzmi gözünü intiqam və qəzəb hissi bürümüş, bir obraz kimi meydana çıxır.
Qolundan yaralanan Cəzmi iranlı əsgəri təqib edərək öldürmək istəyir, lakin altındakı Çahbə-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1023
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
yəndi adlı atının yavaş qaçmasından dolayı onu tuta bilmir və atdan düşərək, onu da düşməni
kimi namussuz adlandırır və öldürür. Buna baxmayaraq, düşmən düşərgəsinə yaxınlaşır və
İran ordusu ilə təkbaşına savaşmağa başlayır. “Cezmi arkasını bir ağaca dayamış, kılıcıyla
çarpışıyordu. Hatta yanına en çok yaklaşan İranlının bir vuruşta kolunu yaralamış, ikinci vu-
ruşta atını, üçüncü vuruşta admın kafasını koparmıştı.”
Cəzmi ona verilən tapşırıqların öhdəsindən bacarıqla gəlir. Bu tapşırıqlardan biri də
düşmən sərhədini keçib İran sarayında əsir kimi saxlanılan Adil Girayın yanına getmək, onun-
la birləşərək İran şahının bacısı Pərihanla birlikdə çevriliş edərək Məhəmməd Xudabəndəni
taxtdan salmaqdır ki, bu işə də heç bir şeydən çəkinmədən qol qoyan Cəzmi ağlı və düşüncəsi
sayəsində, siyasətlə və öncədən tədbir görərək paytaxta qədər asanlıqla gələ bilir. Namiq
Kamal bu təsvirlərlə bir vətənpərvər insanda şücaət və qəhrəmanlıqla bərabər, siyasi zəkanın
və tədbirli davranmağın əhəmiyyətini də göstərir.
Əsəri tam şəkildə təhlil etdiyimiz zaman vətənsevərlik, milliyətçilik məsələrinə geniş
yer verildiyini, istər müsbət qəhrəmanların, istərsə də mənfi qəhrəmanların xarakterləri, on-
ların davranışları və bir-birilərinə münasibəti fonunda yazarın milli vətənpərvərlik düşüncəsi-
nin yaranması üçün müxtəlif təsvirlərdən yararlandığını görürük.
OĞUZ QRUPU TÜRK DiLLƏRiNDƏ TOY- MƏRASiM LEKSiKASI
İlahə MUSAYEVA
Sumqayıt Dövlət Universiteti
i.musayeva83@mail.ru
AZƏRBAYCAN
Mərasim leksikası hər bir xalqın zəngin folklorunun,etnik özünəməxsusluğunun bir çox
mühüm cəhətlərinin göstəricisidir. Bir kökdən təşəkkül tapan,ortaq tarixə malik olan türk
dillərinin leksik qatına nəzər salsaq,etnosun yaradıcı təfəkkürünün məhsulu olan mərasim
leksikasının yetərincə zənginliyinin şahidi olarıq. Zəngin milli mənəvi dəyərlərə,tarixə malik
türk xalqlarının xalqın həyat tərzi və məişəti ilə əlaqədar olaraq olduqca maraqlı mərasimləri
vardır. Ailə-məişət mərasimləri içərisində milli adət-ənənələrə, dini inanclara söykənən toy
mərasimi mühüm əhəmiyyət kəsb edir.
Qədim türk leksik vahidi olan “toy”sözü qədim türk yazılı abidələrində müxtəlif məna
çalarlarında işlənmişdir. Məsələn:. Ə.Rəcəbov,Y.Məmmədovun ” Orxon- Yenisey abidələri”
kitabında Bilgə xaqan abidəsinin şimal tərəfindəki yazıda bu söz “törün”formasında toy, dü-
yün, qonaqlıq anlamında verilmişdir: Mən türgis kağanğa kızımın ertənü uluğ törün alı bitir-
dim. Mahmud Kaşğari Divanında ”törü” sözünün nizam, adət-ənənə, törədilmək, yaradılmaq
mənalarında izahını vermişdir. Toy sözünün isə bir neçə omonim variantı verilmişdir: ordugah,
dərman düzəldilən bir ot, qab-qaçaq düzəldilən çamur, toy quşu (cigilcə),dovdaq və doymaq
mənasında.
Türkmən dilinin sözlüyündə toy-Birinin ya da bir zadın hatırasına edilyan bayram,toy-
tamaşa kimi izah olunur. Türkmənlərin soy kitabı olan Əbülqazi Bahadır xanın ”Şəcərei-
Tərakimə”-də” toy” leksemi yığıncaq, ziyafət mənalarında işlənmişdir: Uşağın bir yaşı olanda
Qara xan eli çağırdı və ulu toy elədi.
Kitabi Dədə Qorqud abidəsində də toy leksik vahid olaraq ziyafət, mərasim, qonaqlıq,
siyasi yiğıncaq anlamlarını ifadə edir:” Xanlar xanı xan Bayındır yildə bir kərrə toy edib,
Oguz bəglərini qonaqlardı. Ulı toy elə, hacət dilə! Beləliklə, Oğuznamələrə nəzər saldıqda
şahid oluruq ki, ümumtürk yazılı abidələrdə ,”toy”sözü ümumilikdə hər hansı bir məqsədlə
keçirilən yığıncaq, şənlik, mərasim mənalarında işlənmişdir. Evlənmə, ailə qurma anlamına
gəldikdə isə tarixən toy sözü düyün sözü ilə birlikdə toy-düyün formasında mürəkkəb söz şək-
lində işlənmişdir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1024
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Düyün sözü isə məlum oldugu kimi qədim türk sözü olan tüg-düy,düymələmək,
bağlamaq,tügün-düyün felindən əmələ gəlmişdir. Düyün mərasim olaraq iki qəlbin bir-birinə
bağlanması, düyünlənməsi anlamındadır. Müasir Azərbaycan dilində düyün ifadəsi tədricən
öz işləkliyini itirərək arxaikləşmiş,dilimizdə toy şəklində sabitləşmişdir. Ümumiyyətlə, türkün
ailə quruculuğunda yerinə yetirilən adətlər dini inancların, milli mənəvi dəyərlərin
təzahürüdür. Oğuz qrupu türk dillərinin etnoqrafiyasına nəzər salsaq qədim adət ənənələrə
söykənən toy mərasimi ilə bağlı leksik qatın zənginliyinin şahidi olarıq. Təkcə toy leksemi
vasitəsilə morfoloji və sintaktik yolla yaranan sözlərin sayı kifayət qədərdir. Müasir
Azərbaycan dilində toybabası, toybaşı, toybəyi (toya nəzarət edən,toyu idarə edən şəxs ), toy-
bayram, toy-mağar, toy-nağara (ümumilikdə çalğı alətləri), toy-düyün (toy məclisi), toy
xərci, qız toyu, böyük toy, kiçik toy(sünnət toyu),toy gecəsi, toyxana,toy havası(toyda çalınan
musiqi),toy payı(toy hədiyyəsi) kimi toy prossesində istifadə olunan ifadələr vardır.
Türkmən dilində də bu sözlə bağlı bir çox düzəltmə və mürəkkəb sözlər,söz birləşmələri
geniş işlənmə imkanına malikdir. Toyçu sözü bu dildə bizim dildən fərqli olaraq çalğıçılar
dəsti yox,toya gedən və ya gələn adam anlamında işlənir. Toyhana-toy edilən yer;toylamak –
toy etmək; toylanmak-toy edilmək,gelin toyı-qız toyu mənalarında türkmən dilinin
leksikasında işlənir.Geneş toyı- toy etməzdən əvvəl edilən məsləhətdir ki,bu mərasim zamanı
qız evinə əvvəlcədən xəbər olunur, toyun günü, toy xərcləri haqqında razılığa gəlinir. Bizim
dildə bu mərasim. toyu danışmaq adlanır.
Qaqauz türkcəsində tarixən türk dillərində işlənən “dügün” sözü öz semantikasını
qoruyaraq,qaqauz dilinin ədəbi dil normalarına uyğun olaraq,”düün”formasında işlənir.Düün
qejesi-toy gecəsi,düün rubası-toy libası,düünju-toya gələn qonaq,düünjülük etmə-toyda iştirak
etmək, düün sofrası-toy süfrəsi kimi ifadələr toy prossesi zamanı istifadə olunan ,düün
sözündən yaranan ifadələrdir. Qaqauz leksikasında istifadə olunan düüna çaarmak toya
çağırmaq mənasında işlədilir.Qaqauz türklərində bu adət maraqlı məqamları ilə diqqət
çəkir.Belə ki,toya qonaqları dəvət etmək üçün qohum və ya ailənin yaxınlarından xüsusi
şəxslər-dunurju seçilir. Toya dəvətə gedənlər xüsusi libaslar geyinir. Həmçinin xüsusi olaraq
atın üzərinə xalça salınaraq bəzədilir.
Toy mərasimi ilə bağlı olan sözlərdən biri də “elçi” sözüdür. Elçilik toy mərasiminin ən
birinci və başlıça mərhələsidir ki, toy mərasimi elçiliklə başlanır. Azərbaycan dilinin izahlı
lüğətində elçi sözünün - bir dövləti başqa bir dövlətdə təmsil edən diplomatik nümayəndə,
oglan və ya onun adamları tərəfindən qız istəmək üçün göndərilən şəxs, müəyyən məqsədlə
və ya rəsmi danışıqlar üçün bir yerə göndərilən şəxs, müjdəçi, xəbər gətirən səxs kimi izah-
ları verilmişdir. Qədim türk leksik vahidi olan elçi termini demək olar ki,bütün türk dillərində
eyni anlamda izah olünür.Azərbaycan dilində bu terminlə bağlı elçi düşmək, elçilik, elçi
daşı(nağıllarda padşah qızının elçiliyinə gələnlərin oturması üçün saray meydanını qoyulan
xüsusi daş) kimi ifadələr Türkmən dilinin sözlüyündə “ilçi”sözü Yokarı dereceli diplomatik
vekil kimi izah olunur. Qaqauz dilində bu mərasimin ikinci mərhələsi SOZ adlanır. Qız evinə
dünürjü başı, aarajı(araçı) və konuşçudan(söhbəti edən) ibarət nümayəndə gedir. Yox cavabını
almamaq üçün mərasim birinci mərhələdə razılaşdırılır. Elçilik üçün qaqauzlarda dini
inanclara görə uyğun gün şənbə,bazar günləri sayılır.Soz mərasimi həmçinin annaşmak, laf
almak,yavklu etmək də adlanır.Azərbaycan dilinin lüğət tərkibində geniş yer alan toy mərasim
leksikasının Oğuz qrupu türk dilləri ilə müqayisəli şəkildə öyrənilməsi maraqlı olduğu qədər
bu leksemlərin etimologiyasına da müəyyən cığır aça bilir.
Dostları ilə paylaş: |