Quliyeva elnarə ariF qızı “Biznesdə korporativ idarəetmənin təkmilləşdirilməsi məsələləri”


 Korporativ idarəetmədə insan resurslarının inkişafı



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə21/29
tarix30.11.2022
ölçüsü0,75 Mb.
#71331
1   ...   17   18   19   20   21   22   23   24   ...   29
quliyeva elnara

3.2. Korporativ idarəetmədə insan resurslarının inkişafı 
İnsan resursları sosial-iqtisadi kateqoriya olub, cəmiyyətin (ölkənin ) malik 
olduğu fiziki və intellektual imkanların məcmusunu təşkil edir. Onun tərkibində ən 
mühüm və aparıcı yeri fiziki və zehni cəhətdən inkişaf etmiş əmək qabiliyyətli 
yaşında olan əmək qabiliyyətli əhali tutur. Bu isə o deməkdir ki, konkret sosial-
iqtisadi tarixi inkişaf mərhələsində, hansı ölkədə ictimai istehsal prosesinin əsasını 
və subyektini təşkil edən əhalinin fiziki və zeyni cəhətdən inkişaf etmiş hissəsi 
çoxdursa, həmin ölkə daha çox məhsuldar insan resurslarına malikdir. İnsanlar və 


66 
onların istedadı ölkənin ən qiymətli resursudur. Buna görə də hər bir ölkədə və 
regionda həmin resursların idarə edilməsi və onlardan səmərəli istifadə olunması 
strateji vəzifəyə çevrilmişdir. İnsan resurslarının xüsusiyyəti ondan ibarətdir ki, 
əvvəla, insanlar nə qədər çox peşə fəaliyyətinə qoşulurlarsa, onlar bir o qədər çox
həyat və peşə təcrübəsi qazanır, bir o qədər az vaxt ərzində peşə vəzifələrini daha 
keyfiyyətlə yerinə yetirir, ölkə, müəssisə, təşkilat və s. üçün daha çox dəyərlər 
yaradırlar; ikincisi, insanlar sosial idarəetmənin ən mürəkkəb obyektidir
üçüncüsü, insanların peşəkar olmsı üçün fəaliyyət növlərinin peşəkarlaşması çoxlu 
kapital sərfini tələb edir; dördüncüsü, peşəkarların fəaliyyətinin səmərəliliyinin 
yüksəkliyi onların imkanlarının düzgün idarə edilməsi sisteminin yaradılması ilə 
əldə edilir. 
İnsan resurslarının idarə edilməsinin mahiyyəti ondan ibarətdir ki, insanlar 
rəqabət obyekti olaraq, məqsədə çatmaq üçün başqa resurslarla yanaşı, səmərəli 
yerləşdirilməli, inkişaf etdirilməli və motivləşdirilməlidirlər. Vətənimizin və xarici 
ölkələrin müəssisələrinin təcrübəsinin ümimiləşdirilməsi insan resurslarının idarə 
edilməısinin qlobal məqsədinin formalaşdırılmasına, yəni ölkənin ( müəssisənin
idarə və təşkilatların və s.)malik olduğu əmək resurslarının daha səmərəli 
formalaşmasına, inkişafına və reallaşmasına imkan verir. Bu isə o deməkdir ki, 
ölkənin ( müəssisənin, idarə və təşkilatların və s.) hər bir əmək qabiliyyətli 
adamının iş qabiliyyəti yaxşılaşacaq, öz əmək potensialını inkişaf etdirmək və 
ondan optimal qaydada istifadə etmək imkanı artacaq, bu isə, öz növbəsində 
bütünlükdə ölkənin ( müəssisənin, idarə və təşkilatların və s.) malik olduğu iş 
qüvvəsinin fiziki və intellektual imkandan daha səmərəli istifadə olunmasına 
müsbət təsir göstərəcəkdir. 
İnsan resurslarının idarə edilməsi təşkilatçılıq mühitinin bütün aspektlərini 
əhatə edir və özünə inteqrasiya edilməsi baxımından yanaşılmasını tələb edir. 
Çünki klassik iqtisadi nəzəriyyənin bəzi nümayəndələrinin düşündüyü kimi, 
dünyada qlobal rəqabətin yüksəlməsinin milli rəqabət qabiliyyətinin ən mühüm 
amillərini torpaq, kapital və təbii resurslar deyil, yüksək ixtisaslı və 


67 
motivləşdirilmiş insan resursları təşkil edir. Ölkənin ( müəssisənin, idarə və 
təşkilatların və s.) iqtisadi və başqa imkanları həmin resursların keyfiyyətindən və 
xarakterindən asılıdır. 
İnsan resurslarının idarə edilməsi idarəetmə təcrübəsini biznes strategiyası 
ilə əlaqələndirir. Buna görə də, innovasiya xarakteri daşıyır və son məqsəd kimi 
ölkənin ( müəssisənin, idarənin, təşkilatın, şirkətin və s.) iqtisadi nəticələrinin 
yüksəldilməsi və əhalinin tələbatının ödənilməsi vəzifəsini qarşıya qoyur. Buna 
görə də hər hansı idarəetmə məsələsi həll edilərkən insan aspekti, yəni adamların 
imkanı və kadrlara təsir nəzərə alınmalıdır. 
 
İnsan resurslarının idarə edilməsində başlıca məqsəd onların potensialından, 
yaradıcı imkanlarından maksimum istifadə edilməsidir. Lakin sözün geniş 
mənasında insan resurslarının idarə edilməsi aşağıdakı kompleks məsələləri əhatə 
edir: 
- müəssisə, firma və şirkətlərin konkret strategiyasına uyğun gələn işçi 
heyətinə (ümumi və kateqoriyalar üzrə) tələbatın müəyyən edilməsi; 
- əmək bazarının qiymətləndirilməsi və məşğulluq amilinin təhlili; 
- əməkdaşların karyerasının planlaşdırılması, onların inkişaf irəliləyişi; 
- fəaliyyətin motivləşdirilməsi sisteminin hazırlanması; 
- əmək məhsuldarlığının idarə edilməsi; 
- əmək gəlirlərinin, müəssisə daxili əmək və istehlak ölçüsünün
tənzimlənməsi; 
- müəssisə daxili fəal sosial siyasətin aparılması; 
- yaradıcı işin, o cümlədən texniki yaradıcılığın stimullaşdırılması; 
- qabaqcıl əmək üsullarının tətbiqi; 
- heyətin peşə - ixtisas hazırlığı; 


68 
- münaqişələrin yumşaldılması, idarə edilməsi; 
- normal sosial- psixoloji mühitin yaradılması. 
Məhz qeyd edilənlərə görə inkişaf etmiş sənaye ölkələrində, xüsusilə də 
ABŞ –da və Yaponiyada menecerlərin hazırlanması zamanı onların tədris 
planlarında yuxarıda qeyd edilənlərə xüsusi diqqət yetirilir. Məsələn, bu ölkələrdə 
sosial qrupların psixologiyası, təşkiletmə nəzəriyyəsi, insan davranışı, şəxsiyyətin 
psixologiyası, 
heyətin 
motivləşdirilməsi, 
rəhbərlik 
üslubu, 
situasiyaların 
araşdırılması, peşə fəaliyyətinin motivləşdirilməsi və s. məsələlər ayrıca fənn kimi 
öyrənilir. 
İnsan resurslarına verilən əhəmiyyət özünü Yapon menecerlərinin qarşılarına
qoyduqları vəzifələr içərisində onun nə qədər əhəmiyyət kəsb etməsində də bir 
daha özünü göstərir. Bunu Yaponiyada aparılan sorğunun nəticələrindən də 
görmək olar. Sorğu ilə əhatə olunan menecerlər özlərinin əsas vəzifələri haqqında 
suala aşağıdakı cavabları vermişlər ( soruşulanlar % - lə): 
- insan resurslarının inkişafı - 85,3 
- satış bazarının inkişafı - 72,8 
- yeni məhsul və xidmətlərin yaranması - 63,8 

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin