2.3 Fəlakətlərdən sonra kənd təsərrüfatı sistemlərinin bərpası
Təbii kataklizmlərin, bəzi ərazilərdə quraqlığın, bəzilərində normaları dəfələrlə üstələyən
yağıntıların, daşqınların, temperaturun kəskin tərəddüdlərinin və ümumi artımının (son 20 ildə 0,6
0
C),
torpaq sürüşmələrinin və uçqunlarının baş verməsi biomüxtəlifliyə böyük ziyan vurur. Đnsanların
laqeyd münasibəti, müvafiq orqanların təbii fəlakətlərlə bağlı hazırlıq nümayiş etdirməmələri bu
ziyanı bir az da artırır. Fəlakətlər zamanı (məsələn, Xəzərsahili ərazilərin su altında qalması, Kürün
aşağı axarlarında və Böyük Qafqazın cənub yamacları ilə axan çaylarda baş verən daşqınlar, quraqlıq,
torpaq sürüşmələri) fermerlərə dəyən ziyanın dövlət tərəfindən ödənilməsi, onların toxum və əkin
materialı ilə təmin olunması ilə bağlı tədbirlər görülür.
Azərbaycanda həm kənd təsərrüfatı sisteminə, həm də yabanı floraya ciddi zərbə vurmuş
fəlakət kimi torpaqların Ermənistan tərəfindən işğalını göstərmək olar. Müharibədən əvvəl Yuxarı
Qarabağın və ətraf rayonların fermer təsərrüfatlarında müxtəlif bitki qruplarına aid yüzlərlə qiymətli
26
yerli sort və formalar becərilirdi. Bu qiymətli genefond tamamilə məhv edilmişdir. Həmin ərazilərdə
kənd təsərrüfatı sisteminin bərpası üçün uzun illər və böyük həcmdə vəsait lazım gələcəkdir. 2006-cı
ildə isə işğal edilmiş ərazilərdə törədilən yanğınlar 1000 hektarlarla ərazidə bütün yaşıl örtüyü məhv
etmiş, xüsusən nadir və qiymətli biomüxtəlifliyə ciddi ziyan vurmuşdur. Ziyanın dəqiq miqyası
beynəlxalq qrup tərəfindən müəyyən edilməlidir. Orada mövcud olan bir sıra endemik növlərin təkrar
bərpası ciddi narahatlıq doğurur. Həmin ərazilər işğaldan azad edildikdən sonra yerli şəraitə uyğun
gələn rüşeym plazmasının reintroduksiyası üçün bu gün təxirəsalınmaz tədbirlər üzrə layihələr
hazırlanmalıdır. Bu sahədə təcrübəyə malik olan ölkələr və beynəlxalq təşkilatların dəstəyi daha
faydalı olardı. Fəlakət ərazilərinə yaxın zonalarda vegetativ üsulla çoxalan bitkilərin tingliklərinin
salınması və tarixən Qarabağda becərilmiş sort və formaların burada toplanaraq artırılması
təcrübəsindən istifadə olunması yaxşı nəticə verərdi. Bu işdə yerli fermerlərin qüvvəsindən də istifadə
etmək səmərəli olardı. Belə olan halda, müharibənin nəticələri aradan qaldırılan zaman fermerlərin
lazımi miqdarda və müxtəliflikdə rüşeym plazması materialları ilə təmin edilməsi çətinlik
törətməyəcək.
2.4 Ə rzaq mə qsə dilə istifadə olunan yabanı bitkilə r və mə də ni bitkilə rin yabanı ə cdad və
qohumları
K/T bitkilərinin yabanı əcdadları və müxtəlif təsərrüfat məqsədləri üçün istifadə olunan digər
yabanı biomüxtılifliyin in-situ mühafizəsi həm biomüxtəlifliklə, həm də ekologiya ilə bağlı Milli
Proqramlarda əsas prioritetlərdən biridir. Proqramlarda bu qiymətli müxtəlifliyin mühafizəsi üçün
qorunan ərazilərin sahəsinin artırılması, əhalinin maarifləndirilməsi yolu ilə bitkilərin tükənməsinin
qarşısının alınması, itməkdə olan növlərin ex-situ mühafizəyə cəlb edilməsi, artırılaraq təbiətə
reintroduksiya edilməsi və s. kimi tədbirlərin görülməsi ilə bağlı tövsiyələr verilmiş, tədbirlərin
həyata keçirilməsi üçün planlar hazırlanmış və fəaliyyətlər davam etdirilir.
Lakin bu sahədə ciddi problemlər hələ də qalmaqdadır. Problemlərin həlli üçün dövlət
tərəfindən qəbul edilmiş qanun və qərarların ciddi icrasına nail olmaq nə qədər vacibdirsə,
ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi, in-situ qorunma işinə yerli əhalinin,
fermerlərin cəlb edilməsi də bir o qədər vacibdir. Đtmək təhlükəsi altında olan növlərin toplanması,
müvafiq şəraitdə artırılaraq təkrar reintroduksiyası üzrə yeni, daha iri həcmli layihələrin
27
hazırlanmasına və həyata keçirilməsinə, fəaliyyətləri gücləndirmək üçün beynəlxalq və regional
təşkilatlardan metodiki və kadrların təlimi üzrə dəstək və yardıma da ehtiyac vardır.
2.5 Đn-situ idarəolunmanın yaxşılaşdırılması, prioritet və tələbatlar
Son illərdə təbii landşaftların, eləcə də yabanı floranın qorunması məqsədilə Azərbaycan
hökuməti tərəfindən bir sıra mühüm addımlar atılmışdır. Azərbaycan Respublikasının hökuməti
tərəfindən təsdiq olunmuş Ətraf Mühiti Mühafizə üzrə Milli Fəaliyyət Planını (1998), Xüsusi
mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında Azərbaycan Respublikasının Qanununu
(2000), Azərbaycan Respublikasında Bioloji Müxtəlifliyin Qorunması və Davamlı Đstifadəsinə dair
Milli Strategiya və Fəaliyyət Planını (2006), yeni Milli Parkların və Dövlət Qoruqlarının
yaradılmasını (Akademik H. Əliyev adına Ordubad Milli Parkı, Şirvan Milli Parkı, Ağ-göl Milli
Parkı, Hirkan Milli Parkı, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, Şahbuz Dövlət Təbiət Qoruğu,
Eldar Şamı Dövlət Təbiət Qoruğu və s.) misal göstərmək olar. Qorunan ərazilərin sahəsinin və
statusunun qaldırılması da təqdirəlayiqdir.
Qorunan ərazilərdən kənarda isə biomüxtəlifliyin in-situ mühafizəsi işi zəif təşkil edilmişdir.
Mühafizə və məlumatlandırma işinə yerli idarəetmə orqanlarının, bələdiyyələrin, məktəblərin, geniş
ictimaiyyətin cəlb edilməsi ilə bərabər qanunvericiliyin təkmilləşdirilməsinə, biomüxtəlifliyə
vurulmuş ziyana görə cərimələrin, inzibati məsuliyyətin tətbiq edilməsinə ehtiyac vardır.
III fəsil. Ex-situ ehtiyatlarının idarəolunma vəziyyəti
3.1. Ex-situ kolleksiyaların saxlanması və geniş lə ndirilmə si
3.1.1. Ə sas ex-situ kolleksiyalar
Respublikanın 12 təşkilatında mövcud olan 34 ex-situ kolleksiyada 13900-dən çox bitki
nümunəsi toplanmışdır. Ən iri kolleksiyalar GEĐ, ETƏĐ və ETBSBĐ-dədır.
Maraqlı Tərəflər
Prioritet bitkilər
Genetik Ehtiyatlar
Đ
nstitutu
Azə rbaycan üçün prioritet olan bütün Ə KTBGE: Kə nt tə sə rrüfatı
bitkilə ri, onların yabanı ə cdadları, də rman, aromatik və yağ lı bitkilə r
Mərkəzi Nəbatat Bağı
Azə rbaycan üçün prioritet olan bütün BGE
Bioresurslar Đnstitutu
Buğda, arpa, noxud, lobya, mərci, meyvə bitkiləri, yabanı flora,
faydalı bitkilər, dərman bitkiləri
Ə
kinçilik Đ nstitutu
Buğ da, arpa, qarğ ıdalı, çovdar, tritikale, və lə mir, tütün, noxud, mə rci
Pambıqçılıq Đnstitutu
Pambıq
Tərəvəzçilik Đnstitutu
Pomidor, xiyar, baş soğ an, sarımsaq, paxlalı tə rə və zlə r, kartof,
qarpız, yemiş , boranı, sair tə rə və z, göyə rti və ə dviyyə tə rə və z bitkilə ri
Üzümçülük və Şərabçılıq
Đ
nstitutu
Üzüm bitkisi
28
Yemçilik, Çə mə nçilik və
Otlaqlar Đ nstitutu
Yonca, xaş a, çobantoppuzu, və lə mir və baş qa yem bitkilə ri
Bağçılıq və Subtropik
Bitkilə r Đ nstitutu
Alma, armud, heyva, ə ncir, badam, püstə , qoz, fındıq, ş abalıd, ə rik,
alça, gavalı, gilas, gilə nar, sitrus meyvə lə ri, ə zgil, nar və s. meyvə və
gilə meyvə bitkilə ri, çay
Đ
pə kçilik Đ nstitutu
Tut bitkisi
“Araz” Elm Đstehsalat
Birliyi
Buğ da, arpa,
yonca, alma, armud, heyva, əncir, qoz, fındıq, ərik, alça,
gavalı, gilas, gilə nar, nar və s. meyvə və gilə meyvə bitkilə ri
Kənd Təsərrüfatı
Akademiyası
Buğ da, qarğ ıdalı, arpa, alma, armud, heyva, ə ncir, qoz, fındıq, ə rik,
alça, nar və s. meyvə və gilə meyvə bitkilə ri, birillik və çoxillik tə rə və z
bitkilə ri
Azərbaycanda qısa, orta və uzun müddətli toxum genbankları, tarla kolleksiyaları mövcuddur.
Đ
n-vitro və kriosaxlanmada nümunə olması ilə bağlı məlumat yoxdur. Kolleksiyalarda olan nümunələr
Milli Genbanka verıldıkcə dublikatlaşdırma intensivləşir. Eyni zamanda bu sahədə beynəlxalq
ə
məkdaşlığı əks etdirən 4 saziş bağlanmışdır.
Kolleksiyaların böyük əksəriyyətində toplanmış nümunələrin inventarlaşdırılması və həyatilik
qabiliyyətinin monitorinqi müntəzəm, genetik təmizliyin monitorinqi isə çox zəif aparılır. Ex-situ
kolleksiyalar haqqında məlumatlar 117 nəşr materialında öz əksini tapmışdır. Təşkilatlarda olan
kolleksiyaların dəstəklənməsi üzrə 49 layihə icra olunmuş və ya icra mərhələsindədir. Bu
kolleksiyaların əksəriyyətində bitki toxumlarının saxlanma şəraitinin tipi əsasən qısamüddətlidir.
29
3.1.2. Milli Genbank
Maraqlı Tərəflərin əksəriyyətində toxumların qısamüddətli saxlanması və tarla genbankları
vardır. Yalnız 2 müəssisədə (GEĐ-də (+5 – +7
0
C temperatur şəraitində) və ETƏĐ-də (+5 – +7
0
C) orta
müddətli saxlanma mövcuddur. Yalnız GEĐ-də yaradılmış Milli Genbankda ortamüddətli saxlanma ilə
birgə, uzunmüddətli saxlanma şəraiti mövcuddur (-18 – -20
0
C). Ölkə üzrə ortamüddətli saxlanma
otaqlarında cəmi 4941 nümunə toplanmışdır. Ən qısa zamanda həmin nümunələrin əksəriyyətinin
uzun müddətli saxlama şəraitinə köçürülməsi planlaşdırılır. Respublika üzrə ex-situ kolleksiyalarda
olan bitki nümunələrinin toxumlarının buraya toplanması həyata keçirilir. Eyni zamanda dünyanın
tanınmış genbanklarında saxlanılan Azərbaycan mənşəli bitki nümunələrinin axtarışı, ikitərəfli
razılaşmalar və elmi mübadilə yolu ilə Milli Genbanka cəlb edilməsi üzrə də fəaliyyətlər icra olunur.
VĐR, USDA, ĐCARDA, CĐMMYT və s. təşkilatlarla müvafiq razılaşmalar əldə edilmişdir.
Milli Genbankın tam şəkildə fəaliyyət göstərməsi üçün daimi vəsait qoyuluşu tələb olunur. Bu
işdə Azərbaycan hökumətinin, Beynəlxalq Etimad Fondunun (Trast-Fond) və digər donor təşkilatların
dəstəyi arzuolunandır.
3.1.3. Tarla kolleksiyaları və botanika bağları. Đnstitutların demək olar ki, hamısında tarla
genbankları, genefond bağları mövcuddur. Respublikada mövcud olan tarla kolleksiyalarında 6193
Maraqlı Tərəflər və onlarda toplanmış bitki genefondu
42%
18%
11%
2%
5%
4%
4%
8%
2%
2%
1%
1%
Genetik Ehtiyatlar Đnstitutu 5696
Elmi Tədqiqat Əkinçilik Đnstitutu 2490
ARAZ Elm-Istehsalat Birliyi 284
Azərbaycan Kənd Təsərrüfatı Akademiyası 304
ET Bağçılıq və Subtropik Bitkilər Đnstitutu 1519
ET Ipəkçilik Institutu 322
ET Pambıqçılıq Đnstitutu 680
ET Tərəvəzçilik Đnstitutu 578
ET Üzümçülük və Şərabçılıq Đnstitutu 143
ET Yemçilik, Çəmənçilik və Otlaqlar Đnstitutu 189
Mərkəzi Nəbatat Bağı 512
Naxçıvan Bioresurslar Đnstitutu 1043
310
42%
18%
11%
2% 5%
4%
4%
7%
2%
2%
1%
2%
30
nümunə cəmlənmişdir. Bu genbankların idarə olunmasında əsas prioritet ondan ibarətdir ki, veqetativ
üsulla çoxalan bitkilər müvafiq bölgələrdə yerləşən institutların və onların tədqiqat bazalarının
ə
razilərində becərilsin, mühafizə edilsin və artırılsın. Bu kolleksiyaların da dəstəyə və daimi nəzarətə
ehtiyacı var. Burada ETĐĐ-nin yaratdığı tut bitkisinin genefond bağını, ETBSBĐ-nin müxtəlif
regionlarda salınmış meyvə bağlarını, GEĐ-nin Elmi Bazalarında və Dayaq Məntəqələrində yaradılmış
genefond bağlarını misal göstərmək olar. Bakı şəhərində MNB, Dendraloji Park, Naxçıvan şəhərində
NBĐ-nin nəbatat bağı fəaliyyət göstərir. Onlarda dünyanın müxtəlif yerlərindən gətirilmiş bitkilərlə
birgə Azərbaycan florasının qiymətli, itməkdə olan nadir, relikt nümunələri, o cümlədən mədəni
bitkilərin xalq seleksiyası sortları, yabanı əcdadları və başqa faydalı bitkilər toplanaraq mühafizə
olunur.
3.1.4. Ex-situ mühafizə edilən BGE-nin sənədləşdirmə sistemi
Ex-situ mühafizə edilən bitki genetik ehtiyatlarının sənədləşdirilməsi uzun illər institutlarda
yerli kolleksiyalar səviyyəsində aparılırdı. Kolleksiyalarıın bütün məlumatları dəftərxana
jurnallarında toplanır və nadir hallarda kompüterə (əsasən Word tekst redaktorunda cədvəllər halında)
keçirilirdi.
Avropada EPGRĐS layihəsi çərçivəsində 2002-ci ildən etibarən bütün kolleksiyaların
kompüter sisteminə keçirilməsinə başlanmışdır. Kolleksiyalar və ayri-ayri bitki qrupları üzrə
beynəlxalq (FAO və ĐPGRĐ tərəfindən birgə hazırlanmış) deskriptorlar əsasında pasport məlumatları
toplanmış və Excel cədvəlləri şəklində kompüter sənədləşdirməsi aparılmışdır. Genetik Ehtiyatlar
Đ
nstitutunun yaradılması (fevral 2003) və bu institutda sənədləşdirmə üzrə qrupun təşkili ex-situ
kolleksiyaların məlumat bazasının yaradılması işini xeyli sürətləndirmişdir.
Respublikanın ex-situ kolleksiyalarında olan bitki nümunələrinin əhəmiyyətli bir qismi (cəmi
7773 nümunə) haqqında pasport və səciyyələndirmə məlumatlarından ibarət Mərkəzi Məlumat Bazası
(MMB) GEĐ-də yaradılmışdır.
MMB ĐPGRĐ ilə GEĐ arasında imzalanmış “Anlaşma Memorandumu” əsasında EURĐSCO
internet axtarış kataloguna yüklənmişdir və internet sistemi vasitəsi ilə ona müraciət etmək
mümkündür (www.eurisco.ecpgr.org).
MMB əksər ex-situ kolleksiyaları əks etdirir. Yalnız MNB, NBĐ, “Araz” EĐB bu sistemdə zəif
təmsil olunmuşlar. Hazırda bu təşkilatların kolleksiyalarının inventarlaşdırılması həyata keçirilir, bitki
nümunələri sənədləşdirilərək məlumat bazasına daxil edilmək üçün hazırlanır.
Milli Genbankın inşa edilməsi MMB-nin inkişafında yeni mərhələnin başlanğıcını
qoymusdur. Məlumat Bazası Milli Genbankın informasiya təminatının əsası olmaqla idarəetmə işinin
31
və təşkilati mexanizmlərin keyfiyyətini yüksəltməkdə əvəzsiz vasitədir. O, institutların ex-situ
kolleksiyalarının müqayisəli təhlilinə imkan verməklə onların unikallığının və səmərəliliyinin
artırılmasına, beləliklə də böyük miqdarda əlavə vəsaitə qənaət edilməsinə şərait yaradır. Eyni
zamanda, sahə genbanklarının təşkil və idarə olunmasında da bu sistemin rolu böyükdür. MMB
müvafiq institutların kompüterlərində qurulmuşdur və istifadə olunur. Ex-situ kolleksiyaların
təmsilçiləri, şəbəkə üzvləri burada toplanmış məlumatlarda dəyişikliklər etməklə onu daha da inkişaf
etdirirlər.
3.1.5. Ex-situ mühafizənin yaxşılaşdırılması və genişləndirilməsi
Təbii bitki ehtiyatlarının və xalq seleksiyası nümunələrinin itməkdə olduğu bir dövrdə ex-
situ saxlanma fəaliyyətlərinin genişləndirilməsi, kolleksiyaların tərkibinin zənginləşdirilməsi və
saylarının artırılması, saxlanma şəraitinin yaxşılaşdırılması və mövcud şəraitdən daha səmərəli
istifadə edilməsi çox vacibdir. Bunu nəzərə alaraq, Milli proqram çərçivəsində respublikanın müxtəlif
institutlarında ex-situ saxlanmanın metodologiyasının yaxşılaşdırılması və yeni idarəetmə
strategiyaları üzrə tədqiqatlar aparılmışdır. Həmin tədqiqatlar 30-dan çox nəşrdə öz əksini tapmışdır.
Ex-situ saxlanmanın metodologiyasının yaxşılaşdırılması üzrə tədqiqatlarda ehtiyaclar orta və yüksək,
imkanlar isə aşağı və orta olaraq qiymətləndirilmişdir. Kolleksiyaların saxlandığı təşkilatların
ə
ksəriyyətində fondların saxlanması üçün müvafiq laboratoriya avadanlıqları, dezinfeksiya və
dezinseksiyaedici kimyəvi preparatlar, etiketləşdirmə materialları və qurğularına ehtiyac var.
Ex-situ saxlanma fəaliyyətinin genişləndirilməsi üzrə son illərdə əsas diqqət material və
informasiya mübadiləsi sahəsində əlaqələndirmənin artırılmasına, Milli səviyyədə toxum və tarla
Genbanklarının yaradılmasına verilmişdir. Strategiyanın bu cür müəyyən edilməsi həm məqsədyönlü
tədqiqatların səmərəliliyinin artırılması, həm müsbət təcrübənin yayılması, həm də əhəmiyyətli
dərəcədə vəsaitlərə qənaət edilməsi baxımından əlverişlidir. Nümunələrin milli səviyyədə saxlanmaya
cəlb edilməsi həm onların etibarlı qorunmasını təmin edir, həm də ayrı-ayrı kolleksiya sahiblərini
artıq vəsait və qüvvə sərf etməkdən xilas edir. Milli toxum Genbankının yaradılmasında və lazımi
avadanlıqlarla təchiz olunmasında Dünya Bankının, ĐCARDA-nın, Beynəlxalq Etimad Fondunun,
Usda-nın rolunu xüsusi qeyd etmək lazımdır. Ex-situ mühafizə və genbank fəaliyyətləri üzrə yerli
mütəxəssislərin təlimi işinə ĐCARDA-nın və digər beynəlxalq təşkilatların mütəxəssislərinin cəlb
edilməsi nəzərdə tutulur. Tarla genbanklarının və kolleksiya bağlarının da lazımi səviyyədə təşkil
edilməsi üçün beynəlxalq və regional təşkilatların dəstəyinə və müvafiq layihələr üçün donorların
tapılmasına ehtiyac vardır.
32
Yaxın 10 ildə ex-situ mühafizənin yaxşılaşdırılması üzrə tədbirlər planı yeni milli
strategiyanın əsas tərkib hissələrindən biridir. Milli genbankın və digər mühüm kolleksiyaların texniki
təchizatının yaxşılaşdırılmasına, toxum işlənmələri və genbanklarla bağlı kadr hazırlığının
gücləndirilməsinə ehtiyac vardır. Veqetativ çoxalan bitkilərin in vitro üsulu ilə saxlanması üzrə
şə
raitin yaradılması vacibdir. Gələcəkdə kriosaxlanma işinin təşkili də nəzərdə tutulur.
3.1.6. Ex-situ kolleksiyalarda genetik eroziya problemlə ri
Son illərdə 4 təşkilatda genefond materiallarında genetik dəyişkənlik və genetik bütövlüyün
itməsi üzrə 13 tədqiqat icra olunmuşdur. Bu tədqiqatlar 40-a qədər nəşr materialında öz əksini
tapmışdır. Azərbaycanın müxtəlif təşkilatlarında mövcud olan ex-situ kolleksiyalarda normal
saxlanma şəraitinin olmaması bir sıra qiymətli nümunələrin itmək təhlükəsi ilə üzləşməsinə səbəb
olmuşdur. Bu kolleksiyalarda toplanmış və milli əhəmiyyət daşıyan genefond Milli Genbanka təhfil
verilərkən nümunələrin cücərmə qabiliyyətinin çox aşağı olması, bəzilərinin isə ümumiyyətlə
həyatilik qabiliyyətini itirməsi faktları narahatlıq doğurur. Eyni zamanda, tarla kolleksiyalarında,
genefond bağlarındakı maddi-texniki imkanların lazımi səviyyədə olmaması, dəqiq qeydiyyatının
aparılmaması, sahiblərin dəyişdirilməsi, qanunsuz zəbtedilmə və s. səbəblərdən onlarda toplanmış
toxumla çoxaldılmayan bitki nümunələrinin itməsi və ya itmək təhlükəsi ilə üzləşməsi faktları da
mövcuddur. Đtmək təhlükəsi altında olan ex-situ nümunələrin bərpası üzrə son illərdə respublikada bir
sıra layihələr həyata keçirilmişdir. Bu layihələrin əhəmiyyətli hissəsi vegetativ çoxaldılan bitki
genefondu və tərəvəz bitkiləri ilə bağlıdır. Bərpaolunma üzrə layihələrin əhatə dairəsini
genişləndirməyə ehtiyac vardır.
Vaxtilə toplanmış yabanı bitki müxtəlifliyi nümunələrinin toxumlarının miqdarının az,
cücərmə qabiliyyətinin aşağı olması, bərpa zamanı rast gəlinən çətinliklər (aqroekoloji mühitin fərqli
olması, çarpaz tozlanan bitkinin təcrid edilməsini təmin etməyin heç də həmişə mümkün olmaması,
işçi heyətin peşəkarlığının zəifliyi və s.) eroziya təhlükəsini daha da artırmışdır. Ölkə üzrə
inventarlaşdırma keçirilməsi yolu ilə bütün kolleksiyalarda genetik eroziya təhlükəsinin vaxtında
aşkara çıxarılması lazımdır. Regional və beynəlxalq təşkilatlardan ehtiyac duyulan dəstək isə, ilk
növbədə, heyətin təlimı ilə, texniki və metodiki yardımlarla bağlıdır.
33
3.2 Planlı və mə qsə dyönlü toplama
3.2.1. Son 10 ildə toplanma fə aliyyə ti
Uzun bir tarixi dövr ərzində həvəskar əkinçi və bağbanlar tərəfindən yaradılmış bir sıra yerli
aborigen sort və formalar ən müxtəlif səbəblərdən (məsələn, müasir intensiv sortlar tərəfindən
sıxışdırılmaqla) yox olmuş, ya da itmək təhlükəsi ilə üzləşmişlər. Đn-situ mühafizə edilən və xüsusilə
də bu mühafizədən kənarda qalmış bitki müxtəlifliyi müxtəlif səbəblərdən azalmış, qiymətli genlərin
daşıyıcısı olan bir sıra növlər isə birdəfəlik itməkdədir. Onlar vaxtında toplanılmazsa və lazımi
şə
raitdə mühafizə edilməzsə, çox qiymətli genetik zənginlik itirilər, gələcək nəsillər isə bundan ciddi
ziyan çəkə bilər. Bunu nəzərə alaraq, Azərbaycanda mədəni bitkilərin yerli qədim, qiymətli sort və
formalarının, onların yabanı qohum və əcdadlarının, ərzaq məqsədi ilə istifadə edilən yabanı bitki
müxtəlifliyinin nadir, endemik və itməkdə olan növlərinin məqsədli və planlaşdırılmış şəkildə
toplanması və ex-situ kolleksiyalarda mühafizə edilməsi üzrə son illərdə Milli Proqram çərçivəsində
çox iş görülmüşdür. Bu məsələ Milli Proqramın mühüm prioritetlərindəndir. ETƏĐ, GEĐ, BĐ, AKTA,
MNB, NBĐ ən çox ekspedisiya fəaliyyəti ilə məşğul olmuş təşkilatlardır. Məlumat bazasında 55
ekspedisiya ərzində dənli-taxıl, dənli-paxlalı, tərəvəz-bostan, yem, meyvə-giləmeyvə, texniki,
dərman, bəzək və meşə bitkilərini əhatə edən 1308 nümunənin toplanması haqqında məlumat vardır.
1999-2006-cı illərdə Azərbaycanın əksər ərazilərini əhatə edən milli və beynəlxalq
ə
həmiyyətli ekspedisiyalarda dənli-taxıl, dənli-paxlalı, yem, meyvə-giləmeyvə, texniki, dərman,
bəzək, meşə və s. bitkilərin qiymətli nümunələri toplanmışdır. Burada 1999, 2001, 2002, 2003, 2004,
2006-cı illərdə Almaniya, Avstraliya, Rusiya, Yaponiya, Suriya, Böyük Britaniya, ABŞ, Đran və s.
ölkələrin alimlərinin iştirakı və bir sıra beynəlxalq təşkilatların dəstəyi ilə keçirilmiş Beynəlxalq
Ekspedisiyaları misal göstərmək olar. Məsələn, 2001-ci ildə Cənubi Muğan, Lənkəran–Astara,
Abşeron, Şamaxı–Đsmayıllı, Şəmkir–Gədəbəy və Tovuz–Qazax bölgələrində 71 məntəqəni əhatə
etmiş beynəlxalq ekspedisiya zamanı yerli dənli taxıl, paxlalı və yem bitkilərinin 242 nümunəsi
toplanmışdir. 2003-cü ildə respublikanın cənub və şimal regionlarında yabanı tərəvəz və paxlalı
bitkilərin toplanması üzrə Beynəlxalq Ekspedisiya keçirilmiş və endemik, nadir və itməkdə olan
növləri əhatə edən bitki nümunələri toplanmışdır. 2004-cü ildə keçirilən və respublikanın əksər
bölgələrini əhatə edən Beynəlxalq Ekspedisiyanın gedişində paxlalı və dənli bitkilərin yabanı
ə
cdadlarının və yerli sortlarının 670 nümunəsi toplanaraq ex-situ kolleksiyalara təhvil verilmişdir.
Son illərdə meyvə-giləmeyvə bitkilərinin və üzümün qiymətli genefondunun toplanması üzrə
fəaliyyətlər genişləndirilir. Burada GEĐ, ETBSBĐ, ETÜŞĐ, NBĐ və digər təşkilatlar daha məqsədyönlü
iş aparırlar. Məsələn, yerli ekspedisiyalar və fərdi ezamiyyələr yolu ilə ETÜŞĐ-da üzümün 310, GEĐ-
də 160 xalq seleksiyası sortu toplanmış və yeni genefond bağları salınmışdır. GEĐ-də badam, nar,
34
püstə, çaytikanı və digər bitkilərin qiymətli genefondu toplanmışdır. ETBSBĐ-nun meyvə genefondu
da fərdi ezamiyyələr yolu ilə daim zənginləşdirilir.
Görülmüş işlərlə birgə, kolleksiyaların daha da zənginləşdirilməsi, onlarda olan boşluqların
doldurulması, itmiş nümunələrin bərpası və bitki müxtəlifliyinin vəziyyətinin öyrənilməsi məqsədi ilə
respublikanın bütün ərazilərini əhatə edən və vahid mərkəzdən əlaqələndirilən müntəzəm ekspedisiya
fəaliyyətinin həyata keçirilməsinə ehtiyac vardır. Bu işin yüksək səviyyədə təşkili üçün əsas
məhdudiyyətlər maliyyə mənbələri, xüsusi hazırlıqlı işçi heyət və müvafiq texniki avadanlıqlarla
təminatın lazımi səviyyədə olmamasıdır. Ən böyük problemlərdən biri də ekspedisiya maşınlarının
yoxluğudur.
Dostları ilə paylaş: |