Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə30/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   26   27   28   29   30   31   32   33   ...   246
elmi-eserler-2022-2-cap

Ключевые слова
: учитель, этика, нравственность, общение, отношение 
 
Summary. 
The subject taught by the teacher, the students with whom he communicates and interacts his 
daily work and the teacher's lifestyle. The teacher must understand various aspects of teaching, achieve mutual 
understanding with other participants in the education system, take into account the subtleties and peculiarities of 
the teaching profession, constantly improve their pedagogical skills and professionalism. The main factor 
determining the development of education is the pedagogical activity of the teacher, the successful result of which 
depends on the correct, ethical organization of their activities. At the heart of all these successes is pedagogical 
ethics. Without pedagogical ethics it is impossible to achieve any success. Ethical rules are rules that every teacher 
must follow. Ethical concepts, especially pedagogical ethics, are an integral part of our education. 
Keywords:
 Teacher, ethics, morals, communication, attitude. 


Ülviyyə Salam qızı Aslanova 
24 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
Müəllimin tədris etdiyi fənn, hər gün ün-
siyyət və münasibətdə olduğu şagirdlər, onlarla 
apardığı təlim tərbiyə işləri, yetişdirmələrinin 
təhsil nəticələrinin qiymətləndirilməsi, şagirdlə-
rin stimullaşdırılması, ətraf aləmə bilik, elm, 
mədəniyyət yayması, öyrətmək, məlumatlandır-
maq, nümunə göstərmək müəllimin gündəlik işi 
və həyat tərzidir. Hər gün müəllim tədrisin müx-
təlif tərəflərini dərk etməli, təhsil sisteminin di-
gər iştirakçıları ilə anlaşma əldə etməli, pedaqo-
ji peşənin incəliklərini, səciyyəvi xüsusiyyətləri-
ni nəzərə almalı, özünün daim pedaqoji səriştə-
lilik və peşəkarlıq səviyyəsini yüksəltməlidir. 
Təhsilin inkişafını şərtləndirən əsas amil 
məhz müəllimin pedaqoji fəaliyyətidir və uğurlu 
nəticə də bu fəaliyyətin düzgün, etik qaydalara 
uyğun qurulmasından asılıdır. Bütün bu uğurların 
əsas təməlində pedaqoji etika durur. Pedaqoji eti-
kaya sahib olmadan heç bir uğur qazanmaq 
mümkün deyildir. Etik qaydalar müasir dövrü-
müzdə hər bir peşə sahibinin mütləq yerinə yeti-
rəcəyi qaydalardır. Etik anlayışlar, xüsusilə təh-
sildə pedaqoji etik qaydalar, düzgün davranış 
normaları təhsilimizin ayrılmaz tərkib hissəsidir. 
Bu gün müstəqil Azərbaycanda təhsilin 
yenidən əsaslı şəkildə qurulması, təhsildə keçiri-
lən islahatların qarşıya qoyduğu vəzifələrin mü-
vəffəqiyyətlə yerinə yetirilməsi müəllimin me-
todiki, elmi-pedaqoji hazırlığından, onun işə 
fəal və yaradıcı münasibətindən və işinə ustalıq-
la yanaşmasından çox asılıdır. Hər bir müəllim 
elmli, məşğul olduğu sahənin bilicisi, eyni za-
manda əxlaqi cəhətdən inkişaf etmiş, xüsusi ya-
radıcılıq qabiliyyətinə malik olmalıdır. Müəllim 
tədris etdiyi sahəni, fənni mükəmməl bilməli, 
elmə, tədris etdiyi fənninə yaradıcı yanaşmalı, 
pedaqoji, psixoloji biliklərə sahib olmalı, ixtisa-
sını dərindən bilməli və yüksək səriştə və peşə-
karlığa, pedaqoji etikaya malik olmalıdır. 
Müəllimin verdiyi təhsil cəmiyyətin tərəq-
qisinə qüvvətli təsir göstərir, millətin inkişafına 
güclü təsir edir. Necə ki dahi rəhbərimiz, Ulu 
Öndər Heydər Əliyev – “Təhsil millətin gələcə-
yidir” ...“ Mən, yer üzündə müəllim adından 
yüksək bir ad tanımıram” – demişdir. 
Müəllimin həyatı daim təhsillə, oxuyub, 
öyrətməklə, insan şüurunu formalaşdırmaqla, 
tərbiyə və təhsil verməklə bağlı olub layiqli və-
təndaşlar, hərtərəfli inkişaf etmiş şəxsiyyətlər 
yetişdirməkdir. 
Etik qaydalar müasir dövrümüzdə hər bir 
peşə sahibinin mütləq yerinə yetirəcəyi qayda-
lardır. Etik anlayışlar, xüsusilə təhsildə pedaqoji 
etik qaydalar, düzgün davranış normaları ildən 
ilə daha da aktual əhəmiyyət kəsb edir. 
Etika qədim yunan dilində “şəxsin əxlaqi 
baxımdan xasiyyət və xarakteri” mənasını ifadə 
edən “ethos” kəlməsindən törəmişdir. Etikanın 
əsas mövzusu əxlaq anlayışıdır. 
Müəllim qarşına qoyduğu vəzifələri layi-
qincə yerinə yetirməsi üçün onun pedaqoji nor-
malara əməl etməsi, təhsil alanlarla, valideyn-
lərlə, həmkarları ilə, bütün insanlarla yüksək ün-
siyyət mədəniyyətinə, düzgün ünsiyyət və rəfta-
ra malik olmalıdır. Təhsil haqqında Azərbaycan 
Respublikasının Təhsil haqqında Qanunun III 
fəslində, (1, 40), “Azərbaycan Respublikasında 
təhsilin inkişafı üzrə Dövlət Strategiyası” (2) 
haqqında ölkə prezidenti, cənab İlham Əliyevin 
sərəncamında müəllimin səriştə və peşəkarlığı-
na, əxlaqi görüşlərinə və etik davranış qaydala-
rına xüsusi diqqət və əhəmiyyət verilmişdir. 
Müasir dövrdə cəmiyyətimizdə etika, etik 
davranış, etik qanunauyğunluq anlayışları ilə 
demək olar ki, bütün sahələrdə qarşılaşırıq. Təh-
sil sahəsində islahatların keçirilməsi pedaqoji 
etikaya, pedaqoji rəftara, pedaqoji ünsiyyət və 
münasibətlərə, davranış normalarına diqqəti da-
ha da artırılmış və Təhsil Nazirliyi bu barədə 
xüsusi əmr də imzalamışdır. Azərbaycan Res-
publikası Təhsil Nazirliyinin 16 may 2014-cü il 
tarixli əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik 
davranış qaydaları”nda deyilir: “Müəllimlərin 
etik davranış qaydaları təhsilin bütün səviyyələ-
rində peşə fəaliyyəti zamanı təhsilverənlərin 
ümumi davranışını və təhsil prosesi iştirakçıları 
ilə qarşılıqlı münasibətlərini tənzimləyən nor-
malar məcmusundan ibarətdir” (3). 
Təhsil Nazirliyinin bu dəyərli, mühüm 
əmri təhsil işçilərini, pedaqoji elmin tədqiqatçı-
larını bu istiqamətdə daha da fəallaşdırmış və 
pedaqoji prosesdə daha uyğun hərəkət və davra-
nışlara diqqət artırılmış və bu barədə dəyərli 
əsərlər yazılmışdır (4; 5). 
Son dövrlərdə pedaqoji fəaliyyət sahəsində 
etik qaydalar, pedaqoji etikaya əməl olunması, 
pedaqoji etik qanunauyğunluqlar daha dərindən 
araşdırılır. Xüsusilə prof. Akif Abbasovun (6), 
prof. Ləzifə Qasımovanın (7), prof. Rüfət Hü-
seynzadənin(8) yeni nəşr olunan “Pedaqogi-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin