www.vivo-book.com
58
ruletkada uduşa əmin olduğunuz barədə uzun-uzadı
danışdınız, məni inandırmağa çalışdınız ki, sizə dəli kimi
baxmayım, yoxsa onda zarafat eləyirdiniz? Amma
yadımdadı, elə ciddi danışırdınız ki, heç cür zarafat saymaq
olmazdı.
– Bu doğrudu, – fikirli-fikirli cavab verdim, – mən
indiyəcən tam əminəm ki, udacağam. Hətta sizə etiraf
eləyirəm ki, indi məni bir suala gətirib çıxardınız: niyə məhz
bugünkü qeyri-ciddi, biabırçı uduzmağım məndə heç bir
şübhə yeri qoymadı? Hər halda, tamamilə əminəm ki, özüm
üçün azca oynamağa başlayan kimi mütləq udacağam.
– Axı, siz niyə belə yəqin inam bəsləyirsiniz?
– Əgər bilmək istəyirsinizsə – bilmirəm. Yalnız onu
bilirəm ki, udmalıyam, bu da yeganə çıxış yolumdu. Bax,
bəlkə də elə buna görə mənə elə gəlir ki, mütləq udmalıyam.
– Belə çıxır ki, əgər ağlagəlməz dərəcədə əminsinizsə,
sizə pul həddən artıq lazımdı.
– Girov barədə qorxuram ki, siz şübhə eləyirsiniz, mən
ciddi ehtiyacı duymaq iqtidarındayammı?
www.vivo-book.com
59
– Bunun mənə dəxli yoxdu, – Polina sakitcə və
laqeydcəsinə cavab verdi. –Hə, sizə nəyinsə ciddi əzab
verdiyinə şübhə eləyirəm. Siz əzab çəkə bilərsiniz, amma
ciddi əzab çəkə bilməzsiniz. Siz intizamsız, formalaşmamış
adamsınız. Pul nəyinizə lazımdır? Onda sizin mənə təqdim
elədiyiniz bütün dəlil-sübutlarda ciddi bir şey tapmadım.
– Yeri gəlmişkən, – sözünü kəsdim, – deyirdiniz ki,
borcu qaytarmalısınız. Yaxşı, deməli, borc? Yoxsa fransıza
qaytarmalısınız?
– Bu nə suallardı? Siz bu gün xüsusilə, kəskin
danışırsınız. Yoxsa, doğrudan da, keflisiniz?
– Bilirsiniz ki, mən özümə hər şeyi danışmağı rəva
görürəm, bəzən də çox açıq şəkildə soruşuram. Təkrar
eləyirəm, mən sizin kölənizəm, kölələrsə utanmırlar və kölə
təhqir eləyə bilməz.
– Bütün bunlar cəfəngiyatdı! Mən sizin bu “kölə”
nəzəriyyənizə dözə bilmərəm:
– Yadınızda saxlayın ki, mən sizin köləniz olmağı
arzuladığıma görə öz köləliyim barədə danışmıram, əksinə,
|