www.vivo-book.com
52
şeyə görə yox, namuslu olduqları üçün satıblar – qurbanın
özü onu qurban verdiklərinə görə sevinirsə, bu artıq idealdı.
Bəs sonra nə olacaq? Böyük oğula da asan deyil: onun orada
Amalhen kimi ürəkdən vurulduğu biri var, – amma
evlənmək olmaz, ona görə ki, hələ yetərincə qulden
toplanmayıb. Onlar da abırla və səmimi qəlbdən gözləyirlər,
təbəssümlə də qurban gedirlər. Amalheninsə artıq yanaqları
sallanıb, quruyub gedir. Nəhayət, iyirmi ildən sonra sərvət
artıb, quldenlər namusla və səxavətlə yığılıb. Fater qırxyaşlı
böyük oğluna və otuzbeşyaşlı Amalhenə xeyir-dua verir…
Bu zaman ağlayır, əxlaq dərsi verir və ölür. Böyük oğlunun
özü səxavətli faterə çevrilir və yenə eyni əhvalatı başlayır.
Təxminən əlli, yaxud yüz ildən sonra birinci faterin oğlu
artıq doğrudan da böyük kapital toplayır, öz oğluna verir, o
da öz oğluna, o da öz oğluna ötürür, beş-altı nəsildən sonra
baron Rotşildin özü, ya da Hoppe və Komp, yaxud bunlara
bənzər kimsə çıxır. Hə, möhtəşəm mənzərə deyilmiş:
yüzillik, yaxud ikiyüzillik irsi əmək, dözüm, namusluluq,
xarakter, mətanət, haqq-hesab, evin damında leylək! Artıq
nə istəyirsiniz, axı burda ali heç nə yoxdu, onların özləri də
www.vivo-book.com
53
bu nöqtədən dünyanı və günahkarları mühakimə, daha
doğrusu, azacıq özlərinə oxşamayanları edam edirlər. Hə-ə,
bax, məsələ nədədi: mən daha yaxşısını, yəni russayağı dava
salmaq, yaxud ruletkada müflis olmaq istəyirəm. Mənə pul
mənim özüm üçün lazımdı, özümü nəyləsə kapitala gərəkli
və əlavə hesab eləmirəm. Bilirəm ki, həddən artıq səhv
buraxdım, amma qoy elə belə olsun. Mənim inamım belədi.
– Bilmirəm, sizin dediyinizdə həqiqət çoxdumu, –
general fikirli-fikirli qeyd elədi, – amma yəqin bilirəm ki,
siz dözülməz dərəcədə şit oyuna başlayıbsınız, sizə yalnız
bircə damcı özünüzü unutmağa imkan verərlər…
Adəti üzrə o, sözünü axıracan demədi. Əgər bizim
general nə haqdasa, adi gündəlik söhbətdən heç olmasa, bir
damcı vacib şeylər barədə danışmağa başlayırdısa sözünü
heç zaman bitirmirdi. Fransız gözlərini azca bərəldib
etinasızlıqla qulaq asırdı. O mənim danışdığımdan demək
olar, heç nə anlamadı. Polina qəribə, özündənrazı
etinasızlıqla baxırdı. Elə görünürdü ki, o, bu dəfə təkcə mən
dediklərimi yox, masa arxasında deyilənlərin də heç birini
eşitmədi.
|