www.vivo-book.com
70
söhbətimiz nə qədər axmaq, nə qədər ağlagəlməz olsa da,
ürəyim çırpınırdı.
O qəfildən qəhqəhə çəkdi. Biz orda oynaşan uşaqlarla
üzbəüz, ekipajların dayandığı və adamların vağzalın
qabağındakı xiyabana düşdüyü həmin yerdə, oturacaqda
əyləşmişdik.
– O kobud baronessanı görürsünüz? – o səsləndi. –
Baronessa Vurmerhelmdi. Üçcə gündü ki, gəlib. Ərini
görürsünüz, uzundraz, arıq, əlində əl ağacı olan prusiyalını?
Yadınızdadı o, üçüncü gün bizə necə diqqətlə baxırdı? Bu
dəqiqə durun, baronessaya yaxınlaşın, şlyapanızı çıxarın,
ona fransızca bir söz deyin.
– Nəyə görə?
– Siz and içirsiniz ki, Şlangenberqdən atılardınız, siz
and içirsiniz ki, əmr eləsəm, öldürməyə hazırsınız. Bütün bu
qətllərin, faciələrin əvəzində mən yalnız gülmək istəyirəm.
Sorğu-sualsız qalxın. Mən baronun sizi əl ağacıyla necə
vuracağına baxmaq istəyirəm.
– Siz məni təhrik eləyirsiniz, elə bilirsiniz ki,
getmərəm.
www.vivo-book.com
71
– Hə, təhrik eləyirəm, tərpənin, mən belə istəyirəm.
– İcazənizlə, gedirəm, bu vəhşi fantaziya olsa da.
Ancaq görün, nə deyirəm: generalın başına xoşagəlməz bir
şey gəlməsin, o da sizin qanınızı qaraltmasın. Allah haqqı,
mən özüm barədə əl-ayağa düşmürəm, sizdən, həm də
generaldan ötrü narahat oluram. Qadını təhqir eləmək nə
fantaziyadı belə?
– Yox, göründüyü kimi, siz olsa-olsa, boşboğazsınız, –
o, nifrətlə dilləndi. – Sizin gözləriniz elə əvvəldən qan çəkib
– burası da var ki, bəlkə də naharda çox şərab
içdiyinizdəndi. Bəyəm, mən özüm bilmirəm ki, bu həm
axmaqlıq, həm yaramazlıqdı, həm də generalın acığı tutar?
Mən, sadəcə, gülmək istəyirəm. Hə, yalnız onu istəyirəm,
vəssalam! Qadını niyə təhqir eləyəsiniz, axı? Uzaqbaşı, sizi
əl ağacıyla vuracaqlar.
Mən döndüm və dinməzcə onun tapşırığını yerinə
yetirməyə getdim. Əlbəttə, bu axmaqlığıydı, əlbəttə, boyun
qaçıra bilməzdim, amma baronessaya yaxınlaşmağa
başlayanda, yadımdadı, elə bil, mənim özümü nəsə
|