www.vivo-book.com
67
– Çox gözəl! – qışqırdım. –
Siz məni əzmək üçün bu
gözəl “faydasızdı” sözünü qəsdən dediniz. Mən sizin hər
üzünüzü görürəm. “Faydasızdı”, deyirsiniz. Amma zövq
həmişə faydalıdı axı, vəhşi, hüdudsuz hakimiyyətsə – lap
milçəyin üzərində də olsa – bir zövqdü. İnsan təbiətən
qəddardır, zülmkar olmağı sevir. Siz belə olmağı
dəhşətli
dərəcədə sevirsiniz.
Yadımdadı, o məni nəsə xüsusi diqqətlə nəzərdən
keçirirdi. Ola bilsin ki, onda sifətim
bütün qeyri-ciddi və
axmaq duyğularımı ifadə eləyirdi. İndi xatırlayıram ki,
söhbət doğrudan da, demək olar,
sözbəsöz mənim burada
təsvir elədiyim kimi gedirdi. Gözlərim qan çəkmişdi.
Dodaqlarımın kənarında köpük yığılmışdı. Şlangenberq
məsələsindəsə, hətta indi də şərəfimə and içirəm: əgər o
zaman mənə aşağı atılmağı əmr eləsəydi – atılardım.
– Yox, niyə ki, mən sizə inanıram, – o dilləndi, amma
bu sözləri yalnız özünün hərdənbir söyləməyi bacardığı elə
nifrət və kinayəylə, elə yekəxanalıqla dedi ki, Allah haqqı,
həmin dəqiqələrdə mən onu öldürə bilərdim. O risk eləyirdi.
Bu barədə də yalan danışmadım, ona dedim.