Çimnaz Abdullayeva
Bakı Dövlət Universiteti bakalavr
cimnazabdullayeva98@gmail.com
QEYRİ- SƏLİS ÇOXLUQLAR VƏ QEYRİ SƏLİS MƏNTİQ
Müasir dövrdə texnologiyalarda radikal dəyişikliklər sürətlə baş verir.Biz texnoloji yeniliklərin sürətlə inkişaf etdiyi informasiya cəmiyyətində yaşayırıq.Dünən reallığa çevrilməsi qeyri mümkün olan layihələr artıq reallığa çevrilərək həyatımızı dəyişdirməyə davam edir. Hər gün yeni texnoloji kəşflər həyatımıza daxil olaraq işimizi asanlaşdırır.Bütün bu texnoloji yeniliklərin bazasında Dünya şöhrətli həmyerlimiz Lütfi Zadənin “Qeyri- səlis çoxluqlar və Qeyri səlis məntiq “nəzəriyyəsi dayanır.
Qeyri – səlis çoxluq birlik , kəsişmə , tamamlama kimi çoxluqlar üçün müəyyən edilmiş bütün əməliyyatlar qeyri – səlis çoxluqlar üzərində də aparıla bilər. İki qeyri- səlis çoxluğun birləşməsi A U B və ya A V B olə göstərilir. Və bu çoxluğun üzvü olma dərəcəsi hər biri tərəfindən müəyyən edilir.x€X üçün {(AUB)(x)} = maks {A(x) B (x) kimi müəyyən edilir.
İki qeyri – səlis çoxluğun kəsişməsi olarsa A
Bildiyimiz kimi artıq 4- cü sənaye inqilabına qədəm qoymuşuq.Rəqəmsallaşmanı, texnologiya birləşməsini əhatə edir.4- cü sənaye inqilabının əsas prespektivləri insanın iştirakı olmadan idarə edilən avtomobillər (tesla) 3 D çap, robotlar, kobotlar, süni intellektin ( Aİ ) daha sürətli inkişafı nanotexnologiya, biotexnologiya və sahələrin sürətli və davamlı inkişafı bütün bunların əsasında məhz sağlığında dünyanın əbədi professoru adını almış, hər bir azərbaycanlının hansı sahədə çalışmasından asılı olmayaraq qürur duyduğu dahi insan Lütfi Zadənin Qeyri- səlis məntiq nəzəriyyəsinin məhsuludur.
Qeyri- səlis məntiqin banisi Lütfi Zadə 1921- ci il fevralın 4 də Bakıda anadan olmuşdur.1931- ci ildə Mühacirət siyasətinin qurbanı olan ailə Tehrana köçdü .Zadə ABŞ – a mühacirət etdikdən sonra Nyu Yorkda Kolumbiya Universitetində təhsil almışdır.1952- ci ildə Zadə Con Raqazzani ilə birlikdə diskret vaxt siqnalının işlənməsi və təhlilində transformasiya metodunun işlənib hazırlanmasında iştirak etmişdir.Qeyri- səlis çoxluğunun elmə tətbiqiçoxluğun elmə tətbiqi cəmiyyətin təbiətdəki qeyri müəyyənlik proseslərini daha adekvat nəzərə almağa imkan verdi.Qeyri- müəyyənliyin ölçüsü dəyişdikcə qeyri- səlis fizika, qeyri- səlis kimya , qeyri- səlis riyaziyyat və digər qeyri- səlis elmlər meydana çıxır.
Qeyri- səlis məntiq kommersiya və praktiki məqsədlər üçün daha əhəmiyyətlidir.Qeyri- səlis məntiqin işləmə üsulu əslində insanların düşünmə prosesinə bənzəyir. Qeyri- səlis məntiq qeyri – səlis dəyişənin hansı qeyri – səlis çoxluğa aid olduğuna qərar verən riyazi prosesə əsaslanır. Qeyri – səlis məntiqin çevikliyi bu çoxluqların qeyri- səlis sərhədlərindən irəli gəlir.Qeyri- səlis məntiq oxşar şəkildə işlədiyi üçün insan məntiqinə yaxın nəticələr verir. Təbii dillə oxşarlıqlarına görə qeyri – səlis məntiq alqoritmlərin kodlaşdırılması standart məntiqi proqramlaşdırma ilə müqayisədə daha asandır və daha az təlimat tələb edir.beləliklə yaddaşın saxlanması tələblərinə qənaət edir.
Qeyri- səlis məntiq dəqiq dəqiq çıxışı əldə etmək giriş ehtimallarının səviyyələri üzərində işləyir. Kiçik mikrokontrollerdən tutmuş böyük, şəbəkəli, idarəetmə sistemlərinə qədər müxtəlif ölçülü və sistemlərdə tətbiq olunur.İT sənayesinin gələcəyi olan “ bulud hesablamaları “ qeyri- səlis məntiqin çoxmənalı nümunəsidir. Sivilizasiyaların inkişafı prosesində sivilizasiyaların münasibətlərinə nəzər salsaq görərik ki qapalı cəmiyyətlər aradan qaldırılır.Ünsiyyət insanın ən vacib qabiliyyətidir.Onun xüsusi səviyyəsi yeniliklərə açıqlıq və uyğunlaşma qabiliyyətidir.Dumanlı ağıl quruluşu həyatın bu istiqamətində tövsiyə edilməlidir.Bulud hesablama bütün kommunikasiya alətlərini gələcək inkişafında məlumatın hüdudlarını aşmaq üçün dumanlı məntiqin ən yaxşı nümunəsidir.İnsan ünsiyyətində bulud hesablama inkişafı ilə həyatında dumanlı proqramı tətbiq etdi. Qeyri- səlis məntiq bizə verdiyi töhfə əslində insanın inkişafında bir addımdır. Qeyri- səlis məntiq bulud hesablamaları və internetin insanların qarşısında bəlkə də ən böyük addım olan “ süni intellekt” (Aİ) haqqında çox şey söyləyir. Lazımi emal gücü və informasiyanın birləşdirildiyi və ünsiyyət imkanlarının bulanıqlaşdığı onun qeyri- mümkün klassik məntiqdən azad edən mühit yaradılır. Klassik məntiq və insan ünsiyyətinin öhdəsindən gəlmək mümkün olmasa belə dàha mümkün bir yanaşma ilə istehsal edilən maşınları idarə etmək olar. Dumanlı məntiq vasitəsi ilə istehsal edilən məhsullara uyğunlaşma qabiliyyətini gətirməliyik.Sonra buludların çevikliyi ilə onların manipulyasiya etmək imkanımız olacaq.
Hazırda qeyri- səlis məntiq sahəsində aparılan tədqiqatlar ən azı iki istiqamətdə aparılır. Qeyri -səlis məntiq geniş mənada (Təqribi hesablama nəzəriyyəsi) .Qeyri- səlis məntiq məhdud mənada ( Rəmzi qeyri- səlis məntiq).
Zadənin tədqiqat karyerası süni intellektə(Aİ) davamlı təsir göstərib. Qeyri- səlis çoxluqlar və qeyri- səlis məntiq jər ikisi insan idrakını əhatə edir.Qeyri- müəyyən sərhədləri olan anlayışlar başa düşüləndir.Zadə həmçinin süni intellekt cəmiyyətinin fəal üzvü olub .Onun ideyalarının tətbiq dairəsi çox genişdir.Məhz həmin nəzəriyyə əsasında Hitachi və Sharp kondisionerlərdə temperatur dəyişkənliyi səviyyəsini təmin edir.Bu firmalar tərəfindən istehsal edilən mikrodalğalı sobalar da qeyri- səlis məntiq nəzəriyyəsindən əsasında işləyir.
Süni intellekt qeyri- səlis məntiqə əsaslanır Süni intellekt indiyə qədər iki istiqamətdə öyrənilib.Soft Computing və Hard Computing.
Zadənin kəşfi elm və texnikanın bütün sahələrində həlledici rol oynayaraq elm və fəlsəfədə yeni eranın başlanğıcını qoydu.Dəqiqlik axtarmaq üçün elm adamları ümumiyyətlə real dünyanı dərk etmək üçün heç bir şərt qoymayan süni riyazi modellə çevirməyə çalışdılar.Onlar həm tək həmdə qrup şəklində insanların inanılmaz dərəcədə mürəkkəb davranışını tənzimləyən qanunları cansız sistemlərə təhlinində istifadə olunan qanunların bənzər riyazi terminlərlə əvəz etdilər.
Qeyri- səlis məntiq məlumatı geniş bir qruplara və alt qruplara təsnif etmək üçün alətlər təqdim etdiyinə görə mürəkkəb məlumatların idarə edilməsi digər sistemlərə nisbətən daha ucuz sadə və effektiv olduğu sübut edilmiş sonsuz tətbiq imkanlarına malikdir.Zadənin ekektrik mühəndisliyi cəmiyyətində öz nəslinin alimləri arasında yaxşı tanınmış ilk tədqiqat töhfəsi klassik idarəetmə sistemləri sahəsində olmuşdur.Zadənin yaradıcılığına sözlər və qavrayışlar hesablama da daxildir. Lütfi Zadə qeyri – səlis məntiq nəzəriyyəs ilə dünya kpmpüter elminə tükənməz xəzinə miras qoyub.Qeyri- səlis məntiq siyasətdə, iqtisadiyyatda fəal şəkildə istifadə olunur. Qeyri sabitlik nəzəriyyəsi neft emalı və digər iqtisadi və texnikim sistemlərə tətbiq edilir. Bu hətta dünya bazarında neftin qiymətini proqnazlaşdırmağa kömək edir.
Gələcəkdə qeyri- səlis məntiq neyron şəbəkələri və genetik alqoritmləri əhatə edəcək .Qeyri- səlis məntiq səsləndiyi kimi dumanlı , buludlu qeyri- müəyyən düşüncə tərzi deyil əslində bunun əksidir. Hər hansı bir şey tam başa düşülməyən qədər mürəkkəb olduqda qeyri- müəyyən olur.Bir şey nə qədər çox mürəkkəbdirsə bir o qədər qeyri- dəqiq və ya “ qeyri – səlis” olacaqdır.Qeyri – səlis məntiq insan davranışını mürəkkəbliyindən yaranan aeyri – müəyyənliklə məşğul olmaq üçün çox dəqiq bir yanaşma təqdim edir.
Dünyanın bir çox tanınmış alimləri Lütfi Zadənin tədqiqatlarından xüsusəndə qeyri- səlis çoxluqlar nəzəriyyəsindən bəhrələndiklərini etiraf edir və onun haqqında çox yüksək fikirlər söyləyirlər. Kanadalı professor Bürhan Türksən elm dünyasına müxtəlif vaxtlarda çox böyük töhfələri olmuş bir çox alim var. Lakin bunların arasında Lütfi Zadənin xüsusi yeri var. Berkli universitetinin professoru Stüart Rassel : O, həmişə tənqidi tərif kimi dəbul edirdi. Kanadalı professor Madan Qupta “ Professor Lütfi Zadə qeyri- səlis məntiqin atasıdır.
Ltfi Zadənin dünya kompüter elminə gətirdiyi yeniliklərdən biridə Z- çevirmə üsulu kimi tanınan rəqəmli idarəetməyə əsaslanan nəzəriyyədir.Bu gün qabaqcıl texnoloji cəhətdən yüksək inkişaf səviyyəsinə malik ölkələrin texnologiya universitetlərində rəqəmli idarəetmə elmi məhz onun qeyri – səlis məntiq nəzəriyyəsi əsasında öyrənilir.Onun dahi elmi fikirləri içərisində xüsusi yerə malik yenilikçi fikirlərindən biri Soft Computing nəzəriyyəsi yaradılmışdır. Bu yeni texnologiya məzmunun əsas hissəsini təşkil edir.Bu nəzəriyyə qeyri- səlis məntiq, süni intellekt və süni neyron şəbəkələrini özündə birləşdirir. Soft Computing nəzəriyyəsi ( qeyri- səlis məntiqə əsaslanır) maliyyə , iqtisadi və texniki sahədə çox gözəl şəkildə tətbiq edilir.
Lütfi Zadə həmçinin digər Təssüratlar nəzəriyyəsi, Sistemlər nəzəriyyəsi, Sözlə işləyən kompüter nəzəriyyəsi, Optimal süzgəclər nəzəriyyəsi müəllifi olsada onun adını tarixin yaddaşına əbədi həkk edən dünya elmində ( Compüter Science) inqilab sayılan Qeyri – səlis məntiq ( Fuzzy logic) nəzəriyyəsi olub.Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib qeyri – səlis çoxluq .
Lütfi Zadənin “Qeyri – səlis məntiq nəzəriyyəsi” 1965 – ci ildə “ İnformation and Control” jurnalında dərc etdirdiyi “Fuzzy Sets” başlıqlı məqaləsində açıqladı.
Ümumiyyətlə məntiq elminin əsası Aristotel tərəfindən qoyulsada onun XX əsrdə ən mükəmməl formada inkişaf etdirib onu təkmilləşdirən dahi alim Lütfi Zadə olmuşdur.Çünki klassik məntiqjn əsasında 1 və 0 dayanır.Bir şey konkret ya doğrudur yada yalandır.Ancaq Lütfi Zadənin Qeyri – səlis məntiq nəzəriyyəsinə görə hər şey 0 və 1 dən ibarət deyil və ya ağ və qara rəngdən ibarət deyil.Sadəcə olaraq 1və 0 aralığında ifadə müəyyən qiymətlər ala bilər.Qeyri – səlis məntiq qərarların qəbul edilməsində istifadə olunur.Lütfi Zadənin bu məntiqi kəşf etdiyi dövrdə qərar qəbul etmək yalnız insana məxsus idi. İnsanın yaratdığı robotlar ancaq onun təyin etdiyi istiqamıt üzrə hərəkət edirdi.
Hazırda isə Ayda Marsda və digər kosmik cisimlərdə hərəkəg edən robotlar insanın müdaxiləsi olmadan qərar qəbul edərək istiqamətini özü təyin edir.Bank sahəsində o cümlədənnəqliyyatın elektron idarəedilməsində , səhiyyədə , təhsildə, müəllimin köməkçisi (Çində) robotlardan istifadə olunur.Məs: Eyni rəng maşının hansı cinayətdə iştirak etməsi və ya xəstəyə uyğun donorun tapılması adi bir işçinin hesablama apararaq nəticə əldə etməsi mümkün deyil .Lakin Qeyri- səlis məntiqlə istifadə edilən proqramlar bu prosesi qısa zaman kəsiyində ən uyğun şəkildə həll edir.
Bu nəzəriyyə ABŞ cəmiyyətində ilk vaxtlar birmənalı qarşılanmadı.Ancaq bir çox Avropa ölkələrinin əsas da Yaponiyanın Qeyri – səlis məntiq nəzəriyyəsi ilə maraqlanmasının əsas səbəbi istehsalatda istifadə edilən hər bir elektriklə işləyən alətin əsasını təşkil edirdi.Hər zamanki kimi yenə Yaponlar analoqu olmayan nəzəriyyəni müvəffəqiyyətlə öz sənyesinə tətbiq edərək inkişaf etmiş yapon sənayesini dünyada ən üst səviyyəyə qaldırdılar.Bu nəzəriyyə Yaponiyanın “ Mitsubishi”,”Toshiba”, “Sony”, “ Canon”, “ Nissan “, “ Honda”, və digər nüfuzlu şirkətlərin foto və video kameraların , paltaryuyan maşınların , avtomobilıərin, qatarların, təyyarlərin idarə edilməsində uğurla tətbiq edilir.Bütün bunlara görə Lütfi Zadə 1989- cu ildə Yaponiyanın elm adamlarına verdiyi “Honda” mükafatı ilə təltif etdi.
Amerikanın bir zamanlar qəbul etmədiyi nəzəriyyədən hal – hazırda “ General Motors” “ Motorolla” , “ Kodak” şirkətləri və geniş şəkildə öz sənayesində tətbiq edir.
Qeyri – səlis məntiq nəzəriyyəsi müasir dünyamızda süni intellektin , riyaziyyatın , robotatexnikanın , sosiologiyanın , tibb elminin kəsişməsində yerləşir.
Süni intellekt (Aİ) sistemlərində qeyri – səlis məntiq insan düşüncəsini və idrakını təqlid etmək üçün istifadə olunur.İBM in Watson superkompüteri qeyri – səlis məntiq nəzəriyyəsinin uğurla tətbiq edir.
Aerokasmik sahədə qeyri – səlis məntiq ətraf mshit faktorlarına əsaslanaraq peyklər və kosmik gəmilər üçün hündürlüyün nəzarəti idarə etmək üçün istifadə olunur.
Tibbdə isə simptomlar və xəstəlik tarixçəsi kimi faktorlara əsaslanaraq kompüterdən istifadə olunaraq diaqnozun qoyulması həmçinin Omronun qeyri – səlis məntiqə əsaslanan və geniş istifadə olunan qan təzyiqi ölçən cihazıdır.
Təbi dilin emalında qeyri – səlis məntiq sözlərlə təmsil olunan anlayışlar və digər semantik əlaqələri müəyyən etmək üçün istifadə olunur.Son iki onillik qeyri – səlis məntiqin tətbiqində xüsusilədə əhəmiyyətlidir.
Dünyada minlərlə tədqiqatçı qeyri – səlis məntiqlə işləyir və patentlər və tədqiqat sənədləri hazırlayır.Lütfi Zadənin 4 mart 2013 – cü il tarixinə qeyri- səlis məntiqin təsiri ilə bağlı hesabatına əsasən qeyri- səlis məntiq nəzəriyyəsi və ya tətbiqi üzrə 26 elmi jurnal .İNSPEC məlumat bazadında qeyri – səlis məntiq nəzəriyyəsj və ya tətbiq üzrə 89365 nəşr var.MathScient verilənlər bazasında qeyri – səlis məntiq nəzəriyyəsi və tətbiqləri üzrə ABŞ da 16.898 patent ərizəsi və Yaponiyada qeyri- səlis məntiqlə bağlı verilmiş 7149 patent müraciəti və patenti var.Bu gün dünyanın ayrı- ayrı ölkələrində Lütfi Zadənin qeyri- səlis məntiq nəzəriyyəsi ilə əlaqədar 25 jurnal çıxır.Bu jurnallarda alimin elmi nəzəriyyəsi ilə bağlı hər il minlərlə məqalə çap olunur.
Lütfi Zadənin məşhur vəziyyətlər fəzası dinamik sistemlərin idarəolunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ Milli Kosmik tədqiqatlar Mərkəzi ( NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir və layihələndirir.
Dünyanın inkişaf etmiş metro sisteminə malik Yaponiyada qatarların hərəkəti və kontrolu bu nəzəriyyəyə əsasən hazırlanmışdır.Beləliklə insanlarheç bir yitrəyiş hiss etmədən rahat şəkildə metrodan istifadə edirlər.Gələcəkdə3D printerlərin süni intelkektə əsaslanaraq ( qeyri- səlis məntiq nəzəriyyəsi əsasında) istənilən insan orqanın hüceyrəsi əsasında orqanın çapı nəzərdə tutulur.
Dünyanın görkəmli alimləri mütəxəssisələri əmindirlərki Lütfi Zadənin zəngin irsi hələ uzun on illər boyu elm və texnologiyaların inkişafına misilsiz töhfələr verməkdə davam edəcək . 2016 - cı ildə süni intellektə əsaslanan (Lütfi Zadənin nəzəriyyəsi) Alter robotu hazırlanıb. Hal- hazırda isə insan kimi düşünən emosiyalara malik robotların hazırlanması prosesi uğurla davam edir.
Lütfi Zadə dünyanın25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülmüşdür.O, həmçinin Milli Mühəndislik Akademiyasının, Koreya Elm və Texnoloji Akademiyasının, Bolqarıstan Elmlər Akademiyasının, Polşa Elmlər Akademiyasının , Azərbaycan Milli Elmlər Akademiyasının fəxri xarici akademiki seçilmişdir.
O, bir çox orden və medallarla təltif olunmuşdur.İEEE EducationalMedalı (1973) İEEE
Centennial Medalı ( 1984) Hondo mükafatı ( 1989) Berkley Citation 1991 , Rişard Hamming Medalı (1992) Rufus Oldenburger Medalı (1993) , İEEE Fəxri medalı (1995) Bolzano Medalı (1997) Edvard FeigenbaumMedalı (1998) İEEE Milenium Medalı (2000) V.Kaufman Mükafatı və Qızıl Medalı (2004) Egliston Medalı(2007) , Franklin Medalı (2009) “Dostluq “ Ordeni , Azərbaycan(2011).
Dünya şöhrətli alimin 200 – dən çox elmi məqalənin müəllifi və 70 – dən çoxelmi jurnalın redaksiya heyətinin üzvüdür.Onun elmi tədqiqat işi ONR NOO14-02-1-0294, Omron Qrant, Pekes Qrant, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin grantı(2008-2011-2012) Azərbaycan Universitetinin grantı və UC Berkley Universitetində Soft Compyting üzrə təşəbbüs( BİSC) proqramı grantları vasitəsilə dəsyəklənmişdir.
Lütfi Zadə İEEE İ ntellektual sistemlər jurnalının Aİ İntellektual Sistemlər üçün Şöhrət Zalı(Aİ İntelligent Systems Hall of Fame siyahısına 2011 – ci ildə avqust ayından daxil edilmişdir.2010 – cu ildə yaradılmış bu şöhrət zalı süni intellekt və intellektual sistemlər sahəsində mühüm töhfələr vermiş ən erkən tədqiqatlara minnətfarlıq və hörmət əlaməti olaraq yaradılmışdır. Professor Lütfi Zadə həmçinin 2006 – cı ildə Silikon Vadisi Mühəndislik Şöhrət Zalına və Almaniyada Nixdorf Kompüterlər muzeyi siyahısına daxil edilmişdir.
Lütfi Zadə bir alim kimi əlçatmazdır. Onun dünya elm aləminə bəxş rtdiyi elmi kəşflər əvəzsizdir.Elmi kəşfləri ilə analoqu olmayan alim bəşəriyyətin gələcək inkişaf yolunu işıqlandıran dahidir.
İstifadə edilən ədəbiyyatlar”
1.
2.
3
4
5
6
7
8
9
10.