Rusiya Federasiyası tərkibində yaşayan türk xalqları plan


Saxa Federal Respublikası



Yüklə 18,74 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü18,74 Kb.
#36999
1   2
7-Rusiya-federasiyasi-tərkibində-yasayan-turk-xalqlariXakasiya-və-Saxa

Saxa Federal Respublikası şimali Sibirdə, Şimal Buzlu Okeanına tökülən Lena, Yana, İndigirka və Kolıma çaylarının hövzəsində yerləşir. Ölkənin 40%-dən dan çoxu qütb dairəsinin şimalındadır. Ölkənin 20%-i şimal qütbündədir və 2/3 hissəsi dağlarla örtülüdür.

Yakutiya ərazisində ən qədim insan izləri yuxarı Paleolit (e.ə. 20-10 mininci illər) dövrünə aiddir. Eramızın VI-X əsrlərində cənubdan gələrək yerləşən bir Türk boyu olan Yakutlar (Saxalar) XVII əsrin ilk yarısında rus çarlığının hakimiyyətinə girdi. Yakutiyanın ən böyük şəhəri olan Yakutsk əyaləti 1632-ci ildə quruldu. 1638-ci ildə Yakutsk əyaləti (Voyevodstvo) yaradıldı və bu torpaqlar rusların məskunlaşması üçün açıldı. Ruslar xüsusilə Lena çayının orta seqmenti boyunca sıralanan şəhərlərə yerləşdilər. Əsrlər boyu köçəriliyə söykənən bir həyat tərzi sürdürən Saxalar XIX əsrdə daimi yaşayış tərzinə keçdilər. Saxa (Yaqut) Türklərinin milli şüuru gözlə görünən dərəcədə artmağa başladı. 27 Sentyabr 1950-ci ildə “Yaqut Saxa Sovet Sosialist Respublikası Dövlət Hakimiyyət Bəyannaməsi” elan edildi. 20 dekabr 1991-ci ildə respublika tarixində birbaşa prezident seçkisi keçirildi. Prezident vəzifəyə gələr-gəlməz, birinci iş olaraq respublikanın adını “Saxa Respublikası” olaraq elan etdi.Yakutlar Orxon kitabələrində də Kurıkan adıyla keçir. Daha sonra şimala çəkilən Yakutlar ana Türk kütlələriylə əlaqələri qopmuşdur. Buna görə də, Saxa (Yaqut) Türkcəsi Türkiyə Türkcəsindən və digər Türk ləhcələrindən bir az uzaqdır. Saxaların tarixdə 10 əsrə yaxın bir müddət varlıqlarını davam etdirən İskit (Saka) Türklərinin bir davamı olduqları da alimlər tərəfindən ifadə edilməkdədir. Özlərinə Saxa demələri də buna bir dəlil sayılır.

1998-ci il hesablamalarına görə, 1.381.000 nəfər olan Yakutiya əhalisinin 50.5%-i ruslardan, 36.9%-i Saxalardan (Yaqut) ibarətdir. Yerdə qalan təxminən 13%-lik qisim isə ukraynalı, qazax, tatar və azərbaycanlılardan ibarətdir. Paytaxt Yakutskun əhalisi 270.000 nəfərdir. Yakutların 95%-i Yakutiya Respublikası sərhədləri daxilində yaşamaqdadır.

Hökumət – prezident və onun müavinlərindən ibarətdir. Müavinlərin öz sahələri vardır və müxtəlif mövzulardan məsul olaraq fəaliyyət göstərirlər. Saxa Respublikasında 14 nazirlik var. Bunlardan 12-nin başında Saxa Türkləri dayanıb. Ölkənin parlamenti (İl Tümen) isə 200 nəfərdən ibarətdir. Bunların da 83%-ü Saxa Türküdür. Respublikanın simvolu ağ durnadır. Ölkədə Yakutsk, Aldan, Verkoyansk, Mirnıy, Olyokminsk adlı əyalətlərdə başqa, 32 rayon var. Əhalinin 90%-i mərkəzdəki bölgələrdə, Yakutsk və Vilüysk şəhərləri ətrafında yerləşmişdir. Burada yerli əhalinin faizi illər keçdikcə aşağı düşməkdədir, kolonizə etmək üçün ölkəyə gətirilən rus əhalisi artmaqdadır.



1990-cı illərin əvvəlində Respublikada milli hərəkatlər meydana gəldi. İlk ortaya çıxan hərəkat “Saxa Omuk” hərəkatıdır. Daha sonra “Saxa Keskile” hərəkatı ortaya çıxdı. “Şəffaflıq və Yenidənqurma” ilə birlikdə ortaya Moskvadan idarə olunan siyasi partiyalar çıxmışdır. Bunlardan İctimai Demokrat Partiyası Rusiyaya yönələrək Rusiya ilə tam bir birlik yaratmaq istəyir. Bir başqa partiya Cümhuriyyət Xalq Partiyasıdır. Bu partiyanın yaradıcısı Moskvada yaşamaqdadır və fəaliyyətində mərkəzə tam bağlıdır. Yakutiya Xalq Partiyası isə müstəqil bir dövlət qurmağı qarşısına məqsəd qoymuşdur. Partiyanın başçısı gənc bir Saxa Türkü olan İ.Miroslavdır. Xalqın dolanışıq qaynaqları arasında kürk ovçuluğu və balıqçılıq əhəmiyyətli yer tutur. Ölkədə olan samur, qütb tülküsü, sincab, tülkü və nadir balıq növləri ovçular ilə macərapərəstləri özünə cəlb edər. Bu ovçular sayəsində əldə olunan keyfiyyətli kürk və balıqların şöhrəti bütün dünyada məşhurdur. Yakutiyanın ən əhəmiyyətli qaynaqlarından biri də yeraltı zənginlikləridir. Ölkədə almaz, qızıl, qaz, kömür, gümüş və mis çıxarılmaqdadır. Mendeleyev cədvəlindəki bütün elementlər Yakutiyada vardır. Almaz Saxa yurdunda çox əhəmiyyətli bir yerə malikdir. Bunların ən dəyərlilərindən biri də Moskvada muzeydə olan və 342,5 karatlıq brilyantdır. Yakutiyanın hər bölgəsində almaz çıxarılmaqdadır.



Yüklə 18,74 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin