Zəkiyev Şalbuz Teymur oğlu,qr.M331a1 Rəhbər-dos.E.S.Qənbərov Samur çayının ekoloji problemlərinin təhlili haqqında Abstract: The presented article is devoted to the study of ecological problems of the Samur River, the role of natural and anthropogenic impacts.
Açar sözlər:çay,mənfi təsirlər,zəhərli maddələr,şirin su mənbəyi,balıqçılıq,ekoloji təhlükə
Keywords: river, adverse effects, toxic substances, freshwater source, fishing, environmental hazard
Giriş Azərbaycanın şimal-şərqində ən iri çay Samur çayıdır. Bu çay 3600 metr yüksəklikdən başlayır və Xəzərə tökülür.Samur dağlıq sahədə dik yamaclı,dərin dərə ilə axır.Çayın uzunluğu 216 km,hövzəsinin sahəsi 4,4 min km2 təşkil edir.Bu çayın gətirdiyi çöküntülər Samur-Dəvəçi ovalığının şimal hissəsinin yaranmasına səbəb olmuşdur.Buzlaq və yeraltı sular çayın qidalanmasında xüsusi əhəmiyyət kəsb edir.Buna görə də illik axımın böyük hissəsi yay aylarının payına düşür.Samur çayından 1940-cı ildə Samur-Dəvəçi kanalı çəkilmiş,50-ci illərdə isə bu kanal Ceyranbatan çökəkliyinə çatdırılaraq Abşeronda su anbarı yaradılmışdır.Bu kanal Abşeron yarımadasında və Samur-Dəvəçi ovalığında 100.000 ha-dan artıq torpağın suvarılmasında əsas su mənbəyidir.
Samurun Usuxçay məntəqəsinin ötən əsrin 80-ci illərinə qədər olan məlumatlarının təhlili göstərmişdi ki, yay-payız axımı minimal 10 günlük (dekadalıq) azalır (Иманов, 2000).Axıma antropogen təsirlər qolların (Axtı-Axtı,Samur-Axtı,Usuxçay-Usux) gətirdiyi və qapayıcı məntəqənin (Samur-Usuxçay) su sərflərinin cəmi arasındakı əlaqə qrafikinə görə qiymətləndirilmişdi.Bu əlaqələrə görə aparılan hesablamalar göstərmişdi ki,1969-1980-ci illərdə çayın minimal yay-payız axımı 6,80 m3\s (18 %) azalmışdır.
Digər çaylarda olduğu kimi,Samur çayında da ekoloji sabitliyin bərpasına böyük ehtiyac var.Samur hövzəsinə antropogen təsirlərlə yanaşı təbii çirklənmələr də öz mənfi təsirlərini göstərir və bunun qarşısını mütləq almaq lazımdır.Çünki bu çayın suyundan həm Dağıstan respublikasında,həm də Azərbaycan respublikasında şirin su mənbəyi kimi geniş istifadə olunur.Çayın əsas hissəsi Rusiya ərazisindədir və Azərbaycan ərazisində olan hissəsi sərhəddə yerləşdiyindən,tədqiqatları yalnız Samur-Abşeron kanalında apara bilərik.Ancaq Dağıstan ekoloqları Samur çayı hövzəsində müxtəlif yönümlü tədqiqatlar aparır.Həmin tədqiqatlardan birinin nəticəsini xüsusilə qeyd etmək istəyirəm.Samur çayı ekoloji təhlükə qarşısındadı,çünki geoloqlar Dağıstanın Axtı rayonunun Borç və Xnov kəndləri yaxınlığında mis birləşmələri olan yataqlar müəyyən etmişlər və buradan zəhərli mayelər Qızıldərə çayı vasitəsilə Samur çayına tökülür.Bu axıntının tərkibində mis oksidindən başqa digər zərərli elementlər (Mendeleyev cədvəlində olan elementlərdən təqribən 40-ı) üstünlük təşkil edir.Buna görə də Samurda misin miqdarı normadan 4-5 dəfə çoxdur.Misdən əlavə cüzi miqdarda ağır metallar və xlor üzvi pestisidlər də vardır.
Yerli iqlim üçün 1960-cı illərdəki vəziyyət artıq ekoloji fəlakətin başlanğıcı idi: bitki örtüyü (ətrafdakı meşələrdə palıd,vələs və s.) qurumağa başladı. Meşə sahələri hər il kiçilir, unikal fauna məhv olur. Samur çayında da suyun səviyyəsi azalır.
Çay axınının olmaması səbəbindən ərazinin hidroloji rejimi pozulub. Bundan əlavə, Samur çayı bir çox qiymətli əmtəəlik balıq növlərinin, xüsusilə nərə və Xəzər qızılbalığının, eləcə də kütüm,sazan, barbel və başqa balıq növləri üçün kürü tökmə yeridir. Xəzər qızılbalığı və kütüm Rusiyanın Qırmızı Kitabına daxil edilmişdir.
Bioloq alimlər qeyd edirlər ki, qızılbalıq və nərə balıqları artıq zərər çəkib, su elektrik kompleksinin tikintisindən sonra onların sayı on dəfə azalıb. Bərpa olunmayan su istehlakından balıqçılıq təsərrüfatına birbaşa ziyan ildə müvafiq olaraq 15 və 39 ton təşkil edir.
Bundan əlavə, hövzənin aşağı hissəsində axar suların azalması qrunt sularının səviyyəsinin aşağı düşməsinə və dəniz suyunun intensiv şəkildə çaya doğru nüfuz etməsinə səbəb olub ki, bu da torpağın şoranlaşmasına gətirib çıxarır.
Nəticə Respublikamızın digər çaylarında olduğu kimi Samur çayının da ekoloji vəziyyətinə təbii və antropogen amillər öz mənfı təsirlərini gostərir.Samur çayının ekoloji problemlərinin həll edilməsi və onun ekoloji vəziyyətin normallaşdırılması vacibdir.Çünki,Samur çayının suyundan yuxarıda qeyd etdiyimiz kimi həm Rusiya,həm də Azərbaycan respublikası şirin su mənbəyi kimi istifadə edir.Lakin çayın böyük hissəsi Rusiya ərazisinə aid olduğundan ekoloji tədqiqatların aparılması,antropogen çirklənmələrinin qarşısının alınması üçün Rusiya Federasiyası mühüm tədbirlər görə bilər.
Ədəbiyyat 1.F.Ə.İmanov, A.B.Ələkbərov. Azərbaycanın su ehtiyatlarının müasir dəyişmələri və inteqrasiyalı idarə olunması,Bakı-Mütərcim-2017,353 səh.
2. Самур (река) — статья из Большой советской энциклопедии