Salam olsun İbrahimə


Alın lenti  Hüseyn Rəstqar



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə40/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   36   37   38   39   40   41   42   43   ...   67
Salam-olsun-İbrahimə-2

Alın lenti 
Hüseyn Rəstqar 
İbrahimlə  inqilabdan  öncə  məhəllədə  dostlaşdım, 
birlikdə  futbol  və  voleybol  oynayırdıq.  Müharibə 
başlayandan  sonra  onun  qərb  cəbhəsinə  getdiyini 
öyrəndim.  1982-ci  martında  çəkiliş  heyəti  ilə  birgə  Şuşa 
ezam  olunduq.  Qardaş  Əli  Fəzlinin  başçılıq  etdiyi 
Əlmehdi  briqadası  Şuşun  yaxınlığında  Rüfaiyyə  adlı  bir 
bölgəyə  göndərilmişdi.  Bu  briqada  novruz  günlərində 
əməliyyatın növbəti mərhələsini həyata keçirəcəkdi. 
Əməliyyat 
axşamı 
çəkilişə 
başladıq. 
Gecənin 
qaranlığında  batalyonlar  bir-birinin  ardınca  yola  düşdü. 
Öncəki  günlərdə  düşmənin  güclü  müqavimətindən  xəbəri 
olan  hər  kəs  dua  edirdi  ki,  bu  istiqamətdə  mövqeləri  tuta 
bilək. 
İlk döyüşçülər dua mərasimindən və əzadarlıqdan sonra 
yola  düşdülər.  O  axşam  heç  vaxt  yadımdan  çıxmaz. 
Düşmən  mövqeləri  ələ  keçirilmişdi  və  bir-birinin  ardınca 
şad xəbərlər gəlirdi. 
Biz  döyüşçülərin  qəhrəmanlığını  lentə  köçürmək 
məqsədilə səhər açılan kimi əməliyyat  yerinə  gedəcəkdik. 
Hava  işıqlananda  bir  qrup  komandirlə  yola  düşdük. 
Kamera və mikrofonlarımız hazır vəziyyətdə idi. 
İlk  əməliyyat  yerinə  çatan  kimi  gözüm  yaralı  bir 
döyüşçüyə  sataşdı.  Özümdən  asılı  olmadan  işimi  buraxıb 
onun  yanına  qaçdım.  O,  əməliyyatın  ilk  hücumçularından 
idi  və  qəribə  tərzdə  yaralanmışdı.  Onu  yaxşı  tanıyırdım, 
qədim dostum İbrahim Hadi idi. 
Yanında  oturub  ona  salam  verdim.  Məni  tanıdı  və 
halımı  soruşdu.  Yaxşı  danışa  bilmirdi.  Bir  güllə  üzündən 


 
133 
girib  qəribə  tərzdə  boynundan  çıxmışdı,  biri  də  ayağına 
dəymişdi.  Güllə  boyundan  çıxanda adətən onurğanı və  ya 
şah  damarı  zədələyir  və  insanın  yaşama  ehtimalı  az  olur. 
İbrahim isə sağlam və gümrah idi. 
Başına  toplaşmış  döyüşçü  dostlarının  hamısı  onun 
igidliyindən  danışırdı.  O,  həmin  gecə  düşmən  səngərini 
təkbaşına məhv edib yolu açmışdı. 
Gözüm  İbrahimin  başına  sataşdı.  Saçının  bir  hissəsi 
yanmışdı.  Saçının  arasında  bir  güllə  yolunu  görmək 
olurdu.  Təəccüblə  dedim:  "Dadaş  İbrahim,  başına  nə 
olub?" 
Əlini başına çəkdi və  güclə ağzını açıb dedi:  "Bilirsən 
güllə nə üçün başıma girməyə cürət etməyib?!" 
– Nə üçün? 
Gülümsədi. 
–  Güllə  xəcalət  çəkib.  Çünki  alnıma  "Ya  Mehdi"  lenti 
bağlamışdım. 
O,  əməliyyatın  birinci  mərhələsində  də  yaralanmışdı. 
Onda  ikinci  dəfə  yaralansa  da,  geri  qayıtmaq  istəmirdi. 
Tibb  işçisi  onun  yarasını  bağladı  və  əməliyyatın  uğurla 
bitdiyini söyləyib onu israrla geriyə göndərdi. 
İndi  fikirləşəndə  o  anlardan  film  və  foto  çəkmədiyimə 
görə çox heyfsilənirəm. 


 
134 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin