Salam olsun İbrahimə



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə45/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   41   42   43   44   45   46   47   48   ...   67
Salam-olsun-İbrahimə-2

Ya Fatim
ə 
Hüseyn Cahanbəxş və digərləri 
Zorxanada  idman  etdiyimiz,  mənim  və  mənim 
kimilərin  dini  məlumatı  az  olan  dövrdə  İbrahim  dini 
təlimlərlə  yaxından  tanış  idi.  O,  bütün  Əhli-beyti  sevirdi, 
amma həzrət Zəhraya (ə) xüsusi məhəbbəti vardı. 
Seyidlər anasının adı çəkilən kimi deyirdi: "Səlamullahi 
ələyha". 
Yadımdadır,  bir  dəfə  Fatimiyyə  günləri  olduğuna  görə 
zorxananın mürşidi həzrət Zəhraya (ə) dair şeirlər oxudu. 
İbrahim jim edə-edə ucadan ağlamağa başladı. 
Biz İbrahimin nə üçün belə ağladığını başa düşmürdük. 
Bir qədər sonra səsi daha da ucaldı və hıçqırmağa başladı. 
İdman bir neçə dəqiqəliyə dayandı və mürşid şeiri dəyişdi. 
Zorxanada idman vaxtı bu halda olan bir şəxs, təsəvvür 
edin  ki,  heyətdə  həzrət  Fatimənin  (ə)  müsibətini  eşidən 
vaxt hansı halda olurdu. 
Fəthülmübin  əməliyyatından,  həzrət  Zəhraya  (ə) 
təvəssülün nəticəsi olan çoxlu kəramətləri görəndən sonra 
İbrahimin ona məhəbbəti olduqca çoxaldı. 
Nəcmiyyə xəstəxanasından buraxılandan sonra onu evə 
gətirdik.  Dostlarından  təxminən  səkkiz  nəfər  orada  idik. 
Anası və bacıları da evdə idilər. 
İbrahim  dedi:  "Otağın  ortasından  pərdə  çəkin  ki, 
xanımlar  da  gələ  bilsinlər.  Həzrət  Zəhra  (ə)  rövzəsi 
oxumaq istəyirəm”. 
O,  yanıqlı  səslə  oxuyur  və  ağlayırdı.  Həmin  məhdud 
çevrədə necə məclis keçdiyini təsəvvür edə bilməzsiniz. 
*** 


 
144 
İbrahim  hər  dəfə  cəbhədən  gələndə  mənə  baş  çəkir  və 
maşınımı  alıb  məscid  uşaqları  ilə  birgə  Behişti-Zəhra  (ə) 
məzarlığına gedirdi. 
Məzuniyyətə  gələndə  şəhidləri  ziyarət  etmək  onun 
daimi  proqramı  idi.  Bir  dəfə  mən  də  onlarla  getməyə 
müvəffəq oldum. Maşının arxasında təxminən on üç nəfər 
oturmuşduq. 
İbrahimlə  birgə  yavaş-yavaş  gəzirdik.  Sanki  bütün 
şəhidləri  tanıyırdı.  Gəzə-gəzə  bizə  şəhidlərdən  xatirələr 
danışırdı. 
Hər  sıranı  bitirəndə  üzüqibləyə  dayanıb  o  sıranın 
şəhidləri tərəfindən həzrət  Zəhra  (ə) haqda qısa  bir rövzə 
oxuyurdu.  Yalnız  bir  neçə  beyt  şeir  oxusa  da,  hamını 
ağladır, sonra deyirdi: "Savabı bu sıranın şəhidlərinə!" 
Heç  vaxt  özü  haqda  danışmazdı.  Onun  danışığında 
"mən"  sözünə  yer  yox  idi.  Son  zamanlar  isə  bir  qədər  də 
azdanışan olmuşdu. Hiss edirdim ki, ruhu başqa yerdədir. 
Son  aylarda,  xüsusən  1982-ci  ilin  payızında  haraya 
gedirdiksə, İbrahimdən oxumasını istəyirdilər. O da dərhal 
həzrət Zəhranın (ə) fəzilətlərindən oxumağa başlayırdı. 


 
145 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin