Salam olsun İbrahimə


Su  Kumeyl kanalından xilas olanların biri



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə51/67
tarix02.01.2022
ölçüsü1,38 Mb.
#38862
1   ...   47   48   49   50   51   52   53   54   ...   67
Salam-olsun-İbrahimə-2

Su 
Kumeyl kanalından xilas olanların biri 
Şəxsi  heyətdə  qəribə  coşqu  yarandı.  İbrahim  uşaqlara 
dedi:  "İndi  ki  qalmaq  istəyirsiniz,  gərək  kanalda  su, 
yemək, patron – nə varsa, bərabər bölək”. 
Bir  neçə  dəqiqə  ərzində  bütün  su  qumqumaları 
İbrahimin qarşısına düzüldü. Bəzi uşaqlar kanalın içindəki 
çökəklərə  yığılmış  yağış  suyunu  qapağı  ilə  qumqumalara 
doldurmuşdular. Onlar şor və acı idi. 
Bəzi uşaqlar gecələr kanaldan çıxıb şəhidlərin arasında 
pusqu  qurarkən  şəhid  yoldaşlarının  su  qumqumalarını 
gətirmişdilər. 
Qumqumaların  bəzisi  də  öldürülmüş  düşmənlərdən 
götürülənlər  idi.  Ümumilikdə  suyun  əksəri  şor  idi  və 
uşaqlar  onunla  yalnız  yaralıların  dodaqlarını  isladırdılar. 
Suyu  bölmə  zamanı  gəldi.  Qumqumalar  az,  susuzlar  isə 
çox idi. 
Ağa  İbrahimin  işi  çox  çətinləşmişdi.  Susuz  əsirlər  də 
həsrətlə bizə baxırdılar. 
İbrahim isə hətta əsirləri də saydı, sonra qumqumalara 
baxdı. Mürəkkəb riyazi hesablamalara ehtiyac yox idi. Su 
o qədər az idi ki, bölmək mümkün deyildi.  
İbrahimdə  pəhləvan  ruhiyyəsi  vardı.  O,  düşmən 
əsirlərinin  hər  birinə  bir  qumquma  verdi.  Uşaqların  biri 
etiraz  edəndə  dedi:  "Onlar  indi  bizim  qonaqlarımızdır. 
Bizim  adətimizdir,  ən  yaxşısını  qonağımıza  verərik. 
Dünya igidlərinin mövlası öz qatili olan əsiri özündən önə 
keçirirdi. Necə ola bilər ki, Əlidən dəm vuraq, amma onun 
yolu ilə getməyək?!" 


 
163 
Daha heç kim bir söz demədi. Çünki onlar da fədakarlıq 
dərsini məsum imamların məktəbindən öyrənmişdilər. 
Sonra  İbrahim  hər  üç  yaralıya  bir,  hər  altı  sağlam 
döyüşçüyə də bir qumquma verdi. Uşaqlar o qədər fədakar 
idilər ki, gündüzün istisinə, çoxlu susuzluğa və yorğunluğa 
rəğmən, bəzi sağlam döyüşçülər öz su paylarını yaralılara 
verirdilər. 
Bir  qədər  konserv  də  toplandı;  hər  səkkiz  yaralıya  biri 
çatdı, digərlərinə isə heç nə. 
Üz-başı  toz  içində  olan  uşaqlar  qurumuş  dodaqlarla 
məzlumcasına  düşmənlə  vuruşur,  zərrə  qədər  qorxu  və 
vahiməni  də  yaxın  buraxmırdılar.  Kumeyl  döyüşçüləri 
bütün  vücudları  ilə  müqavimət  göstərirdilər,  amma 
yorğunluq və yuxusuzluq onları əldən salmışdı. Düşmənin 
atəşi də aman vermirdi. 
Düşmən  Mahur  təpələrinin  üstündən  kanala  gedən 
yolları güclü atəşə tutur və kömək yollarını bağlayırdı. 
Hava qaraldı. İbrahim şam azanını daha ürəkaçan səslə 
verdi.  Seyyidüş-şühədanın  Aşura  dostları  da  başqa  bir 
mənəviyyatla namaz qıldılar. 
Uşaqların sayı az olsa və uyğun şəraitdə olmasalar da, 
düşmənə hücum etmək istəyirdilər. 
Yeganə  problem  isə  silah-sursatın  olmaması  idi.  Bu 
onlara əzab verirdi. Yeganə silahımız kalaşnikov avtomatı 
və iki RPG minomyotu idi. Onların da patron və mərmiləri 
olduqca az idi. 
Sursatımız  o  qədər  az  idi  ki,  uşaqlar  hətta  bir  neçə 
patrondan ötrü torpağı axtarırdılar. 
Kanalda  bir  pulemyot  da  vardı,  amma  patronu 
olmadığına görə işə yaramırdı. 
İlk  günlərdə  kanalda  raket  və  əl  qumbaraları  vardı  və 
uşaqlar  onunla  düşmənin  qarşısını  alırdılar.  İndi  isə  bir 


 
164 
qədər  kalaşnikov  patronu  və  bir  neçə  minomyot  mərmisi 
qalmışdı  və  İbrahim  tapşırmışdı  ki,  onu  xüsusi  şəraitə 
saxlayaq. 
İbrahim hələ bədənlərində taqət qalmış uşaqları səslədi. 
Gecə  qaranlıqda  onları  kanalın  ətrafına  göndərdi  ki, 
şəhidlərin və düşmən cəsədlərinin üzərində silah-sursat, su 
və ya hər hansı qida məhsulu varsa, kanala gətirsinlər. 
Bəziləri bu  yolda canlarını verir və daha kanala qayıda 
bilmirdilər. 
Fiziki  vəziyyətləri  daha  yaxşı  olanlar  isə  su  və  silah 
gətirməkdən  ötrü  hətta  öz  mövqelərimizə  doğru  çox  geri 
qayıdırdılar.  Onlar  asanlıqla  öz  mövqelərimizə  gedə  və 
daha  kanala  qayıtmaya  bilərdilər,  ancaq  kanaldakı  başqa 
bir qüvvə onların əl-ayaqlarını bağlamışdı. 
Sədaqət və vəfadarlıq qanlarına elə qarışmışdı ki, çoxlu 
əzab-əziyyətdən  sonra  tapdıqları  patronlarla  yenidən 
kanala qayıdırdılar. 
Gecənin  qaranlığında  cəsədlərin  arasına  gedənlər 
gördükləri  üzücü  səhnələrdən  uzun  müddət  əziyyət 
çəkirdilər.  Onlar  bir  qədər  patron  və  sudan  ötrü  şəhid 
dostlarının üst-başlarını axtarmağa məcbur olurdular. 
Bəzən yolda qolları və ya ayaqları kəsilmiş, yalvarıb su 
istəyən  yaralılar  görürdülər.  Belə  vaxtlarda  xəcalət  hissi 
xora  kimi  uşaqların  canına  düşüb  onları  yavaş-yavaş 
əridirdi. 
Fəkkənin qış gecələri çox soyuq olurdu. Səhranın soyuq 
küləyi  hamını  incidirdi.  Yaralılar  isə  parça-parça  olmuş 
bədənləri  ilə  daha  çox  əzab  çəkirdilər.  Döyüşçülər 
mümkün  yollarla  onları  soyuqdan  qorumağa  çalışırdılar. 
Bəziləri  öz  paltarlarını  yaralılara  geyindirirdilər.  Hava  o 
qədər  soyuq  olurdu  ki,  uşaqların  təklifi  ilə  kanalın  içində 


 
165 
qəbirlər  qazıb  yaralıları  oraya  uzatdılar,  bədənlərini 
boğaza qədər torpaqla örtdülər ki, qızışsınlar. 
Yaralılar  boğaza  qədər  çalada  idilər.  Çoxlu  qan 
itirdiklərinə görə daha halları qalmamışdı.  
Bəzi  yaralılar  bu  şəkildə  soyuqdan  qorunub  sağ 
qaldılar, bəziləri isə həmişəlik şirin yuxuya getdilər. Onlar 
bir-bir,  yavaşca  və  səssizcə  qanad  çalıb  özlərini  şəhid 
dostlarına yetirirdilər. 
Qeyri-bərabər  döyüş  idi.  Cəsarət  və  mərdlik  qəddarlıq 
və vəhşiliklə üz-üzə qalmışdı. 
Düşmən  döyüşçüləri  xərəklə  öz  yaralılarını  aparmağa 
başlayanda  uşaqlar  onları  asanlıqla  vura  bilərdilər,  amma 
mərdlik  göstərib  yaralılarını  geri  aparmağa  imkan 
yaratdılar.  Bəəs  rejiminin  sərxoş  snayperlərinin  ən  yaxşı 
əyləncəsi isə yerdəki yarıcan yaralılarımızı vurmaq idi. 
Mühasirənin dördüncü  gecəsi də  yavaş-yavaş uşaqlarla 
sağollaşırdı. Bir tərəfdən dostlarının cəsədlərinin qəribliyi 
onları  bir  an  da  rahat  buraxmırdı,  digər  tərəfdən  də 
susuzluq amanlarını kəsmişdi. 
Fəkkə  düzü  və  onun  ikinci  kanalı  həmin  gecələrdə  baş 
vermiş  hadisələrin  xırdalıqlarını  da  diqqətlə  yadda 
saxlayırdı. 
Mən  kanalda  o  insanların  yanında,  yaralıların  arasında 
oturmuşdum; hərdən yuxulayır, hərdən oyanırdım. 
O vəziyyətdə biz İbrahimə baxıb ürəklənirdik. O bizim 
böyüyümüz  sayılırdı.  Uşaqların  biri  birtəhər  özünü  ona 
çatdırdı  və  onunla  nisbətən  ucadan  danışmağa  başladı. 
Birdən gözlərimin yuxusu qaçdı və onlara baxdım. 
- Allaha and olsun, indiyə qədər heç kəs bizi əldən sala 
bilməyib;  nə  düşmən,  nə  də  onun  amansız  atəşi.  İndi  isə 
susuzluq  amanımızı  alıb.  Bizə  bir  qədər  su  çatdırılsa, 
düşmənin gününü qara edərik. 


 
166 
Nədənsə  bir  anlığa  Kərbəlanı  xatırladım  -  döyüşdən 
qayıdan  Əli  Əkbərin  susuzluğunu  və  İmam  Hüseynin 
xəcalətini. 
İbrahimin 
hamıdan 
susuz 
olduğunu 
bilirdim. 
Qumqumaları böləndə də özünə heç nə qalmamışdı. 
İbrahim başını aşağı salıb  xəcalətlə fikrə  getdi.  Qərara 
gəldi  ki,  nəyin  bahasına  olursa-olsun,  kanaldan  çıxıb 
uşaqların susuzluğuna bir əncam çəksin. 
Gecənin  yarısı  kanaldan  getdi.  Utandığından  daha  heç 
kimlə danışmadı. 
Sübh 
açılmışdı,  hava 
yavaş-yavaş  işıqlanırdı. 
İbrahimdən nigaran idim. 
Hamı  narahat  idi.  Hamımız  ona  güvənirdik.  Birdən 
kanalın  yuxarısından  bir  nəfər  özünü  içəri  atdı.  Hamı 
sevindi. İbrahim su ilə dolu bir neçə qumquma gətirmişdi. 
Bütün döyüşçülər və yaralılar sevindilər.  İbrahimə dedim: 
"Gecikdin, qorxduq". 
–  Su  gətirmək  üçün  əkiz  təpələrin  yaxınlığına  qədər 
getdim. Bizimkilər orada düşmənlə vuruşurdular.  
Təəccübləndim. 
– Oraya qədər getdin?! Bəs... 
İbrahim ayağa qalxıb digər uşaqlara baş çəkməyə getdi. 
Əkiz  təpələrdə  hər  gecə  atışma  vardı.  Təpələri  gah 
bizimkilər  tuturdu,  gah  da  düşmənlər.  Gecələr  İslam 
döyüşçüləri  hücum  edib  ələ  keçirirdi,  gündüzlər  isə  Bəəs 
ordusu geniş əks-hücumla geri alırdı. 
İbrahim  öz  qüvvələrimizin  yaxınlığına  qədər  getmişdi. 
O,  kanala  qayıtmaya  bilərdi,  amma  qayıtdı,  özü  də  bir 
neçə qumquma su ilə. 
Kim  nə  bilirdi?!  Bəlkə  o  da  mövlası  həzrət  Əbəlfəzl 
kimi  uşaqların  susuz  dodaqlarını  xatırlayıb  dilinə  su 


 
167 
vurmamışdı.  Uşaqlar  onun  uca  ruhuna  həmişə  qibtə  edir, 
onu alqışlayırdılar. 


 
168 

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin