SəFƏVİLƏr döVLƏTİ


AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİNİN



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə43/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   39   40   41   42   43   44   45   46   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

AZƏRBAYCAN SƏFƏVİLƏR DÖVLƏTİNİN
ZƏİFLƏMƏSİ VƏ TƏNƏZZÜLÜ


132

I Şah Təhmasibin həyatının son illərində sarayda
vəziyyət.
Əyanlar arasında parçalanma
Ölkəni idarə etmək işinin bir hissəsini daha gənc qüvvələrin
öhdəsinə buraxmaq üçün, I Təhmasib öz oğlanlarından birinə -
Heydər Mirzəyə inzibati işlərin idarə olunmasını çox erkən etibar
etmişdi. 1571-ci ildə, 18 yaşı olanda Heydər Mirzəni Alessandri,
əslində bütün işləri idarə edən şah müavini
1
adlandırır. Yaşca
Məhəmməd Mirzə və İsmayıl Mirzədən kiçik olmasına
baxmayaraq, bu şərait tezliklə onda uzaq şöhrətpərəstliyin hisslərini
gücləndirmiş, taxt-taca iddialarının oyanmasına səbəb olmuşdu.
İskəndər bəy Münşinin yazdığı kimi, o, şahın rəğbətini ona görə
qazanmışdı ki, hər işdə atasının razılığı ilə hərəkət edirdi
2
.
Venetsiya səfiri Heydər Mirzəni alçaqboylu, lakin çox
yaraşıqlı bir şəxs kimi təqdim edir. O, bacarıqlı natiq, qəşəng və
mahir at çapan idi. Alessandrinin sözlərinə görə, o, adamların
müharibə haqqında söhbətlərini dinləməyi xoşlasa da, həddən artıq
zərif və demək olar ki, qadın təbiəti ilə özünü belə təmrinlərdən
ötrü yararlı saymırdı
3
. Dövlət işlərində onun təsir və rolu artmışdı.
Qardaş və bacıları ona nifrət edir, həsəd aparırdılar. Saray adamları
isə Heydər Mirzəyə hörmət edirdilər. I Təhmasibin ölümündən
sonra baş vermiş hadisələri araşdırmaq üçün, taxt uğrunda
mübarizənin nəticəsini müəyyən etmiş saraydaxili vəziyyət və
qüvvələr nisbəti üzərində dayanmaq zəruridir.
I Şah Təhmasibin 9 oğlu qalmışdı. Bunlar – İsa bəy Mosullu
Türkmanın qızı Sontanımın dünyaya gətirdiyi Məhəmməd Mirzə
və İsmayıl Mirzə; Şamxalın bacısından və çərkəz kənizlərindən
olan Süleyman Mirzə, Mahmud Mirzə və Əhməd Mirzə; gürcü
kənizlərindən doğulmuş Heydər Mirzə (onun barəsində yuxarıda


133
danışıldı), İmamqulu Mirzə, Mustafa Mirzə və Əli Mirzə idilər
4.
.
Şahın sağlığında taxta kimin çıxacağı məsələsi ortaya
çıxmırdı. Lakin hicri 982 (1575)-ci ildə I Təhmasib ağır xəstələndi
və bu məsələ şah sarayındakı müzakirələrin başlıca mövzusuna
çevrildi
5
. Səfəvilərin sarayında ziddiyyətlər kəskinləşdi. Öz
namizədini taxt-tac varisi kimi irəli sürən qruplaşmalar yarandı.
Təhmasibin böyük oğlu Məhəmməd Mirzənin taxta sahib
olmaq hüququ şübhə doğurmurdu. Həqiqətdə isə ağır xəstəliyi
getdikcə güclənən korluğu üzündən onun imkanları çox cüzi idi.
İsmayıl Mirzə istisna olmaqla şahın qalan oğlanları azyaşlı idilər və
buna görə də hesaba alınmırdılar.
Güclü qızılbaş əyanlar qrupunun müdafiə etdiyi, həmçinin
yaxşı tanınan İsmayıl, Heydər Mirzənin ciddi rəqibi idi. Lakin artıq
iyirmi ilə yaxın bir müddətdə Qəhqəhə qalasında dustaqda olması
İsmayılın vəziyyətini xeyli mürəkkəbləşdirirdi
6
.
II Şah İsmayıl adı ilə tanınan İsmayıl Mirzə on dörd yaşlı
gənc ikən siyasət meydanına atılmışdı. Hicri 954 (1547)-cü ildə
şahın qardaşı Əlqas Mirzə qiyam etdi. O, türk sultanının sarayına
üz tutdu və Şirvanın idarə olunması gənc İsmayıla həvalə
edildi.Qacar tayfasından olan Göyçəm Sultan onun tərbiyəçisi
(lələsi) idi
7
. Gənc şahzadə devrilmiş Şirvanşahlar sülaləsinin
nümayəndəsi olan Burhanla vuruşmada döyüş sınağından çıxdı.
Tezliklə İsmayıl Mirzə öz bəxtini Osmanlı sultanı I
Süleymanın o dövr üçün güclü sayılan ordusu ilə daha çətin
döyüşlərdə sınadı.Gənc şahzadənən sərkərdəlik ustedadı düşmənlə
döyüşlərdə özünü parlaq şəkildə göstərdi.Qızılbaş qoşunlarının
İsmayıl Mirzənin başçılığı altında Ərzurumun osmanlı hakimi,
lovğa İskəndər paşa üzərində hicri 969 (1552)-cu ildə qəti qələbəsi
türklərə dəhşətli təsir göstərdi. Bu döyüşdə İsmayılın həyata
keçirməyə nail olduğu taktiki manevrlə, yəni qəsdən geri çəkilmək
yolu ilə qızılbaşklar rəqiblərini qaladan kənara çıxardılar. Açıq
sahədə İskəndər paşanın qoşunları mühasirəyə alındı, darmadağın


134
edildi. Türk sultanın bir sıra adlı-sanlı əyanları əsir alındı
8
.
İsmayılın bu parlaq qələbəsi ona məğlubedilməz sərkərdə
şöhrəti gətirdi. O, özünün cəsarətli, sürətli həmlələri ilə türkləri
dəhşətə saldığı üçün onu “Dəli İsmayıl” adlandırmışdılar
9
. Hətta
iyirmi il keçdikdən sonra da İsmayılın hünərləri haqqında rəvayət,
Azərbaycanda hələ də yaşamaqda və adətən belə hallarda olduğu
kimi, hədsiz dərəcədə bəzək-düzək vurulmaqla qalmaqda davam
etmişdi. Belə ki, ingilis taciri Cefri Deket 1574-cü ildə məlumat
verirdi ki, İsmayılın İskəndər paşa ilə döyüşü zamanı guya 100
minə yaxın osmanlı həlak olmuşdu
10
.
1555-ci ildə Amasyada Osmanlı-Səfəvi müharibələrində
uzun sürən fasilə yarananda, I Şah Təhmasib Qarabağdan Təbrizə
qayıtdı və sülh bağlanmasını bayram etməyi, türklərlə müharibənin
qəhrəmanını layiqincə alqışlamaq qərarına gəldi. İskəndər bəy
Münşi yazır: Təbrizdə elə bir bayram keçirildi ki, o indiyə kimi
qızılbaşların dilindən düşmür
11
. Oradaca İsmayılın Şah Nemətulla
Yəzdinin qızı ilə təntənəli toyu oldu
12
.
Iskəndər
bəy Münşi yazır: “Lakin o, şahın xeyirxahlığına və mərhəmətinə
nankorluq göstərdi və möhtərəm atasının bəyənmədiyi çoxlu
əməllərə yol verdi”
13
. Tarixçi bildirir ki, bunun nəticəsində şah,
şahzadənin sarayda qalmasını mümkün saymır və onu, öz böyük
qardaşı Məhəmməd Mirzəni hakim kimi əvəz etmək üçün hicri 963
(1556)-cü ildə Herata göndərir.
İskəndər bəy Münşi qeyd edir ki, şahın əmri ilə Əli Sultan
Təkəli İsmayılı Herata çatdırmalı və şahzadə Məhəmmədi isə özü
ilə şahın yanına, saraya gətirməli idi.Əli Sultan Məhəmmədlə
Heratdan qayıdanda, şahın olduğu Savucbulaqdan bir qədər aralıda
şah qorçilərindən biri onu ölüncəyədək döyür. İskəndər bəy Münşi,
bu qəddarcasına divanın səbəbini açmadan bunu göstərməklə
kifayətlənir ki, İsmayılı Herata müşayiət edərkən o, şah tərəfindən
verilmiş göstərişləri yerinə yetirməmişdi.


135
Əli Sultanın günahının nədən ibarət olduğunu V.Hins
Məhəmməd Tahir Qəzvininin “Xülase-yi məqal) materiallarını
tədqiq etməklə açır.
Əli Sultan İsmayılı Xorasana müşayiət etdiyi zaman şahdan
məktub almışdı ki, onu Məhəmməd Mirzənin lələsi, Heratən əmir
əl-ümərası Məhəmməd xan Şərəfəddin oğlu Təkəliyə şəxsən
təqdim etsin. Məktubda yazılmışdı ki, İsmayıl Mirzə hər işdə yalnız
əmirin razılığı və təqdir etməsi ilə fəaliyyət göstərməli, tamamilə
onun himatəsi altında olmalıdır. Əli Sultan, İsmayılı məktubun
məzmunu ilə tanış etdikdən sonra onu əmirdən gizlətdi.
Məhəmməd xanın şahın məktubunu ona vermək tələblərinə Əli
sultan soyuqqanlıqla cavab verdi ki, o, I Təhmasibin şifahi əmrini
ona çatdırmalıdır. Həmin əmrə görə isə əmir və onun oğlanları hər
işdə şahzadəyə tabe olmalıdırlar. Məhəmməd xanın bilavasitə şaha
məktubla müraciət edərək onu hər şeyi olduğu kimi xəbərdar
etməkdən başqa çarəsi qalmadı. Şah, Əli Sultanı geri çağırdı.
Beləliklə, Əli Sultan İsmayıl Mirzəyə sədaqətini öz həyatı bahasına
nümayiş etdirdi. Bununla belə, İsmayıl Heratda öz lələsi
Məhəmməd xanı dövlət işlərində iştirakdan uzaqlaşdıraraq bütün
məsələləri özbaşına həll edirdi
14
. Məsələn, Alessandri göstərir ki,
İsmayıl şahdan soruşmadan vilayətlərin hakimlərinə məktublar
göndərərək onlardan dərhal qoşun toplamaöı və Amasya
müqaviləsini pozmaqla Osmanlı vilayətlərinə yürüşə başlamağı
tələb etmişdir
15
. Buna bənzər məlumatlar dogər Avropa mənbələri
ilə də təsdiq olunur.
Dövlət işlərindən uzaqlaşdırılmış və təhqir olunmuş
Məhəmməd xan şaha onun oğlunun davranışı barədə məlumat verir
və onun geri çağırılmasını xahiş edir. Eyni zamanda şaha böyük
təsiri olan vəzir Məsum bəy Səfəvi, sultana qarşı yürüş etmək üçün
qoşun toplamaq barədə çağırışla İsmayılın vilayət hakimlərinə
göndərdiyi bir neçə məktubu ona göstərir. Şah doğma qardaşları
Əlqasın və Samın ona vurduqları ağır zərbələri hələ


136
unutmadığından, belə təhlükəli itaətsizlik əlamətlərini təqdir edə
bilməzdi. Habelə oğlunun qızılbaş döyüşçüləri arasında necə
məşhur olduğu da şaha yaxşı məlum idi. Belə fərz etmək də
məntiqidir ki, I Təhmasin İsmayılın onu taxtdan kənar edib yerini
tuta biləcəyindən də ciddi surətdə qorxurdu
16
.
İsmayılın gələcək fəaliyyətindən ehtiyat edən I Təhmasib,
dərhal özünün hərbi dəstəsinin rəisi (qorçibaşı) Sevindik bəy Əfşarı
İsmayılı vəzifədən kənar etmək əmri ilə Herata göndərdi. Onun
yerinə Məhəmməd Mirzə yenidən Herat hakimi təyin olundu.
Sevindik bəy İsmayılla Təbəs və Yəzddən keçib savəyə gəldi
17
.
Burada Məsum bəyə təhvil verilən İsmayılı onun əmrilə Qəhqəhə
qalasına salırlar
18
. Məhəmməd Tahir Qəzvini məlumat verir ki,
İsmayılın saraydakı fəal tərəfdarları - Həmzə bəy Rikabdarbaşı,
Xeyir Mirək, Süleyman bəy bu zaman artıq cəzalandırılmışdılar
19
.
Şahzadəyə yaxın olan Şahrux bəy Tatı oğlu İstəxr qalasına
atılmışdı
20
.
İsmayıl
19 il 6 ay və 21 gün
21
həbsdə əziyyət çəkmişdi. O, iyirmi dörd
yaşında, qüvvə və bacarığının yüksəliş çağında qalanın
astanasından içəri adlayaraq, oradan mənəvi və fiziki cəhətdən
sarsıdılmış halda, yalnız qırx üç yaşında çıxa bilmişdi. Bu zindan
İsmayılın qəlbində sağalmaz iz buraxmış və onun gələcəkdə
qısamüddətli hakimiyyəti zamanı törətdiyi qeyri-insani
qəddarlıqlarda ifadəsini tapmışdı.
İsmayıl Qəhqəhə qalasında olduğu zaman baş vermiş hadisə
- I Şah Təhmasibin ölümü, saraydakı həyəcanları və əyanlar
arasındakı parçalanmanı əvvəlcədən müəyyən etmişdi.
Şərəfxan Bidlisinin xəbər verdiyi kimi, hicri 979 (1571-
1572)-cu ildə Qəhqəhə qalasından qızıl və gümüş külçələr yoxa
çıxmışdı
22
. Qala rəisi Həbib bəy Ustaclı Külçələrin yoxa
çıxmasında şahzadəni günahlandırdı. İsmayıl isə bu işdə Həbib
bəyin qızının təqsirkar olduğunu söyləyirdi. İşi yerindəcə təhqiq
etmək üçün şah bir dəstə qızılbaş əmirini qalaya göndərdi.


137
Hüseynqulu Xəlifə Rumlu və Qum hakimi Vəli Xəlifə Şamlı
şahzadənin tərəfini saxladılar. Buna baxmayaraq, ustaclı tayfasının
nümayəndəsi Pirə Məhəmməd xan və Qaradağ hakimi Xəlifə Ənsar,
Həbib bəyin tərəfində durub onun ittihamını müdafiə etdilər. Onlar
Qəzvinə qayıtdıqdan sonra şahın qarşısında bir-birinin üzərinə
hücum etdilər. Şərəfxan yazırdı: “Elə həmin gündən qızılbaş
tayfaları arasında düşmənçilik başlandı”
23
.
1575-ci
ildə I Təhmasib ilk dəfə xəstələnərkən sarayda dərhal yaranmış
gərginlik və taxt uğrunda mübarizə barəsində, biz yenə də İskəndər
bəy Münşidən məlumatlar əldə edirik.O, xəbər verir ki, xəstəlik
günlərində saray əyanları iki dəstəyə bölünmüşdü və onlardan da
hər biri taxta öz namizədini oturtmaq istəyirdi. İskəndər bəy
Münşinin sözlərinə görə,”hərbçilər və rəiyyət sırasında xalqın
əksəriyyəti İsmayıl Mirzənin tərəfdarları idi”. O vaxt mühüm
dövlət vəzifələri tutan Murad xan süfrəçi, Hüseyn bəy Yüzbaşı, Piri
bəy, Məhəmməd bəy əmiraxurbaşı və Allahqulu Sulatn Aycək oğlu
kimi ustaclı əmirləri Heydər Mirzənin hüquqlarını qorumaq üçün
birləşdilər. Öz atasından sonra Heydər Mirzənin lələsi olmuş
Məsum bəy Səfəvinin oğlu Sədrəddin xan yubanmadam şeyxavənd
tayfası və gürcü əyanları ilə əlaqəyə girərəkqəyyumluğu altında
olanın hüquqları uğrunda mübarizədə onlarla anda əsaslanan ittifaq
bağladı.
İsmayılın mənafeyini müdafiə edən dəstədə Hüseynqulu
Xəlifə Rumlu, Əmiraslan Sultan Əfşar, Heydər Sultan Çabuk
Türkman birləşmişdilər. Əfşar, rumlu və türkman tayfaları tam
heyətdə onun tərəfdarları sıralarına daxil idilər. Təhmasibin kəskin
ağıl və qabiliyyət sahibi olan süvimli qızı, dövlət şurasına buraxılan
yeganə şahzadə xanım, Pərixan xanım da İsmayılın fəal tərəfdarı
idi
24
.
Lakin bu dəfə I Təhmasib hər iki dəstənin ümidini qırdı və
öz həkimi Mövlana Qiyasəddin Əli Kaşinin Məharəti sayəsində
sağaldı
25
. Pərixan xanımın anası qızının tapşırığı ilə şahı Heydər


138
Mirzəyə qarşı qaldırmaq üçün, onun tərəfdarlarının fitnə-fəsadları
barədə dərhal şaha məlumat verdi. Lakinntəzəcə sağalmış I
Təhmasib əyanların hiylələrinə əhəmiyyət vermədi.
Maraqlıdır ki, I Təhmasib öncə Qəhqəhədə olan oğlunun
həyatını mühafizə etmək qayğısına qaldı. Şah qorxurdu ki,
qaradağlı tayfasının başçısı (rişsəfidi), Heydər Mirzənin qatı
tərəfdarı və həmin tayfadan olan Qəhqəhə qalasının rəisi Xəlifə
Ənsarın qohumu – Fərruxzad bəy eşikağasıbaşı öz qohumunun
vasitəsilə köməksiz İsmayılın öldürülməsini təşkil edə bilərdi.
Təhmasib bunun qarşısını almaq üçün əfşar tayfasından oaln
qorçilər dəstəsini Qəhqəhəyə göndərdi. Şahın bu tədbiri İsmayılın
tərəfdarlarının gücünü artırdı.
Bundan əlavə, I Təhmasib paytaxtda ustaclı tayfasının
mövqelərini bir qədər zəiflətməyi qərara aldı. Bu məqsədlə o,
arabir onların nüfuzlu nümayəndələrini müxtəlif tapşırıqlarla
əyalətlərə göndərirdi. Məsələn, Murad xan Qocur qalasını ələ
keçirmək tapşırığı aldı və Rüstəmdara hərəkət etdi. Piri bəy Rey
hakimi təyin edildi və ora yola düşdü. Şah, Hüseyn bəy yüzbaşını
da II Səlimin vəfatı və onun oğlu III Muradın taxta çıxması ilı
əlaqədar qızılbaş nümayəndə heyətinin başçısı kimi İstanbula
göndərnək istəyirdi. Lakin o, Məşhəddə İmam Rzanın müqəddəs
məqbərəsini ziyarət etmək bəhanəsi ilə bu tapşırıqdan
26
imtina etdi.
Hüseyn bəy qorxurdu ku, onun burada olmadığı vaxtlarda sarayda
vəziyyət İsmayılın xeyrinə dəyişə bilər. Lakin tezliklə şah tərəflərin
fitnələrinə laqeyd qaldı. Bu vaxt şahzadə Mustafa Mirzənin lələsi
Nəzər Sultan Ustaclı vəfat etdi və onun əvəzinə Hüseyn bəy
yüzbaşı qəyyum təyin edildi. İskəndər bəy Münşi qeyd edir ki,
bundan sonra “qızılbaş tayfaları arasında ədavət və fitnə-fəsad
alovu” bir qədər söndü.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin