SəFƏVİLƏr döVLƏTİ


II Şah İsmayılın taxta çıxarılması



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə46/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   42   43   44   45   46   47   48   49   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

II Şah İsmayılın taxta çıxarılması
Təsvir olunan hadisələr baş verdiyi zaman şahzadə İsmayıl
Qəhqəhə qalasında, I Təhmasibin göndərdiyi yeddi qorçinin
mühafizəsi altında idi. Atasının vəfat etməsi və şahzadə Heydərin
öldürülməsi xəbərləri ona çatanda qala rəisi Xəlifə Ənsar Qaradağlı
ova çıxmışdı. İsmayıl, Xəlifə Ənsara inanmır, onu Heydərin
tərəfdarı hesab edirdi. Bundan əlavə, o, Qəzvindən gələn xəbərlərə
də şübhə ilə yanaşır, bunları özünə qarşı məharətlə düşünülmüş tələ


149
sayırdı. O, hər ehtimala qarşı öz təhlükəsizliyini təmin etmək üçün
tədbirlər gördü. Qalada keşik çəkən Xəlifə Ənsarın adamları
qorçilərin köməyilə aldanılaraq ələ keçirildilər və
zərərsizləşdirildilər. Onlar qalanın çıxış və giriş yollarında baş verə
biləcək hücum ehtimalına qarşı maneələr qurdular.
Xəlifə Ənsar İsmayılın tərəfdarlarının paytaxtda qalib
gəlməsi xəbərini alıb qalaya qayıtdı. Dəfələrlə itaət etdiyini
bildirməsinə baxmayaraq, İsmayıl onu qalaya buraxmadı. Yalnız 3
gündən sonra, Azərbaycanın cənub hissəsindən xalq kütlələri və
paytaxt əyanlarının nümayəndələri qala ətəklərinə axışıb gələndə
qala qapıları taybatay açıldı.
Elə buradaca, qalanın qarşısında ustaclı tayfasından
Heydərin tərəfdarlarından olan bir dəstə adam İsmayılın əmri ilə
edam edildi. Sağ qalanlar Ərdəbilə - Səfəvilərin məqbərəsinə
qaçmaqla canlarını qurtardılar. İsmayıl qaladan çıxdı və onu
paytaxta müşayiət etmək üçün xüsusi olaraq Qəzvindən qızılbaş
əyanlarının göndərdiyi Heydər Sultan Çabuk Türkmanın alaçığında
dayandı. Bura hər gün ardı-arası kəsilmədən öz sədaqətlərini
bildirmək üçün xalq kütlələri gəlir və onun “kandarından öpmək
şərəfinə nail olurdular”. Bir neçə gündən sonra İsmayıl öz
əcdadlarının müqədəs məzarlarını ənənəvi qaydada ziyarət etmək
üçün Ərdəbilə yola düşdü.
Zəncan çəmənlərində İsmayılı şahzadə Pərixan xanımın
göndərdiyi şahzadə İbrahim və vəzir Mirzə Salman, mərhum şahın
dövlətxana (saray), hərəmxana, divanxana və büyutat (saray
emalatxanaları) məımurları qarşıladılar. Mərasimə İsmayılın
mehribancasına qəbul etdiyi şahzadə İbrahim başçılıq edirdi.
İsmayıl onu səmimiyyətlə qucaqlayaraq “qardaşım” adlandırdı.
Pirə Məhəmməd xan Ustaclı, şahzadə İmamqulu ilə birlikdə
Gilandan bura gəlmişdilər. Pirə Məhəmməd xan, ustaclı əyanları
arasında həmtayfalarının İsmayıla tərəfdar olmaqla ittiham etdikləri
yeganə adm idi. İsmayıl riyakarcasına şahzadə İmamqulunu da


150
bağrına basıb onu “oğlum” adlandırdı. Bu qardaşlıq və atalıq
“məhəbbətinin” bəhrələrini biz aşağıda görəcəyik.
İyunun 13 (rəbi əs-saninin 16-sı)-də İsmayıl Qəzvinin
ətrafına çatdı və burada dayandı. Onu qarşılamağa şahzadələr,
Hüseynqulu Xəlifə Rumlu və “böyük əmirlər” gəlmişdilər. Qaçmaq
istərkən tutulmuş Heydər tərəfdarlarının başçısı Hüseyn bəy də
bura gətirilmişdi. Lakin İsmayıl gözləndiyinin əksinə olaraq onu
edam etdirmədi, yalnız zindana salınmasını əmr etdi.
Ertəsi gün şah özünün mərasim dəstəsi ilə Səədabad
bağında dayandı. Sonra o, bir neçə gün Hüseynqulu Rumlunun
evində qaldı. Şahzadə Mustafanı onun yanına gətirdilər. İsmayıl
onu dəfələrlə, “hərarətlə” öpdü və onu soyuq qarşılamış
qardaşlarının arasında əyləşdirdi. O, aşağıdakı sözlərlə onlara
müraciət etdi: “Allah görür, əgər siz mənə məhəbbət və doğruluqla
yanaşsanız, mən sizə dünyada heç bir padşahın öz qardaşların
yanaşdığı kimi münasibət bəsləməyəcəyəm”. Lakin İskəndər bəy
Münşinin obrazlı ifadəsi ilə desək, “onun ürəyinin, dilinin
dediklərindən xəbəri yox idi”.
Qızılbaş tayfalarının əyanları zahiri itaət də etməmişdilər.
Onların nümayəndələri əvvəlki kimi, təmtəraqla mərhum şahın
sarayından nəinki geri qalmayan, hətta üstün olan şahzadə xanımın
sarayına toplaşırdılar. Öz təbiəti etibarilə hakimiyyətpərəst olan
Pərixan xanımümid edirdi ki, taxt-tac uğrunda döyüşdə misilsiz
köməyinə görə İsmayıl dövlət işlərində onun rolunu
məhdudlaşdırmayacaq və ona öz köməyini əsirgəməyəcəkdir.
Lakin onun ümidləri doğrulmadı.
İskəndər bəy Münşi göstərir ki, qızılbaş əmirləri və əyanları
şahzadə xanımın sarayına gəlməklə, öz bacısının dövlət işlərinə
müdaxiləsinin qarşısını almaq qərarına gəlmiş İsmayılın nüfuzunu
aşağı saldıqlarını dərk etməyə başladılar. Hətta bəzi nüfuzlu
əmirlər qadının dövlət işlərinə qarışmasını qeyri-təbii sayaraq bunu
pisləyirdilər. Hüseynqulu bəy Xəlifəyə də İsmayılın münasibəti


151
dəyişmişdi. Zahirən buna onun təkəbbürlü davranışı səbəb
olmuşdur. Həqiqətdə isə İsmayıla xəbər vermişdilər ki, şahın
ölümündən sonra Qəhqəhə qalasından heç bir xəbəri olmadığı ilk
günlərdə Hüseynqulu taxta çıxmaq üçün şahzadə Mahmudun
namizədliyini irəli sürmüşdü. Pərixan xanım da vaxtilə bu
namizədliyi müdafiə etmişdi. Bütün bunlrdan xəbər tutan İsmayıl
belə qərara gəlmişdi ki, Hüseynqulu xanı öz yolundan mütləq kənar
etməlidir. Lakin bunu etmək asan deyildi. Çünki Hüseynqulu o
zaman yalnız paytaxtda sayı 10 min nəfərə çatan rumlu tayfasının
başçısı idi. Xəlifət əl-xulafa tutan Hüseyn bəy, rumlu sufiləri üçün
Mürşidi Kamilin, yəni Səfəvilər təriqətinin başçısı kimi şahın
müavini idi. Buna görə də İsmayıl öz başçılarına sözsüz sadiq olan
sufilərin qiyamından ehtiyat edir, ciddi səbəb olmadan onu
vəzifəsindən kənar edə bilmirdi. İsmayıl xeyli düşündükdən sonra
çıxış yolu tapdı. O, Hüseynqulunu çağırdı və xəlifət əl-xulafa
vəzifəsindən istefa verməklə dövlət vəkili (vəkalət-i ala) vəzifəsini
qəbul etməyi ona təklif etdi. Lakin Hüseynqulu yaxşı başa düşürdü
ki, əgər o, şahın təklifini qəbul edərsə, xəlifə kimi öz gücünü və
müstəqilliyini itirəcəkdir. Həm də şah, özü üçün əlverişli olan
zaman onu divan vəkili vəzifəsindən də kənar edə bilər.
Hüseynqulu fikirləşərək imtina etməyi qərara aldı. Belə olduqda,
İsmayıl rumlu əmirlərini yanına çağırdı və onlara belə bir sualla
müraciət etdi: “Öz mürşidinin məsləhətini qulaqardına vurmuş sufi
ilə nə etmək olar?” Onlar gözlənildiyi kimi cavab verib dedilər:
“Həmin sufi cəzaya layiqdir”. Hüseynquluya bu söhbəti çatdırdılar.
Ertəsi gün şahın yanına gələndə onu içəri buraxmadılar. O,
günahkarcasına şahın qaldığı özünəməxsus evin qapısı ağzında
oturmağa məcbur oldu. Üçüncü gün Hüseynqulu şahın fərmanı ilə
Məşhəddə qorçilərin rəisi təyin edildi. O, həmtayfalarını tərk etdiyi
bir halda, tək-tənha Xorasana yola düşdü. Hüseynqulu Damğanda
şahın əmrilə öz həmtayfalarından biri tərəfindən dayandırıldı və
gözləri çıxarıldı.


152
Bundan sonra İsmayıl Hüseynqulunun evindən Pərixan
xanımın sarayının yanında yerləşən əmir Şahqulu Sultan Yegan
Ustaclının evinə gəldi. Şah öz bacısını çox sərt qəbul etdi. Nəhayət,
İsmayıl onun, özünün təyin etdiyi vaxtda
43
şah sarayının kandarını
adlayıb keçdi. Əvvəlcə o sarayı yenidən qurmağa başladı. O,
taxtaçıxma saatını horoskopla özü təyin etmiş və bu, bütün ölkədə
elan edilmişdi. İsmayılın taxt çıxmasına hazırlıq paytaxtda sürətlə
gedirdi. Qızılbaş tayfaları hər tərəfdən paytaxta axışıb gəlirdilər.
Qəzvinin küçələrində dəhşətli izdihamlar yaranmışdı. Qonşu
dövlətlərin səfirləri, əmirlər, sərhəd bölgələrinin hakimləri və
dəstə-dəstə əhali hədiyyələrlə şahın iqamətgahına gəlirdilər
44
.
İskəndər bəy Münşi yazırdı: “Özünün (taxta) çıxması saatı
onun tərəfindən təyin edildiyi üçün, bütün dövlət işləri taxta çıxan
günə qədər təxirə salınmışdı”. Əhali bu hadisəni gözləyir, günləri
sayırdı.
II İsmayıl adı ilə tanınan şahzadə İsmayılın taxta çıxması
mərasimi hicri 984-cü il cumada əl-əvvəlin 27-də (1576-cı il
avqustun 22-də) keçirildi
45
. Sarayın Çehelsütun salonunda bu
münasibətlə təntənəli qəbul düzəldilmişdi. Burada bütün əmirlər,
şahzadələr və dövlət əyanları iştirak edirdilər. İsmayıl zinətlərlə
bəzənmiş şah libasında, təntənəli şəraitdə salona daxil oldu və
atasının taxtında əyləşdi. Sonra ənənəvi “taxt-taca sədaqət” and
mərasimi başlandı.Yeni şahın əyləşdiyi taxta əvvəlcə şahzadələr,
onların ardınca seyidlər, üləmalar, müctəhidlər, gürcü knyazları –
İsa xan Ləvənd oğlu və Simon Luarsab oğlu yaxınlaşdılar
46
. Sonra
Şah Rüstəm Lur, yüksək mövqeli əmirlər və qızılbaş əyanları,
vəzirlər və ali məmurlar, əyalət əyanları, Hindistan padşahı
Nizamşahın, Luristan hakimi İbrahim xanın, Mazandaran hakimi
Mirzə xanın və Ərəbistan hakimi Seyid Səcadın elçiləri
yaxınlaşdılar. Nəhayət, Portuqaliya kralı Don Sebastyanın firəng
(avropalı) səfirləri yeni şahın “ayaqlarından öpmək üçün” taxta
yaxınlaşdılar.İsmayılın qaladan azad edildikdən sonra almış olduğu


153
bütün hədiyyələr və bəxşişlər onun ayaqları altına yığılmışdı
47
.
Biz artıq paytaxtda ustaclı tayfasının məruz qaldığı cəza
tədbirləri haqqında danışmışıq. Bu xəbər əyalətlərdə ustaclı
nümayəndələrinin devrilməsi üçün sanki bir işarə idi. Belə ki,
mühüm vəzifələrin bu tayfa əyanlarının əlində olduğu Xorasanda
(Heratda) əfşar tayfasının digər tayfalarla birlikdə qiyamı baş verdi.
Bunun nəticəsində Xorasan hakimi Şahqulu Sultan Yegan
48
öldürüldü. Tayfa darmadağın edildi və pərakəndə salındı. Şah, xan
rütbəsi verməklə Əliqulu xan Şamlını Heratın hakimi və Xorasanın
əmir əl-ümərası təyin etdi
49
.
Ustaclı tayfasının sağ qalmış nümayəndələri hər vasitə ilə II
Şah İsmayılın onları bağışlamasına nail olmaq, digər qızılbaş
tayfaları ilə birlikdə ona xidmət etmək niyyətilə Qəzvinə doğru
getdilər. Lakin onları burada da yaxşı qarşılamadılar. Onlat şahzadə
Heydərin tərəfində çıxış etməklə qızılbaş tayfalarının nifrətini
qazanmışdılar. İskəndər bəy Münşi yazır: “Ustaclı tayfası
qızılbaşlar arasında gecə-gündüz öz rüsvayçılığından utanır və
xəcalət çəkirdi”
50
.
İsmayıl taxta çıxdıqdan sonra ilk əvvəl öz hakimiyyətini
möhkəmləndirməyi qərara aldı. Bu məqsədlə o, sülalədən taxt-taca
namizəd ola biləcək şəxslərin zərərsizləşdirilməsini zəruri hesab
etdi. Biz artıq göstərmişik ki, uzun illər dustaqda tənha saxlanması
İsmayılı ifrat dərəcədə hər şeydən şübhələnən və qəddar adam
etmişdi. O, şahzadə Mustafanın 14 may hadisələrində Heydərlə
birgə olmasını, Heydərin ölümündən sonra isə şahzadə Süleymanın
öz bacısı Pərixan xanım və çərkəzlərin başçısı Şamxal tərəfindən
taxta namizəd irəli sürüldüyünü unuda bilmirdi.
İsmayıl ilk növbədə göstərilən şahzadələri məhv etməyi
qərara aldı. O, bu məqsədlə şahzadə Mustafanı “himayə etməyi”
adlı
51
. Ustaclı həmtayfaları başa düşürdülər ki, şah onların “taxt-
taca sədaqətini” sınaqdan keçirmək üçün dəhşətli üsul
düşünmüşdür. İskəndər bəy Münşinin dediyi kimi, Pirə


154
Məhəmməd öz əlini şah sülaləsi nümayəndəsinin qanına bulamaq
istəməsə də, qəzəbli şahın əmrindən boyun da qaçıra bilmədi.
Çünki o, öz tayfasının şah qarşısındakı günahını yumaq istəyirdi.
Beləliklə, Mustafa Pirə Məhəmməd xanın evinə çatdırıldı və bir
neçə gündən sonra boğulub öldürüldü.
Digər şahzadənin - Süleymanın da aqibəti dəhşətli oldu. O,
şahın əmrinə əsasən, öz həyatı üçün əsən dayısı Şamxalın əli ilə
öldürüldü. Bu qətllər 1576-cı il noyabrın 1-nə keçən gecə (şabanın
7-də)
52
baş verdi.
Lakin İsmayıl öz məqsədinə tam nail olmağa çalışırdı.
İskəndər bəy Münşinin obrazlı dili ilə desək, o, qardaşlarını “öz
dövlətinin gülşənindəki tikanlar” hesab edirdi.
Çox qorxduğu Qəndəhar hakimi Sultan Hüseyn Mirzə
53
sağ
ikən, İsmayıl riyakarcasına qardaşlarına canıyananlıq edir, onların
sayıqlığını zəiflətmək istəyirdi. Lakin bir qədər sonra Xorasandan
Sultan Hüseyn Mirzənin ölüm xəbəri alındı və onun qardaşlarına
olan əsl münasibəti aşkara çıxdı
54
. Şah heç bir günahı olmayan,
ədalətsiz tənələrdən əzab çəkən qardaşlarını da məhv etmək üçün
bəhanə axtarmağa başladı.
Günlərin birində paytaxt meydanında rumlu sufiləri ilə
Qəzvin darğasının mülazimləri arasında mübahisə toqquşma ilə
nəticləndi. Tezliklə darğa Əbdülqəni bəy Ustaclı tərəfdarlarından
ibarət dəstəsi ilə özünü bura çatdırdı. Lakin o, sayca üstün olan
sufilər tərəfindən əzişdirildi. İsmayıl, Müseyib xan Təkəliyə və
Murtizaqulu xan Pornaka əmr etdi ki, qiyamçıları susdurmaq üçün
hərəkət etsinlər. Əmirlər “həmin xalqın məskənlərinə” gedib
meydandakı toqquşma ilə heç bir əlaqəsi olmayan, günahsız
adamları qırdılar
55
.
İğtişaşlardan istifadə edən İsmayıl paytaxtda olan
şahzadələrə divan tutmağı öz adamlarına tapşırdı. Məhəmməd
Hüseyn Mirzə
56
, şahzadə Mahmud və onun bir yaşlı oğlu
Məhəmməd Bəkir, şahzadələr İmamqulu və Əhməd
57
, həmçinin


155
İbrahim Mirzə
58
öldürüldülər.
Sonra II İsmayıl əmisi, bibisi, dayısı, xalası oğlanları və
onların əyalətlərdəki kişi nəslini qırmağa başladı. Belə ki, Sisitanda
onun əmri ilə Bəhram Mirzənin oğlu Badi əz-zaman Mirzə, öz oğlu
Bəhramla birlikdə qətlə yetirildi
59
. Gəncədə yaşayan Sultan Mirzə
isə kor edildi. Beləliklə, qətllər müvəqqəti olaraq dayandırıldı.
Yalnız onun qardaşı Məhəmməd Mirzənin (bir anadan olmuşdular)
oğlanları toxunulmaz qaldılar: Sultan Həsən Mirzə, Həmzə Mirzə,
Abbas Mirzə, Abutalıb Mirzə və Təhmasib Mirzə
60
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin