147
Şamxal Sultan
– sarayda çərkəz hərbi dəstəsinin başçısı,
şahzadə Pərixan xanımın və şahzadə Süleymanın dayısı.
Əmiraslan bəy
- əfşar tayfasının başçısı, nüfuzlu əmir,
şahzadə Əhmədin lələsi.
Vəli bəy Əfşar
– mayın 14-dən 15-nə keçən gecə sarayda
növbə çəkmiş mühafizə dəstəsinin başçısı.
Heydər Sultan Çabuk
– türkman tayfasının başçısı.
Dəli Budaq Rumlu, Mahmud bəy Əfşar, Süleyman bəy
Türkman
,
Xan Vəzir bəy Baharlı
– qızılbaş əyanlarının
nümayəndələri, təsvir olunan hadisələrin fəal iştirakçıları.
Şahzadə Pərixan xanım – I Şah Təhmasibin çərkəz
qadınından doğulmuş qızı, şahzadə Süleymanın bacısı, 30 yaşında,
gözəl, ağıllı, çox nüfuzlu.
Rumlu, əfşar, türkman, şamlı, qacar, zülqədər, bayat, varsaq
tayfaları və çərkəzlər.
V.Hins göstərilən məlumatlardan belə nəticə çıxarır ki,
“təmiz türk qanlı” İsmayılı yalnız türk qızılbaş (çərkəzlərdən
başqa) əyanları, Heydəri isə ustaclı, şeyxavənd tayfaları, talışlar,
fars ruhani-bürokrat əyanları,
həmçinin də gürcülər müdafiə
etmişdilər
39
.
Bir sözlə, V.Hins 1576-cı il 14 may hadisələrində hakim
türk hərbi-qızılbaş aristokratiyasını aparıcı mövqelərdən salmaq
üçün fars (tacik) əyanlarının onun əleyhinə olan digər qüvvələrlə
ittifaqda çıxışını görür
40
. Lakin aşağıdakı səbəblərə görə, V.Hinsin
dəlilləri ilə razılaşmaq çətindir. Məsələ bundadır ki, Heydər
Mirzənin ardıcılları arasında V.Hinsin
farslar kimi qələmə vrdiyi
əsas qüvvələri heç də farslar deyil, elə həmin türklər
(azərbaycanlılar) təşkil edirdilər. Bu dəstənin başlıca qüvvəsi
qüdrətli qızılbaş ustaclı tayfası idi. Şeyxavənd nəsli (tayfası)
V.Hins tərəfindən qeyd-şərtsiz fars tayfalarına aid edilir.
Lakin bu,
belə deyildi. Ustaclı kimi onlar da türk nəsli, tayfası idilər
41
.
Farslara qohum olanlar yalnız talışlar idilər. Ancaq onlar Heydərin
148
dəstəsində ikinci rol oynayırdılar.
Digər tədqiqatçı – R.M.Seyvori belə hesab edir ki, mübarizə
qızılbaş hərbi əyanları və Səfəvilər sarayının yeni ünsürləri –
gürcülər və çərkəzlər arasında gedirdi
42
. Lakin adları çəkilən
gürcülər və çərkəzlər (müsəlmanlığın şiəlik təriqətini
qəbul etmiş
və Səfəvilərin xidmətinə daxil olmuş Gürcüstan feodal əyanlarının
və Qafqaz dağlarının şimal hissəsi əhalisinin yuxarı təbəqələrinin
nümayəndələri) müstəqil siyasi qüvvə olmamış, göstərilən
hadisələrdə ikinci dərəcəli rol oynamışlar.
Fars əyanları bu dövrdə müstəqil siyasi qüvvə kimi çıxış
etmək üçün hələ olduqca zəif idilər. Buna görə də 14 may qanlı
toqquşmaların hakimiyyət uğrunda və dövlət işlərinə nüfuzlarını
gücləndirmək üçün ayrı-ayrı qızılbaş əyanları arasındakı daxili
mübarizənin yeni təzahürü kimi baxmaq lazımdır. Ustaclı
tayfasının əyanları Heydərin taxt-taca olan iddialarını müdafiə
etməklə, I Şah Təhmasibin hakimiyyətinin son dövründə dövlət
işlərində tutduqları aparıcı mövqeləri qoruyub saxlamağa ümid
edirdilər. Ustaclı feodallarını tutmuş olduqları yüksək vəzifələrdən
sıxışdırıb çıxarmaq və onların yerini tutmaq ümidi ilə qızılbaş
tayfalarının mütləq əksəriyyəti (rumlu, əfşar, türkman, şamlı, qacar,
zülqədər, bayat, varsaq) onlara qarşı birləşmişdi
Dostları ilə paylaş: