SəFƏVİLƏr döVLƏTİ


Osmanlı türkləri Gürcüstanda



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə53/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   49   50   51   52   53   54   55   56   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Osmanlı türkləri Gürcüstanda
Mustafa paşanın qalib gəldiyi Çıldır vuruşması Gürcüstanın
qapılarını türklərin üzünə açdı. Türk basqınının təhlükəsi qrtdığı bir
zamanda gürcü feodal hökmdarları arasında didişmə və nifaq hökm
sürürdü
116
Onlardan bəziləri Səfəvilərin, bəziləri isə türklərin
tərəfini saxlayırdılar. Səfəvilərin məğlubiyyəti onların
Gürcüstandakı nüfuzuna güclü zərbə vurdu və bəzi gürcü
hökmdarlarını öz mülklərini saxlamaq üçün Osmanlı Türkiyəsinin
tabeliyinə keçməyə razı olmağa məcbur etdi.
Çıldırdan sonra Mesxi vəliəhdi Mənüçöhr və onun qardaşı
Kvarkvare türklərin tərəfinə keçməyə birinci olaraq razılıq verdilər.
Onların irsi mülkləri öz əllərində saxlandı. Mustafa Şirvana yürüş


175
edərkən və geri qayıdarkən Mənüçöhr ona bələdçi oldu
117
.
Mustafa paşa
Axaltsixi tutduqdan sonra Kaxetiyaya doğru hərəkət etdi. O, “Rum
xondkarına tabe olmaq və itaət göstərmək” çağırışı ilə Kartli çarı
Simonun və və Kaxetiya çarı Aleksandrın yanına adam
göndərdi.İskəndər bəy Münşi göstərir: Onlar da bir-biri iə
düşmənçilik etdikləri üçün “simon tabe olmaqdan imtina etdi və
türklərə qarşı həmlələr edərək onlara bir sıra təsirli zərbələr
endirdi”
118
.
Halbuki “hiyləgər və uzaqgörən adam” olan Aleksandr
yaranmış şəraitdə Mustafa paşaya itaətini bildirməyi özü üçün
sərəfli hesab etdi. Türk qoşunları “keçilməzləyinə və əzəmətinə
görə göylərlə bəhsləşən”Tiflis qalasını ələ keçirmək üçün hərəkət
etdilər. Şəhət Davidin (Davud xanın) mülkündə yerləşirdi. I Şah
Təhmasib Kartlini ona verərək, çarlığı onun qardaşı Simondan
almışdı. Buna görə də David qardaşından kömək gözləməyərək
Tiflisi tərk etdi. Avqustun 24-də Osmanlı ordusu sakinlərinin tərk
etmiş olduğu Tiflisi, sonra isə həm də Qorini ələ keçirdi. İstalaçılar
Tiflisdə Məhəmməd paşanın başçılığı altında altı min nəfərlik hərbi
dəstə saxladılar. Zəgam və Geram hakimi də türklərə tabe oldu.
Gürcüstan türk qoşunları tərəfindən işğal edildikdən sonra Şəki
hakimi İsa xan
119
öz mülkünü tərk edərək Səfəvilərin sarayına
getdi
120
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin