169
Xosrov paşa sərhəd boyunda yaşayan kürd tayfalarının Səfəvilərə
qarşı qiyamını qaldırmaq barədə göstəriş aldı. Öncə hüquqları
vaxtilə II İsmayılın fərmanı ilə təsdiq olunmuş Səlmas və Tasuq
hakimi Şahqulu Bülbülan oğlu Qazi bəy qiyam etdi.
Xosrov
paşanın qoşunları kürdlərlə birlikdə qəflətən Xoya hücum etdilər və
bununla da Sultan süleymanın imzaladığı 1555-ci
il müqaviləsini
pozdular. Xain düşmənlər tərəfindən qəfildən yaxalanmış Xoy
hakimi Mahmud Sultan Rumlu şiddətli müqavimət göstərdi və
həlak oldu.
Sonra kürdlər Urmiya hakimi Hüseyncan
Sultan Xunusluya
qarşı hücuma keçdilər. O da bir aylıq müqavimətdən sonra hiylə ilə
ələ keçirildi və öldürüldü. Düşmənlər qızılbaş düşərgəsindən çoxlu
oğlan və qızı əsir aldılar. “Həmçinin məzlumların və rəiyyətin
mirasını və əmlakını” çapıb taladılar. Bunun ardınca
kürdlər
Göyərçinlik qalasını və Urmiyanı tutdular
99
.
Həmin vaxtda Azərbaycan hakimi təyin olunmuş Əmir xan
Türkman Təbrizə gəldi, kürdlərin qiyamını yatırmaq
üçün qoşun
toplamağa başladı. O, 10-15 min nəfərlik qoşun toplayıb sərhədə
doğru hərəkət etdi. Qiyamçılar hücuma dözmədilər və qalalarda
gizləndilər. Lakin Əmir xan və əmirlər bu ərazidə törədilmiş böyük
dağıntılar üzündən orada möhkəmlənə bilməyib geri çəkildilər.
İskəndər bəy Münşi yazır: “Qoşunların
geri çəkilməsi o ölkənin
viran edilməsi səbəbindən irəli gəlmişdi. Xoy, Səlmas və
Urmiyanın xeyli sakini (o yerləri) tərk etməyə başladı. Sonra
qayıdanlar qeyri-iradi olaraq düşmənlərə tabe oldu və həmin yerlər
onların (kürdlərin) hakimiyyəti altına düşdü”. Tezliklə Osmanlı
basqınının başlanacağına dair şayiələrdən ruhlanan
digər kürd
tayfaları da üsyan qaldırdılar. Məsələn, Sulduz və Miyanduab
ərazisində (Marağanın yaxımlığında) yaşayan, Əmir bəyin başçı
olduğu mükri tayfası Marağaya yaxınlaşdı,I Şah Təhmasibin
mülkiyyəti olan at ilxısını sürüb apardı. Bu ilxıda 10 min seçmə
170
ərəb atı bəslənirdi. Əmir xan Türkman onlara çatıb ilxını geri
qaytarmağa
cəhd göstərdi, lakin bunun nəticəsi olmadı
100
.
Dostları ilə paylaş: