SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə48/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   44   45   46   47   48   49   50   51   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Dini islahat cəhdi
II İsmayılın dövlət xadimi kimi fəaliyyəti haqqında əlimizdə
olan məlumatlar çox azdır. Onların içərisində şahın din sahəsindəki
tədbirlərinə aid məlumatlar diqqəti xüsusilə cəlb edir. Bu məsələ
barəsində daha tam məlumatları biz tenə də İskəndər bəy Münşinin
“Tarix-i aləm aray-i Abbasi” əsərində tapırıq.
Artıq II İsmayılın tacqoyma mərasimindən bir neçə ay sonra,
onun öz İsmayılın adamlarının kiçik dairəsində sünniliyə meyilli
çıxışlar etməsi barədə xalq arasında narahat şayiələr gəzməyə
başladı. Buna görə də ondan sünniliyin tərəfdarı kimi
şübhələndilər
68
. Saraydakı şiə ruhaniləri açıq etirazlarını bildirməyə
cəsarət etmirdilər. Lakin öz aralarında şahın çıxışlarını pisləyirdilər.


158
Hələ I Təhmasib dövründə sünniliyə rəğbət bəsləməkdə ittiham
edilən saray üləmalarından biri (Mirzə Məxdum Şərifi) şahın şiəlik
əleyhinə çıxışlarını müdafiə etdi və tezliklə hər cür qorxunu kənara
ataraq, “birinci üç xəlifənin lənətlənməsini” ləğv etmək tələbilə
sünnilərin xeyrinə açıq şəkildə çıxış edən İsmayılın yanında böyük
təsir sahibi oldu.
Şiə ruhanilərinin müqavimətinə baxmayaraq, İsmayıl
gələcəkdə küçələrdə və şəhər meydançalarında Əbubəkrin, Ömərin
və Osmanın açıq lənətlənməsi adətini (təbərra) qadağan etdi. O,
Mirzə Məxdum Şərəfi, Mövlana Mirzəcan Şirazi və Mir Məxdum
Lalə kimi sünni ruhanilərinin nümayəndələrinə mərhəmətlər
yağdırdı.
Mirzə Məxdum, şaha şikayət etmişdi ki, məsciddə moizə
oxunuşu zamanı xəlifələr lənətlənir və onun barəsində istehza ilə
danışırlar. II İsmayıl qorçilər dəstəsinə məscidə getməyi və lənət
deməyə cəsarət edənləri cəzalandırmaq üçün növbəti moizədə
iştirak etməyi əmr etdi. Cümə xütbəsinin sonunda Qəmbər adlı
dərviş öz sözlərini aşağıdakı kəlamla bitirdi: “Əliyə və onun
ailəsinə səmimi qəlbdən xeyir-dua, Əlinin düşmənlərinə isə əbədi
lənət olsun!”
69
. Mirzə Məxdum dərvişi ədəbsizlikdə günahlandırdı.
Yaxınlıqda duran qorçilər isə onun üzərinə atılıb dəyənəklə başını
yardılar. Bu hadisə şahın sünnilik əqidələri barəsində Qəzvin
əhalisinin şübhələrini gücləndirdi
70
.
II İsmayıl hətta şiə ilahiyyatçılarını təqib etmək fikrinə
düşdü. Məsələn, Mir Seyid Hüseyn Müctəhid, Mir Seyid Əli Xətib
və başqaları saraydan qovuldular. Mir Seyid Hüseynin kitabları
möhürləndi və müsadirə edildi. Onun evi isə dağıdıldı.
Sünnilik tərəfdarları xalqı öz tərəflərinə çəkməyə cəhd
göstərdilər. Elan edildi ki, öz həyatı boyu peyğəmbərin
silahdaşlarını lənətləməmiş müsəlmanlara müəyyən məbləğdə pul
veriləcəkdir. Belə adamları aşkara çıxarmaq Mirzə Məxduma
tapşırıldı. Qəzvin əhalisinin ehtiyac içərisində olan hissəsi vəd


159
olunmuş məbləği almaq arzusu ilə iddia edirdi ki, onlar həyatları
boyu şiəliyə mənsub olmamışlar. Bir çox qəzvinli keçmişdə sünni
olmuş, şafii təriqətinə etiqad etmişdi. Buna görə də belə hesab
edirdilər ki, onların çoxu hələ paytaxtda qalmaqdadır. Mirzə
Məxdum bu yolla müəyyən edilmiş “sünnilərə” 200 min tümənə
qədər pul verdi
71
.
Lakin II İsmayıl və sünnipərəst ruhanilər öz əməllərini
davam etdirmək fikrində idilər. Qəzvin möhtəsibinə (keşikçi
dəstəsinin rəisi) göstəriş verilmişdi ki, o, məscidlərin bütün divar
və qapılarından İmam Əliyə olan məhəbbəti ifadə edən yazıları yox
etsin. Möhtəsib Mir Zeynalabidin Kaşi özü şiə idi. Lakin II
İsmayılın xoşuna gəlmək üçün imamların şücaətlərini təsvir edən
bütün yazıları və hətta onların adlarını da pozmağı əmr etdi.
Dərvişin öldürülməsi və məscidlərin təhqir edilməsi xəbəri
təəssübkeş qızılbaşların səbir kasasını doldurdu. Onların
əyanlarından ibarət adamlar son dərəcə hiddətlənmiş halda
Səədabad bağında, sarayın qarşısında toplaşdılar. Onlar şiə
icmasının başçısı olan mürşidi-kamilinaçıq-aşkar öz əcdadlarının
etiqadından imtin etmək niyyətində olduğu təqdirdə, müridlərin
(sufilərin) özlərini necə aparacaqlarını da bilmirdilər. Bəziləri bu
barədə İsmayılın şəxsi fikrini öyrənməyi təklif edirdilər. Çünki
yalnız o, icmanın irsi başçısı kimi şübhələrə son qoya bilərdi.
Ağsaqqallar bu təklifə qarşı çıxış etdilər. Onların fikrincə, belə
rəftar qəbul olunmuş qaydalara müvafiq deyildi və şah sülaləsinə
qarşı qiyam kimi başa düşülə bilərdi. “Bəli, bəs İsmayıla belə sualı
verməyə kim cəsarət edəcək?”.
Təkəli taufasının başçısı Ərdoğdu Xəlifə, türkman
tayfasının rəhbəri Əmir xanla bərabər şahın yanına getmək, etiqad
məsələləri üzrə onları narahat edən suallara cavab verməyi şahdan
xahiş haqqında razılıq əldə olundu. Burada iştirak edən əmirlərin
bir qismi tez aradan çıxıb şaha xəbər verdilər ki, təkəli və türkman
tayfalarının başçıları öz aralarında ittifaq bağlayıblar, müttəfiqlər


160
şahı dinsizlikdə günahlandırmaq, onu devirmək və yerinə Tehranda
yaşayan şahzadə Həsəni
72
taxta oturtmaq niyyətindədirlər.
Qəzəblənmiş II İsmayıl dərhal Əmir xanı öz yanına
çağırtdırdı və çox sərt şəkildə ona dedi: “Siz mənim sünni etiqadını
seçdiyimi iddia etməklə məni qızılbaşların arasında rüsvay edir,
xalqın mənə olan inamını qırırsınız!” Əmir xan ona cəsarətlə cavab
verdi: “Biz belə düşünmürük və bizim əlahəzrət şaha inamımız
sarsılmazdır. Biz belə hesab edirik ki, əgər əlahəzrət tərəfindən
etiqad məsələlərinə etinasızlıq təzahür etmişsə, bu, sizin dövlət
işləri ilə məşğulluğunuzdan irəli gəlir və düşmən əməlidir. Lakin
Mirzə Məxdum Şərəfi bu məsələni aşkarlamış, şaha böhtan
atmışdır. O, xalqa açıqca deyir ki, əlahəzrət şah sünniliyi qəbul
etməyə meyil edir. Mirzə Məxdum şiə üləmalar ilə həmin etiqadın
üstünlükləri barədə mübahisə açır. Əgər şah bu şayiələri yalan
hesab edirsə, qoy onu cəzalandırsın. Məgər bizim günahımız
varmı?” Daha sonra Əmir xan sözünə davam etdi: “Niyə əlahəzrət
şah (onun) xeyirxahları haqqında (bizim) düşmənlərimizin
sözlərinə qulaq asır, onların düzgünlüyünü və yanlışlığını
yoxlamadan (bizi) – ürəkdən sadiq olanları öz düşməni hesab
edir?” II İsmayıl dedi: “Əgər mən qızılbaşların padşahı olmağa
layiq deyiləmsə, sizin sövdələşmənizə və qərarınıza əsasən,
Tehrandan Sultan Həsəni bura gətirin və özünüzə padşah edin!”
73
.
II İsmayılın əmri ilə Ərdoğdu Xəlifə həbs edildi. Əmir xana
isə İsmayıl dedi ki, əgər onlar həqiqətən şahzadə Həsəni taxta
əyləşdirmək niyyətində deyillərsə, o və Müseyib xan Təkəli bunu
əməlləri ilə sübuta yetirsinlər. Bu, şahzadə Həsənin qətlə
yetirilməsinə açıq işarə idi. Əmirlər bunu başa düşdülər və tezliklə
şahzadə xüsusi olaraq bu məqsədlə göndərilmiş adamlar vasitəsilə
Tehranda öldürüldü
74.
. Bu hadisələrdən sonra II İsmayıl ustaclı
əyanları ilə yaxınlaşmağa, türkman və təkəli tayfalarına isə şübhə
ilə yanaşmağa başladı.
Lakin tezliklə şah başa düşdü ki, özünün dini islahat


161
səylərində həddindən çox irəli getmişdir. Qızılbaş əyanlarının
qiyamından və həyəcanlanmış xalqın tərəfindən baş verə biləcək
iğtişaşlardan ehtiyat edərək o, Mirzə Məxdumu yanına çağırdı.
Hamının gözü qarşısında onu ittiham edib danladı. “Bu, əhalinin
ürəyindən idi və beləliklə, xalqın şübhəsi aradan götürüldü”
75
.
Bundan sonra şah saray daxilində bir daha dinlə əlaqədar olan
məsələlərə qayıtmadı.
II İsmayılın sünniliyə olan rəğbəti onun hakimiyyəti
dövründə zərb edilmiş sikkələrdə daha aşkar surətdə təzahür
etmişdi. İsmayıl tac qoyduqdan sonra, bir müddət yeni şahın adı ilə
sikkə zərb olunmadı. Buna görə sikkə zərb edən ustalar
(zərrəbiyan) zərbxana gəlirlərinə ziyan vurulmaması məqsədilə
şahın qarşısında sikkənin dəyişdirilməsi məsələsini qaldırdılar.
İskəndər bəy Münşi qeyd edir ki, bu zaman İsmayıl, adətən
sikkənin bir üzündə həkk edilən ərəb kəlamlarının, yəni: “Allahdan
başqa Tanrı yoxdur, Məhəmməd Allahın rəsuludur, Əli Allahın
dostudur” sözlərinin doğruluğuna şübhə etdiyini bildirmişdi. O,
qeyd etdi ki, Allahın adı ilə zərb olunan dinarlar və dirhəmlər
ticarət əməliyyatında yəhudilərin, ermənilərin, atəşpərəst
hindlilərin və digər “kafirlərin” də əlinə keçir və bu etiqad
qaydalarına ziddir. Lakin İsmayılın etirazının əsl səbəbi bu deyildi.
İskəndər bəy Münşi göstərir ki, bu kəlamda II İsmayılı təmin
etməyən hissə şiə formulu olan “Əli Allahın dostudur” ifadəsi idi
76
.
Mahmud Nətənzi məlumat verir ki, İsmayılın fərmanı ilə on
dang dəyəri olan xalis qızıl və gümüş sikkələr buraxılmışdı. Qızıl
sikkələrin bir tərəfində Şeyx Əttardan bir beyt, o biri tərəfində isə
padşahın adı, ünvanı və sikkənin zərb olunduğu yer göstərilirdi.
Sikkələrin üstündəki ənənəvi şiə ifadəsindən imtina edilməsi
ruhanilərin güclü müxalifətinə səbəb oldu. Lakin bu etirazlar II
İsmayılın qərarını dəyişə bilməmişdi
77
.
II İsmayılın sünni təmayüllü dini siyasətinin anlamı və


162
məqsədi nədən ibarətdi? Bu suala əlimizdə olan materiallar
əsasında aydın cavab vermək çox çətindir. Təsvir olunan
hadisələrin müasiri – Şərəfxan Bidlisi yazır ki, II İsmayıl
hakimiyyətdə möhkəmləndikcə öz əcdadlarının adətləri əksinə
olaraq ölkədə elə qaydalar yaratmaq üçün tədbirlər görürdü ki, bu
qaydalar sünnilərin və şiələrin hər birinin öz etiqadını saxlamasına,
bir-birinin işinə qarışmamasına imkan yaratsın.
Sultan Süleymanla I Şah Təhmasib arasında 1555-ci ildə
sülh müqaviləsinin bağlandığı zaman Osmanlılar xüsusi olaraq
qeyd etmişdilər ki, Səfəvilər əgər sultanla sülh şəraitində yaşamaq
istəyirləsə, birinci üç xəlifəni” də tanımalıdırlar
79
.
Buna görə də yalnız ehtimal etmək olar ki, III Sultan Muradla
təxminən eyni vaxtda taxta çıxan II İsmayıl sultanla sülh
münasibətləri yaratmağa və bu məqsədlə də şiə-sünni
qarşıdurmasını yumşaltmağa səy göstərmişdi. Zənn etmək olar ki,
məhz buna görə də II İsmayılın qısamüddətli hakimiyyəti dövründə
Səfəvi-Osmanlı sərhədində sakitlik hökm sürmüş, tərəflərin heç biri
barışıq müqaviləsini pozmamışdı.
Qəzvində şahın yeni din təmayülü ilə əlaqədar olaraq baş
vermiş həyəcanlardan, şahzadə Həsən öldürüldükdən sonra öz
hakimiyyətini möhkəmləndirmək üçün getdikcə daha çox qan
axıdan, özünə inamı daha artıq dərəcədə itirən müstəbid kimi II
İsmayılın öz ətrafındakılara inamsızlığı və şübhəsi də artmağa
başladı.
Təbiidir ki, çoxsaylı edamlar, vergi yükünün ağırlığıxalq
kütlələrini müflisləşmək və dilənçiləşmək həddinə gətirib
çıxarmaya bilməzdi. Narazılıq qızılbaş qoşunlarını və II İsmayılın
ən yaxın adamlarını da əhatə etmişdi. Lakin qəddar, qana həris
müstəbidin təlqin etdiyi qorxu hissi bu narazılığın aşkar təzahürünə
mane olurdu. Biz II İsmayılın taxt-taca iddia edə bilən qardaşlarını
məhv etməsi barədə danışmışıq. Qardaşının böyük oğlunu, şahzadə
Həsəni öldürən II İsmayıl öz hakimiyyəti üçün daimi qorxu hissinin


163
təsiri altında uzaq Xorasanda yaşayan digər qardaşı oğlu – yeddi
yaşlı şahzadə Abbası da qətlə yetirməyi qərara almışdı. Bu
“vəzifəni” Herat hakimi, Abbasın qəyyumu Əliqulu xan Şamlı
yerinə yetirməli idi
80
. Lakin onun Abbasa rəhmi gəlmiş,
mövhumatçı olduğuna görə qətl tədbiri “müqəddəs” ramazan
ayının sonuna qədər təxirə salınmışdı. Ancaq ramazan ayı hələ başa
çatmamışdı ki,şapar II İsmayılın ölümü barədə şad xəbəri Herata
yetirdi.
Hicri 985-ci il ramazanın 13-ü (1577-ci il noyabrın 24-də)
İsmayıl sərxoş vəziyyətdə paltarını dəyişdi, saraydan çıxdı, saray
halvaçısı Həsən bəyin və məiyyətin müşayiəti ilə şəhərin küçələrini
dolaşmağa başladı. Gecəyarısı o, dincəlmək üçün Həsən bəyin
evinə gəldi. Ertəsi gün isə elə oradaca onun meyiti tapıldı.
II Şah İsmayılın ölümü haqqında çoxlu rəvayətlər vardır.
Bəziləri onun kəskin mədə ağrısından, başqaları həddən artıq tiryək
istemal etməsindən, üçüncülər isə boğulub öldürüldüyündən və s.
vəfat etdiyini söyləyirlər
81
. Bu rəvayətlərdən daha çox həqiqətə
bənzəyəni İskəndər bəy Münşinin söylədiyidir
82
. Həmin rəvayətə
görə, II İsmayılın etinasız münasibətindən narazı qalmış Pərixan
xanım hərəmxana kənizləri vasitəsilə şahın qəbul etdiyi uyuşdurucu
maddələrə zəhər qatmışdı. Doğrudan da şöhrətpərəst və kinli olan
Pərixan xanımİsmayılın hakimiyyətə gəlməsi üçün çox iş görmüş,
lakin dövlət işlərindən kənar edilməsinə görə özünü olduqca təhqir
olunmuş hesab edirdi. Lakin Pərixan xanımın belə təhlükəli addımı
atmağa cəsarəti çatardımı? Güman etmək olar ki, burada II
İsmayılın dini xarakterli islahat cəhdini çox təhlükəli sayan qızılbaş
əmirlərinin təşkil etdikləri sui-qəsd mühüm rol oynamışdır.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin