183
etdi. Osman paşa şəhərdən çıxdı və müdafiəyə hazırlaşmağa
başladı.
Araz xan və qızılbaşlar Şamaxını
ələ keçirmək üçün
qəhrəmancasına cəhd göstərdikləri və buna yaxın olduqları bir
vaxtda Krım xanının qardaşı Məhəmməd Girey və taxt-tacın varisi
(kalqay) Adil Girey
147
başda olmaqla Krım tatarlarının iyirmi
minlik qoşunu Dərbənddən keçərək Şirvana hücum etdi. Bəzi
əmirlər düşmənin mühasirəsini
yararaq Kürün cənub sahilinə
qayıtmağı təklif etdilər. Lakin Araz xan meydandan qaçmaq fikri
ilə heç cür barışa bilmirdi. Həm də artıq gec idi. Osmanlı qoşunları
və Krım tatarları, habelə ləzgilər, qarabörklülər, Əbubəkrin Şirvan
üsyançıları tərəfindən mühasirəyə alınmış araz xan və qızılbaşlar
sarsılmaz mətanət göstərdilər. Lakin onların müqaviməti qırıldı.
Araz xan bir dəstə qızılbaşla əsir alındı və edam edildi. Qoşunların
yalnız bir hissəsi qaçmaqla qırğından yaxasını qurtara bildi
148
.
Bundan sonra Osman paşa Şamaxı qalasına gəldi. Adil
Girey isə Əbubəkrlə birlikdə Araz xanın düşərgəsini qarət etmək
üçün cənuba, Muğan düzünə tərəf hərəkət etdilər. İskəndər bəy
Münşi yazırdı: “Bu müharibədə rumlu tayfasına bədbəxtlik üz
verdi”. Bu tayfanın adlı-sanlı adamlarının əksəriyyəti öldürüldü və
Şirvanın uzun illər boyu “sakit və firavan” idarə olunması
dövründə toplanmıış saya-hesaba
gəlməyən əmlak, var-dövlət isə
düşmənlərin əlinə keçdi
149
. Döyüşdən sağ-salamat çıxmış Ərdoğdu
Xəlifə Təkəli və bir neçə başqa əmir, o cümlədən Araz xanın iki
oğlu artıq bu vaxt Qarabağa gəlib çıxmış, qızılbaş qərargahına
Araz xanın darmadağın edilməsi barədə dəhşətli xəbəri çatdırdılar.
Talış əmirlərinə əmr edildi ki, Araz xanın qoşunlarının qalıqları ilə
Kür çayından keçiddə bir yerə cəmləşsinlər və Krım tatarlarının
cənub sahilinə keçməsinə yol verməsinlər.
Qərargahın əmrini yerinə yetirən bu
qoşunlar Cavad
yaxınlığında keçidi tutaraq yaralı qızılbaşları o biri sahilə keçirmək
üçün körpü saldılar. Bu vaxt tatarların və ləzgilərin yaxınlaşması
184
xəbəri alındı. Qızılbaşlar körpünü çətinliklə uçura bildilər. Lakin bu,
düşmənlərin qarşısını saxlaya bilmədi. Onlar cəsarətlə suya atıldılar
və o biri sahilə çıxdılar. Qızılbaşlarla onların arasında ağır döyüş
başlandı. Qızılbaşlar, həmin yerlərə yaxşı bələd olan şirvanlı
üsyançıların köməyilə düşmənin yeni dəstələrinin çayı keçərək
onların arxasınca çıxdıqları xəbərini alana qədər qəhrəmanlıqla
müqavimət göstərdilər. Düşmən qoşunlarının məngənəsinə düşən
qızılbaşlarkütləvi surətdə qaçmağa üz qoydular. Qaçanlardan hər
kəsi yalnız şəxsi həyatı düşündürürdü. Onlardan bir
dəstəsi öz
qoşunlarının dayandığı yerə gəlib baş vermiş hadisə barədə danışdı.
Burada isə daha çox öz əmlaklarını xilas etmək qayğısına qaldılar.
Düşmənin öndə gələn hissələri göründükdə, ağlasığmaz bir vahimə
yarandı və hamı dağınıq halda ətrafa səpələndi.
Hər cür sərvətlərlə
yüklənmiş dəvə karvanları tatarların əlinə keçdi. Onlar həmçinin
çoxlu qadın və qız əsir aldılar. Adil Girey tatarlarla və ləzgilərlə
birlikdə çox böyük miqdarda
qənimət ələ keçirdi, elə həmin gün də
şimala – Şirvana tərəf hərəkət etdi
150
.
Dostları ilə paylaş: