SəFƏVİLƏr döVLƏTİ


Fərhad paşanın Azərbaycana yürüşü



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə64/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   60   61   62   63   64   65   66   67   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Fərhad paşanın Azərbaycana yürüşü


214
Biz artıq qeyd etmişik ki, Səfəvilərlə sülh məsələsində Sinan
paşa ilə Osman paşa arasında ciddi ixtilaf yaranmışdı.
1592-ci ilin əvvəlində Sinan paşa, qızılbaş elçisi İbrahim
xan Tərxan Türkmanla sultanı Səfəvilərlə barışıq bağlamağa razı
salmaq üçün Ərzurumdan İstanbula yola düşüd. Lakin Dərbənddə
ilişib qalmış Osman paşa heç də sülhsevər əhval-ruhiyyədə deyildi.
O, qızılbaşlar gerdikdən sonra Şirvanı ikinci dəfə tutdu və
İstanbula məktub yazaraq sultan Murada Şirvanın tutulduğu
xəbərini verdi, onu qızılbaşlarla müharibəni davam etdirməyə
çağırdı. Osman paşa sultana məlumat verdi ki, hazırda şah
əmirlərlə Xorasandadır. Bu .əraitdə ona qoşunlarla kömək edilərsə,
çətinlik çəkmədən Azərbaycanı və İranın qərb vilayətlərini
imperiyaya birləşdirmək olar. Istilaları daha da genişləndirmək
ehtirası ilə alışan türk sultanı sülh danışıqlarını dayandırdı və Sinan
paşanı şərq yürüşünün hərbi başçısı vəzifəsindən kənar etdi.
Bununla yanaşı, sultan elçi İbrahim xana təhdid formasında bildirdi
ki, o, yalnız şah tərəfindən Şirvandakı Osmanlı istilalarının
tanınacağı təqdirdə sülhə razıdır. Əks halda Osmanlı qoşunları
hücumu davam etdirəcəklər. Ağıllı və uzaqgörən İbrahim xan
Türkman öz səfirliyinin üzvlərindən biri ilə Xorasana – şahın adına
göndərdiyi məktubda sultanın qəti tələbi barədə məlumat verdi və
Səfəvilər dövlətinin ağır daxili vəziyyətini nəzərə alaraq, ölkəni
daha böyük ərazi itkilərinə məruz qoymamaq üçün sərt sülh
şərtlərini qəbul etməyi məsləhət gördü. İskəndər bəy Münşi göstərir
ki, “özlərinə güvənən qızılbaş əmirləri” aralarında hökm sürən
parçalanmaya, düşmənçiliyə və çəkişməyə baxmayaraq cavab
məktubunda öz elçilərinə bildirdilər ki, onlar Şirvanı heç bir vəchlə
türklərə güzəştə getməyəcəklər və əgər sultan 1555-ci il sülh
şərtlərinə razı deyilsə, müharibəni davam etdirəcəklər
211
.
Hicri 991 (1583)-ci ilin yayında şərq yürüşünün yeni hərbi
rəhbəri Fərhad paşa 70-80 min nəfərlik qoşunla Ərzurumdan çıxdı
və Qarsı keçərək Çuxursəəd vilayətinə daxil oldu. Qazi Əhmədin


215
məlumatına görə, Fərhad paşanın yürüşü ona görə mümkün
olmuşdu ki, şahın əsas qüvvələrlə uzun müddət Xorasanda olması,
“iki padşah təyin etmiş qızılbaşlar arasındakı”
212
didişmələr
haqqında Rumda xəbər tutmuşdular. Özqarşısında türklərin üstün
qüvvələrini görən Çuxursəəd bəylərbəyisi Məhəmməd xan Toxmaq
Ustaclı Qarabağ və Azərbaycanın cənub hissəsi hakimlərinə -
İmamqulu xan Qacara və Əmir xan Türkmana kömək üçün
müraciət etdi. Lakin həmin əmirlər hələ Xorasanda olan şahın
köməyi olmadan türk ordusuna qarşı durmağı öz qüvvələri imkanı
xaricində saydıqları üçün, Məhəmmədi xanın çağırışını cavabsız
qoydular. Buna görə də Məhəmmədi xan İrəvanı tərk etdi və
Naxçıvana geri çəkildi. Fərhad paşa İrəvanı tutdu. Orada qala
tikdirdi və qalada bir illik ehtiyat qoyub geri qayıtdı. İskəndər bəy
Münşi göstərir ki, Əmir xan və türkman əmirləri Məhəmmədi xana
heç bir kömək göstərmədilər. Çünki “dar əs-səltənə Təbrizin
müdafiəsini və mühafizəsini daha vacib və birinci dərəcəli”
sayırdılar. Onlar “kürdlərin yaxında olması ucbatındanoradan
kənara bir addım da atmadılar”. Göstərilən nümunədə Azərbaycan
tarixçisi qızılbaş əmirləri arasında ümumdövlət, ümumxalq
mənafeyini deyil, öz tayfalarının mənafeyini, özlərinə məxsus
mülklərin müdafiəsini hər şeydən üstün tutan adamlara qarşı çıxış
edir. Bu qapalılıq da Çuxursəəd kimi “abad vilayətin” itirilməsinə
gətirib çıxardı
213
. Bundan sonra Əmir xan Türkman öz səfiri Qasım
bəyin vasitəsilə türklərin İrəvanı tutması xəbərini şah sarayına
yetirdi və şahdan qoşunlarla Azərbaycana gəlməyi xahiş etdi. Hicri
962 (1584)-ci il yayın əvvəlində şah öz qoşunu ilə Qəzvindən
Təbrizə hərəkət etdi
214
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin