SəFƏVİLƏr döVLƏTİ


Səfəvi-Osmanlı münasibətləri və



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə62/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   58   59   60   61   62   63   64   65   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Səfəvi-Osmanlı münasibətləri və
Azərbaycan uğrunda mübarizə


205
Səfəvilər ağır vəziyyətə baxmayaraq Şirvanı itirmək və onu
türklərə güzəştə getmək fikrində deyildilər. Hicri 988 (1580)-ci ilin
əvvəlində, Təbrizdə, şah sarayında Şirvana yeni yürüş təşkil etmək
qərara alındı. Bu dəfə həmin vəzifə Salman xana və ustaclı
tayfasının əmirlərinə həvalə edilmişdi. Arasbardan keçən yolla
hərəkət edən qızılbaş qoşunları, dözülməz istilər üzündən
Həmşəhr
197
yaylağında dayandılar, öz qüvvələrinin cəmləşməsi və
Araz çayına keçmək üçün hazırlıq görməyə başladılar. Şirvanda
tiyulları müəyyən edilmiş yürüş iştirakçıları olan əmirlər arasında
Şirvan bəylərbəyisi Salman xandan başqa Hüseynqulu Sultanın,
Əliqulu Sultanın, Mustafa Sultan Şərəflinin, Mehdiqulu Sultan
Çavuşlunun, həmçinin də cagirli və qaramanlı tayfalarından
(oymaqat) olan bir neçə əmirin adları çəkilir
198
.
1580-ci ilin yayında Hacı Maqsud bəy Zülqədərin başçılığı
ilə Ərzuruma gələn qızılbaş nümayəndə heyəti İstanbula müşayiət
olundu və avqustun 15-də orada onu qəbul edən Sultan III Murada
Şah Məhəmməd Xudabəndənin məktubu təqdim edildi. Məktubda
ilk qızılbaş elçisi olan Vəli bəy Ustaclının türk sərhəd hakimiyyət
orqanları tərəfindən tutulub saxlanması və həbs olunmasından
narazılıq bildirilir, Osmanlı qoşunlarının törətdikləri qarət və
zorakılıqların, müsəlman qadın və uşaqlarının əsir alınmasının
yolverilməz olduğu göstərilir, habelə sülhün bərpa olunması və
ziyarətə gedənlərin dincliyini, təhlükəsizliyini təmin etmək arzusu
bildirilirdi.
Lakin türklər Şirvanı öz əllərində saxlamaq, itirdiklərini
qaytarmaq üçün əllərindən gələni əsirgəmirdilər. Əməli olaraq
Dərbənddə qapanıb qalmış Osman paşanın çətin vəziyyətə düşməsi
Sultan III Muradı üçüncü vəziri Sinan paşanı orduya sərkərdə təyin
etməyə, Şirvana yeni yürüş başlamasına vadar etdi. Ərzurumda
böyük qoşun toplamış Sinan paşa ilk növbədə təkəbbürlə dolu
məktubda öz elçisini Səfəvi sarayına göndərdi. “Osmanlı
qoşunlarının (bir kərə) daxil olduğu və orada onun (sultanın) adına


206
xütbə oxunduğu ölkəni tərk etmək, bu ölkədən əl çəkmək
osmanlıların qaydalarına müvafiq deyil. Osmanlılar Şirvan, Şəki,
Azərbaycan və Gürcüstanın bəzi vilayətlərini tutmuşlar. Əgər
bundan sontra qızılbaşlar bu ölkələrə qarşı təcavüz etməsələr, o,
həmin ölkələri islam nümayəndələrinin (Osmanlı məmurlarının –
O.Ə.) himayəsi üçün saxlayar və mübahisə qurtarmış olar”
199
.
Sinan paşa daha sonra yazırdı ki, belə halda biz keçmiş
hərəkətlərimiz üçün üzr istəyər, etibar qazanmış və bacarıqlı şəxsi
dostluq məktubu ilə xondkarın yanına göndərər, onu sülh
bağlamağa razı salmağa cəhd edərik. Osmanlı sərkərdəsi
hədələyirdi: “Əks təqdirdə - rum qoşunu İran vilayətlərini
tutmaqdan imtina etməyəcəkdir”
200
.
Qızılbaş əmirləri, xüsusilə də Şahrux xan möhrdar, özlərini
türk ordusuna qarşı dura bilməkdə kifayət qədər güclü hiss
etmirdilər. Onlar öz aralarında birliyin olmamasını dərk edərək
məyus oldular. Lakin Sinan paşanın iddialarına kəskin cavab
verdilər: “Biz yalnız mərhum şah dövrünün (yəni I Şah Təhmasibin
bağladığı 1555-ci il müqaviləsinin – O.Ə.) şərtlərinə razıyıq və öz
torpağımızın bir qarışını da vermərik, nə qədər ki, yüz mindən bir
nəfər qızılbaş sağdır mübarizədən imtina etmərik. Sənin və onlarla
sənin kimilərin gəlişindən qorxmuruq. Elə zənn etməyin ki, indi də
Lələ paşa zamanındakı kimidir. Zira o bizim üstümüzə gələndə
bizim padşahımız İraqda idi. Azərbaycan əmirləri həmin vaxt öz
aralarında düşmənçilik edirdilər. İndi isə bütün qızılbaş qoşunları
Azərbaycanda, şahın yanındadır, döyüşə hazırdırlar. Şirvan
ölkəsinin osmanlıların tabeliyində olması fikrində də yanılırsınız.
Şirvan yenə də qızılbaş əmirlərinin əlindədir. Rumilərin
hakimiyyəti yalnız Dərbənd qalasının dörd divarı ilə məhdudlaşır.
Həqiqətən də, əgər o vaxt (Lələ paşanın yürüşü zamanı – O.Ə.)
qızılbaşlar arasında yekdillik olsaydı, Allahın mühafizə etdiyi
ölkəyə (Səfəvilər dövlətinə - O.Ə.) düşmənin qəsd etməyə cəsarəti
çatmazdı”
201


207
Qızılbaşların qəti cavabı Sinan paşanın döyüşkən əhval-
ruhiyyəsini bir qədər yumşaltdı. O, ikinci dəfə daha mülayim
məktub göndərdi. O, yazırdı ki, “Osman paşa Əlahəzrət xondkarın
taxt-tacının hüzurunda bildirmişdir ki, Şirvan ölkəsi bizim
tərəfimizdən ələ keçirilmişdir. Əgər bunun belə olduğu məlum
olarsa, bundan sonra qızılbaşlar tərəfindən Şirvan mülkünə iddialar
irəli sürülməməsi ən ağıllı hərəkət olardı. Əgər bu məsələ üzrə
ixtilaf olmasa,mən sülhə zəmanət verirəm”. Qızılbaşların cavab
məktubu müvafiq surətdə, mehriban ruhda oldu.
Sinan paşanın təklifi ilə tərəflər razılaşdılar ki, hicri 988
(1580-1581)-ci ildə onlardan hər biri qışlamaq üçün öz yerlərində
qalsınlar. Hər iki tərəfin nümayəndələri Şirvana gəlməli və bu
ölkənun bu, yaxud digər ərazisinin kimin əlində olmasını
aydınlaşdırmalı idilər. Bu məqsədlə türklər tərəfindən Ömər ağa
Şirvana göndərildi. Sinan paşa qışı Ərzurumda qaldı. Şah da
qışlamaq üçün Naxçıvan yaylaqlarından (Eşkəmbər və Qəleybər)
Qarabağa doğru hərəkət etdi.
Bu məqamda Şirvan üçüncü dəfə Krım tatarlarının qarətçi
qoşunlarının basqınına məruz qaldı. Qazi Girey və Səfi Girey
böyük ordu ilə Dərbənddən keçərək Şirvana soxuldular. Bu hücum
qızılbaşlar üçün əlverişli olmayan şəraitdə baş verdi. Şirvanda hələ
qızılbaş qoşunları yox idi. Çünki Salman xan əmirlərlə birlikdə hələ
Kürü keçməmişdi. Onlar yaylaqda idilər. İskəndər bəy Münşinin
bildirdiyi kimi, “Şirvan xainləri” Salman xanın düşərgəsinin olduğu
yeri tatarlara xəbər vermişdilər. Bədbəxtlikdən həftə ərzində ara
vermədən yağış yağmışdı, palçıq və gölməçələrin keçilməzliyi
üzündən hər cür hərəkət son dərəcə çətinləşmişdi. Buna görə də
qızılbaşlar tatarların yaxınlaşmasını sezməmişdilər. Eyni zamanda,
şirvanlılar düşməni Kürün elə yerindən keçirmişdilər ki, oradan
tamamilə hücum gözlənilmirdi. Qızılbaşlar hətta silahlanmağa və
bir yerə cəmləşməyə də imkan tapmadılar. Onların çoxusu
qaçmaqla canını qurtardı, müqavimət göstərən az hissəsi isə


208
qəhrəmanlıqla həlak oldu. Tatarlar qızılbaş düşərgəsini qarət etdilər
və elə həmin gün də geri qayıtdılar. Osman paşa isə tatarların
köməyilə türklərin dəstəsini Bakıya daxil etdi və qalanı
möhkəmləndirdi
202
.
Tatarların Salman xanı darmadağın etməsi xəbəri Qarabağa
daxil olduqları vaxtda şaha gəlib çatdı. Saray adamlarının qışlamaq
üçün dayandığı Qızılağacdan Mirzə Salman, Əmir xan, Qulu bəy
qorçibaşı, Şahrux xan, Pirə Məhəmməd xan və başqa əmirlər
qoşunlarla Şirvana – tatarlara qarşı göndərildi. Bundan əvvəl
tatarların darmadağın edilməsindən bizə məlum olan Mollahəsən
adlı yerdə, qızılba. Qoşunları türk və tatarlarla qarşılaşdılar. Hər
dəfə döyüşə yeni qüvvələr daxil edən qızılbaşların daim güclənən
hücumuna tab gətirməyən türklər və tatarlar sürətlə geri çəkilməyə
başladılar. Türklər yenidən Dərbənddə qapanıb qaldılar. Tatarlar
isə Dağıstandan keçib Krıma qayıtdılar.
Salman xan əsas qızılbaş qüvvələrinin Şirvana gəlməsi
xəbərini aldı. Tez-tələsik Kürü keçdi və tatarlardan uğradığı
məğlubiyyətin və qaçmasının əvəzini çıxmaq məqsədilə Bakını ələ
keçirməyi qərara aldı. Düşməni Şabrana qədər təqib etmiş Əmir
xan Türkmangeri qayıtdı, Bakını mühasirəyə almış Salman xanla
birləşdi. Qızılbaşlar on səkkiz gün ərzində türk hərbi hissəsinin
müqavimətini qırmaq üçün uğursuz cəhdlər göstərdilər. Sonra onlar
mühasirədən əl çəkməyə məcbur oldular. Çünki türklər
Dərbənddən gələn gəmilərlə müntəzəm olaraq hərbi sursat və
ərzaqla təchiz olunduqları bir zamanda, qızılbaşlar dağıntı və
sakinlərin (rəiyyətin) yozsul vəziyyəti üzündən azuqə sarıdan
kəskin ehtiyac hiss edirdilər. İskəndər bəy Münşi qeyd edirdi:
“ Hətta arpa unu belə yox idi. Onun bir batmanı öncə altı misqal
zərb olunmuş gümüş dəyərində olan altı yüz Təbriz dinarına
satılırdı”
203
. Səfəvi qoşunları Şirvanı tərk edib Qarabağdakı şah
qərargahına gəldilər. Həmin qışda heç bir qızılbaş əmiri Şirvanda
qalmadı. Bununla əlaqədar olaraq Osman paşanın qoşunları


209
tədricən Şirvanın bir sıra rayonlarını ələ keçirdilər. İskəndər bəy
Münşi yazır: “Şirvan əhalisi istər-istəməz Osman paşaya itaət
göstərdi”.
Osmanlı nümayəndəsi Ömər ağanın Şirvanda tərəflərin
vəziyyətini təhqiq etmək üçüçn oraya gəlməsi ərəfəsində Səfəvi
sarayında elçini baş vermiş gerçəklik qarşısında qoymaq məqsədilə,
Şirvanı tutmaq üçün təcili tədbirlər görülməsi qərara alındı. Bu
məqsədlə, əmirlər və “dövlətin ali şəxsləri” təklif etdilər ki,
Qarabağdan qacar, otuziki və başqa tayfaların bir hissəsi Şirvana
yeridilsin Bu hərbi əməliyyatı həyata keçirmək məsuliyyəti
Qarabağ hakimi İmamqulu xan Qacarın üzərinə qoyuldu. Xan
adına layiq görülmüş Peykər bəy Ziyad oğlu Qacar Şirvanın yeni
hakimi təyin edildi.
Qızılbaş nümayəndəsi ilə Şirvanı gəzən Ömər ağa əmin oldu ki,
Dərbənddən və Bakıdan başqa bu ölkədə heç bir yer türklər
tərəfindən tutulmaməşdır. Bundan sonra Osmanlı nümayəndəsi onu
müşayiət edən Səfəvi müvəkkili Şahqulu Sultan Tebet oğlu
Zülqədərlə birlikdə, “həqiqi vəziyyət barədə” məlumat vermək və
sülh danışıqları aparmaq üçün Ərzuruma – Sinan paşanın yanına
gəldilər.
Lakin Sinan paşa Osman paşa ilə münasibətləri gərgin olduğu
üçün birbaşa sülh danışıqlarına başlamadı. O, Şahqulu Sultanı
dostluq məktubu ilə geri göndərdi və məktubunda səfəvilərə təklif
etdi ki, sülh müqaviləsi bağlamaq üçün “böyük əmirlərin”
ləyaqətlilərindən birini sultanın sarayına göndərsinlər. Ağıllı və
ehtiyatlı şəxs kimi tanınan Qum hakimi İbrahim xan (Heydər
sultan Çabuk Tərxan Türkmanın oğlu) bu məqsədlə Osmanlı
paytaxtına göndərildi. İstanbula layiqli hədiyyə və bəxşiş.lərlə
gələn İbrahim xan dərhal başa düşdü ki, buradakı şərait heç də sülh
danışıqlarının xeyrinə deyildir. Səfəvilərlə danışıqlar əleyhinə çıxış
edən əsas sima Dərbənddə məskiən salmış Osman paşa idi.ı Osman
paşa və onun tərəfdarları sultanı Sinan paşaya onun təmkinli,


210
sülhsevər tədbirləri əleyhinə qaldırmışdı. Buna görə də İbrahim
xanın cəhdləri nəticə vermədi. O, yeddi il müddətində Osmanlı
paytaxtında qaldı və yalnız I Şah Abbas döründə vətənə qayıtdı
204
.
Şərəf xanın bildirdiyi kimi, Sinan paşanın İstanbula,
Məhəmməd Xudabəndənin isə Qəzvinə qayıtması barədə saziş əldə
edildi. Lakin sonrakı ildə Sinan paşa baş sərkərdə vəzifəsindən
kənar edildi və onun yerinə Fərhad paşa təyin olundu.
Hicri 989 (1581)-cu ildə Qazi Girey və Səfi Gireyin başçılığı
ilə Krım tatarları dördüncü dəfə Şirvana hücum etdilər. Bundan bir
qədər əvvəl İmamqulu xan Qacar qızılbaşların güclü dəstəsini
Peykər xanın köməyinə göndərmişdi. Şamaxıya hərəkət edən
tatarlar başda Şirvan bəylərbəyi Peykər xan olmaqla qacar, cairli,
qaramanlı və başqa tayfaların əmirləri ilə qarşılaşdılar. Döyüş
Şamaxı ilə Şabran arasında baş verdi. “Tatarların əvvəlki
uğurlarının təsiri altında özünə güvənən” Qazi Girey at belində
döyüşün ən qızğın yerinə yeridi və qacarlar tərəfindən əsir alındı.
Tatarlar və türklərin birləşmiş qoşunu yenidən ağır məğlubiyyətə
uğradı. Səadət Girey də əsir düşmək təhlükəsi ilə üzləşdi. Sağ qalan
tatarlar və türklər döyüş meydanından qaçdılar. Əbubəkr Mirzə də
aradan çıxdı.
1581-ci ilodə Peykər xan vəfat etdi və onun yerinə Xəlifə
Ənsar Qaradağlı Şirvan hakimi təyin olundu. Lakin İskəndər bəy
Münşi göstərir ki, Xəlifə Ənsar Qaradağlı da Şirvanda
müvəffəqiyyət qazanmadı. 1582-ci ildə Xəlifə Ənsar vəfat etdi. Şah
Qarabağdan Qəzinə qayıtdıqdan və Xorasana yürüş etdikdən sonra
“qızılbaş əmirlərindən heç biri Şirvanda qala bilmədi”
205
. Osman
paşa bunun sayəsində yenidən Dərbənddən Şamaxıya gəldi və
Şirvanda türklərin hakimiyyətini bərpa etdi
206
.
Yuxarıda göstərilən faktlardan biz əmin olduq ki, Krım
xanları Osman paşanın Dərbənddə qala bilməsinə xeyli yardım
göstərmişdilər. Bundan əlavə, Osmanlı sultanı Krım və Şimalı
Qafqazdan hərbi dəstələr, habelə hərbi sursat və pul göndərməklə


211
Osman paşaya daim yardım göstərirdi.
Mənbə məlumatları göstərir ki, Dağıstanda və Şirvanda
türklərin güclənməsi ayrı-ayrı yerli hakimlərin narazılığına səbəb
olduğundan onlar hətta qızılbaşlarla ittifaqa girirdilər. Məsələn,
belə bir məlumat vardır ki, Şamxal və Əbubəkr Mirzə Osman
paşaya qarşı birgə çıxış etmək təklifi ilə Gəncənin qızılbaş
hakiminə müraciət etmişdilər. 1583-cü ilin yazında yeni qüvvələr
alan İmamqulu xan Kürü keçərək Şirvana daxil oldu. Şamaxıda
olarkə, Niyazabad ərazisində Yaqub bəyin Osmanlı qoşunlarının
cəmləşməsi xəbərini alan İmamqulu xan Rüstəm xanı qızılbaş
dəstəsi ilə onlara qarşı göndərdi. Şiddətli vuruşmada Yaqub bəy və
digər türk hərbi başçıları öldürüldülər. Türklər tamamilə
darmadağın edildilər. Qızılbaşlar onları Dərbəndədək təqib etdilər.
Köməyə gələn Osman paşa Samur çayı sahilində, Baştəpə
yaxınlığında qızılbaşlarla döyüşə girdi. Türk mənbələrinin
göstərdikləri kimi, Əbubəkr Mirzə bu döyüşdə qızılbaşların
tərəfində çıxış edirdi. Peçevi onu “bu tərəfdən üz döndərmiş (yəni
sultana xəyanət etmiş – O.Ə.) İbn Bürhan”, “xain kafir” kimi yad
edir. İmamqulu xanın Osman paşa ilə döyüşü bir neçə gün davam
etdi. Atışma gecələr də məşəl işığında davam etdirildiyi üçün bu
döyüş “məşəllər savaşı” da adlanırdı. Yalnız döyüşün dördüncü
günü Osmanlılar üstünlük qazandılar və qızılbaşları döyüş
meydanından çəkilməyə məcbur etdilər
207
.


Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin