SəFƏVİLƏr döVLƏTİ


Azərbaycanda aclıq və viranəlik



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə60/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   56   57   58   59   60   61   62   63   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Azərbaycanda aclıq və viranəlik
Təsvir olunan dövrdə Azərbaycan əhalisinin vəziyyəti
həddindən artıq ağır idi. Ara verməyən hərbi əməliyyatlar, iri qoşun
dəstələrinin hərəkəti, 1578-1579-cu illərdə türk-tatar qoşunlarının
törətdiyi talan və qarətlər nəticəsində Azərbaycanda dəhşətli aclıq
və taun xəstəliyi başlandı. Bəzi yerlərdə vəziyyət vəhşilik
səviyyəsinə çatdı və yüksəldi. Bir sıra yaşayış məntəqələri əhalisi
sıx olan məskənlərdən heyvanların cövlan etdiyi yerlərə çevrildi.
Qazi Əhmədin sözlərinə görə, Təbrizdə 1 batman çörəyin
qiyməti 300 dinar idi. 1 xarvar və 100 batman buğda isə 25 min


198
dinara satılırdı. Aclığın tüğyan etdiyi kənd məskənlərindən ac və
dilənçi kütlələri şəhərlərə axışırdılar. Təbrizdə bazarlarda və
küçələrdə hər gün 50-60 uşaq və yaşlı şəxs ölürdü. Dövlətin bütün
vilayətlərində - İraq, Fars, Kirman, Xorasan və Təbəristanda qıtlıq
və aclıq hökm sürürdü. “Yaz gələndə çöllərdə, tarlalarda ot
göyərəndə, mahal və vilayətlərdən şəhərə toplaşmış, pərən-pərən
düşmüş ac, çılpaq əhalinin qalıqları canavar kimi səhralara, çöllərə
cumdular və otu yeməyə başladılar. Onlardan çoxu doyunca ot
yeyərək çöllərdə öldü”
186
.
Bu dövrdə Azərbaycanın əməkçi əhalisinin həyatı yerli
sakinlərdən birinin, həmin hadisələrin şahidi və müasiri, ermənidilli
salnaməçi olan Ovanes Tsaretsinin məlumatlarında öz parlaq
təsvirini tapmışdır. Tsaretsi yazırdı: 1028 (1579)-ci ildə Atrpakanda
və bütün Ağvanqda dəhşətli və böyük xəstəlik başlandı. O, bütün
tayfalardan çoxlu unsan apardı. İş o yerə çatdı ki, xeyli ev sahibsiz,
ata və ana isə uşaqsız qaldı. Belə müsibətli vəziyyətə düşən
Ağvanq ərazisinin əhalisi ölənlər üçün göz yaşı axıdır, sağ qalanlar,
xəstələrə, habelə özünə can yandırır və ağır düşüncəyə dalırdı: “Ah,
görəsən təsadüfi ölümdən canımız qurtaracaqmı?”
187
.
Tsaretsi göstərir ki, iki ümumxalq fəlakətinə (epidemiyaya
və tatarların basqınına) “dəhşətli və dözülməz aclıq” da əlavə
olundu. Aclıq o qədər güclü idi ki, insanlar ölümdən yaxa
qurtarmaq üçün heyvanlar kimi çiy ət yeyirdilər. Ac və evsiz olan
bu insanlar qəsbkarlardan gizlənir, avaralanırdılar. Hadisələrin
müasiri davam edir: “Əgər haradasa (hələ) yaşayış məskəni
qalmışdısa, orada yaşayanlar sığınacaq yeri olmayan, özgələrin
həyətlərində, kənar şəxslərin evlərində yalvar-yaxarla özünə yemək
əldə edən, gözləri yaşlı gəzib-dolanan evsizlərdən,ayağıyalın kişi
və qadın, qoca və gənc, oğlan və qızlardan ibarətdi”
188
. Aclıq
işgəncəsindən insanlıq simasını itirmiş adamlar mal və at peyinini
eşələyərəkarpa dənəsi axtarırı, onları daşla əzir, ağızlarına atır,
küçələrdə atılıb qalmış köhnə sümükləri bişirir, dəri, yırtıq


199
ayaqqabı və s. yeyirdilər. Salnaməçi bu barədə kədərlə danışaraq
deyirdi: “Qardaşlar, gözlərim kor olaydı!”
“Yazın gəlişi ilə bədənləri qaralmış dilənçilər çöllərə
səpələndilər və keçi, qoyun sürüləri kimi tabanı tərəvəz və göy ot
yeməyə başladılar. Onlar doymaq bilmirdilər. Çünki peyğəmbərin
dediyinə görə, “Allah yerə aclıq göndərmişvə hər cür taxıl bitkisini
məhv etmişdi”. Başları şişənlər xüsusilə kütləvi surətdə ölürdülər.
Bir çoxları qayıtmağa gücü çatmadığı üçün elə otlaqda, kimisi isə
kəndə qayıtdıqdan sonra, uçmuş evlərin divarları altında və künc-
bucaqlarda məhv olurdular”
189
. Tsaretsi vəhşilik (kannibalizm)
halları barədə də məlumat verir
190
.
Ovanes Tsaretsinin söylədikləri həm ölkənin şimal
vilayətlərinə (Qarabağa, Şirvana), həm də Azərbaycanın
(Atrpatakanın) cənub hissəsinə aid idi.
Ovanes Tsaretsinin təsvir etdikləri Qazi Ədmədin və
İskəndər bəy Münşinin məlumatlarına müvafiq gəlir. Məsələn,
İskəndər bəy Münşi göstərir ki,1579-cu ildə əmirlərin Şirvana
yürüşünün müvəffəqiyyətsizliyə uğraması səbəblərindən biri,
ərzağın kəskin surətdə çatışmaması olmuşdu. Nəticədə, dəhşətli
bahalıq tüğyan edirdi. Buna görə də “Şirvan hakimi vəzifəsinə”
təyin edilmək təklifini alan hər bir əmir bu vəzifədən imtina
edirdi” İskəndər bəy Münşinin məlumat verdiyi kimi, aclığın
tüğyan etdiyi Azərbaycanın bütün cənub hissəsində, Qarabağda,
İraqda, Gilanda əhali ağır əzablar keçirir, və ümidsizlik həddinə
çatırdı. Həmişə olduğu kimi, aclıqdan ilk növbədə əhalinin yoxsul
təbəqələri daha çox əziyyət çəkirdilər. Şirvandan geri çəkildiyi
qızılbaş əmirlərinin Təbrizdə “zəiflər” (zəəfa) və “sadə xalq”, “qara
camaat” (mərdom-i fürumaye) aclıqdan ölürdülər
191
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin