SəFƏVİLƏr döVLƏTİ


-ci ildə Təbrizdə qızılbaş əyanları arasında



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə61/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   57   58   59   60   61   62   63   64   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

1580-ci ildə Təbrizdə qızılbaş əyanları arasında
çəkişmələr


200
Biz yuxarıda xatırlatdıq ki, Şirvanda, Xaçmaz üzərinə yürüş
ucbatından Əmir xanla Şahrux xan arasında ədavət düşmüşdü. Pirə
Məhəmməd xan Ustaclının və Hüseynqulu Sultan eşikağasıbaşı
Şamlının başçı olduqları ustaclı və şamlı tayfalarıŞahrux xanın
tərəfini saxlayaraq türkman tayfasına qarşı çıxdılar. Qulu bəy
qorçibaşı tayfalararası silahlı toqquşmanın qarşısını çətinliklə ala
bildi. Əmirlərin Şirvan yürüşündən Təbrizə qayıtmasından sonra,
adları çəkilən qızılbaş tayfaları arasındakı münasibətlər daha da
kəskinləşdi. Həmin tayfalar arasında baş vermiş toqquşmalar
barəsində Xorasandan alınmış məlumatlar buraya çatdıqdan sonra
isə tayfaların toqquşması labüd oldu. Bu hadisələri anlamaq üçün
Xorasandakı vəziyyət haqqında qısaca danışmaq zəruridir.
II Şah İsmayıl şamlı tayfasının əmiri Əliqulu xanı Heratı
hakimi təyin etmişdi. Şah Məhəmməd Xudabəndə onu bu vəzifədə
təsdiq edərək öz oğlu Abbas Mirzənin (gələcək I Şah Abbasın)
lələsi etmişdi
192
. Abbas Mirzə Xorasanın nominal canişini sayılırdı,
lakin bütün işləri Əliqulu xan Şamlı idarə edirdi.
1578-ci ildə Əliqulu xan Mürşüdqulu xan ilə birlikdə
sarayda onun həyatı üçün “təhlükə olduğunu” bəhanə edərək,
Məhdi Ülyaya oğlu Abbası verməkdən imtina etdilər. Əslində isə
onlar, taxt-tacın varisini öz yanlarında saxlayıb idarə işlərini
Abbasın adından icra etməklə özlərini daha müstəqil aparmaq
niyyətində idilər. Əliqulu xan Şamlının güclənməsi, Xorasan
üzərində öz nəzarətini yaratmağa cəhd göstərən Məşhəd hakimi
Murtuizaqulu xan Türkmana təhlükəli göründü. Şamlı və ustaclı
tayfasından olan Xorasan əmirlərinin əksəriyyəti, tərkibində
türkman və təkəli tayfalarından olan əmirlərin böyük rol oynadığı
Qəzvindəki mərkəzi hökuməti tanımamaq barədə öz aralarında
saziş bağladı. Onlar Əliqulu xan Şamlını “xanlar xanı” elan edərək
özlərinə başçı seçdilər. Beləliklə, Xorasanda əmirlərin bir-biri ilə
düşmənçilik edən iki – Herat və Məşhəd dəstəsi yarandı
193
.


201
Qızılbaş əmirlərinin qüvvəsini zəiflətmək, onların arasına
təfriqə, düşmənçilik salmaq üçün Məhdi Ülyanın və Mirzə
Salmanın şəxsində mərkəzi hökumətin həyata keçirdiyi tədbirlər,
istilaçıları dəf etməkdən ötrü qüvvələri birləşdirməyə mane olurdu.
Məsələn, qərara alındı ki, bir çox Xorasan əmirləri öz mülklərindən
(tiyulat) məhrum edilsinlər və onların torpaqları Osmanlı basqını
nəticəsində Şirvanda öz tiyullarını itirmiş, indi isə sarayda yaşayan
əmirlərə verilsin. Yenicə mülk almış və keçmiş mülk sahiblərinin
çox vaxt eyni tayfadan olması tayfadaxili müharibələr təhlükəsini
gücləndirirdi. Bu vəziyyət, mərkəzin təzyiqinə qarşı dura bilmək
üçün Xorasan əmirlərini Əliqulu xan Şamlının ətrafında daha çox
birləşməyə məcbur edirdi. Əliqulu xan müttəfiqi olan əmirlərlə,
öncə Murtuzaqulu xana qarşı Məşhəd üzərinə yeridi. Rəqib
qoşunları darmadağın edildi, lakin Əliqulu xan Məşhədi tuta
bilmədi
194
. Şah sarayına müsbət münasibətini saxlayan Məşhəd
hakimi əleyhinə olan bu yürüş, Herat hakimlərinin aşkar şəkildə
mərkəzi hökumətlə əlaqələrini kəsməsi demək idi.
Xorasanda tayfalararası müharibə, Əliqulu
xanın və Mürşüdqulu xanın yürüşü, onların Məşhədi mühasirəyə
alması xəbəri şah sarayının yerləşdiyi Təbrizə gəlib çatdı. Əmir xan
və türkman tayfasından olan əmirlər yubanmadan bu xəbərdən
istifadə etdilər, şamlı və ustaclı tayfalarını dövlət əleyhinə qiyamda
təqsirləndirməyə başladılar. Onlar sarayda bu tayfalardan olan
əmirləri Xorasan qiyamçıları ilə 
əlaqələr saxlamaqda
təqsirləndirərək, şahın qarşısında onlara etimad göstərməmək
məsələsini qaldırdılar. Türkman tayfasının əmirləri saraydakı şamlı
əmirlərinin yüksək vəzifələrindən sıxışdırılıb çıxarılmasına və
onların yerinə öz həmtayfalarından olanları keçirməyə nail oldular.
Bu yüksək və gəlirli dövlət vəzifələri uğrunda qızılbaş tayfa
əyanları arasında gedən əski mübarizə üsulu idi. İskəndər bəy
Münşinin göstərdiyi kimi, sarayda şamlı tayfasından olan əsas
əyanlar bunlar idi: Həmzə Mirzənin doğma anası kimi münasibət


202
bəslədiyi Əliqulu xanın anası Xanixan xanım; onun qardaşı və
Həmzə Mirzənin vəziri olan Hüseyn bəy; şahzadənin yanında
xidmətdə olan Vəli Xəlifə Şamlının oğlu İsmayılqulu bəy (şahzadə
ona özünün xüsusi rəğbətini bildirməsi əlaməti kimi onu
“yoldaşbaşı” fəxri adı ilə təltif etmişdi); mötəbər eşikağasıbaşı
Hüseynqulu Sultanın oğlu Mehdiqulu bəy; əmiraxurbaşı vəzifəsini
tutan Fulad bəyin oğlu Əbülfəth bəy; Qorxmaz xanın oğlu
Təhmasibqulu bəy və b. Adları çəkilmiş şəxslər “şahın yaxın
adamlarından” olduqları üçün sarayda böyük nüfuz sahibləri idilər.
Həmzə Mirzənin vəziri Mirzə Hüseyn bəy Şamlının sarayda
tutduğu yüksək mövqeyindən xoşu gəlməyən vəzir Mirzə Salman,
şamlı əmirlərinin paxıllığını çəkən türkman əmirlərini müdafiə
edirdi.
Türkman tayfasından olan Əmir xan və Məhəmməd xan
yuxarıda göstərilən əyanların üzərinə hücuma keçdilər. Şaha,
şahzadəyə xəyanət edənlər və düşmənlər kimi, onların saraydan
qovulmalarını tələb etdilər. Onların hücumlarına məruz qalmış Pirə
Məhəmməd xanUstaclı və Hüseynqulu Sultan Şamlı cavablarında
bildirdilər ki, Xorasandakı ədavətin yaranmasının bütün günahı,
Məşhəd hakimi Murtuzaqulu xan Türkmanın üzərinə düşür.
Çünki o, özünün müstəqillik barədə fitnə-fəsad və iddiaları
ilə, Xorasan əmirlərinin birliyini özbək xanlarının hücumu
qarşısında heçə endirir. Onlar öz tayfalarının şaha və şahzadə
Həmzəyə sədaqətini ifadə etdilər və Osmanlı istilası, Xorasana
özbək basqını təhlükəsi ilə aqğır mübarizə şəraitində qızılbaş
tayfalarını birləşdirməyə çağırdılar.
Təbiidir ki, hər iki tərəfin hücuma hazır olduqları bir vaxtda
Təbrizdə qan tökülməsinin qarşısını bu izahatların təsiri deyil, öz
aralarında dostluq edən şamlı və ustaclı tayfalarının qüvvəsi
qarşısındakı qorxu aldı. Lakin bu vaxt baş vermiş bir hadisə Əmir
xanın tərəfdarlarına rəqiblərinin qüvvələrini sınamaq kimi təhlükəli
üsula əl atmadan öz məqsədlərinə çatmaq imkanı verdi: söhbət Vəli


203
Xəlifə Şamlının Xorasanda qətlə yetirilməsi barədə xəbərin Təbrizə
gəlib çatmasından gedir. Onun oğlu İsmayılqulu bəy dərhal atasının
qisasını tələb etdi. İskəndər bəy Münşi göstərir ki, “şamlı və ustaclı
tayfaları arasında daim həmrəylik və dostluq münasibətləri hökm
sürdüyünə” görə türkman və təkəli əyanları öz qarşılarına onların
arasına ədavət, düşmənçilik toxumu səpmək məqsədi qoydular.
Onlar bu məqsədlə İsmayılqulu bəyi inandırdılar ki, onun atası Vəli
Xəlifə Şamlı Sultan Hüseyn xanın və oğlu Əliqulu xan Şamlının
əmri ilə öldürülmüşdür. Bu,m xüsusi olaraq ona görə edilmişdi ki,
şamlı tayfasından olan əmirlərin bir hissəsi digər hissəsinin üzərinə
qalxsın və həmin güclü tayfa zəifləsin. Qeyd etmək lazımdır ki,
Əmir xan və onun tərəfdarları öz məqsədlərinə nail oldular. Onlar
şahı və şahzadə Həmzəni saraydakı şamlı əyanlara qarşı qaldıra
bildilər.
Biz göstərmişdik ki, Əliqulu xanın anası Xanixan xanım
Həmzə Mirzənin tərbiyəçisi olmuş və Məhdi Ülya öldürüldükdən
sonra, əslində ona anasını əvəz etmişdi. İndi isə Əmir xan Türkman
və onun həmfikirləri Əliqulu xanın qiyamına, separatçı
hərəkətlərinə əsaslanaraq bildirirdilər ki, qiyamçının anası bundan
sonra sarayda yaşaya bilməz. Onlar hərəmxana binasına soxuldular
və “günahsız qadını” boğub öldürdülər. Sonra isə Əliqulu xanın
atası Sultan Hüseyn xanın izinə düşdülər. Sultan Hüseyn xanın
qətlə yetirilməsini, öldürülmüş Vəli Xəlifə Şamlının oğlu
İsmayılqulu bəyə tapşırdılar. Ona Sultan Hüseyn xanın tutduğu
Qəzvin hakimi vəzifəsi (xan və tavaçıbaşı fəxri adları ilə) vəd edidi.
Uzun illər Vəli Xəlifə Şamlıya xidmət etmiş, əmir dərəcəsi almış
və buna görə də mərhuma çox minnətdar olan Qorxmaz xan
Şamlını da bu yolla ələ aldılar. Ona Hüseynqlu Sultanın tutmuş
olduğu eşikağasıbaşı vəzifəsini vəd etdilər və rəqibini aradan
götürməyi tapşırdılar. İsmayılqulu xan qardaşlarının Mahmud xan
Sufi oğlu Ustaclının qardaşını öldürməsi ilə, keçmişdə həmişə


204
müttəfiq olmuş şamlı və ustaclı tayfaları arasında “ədavət və nifaq”
qapıları açıldı.
Əmir xanın və onun güruhunun məkrli fitnələri nəticəsində
Hüseynqulu Sultan vəzir, Hüseyn bəy, habelə Hüseyn xan Şamlı
(Əliqulu xanın atası və öldürülmüş xanixan xanımın əri)
öldürüldülər. Beləliklə, saraydakı şamlı əyanlarına divan tutuldu
195
.
Mürşüdqulu xan Ustaclı Herat hakimi Əliqulu xan Şamlının
tərəfində çıxış etdiyi üçün ustaclı tayfası da Xorasandakı qiyamın
iştirakçısı kimi ittiham edildi. Saraydakı ustaclı tayfasının başçısı
Pirə Məhəmməd xan öz tayfasını belə aqibətdən xilas etmək üçün
saraydakı şamlı tayfasının nümayəndələrinə tutulmuş divanla
barışmağa məcbur oldu. O, barışıq əlaməti olaraq Əmir xan
Türkmanın şahzadə Fatimə Sultan xanımla təmtəraqlı toy
mərasimində iştirak etdi və qanlı hadisədən sonra öz qızının Əmir
xanın oğlu ilə Təbrizdə nigah mərasiminin keçirilməsinə razılıq
verdi
196
. Təbrizdə baş vermiş hadisələr, hətta xarici düşmənlərin
təhlükəsi qarşısında öz nəsli, tayfası üçün xırda, xudbin
mənafelərdən əlavə heç bir mənafe güdməyən qızılbaş əmirlərinin
azğınlığını və özbaşınalığını təsdiq edir.
Qeyd etmək lazımdır ki, sarayda Əliqulu xanın
qohumlarının qılıncdan keçirilməsi Xorasanda qızılbaş tayfalarının
qiyamının nəinki qarşısını almadı, əksinə, Əliqulu xanla və şamlı
əmirləri ilə müəyyən danışıqlar aparmaq imkanını da yox etdi. Bu,
Xorasanın yarısının Səfəvilər dövlətinin tərkibindən çıxmasına və
bir il sonra – 1581-ci ildə şahzadə Abbasın Xorasan əmirləri
tərəfindən şah elan edilməsinə gətirib çıxardı.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin