212
nümunəsini biz yuxarıda, Məhdi Ülyanın və onun qohumlarının
öldürülməsi hadisələrində görmüşdük. Həmçinin qeyd edilmişdi ki,
nəinki sağ qalan, həm də yüksək vəzir vəzifəsini
saxlayan yeganə
“tacik” Mirzə Salman olmuşdu.
Mirzə Salman bir sıra illər ərzində Fars hakimi İbrahim xan
Zülqədərin vəziri olmuş isfahanlı Ağa Mirzə Əli Cabirinin oğlu idi.
Mirzə Salman I Şah Təhmasibin hakimiyyətinin son dövründə ilk
dəfə sarayda görünmüş və saray təsərüffatına başçı (“nazir-i
büyutat”) təyin edilmişdi. II Şah İsmayıl onu vəzir təyin etdi. O, II
Şah İsmayılın ölümündən sonra məharətlə Şah Məhəmməd
Xudabəndənin və onun hakimiyyətpərəst arvadının etibarını
qazanmış və fəxri “etimad əd-dövlə” (“dövlətin etimadı”) adı ilə
“ali divanın vəziri”
vəzifəsinə təsdiq olunmuşdu
208
. O hətta öz
qızını taxt-tacın varisi Həmzə Mirzəyə ərə verməyə,
böyük oğlu
Mirzə Abdullanı isə şahzadənin vəziri etməyə nail olmuşdu.
Beləliklə, şahın zəifliyindən və onun oğlunun cavanlığından
istifadə edən Mirzə Salman qeyri-məhdud hakimiyyətə can atırdı.
Biz artıq bilirik ki, onun qızılbaş əyanları arasında bir çox fitnə-
fəsadlarda, çəkişmələrdə və qəsdlərdə əli var idi. Mirzə Salman
əmirləri bir-birinin üstünə qaldırmaq, bununla da qızılbaş
tayfalarının
zəifləməsinə nail olmaq, dövlət işlərində əmirlərin
rolunu məhdudlaşdırmaq üçün ən kiçik fürsəti belə əldən vermirdi.
İskəndər bəy Münşi, dövlət xadimi kimi Mirzə Salmanın ağlını və
qabiliyyətini ümumən yüksək qiymətləndirirdi. Lakin qeyd edirdi
ki, onun qızılbaş tayfalarına qarşı yönəldilən fitnələri hərbi
tədbirləri pozur və dövlətin mənafeyinə ziyan vururdu. 1582-1583-
cü illərdə şahın Xorasan qiyamçılarına qarşı yürüşü zamanı Mirzə
Salman şah qoşunları tərəfindən əsir alınmış bir sıra adlı-sanlı
ustaclı və şamlı əmirlərini, saray əmirlərinin və “dövlətin ali
şəxslərinin” arasındakı qohumlarının və həmyerlilərinin etirazlarına
baxmayaraq
edam etdirmişdi
209
. Əliqulu xanın uğurla müdafiə
olunduğu Herat qalasını şah mühasirəyə aldığı zaman Mirzə
213
Salman qızılbaş əmirlərini xəyanətdə və mühasirəyə alınmış
qiyamçılarla əlbir olmaqda günahlandırmışdı. İskəndər bəy Münşi
göstərir ki, Mirzə Salman həmişə Həmzə Mirzəni qızılbaş
əmirlərinə,
xüsusilə də Qulu bəy Əfşara, Şahrux xan Zülqədərə və
Məhəmməd xan Türkmana qarşı qaldırmağa çalışırdı. O şahzadəni
inandırırdı ki, “bu
üç xadim sağ olduqca, şahın canişininin
gülüstanı ətir saçmayacaq və çiçək açmayacaq”.
Qızılbaş əmirləri vəzirin onlara qarşı fitnələrindən xəbərdar
idilər və onu öldürmək qərarına gəlmişdilər. Bu hadisə 1583-cü ildə,
Heratda baş verdi. Bir gün Mirzə Salman öz məiyyəti ilə şəhər
ətrafına gəzintiyə çıxmışdı. Aralarında Qulu bəy Əfşarın oğlu
Yusifxanın, Məhəmməd xan Türkmanın oğlu Vəlican xanın,
Şahrux xanın qardaşı oğlu Xəlil Sultanın və başqalarının olduğu
qızılbaş gənclər dəstəsi əmirlərin göstərişi ilə onların arxasınca
düşdü. Yolda təqib edənlər barədə məlumat alan Mirzə Salman
tələsik geri qayıtdı. O, sığınacaq tapmaq ümidilə dövlətxanaya –
şahın və Həmzə Mirzənin yanına gəldi. Belə olduqda qızılbaş
əmirləri şah sarayının yerləşdiyi Sultan
Hüseyn Mirzə mədrəsəsinə
gələrək vəzirin onlara verilməsini tələb etdilər. Onlar açıq surətdə
bildirdilər ki, Mirzə Salman qızılbaşların düşmənidir, tayfalar
arasında ədavət və düşmənçiliyin səsəbkarıdır. Xorasan əmirləri
arasında itaətsizliyin və qiyamın günahkarıdır və
o sağ olduqca
əmirlər arasında birlikdən söhbət gedə bilməz. Şahın və Həmzə
Mirzənin vəziri əmirlərə təslim etməkdən başqa çarəsi qalmadı.
Çünki əmirlər şahı əks təqdirdə Abbas Mirzə ilə birləşəcəkləri ilə
hədələyirdilər. Əmirlər əvvəlcə vəzirin bütün əmlakını qarət etdilər.
Bir neçə gündən sonra isə Mirzə Salmanı qətlə yetirdilər
210
.
Dostları ilə paylaş: