1585-ci ildə Təbriz şəhərinin
Osman paşa qoşunlarından müdafiəsi
Bütün Azərbaycanı ələ keçirmək arzusunda olan Türkiyə
sultanı, döyüşkən Özdəmir oğlu Osman paşanı Şirvandan geri
çağırdı. Böyük ordunu onun sərəncamına verdi və onu Şərq
yürüşünün başçısı təyin etdi
217
. Hicri 993 (1585)-cü ilin əvvəlində
Osman paşa Ərzurumda Azərbaycana basqın etməyə hazırlaşmaqla
məşğul oldu. 1585-ci ilin yayında şah və Həmzə Mirzə Qarabağ
yaylaqlarında idilər və günlərini eyş-işrətdə keçirirdilər. Türklərin
Çuxursəəddən sıxışdırıb çıxardığı Məhəmməd xan Toxmaq da öz
qoşunu ilə burada onlara qoşuldu. Onlar yaylaqda ikən Osman
paşanın basqın xəbərini aldılar və bu, şah sarayında çaşqınlığa
səbəb oldu. İndi düşmən yaxında idi və artıq gerçəkliyi inkar etmək
mümkün deyildi. Buna görə də Qarabağdan bütün vilayətlərin
hakimlərinə fərmanlar göndərildi və onlara qoşunlarla Təbrizə
gəlmək barədə göstəriş verildi.
Lakin qızılbaş əmirlərinin əksəriyyəti şah qərargahının
tələbinə tabe olmaqdan imtina etdi (Məhəmməd xan Təkəli, Vəli
xan Təkəli, Rey hakimi Müseyib xan Şərafəddin oğlu Təkəli və
başqaları). Onlar bu çağırışa nəinki cavab vermədilər, habelə
sonralar türklərlə vuruşan Həmzə Mirzənin qoşunlarına qarşı hərbi
əməliyyatlara başlamaqla türklərlə əlbir çıxış etmiş oldular.
İskəndər bəy Münşi göstərir ki, “həmin iki tayfadan (türkman və
təkəli – O.Ə.) heç bir adam, Fars, Kirman və İraq hakimlərinin
qoşunları da şahın hərbi düşərgəsinə gəlmədilər”
218
.
219
Osman paşa 1585-ci ilin avqustun 12-də Ərzurumu tərk etdi
və Panisabad-Çaldıran-Xoy-Mərənd-Sufiyan-Təbriz istiqamətində
hərəkətə başladı
219
.
Şah öz saray adamları ilə Qarabağdan cənuba doğru hərəkət
etdi və Bazarçaydan keçərək Naxçıvana yola düşdü. Yolda ikən
məlumat alındı ki, Osman paşa Mərənddədir və tələsik Təbrizə
doğru hərəkət edir. Buna görə də Həmzə Mirzə 20 min nəfərlik
qoşunla ona qarşı göndərildi. O, Ordubaddan keçib Dızmar
Üzümdülə tərəf hərəkət etdi. Sufiyan ərazisində Məhəmmədi xan
Toxmağın başçılığı ilə qızılbaşların öndə gedən dəstəsi düşmən
hissələri ilə üz-üzə gəldi. Əvvəlcə qızılbaşlar türkləri böyük itkiyə
məruz qoydular. Lakin sonra onların böyük üstünlüyü qarşısında
geri çəkilməyə məcbur oldular
220
.
Qızılbaşların vəziyyəti pisləşdi.20 min nəfərlik silahlı qüvvə
ilə Osmanlıların on dəfə üstün olan, üstəlik də artilleriya ilə yaxşı
təchiz olunmuş qüvvələri ilə mübarizə aparmaq mənasız idi. Hərbi
şurada daha təcrübəli sərkərdələr mərhum I Şah Təhmasibin
nümunəsi əsasında hərəkət etməyi məsləhət görürdülər. Onlar təklis
etdilər ki, Təbriz əhalisi Qaradağ qalalarına köçürülsün, şəhər
taxılsız və ərzaqsız qalsın. Türk qoşunları Təbrizə daxil olduqdan
sonra isə bütün yolları bağlamaqlaşəhərə ərzaq gətirilməsinə yol
verilməsin. Beləliklə, onlar belə hesab edirdilər ki, aclıq türk
qoşunlarını Təbrizi tərk etməyə və geri çəkilməyə məcbur edər.
İskəndər bəy Münşinin göstərdiyi bu daha ağıllı təklif əmirlərin
əksəriyyəti tərəfindən bəyənilmədi. Bunun müqabilində şurada
“son nəfəsədək” müharibə etmək tərəfdarı olan gənc qızılbaşlar
üstünlük təşkil etdi. Onlar israr edirdilər ki, Təbrizdə özünü, öz
ailəsini qorumağa və şəhəri müdafiə etməyəqadir olan təqribən 50
min gənc, qoçaq adam vardır. Onların fikrincə, Təbrizin
küçələrində maneələr qurmaq və düşməni şəhərə buraxmamaq
lazımdır. Təbrizlilərə xüsusi fərmanla təklif edildi ki, öz yerlərində
qalsınlar və şəhəri düşmənlərdən müdafiə etməyə hazırlaşsınlar.
220
Onlara vəd edilirdi ki, qızılbaş qoşunları düşmənə arxadan zərbələr
endirməklə bütün vasitələrlə şəhərlilərə kömək edəcəklər. Bundan
sonra, Təbriz hakimi vəzifəsində qardaşı Əliqulu xanı əvəz edən
Hüseynqulu xan Ustaclıya kömək etmək üçün Pirqeyb xan Ustaclı
və Mehdiqulu xan Şamlı min nəfərlik qızılbaş dəstəsi ilə Təbrizə
göndərildilər. Onlara küçələrdə maneələr qurmaq, əhalini maneələr
yaratmağa cəlb etmək, həmçinin də “kiminsə (təbrizlilərdən –
O.Ə.) öz ailəsini şəhərdən çıxarmasına yol verməmək, belə ev
sahibini edam, əmlakını isə qarət etmək” əmri verilmişdi
221
.
İskəndər bəy Münşi göstərir ki, “şəhərin məhəllələri
bölüşdürülmüşdü və hər bir sahənin (rəhnə) müdafiəsi həmin
məhəllədən olan pəhləvanlardan birinə tapşırılmışdı. Hər bir
maneəyə başçılıq etmək təcrübəli şəxslərə, qızılbaşlardan olan
etibarlı şəxsə tapşırılmışdı”. Yuxarıda deyildiyi kimi, Sufiyan
yaxınlığında qızılbaşların türklərlə ilk toqquşması hicri 993-cü il
ramazanın 23 (1585-ci il sentyabrın 18)-də baş vermişdi
222
. Sonrakı
gün Osman paşa dayandığı yerdən aralanıb Təbrizin şimalından
axan Abşur (türkcə - Acısu) çayının keçidinə yanaşdı. Osmanlı
ordusunu Maqsud bəy Zülqədər müşayiət edirdi
223
.
Əldə olan məlumatlara görə, Maqsud bəyin türklərin göstərişi
ilə Təbriz əyanlarına yazdığı məktubda, onları, öz həyatlarını hifz
etmək istədikləri təqdirdə türk sultanına itaət etməyə çağırmışdı
224
.
Qəti tələbinə cavab almayan Osman paşa sentyabrın 20 (ramazanın
25)-də Təbrizə qarşı hərbi əməliyyatlara başladı. Əsasən
müdafiəsiz qalmış Təbriz sultanın çoxsaylı nizami ordusuna qarşı
uğula müdafiə olunmaq iqtidarında ola bilməzdi. Şəhər ələ keçirildi.
Lakin düşmən, Təbrizi müdafiə edən sakinlərin türklərlə ilk
döyüşlədə göstərdikləri cəsarət və igidlik möcüzələri üzündən
dərhal tuta bilmədi. Diyarbəkir hakimi Ciğal oğlunun başçılığı
altında 7-8 min nəfərlik ilk dəstə Şotorbanan (“Dəvə çarvadarları”)
küçəsi ilə şəhərə daxil oldu
225
.
221
Qazi Əhmədin xəbər verdiyi kimi, şəhər maneələrinə qarşı
türklərin ilk hücumu onlara müvəffəqiyyət gətirmədi. 170 nəfər
itirən türklər şəhərdən nənardakı çıxış mövqelərinə geri çəkildilər.
Ertəsi gün səhər, türk artilleriyasının atəşə tutduğu maneələr
axşama yaxın yerlə-yeksan edildi. Osmanlı qoşunları küçə
döyüşləri apararaq Təbrizə daxil oldular və Sahibabad meydanına
qədər irəlilədilər. Bundan sonra mmmüqavimət göstərməyin
mənasız olduğunu görən Pirqeyb xan və Hüseynqulu Sultan
özlərinin dəstəsi ilə şəhəri tərk edərək şah qərargahı ilə birləşdilər.
Səfəvi hakimləri tərəfindən taleyin ümidinə buraxılmış təbrizlilər
daha bir müddət inadla müqavimət göstərdilər. Bir çox sakinlər
özlərinin əşya və ləvazimatını əvvəlcədən torpağa basdırdılar. Xilas
olmaq ümidi ilə ailələrini də götürüb piyada Təbriz ətrafındakı
Sorxab dağında yerləşən qızılbaş düşərgəsinə getdilər. Şəhər
əyanları özlərini və əmlaklarını talandan qorumaq üçün qazi
Kamran bəy Əvhədinin, şeyxülislam Mövlana Məhəmməd Əlinin
və digər adlı-sanlı şəxslərin daxil olduğu nümayəndə heyətini
Osman paşanın yanına göndərdi
226
. Lakin bu, əhalini amansız
kütləvi qarət və talanlardan xilas edə bilmədi. Oruc bəy göstərir ki,
şəhərlilərin müqavimətindən qəzəblənmiş Osman paşa, Təbrizi
qarət etmək üçün öz əsgərlərinin sərəncamına verdi. Qazi Əhməd
yazır: “Yeniçərilər həyətləri, evləri gəzir və əllərinə keçənin
hamısını götürürdülər”
227
. Təbrizin bir çox gözəl binaları dağıdıldı,
gözəl məscidlər istilaçılar tərəfindən kül və daş qalağına çevrildi.
Dini, sünni-şiə düşmənçiliyi türklərin Təbrizdə digər əməlləri üçün
də səciyyəvi idi. Salnaməçi qeyd edir ki, şiə ilahiyyatçılarının,
mahir xəttatların əli ilə yazılmış çoxlu kitablar məhv edildi.
Həmçinin xəbər verilir ki, türklər ən böyük Təbriz bazarı olan
“Qeysəriyyənin” “saysız-hesabsız” mallarını qarət etdilər, bazarı
isə yandırdılar. Osman paşa Təbrizi tutduqdan sonra məşhur “Həşt
Behişt”sarayının terində qala tikdirmək qərarına gəldi. İskəndər bəy
Münşi göstərir ki, gecələr “qara camaat” və”pozğun ünsürlər”
222
(“əcamire və ovbaş”), yəni sadə xalq türklərin çadırlarına hücum
edir, düşmənləri qarət edir və öldürür, özlərini türklərin tikdiyi
qalaya çatdırıb “onların gündüz düzəltdiklərini gecələr yerlə yeksan
edirdilər”
228
. İşğalçılar sakinlərin müqavimətini qırmaq üçün
Təbrizdə təqib və qətl üsuli-idarəsi qurdular. Əhali gündüzlər
küçələrə çıxmağa cəsarət etmir və etirazını yalnız gecələr ifadə edə
bilidi. Lakin təbrizlilər ağır şəraitə baxmayaraq istilaçılarla
mübarizəni dayandırmırdılar.
Hadisələrin şahidi olmuş bir nəfərin məlumatına görə, Təbriz
hamamlarından birində türk zabiti öldürülmüşdü. Bu barədə paşaya
məlumat çatanda o, qəzəbindən coşdu və qoşunlarına əmr etdi ki,
şəhər əhalisini kütləvi surətdə qırsınlar. Osmanlı əsgərləri Təbrizin
küçələrini ələk-vələk edir, qarşılarına çıxanları qətlə yetirirdilər.
Onlar şəhərlilərin evlərinə soxulur, əhalinin əmlakını qarət edir,
kişiləri öldürür, çoxlu qadın və uşaqları isə əsir və qul kimi
aparırdılar. Müxtəlif mənbələrdən alınmış ziddiyyətli məlumatlara
görə, bir gün ərzində qırğın qurbanlarının sayı 15-20 min nəfərə
çatmışdı
229
. Təbriz Osmanlı istilası zamanı “İslam şəhərləri
arasında” tayı-bərabəri olmayan, əhalisi sıx və abad bir şəhərdən
əhalinin tərk etdiyi, yarımdağılmış, ölü şəhərə çevrildi. Belə bir
məlumat var ki, müdafiə olunduğu ilk üç gün ərzində Təbriz
əvvəlki 300 illik tarixindən daha çox zərər çəkmişdi
230
.
Osman paşa Təbrizdə bir aydan bir qədər çox qaldı. Türk
qoşunlarını tələsik surətdə şəhərdən çıxmağa vadar edən səbəblər
az deyildi. Böyük Osmanlı ordusunu yedirtmək üçün ərzaq yox idi.
Yaxınlaşmaqda olan qış (oktyabrın sonu idi) vəziyyətin
yaxşılaşacağını vəd etmir, əksinə, çətinliklərin daha da artacağına
şəhadət verirdi. Amansız cəza tədbirlərinə baxmayaraq təbrizlilərin
ara verməyən mübarizəsi, şəhər ətrafında yerləşdirilmiş düşmən
hissələrinə qızılbaş qoşunlarının dəfələrlə etdikləri hücumlar
istilaçılrın mənəvi ruhuna ciddi zərbə endirmişdi.
Təbrizin süqutundan sonra Üzümdüldəki şah qoşunları
223
qərargahında qərara alındı ki, təbrizlilərin mübarizəsinə kömək
etmək məqsədilə, düşmənin şəhər ətrafında yerləşmiş canlı
qüvvəsinə bir sıra təsirli zərbələr endirilsin və ona dinclik
verilməsin. Türklər üzərinə öncə hücum edən qorçibaşı Qulu bəy
Əfşar oldu. O, qızılbaş dəstəsi ilə Fəxusfənc çayını keçərək Təbrizə
yaxınlaşdı. Osman paşa Cığal oğlunu ona qarşı göndərdi.
Qulu bəyin göndərdiyi ön dəstə qəsdən geriçəkilmə manevri
ilə Cığal oğlunun qoşunlarını öz arxasınca, Qulu bəyin pusquda
duran əsas qüvvələrinə tərəf gətirdi. Öz ordusunu artilleriyanın
köməyindən məhrum etmiş Cığal oğlu,qızılbaş süvarisinin sarsıdıcı
hücumuna məruz qaldı. Türklər hücumun qarşısını ala biməyib
qaçmağa başladılar. Qızılbaşlar 2000-ə yaxın türkü məhv etdilər
231
.
Cığal oğlunun özü isə canını birtəhər qurtara bildi.
Bir neçə gündən sonra Həmzə Mirzə türklərin üzərinə
hücum etdi. Qaraman hakimi Murad paşa və Diyarbəkir hakimi
Məhəmməd paşanın başçılığı ilə ona qarşı qoşun hissələri
göndərildi. Döyüş yenə də Fəxusfənc çayının sahilində baş verdi.
Şahrux xan Həmzə Mirzənin əmri ilə düşmən mərkəzinin arxasına
keçdikdən sonra, döyüş qızılbaşların qələbəsi ilə başa çatdı.
Düşmən dəstələri sayca üstün olmalarına baxmayaraq, pərən-pərən
salındı və türklər tələsik geri çəkilməyə başladılar. Hər iki Osmanlı
sərkərdəsi – Murad paşa və Məhəmməd paşa qızılbaşlara əsir
düşdü. Məhəmməd paşa tezliklə aldığı yaradan öldü. Bu döyüşdə
iştirak etmiş Oruc bəyin məlumatına görə, vuruşma zamanı
Trabzon paşası və bir sıra digər Osmanlı sərkərdələri həlak
olmuşdular
232
. Qızılbaş qoşunları düşməni türklərin əsas
qüvvələrinin Çərəndabdakı düşərgəsinə qədər təqib etdilər.
Özlərinin çox da böyük olmayan qüvvələrinə baxmayaraq,
qızılbaşlar düşmənin əziyyətini xeyli artırır, ona dinclik vermirdilər.
Bütün bu deyilənlər son nəticədə türk hərbi rəhbərliyini geri
qaytarmaq üçün tələsməyə vadar etdi. Osman paşanın ağır
xəstələnməsi və vəfatı ilə əlaqədar olaraq Cığal oğlu (Sinan paşa)
224
türk qoşunlarının baş sərkərdəsi təyin edildi. Getməzdən əvvəl
türklərin Təbrizdə tikmiş olduqları qalada birillik döyüş sursatı və
ərzaqla Cəfər paşanın başçılığı altında yeddi min nəfərlik hərbi
hissə yerləşdirildi. Oktyabrın 29-da (zülqədənin 5-də) türk
qoşunları özlərinin Çərəndabdakı baş düşərgələrini tərk etdilər və
geriyə yola düşdülər
233
. Həmzə Mirzə geri çəkilən düşmənin
arxasınca hərəkət etdi və onun arxada qalan hissələrinə Şəmbi
Qazanda çatdı. Baş vermiş döyüşdə türklər böyük itkiyə məruz
qaldılar. Həmzə Mirzə Tasucaya qədər düşmənin ardınca gedərək
ona tez-tez gözlənilməz zərbələr endirdi
234
.
Dostları ilə paylaş: |