Türkman və təkəli əyanlarının qiyamı
227
Hökumət əleyhinə çıxışda Məhəmməd xan Türkmana və Vəli
xan Təkəliyə Fars hakimi (əmir əl-üməra) Ümmət xan Zülqədər də
qoşuldu. Beləliklə, şah Məhəmmədin və onun oğlu Həmzə
Mirzənin qarşısında indi türkman, təkəli və zülqədər tayfalarının
birləşmiş qüvvələri dururdu. Həm də qiyamçı qoşunlar artıq
mərkəzi hökumətin nəzarəti altında olan qüvvələrdən üstün idilər.
Buna görə də şah və Həmzə Mirzə qiyamçı əmirlərlə toqquşmadan
çəkinməyə və barışıq əldə etməyə cəhd göstərdilər. Onlar öncə
ustaclı və şamlı əmirlərinin rəhbər vəzifələrdən qovulmasını şərt
kimi irəli sürdülər
239
. Həmzə Mirzənin qiyamçıların arasına təfriqə
salmaq cəhdi baş tutmadı. Qiyamçılar danışıqlar aparmaq üçün
onların yanına göndərilmiş Həbib bəy Zülqədəri öldürdülər, digər
bir neçə vasitəçini isə girov saxladılar. Qiyamçı əmirlər Təbrizin
dörd fərsəxliyində (24-28 km) yerləşən Səidabad adlı yerə
yaxınlaşanda şah qoşunlarında xidmət edən türkman və təkəli
tayfalarından olan döyüşçülər qiyamçıların düşərgəsinə getməyə,
öz tayfalarına qoşulmağa başladılar. Həmzə Mirzədən narazı
olanlar da onu tərk etdilər. Təhlükəli vəziyyət yarandı, şah və
Həmzə Mirzə Əmir xan Türkmanın tikdirdiyi möhkəmləndirilmiş
Təbriz qalasında gizləndilər
240
. Qiyamçı əmirlər şahzadənin adına
göndərdikləri məktubda Əmir xanın qatillərinin, ilk növbədə
Əliqulu xan Fəth oğlunun onlara təslim olunmasını tələb etdilər. Bu
qəti tələbdən qəzəblənmiş Həmzə Mirzə ustaclı və şamlı əmirlərinə
qiyamçılara qarşı döyüşə başlamağı əmr etdi. Özü isə şah
Məhəmmədlə onların ardınca getdi. Lakin döyüş olmadı.
Qiyamçılar öz həyatları üçün təhlükə olmadan şah qoşunları ilə
birləşmək, birlikdə Təbrizdəki Osmanlı qalasına hücum etmək
naminə, öz tələblərini Əmir xanın qatillərini saraydan çıxarmaq və
onları ucqar vilayətlərə göndərməklə məhdudlaşdırdılar. Lakin
Həmzə Mirzə qiyamçıların bu mülayim təklifini də rədd etdi
241
.
Ertəsi gün Təbrizdə, şah düşərgəsində gözlənilməz münaqişə baş
verdi. Əsasən “böyük qorçilər” sırasına daxil olan zülqədər, əfşar,
228
qacartayfaları əyanlarından bir dəstəsi açıq-aşkar surətdə
şahzadənin qiyamçıların tələıblərinə güzəştə getməməsindən
narazılıqlarını bildirməyə başladılar. Onlar qeyd etdilər ki, Əliqulu
xan Fəth oğlu və Məhəmməd Sarızolaqdan ötrü qızılbaş tayfaları
arasına müharibə vəziyyətinə gəlib çatmış ədavət salmaq olmaz.
Qorçilər soruşurdular: axı niyə tam tərkibdə gəlmiş təkəli, türkman
və zülqədər tayfaları öz şahlarına xidmət etməyə imkan tapıb,
türklərin yurd saldığı Təbriz qalasını almağa kömək göstərə
bilmirlər?! Qorçilər döyüşçülər və şəhərlilər kütləsinin müşayiəti
ilə Əliqulu xanın evinə keçdilər və evi talan etdilər. Bu, şəhərin
başqa məhəllələrində ustaclı əyanlarının evlərinin qarət edilməsi
üçün işarə rolunu oynadı. Sonra qorçilər Həmzə Mirzənin
iqamətgahına gəldilər və onun pəncərələri qarşısında hədə dolu
sədalarla nifaq təqsirkarlarının təslim olunmasını tələb etdilər.
Qorçilərin “həyasızlığından” hiddətlənmiş Həmzə Mirzə əlində
siyirmə qılınc saraydan çıxdı və iğtişaşların əsas baislərinə ölümcül
zərbələr endirdi. Yerdə qalanlar dağılışdılar
242
.
Həmin vaxtda şah Məhəmmədi qəti olaraq sıxışdırmış,
ölkəni tək idarə edən Həmzə Mirzənin barışmazlığına əmin olmuş
türkman və təkəli əmirləri onu taxtdan salmaq üçün silahlı
mübarizə aparmağa başladılar. Bunun üçün onlar Təbrizdə, şah
sarayında olan şahzadələrdən birini oğurlayıb şah elan etmək
qərarına gəldilər.
Qiyamçılar şah ailəsinin yerləşdiyi Əmir xanın qalasında
keşik çəkən qoşunların arasındakı tərəfdarlarının vasitəsilə Həmzə
Mirzənin kiçik qardaşı şahzadə Təhmasibi oğurlaya bildilər. On
yaşlı şahzadəni kəndirlə yarıyuxulu halda qala bürcündən aşağıda
gözləyən atlılara çatdırdılar. Onlar isə Təhmasibi qiyamçıların
düşərgəsinə gətirdilər. Əmirlər yubanmadan gənc şahzadə ilə
dövlətin paytaxtı Qəzvinə yollandılar.
Səhər Təhmasib Mirzənin yoxa çıxması xəbəri yayılan kimi
bütün saraya çaxnaşma düşdü. Ustaclı və şamlı əmirləri tərəfindən
229
şah Məhəmmədi, öz kiçik oğlunu qaçırmaqda təqsirləndirən
şayiələr meydana çıxdı. İskəndər bəy Münşinin göstərdiyi kimi,
Həmzə mirzə buna inandı. Yazıq şah bu barədə heç nə bilmirdi.
Həmzə Mirzə ondan incidi. Bu şübhələrdən ötrü o fakt əsas
götürüldü ki, şahın anası türkman tayfasından idi.
Həmzə Mirzə qiyamçıların niyyətinə mane olmaq üçün
təcili tədbirlərə əl atmaq qərarına gəldi. O, Məhəmmədi xan
Toxmaq Ustaclı və İmamqulu xan Qacarı qoşunların bir hissəsi ilə
Təbrizdə qoydu. Onlara şah Məhəmməd və qardaşı Abutalıb Mirzə
barəsində qayğı göstərmələrini tapşırdı və Təbrizdəki Osmanlı
qalasının mühasirəsini davam etdirməyi onlara həvalə etdi.
İsmayılqulu xan qoşun dəstəsi ilə qiyamçıları qabaqlayıb paytaxtı
tutmaq və Həmzə Mirzənin qoşunları gəlib çıxanadək oranı əldə
saxlamaq üçün Tarom və Xalxaldan keçən yolla Qəzvinə
göndərildi
243
. Həmzə Mirzə özü isə sayı 3 min nəfərdən artıq
olmayan qüvvə ilə İsmayılqulu xanın ardınca, Qəzvin istiqamətində
yola düşdü. O, öz yolundan kənara çıxaraq Ərdəbilə gəldi ki,
özünün çox da böyük olmayan qüvvələrini şeyxavənd tayfasından
olan qədim Səfəvi müridlərinin hesabına artırsın. Lakin Həmzə
Mirzə uğursuzluğa düçar oldu. Tarom ərazisində Qızılüzən çayının
daşması nəticəsində qoşunun azuqəsi məhv oldu. Şahzadə öz
dəstəsini dağılmaqdan qorumaq üçün daş-qaşını “qazilər” arasında
bölüşdürməli oldu.
Xəbər alındı ki, əvvəlcə göndərilmiş İsmayılqulu xan
qiyamçılara müqavimət göstərmədən Qəzvini tərk etmiş və
Deyləmə çəkilmişdir. Qiyamçılar maneəsiz olaraq Qəzvinə daxil
oldular və Təhmasib Mirzəni atasının varisi elan edərək şah
sarayında yerləşdirdilər. Həmzə Mirzəyə xidmət etmiş bir çox
əmirlərin və başqa əyanların əmlakı qarət edildi.
Qazi Əhmədin xəbər verdiyi kimi, bu yolla təqribən 100 min
tümən məbləğində pul və əmlak mənimsənildi
244
. Təhmasibin
yanında vəzir, mustoufi və başqa vəzifəli şəxslər təyin edildi
245
.
230
Vəkil vəzifəsi türkman və təkəli əyanları arasında nifaq obyektinə
çevrildi. Nəhayət, Müseyib xan Şərəfəddin oğlu Təkəli vəkil təyin
edildi. Məhəmməd xan Türkman Təhmasib Mirzənin lələsi və
əslində ölkənin tam hakimiyyətə malik hökmdarı oldu. Təhmasib
Mirzənin taxta çıxması xəbəri ilə İsfahana və İraqın digər yerlərinə
adamlar göndərildi
246
.
İsmayılqulu xan Taromda öz dəstəsi ilə Həmzə Mirzəyə
qoşuldu. Sultaniyyədə Rey və Kürdüstan əmirləri, habelə əfşar və
bayat tayfalarından olan döyüşçülər şahzadənin qoşununa daxil
oldular. Qoşunun sayı 7 min nəfərə çatdı. Qiyamçılar şahzadənin
yaxınlaşması xəbərini alanda 10 min nəfərdən çox qoşunla
Qəzvindən çıxdılar və onu qarşılamağa yollandılar. Sainqala
adlanan yerdə döyüş baş verdi. Sayca üstün olmalarına baxmayaraq
qiyamçılar darmadağın edildilər. Qiyamçıların başçıları -
Məhəmməd xan Türkman və Müseyib xan Təkəli əsir alındılar.
Vəli xan isə vuruşma zamanı həlak oldu. Qiyamçı əmirlərin əlində
oyuncağa çevrilmiş Təhmasib Mirzə Ələmut qalasına salındı
247
.
Hicri 994 (1586)-cü ilin yayında tayfaların həmin təhlükəli
qiyamını çətinliklə yatıran Həmzə Mirzə Qəzvindən geriyə -
Təbrizə tərəf hərəkət etdi. Şahzadə Təbrizdəki türk hərbi hissəsinə
qarşı mübarizə aparmaq üçün Səfəvilərə sadiq tayfaları öz bayrağı
altında toplamağa cəhd göstərdi. Lakin bu dəfə də onun çağırışına
cavab verən az oldu. Türkman və təkəli tayfalarının bir hissəsi
qılıncdan keçirilmiş, digər hissəsi isə ölkəyə səpələnmiş, yaxud
Osmanlı Türkiyəsinə qaçmışdı. İsfahan, Yəzd, Kirman və Kuh
Giluyə vilayətlərində yaşayan əfşar tayfası türklərin tərəfinə qaçmış
başçıları Qulu bəyin xəyanəti ucbatından Həmzə Mirzədən ehtiyat
edir və bu bəhanə ilə Təbrizə gəlməkdən imtina edirdilər.
Xorasanın şamlı və ustaclı əmirləri əslində Həmzə Mirzənin
əleyhinə çıxdılar və onun qardaşı Abbas Mirzənin taxt-tac
hüququnu müdafiə etdilər. Buna görə də onların köməyə
gələcəyinə inanmağa dəyməzdi. Bütün bu səbəblərə görə,
231
Sultaniyyədə qoşunların toplaşmasını gözləyən Həmzə Mirzə
ətrafındakı 10 min nəfərlik qüvvə ilə kifayətlənməli oldu və onlarla
birlikdə Təbrizə getməyə tələsdi.
Həmzə Mirzə Təbrizdə yenidən türklərin müqavimətini
qırmağa və Osmanlı ordusu yaxınlaşana qədər qalanı almağa cəhd
göstərdi. Qızılbaşlar topların atəşi ilə qalanın bir neçə bürcünü
yerlə-yeksan etdilər. Türklərin vəziyyəti həddən artıq pisləşdi.
Qızılbaşlar hətta lağıma su buraxmağa cəhd göstərdilər. Lakin
qalanın müdafiəçiləri su axınını qaladan uzaqlaşdıra bildilər. Elə
görünürdü ki, türklər qızılbaşların hücumuna davam gətirməyib
mübarizəni dayandıracaqlar. Lakin bu zaman Fərhad paşa başda
olmaqla Osmanlı ordusunun Təbrizə yaxınlaşdığı barədə xəbər
alındı
248
. Buna görə də Həmzə Mirzə mühasirədən əl çəkib
Üzümdül və Dizmar istiqamətində geri çəkildi. Fərhad paşa şəhərə
daxil oldu, qalanı döyüş sursatı və birillik azuqə ilə təchiz etdi,
hərbi hissənin tərkibini dəyişib geriyə döndü. Fərhad paşa hicri
994-cü ilin şəvvalı (1586-cı ilin sentyabr-oktyabrında), Təbrizdə
olduğu zaman Əliqulu xana və əmirlərin yanına öz səfirini
göndərərək barışıq təklif etdi.
Sultan türklərin tutmuş olduqları bütün Səfəvi mülklərinin
danışıqsız onların əlində qalması şərtilə sülh təklif edirdi. Həmə
Mirzə əmirlərin müqavimətinə baxmayaraq, sülh şərtlərini yalnız
Təbrizin Səfəvilərdə qalması şərtilə qəbul etdi. Həmzə Mirzə
özünün sərəncamında olan kiçik qüvvələrlə düşmənin tutmuş
olduğu Şirvanı, Şəkini, Ermənistanı və Azərbaycanın cənub
hissəsinin xeyli ərazisini geri alacağına ümid bağlaya bilməzdi.
İskəndər bəy Münşinin göstərdiyi kimi, sülh Səfəvilərə ona görə
lazım idi ki, onlar qalan mülklərini, xüsusən də hərbi əməliyyatlar
davam etdiriləcəyi halda labüd olaraq itirə biləcəyi Azərbaycanın
cənub hissəsinin şərq vilayətlərini və İraqı əldə saxlaya bilsinlər.
Fərhad paşa “xoşbəxt şahzadələrdən” birini sultanın
sarayına göndərməyi təklif etdi və bildirdi ki, sultan ona “Təbriz
232
vilayətini verə bilər”. Belə bir tələbin alçaldıcı olduğuna
baxmayaraq, Həmzə Mirzə kiçik oğlu Heydər Mirzəni İstanbula
göndərməyi qərara aldı.
Şah və Həmzə Mirzə İmamqulu xan Qacarın hakimiyyəti
altında qalmış Qarabağa yollandılar. Gəncədə Həmzə Mirzə
Osmanlı elçisi Vəli bəy çaşnikirbaşını lütfkarlıqla qəbul etdi və vəd
verdi ki, yaxın vaxtda təcrübəli elçinin müşayiəti, məktublar və
hədiyyələrlə öz oğlunu İstanbula göndərəcəkdir.
Fərhad paşanınh yanına göndərilən eşikağası Əhməd bəy
Ustaclı şahın təklif edilmiş şərtlərlə sülh bağlamaq arzusunda
olduğunu təsdiq etdi
249
. Bundan sonra Həmzə Mirzə dinc
tənəffüsdən istifadə edərək daxildəki işləri qaydaya salmaq,
mərkəzi hakimiyyəti möhkəmləndirmək, mübarizəyə başlamaq və
türkləri ölkədən qovmaq üçün qüvvələri toplamaq işinə girişmək
istədi. Lakin ona bu niyyətini həyata keçirmək nəsib olmadı. O,
Gəncədən bir qədər aralıda özünün Xudaverdi adlı şəxsi dəlləyi
tərəfindən öldürüldü. Xoy ermənisi olan dəllək, Həmzə Mirzənin
siyasətindən narazı qalan qızılbaş əmirlərinin əlində yalnız bir alət
idi. Hakimiyyəti tamamilə öz əlində toplayıb dövlət işlərində
əmirlərin rolunu məhdudlaşdırmağa cəhd göstərən Həmzə Mirzənin
güclü şəxsiyyət olması onları qane etmirdi
250
.
Dostları ilə paylaş: |