SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə71/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   67   68   69   70   71   72   73   74   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Feodal torpaq mülkiyyəti
Orta əsrlər Şərqinin bir çox ölkələrində olduğu kimi,
Azərbaycanda da feodalların kəndlilər üzərində hökmranlığının
iqtisadi əsasını, torpaq üzərində feodal mülkiyyəti təşkil edirdi. Bu
iqtisadiyyatın aparıcı növünü əkinçilik deyil, maldarlıq təşkil edirdi.
“Asiya istehsal üsulu” konsepsiyasında irəli sürüldüyü kimi
mücərrəd deyil, gerçək surətdə mövcud olan feodal mülkiyyəti
daha çox dövlət mülkiyyəti formasında çıxış edirdi. Dövlət
mülkiyyətinin üstünlük təşkil etməsi başlıca olaraq onunla izah
edilirdi ki, dövlət əkinçiliyin və deməli, minlərlə insan həyatının
asılı olduğu süni suvarma qurğularının mülkiyyətçisi idi. Torpaq
üzərində dövlət mülkiyyəti torpaq vergisi şəklində (xərac, mal-
cəhət) xəzinəyə daxil olan məhsul payının (renta-vergi)
mənimsənilməsində ifadə olunurdu. Feodalların istifadı etdiyi vergi
toxunulmazlığı imtiyazına (yəni vergi ödəməkdən azad olunmaq)
dövlətin həmin ərazidə özünün müstəsna səlahiyyətinə güzəşti kimi


243
baxılırdı.
Müsəlman hüququ torpaq sahibliyinin beş əsas növünü qəbul
edirdi:
1. Dövlət torpaqları (xəzinə torpaqları) - əraziyi-divani;
2. Hakim sülalənin şəxsi mülkləri - əraziyi-xassə;
3. Müsəlman ruhani idarələrinə vəsiyyət edilmiş torpaqlar -
əraziyi-mövquf (vəqflər);
4. Xüsusi mülkiyyətdə olan torpaqlar – mülklər;
5. Kənd icmalarının mülkiyyəti olan torpaqlar - camaati-deh.
Biz feodalizm dövründə torpaq sahibliyinin adları çəkilən bütün
növlərinin Azərbaycanda mövcudluğunu müşahidə edirik, həm də
müxtəlif dövrlərdə nəinki bu formalar arasındakı nisbət dəyişirdi,
eyni zamanda rəsmi hüquqla nəzərdə tutulmayan yeni torpaq
təsisatları da meydana gəlirdi.
Qızılbaşların istilaları nəticəsində dövlətin banisi I Şah İsmayılın
(1501-1524) əlinə külli miqdarda torpaq fondu keçdi. Onun oğlu
və varisi I Təhmasib Şirvan və Şəkini dövlətin tərkibinə qatdı.
Azərbaycanın və onunla həmsərhəd olan ölkələrin torpaqlarının
əhəmiyyətli hissəsi əvvəlki sahiblərinin torpaqlarının
dünyəviləşdirilməsi və müsadirə olunması, torpaq sahiblərinin
qismən məhv edilməsi nəticəsində Azərbycan qızılbaş hərbi feodal
əyanlarının və şiə ruhanilərin əlinə keçdi (əsasən şərti torpaq
sahibliyi olan soyurğal və tiyul hüququ ilə).
Səfəvilər dövlətinin yaranması ilə dövlət torpaqlarının (divani)
və şah ailəsinin şəxsi mülklərinin (xassə) durmadan artması
müşahidə edilir. Əgər Ə.Ə.Əlizadənin
26
müəyyən etdiyi kimi,
Qazan xandan başlayaraqmonqolların dövründə dövlət torpaqları
hesabına xüsusi torpaq sahibliyinin (mülklərin) artması baş verdisə,
Səfəvilər dövründə bunun əksi olan bir proses gedirdi
27
.
Torpaqların dövlət və saray torpaqlarına ayrılması yeni hadisə
deyildir və və yalnız XVI əsrə aid edilə bilməz. V.Bartold qeyd
edirdi: “Bütün idarə orqanlarının iki böyük kateqoriyaya – dərgah


244
(saray) və divana (dəftərxana) bölünməsi müsəlman Şərqinin siyasi
təşkilatının bütün sisteminin əsas xəttini təşkil edir”
28
. Lakin
Səfəvilər dövründə bu bölgü daha dəqiq və dərin idi. Bu, öz
ifadəsini onda tapırdı ki, həmin iki torpaq sahibliyi
kateqoriyalarının idarələri “divanı-məmalik” və “divani-xassə”
adlanan, hər birinin çoxlu məmurlar ştatı olan iki müxtəlif idarədə
mərkəzləşdirilmişdi
29
. Həm də bu torpaqlarda kəndlilərin istifadə
etdiyi mülk öz torpaqlarına nisbətən qat-qat artıq idi. Çünki çox da
böyük olmayan müddət üçün vəzifəyə təyin edilən məmurlar
kəndlilərin müflisləşməsi və dilənçiləşməsi ilə az hesablaşır, həmin
vatda daha çox gəlir götürməyə çalışırdılar
30
.
Şaha məxsus iri torpaq mülkünün yaranması, əslində Səfəvilərin
siyasi hakimiyyət uğrunda siyasi mübarizəsinin başlıca məqsədi,
onların hökmranlığının iqtisadi təməli idi. Ə.Rəhmani qeyd edir ki,
Səfəvi şahları dövlət torpaqlarından daha məhsuldar vilayətləri
özlərinin şəxsi mülklərinə (xassə) daxil edirdilər
31
. I Şah İsmayılın
dövründə Ərdəbil mahalından başqa, Azərbaycanın digər
vilayətlərinin xassə torpaqları kateqoriyasına daxil olması barədə
əlimizdə məlumatlar yoxdur
32
. Lakin məlumdur ki, I Şah
Təhmasibin və onun oğlu Məhəmməd Xudabəndənin İsfahan, Fars,
Herat vilayətlərində böyük torpaq mülkləri var idi
33
. Bu ondan irəli
gəlirdi ki, sərhəd vilayəti olan Azərbaycan, Osmanlı-Səfəvi
müharibələri gedişində talanlara və dağıntılara məruz qaldığı halda,
hərbi əməliyyat meydanından uzaqda yerləşən mərkəzi İran
vilayətləri üçüçn belə təhlükə gözlənilmirdi.
Azərbaycanda öz hakimiyyətini qurmazdan xeyli əvvəl
Səfəvilərin burada iri vəqf mülkləri var idi. Sülalənin banisi Şeyx
Səfiəddinə, hələ XIV əsrin birinci yarısında Ərdəbil, Marağa,
Muğan və Talış ərazilərində vəqf və mülk hüququ ilə onlarla kənd
məxsus idi
34
. Sonralar, Səfiəddinin xələfləri – Sədrəddin və Xacə
Əlinin vaxtında nüfuzlu təriqətin yardımını əldə etməyə çalışan
müxtəlif feodal hakimlərinin hədiyyə verdikləri torpaqlar sayəsində


245
Səfəvilərin vəqfləri daha da genişləndi
35
.
Misal üçün, A.Lembtona görə, “Sülük və sicillət-i Teymuri”
əsərinin əlyazmasında göstərilir ki, hicri 1010 (1602-1603)-cu ildə
I Şah Abbasın Bəlxə göndərdiyi Bahadır xan orada vəqf fərmanı
aşkar etmişdi. Teymurun vəqfnaməsi olan bu sənədə görə, istilaçı
(Teymur) Səfəvilər nəslinə vəqf olaraq müəyyən əmlak və torpaq
vəsiyyət edir. Burada İsfahan, Həmədan, Talış və Taromda olan
mülklər də daxil olmaqla “xalis qızıla alınmış, Sultan Xacə Əlinin
kişi nəslinə övqaf olaraq vəsiyyət edilmiş” əmlaklar sadalanır.
Sənədə həmin mülkiyyətin əvvəlki sahibləri olmuş müxtəlif tayfa
başçılarının, əmirlərin, kəndxudaların adlarının siyahısı əlavə
olunmuş və təsdiq edilmişdir ki, bütün bunlar kənardan heç bir
təzyiq və zorakılıq olmadan, tam razılıq və sağlam düşüncə ilə
satılmışdır. Sövdələşmənin tarixi hicri 806 (1403-1404)-cı ildir.
Vəqfnamədə deyilir ki, “böyük xaqan” bu mülklərin idarə
olunmasını Seyid Əli Mənsur ibn Seyid Cəmaləddin ibn Seyid Əli
Mənsur ibn Seyid Cəbrayıl əl-Hüseyninin kişi nəsillərinə verir.
Onlar hər il vergi toplamalı (söhbət xəracdan gedir – O.Ə.), onu
Şeyx Xacə Əliyə və onun nəslindən olanlara verməlidirlər
36
.
Beləliklə, İskəndər bəy Münşinin Teymurun Xacə Əlinin adına
vəqf fərmanının mövcudluğu barədə verdiyi
37
məlumatlar bu
faktlarla təsdiq olunur. Vəqf təsisatı, Səfəvilər hakimiyyətə
gəldikdən sonra xüsusilə geniş yayıldı. Şiəliyi dövlət dini elan
etmiş Səfəvilər sülaləsindən olan şahlar onun hər yerdə
genişləndirilməsində maraqlı idilər.Bu işdə şiə ruhaniliyi - onların
sinfi hökmranlığının ideoloji dayağı, sadiq köməkçi rolunu
oynayırdı. Buna görə də, Səfəvilər ruhaniləri öz tərəflərinə çəkməyi
zəruri sayır, şiə müəssisələrinin rifahına yardım göstərir, onlara
əməli olaraq ruhanilərin sərəncam verdikləri vəqflər bağışlayırdılar.
XVI əsrdə Ərdəbildə Şeyx Səfiəddin türbəsinin vəqfi,
Təbrizdə Elxan Qazan xanın məqbərəsinin vəqfi, Həsən padşah
məscidinin vəqfləri və “Cahanşahiyyə” (Cahanşah) vəqfi


246
Azərbaycanda daha böyük vəqflər idilər
38
.
Bu dövrdə İranda şiə müqəddəsləri olan İmam Rzanın
Məşhəddəki və onun bacısı Fatimənin Qumdakı məqbərələrinin
vəqfləri daha iri vəqflər sayılırdı
39
.
Vəqf torpaq mülkiyyəti sahəsinin artım mənbələri, yalnız
hökmdarların bəxşişlərindən ibarət deyildi. Bu dövrdə torpaq
sahibləri arasında gözə çarpan faydadan çıxış edərək öz mülklərini
vəqfə çevirmək ənənəsi özünü göstərirdi. Məlumdur ki, vəqflər
adətən vergi və inzibati toxunulmazlıq hüququndan istifadə edir,
çox nadir hallarda müsadirəyə məruz qalırdılar. Həmin feodallar bu
yolla öz mülkiyyətlərini şiə ruhanilərinin etibarlı mühafizəsi altına
keçirir və öz soyadının ardınca mütəvəlli (vəqf işləri müdiri)
vəzifəsini yazdırmaqla xəzinəıyə ödəyəcəyi vergilərdən canlarını
qurtarırdılar
40
.
I Şah Təhmasibin müasirləri olan adlı-sanlı seyidlərin “Tarix-i
aləm aray-i Abbasi”də verilmiş siyahısında Məşhəddə İmam
Rzanın məzarının təsərrüfat müdiri olmuş Əbülvəlinin adı çəkilir.
O, həmin vəzifədən azad edildikdən sonra Təbrizə gəlmiş, yeni
təyinat almış və Qazan xan vəqfinin (Övqaf-i Qazani) himayəçisi
vəzifəsini tutmuşdu
41
. Yenə də həmin siyahıya görə, mənşə
etibarilə Ağqoyunlu padşahları nəslindən olan, Təbrizdəki
Əbdülvahabiyyə ailəsi, Həsən padşah məscidinin vəqflərinin
işlərini idarə edirdi. Həmin nəslin bir nümayəndəsi olan Mirzə
Əbdülhüseyn, Müzəffəriyyə adı ilə tanınan Cahanşah vəqfini idarə
edirdi
42
.
İskəndər bəy Münşinin yazdığına görə, XVI əsrdə vəqfin iki
növü var idi: sünnəti və vacibi. “Sünnəti” vəqflərinin himayəçisi
şahın özü idi və vəqfin gəlirləri onun göstərişi ilə xərclənirdi. Bu
zaman o, hamı tərəfindən qəbul olunmuş normaları rəhbər tuturdu,
çünki bu vəqfləri vəsiyyət edənlər “bir qayda olaraq daxil olan
gəlirlərin konkret olaraq hara xərclənməsini” göstərmirdilər. Əldə
olunan gəlirlərin ciddi müəyyən edilmiş maddələrlə onlara vəsiyyət


247
edənlərin tələbinə uyğun olaraq xərcləndiyi vəqflər isə “vacibi”
adlanırdı
43
.
Göstərildiyi kimi, Azərbaycanda ilk Səfəvilər dövründə xüsusi
sahibkar mülk torpaqları xeyli azalmışdı. Lakin hər halda əyanların,
o cümlədən şiə ruhanilərinin ayrı-ayrı nümayəndələri bəzən əməlli-
başlı gəlir verən iri malikanələrin – mülklərin sahibləri də
olurdular
44
.
I
Təhmasibin şahlığı dövründə “böyük seyidlər” adlanan bu
adamların sırasında, İskəndər bəy Münşi, iri mülklərin sahibləri
olan bəzi ruhani nümayəndələrinin də adlarını çəkir. Sədr vəzifəsini
tutan Mir Qiyasəddin Məhəmməd, I Təhmasibin hakimiyyətinin
sonunda “İsfahanda mülk və malikanələrə sahib olmuş” və öz
“mülkünün (sərkərin) hesabına ömür sürmüşdür”
45
.
Seyidlər təbəqəsindən 5 min tümənə yaxın gəliri olan çoxlu
soyurqal və mülk (əmlak) sahibi olan Şah Neymətullanın oğlu
Mirmirani Yəzdinin adı çəkilir
46
. Xorasan əmirlərindən, İskəndər
bəy Münşi “çoxlu daşınar və daşınmaz əmlak, mülk və tarlalar”
sahibi olan Mirzə Əbutalib Rezavinin adını çəkir
47
. Astrabadda Mir
Ziyaəddin Fendereski “çox gəlir gətirən mülklər və malikanələr
sahibi idi”
48
. Qumda çoxlu mülk və malikanələr varlı seyid
Mirhaşım Qumiyə məxsus idi
49
.
İlk Səfəvilər dövründə şərti torpaq mülkiyyətinin daha bir
formasının – tiyulun meydana gəlməsi və XVI-XVII əsrlərdə geniş
yayılması, feodal münasibətlərində yeni hadisə oldu.
İqta təsisatı hələ XVI əsrə qədər qəti olaraq səhnədən çıxsa da,
bu istilaha XVI-XVII əsrlərin narrativ mənbələrində təsadüf
edilməkdədir. Nəzərdən keçirilən dövrdə iqta istilahı öz-özlüyündə
iqtanı əvəz etmiş təsisatları – soyurqalı və daha çox tiyulu
bildirirdi
50
. Maraqlıdır ki, əgər biz iqta istilahına salnamələrdə tez-
tez rast gəliriksə, rəsmi sənədlərdə (fərmanlarda) bu istilah
tamamilə işlənmir
51
.
Soyurqal Azərbaycanda XV əsrdə mövcud olduğu şəkildə irsi


248
mülk sayılırdı və vergi, inzibati-məhkəmə toxunulmazlığını
nəzərdə tuturdu
52
. Başqa sözlə, soyurqal sahibi xüsusi mülkiyyət
hüququndan istifadə edirdi.
Səfəvilər soyurqalı elə təsisatla əvəz etməyə səy göstərirdilər ki,
xidmətlərinə görə vassalların mükafatlandırılması onlara torpaqda
möhkəmlənməyə, torpaq mülkiyyətçisinə çevrilməsinə imkan
verməsin. Tiyul təsisatı mərkəzləşdirmə siyasətinin mənafeyi
naminə yaradılmışdı. İ.P.Petruşevskiyə görə, Səfəvi tiyulu
(nəzəriyyə üzrə) onları idarı etmək hüququ olmadan, müəyyən
torpaqlardan toplanılan vergi məbləğinin (bütövlükdə və yaxud
qismən) qulluq adamlarına irsən deyil, müvəqqəti və yaxud
ömürlük peşkəş edilməsini bildirirdi
53
.
V.F.Minorski göstərir ki, tiyul ilkin iqtaya müvafiqdir
54
.
İ.P.Petruşevski həmin tezisi dəqiqləşdirərək qeyd edir ki, “Səfəvilər
dövründə tiyulun inkişafı onların dövlət torpaq sahiblərinə və bu
torpaqlarda işləyən kəndlilərin dövlət aparatının köməyilə istismar
olunması sisteminə yardım etmək siyasəti ilə bağlı idi. Bu sistem
yeni əsaslar üzərində qurulsa da qismən VII-X əsrlərdə, xilafət
ölkələrində kəndlilərin dövlət istismarı sistemini və iqta formasının
XI əsrə qədərki inkişafının ilkin pilləsini xatırladırdı
55
.
Əgər nəzəri baxımdan tiyul sahibi (tiyuldar) idarəetmə
işlərinə qarışmadan torpaqdan alınan vergilərlə kifayətlənməli idisə
də, əməli işdə bu, heç də belə deyildi. Məsələ bunda idi ki, ilk
Səfəvilər öz siyasətlərində ardıcıl deyildilər. Onlar mərkəzləşdirmə
xətti ilə qüdrətli qızılbaş əyanlarına güzəştlər arasında tərəddüd
edirdilər
56
. Tiyul yalnız dövlət fondu torpaqlarından deyil, bəzən
şahın şəxsi torpaqlarından da peşkəş edilirdi. XVI əsrin ilkin
mənbələrində tiyul istilahı tez-tez işlədilirdi.
Məsələn, hicri 931 (1524-1525)-ci ildə gənc I Şah
Təhmasibin vəkili, rumlu tayfasının başçısı Div Sultan Gürcüstana
yürüş etmiş Köpək Sultan Ustaclının orada olmasından istifadə
edərək ustaclı tayfasına məxsus olan tiyulları öz həmtayfaları


249
arasında bölüşdürmüşdü ki, bu da sonrakı ildə ustaclı tayfasının
böyük qiyamına səbəb olmuşdu
57
. Bu tiyullar Naxçıvanda və
Çuxursəəd vilayətində idi.
Buna bənzər digər bir tiyul Şirvanda idi. Hicri 938 (1531-
1532)-ci ildə təkəli tayfasının başçısı, Azərbaycanın cənub
hissəsinin əmir əl-ümərasıÜləma bəy şaha xəyanət edərək tayfanın
mühüm bir hissəsi ilə türk sultanına xidmət etməyə başladı. Hicri
947 (1540)-ci ildə onlar xondkarı tərk edib Qazi xan Təkəli başda
olmaqla yenidən şahın yanına qayıtdılar və onun tərəfindən
xeyirxahlıqla qarşılandılar. I Şah Təhmasib Salyan və
Mahmudabadı tiyul kimi Qazi xana bağışladı
58
.
İskəndər bəy Münşi qeyd edir ki, I Şah Təhmasibin
dövründə qızılbaş tayfaları arasında yüksək vəzifələr tutan və əla
tiyullara sahib olan şamlı tayfası xüsusilə fərqlənirdi. Burada
həmçinin göstərilirdi ki, ustaclı tayfasından olan bir çoxları əmir
adı almış, təbil, bayraq, qoşun (təbl-o-ceyş-o-ləşkər) və fəxri tiyul
sahibləri olmuşdu
59
.
Bir qayda olaraq, tiyulların bölüşdürülməsi çox vaxt yeni şah
taxta çıxdıqdan sonra, dövlət vəzifələrinə yeni təyinatlarla eyni
zamanda baş verirdi. Biz yuxarıda gördük ki, buna bənzər bölgülər
II Şah İsmayıl taxta əyləşdikdən sonra, həmçinin Şah Məhəmməd
Xudabəndə taxta çıxdığı zaman keçirilmişdi.
Yuxarıda göstərilən nümunələrdən görmək olar ki, qızılbaş
əyanlarına tiyullar paylanmaqla mərkəzi hökumət eyni zamanda
tiyuldarlar üzərinə həmin vilayətləri düşmən basqınından qorumaq
vəzifəsini də qoyurdu. Bir çox hallarda canişin, tayfa hakimi, yaxud
başçısı kimi tiyul ərazilərini idarə edən tiyuldarlar öz növbələrində
tabeliklərində olanlara daha kiçik bəxşişlər ayırırdılar. Məsələn,
Muğanda köç üçün əlverişli yerlər almış Qazi xan və təkəli tayfası
tezliklə bu vilayətləri mühafizə etməkdə şahın ümidlərini
doğrultmuşdular. Şirvan 1538-ci ildə bəylərbəyilik hüququnda
Səfəvilər dövlətinin tərkibinə daxil olsa da, ayrı-ayrı yerlər


250
müqavimət göstərməkdə davam edirdilər. 1540-cı ildə Qazi xan öz
qoşununu müdafiəçilərinin inadla müqavimət göstərdikləri Bakı
qalasının üzərinə apardı. Son nəticədə şəhər alındı, əhalinin bir
hissəsi qılıncdan keçirildi
60
.
Belə misalları çox göstərmək olar
61
. Məsələn, İskəndər bəy
Münşinin məlumatına görə, hicri 988 (1580-1581)-ci ildə Salman
xan Ustaclı Şirvanın bəylərbəyi təyin edlmişdi. Bu, Şirvanın
Osmanlı Türkiyəsi və Krım tatarları tərəfindən dəfələrlə hücumlara
məruz qaldığı bir vaxt, onun həyəcanlı günləri idi. Buna görə də
Şirvanın müdafiəsi Səfəvilər dövləti üçün mütləq bir zərurət idi.
Həmin təyinatla birlikdə Şirvan torpaqları burada öz ailələri ilə
yerləşəön ustaclı tyfasının əyanları və Salman xanın mülazimləri
arasında bölüşdürüldü. İskəndər bəy Münşi ustaclı əmirləri arasında
bunların adını çəkir: Salman xan; Nəzər Sultanın oğlu Hüseynqulu
Sultan; Eşik Avaz Çavuşlunun oğlu Əliqulu Sultan; Mustafa Sultan
Şərəfli; Ənat bəy oğlu Mehdiqulu Sultan Çavuşlu. Onlardan başqa
əmirlər içərisində, habelə cagirli, qaramanlı və başqa tayfalardan da
2-3 nəfər var idi. Onların hamısına “Şirvan ölkəsində tiyullar
bağışlanmışdı”
62
. İskəndər bəy Münşi tiyulların bu qaydada
bölünməsini Salman xan və ustaclı əmirləri arasında “Şirvanın
bölüşdürülməsi” adlandırmışdı
63
.
XVI əsrdə tiyul hələ ciddi surətdə müəyyənləşdirilmiş bir məna
kəsb etmir və müxtəlif bəxşişləri bildirirdi. Nəzərdən keçirilən
dövrün mənbələrinin müqayisəsi göstərir ki, eyni bağışlamalar tiyul
hüququnda idi, yəni kiçik kənddən tutmuş, bütöv bir mahal, yaxud
vilayətə qədər ölçüdə məhdud ərazidən yığılan vergi məbləğinin
müvəqqəti mənimsənilməsini bildirirdi
64
.
Səfəvilər dövründə soyurqal yox olmadı, şəkilcə bir qədər
dəyişildi. Soyurqallar artıq daha çox kənd və yaşayış
məntəqələrindən ibarət kiçik sahələr olub, şiə ruhanilərinə məxsus
idilər. Sonuncu müddəa Səfəvi şahlarından – I Şah İsmayılın 1509-
cu ildə Kəmaləddin Hüseyn Ərdəbiliyə, I Şah Təhmasibin 1552-ci


251
ildə Xəlifə Dərviş Məhəmmədə, Şah Məhəmməd Xudabəndənin
1584-cü ildə Mir Şərif Xədimbaşıya, I Şah Abbasın 1601-ci ildə
yenə də Kəmaləddin Hüseyn Ərdəbilinin nəslindən olanlara
Ərdəbil və Xalxal ərazilərində soyurqal bağışlanmasına dair son
dövrdə dərc olunmuş fərmanları ilə təsdiq edilir
65
. Bütün qeyd
olunan soyurqallar hərbi zümrəyə deyil, ruhanilərə və mülki
şəxslərə məxsus idi. Narrativ mənbələrdə də buna bənzər çoxlu
faktlar vardır. Məsələn, “Hüseyny seyidlərindən” olan Sədrəddin
Məhəmməd öz qardaşları Nizaməddin Əhməd, Qərəməddin
Məhəmməd və Əbülməhəmməd Lütfullah ilə birlikdə I Şah
Təhmasibin dööründə bir vaxt çox mühüm mövqe tutmuşdular.
Həsən bəy Rumlu bildirir ki, onlar Təbrizin yaxınlığında, Əskuyə
kəndində yaşayırdılar.Onların babası 
Əbülqasim əvvəlki
hökmdarların ehtiram göstərdiyi yüksək nüfuzlu seyid olmuşdu. I
Şah Təhmasib onlarla çox yaxın idi və tez-tez Əskuyə mülkündə
onlara baş çəkirdi. Lakin salnaməçinin göstərdiyi kimi, onların
yüksək vəkil, sədr və vəzir vəzifələrinə təkidlə iddia etmələri
üzündən şahla münasibətləri pozulmuşdu. I Şah Təhmasib sarayda
görünməyi onlara qadağan etmiş, lakin onların həmin vaxtadək
adlarında olan soyurqalları təsdiq edilmişdi
66
.
Məlumatı 1578-1579-cu illərə aid olan, Səfəvilər dövlətində
olmuş Venetsiya səfirlərindən biri təminatın özünəməxsus forması
kimi tiyullar haqqında yazırdı: “Sonsuz sayda kəndlər və mülklər
vardır ki, bunların hamısı, illik məvacibləri ən azından 100 dukat
olan süvarilərin haqqını ödəmək üçüçn nəzərdə tutulmuşlar. Lakin
əslində, onlar həmin ərazilərdən daha çox..., 3 qat artıq məbləğdə
gəlir əldə edirlər”
67
.
XVI əsrdə meydana gəlmiş tiyul təsisatı XVII əsrdə, I Şah
Abbasın islahatlarından sonra qətiolaraq qanuni şəkil aldı
68
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin