SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə72/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   68   69   70   71   72   73   74   75   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Hakim feodal sinfi


252
Tədqiq edilən dövrdə Azərbaycanda feodal sinfi beş qrupdan
ibarətdi: 1)şah və hakim sülalənin üzvləri; 2) yarımköçəri qızılbaş
tayfalarının hərbi əyanları; 3) ali şiə ruhaniləri; 4) mülki
bürokratiyanın yuxarı təbəqəsi; 5) oturaq əyanlar.
Biz yuxarıda göstərdik ki, Səfəvilər dövlətində şah ən iri torpaq
sahibi idi. O,feodal “nərdivanının” başında dururdu.
Şah və onun xanədanının üzvləri ən məhsuldar və gəlirli
torpaqların sahibləri idilər. Səfəvilərin əcdadları əski zamanlardan
Ərdəbildə və onun ətrafında yaşayır, əkinçilik və ticarətlə məşğul
olurdular. Onlar Azərbaycanın əski oturaq feodal əyanlarına
mənsub idilər. Səfəvilərin doğma dili Azərbaycan türkcəsi idi. Bu
dil yalnız XVI əsrdə deyil, bu sülalənin hakimiyyətinin sonuna
qədər Səfəvilər sarayının və ordusunun dili olmuşdur.
Feodal sinfinin digər qrupları arasında birinci yer müstəsna
olaraq dövlətdə siyasi və hərbi hakimiyyətin tam sahibi olan
Azərbaycan qızılbaş tayfaları əyanlarına mənsub idi. Yalnız
mərkəzdə deyil, ucqarlarda, Səfəvilər dövlətinin tərkibinə daxil
olan bütün əyalətlərdə qızılbaş əyanları imtiyazlı, hakim mövqeyə
malik idilər. Feodalların bütün qalan qrupları Azərbaycan
əyanlarına tabe olub onlardan asılı idilər.
İ.P.Petruşevskinin düzgün olaraq göstərdiyi kimi, qızılbaş
əyanlarının aparıcı siyasi qüvvəsi belə bir faktla müəyyən edilirdi
ki, onlar ilk Səfəvilərin dövlətində ordunun, (feodal qoşununun)
əsas kütləsini təşkil edirdilər. Ordunun yüksək rütbələrinə qızılbaş
tayfalarının əyanları təyin edilirdilər. Onlar özlərindən asılı olan
həmtayfaları ilə birlikdə irsi olaraq hərbi xidmət göstərirdilər.
Bundan əlavə, əyanların yuxarı təbəqələri hakim xanədanın üzvləri
və şahın özü ilə qohumluq münasibətlərində olurdular.
Qızılbaş tayfaları və onların əyanları öz xidmətlərinə görə
şahdan oturaq kəndlilərin sakin olduğu geniş torpaq sahələri
alırdılar. Bu torpaqlara nəzəri cəhətdən şah hökuməti dövlət


253
mülkiyyəti kimi yanaşırdı. Lakin onları əməli olaraq iri torpaq
sahibləri olan qızılbaş tayfalarının əyanları idarə edirdilər
69
.
XV əsrdə Səfəvilərin dayağına çevrilmiş qızılbaş tayfaları da
həmçinin türkdilli idilər və doğma dil kimi Azərbaycan
türkcəsindən istifadə edirdilər
70
. XV-XVI əsrlərin qovuşuğunda
qızılbaş tayfları şamlı, rumlu, ustaclı, təkəli, əfşar, qacar və
zülqədər tayfalarına bölünmüşdülər. Səfəvi istilaları gedişində bu
tayfalara xeyli türkdilli tayfa və nəsillər qoşuldular.
Oruc bəy Bayat öz əsərində qızılbaş tayfalarının və onların
şaxələrinin daha tam siyahısını verir. Bu siyahını tam şəkildə
verməyi faydalı hesab edirik:
71
1) ustaclı, 2) şamlı, 3) əfşar, 4)
türkman, 5) bayat, 6) təkəli, 7) xarmandalı (
harmandali
), 8)
zülqədər, 9) qacar, 10) qaramanlı, 11) bayburtlu, 12) ispirli, 13)
oryad, 14) çavuşlu, 15) asayişoğlu, 16) çəmiş kəzəkli (
Chamish
qazaqqlu
), 17) sarızolaqlı, 18) qarabacaqlı, 19) baharlı, 20) qırxlı,
yaxud qoruqlu (
griclu
), 21) bozcalı (
Boschalu
), 22) Mahi Fəqihli
(
Mahi-Fagihlu
), 23) həmzəli, 24) zolaqlı, 25) mahmudlu, 26) qara
çomaqlı, 27) qara qoyunlu, 28) gözü bayızlı (
cossi Boyezlu
), 29
inanlı (
inazlu
), 30 Kuh giluyelu
72
.
I Şah Təhmasibin hakimiyyətinin sonunda Səfəvilər dövlətinin
yüksək vəzifəli şəxslərinin İskəndər bəy Münşinin verdiyi və
bizim dəfələrlə müraciət etdiyimiz siyahısımüstəsna dərəcədə
qiymətlidir
73
.
Aşağıda bu siyahının qızılbaş əmirlərinə aid olan hissəsini
veririk
74
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin