SəFƏVİLƏr döVLƏTİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə75/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   71   72   73   74   75   76   77   78   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

Xunuslu tayfası
1) Hüseyncan Sultan.
Kürd tayfaları
1) Şərəfxan Ruzəki – Bidlis əmirlərindən idi, Gilanda
Tonkabon hakimi; 2) Xəlil Sultan Siyah Mənsur; 3) Oğlan Budaqi
Şəkəni – Xorasanda Xabuşan hakimi, Fars əmirlərindən idi; 4)
Qılınc Xəlifə Pazuki – Çuxursəəd əmirlərindən idi; 5) Teymur xan
Ərdəlan – Həsənabad və Pələıngan (?) hakimi; 6) Şah Rüstəm
Abbası; 7) Onun qardaşı Məhəmməd – kiçik Lur hakimləri idilər.
Çəkəni tayfası
1) Mahmud Xəlifə və 2) Məhəmməd Sultan Calal oğlu – hər ikisi
Qarabağda Ziyad oğlunun yanında qulluq edirdilər; 3) Dönməz
Sultan da həmçinin Qarabağda idi.
Cağatay tayfası


258
1) Mirzə Əli Xəlifə Mirgəraylı – Xorasanda idi; 2) İbn Hüseyn-
Mir Hüseyn Sultan Firuzcəngin oğlu, Məşhəddə (?) idi; 3) Hacı
Məhəmməd Sultan – Savə hakimi, böyük seyidlərdən idi.
Şeyxavənd tayfası
1)
Sədrəddin xan -saray əmirlərindən Məsum bəy Səfəvinin
oğlu, Sultan Hüseyn Mirzənin lələsi idi; 2) Seyid bəy – onun
qardaşı, astrabad hakimi idi; 3) Seyid Süleyman – Nəcəf
seyidlərindən olan Seyid bəy Kəmunə kimi tanınırdı. Məhəmməd
Kəmunənin oğlanlarından idi.
Bu siyahıda qızılbaş əmirlərinin adları müvafiq tayfalara
mənsubiyyətinə görə sadalanırdı. Öncə Azərbaycan tayfaları olan
şamlı, ustaclı, türkman, rumlu, zülqədər, əfşar, qacar, təkəli
tayfalarının adları çəkilirdi. Bu tayfalar digər tayfalara nisbətən
imtiyazlı mövqe tuturdular. Çünki Səfəvilər xanədanının qədim
“sufiləri”, “qaziləri”, “müridləri” və Səfəvilər dövlətinin baniləri
sayılırdılar. Həmin tayfaların əyanları özlərinin tam hökmran
mövqelərini XVI əsr boyu, I Şah Abbasın islahatlarına qədər
saxlamışdılar.
Bu tayfalardan sonra siyahıda digər tayfaların da adları çəkilir.
Bunların arasında türk mənşəli şeyxavənd və xunuslu, türk-monqol
mənşəli çağatay tayfaları da var idi. Sonra İran mənşəli: talışlar
tayfası; kürd mənşəli ruzəki, siyah mənsur, pazuki, ərdalan, çəkəni
tayfaları; lur tayfası abbasi;sadalananlardan əlavə mənşəyi məlum
olmayan kamunə tayfasının da adı
75
çəkilir.
Qızılbaş tayfalarına əmirlər başçılıq edirdilər. I Şah
Təhmasibin vəfatı ərəfəsində divan kitablarında (dəftərlərində) 114
əmirin adı çəkilir
76
. İskəndər bəy Münşi göstərir ki, əmirlər
arasında böyük əmirlər (ümərayi-əzəm), yaksək vəzifəli xanlar
(xəvanini-vəlaməkan), kiçik (xurud) və böyük (kəlan) sultanlar
77
fərqlənirdilər. Böyük əmirlər “təbil, bayraq, qoşun və məiyyət (təbl-


259
o-ələm-o-xeyl-o-həşəm”) sahibləri idilər.
Yuxarıda göstərilmiş 1576-cı ilə aid olan 114 adlı-sanlı əmirdən
15-i ustaclı tayfasından çıxmışdı, həm də onların 10-u böyük əmir idi.
Rumlu tayfasından yalnız “təbil və bayraq sahiblərinin” sayı 4 nəfər
idi. İskəndər bəy Münşi şamlı əmirlərindən bəhs edərkən yazır ki,
“indi cənnətməkan olan əlahəzrət şahın (yəni I Təhmasibin)taxta
çıxmasının əvvəlində şamlı tayfası içərisində böyük əmirlər və adlı-
sanlı xanlar var idi... və onlar başqa tayfalardan yüksək vəzifələri və
layiqli titulları ilə ayrılırdılarsa da, şah vəfat edən vaxtda şamlılardan
“təbil və bayraq sahibləri” olan 5-dən artıq əmir qalmamışdı; qacar
tayfasından böyük əmirlər 5 nəfər; təkəli tayfasından – 2; türkmən
tayfasından – 6; əfşar tayfasından – 7; zülqədər tayfasından – 6 nəfər
olmuşdur”. İskəndər Münşinin 1576-cı ilə aid əmirlər siyahısı tam
deyildir. Orada 114 əmirdən yalnız 72 nəfərinin adları qeyd olunmuş,
42 nəfərin isə adları göstərilməmişdir. Adları çəkilmiş 72 əmirdən
56-sı qızılbaş, 3-ü çağatay, 10-u kürd və lur, 2-si şeyxavənd, 1-i isə
ərəb əmiridir. Beləliklə, bu siyahıdakı əmirlərin 61 nəfəri türk, 11
nəfəri isə qeyri-türklərdirlər
78
.
Əmirlərin vassalları və xidmətçiləri onlarla bilavasitə əlaqədar
idilər. İskəndər bəy Münşi onlar barədə aşağıdakıları deyirdi: “Şah
Təhmasibin vəfatı vaxtı sarayda 6000 böyük yüzbaşı (yüzbaşıyan-i
əzəm), vəzifəli şəxs, qorçi və sair xidmətçilər (mülaziman) vardı. Bu
hesabdan 4500 nəfəri qorçilər, 1500 nəfəri isə (qorçiyan – daş) (?),
yasavullar, bukavullar və sair kimi müxtəlif vəzifəli şəxslər idilər.
Onların arasında seçmə yasavullar və qorçilər, eşikağaları,
cəbbəxana və divan yasavulbaşıları(yasavulbaşiyan-i qur və divan),
mirşikarlar və topçubaşılar (topçibaşiyan) var idi. Bundan başqa hər
bir tayfa və zümrənin içərisində əmirlik dərəcəsinə yaxınlaşan
şəxslər vardı. Onlar əmir dərəcəsinə layiq görülməsələr də, heç də
onlardan az nüfuza malik deyildilər. Onlardan hər birinin 5 nəfərdən
50 nəfərədək bacarıqlı nökərləri var idi. Beləliklə, onlardan 6000
nəfər şah xanədanına (xassə) xidmət edirdi. Onların mülazim və


260
nökərlərinin sayı isə təxminən 20000 nəfər, bəlkə də çox idi.
Qorçilərin cəsurluğu və qorxmazlığı barədə geniş yayılmış
söhbətlərə görə, hər hansı döyüşdə onlardan yüzü məiyyətin digər
üzvlərinin mininə bərabər idi”
79
.
Yuxarıda verilmiş məlumatlar ilk Səfəvilər dövründə inkişaf
etmiş feodalizm üçün səciyyəvi olan mürəkkəb feodal
“nərdivanının” mövcudluğunu təsdiq edir
80
.
Feodallar sinfinin üçüncü qrupunu Səfəvilərin sinfi dayağı olan və
onların hərtərəfli köməyindən istifadə edən ali müsəlman şiə
ruhaniləri təşkil edirdi. Buraya şeyxülislamlar, qazilər, Cümə
məscidlərinin imamları, vaizlər və s.daxil idi. Əsas ilahiyyatçılar
(üləmalar) içərisindən çıxan çoxsaylı vəqf işləri müdirləri də bu
qrupa aid edilməlidir. Onların bəziləri bürokratik dövlət aparatında
aparıcı vəzifələrə irəli çəkilirdilər. Səfəvilər dövlətində ruhanilər
azərbaycanlılarla, farslarla, qismən isə ərəblərlə təmsil olunmuşdu.
Xristian ruhaniləri müsəlmanlardan aşağı pillədə dursalar da,
bir sıra imtiyazlardan istifadə edirdilər. Erməni ruhanilərinin yuxarı
təbəqələri, bir qayda olaraq vergilərdən azad edilən geniş monastr
torpaqlarına sahiblik edirdilər
81
.
Feodalların dördüncü qrupuna azərbaycanlı oturaq əyanların
nümayəndələri daxil idilər. İ.P.Petruşevskiyə görə, belə əyanlar
Qarabağda və xüsusilə Şirvanda salamat qalmış, Azərbaycanın
cənub vilayətlərində isə yarımköçəri azərbaycanlı və kürd əyanları
ilə əvəz edilmişdi
82
.
Sonuncu – beşinci qrup dövlət bürokratiyasının yuxarı
təbəqəsindən, habelə, vilayətlərdə olan əyalət inzibati aparatının
daha iri nümayəndələrindən ibarətdi.
Farslar (yaxud mənbələrdə adlandırıldıqları kimi “taciklər”)
Azərbaycan Səfəvilər dövlətinin feodal sinfinə qismən daxil idilər.
Lakin burada onlar asılı, tabe mövqe tuturdular. İlk Səfəvilər
dövründə onların vəziyyətini tarixçi İskəndər bəy Münşi aşağıdakı
şəkildə səciyyələndirir:


261
“ Sarayda taciklər sinfinə (təbəqe-yi tacikiyyə) mənsub olan başqa
əyanlar qrupu (əkbər və əyan) var idi. Onlardan bəziləri qulluq
etməyə çalışırdılar (rah-i xidmət daştənd). Onlar bir o qədər mühüm
vəzifələr tutmasalar da,dövlət şurasında (cənnət məclisində)
müşavirlər kimi çıxış edir və (müzakirələrdə) iştirak etmələri ilə
diqqəti cəlb edirdilər”
83
. Buradaca iki farsın – Haşım Quminin və
Xacə Əbdülqədir Kirmaninin (iri torpaq sahiblərinin) adları çəkilir.
İskəndər bəy Münşi göstərir ki, “hər ikisi yüksək divanın vəziri
vəzifəsinə namizəd sayılsalar da, onlardan heç biri bu vəzifəni tuta
bilmədi”
84
.
Bu fikir venetsiyalı Alessandrinin verdiyi məlumatla da təsdiq
olunur. O, saraydakı farslar barədə yazırdı: “Baş müşavirlər (dövlət
şurasında) səs verə bilməzlər və şah onları dəvət etməyincə öz
fikirlərini söyləməyə ixtiyarları yoxdur; onlar yüksək ləyaqət sahibi
olsalar da, sultanın dərəcəsin qalxa bilmirlər. Hətta əyan mənşəli
olsalar belə, hərbi xidmətə dair təyinatlar ala bilmirlər”
85
.
Qızılbaş əyanları farslara (taciklərə) xor baxır, onlara yuxarı
dövlət vəzifələri tutmağa, müstəsna dərəcədə azərbaycanlı feodallara
aid olan hərbi işlərə qarışmağa layiq olmayan, aşağı təbəqə
nümayəndələri kimi yanaşırdılar.
1583-cü ildə qızılbaş əmirləri tərəfindən edam edilmiş, şah
Məhəmməd Xudabəndənin vəziri Mirzə Salman İsfahaninin həlak
olması haqqında İskəndər bəy Münşinin hekayəsində belə
münasibətin səciyyəvi faktını görmək olar. Vəzir Mirzə Salmanın
günahı barədə şahın sualına qızılbaş əmirləri aşağıdakı kimi cavab
vermişdilər: “ Mirzə Salman tacikdir və haqq-hesab
əməliyyatlarından (omur-i hesab) və divan işlərini idarə etməkdən
əlavə, heç kəs ondan xahiş etməmişdir ki, o, qoşun rəisi (sahib-i
ceyş-o ləşkər) olsun və sultanlığın (yəni ali hakimiyyətin – O.Ə.)
işlərinə qarışsın, təfriqə və qiyama səbəb olsun. İndi qızılbaşıar onu
ifşa etmişlər,onunla toqquşmuşlar. İlkin (tələb) budur ki, o, öz
ətəyini vəzir vəzifəsindən çəkməli, (dövlət) işlərini tərk etməlidir”
86
.


262
Sonra Mirzə Salmanı ağıllı bir adam kimi səciyyələndirən
İskəndər bəy Münşi onun günahını bunda görür ki, o, vəzir
vəzifəsinin səlahiyyət çərçivəsini aşmış və “qələm sahibliyinin
həddini keçmişdir”
87
.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin