Azərbaycanın Moskva dövləti və Qərbi avropa
ölkələri ilə iqtisadi əlaqələri
XVI əsrdə əsas ticarət obyekti Azərbaycan ipəyi idi. Məhz əsas
etibarilə xaricə göndərilən ipəyə görə, Səfəvilər dövlətinin ərazisində
onun ixracını inhisara almaq uğrunda ingilis, venetsiyalı, türk və rus
tacirləri arasında mübarizə gedirdi. Azərbaycan dünya bazarını xamna ilə
təchiz edən başlıca tədarükçülərdən biri idi.
Səfəvi şahları xarici ticarətə və tacirlərə əzəldən hamilik edirdilər.
Narrativ mənbələrdən aydın olur ki, hakim sülalənin banisi – I Şah
İsmayıl təkəli tayfasından olan qızılbaşların Azərbaycanda böyük tacir
karvanını qarət etmələri xəbərini alanda əsas günahkarları cəzalandırmaq,
qalanları isə öz əyanları arasında bölüşdürmək barədə mr vermişdi.
Həsən bəy Rumlu şahın bu cəzasını onun təbriz tacirləri karvanın qarət
olunmasından qəzəblənməsi ilə izah etmişdir
185
. Buna görə də, təsadüfi
deyildir ki, Səfəvilər XVII əsrin əvvəlində Azərbaycanı geri alarkən, onu
Osmanlı işğalından azad edərkən Azərbaycan şəhərlərinin əyanları və
tacirləri I Şah Abbasın qoşunlarını şadlıqla qarşılamışdılar
186
.
Ümumiyyətlə, Azərbaycanda ticarət üçün şərait o qədər də əlverişli
deyildi. Mərkəzi hökumət tərəfindən görülmüş tədbirlərə baxmayaraq,
ticarət yollarında , əsasən köçərilər tərəfindən karvanlara tez-tez
basqınlar baş verirdi
187
. Ingilis ticarət nümayəndələrinin İngiltərəyə
göndərdikləri məktublarda da bundan çox şikayətlənirdilər. Cenkinson
282
yazırdı ki, qarət olunmaqdan qorxduqları üçün tacir karvanları
Ərdəbildən Qəzvinə qədər, əsasən gecələr hərəkət edirdilər
188
.
Məsələn, çempen yazırdı ki, ölkədə səyahət etmək yalnız su
çatışmazlığına görə deyil, həm də ona görə ağırdır ki, gecələmək və
yemək yerləri tapılan şəhərlər və kəndlər azdır. Bu ingilis yazır ki,
“əllərini bizlərdən birimizin qanı ilə yuyacaqları təqdirdə, günahlarının
bağışlanacağını güman edən “kafirlər” tərəfindən də böyük təhlükə
gözlənilirdi”
189
. Feodal didişmələri zamanı ticarət yolları xüsusilə
təhlükəli olurdu. Xüsusilə müharibələr və feodal qiyamları zamanı
mərkəzdən ayrılaraq yerli hakimlərin öz adlarına pul kəsdirmələri tez-tez
pul sisiteminin pozulmasına səbəb olurdu
190
. Bundan başqa, Osmanlı
işğalı zamanı yadellilər öz sikkələrini dövriyyəyə buraxırdılar. XVI əsr
boyu pulun dəyəri dəyişilmişdi
191
.
Osmanlı Türkiyəsində tacirin və onun mülkiyyətinin təmin
olunmaması barədə məlum müddəanı, bütövlükdə XVI əsr Azərbaycanın
şəraitinə də aid etmək olar. Bunu Alessandrinin qeydlərindən
götürdüyümüz bir neçə nümunə ilə aydınlaşdıraq.
Venetsiyalı xəbər verirdi ki, Naxçıvan şəhərində hakimiyyət
orqanları tacirləri öldürən və onların əmlakını mənimsəyən bir neçə
qulduru həbs etmişlər. Onları hakimin (qazının) yanına gətirmişdilər.
Onların soyğunçuluq etdiyinə əmin olduqdan sonra o, alınmış malların
gətirilməsini əmr etmişdi. Sonra zərər çəkmiş şikayətçiləri qovmuş,
cinayətkarları azad etmiş, malların bir hissəsini özü üçün saxlamış,
qalanını paytaxt şəhəri olan Qəzvinə (öz rəislərinə və rəsmi şəxslərə)
hədiyyə olaraq göndərmişdi. Qarət olunmuş tacirlər şikayət etmək üçün
Qəzvinə getmişdilər. Alessandri özü görmüşdü ki, “onlar necə çığırır,
paltarlarını yırtır, saray divarlarına dırmaşır, ucadan şahı (I Təhmasibi –
O.Ə.) səsləyir, soruşurdular ki, o nə etmək niyyətindədir? Və nə üçün bu
cür ədalətsizliyə son qoymur? Bundan ötrü onların dabanlarına
amansızcasına döyürdülər. Onları daşa baısrdılar, divardan tullanmağa
məcbur edirdilər. Onları heç vaxt dinləmirdilər”.
283
Venetsiyalı yazırdı ki, başqa bir halda 18 nəfər silahlı quldur
dəstəsi gecə Təbrizin baş bazarı olan “Qeysəriyyə”nin divarlarına, 40
tacirin olduğu yerə dərmaşıb keçmişdi. Quldurlar bilirdilər ki, tacirlərin
arasında, yanında xeyli pulu olan ankaralı tacir vardır. Onlar bu tacirin
otağının qapılarını sındırmış, onu öldürmüş, onun gümüş külçələrindən
əlavə 300 tümənini (6000skudi) götürmüşdülər. Başqa tacirlər öz
yoldaşlarını müdafiə etmək üçün cəhd göstərdilər. Lakin onları öz
binalarına qayıtmağa məcbur etdilər.
Tacir və Osmanlı təbəəsi olan Xacə Şərəfəddini bazarda şahın
qorçiləri qarət etmişdilər. Onun karvansaradakı otağından 12 min
dukatpul aparmışdılar. Rəsmi şəxslərlə onun əlaqələri vardı. Tacir
şikayətlə I Şah Təhmasibin yanınadək gedib çıxmışdı. Şah ona demişdi ki,
əgər qarət əməli təsdiq olunmazsa, tacir edam ediləcəkdir. Lakin tacir
soyğunçuluq əməlini sübuta yetirə bilmişdi. Bu o qədər də asan deyildi,
çünki söhbət şahın öz qvardiyaçılarından gedirdi. Şah təqsirkar qorçiləri
yanına çağırtdırmış və tacirin qalan pullarını... özü mənimsəmişdi.
Bununla əlaqədar olaraq venetsiyalı qeyd edir ki, bir gün şah
dəhlizdə yatan, özünün saray təlxəyi olan qoca qorçiyə dedi ki, keçən
gecə onun mahnısını dinləyərək çox yaxşı yata bilmişdir. Qorçi cavab
vermişdi: əgər o bilsəydi ki, mahnısı şahın yatmağına səbəb olacaq, heç
vaxt ağzını da açmazdı, bu halda şah yatmazdı və təbəələrinin şəhər və
kəndlərin küçələrində daimi qətllər üzündə bütün gecə səslənən çığırtı və
şikayətlərini eşidərdi. Bunu eşidən şah qəzəbləndi və dedi ki, bunların
hamısının günahı qorçilərdədir və buna görə də onlar asılmalıdırlar. Qoca
buna da ağıllı cavab verdi: “Əgər məvaciblər verilmirsə, qorçilər nə
etməlidirlər? Onlar küçələrə çıxmağa və pis işlər görməyə
məcburdurlar!”
192
.
Tacirlərin şəxsiyyətinin və əmlakının müdafiə olunmaması, şahın
vəzifəli adamlarının və hərbçilətin zorakılığı Səfəvilər dövlətində daxili
və xarici ticarətin vəziyyətinə mənfi təsir göstərirdi.
XVI əsrdə Azərbaycan Avropa və Asiyanın bir çox ölkələri ilə
geniş əlaqələr saxlayırdı. Moskva dövləti ilə Səfəvilər dövləti arasında
284
qızğın ticarət XVI əsrin ikinci yarısından (IV İvanın dövründə Şərq
ticarətində Moskva dövlətinə mane olan Kazan və Həştərxan xanlıqları
Moskva dövlətinə birləşdirildikdən sonra) aparılmağa başlandı. Volqa və
Xəzər dənizi yolunun işə salınması ilə eyni vaxtda Azərbaycan Qərbi
Avropa dövlətlərini də (İngiltərəni, İsveçi, alman dövlətlərini)
maraqlandırmağa başladı. Əgər Moskva knyazlığı öz tacirlərinin
mənafeyini müdafiə edərək, sonralar tranzit ticarəti yolunda bir sıra
maneələr qoymasaydı, bu ölkələr üçün Moskva dövləti vasitəsilə Asiya
ilə ticarət böyük mənfəətlər gətirə bilərdi
193
. Buna görə də, Volqa-Xəzər
ticarət yolu əməli olaraq, əsasən, Moskva dövlətinin Azərbaycan və
İranla ticarətinə xidmət edirdi.
XVI əsrdə rusların ölkədən ixrac etdikləri başlıca mal Şamaxıda,
Ərəşdə, Təbrizdə və digər şəhərlərdə istehsal edilən xamna və ipək
məmulatları idi
194
.
Rus-Azərbaycan ticarətinin əsas hissəsi Şamaxı və Bakı vasitəsilə
həyata keçirilirdi. Məsələn, Şamaxıdakı Moskva tacirlərinin
nümayəndəliyi öz sənətkarlıq məmulatı ilə qızğın ticarət edir, buradan isə
ipək alırdı. Şəhər bazarlarında, Orta Asiyadan, Türkiyədən, Hindistandan
və digər ölkələrdən gətirilmiş mallar da var idi. Azərbaycandan Moskva
knyazlığına ipəkdən əlavə Bakı nefti də ixrac edilirdi. İpək və neft
Moskva tərəfindən Qərbi Avropa ölkəıərinə satılırdı. Gilan tacirləri Bakı
neftini Manqışlaq dayanacağına çatdırırdılar. Oradan isə neft karvan
yolu ilə Xivə və Buxaraya, həmçinin də Orta Asiyanın digər şəhərlərinə
göndərilirdi
195
. Moskva ilə ticarətdə rusların Təbrizdə, Şamaxıda, Bakıda
əldə etdikləri bəqqaliyyə malları, o cümlədən ədviyyat az yer tutmurdu.
Moskva dövlətindən Azərbaycana xəz dəri (samur, sincab, qara-
qonur tülkü, dələ, şimal tülküsü, safsar), silah əşyaları (dəbilqə, dəmir
geyim, zireh, qismən odlu silah), həmçinin metal məmulatları (baltalar,
bıçaqlar və i.a.) daxil edilirdi. Moskva yolu ilə Azərbaycana habelə
mahud, qarazəy, məxmər, şüşə, kağız və s. kimi Avropa malları da
gətirilirdi
196
.
285
XVI əsrdə Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri
də xeyli canlandı. Bu münasibətlərin inkişafı başlıca olaraq Avropa
ölkələrində Azərbaycan ipəyinə böyük tələbatla bağlı idi. Avropanın
kapitalist, manufaktura sənayesi Azərbaycanda bol istehsal edilən ipəyə
kəskin ehtiyac duyurdu.
Avropalıların Azərbaycana can atması onların zəngin ehtiyatları
olan Asiya ölkələrinə daxil olmaq məqsədilə, burada istehsal olunan və
Avropada böyük tələbat duyulan qiymətli mallara, xammala olan ümumi
maraqla bağlı idi. Buna görə də, avropalılar həmin ölkələrin iqtisadi
ehtiyatlarını öyrənmək, kəşfiyyat aparmaq və imkan daxilində onlarla
bilavasitə ticarət münasibətlərinə daxil olmaq məqsədilə, uzaq Asiya
ölkələrinə (Hindistana və Çinə) soxulmaq üçün daha təkidli cəhdlər
göstərməyə başladılar.
XV-XVI əsrlərin qovuşuğunda böyük coğrafi kəşflər, Vasko da
Qamanın Afrika ətrafından Hindistana dəniz yolunu kəşf etməsi bu
münasibətlərdə yeni dövrün başıanğıcını qoydu. XVI əsrin əvvəlində
yaranmaqda olan Avropa kapitalist sənayesi özünün manufaktura
mallarını satmaq üçün gəlirli bazarlar əldə etməyə, həmçinin ucuz və
qiymətli xammal mənbələri mənimsəməyə cəhd edərək Asiyaya güclü
maraq göstərməyə başladı.
Vasko de Qamanın kəşf etdiyi yol Asiya bazarlarını ələ keçirmək
işində digər Avropa dövlətlərini qabaqlamış İspaniya və Portuqaliya
tərəfindən ələ keçirildi.
Avropanın Asiya ilə əlaqələrinin köhnə istiqaməti (Hindistan və
İranı Suriya limanları ilə əlaqələndirən Aralıq dənizi yolu) ticarət
vasitələrindən böyük gəlir götürən Osmanlı türklərinin və venetsiyalıların
əlində idi
197
.
Bununla əlaqədar olaraq, Şimali Avropanın bir sıra ölkələrinin
ticarət burjuaziyası dairələrində Moskva dövləti və Xəzər dənizi
vasitəsilə İran və Hindistana gedən dəniz yolunu istifadə etməkideyası
meydana gəldi. Venetsiyanın vasitəçiliyinin bu ölkələrə baha başa
gəlməsi, XVI əsrin birinci rübündə isə türklər Suriya klimanları ilə birgə
286
Ərəbistan yarımadasını tutduqdan sonra, Aralıq dənizi yolu üzərində sərt
nəzarət qoymuş Osmanlı sultanlarının gömrük siyasəti bu işi xeyli
dərəcədə sürətləndirdi.
Bu dövrdə Avropa dövlətlərinin iqtisadi mənafeləri onlar üçün heç
də az əhəmiyyəti olmayan siyasi və hərbi mənafelərinə müvafiq gəlirdi.
Yuxarıda göstərildi ki, Osmanlı imperiyası bu dövrdə Cənub Şərqi
Avropada geniş təcavüzlarlıq siyasəti həyata keçirirdi ki, bu da Avropa
dövlətlərini yaxınlaşmaqda olan birbaşa türk basqını təhlükəsinə qarşı
uğurla mübarizə aparmaq üçün özlərinə etibarlı müttəfiqlər axtarmağa
məcbur edirdi.
Məhz Səfəvilər dövləti avropalılar üçün belə təbii müttəfiq oldu.
Səfəvi şahları lap əvvəllərdən bir sıra Avropa dövlətləri ilə onların qatı
düşməni olan, yalnız Avropada deyil, həm də Asiyada təcavüzkarlıq edən
Osmanlı sultanı əleyhinə hərbi ittifaq yaratmağa səy göstərirdilər. Buna
görə də Səfəvilər adətən ticarət münasibətləri yaratmaq cəhdlərində
avropalı tacirlərə yardım edirdilər.
Volqa-Xəzər yolunun işə salınmasının təşəbbüsçüləri ilk vaxtlar
Moskva knyazlığından (IV İvandan) yardım görən ingilis tacirləri oldular.
İngiltərə Asiya ilə ticarət əlaqələri yaratmaq üçün birinci vəzifə kimi
Moskva knyazlığının bazarlarında öz mövqelərini möhkəmləndirməyi
zəruri sayırdı. Buna görə də, 1555-ci ildə Londonda ingilis ticarət
kapitalının iri nümayəndələri tərəfindən “Moskva şirkəti”nin əsası
qoyuldu. Moskva dövləti də, onun əleyhinə iqtisadi blokadaya əl atmış
Baltikyanı ölkələrindən yan keçərək dəniz yolu ilə İngiltərə ilə ticarət
aparmaqda maraqlı idi
198
. Elə bu zaman IV İvan Narvanı tutdu. Bununla
da Moskva dövləti Volqa yolunun bütün sahəsinin sahibi oldu. Bundan
sonra “Moskva şirkəti”nin ingilis ticarət nümayəndələri Azərbaycana,
İrana, həmçinin Orta Asiyaya bir sıra səyahətlər təşkil etmişdilər.
Volqa-Xəzər yolunun çıxış nöqtəsi Moskva idi. Tacirlər buradan
Moskva çayı, Oka və Volqa ilə Həştərxana gəlirdilər. İngilis
nümayəndələri Şərqə adətən Moskvaya gəlmədən, Yaroslavldan
gedirdilər
199
. Tacirlər Həştərxandan Xəzər dənizinin qərb sahili boyunca
287
üzür, çox vaxt Dərbəndə gəlmir (XV əsrin sonu üçün ticarət əhəmiyyətini
itirmişdi), Niyazabad (Nizabad, Nizovaya) limanına yan alır və burad
yükü sahilə boşaldırdılar. Buradan tacirkarvanları Şabrandan
(Niyazabaddan 20 km cənubda) keçərək irəliləyir və Şərq ticarətinin
mühüm mərkəzi olan Şamaxı şəhərinə gəlib çatırdılar. Şamaxıdan cənuba
hərəkət edən səyyahlar Muğandakı Cavad şəhərindən (Kür və Arazın
qovuşuğunda) keçərək Ərdəbilə gəlirdilər. Daha sonra, yolun biri Təbrizə,
digəri Qəzvin və Kaşana, sonra isə İran körfəzinin sahilinə - Hörmüzə
gedirdi. Volqa ilə Moskvadan Həştərxana gəlmək üçün Cenkinsonun
səfərinə əsaslansaq, orta hesabla səfər üçün 40 gün tələb olunurdu
200
.
Oradan da Şamaxıya qədər (Niyazabada qədər dənizlə, sonra isə
Şabrandan quru yolu ilə) iki həftəlik yol var idi
201
. Beləliklə, Moskvadan
Şamaxıya qədər olan yol təqribən iki aylıq vaxt tələb edirdi.
Qeyd etmək lazımdır ki, Volqa və Xəzər yolu çox qədim
zamanlardan məlum idi. Hələ öyrəndiyimiz dövrdən xeyli əvvəl IX-V
əsrlərdə ruslar Volqa və Xəzər dənizi ilə Azərbaycana qədər gəlib
çıxırdılar. Onlar o vaxta qədər qarşılıqlı ticarət əlaqələri olan ərəb və rus
tacirləri getdikləri yol ilə gedirdilər
202
. Buna görə də, belə hesab etmək
səhv olar ki, Volqa-Xəzər yolundan ilkin istifadə olunması XV-XVI
əsrlərə aiddir
203
.
XVI əsrin ikinci yarısından və XVII əsrdən etibarən, Volqa-Xəzər
yolu Moskva dövlətinin (və Avropanın) Asiya ilə əlaqələrində çox
mühüm ticarət yolu kimi əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən
ingilis Artur Edvardsın qeydləri diqqətə layiqdir. O öz səfərinin
məqsədləri barədə, I Şah Təhmasibin suallarına cavab verərək, şaha
ingilis tacirləri ilə bilavasitə əlaqələr saxlanmasının onun üçün necə
faydalı olacağını izah edirdi: ingilislər şaha malları, “onları əvvəlcə
İngiltərədən Venetsiyaya, oradan isə Türkiyə vasitəsilə İrana gətirən
venetsiyalılara nisbətən Moskoviya yolu ilə, həm də daha təhlükəsiz və
daha qısa müddətdə” gətirə biləcəklər. Bu halda mallar (yun parçalar,
mahud) “ikinci və üçüncü vasitələrdənçoxsaylı gömrük rüsumları
şəklində, böyük süni xərclərlə Səfəvilər dövlətinə gəlib çatır”. İngilis şahı
288
inandırırdı: “Buna görə də əgər bizim həyatımızın, əmlakımızın və
mallarımızın təhlükəsizliyini təmin edən imtiyazlarla sizin bütün
mülklərinizdən bizə sərbəst keçib getmək imkanı verilməösizati-aliləriniz
üçün sərfəlidirsə, biz sizin ölkənizə bütün bu və başqa malları, türklərin
əllərindən aldığınıza nisbətən, tez və ucuz bilərik”
204
.
“Moskva şirkəti” Səfəvilər dövlətinin sərəncamına birinci olaraq
1562-ci ildə özünün təcrübəli nümayəndəsi, cəsur səyyah və diribaş tacir,
bundan bir qədər əvvəl uzaq Buxara səfərindən qayıtmış Antoni
Cenkinsonu göndərdi. Cenkinson öz vəzifəsini uğurla yerinə yetirdi. O,
Şirvanın qüdrətli canişini Abdulla xan Ustaclıdan Səfəvilər dövləti
ərazisində ticarət mtiyazları, rüsumsuz və maneəsiz ticarət etmək hüququ
almağa nail oldu. Abdulla xan Moskva dövlətinə və İngiltərəyə ipək
izracını Şirvanın və bütün ölkənin iqtisadiyyatı üçün faydalı iş sayırdı və
buna görə də, şahı faydalı iş təklifinə xeyirxahlıqla yanaşmağa
inandırmışdı.
A.Cenkinsona təqdim olunmuş fərmanın mətnini veririk:
“Biz, Abdulla xan, göyün və yerin yaradıcısı Allahın qüdrəti ilə
təyin olunmuş və indi də səltənət sürən Şirvan və Hirkan kralı
205
, bizim
əzizimiz və istəklimiz elçi Antoni Cenkinsonun təkidli ərzihalı və
xahişləri nəticəsində bizim təşəbbüsümüz və böyük mərhəmətimizlə
yalnız çox möhtərəm ser Uilyam Gerretə, ser Uilyam Çestora, ser Tomas
Loca, cənab Riçard Melleriyə və cənab Riçard Çemberlenə, onların
İngiltərənin London şirkətindən olan bütün tacir-sahibkarlar dəstəsinə
bizim ölkəyə ticarət aparmaq üçün mallarla gəlmələrinə və ya bu
məqsədlə öz nümayəndələrini göndərmələrinə, keçməyə, başqa şəxslərlə
nağd pulla, yaxud mübadilə etməklə alqı-satqı aparmağa, arzu etdikləri
qədər bizim ölkədə qalmağa və yaşamağa və istədikləri vaxt, istər onların
özlərinə, istərdə də mallarına münasibətdə yubanmadan, əngəlsiz və
maneəsiz getməyə tam sərbəstlik, təhlükəsiz buraxılış və icazə hüququ
verdik və bağışladıq.
Sonra, hökm vermək istərdik ki, yuxarıda göstərilən ingilis tacirləri
və onların şirkəti bizim mülklərimizdə alacaqları və satacaqları mallar
289
üçün heç bir rüsum verməyəcəklər. Əgər hər hansı bir vaxtda bizim vergi
yığanlarımız, bizim digər qulluqçularımız, yaxud onlardan kimsə bizim
bu hökmümüzü pozaraqəngəl və sui-istifadə törədib, bu ingilis
tacirlərindən, yaxud onların nümayəndələrindən, onların bizim mülklərə
gətirdiyi, yaxud buradan apardığı mallardan hər hansı rüsum almağa güc
işlədərlərsə, yuxarıda deyilən yığıcılar və qulluqçularöz vəzifələrindən
kəönar edilsinlər, bundan sonra bizim gözümüzdən düşməyə düçar
edilsinlər, yığıcılarımızın bizim xəzinə üçün onlardan topladığı bütün
pullar və mallar isə ingilis tacirlərinə qaytarılsın. Göstərilən ingilis
tacirləri, yaxud onların nümayəndələri bizim xəzinəmiz üçün yararlı olan
hər hansı mallar gətirərlərsə, xəzinədar belə malları xəzinəyə qəbul
etməli və ingilis tacirlərinə həmin malların dəyəri həcmində ya nağd pul,
yaxud xamna ödəməlidir. Bizim imtiyazlı fərmanımızmülklərimizin hər
yerində təqdim edilərsə, yaxud oxunarsa, biz tələb və hökm edirik ki,
onun qüvvəsi olsun və bütün məntəqələrdə ona əməl edilsin”
206
.
A.Cenkinsonun Azərbaycanda aldığı imtiyazlar Avropa
dövlətlərinin ilkin kapital yığımı zamanı Şərqin sosial-iqtisadi cəhətdən
geridə qalmış ölkələrindəaldıqları kapitulyasiya adlanan qeyri-bərabər
müqavilələri daha çox xatırladır. Abdulla xanın imtiyazlarına görə,
“Moskva şirkəti”nə. Ingilis tacirlərinə imkan verilirdi: 1) ölkəyə gəlmək
və burada qeyri-məhdud müddətdə qalmaq hüququ; 2) ingilis mallarının
ölkəyə sərbəst və xüsusilə rüzumsuz gətirilməsi, burada satılması.
1563-cü ildə əllərində Abdulla xanın fərmanı olan (A.Cenkinsonun
onlara verdiyi) ingilis tacirləri Tomas Olkok, Corc Renn və Riçard Çini
Azərbaycana gəlmişdilər
207
.
İngilis tacirləri Riçard Consonun, Aleksandr Kitçinin və Artur
Edvardsın 1565-1567-ci illərdə Azərbaycana üçücü səfəri zamanı
“Moskva şirkəti”nin qarşısında İngiltərə-Azərbaycan ticarətini
genişləndirmək, Azərbaycandan ixrac olunan ipək üzərində inhisarı ələ
keçirmək üçün ümidverici imkanlar açılmışdı. Artur Edvards özünün
1566-cı il aprelin 26-da şirkətin idarəsinə məktubunda yazırdı: “Mən hər
halda şübhə etmirəm ki, hərgah imtiyaz əldə edilərsə, biz arxayın
290
yaşayacağıq, dincələcəyik. Tezliklə xamna və ipək parçalar, hər cür
ədviyyat və rəngsazlıq malları, eləcə də buranın digər malları ilə ticarətdə
böyük firmaya çevriləcəyik”
208
.
İngiltərədən Səfəvilər dövlətinə gətiriləcək, oradan isə İngiltərəyə
aparılacaq (qiymətləri də göstərilməklə) malların A.Edvards tərəfindən
tərtib edilmiş siyahısı böyük maraq doğurur. Gətiriləcək malların
arasında qarazəy, qalay, mis qab, nazik qırmızı mahud və misin;
aparılacaq mallar arasında isə xamna, bibər, zəncəfil, kükürd, xəz, düyü,
qoz, mixək və s. adları çəkilir
209
. Malların böyük qismini şah xəzinəsi
alırdı. Bu barədə I Şah Təhmasibin ingilislərdən almaq arzusunda olduğu
malların siyahısı əsasında mühakimə yürütmək olar. Şahın tərtib etdiyi
həmin siyahıya qızıl və gümüş, zərxara, müxtəlif rəngli məxmər, naxışlı,
gümüşü ipək parça, bütün növlərdən atlas, sıx toxunmuş yun parça,
qarazəy, yaraq-əsləhə, dəmir geyimlər, tapancalar və s. daxil edilmişdi
210
.
Həmin il iyunun 29-da A.Edvards I Şah Təhmasibdən şirkət üçün
bir sıra yeni imtiyazlar da əldə etməyə nail oldu. Edvards xəbər verir ki,
fərmana möhür vurulmuş və şahın əli ilə imzalanmışdı
211
.
Artur Edvardsın şirkət rəhbərlərinə öz məktublarından birində
məlumat verdiyi I Şah Təhmasib fərmanının bəzi maddələrinin
məzmununu göstərək.
1. Şirkət nümayəndələrinə indi və gələcəkdə, şahın varisləri
dövründəheç bir rüsum, yaxud vergi verməmək hüququ bağışlanırdı.
İngilis tacirləri öz adamlarının müşayiəti ilə ticarət işlərinin ardınca şahın
bütün şəhərlərinə və mülklərinə gedə bilər.Hər cür malları ala və sata
bilərdi.
2. İngilis tacirlərinin olacağı bütün şəhərlərdə valilər, hakimlər
onlara kömək etməli, onları pis adamlardan qorumalı və onlara hər hansı
zərər yetirmiş adamları cəzalandırmalıdırlar..
3. Kmliyindən asılı olmayaraq, hər hansı şəxsin borcunu təşkil
edən bütün pul məbləği üzrə onun ödənilməsi müddəti ötmüşsə, borclu
məhkəməyə gətiriləcək və pullar həmin gün ödəniləcəkdir.
291
4. Mövqe və dərəcəsindən asılı olmayaraq, heç kəs şirkət
müvəkkillərinin icazəsi və razılığı olmadan hər hansı malı, yaxud
hədiyyəni almağa cəsarət edə bilməz.
5. Əgər təsadüfən bu tacirlərdən, yaxud qulluqçulardan kimsə şah
təbəələrindən kimi isə öldürərsə, bu zaman onların mallarından heç nəyə
toxunulmamalı və bu işə qarışmamalı, eləcə də zərərverəndən qeyri, heç
bir şəxs həmin işə qarışdırılmamalıdır.
6. Hazırda bizdən borc alınmış, yaxud gələcəkdə borc alınacaq
bütün məbləğlər, bizlərdən biri olmadığı təqdirdə digərinə ödənilir.
7. Əgər hər hansı mal alınmış, yaxud satılmışsa, onu qaytarmağa
heç kəsin hüququ yoxdur
212
.
1568-1569-cu illərdə Artur Edvards (artıq ikinci dəfə), Con Spark,
Lorens Çepmen, Xristofor Dovset və Riçard Pinqlın daxil olduğu ingilis
tacirlər dəstəsi dördüncü dəfə Azərbaycana gəldi. Yenidən Edvardsın
fəallığı sayəsində, Şah Təhmasib şirkətin nümayəndəsi Lorens Çlepmenə
ingilis tacirləri üçün yeni ticarət imtiyazları bağışladı
213
.
A.Edvardsın xəbər verdiyi kimi, L.Çepmenə verilmiş imtiyazlarda
belə bir maraqlı bənd də var imiş ki, əgər şirkətin qulluqçularından
xristian olan kimsə öz etiqadını dəyişmək və islamı qəbul etmək istərsə,
o, şirkət tərəfindən cəzalandırıla bilər və heç kəs bu işə qarışmamalıdır
214
.
Edvardsın sözlərinə görə, Səfəvilər dövlətində ingilislərin vəziyyəti o
vaxtadək narahat və təhlükəli idi. Məsələn, əgər yadelli bir təsadüf
üzündən “yerlini” öldürərdisə, öldürülənin əvəzinə iki nəfərin həyatı
tələb edilirdi. Yadellinin borcu əvəzinə həmin millətdən olan hər bir
adamın əmlakını mənimsəmək və digər sərbəstliklərə yol vermək
olardı
215
.
İngilislərin Tomas Benister və Ceffri Deketin başçılığı ilə 1569-cu
ildən 1574-cü ilə qədər davam etmiş beşinci ekspedisiyası, Səfəvilər
dövlətində “Moskva şirkəti”nin
216
fəaliyyətində ən yüksək nöqtə oldu.
Əgər o vaxta qədər ingilis tacirlərinin fəaliyyəti Azərbaycanın və İranın
qonşu vilayətlərinin ərazisi ilə məhdudlaşırdısa, bu dəfə ingilislərin
qrupu C.Deketlə İran şəhəri Kaşana ticarət səfəri etdi. Davamiyyətinə və
292
ticarətin həcminə görə ingilislərin bu ekspedisiyası ən böyüyü idi, lakin
səfərin sonunda ingilislərin rus kazakları tərəfindən Volqanın
mənsəbində qarət edilməsi pərtliyə səbəb oldu
297
.
Ekspedisiya üzvlərindən biri olan Layonel Plemtrinin
məlumatlarına görə, Hindistana səfər etmək barədə ingilislərin bir xahişi
Şah Təhmasib tərəfindən rəd edilmişdi
218
. Bu, onunla izah edilirdi ki,
Səfəvi tacirləri özləri hind malları ilə, o cümlədən ədviyyatla ticarətdə
vasitəçilik edir və bundan böyük qazanc götürürdülər.
XVI əsrdə ingilislərin Azərbaycana (haqqında Xristofor Berrounun
məlumat verdiyi) altıncı və sonuncu səfəri uğursuz oldu. Bu səfər 1580-ci
ildə Osmanlı Türkiyəsinin qoşunlarının Şirvan şəhərlərini tutduğu vaxt
olmuşdu. Şirvan iqtisadiyyatı tənəzzül keçirirdi və buna görə də
X.Berrou ingilislərin gətirdiyi malların pis satılmasından şikayət
etmişdi
219
.
Bununla da ingilis tacirlərinin Səfəvilər dövlətinin bazarlarında
möhkəmlənmək cəhdləri boşa çıxdı.
B.A.Əhmədov Azərbaycana ingilis ticarət ekspedisiyalarının
dayandırılmasından bəhs edərkən şimal və Volqa-Xəzər yolunun
uzunluğu, yollardakı soyğunçuluqlar, Türkiyə ilə müharibəyə cəlb edimiş
Səfəvilər dövlətinin daxili vəziyyətinin əlverişsizliyi, digər ölkələrin
rəqabəti vəs.ilə bağlı bir sıra obyektiv maneələri göstərir
220
. Lakin
“İngiltərənin müstəmləkə ekspansiyasının qarşısının alınmasında
mərkəzləşdirilmiş rus dövlətinin qəti mövqeyi həlledici rol oynadı”
müddəasının təshihlərə ehtiyacı vardır. Bu fikir o mənada doğrudur ki,
ingilislər Azərbaycana Volqa-Xəzər yoluna bütünlüklə nəzarət edən
Moskva dövlətinin ərazisindən keçib gedirdilər. Lakin əgər
B.A.Əhmədov ingilislərin Azərbaycana göndərilən ekspedisiyalarına
İngiltərənin müstəmləkə ekspansiyası kimi baxırsa, onda qeyd
edilməlidir ki, Səfəvilər dövləti o dövrün ən böyük Asiya dövlətlərindən
biri idi. O, Balkanı işğal etmiş və bütün Avropanı dəhşətə gətirmiş
qüdrətli Osmanlı Türkiyəsinə qarşı dururdu. Şübhə yoxdur ki, əgər
293
“Moskva şirkəti”nin fəaliyyəti real təhlükə doğurardısa, Səfəvilər dövləti
elə İngiltərənin özünə də lazım olan cavabı verə bilərdi.
B.A.Əhmədov Azərbaycanda ingilislərin ticarətinin əhəmiyyəti və
miqyasını da bir qədər şişirdir. İngilislərin imtiyazlar haqqında fərmanlar
almasına əsaslanaraq, Səfəvilər dövlətində ingilis tacirlərinin
mövqelərinin həqiqətən möhkəmlənməsi barədə mühakimə yürütmək
olmaz. Feodal münasibətlərinin və şah istibdadının tam hökmranlığı
şəraitində bu mövcud dövlət təsisatları təminat verə bilməzdilər və bunlar
istənilən vaxt şah, yaxud yerli hakimlər tərəfindən onların öz
mülahizələrinə əsasən, ləğv edilə bilərdi.
Bütövlükdə, ingilislərin Səfəvilər dövlətinə təsadüfi xarakter
daşıyan, çoxlu məsrəf və zərərlərlə bağlı olan ekspedisiyaları “Moskva
şirkəti” kapitallarının çoxalmasına az-çoz əhəmiyyətli təsir göstərə
bilməzdi.
Sonralar rus tacirləri ingilislərin Volqa-Xəzər yolundan istifadə
olunmasında imtiyazlarının ləğv edilməsində təkid edirdilər. Çünki özləri
Azərbaycanla və qonşu Asiya ölkələri ilə faydalı ticarətə getdikcə daha
çox maraq göstərirdilər.
Azərbaycan Şimali və Mərkəzi Avropa dövlətləri ilə də ticarət
edirdi. Bunu xüsusilə numizmatik materiallar təsdiq edir. Məsələn,
Azərbaycanda aşkara çıxarılmış Mirik pul dəfinəsi 1541-1572-ci illərdə
zərb edilmiş Qərbi Avropa talerlərindən ibarətdir. Dəfinədəki sikkələr
tərkibinə görə olduqca müxtəlifdir: burada Almaniya (Şvabiya,
Bohemiya, Bavariya, Friziya, Saksoniya, Köln, Drezden, Nürnberq,
Hamburq və s.), Avstriya, İsveçrə (Sürix), Belçika (Lyoj) və başqa
ölkələrin knyazlıqlarında zərb edimiş sikkələr var idi
221
.
Bu pulları tədqiq etmiş Y.A.Paxomov yazırdı: “Onlar özünün
müxtəlifliyi ilə ipək sayəsində indiki Qafqaz Azərbaycanı ərazisi ilə
Qərbi Avropanın orta hissəsi arasında XVI əsrdə mövcud olmuş iqtisadi
əlaqələri yaxşı səciyyələndirir”
222
.
294
VI FƏSİL
Dostları ilə paylaş: |